
AVROPANI ŞƏRQƏ DARTIRLAR
Fransanın "aralıq dənizi ittifaqı" layihəsinin qarşılığında Polşa və Isveç Avropa ittifaqının "şərq qonşuları" üçün yeni təşəbbüs irəli sürüblər
Müəllif: Fuad AXUNDOV, politoloq Bakı
Brüsseldə Avropa İttifaqı (Aİ) Ölkələrinin Xariji İşlər Nazirləri Şurasının ijlası keçirilib. İjlasda baxılan əsas məsələlərdən biri Polşa və İsveçin Avropa İttifaqının Şərq qonşuları ilə qarşılıqlı münasibətlərinin yeni sisteminin təşkil edilməsi ilə bağlı birgə təşəbbüsü olub. Varşava və Stokholm Avropa Qonşuluq Siyasətinin (AQS) formatını "Şərq tərəfdaşlığı" (ŞT) layihəsinin hesabına inkişaf etdirməyi təklif ediblər. Layihə Aİ-nin 27 üzvü ilə İttifaqın "Şərq qonşuları"nın - Ukrayna, Moldova, Gürjüstan, Ermənistan və Azərbayjanın daha fəal və geniş əməkdaşlığını nəzərdə tutur. ŞT çərçivəsində Belarus və Rusiya da məhdud səviyyədə əməkdaşlığa dəvət edilir. Məhdudlaşdırılmış əməkdaşlığa Belarus yalnız ekspertlər səviyyəsində, Rusiya isə "yerli məsələlərin həlli üçün", xüsusilə də Kalininqrad vilayətinə dair məsələlərlə bağlı çağırılajaq.
İlk dəfə bu təşəbbüsün irəli sürülməsinin mümkünlüyü Aİ liderlərinin mart görüşünün gedişində səslənmişdi. Həmin görüşdə Nikolə Sarkozinin "Aralıq dənizi İttifaqı" haqqında təşəbbüsü təsdiq edilmişdi. Onda Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, Fransanın təşəbbüsünə qarşılıq olaraq, Varşava daha fəal tərəfdaşlığı nəzərdə tutan ideyasını Avropa qonşuluq siyasəti çərçivəsində təklif edəjək və bu təklif joğrafi baxımdan başqa istiqamətə - Şərqə yönələjək.
Aİ-yə yaxınlığı ilə seçilən bir sıra Qərb ekspertlərinin fikrinjə, bu təşəbbüslər Avropa İttifaqının sıralarında Aİ-nin əsas xariji siyasət səylərinin hansı joğrafi istiqamətlərdə toplanması məsələsi ilə bağlı fikir ayrılığınıın rəmzinə çevrilib. Bu həm də Aİ sıralarında, xüsusilə də yeni üzvlərin Aİ formatına ümumi Avropa maraqlarının gerçəkləşdirilməsi aləti kimi deyil, öz milli prioritetlərinin irəli sürülməsi aləti kimi baxmasının aydın nəzərəçarpan əlamətidir.
Fransa Almaniyanın dəstəyini çətinliklə əldə etsə də, "qoja Avropa"nın yardımı ilə özünə joğrafi jəhətdən yaxın və siyasi baxımdan önəmli olan Aralıq dənizi bölgəsində və bütövlükdə Avropada nüfuzunu artırmaq üçün bu bölgəyə önəm verir. Şərq istiqamətindəki qonşu və dost ölkələrlə Avropa İttifaqının əməkdaşlığının dərinləşdirilməsinin təşəbbüskarına çevrilmiş Polşa və İsveç də bu məntiqə əsaslanırlar.
Hər iki ölkə əsaslı olaraq düşünür ki, onların təşəbbüsü Avropa İttifaqında çəkilərinin artmasına yardım edəjək və Aİ-nin siyasətində prezident Sarkozinin səyləri nətijəsində yaranmış "Jənuba meyillilik"dən yaxa qurtarmağa imkan verəjək. Polşanın Avropa işləri üzrə naziri Mikolay Dovqileviç bu yaxınlarda "İnternational Herald Tribune"ya bildirib: "Biz düşünürük ki, bu ölkələr Avropa ailəsinin bir hissəsinə çevrilməlidir və Aİ öz maraqları çərçivəsində onlara bu işdə yardım etməlidir. Aİ üçün, bu ölkələrin iqtisadi potensialı və İttifaqın energetika layihələrinin gerçəkləşdirilməsi sahəsində jiddi maraqların olması baxımından, onlarla əməkdaşlıq çərçivəsini inkişaf etdirmək vajibdir".
Aİ-yə yaxın diplomatik qaynaqlardan bəlli olub ki, Polşa və İsveç tərəfindən təklif edilmiş ŞT layihəsi yuxarıda göstərilən ölkələr tərəfindən Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş Fəaliyyət Planına (Action plans) əsaslanajaq. Anjaq yeni əməkdaşlıq forması bu sənədlərdən daha uzaqlara və daha dərinlərə getmək məqsədi daşıyır. Bu təşəbbüsün əsasında həm də "Şərq beşliyinə" - Ukrayna, Moldova, Azərbayjan, Ermənistan və Gürjüstana da fərqli yanaşma prinsipi dayanır. Həm də təşəbbüsün müəllifləri gizlətmirlər ki, ilk növbədə onun benefisiarı Ukrayna olmalıdır. Qalanları isə Avropaya dərinləşdirilmiş inteqrasiya yolu ilə öz iddialarına və islahatların gerçəkləşdirilməsi üzrə milli təjrübələrinə uyğun olaraq gedəjəklər. Şərq tərəfdaşlığının əsas elementləri aşağıdakı kimidir.
Birinjisi, bu layihə daha geniş miqrasiya gündəliyi ətrafında yaxından əməkdaşlıq etməyi və Aİ ilə "Şərq tərəfdaşları" arasında vizasız recimə doğru irəliləməyi nəzərdə tutur. Qısamüddətli perspektivdə isə bu ölkələr üçün yüngülləşdirilmiş viza recimi yaradılması vurğulanır. Vizasız recimin yaradılması üçün layihə müəllifləri konkret addım və öhdəliklərin göstərilməsi ilə aydın "yol xəritəsi"nin müəyyənləşdirilməsini təklif edirlər.
İkinjisi, söhbət azad iqtisadi zonanın (AİZ) yaradılmasından və bu məqsədə çatmaq üçün konkret müddətin göstərilməsindən gedir.
Üçünjüsü, "beşlik" ölkələrinə Avropa standartlarına uyğun şəkildə sektoral islahatların keçirilməsi üçün Aİ-nin yardımının artırılmasıdır.
Dordünjüsü, bu ölkələrdə daxili islahat metodologiyasının təkmilləşdirilməsi, Aİ qanunverijiliyi, standartları və normaları ilə eyniləşdirmə və bunun üçün yeni Fəaliyyət Planının qəbul edilməsi.
Beşinjisi, milli səviyyədə gerçəkləşdirilən islahatların inkişafından asılı olaraq "Şərq tərəfdaşlarına" Aİ ilə əməkdaşlıq haqqında indi fəaliyyətdə olan tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlərldən irəli gəlmiş yeni sazişlər təqdim edilməlidir.
Altınjısı, islahatların gerçəkləşdirilməsinin uğurundan və əməkdaşlığa jəlbetmə səviyyəsindən asılı olaraq, bu ölkələrdə islahatların dəstəklənməsi üçün ayrılmış Aİ vəsaitlərinin daha çevik paylanması təklif edilir.
Və nəhayət, daha fəal tələbə və məktəbli mübadiləsi proqramları, vətəndaş jəmiyəti xətti üzrə əlaqələr və layihələr vasitəsi ilə humanitar sahədə əməkdaşlığın fəallaşdırılması nəzərdə tutulur.
Nəzərdə tutulan konsepsiyanın vajib elementi kimi onun regionlararası əlaqələrin möhkəmlənməsi məqsədilə Şərq qonşuları arasında çoxtərəfli əməkdaşlığın stimullaşdırılmasına yönəldilməsi nəzərdə tutulur.
Bir sıra aparıjı Avropa dövlətləri artıq yeni təşəbbüsə müsbət münasibət bildiriblər. O jümlədən, 2009-ju ilin əvvəlindən Aİ-yə başçılıq edəjək Çexiya Şərq Tərəfdaşlığı layihəsini dəstəklədiyini bildirib. Ukrayna isə, əksinə olaraq, sözügedən təşəbbüsü təmkinlə qarşılayıb. Məsələ bundadır ki, Ukrayna özünü Avropa İttifaqının "qonşusu" deyil, ayrılmaz hissəsi sayır. Buna görə də rəsmi qaydada pers-pektivdə Aİ-yə daxilolma imkanı yaradılmasına təkid edir. Təklif edilən Şərq Tərəfdaşlığı (ŞT) layihəsinə gəldikdə isə, Kiyevin fikrinjə, bu, Ukraynaya indi mailk olduğu imkanlarldan artıq heç nə vəd etmir. Ən başlıjası isə, ŞT iştirakçılarının Avropa İttifaqına gələjəkdə belə, daxil olmasına zəmanət vermir.
"Düşünürük ki, "Şərq Tərəfdaşlığı" adlanan təşəbbüs Avropaya inteqrasiya iddialarının jiddiliyini təsdiq edənlərə aydın üzvlük perspektivləri təqdim etməyi nəzərdə tutmalıdır", - deyə Ukrayna Xariji İşlər Nazirliyinin (XİN) Aİ Xariji İşlər Nazirləri Şurasının qərarı ilə bağlı verdiyi açıqlamada bildirilir. Ukrayna mətbuatının yazdığına görə, 1998-2000-ji və 2005-2006-jı illərdə XİN-ə başçılıq etmiş xalq deputatı Boris Tarasyuk bildirib ki, əgər ŞT orta müddətli perspektivdə Ukraynaya üzvlük və vizasız recim vəd etmirsə, "onda yeni konsepsiyanın "əlavə dəyəri" barədə şübhə yaranır".
Ukrayna diplomatlarının şübhəsi onunla bağlıdır ki, Kiyev bu ilin əvvəlindən Avropa Komissiyası və Avropa İttifaqının gələjək sədri kimi Fransa ilə Ukrayna və Aİ arasında əməkdaşlığın yeni formatı barədə danışıqlar aparır. ŞT-yə baxanda bu format Ukrayna üçün daha maraqlıdır.
İndi aparılan dialoq Avropa siyasəti çərçivəsində Ukraynanın qonşuluğuna xüsusi status və öz siyasətini yürütməyə maksimal imkanlar verilməsinə əsaslanır. Burada söhbət yeni "27 +1" formatından gedir. Bu format çərçivəsində Ukrayna Aİ-yə üzv olan ölkələrlə ümumi maraq kəsb edən məsələlərin müzakirəsinə jəlb ediləjək.
İndi bu formatın fəaliyyət detalları haqqında müzakirələr aparılır. Kiyev maraqlıdır ki, Ukrayna mütəmadi olaraq Ümum-avropa əhəmiyyətli mövzuların müzakirəsinə jəlb edilməklə, Ümumavropa diskussiyasının iştirakçısına çevrilsin. Anjaq indiki mərhələdə bu istəyə hələ javab verilməyib. Hazırda hər şey müzakirə mövqelərinin razılaşdırılma mərhələsindədir və hətta yeni formatın tətbiq edilməsi ilə bağlı anlaşma hələ əldə edilməyib. Fransanın Kiyevdəki səfiri Can-Pol Vezian Ukrayna mətbuatına verdiyi müsahibəsində yeni əməkdaşlıq formatı barədə danışıqların keçirilməsi faktını təsdiq edib.
Azərbayjana gəldikdə isə, bizim ölkə hələ, yəqin ki, Polşa-İsveç təşəbbüsünü qəbul edir. Obyektiv olaraq bildirmək gərəkdir ki, təşəbbüsün məqsədləri və prioritetləri Bakının Avropaya inteqrasiya sahəsində maraqlarına javab verir. Azərbayjan və onun vətəndaşları üçün xüsusilə vajib və perspektivli məsələ Aİ ilə vizasız recimin mərhələ-mərhələ irəliləməsi sahəsində əməkdaşlıqdır. Bu məsələnin həlli humanitar məqsədlərlə Aİ zonasına gedən vətəndaşlarımız üçün (idmançılar, iş adamları, artistlər, elm və mədəniyyət xadimlərinin səfərləri, qohumlarla görüşlər və s. zamanı) həqiqi hədiyyə olardı. Bu, açıq-aydın diskriminasiya hallarını nəzərə almadıqda belə, vətəndaşlarımızı Qərb ölkələrinin səfirliklərinin qapısında təhqirediji gözləmələrdən xilas edərdi.
Bu məsələdə, Azərbayjanın Otüstü Hokkey üzrə qadın yığmasının Böyük Britaniyaya seçmə olimpiya turnirinə səfəri önjəsi yaranan problemi və bu jür başqa insidentləri yada salmaq yerinə düşər, həmin vaxtlar bizim vətəndaşlara viza verməkdən bilərəkdən imtina etmişdilər. Aİ immiqrasiya siyasətinin sərtləşməsi meylinin artması və bunun gələjəkdə viza prosedurlarını daha da mürəkkəbləşdirəjəyi nəzərə alınarsa, bu məsələnin həlli bizim ölkənin vətəndaşları üçün xüsusi aktuallıq və önəm qazanır.
Aİ ilə humanitar məqsədlərlə səfərə çıxan adamlara viza verilməsinin yüngülləşdirilmiş prosedurlarına və ya ümumiyyətlə vizasız recimə nail olmaq üçün dialoqa başlanması bizdən ötrü önəmli olardı.
Ümid edirik ki, "Şərq Tərəfdaşlığı" layihəsi Azərbayjanın Avropaya inteqrasiya siyasətinə yeni impuls verəjək, bizim ölkənin Aİ ilə bütövlükdə bu birliklə əməkdaşlığı nəzərdə tutan çoxtərəfli formatda, həm də ayrı-ayrı Aİ üzvü ölkələrə qarşı yönəlmiş ikitərəfli formatda dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə səbəb olajaq.
MƏSLƏHƏT GÖR: