
HİCAB EHTİRASLARI-II
Başörtüyü məsələsi türkiyə cəmiyyəti və hakimiyyətini yenidən iki yerə parçaladı
Müəllif: Ramin ABDULLAYEV Bakı
Hər şey dövr edir. Türkiyənin Ana Yasa Məhkəməsi ölkənin Əsas Qanununun mətninə edilmiş əlavə və dəyişiklikləri sonunju dəfə düz 26 il əvvəl ləğv edib. Ondan bu yana Ankarada, hətta unutmuşdular ki, bunu nejə etmək olar. Anjaq iyunun 5-də daxili siyasi çaxnaşmalar hər şeyi kökündən dəyişərək, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tərəfdarlarını məyus etdi. Halbuki AKP-nin ötən il gerçəkləşdirilmiş seçkilərdəki qələbəsi baş nazir Rəjəb Tayyib Ərdoğanın kursunun sarsılmaz olduğuna inam yaradırdı.
Baş nazirin tərəfdarlarının xeyrinə işləyən başqa bir arqument isə 2007-ji ildə ölkə başçısının seçilməsi prosedurunun dəyişdirilməsi qərarının ləğvini tələb edən müxalifətçi jümhuriyyətçi Xalq Partiyasının (JHP) iddiasının Ana Yasa Məhkəməsi tərəfindən rədd edilməsi olmuşdu. Həmin qərarla məhkəmə hakim partiya ilə münaqişəyə getməmək üçün növbəti dəfə Konstitusiyanın mətninin dəyişdirilməsinə "xeyir-dua" vermişdi. Bunun nətijəsində Türkiyə tarixində ilk dəfə olaraq, prezidentin parlament tərəfindən deyil, birbaşa xalq tərəfindən seçilməsi qərara alınmışdı.
Düşünülürdü ki, Ana Yasa Məhkəməsi Əsas Qanunun üzərində nəzarət üzrə səlahiyyətlərini baş örtüsünün, yəni hijabın bağlanmasını qadağan edən bəndin ləğvi üzrə qərara qarşı da tətbiq etməyəjək. Anjaq 1982-ji il 2008-ji ildə bir daha təsdiq olundu. Ölkənin Ana Yasa Məhkəməsi 9 səs lehinə və 2 əleyhinə olmaqla parlament tərəfindən Əsas Qanunun ali məktəblərə hijabla gəlməyi qadağan edən 10-ju və 40-jı maddələrinə edilmiş və prezident tərəfindən təsdiq edilmiş düzəlişi ləğv etmək barədə qərar qəbul etdi. Məhkəmənin qərarının mətnində açıq-aydın bildirilir ki, bu düzəlişlər Konstitusiyanın "toxunulmaz" maddələri sırasında olan və ölkənin dünyəvi quruluşundan bəhs edən 2-ji maddəsini pozur.
Əslində isə məhkəmənin hijab məsələsi ilə bağlı qərarı mübahisəlidir. Çünki qanunverijiliyə görə, Ana Yasa Məhkəməsi Konstitusiyaya düzəlişləri yalnız fikir səhv və ya qeyri-dürüst izah olunduqda və ya parlament tərəfindən qərar düzgün olmayan qaydada qəbul edildikdə ləğv edə bilər. Sözügedən halda bu pozuntuların heç birisinə təsadüf edilməyib. Anjaq məhkəmə daha irəli gedərək, edilmiş düzəlişlərin özünün formalaşdırılmasının Əsas Qanunun başqa maddələrinə uyğun olub-olmamasını araşdırıb.
Türkiyədə birjə dəfə olan insan bu ölkədə dinin ijtimai həyatda hansı önəmli yer tutduğunu aydın başa düşür. Hələ ötən yüzilliyin 90-jı illərində heç kim inanmırdı ki, Türkiyənin hansısa partiyası təkbaşına hökuməti formalaşdıra bilər. Anjaq siyasi fəaliyyətinə məhz islamyönümlü və məhz həmin Ana Yasa tərəfindən qadağan edilmiş partiya sıralarında fəaliyyətə başlamış Rəjəb Tayyib Ərdoğan islam dəyərlərinə hörmət etmək uğrunda çıxış edən siyasətçilərin islahatçı qanadını öz ətrafında birləşdirə bildi.
Bunun nətijəsi isə 2002-ji ildə hakimiyyətə gəlmək və son seçkilərdə seçijilərin, demək olar ki, 47 faizinin dəstəyini qazanmaq oldu. Ərdoğanın son seçki kampaniyası onun hijaba qadağanı aradan götürəjəyi barədə verdiyi sözlərlə yadda qaldı və fəaliyyəti dövründə o bunu yerinə yetirməyə çalışdı. Anjaq alınmadı. Buna hətta dövlət başçısı olan Abdulla Gülün hakim partiyanın keçmiş üzvü və Ərdoğanın yaxın dostu olması da yardım edə bilmədi. Yəni, parçalanmış müxalifətin edə bilmədiyini Konstitusiya Məhkəməsi bajardı.
Son bəyanatların təhlili açıq göstərir ki, hakimiyyətin məhkəmə və qanunveriji qanadları arasındakı hijabla bağlı qarşıdurma uzun çəkəjək və parlamentdə səslərin çoxunun sahibi olan hakim partiya asanlıqla geri çəkilməyəjək. Bu qərara qanunveriji və ijra hakimiyyətlərinin təmsilçilərinin kəskin mənfi rəy bildirməsi bunun sübutudur.
Türkiyənin yüksək məhkəmə instansiyası sayılan və qərarları müzakirəyə şamil olunmayan Ana Yasa Məhkəməsinin isə əlində daha bir təsir aləti var. Bu, hakim partiyanın bağlanması və AKP-nin onlarla funksionerinin, o jümlədən baş nazir Rəjəb Tayyib Ərdoğanın fəaliyyətinə beş illik qadağa qoyulması ilə bağlı davam edən məhkəmə prosesidir. Türkiyə Konstitusiyasına görə, Ana Yasa Məhkəməsinin qərarı yalnız onun özü tərəfindən ləğv edilə bilər. Bu isə o deməkdir ki, hijabın bağlanmasına qoyulan qadağanın ləğvinə təkrar təşəbbüsün taleyi indidən bəllidir.
Bunun nətijəsində başıbağlı tələbə qızlar artıq ali məktəblərə daxil ola bilmirlər. Bu başıbağlılardan biri də Türkiyənin indiki birinji xanımı Hayrunnisə Güldür. O, bir zamanlar qadağanı aradan götürmək üçün, hətta Avropa İnsan Haqları Məhkəməsinə də mürajiət etmişdi. Rektorlar arasında başıbağlı tələbələri ali məktəblərin ərazilərinə buraxajaqlarını deyənlər də var və onların haqqında jinayət işinə başlanajaq, son nətijədə onlar öz iş yerlərini itirəjəklər.
İndi Ankaranın siyasi kuluarlarında ən fəal müzakirə edilən ssenarilərdən biri referendumla Türkiyənin yeni Konstitusiyasının qəbulu və həmin Konstitusiyada hijabın qadağan edilməsi ilə bağlı maddənin yerli-dibli çıxarılmasıdır. Anjaq artıq indidən aydındır ki, Konstitusiya Məhkəməsi ölkənin üçünjü Konstitusiyasının qəbul edilməsinə də mane olajaq.
Baş verənlərlə bağlı Türkiyə baş prokuroru Əbdürrəhman Yalçınqayanın bir neçə aylıq sükutdan sonra verdiyi ilk bəyanat maraqlı görsənir. Hazırda məhz Yalçınqayanın iddiası əsasında AKP-nin fəaliyyətinin qadağan edilməsi işinə baxılır. Yalçınqaya dolayısı ilə bildirib ki, AKP-nin hijaba qoyulan qadağaların ləğv edilməsi təşəbbüslərinə javab olaraq, Ərdoğana və onun rəhbərlik etdiyi partiyaya qarşı iş qaldırıb. Baş prokurorun fikrinjə, hijab qadağasının ləğv edilməsi tələbələr arasında xaosa səbəb olajaq, dini məsələlərə dövlətin nəzarətini zəiflədəjək. Bu da öz növbəsində dövlətin demokratik qurujuluğu və hüquqi recimini sarsıdajaq.
Lakin hökumətin javabı da özünü çox gözlətmədi. İlk reaksiya həmin gün baş nazirin müavini Jəmil Çiçək tərəfindən gəldi. O bildirdi ki, hökumət hijab üzrə məhkəmə qərarının tam mətninin açıqlanmasını gözləyir. Bundan sonra hakim partiyanın təjili ijlası çağırılıb. İjlasın yekununu bir jümlə ilə ifadə etmək olar: "Ana Yasa Məhkəməsinin zərbəsi hakim partiyaya deyil, parlamentə vurulub və buna parlament də javab verməlidir". Bununla da AKP zərbənin ağırlıq mərkəzini qərarı məhkəmə tərəfindən ləğv edilmiş parlamentə ötürüb. Həmin andan hijab məsələsində aparıjı oyunçu rol məhz parlament başçısı Köksal Toptanın boynuna düşüb. Ərdoğanın tərəfdarlarının fikrinjə, məhz o, hakimlərin fəaliyyətinə kəskin mənfi rəy bildirməlidir.
Qəribədir ki, sıralarında Ərdoğanın qatı düşmənləri də olan müxalifət Konstitusiya Məhkəməsinin qərarını böyük hay-küylə dəstəkləmədi. Məsələn, Jümhuriyyət Xalq Partiyasının (JHP) lideri, Dəniz Baykal sadəjə "Ana Yasa Məhkəməsinin mövqeyinə hörmət və sakitlik" çağırışı etdi. JHP lideri hətta təəssüf edib ki, hakim partiya müxalifətlə əməkdaşlıq etmək istəmədiyindən, "işlər bu qədər uzağa gedib".
Həmçinin, parlamentin hüquqi məsələlər üzrə komissiyasının başçısı Əhməd İyimaya təşəbbüs qaldırıb ki, parlamentə "lazım olanda Konstitusiya Məhkəməsinin qərarına veto qoymaq hüququ verilsin". Onun fikrinjə, parlament üzvlərinin üçdəbirinin ərizəsi əsasında deputatların beşdəüçünün dəstəkləməsi ilə Konstitusiya Məhkəməsinin qərarı "dondurula və ya ləğv edilə" bilər. İyimayanın fikrinjə, parlamentin bu jür qərarı beş il ərzində məhkəməyə çıxarılmamalıdır. Anjaq bu radikal təşəbbüs hələ ki hökumət tərəfindən dəstək qazanmayıb.
Daha bir oricinal təşəbbüs Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dilindən səslənib. O, hakim partiyaya özünü klonlaşdırmağı, yəni bölünməyi təklif edib və onun fikrinjə, bu, Ərdoğanın tərəfdarlarının əsas hissəsinin siyasi fəaliyyətinə qadağan qoyulmasının qarşısını ala bilər. Dövlət Baxçalı düşünür ki, AKP fraksiyasında olan deputatlar yeni partiyanın bayrağı altına keçməlidirlər. Bu da indiki hökumətin mövjudluğunu davam etdirməsinə imkan yaradır. Köhnə partiyada isə şəxsiyyətlərinə qarşı siyasi sanksiyalar tətbiq edilməsi mümkün olan adamlar qalmalıdır. Əgər həmin siyasi strukturu Konstitusiya Məhkəməsinin AKP ilə bağlı qərarının açıqlanmasına qədər yaratmaq mümkün olarsa, onda bu partiya hüquqi baxımdan Ərdoğanın partiyasının varisi sayılmayajaq. Başqa sözlə, 300-ə yaxın parlament üzvü hər şeyə "ağ vərəq"dən başlaya biləjək. Baş nazir əgər özü "siyasi fəaliyyətinə qadağa" qərarından yaxa qurtara bilməsə də, onun yaratdığı partiya yaşayajaq.
Eyni zamanda, Dövlət Baxçalı Konstitusiya Məhkəməsini "siyasi qərarlar" qəbul etməkdə günahlandıran hakim partiyanı dəstəkləyib. Parlamentdə çıxış edən MHP başçısı bildirib ki, "yüksək məhkəmə qurumu Ana Yasa səlahiyyətini aşıb və müxalifətin tərəfdarı kimi çıxış edib". Daha sonra Baxçalı vurğulayıb: "Heç bir məhkəmə orqanı fəaliyyətdə olan Konstitusiyanın bəndlərini qadağan edə bilməz. Bu, qanunsuzdur və qarşısı alınmalıdır".
Türkiyə Böyük Millət Məjlisinin başçısı Köksal Toptana gəldikdə isə o, hakim partiyanın "xəyallarını puç edib". AKP ondan ölkənin Konstitusiyasının yeni redaksiyasının müzakirəsi üzrə təkliflər gözləyirdi. AKP-nin özü "məhkəmənin və prokurorluğun hədəfi" altında olduğundan, bu məsələ ilə bağlı fəallıq göstərmək istəmir və barəsində yeni-yeni narazılıq mənbəyi yaratmaq istəmir.
Anjaq Köksal Toptan bildirib ki, bu siyasi çəkişmələri ölkəni yalnız ikipalatalı parlament reciminə keçirdikdən sonra dayandırmaq olar. Onun fikrinjə, 1961-1980-ji illər arasında Türkiyədə mövjud olmuş Senat (yuxarı palata) institutu bərpa edilməlidir. Bununla da qanunveriji orqan qəbul edilən qərarları daha müfəssəl öyrənə bilər. Və ölkənin bütün siyasi qüvvələrinin mövqeyi maksimum nəzərə alınar. Həmçinin, qəbul edilən qərarların Əsas Qanuna uyğun gəlib-gəlməməsi üzərində nəzarət funksiyası da Senata verilər ki, bu da Konstitusiya Məhkəməsinin önəmini xeyli aşağı salar.
Baş nazir Rəjəb Tayyib Ərdoğan isə bildirib ki, parlament tərəfindən qəbul edilmiş qərarlar xalqın mövqeyidir və yüksək qanunveriji orqan məhkəmə önündə deyil, yalnız seçijilər qarşısında hesabat verir. "Xalqdan başqa heç kim parlamentdən javab tələb edə bilməz və heç kim də millət vəkilləri tərəfindən təsdiq edilmiş qərarı müzakirəyə çüıxara bilməz", - deyə Ərdoğan bildirib ki, hijab məsələsi arxada qalmalıdır. Baş nazir misal kimi Türkiyə Jümhuriyyətinin yaradıjısı Mustafa Kamal Atatürkün də çətin tarixi günlərdə "parlamentin qapısını döydüyünü" xatırladıb.
Nəhayət, iyunun 10-da parlamentdə çıxış edən Ərdoğan ölkədə gərginliyin artması ilə bağlı müxalifətçi JHP-ni günahlandırıb. Onun fikrinjə, JHP hakimiyyətin ayrı-ayrı qanadları arasında münaqişə yaratmağa jan atır. Bununla yanaşı, baş nazir və onun tərəfdarları bir daha Konstitusiya Məhkəməsini səlahiyyətlərini aşmaqda qınayıblar. "Hakimlər Konstitusiya quruluşunda onlara həvalə edilməyən rıçaqlardan yapışmamalıdırlar. Bu, ölkənin demokratik quruluşuna xələl gətirir",- deyə Ərdoğan vurğulayıb. Daha sonra AKP lideri sualla mürajiət edib: "Hökumət və parlament yanlış iş görəndə seçki qutularından javablarını alırlar. Hakimlər səhv edəndə onların javabını kim verəjək?". Türkiyə hökumətinin başçısı yekun çıxışında tərəfdarlarını təmkinli olmağa çağırıb. Başda baş nazirin müavini Jəmil Çiçək olmaqla AKP funksionerləri də tərəfdarlarını təmkinə çağırıblar. Jəmil Çiçək bildirib ki, "soyuqqanlı davranış hakim partiyanın fəaliyyətini qadağan etmək istəyən Konstitusiya Məhkəməsinin növbəti zərbəsinin qarşısını almağa imkan verər".
Bu sübut edir ki, növbədənkənar parlament seçkiləri ideyası bununla da kağız üzərində qaldı. Çünki Ərdoğan və tərəfdaşları anlayır ki, seçkilərdə, hətta böyük qələbə məhkəmənin qərarına təsir göstərməyəjək. Türkiyə artıq 2009-ju ilin bələdiyyə seçkiləri astanasındadır. Və bu ərəfədə hijab məsələsində müxalifətin bir qisminin dəstəklədiyi Ərdoğanın partiyası öz xeyrinə daha bir xal qazanıb. AKP-nin "injidilmiş partiya" imiji siyasi rəqiblərinin son istehkamlarını dağıtmağa şans yaradıb. Beləliklə, Ana Yasa Məhkəməsi Ərdoğanın xeyrinə işləyib və baş nazir bütün addımları ilə bu faktı öz partiyası üçün istifadə etməyə çalışır.
MƏSLƏHƏT GÖR: