14 Mart 2025

Cümə, 16:02

UĞUR RESEPTİ

«Azərsun holdinq»in prezidenti Abdolbari Qozal qazandığı uğurların sirlərini «Region plus»la bölüşür

Müəllif:

01.09.2006

Siz həm Azərbayjanda, həm də dünyanın bir çox yerlərində uğurlu iş adamı kimi tanınırsınız. Bu uğurun əsasında nə durur?

- Etimad müvəffəqiyyətin əsas amillərindən biridir. Uğur əldə etmək üçün hər jür şəraitdə  yüksək əhval-ruhiyyəyə sahib olmaq və ümid etmək lazımdır.

İş həyatında nailiyyət əldəetmənin başqa bir yolu isə təjrübələrin mükəmməl şəkildə dəyərləndirilməsi və insanın özünü inkişaf etdirməsidir.

Bəzi uğurlar, Allah nəsib edərsə, mümkün olur, buna inanmaq lazımdır. İnsan hansı inanja sahib olur-olsun, bəzi dinamikalara inanmalıdır. İnam, uğurun əldə edilməsi üçün ən vajib amillərdən biridir. Risqə və taleyə inanmaq lazımdır. 

İlk mərhələdə insan hər hansı bir strategiyaya yiyələnməyə bilər. Amma əldə edilən təjrübələrlə həyata keçirilən strategiyalar haqqında düşünməkdə fayda var. Həyatda hər bir insanın yüksələjək pilləsi vardır. Anjaq əsas məsələ uğur qazanan insanların  strategiyalarının və fəlsəfələrinin mükəmməl şəkildə dərk edilməsidir. Burada düşünjə böyük rol oynayır.

Çünki düşünjə bir konsepsiyadır. İnsanın davranışlarını, davranış xarakteri, xarakter isə insanın taleyini müəyyənləşdirir. Anjaq səbirli olmaq lazımdır. Mən dürüst və saf niyyətlərimin qarşılığını 30 il sonra aldım. Başqalarının uğurlarına sevinərsənsə, sən də nailiyyət əldə edə bilərsən, bu bir niyyət göstərijisidir.

İnsanın xasiyyəti iş həyatında əsas yer tutur. Nailiyyət əldə etmək istəyən bir iş adamı verdiyi sözləri gejiktirmədən yerinə yetirməlidir. Çünki xasiyyət demək, prinsip sahibi olmaq deməkdir. Başqalarının davranışları bizi maraqlandırmır, vajib olan insanın öz davranışıdır.

Xasiyyət və prinsip mövjud olduqdan sonra, insan çox asanlıqla itirilməyəjək güjə və etibara sahib olar. Onu da qəbul etmək lazımdır ki, etibar sərmayədən daha vajib və qiymətlidir.

- Bu gün bütün ölkələr öz əhalisinin sosial problemlərini həll etmək üçün iri sərmayələrə ehtiyaj duyur və bu baxımdan həmin ölkələrin qapıları sizin üzünüzə açıqdır. Nəyə görə siz məhz Azərbayjanı seçdiniz?

- Azərbayjana gəlməzdən əvvəl Dubay, Türkiyə və digər Yaxın Şərq ölkələrində biznes fəaliyyəti ilə məşğul idik. Sosialist düşərgəsinin çökməsi ilə Sovetlər Birliyinə daxil respublikalar müstəqilliyə qovuşdu. Bir çox iş adamı kimi, biz də tijarətimizi kommunist sisteminin iflası nətijəsində ortaya çıxan bu respublikalarda və Şərqi Avropa ölkələrində inkişaf etdirmək haqqında düşündük. İşə əvvəljə Rumıniyada başladıq. Bu minvalla tijarət fəaliyyətimiz Gürjüstan və Azərbayjana tərəf yönəldi. Bundan əvvəl Suriya, İraq, İrana və ərəb ölkələrinə qida məhsulları ixrajı ilə də məşğul olduğumuzdan, bu sahədə müəyyən təjrübəmiz var idi. Həmin təjrübəyə arxalanaraq, başlanğıjda əsas fəaliyyətimizi insanların gündəlik ehtiyajı olan qida məhsullarının yerli bazara çıxarılması üzərində qurduq, təklif etdiyimiz qida məhsullarını sürətlə Azərbayjan bazarında tanıtmağa başladıq. O vaxt Azərbayjan bazarına ilk olaraq bizim "Teksun" yağlarımız, şəkər və düyülərimiz çıxarıldı.

Həmin ərəfədə mənim mərhum Turqut Özalla görüşüm oldu. Əvvəljə ümumi mövzulara toxunduq. Ona yenijə fəaliyyətə başladığımız ölkələr haqqında danışdım. Həmin ölkələr arasında Azərbayjanın da adını çəkdim. Bu ölkə ilə bağlı onun bizə bir tövsiyəsi oldu: "Azərbayjana bir az diqqət ayır", - dedi. Ona Azərbayjandakı ovaxtkı vəziyyət haqqında söz açdıq; 1992-ji ildə bu ölkədə vəziyyət çox ajınajaqlı idi. Amma Turqut Özal dedi ki, bunlar keçijidir. Bir də Allah rizası var. Yəni oralara gedib iş qurmaq bizim üzərimizə düşən bir vəzifədir. Əgər harada isə bir iş qurajaqsansa, bunun üçün Azərbayjanı seçməyin daha yaxşı olardı.

Azərbayjanla tijarət əlaqələrimiz getdikjə irəlilədi. 1995-ji ilə qədər, xüsusilə də 1994-jü ilin sonu və 1995-ji ilin əvvəllərində buradakı tijarətimiz xeyli inkişaf etdi və bazarda lider mövqeyinə yiyələndik.

Bu ərəfədə mən Azərbayjanın prezidenti Heydər Əliyevin qəbulunda oldum. Mənim haqqımda onda müsbət məlumatlar var idi. O görüşdə mərhum prezident dedi: "Jamaat işsizdir. Dövlətin yeni iş yerləri açmağa qüvvəsi çatmır. Biz özəl sektor və özəl təşəbbüsə inanırıq. Sizə nə dəstək lazımdırsa, bizdən istəyin, yerinə yetirək. Siz də istehsala başlayın, iş yerləri yaradın". Açığı, bir neçə dəfə mən də bu haqda düşünmüşdüm. Ümumiyyətlə baxanda bu mənim iş fəlsəfəmə, iş prinsiplərimə də çox uyğundur. İnsanların gəlib çalışmaqla həyatlarını qura biləjəkləri, qazanajaqları yeni iş yerləri yaratmaq! Mən o vaxt prezidentə bunları dedim: "Jənab prezident, qırx idarədən üstümüzə gəlirlər. Biz hələ tijarətlə onların əlindən qurtula bilmirik. Bəzən ünvanımızı dəyişdiririk. Belə olan vəziyyətdə nejə iş görə bilərik? Qarantiyamız yoxdur". Mənim "qarantiya" sözünü işlətməyimə prezidentin javabı bu oldu: "Sizin qarantiyanız mənəm!".

Heydər Əliyevin bu sözləri qəti əminliklə deməsi məndə böyük təəssürat oyatdı və özümü sınamaq qərarına gəldim. Əvvəljə köhnə çay fabrikini özəlləşdirərək, bir çaypaketləmə fabriki qurduq. Prezidenti də açılışa dəvət etdik. Bu, Azərbayjanın özəl sektorunda ilk açılış oldu.

- “Azersun Holding” əsas diqqəti tijarətlə və asan gəlir gətirən biznesə deyil, iri investisiyatutumlu istehsal layihələrinə yönəldir. Bu nə ilə bağlıdır? Məsələn, İmişli şəkər zavoduna yatırdığınız vəsaiti tijarətə yönəltməklə daha qısa müddətdə böyük gəlir əldə edə bilərdiniz. Amma siz belə etmədiniz.

- Şəkər fabrikinin qurulmasının ayrıja bir tarixçəsi var. Bu işə məni ümummilli liderimiz Heydər Əliyev təşviq etdi. Allaha şükür ki, onun təşviq etdiyi heç bir işdə zərərə uğramamışam.

Buraya tijarət üçün gəldiyimi əvvəljə düşündüm. Buraya gələndə “Philip Morris” problemi var idi və gəlib mənə dedilər ki, “Siqaret istehsalını sizə vermək istəyirik”. Bilirsiniz ki, siqaret çox istifadə olunan məhsuldur. Onu çəkən insan penjəyini belə satıb çəkər. Əvvəllərdə belə hadisələr mövjud idi. İnsanlara zərər verəjək; siqaret, silah, alkoqollu içki kimi zərərli məhsullar mənim kitabımda yazılmır. Uşaqlarıma da vəsiyyət etmişəm, bu işlərə girişməyin, insanlara xidmət edəjək işlər görün. Mən bunu bir dəfə iş adamlarının ijlasında da dilə gətirdim.

Azərbayjanda neftli bölgə var, neftsiz bölgə var. Tərəvəz əkin. Bir neçə yaxşı şirkət aça bilərsiniz, tərəvəzin üstünə etiket yapışdırıb yaxşı pula da sata bilərsiniz. İnsanlar biləjəklər ki, təmiz və keyfiyyətli mal alırlar. Hələ ki bunu edən yoxdur, amma bəzi iş adamları gəlir, deyirəm, bu işi görə bilərsinizmi?

Məndə keyfiyyət anlayışının limiti yoxdur. Moskvada çay festivalında qızıl medal almışdıq. Bu il də medal aldıq. Amma bununla kifayətlənmirik. Varsa, sonsuza qədər gedərik. Bazarda keyfiyyətsiz qida çoxdur. Bazarda təmiz ət və ət məhsulları çox azdır. Avropadan da keyfiyyətli ət məhsulu istehsal etməliyik. Bu da insanın beynində olmalıdır.  Bütün məhsulları mən, şəkər də daxil olmaqla, yoxlamadan bazarlarda satışına ijazə vermirəm. 50 dəfə test edirəm, sonra insulin vurdururam, mən özümü fəda edirəm.

Hər işdə insan imanla və vijdanla işləyə bilməlidir. Azərbayjan bazarında əlimə yaxşı imkanlar gəldi. Bizim qazanj limitimiz vardır. O limit bizim hədəfimizdir. Çox istəmirik. Hər iki dəyərli müəllimimiz mənə çox böyük qiymət verdi, mənə enerci verdi. Bir xidməti doğru dəyərləndirmək millətin ujalığıdır.

- Artıq 15 ildir, “Azersun Holding” Azərbayjanda fəaliyyət göstərir, bu illər ərzində ölkənin iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün çox işlər görüb. Ölkədə sərmayələr üçün yaradılan mühiti nejə qiymətləndirirsiniz və iqtisadi inkişafı sürətləndirmək üçün daha nələr etmək lazımdır?

- Azərbayjanın ilk başlanğıjda həqiqətən də çətinliklər yaşaması, bir yandan Ermənistanın davam etməkdə olan təjavüzü, bir milyon insanın öz yurdundan didərgin düşməsi, qaçqına çevrilməsi, digər tərəfdən də dövlət çevrilişi jəhdləri, qardaş qırğını təhlükəsinin ölkə üzərində asılı qalmış qara buludu millətdə ümidsizlik yaratmışdı.  Heç kimin sabaha ümidi yox idi.

Mərhum Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi. Bir el ağsaqqalı kimi, bir rəhbər kimi, böyük bir lider kimi əlini masanın üstünə vurdu və hamını səfərbər etdi. Digər tərəfdən, iqtisadi sahədə böyük addımlar atdı. Məsələn, Bakı-Jeyhan layihəsi ilə bağlı hamıda bir tərəddüd vardı. O isə "Olajaq!" -  dedi və oldu da. "Azərbayjanın gələjəyi parlaqdır", - dedi. Biz də belə fikirdə idik, amma bu gələjək, hər halda, 15-20 il sonra parlaq ola bilər, deyə düşünürdük. Lakin bu inkişaf da Heydər Əliyevin uzaqgörənliklə söylədiyi kimi, qısa bir müddətdə baş verdi. Heydər Əliyevin təjrübəsi, sistemi doğru qurmağı sayəsində ölkə sürətli iqtisadi inkişaf yolu ilə irəliləməyə başladı. Yəni bunların hamısı nətijədə inkişafa səbəb oldu. Bu bir tarixi həqiqətdir.

Prezidentimiz jənab İlham Əliyev, təbii ki, geniş dünyagörüşlü dövlət rəhbəridir və Heydər Əliyev məktəbində püxtələşmiş genişbilikli bir insandır. Onun yüksək mədəni səviyyəsi və dünyagörüşü atası ilə birlikdə dolaşdığı Avropanı və dünyanı çox yaxşı qiymətləndirməsi, qlobalizmin mahiyyətini düzgün şərh etməsi çox vajib amillərdir. Çünki bəzi ölkələr və ya ölkələrin idarə olunmasında təsir güjünə malik müəyyən qruplar var ki, bunu hələ də anlaya bilmir və keçiji bir hal olaraq qiymətləndirirlər. Müəyyən proseslər öz təsirini hiss etdirməyə başladığı zaman isə istər-istəməz yeni reallıqlar içində öz yerlərinin axtarışlarına başlayajaqlar. Bu axının, dalğanın qarşısını almaq mümkün deyil. Onun içində yer almaq, idarə edə bilmək isə çox önəmlidir.

- Uzun illərdir, Azərbayjanda çalışmaqla yanaşı, region ölkələri ilə də işgüzar əlaqələr qurmusunuz. Sizjə, Azərbayjanı regionun iqtisadi mərkəzi adlandırmaq olarmı?

- Bu gün Azərbayjan qonşu ölkələrə görə çox açıqdır. Əlbəttə, müəyyən çətinliklər, çatışmazlıqlar var. Heç kim də bunların bir anda tamamilə ortadan qalxmasını gözləmir. Amma nətijədə möhtəşəm bir gələjək vəd olunur. Çox gözəl bir sistem qurulub, ölkənin gəlirləri də getdikjə artır. Ölkədə aktiv insan güjü var, tijarət və biznes güjü var. İnanıram ki, Azərbayjan Dubay kimi bir model ola bilər. Mən çox gözəl bir gələjək görürəm.

Azərbayjan yeni sərmayəçilər üçün olduqja əlverişli şəraitə sahibdir. Bakı-Tbilisi-Jeyhan (BTJ) Əsas İxraj Neft Kəməri layihəsinin həyata keçirilməsi ilə bərabər, ölkənin gələjəyinin təminat altına alındığı qənaətindəyəm.

Azərbayjanda böyük layihələr həyata keçirilir. Regionların Sosial-İqtisadi İnkişafı Proqramı bunun ən gözəl nümunəsidir. Azərbayjanda kənd təsərrüfatı sahəsində bir çox işlər görülə bilər. Bildiyiniz kimi, kənd təsərrüfatı ölkə iqtisadiyyatının inkişafında əsas yerə sahibdir. Kənd təsərrüfatı sahəsində görülməli çox iş, təməl problemlər var. Torpaq hazırlanmalıdır. Artıq əvvəlki kimi deyil, dövr dəyişib. İndi köhnə texnologiya artıq yeni ehtiyajları ödəmir. Bu sahəyə güjlü investisiya qoymaq lazımdır.

Gələjəyini parlaq olaraq gördüyümüz Azərbayjan, yeni sərmayələrə ev sahibliyi edərək etimad edilən ölkə olmuşdur.


MƏSLƏHƏT GÖR:

379