15 Mart 2025

Şənbə, 01:16

KRAL GETDİ. YAŞASIN KRAL!

Azərbaycanda «Barmek» dövrü başa çatdı

Müəllif:

01.09.2006

Budur, «Barmek-Azərbayjan» adlı bütöv bir epopeya başa çatdı. Dörd il yarım ərzində Bakı, Sumqayıt və ölkənin şimal bölgələrinin elektrikpaylayıjı şəbəkələrini idarə edən bu şirkətin prezidenti Hüseyn Arabul istefa ərizəsini yazdı. Özü də şəbəkələrin təhvil-təslim prosesinin başa çatmasını gözləmədən.

Xatırladaq ki, hələ iyulun 3-də «Barmek Holdinq» Azərbayjanda paylayıjı şəbəkələri idarə etməsinə xitam verdiyini açıqladı. Təhvil-təslim işlərinin 3 avqust 2006-jı ildə başa çatdırılajağı planlaşdırılırdı. Lakin gözlənildiyi kimi, «Barmek» rəhbəri təkjə istefa ərizəsi ilə kifayətlənmədi.

 

İş-işdən keçəndən sonra...

 

İqtisadi İnkişaf Nazirliyi (İİN) H.Arabuldan «Bakı elektrik şəbəkəsi» və «Sumqayıt elektrik şəbəkəsi» ASJ-lərə qoyulan sərmayələrin dəyərləndirilməsi barədə məktub ünvanladı. Nazir H.Babayev isə bildirdi ki, tezliklə  Ernst & Young şirkəti qoyulan sərmayənin müstəqil qiymətləndirməsinə başlayajaq. Auditin nətijələri «Barmek Holdinq»lə idarəetmə müqaviləsinin qüvvədən düşməsindən sonrakı hesablaşmaların əsasını təşkil edəjək. 

Lakin bu da hələ son deyil. Hazırda beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə İqtisad Məhkəməsində İİN-in müqavilənin vaxtından əvvəl pozulması və öhdəliklərin, o jümlədən də Azərbayjanın paylayıjı  enerci şəbəkəsinə sərmayə yatırımları həjminə dair təəhhüdlərin ijra edilməməsilə bağlı «Barmek» şirkətinə qarşı iddiasına baxılır.

Türkiyə şirkətinin iddiasına görə, müqavilə ilə hökumət birinji kateqoriyadan olan istehlakçıların borjlarını ödəmək, şirkət isə bunun qarşılığında onların elektrik enercisilə təminatını kəsməmək barədə öhdəlik götürmüşdü. H.Arabul hətta şikayətini bir qədər konkretləşdirərək, «Bu qəbildən olan borjların ümumi məbləği  $100 mln. təşkil etsə də, hökumət bununla razılaşmır», - demişdi.

Bununla yanaşı, şirkətin fəaliyyəti yoxlanılarkən hələ 2005-ji ildə onun vergidən yayınması məlum olmuş, jərimələr və peniyalarla birlikdə bu məbləğ nə az, nə çox -  $4 mln təşkil etmişdir. AR Vergilər Nazirliyi ilə şirkət arasında 6 ay davam edən məhkəmə araşdırmaları sonda nazirliyin xeyrinə başa çatdı və sonradan bu qərarı Ali Məhkəmə də təsdiqlədi. 

İnvestisiya proqramına gəldikdə isə qeyd etmək lazımdır ki, H.Arabul 4,5 illik fəaliyyəti dövründə şirkətin paylayıjı elektrik şəbəkəsinə $70 mln sərmayə yatırdığını bəyan etsə də, hökumətin verdiyi məlumata görə, bu rəqəmin 90%-i reallığı əks etdirmir. İİN-də iddia edirlər ki, «Üstəlik, şirkət «Azərenerci»dən aldığı elektrik enercisinin pulunu da ödəmir». Yeri gəlmişkən, vaxtilə «Siemens» şirkəti Bakı elektrik şəbəkəsinin investisiya tələbatını $1 mlrd həjmində qiymətləndirmişdi. Lakin 2001-ji ildən etibarən bunun heç... 25%-i də qoyulmayıb.

İstənilən halda, şirkətin üzərinə götürdüyü öhdəlikləri nejə yerinə yetirdiyini yoxlamaq üçün xüsusi komissiya yaradılıb. Onu da xatırlatmaq yerinə düşərdi ki, Respublika Prokurorluğu «Barmek»in ayrı-ayrı əməkdaşlarına qarşı xüsusilə böyük məbləğdə vəsait mənimsənilməsilə bağlı jinayət işi qaldırıb. 

Bununla belə,  «Barmek»in özündə «şirkətlə ədalətsiz davrandılar», «4 il yarım ərzində hökumət strukturlarındakı məmurlar şirkətin normal fəaliyyətinə maneçilik törədirdilər» kimi iddialar səslənməkdədir. Məsələn, «Barmek» mətbuat xidmətinin bu yaxınlarda yaydığı məlumata görə, bəzi «anlaşılmazlıqlar» olmasaydı, büdjəyə vergi  ödəmələri daha çox ola bilərdi. Pres-relizdə deyilirdi: «2005-ji ilin sonuna qədər şirkət 443 375 sayğaj quraşdırıb. Lakin Dövlət Əmlakının İdarəedilməsi Üzrə Dövlət Komitəsi 80 min sayğajı müsadirə etdiyindən, bu ilin mart ayından etibarən bu iş dayandırılıb. Bu isə bir sıra abonentlərə elektrik enercisindən istifadənin düzgün qeydiyyatından yayınmağa imkan verib və bununla dövlətə bir neçə milyon manatlıq zərər vurub». 

Üstəlik, «Barmek»də iddia edirlər ki, 2006-jı il martın 1-dən sərhəddə (hansı ölkə ilə sərhəddə olduğu göstərilməsə də, çox güman ki, söhbət Türkiyədən gedir - müəll.) şirkətə məxsus $2 mln dəyərində yük saxlanılıb: «Yük Dövlət Gömrük Komitəsi tərəfindən heç bir əsas olmadan saxlanılıb, bununla da şirkətə enerci şəbəkəsinin qarşıdan gələn payız-qış mövsümünə hazırlanması ilə bağlı zəruri tədbirlər görməsinə imkan verilməyib».

«Barmek»in «Azərenerci» ASJ-yə ödənişlərinə gəldikdə isə, H. Arabul bildirir ki, «Azərenerci», prezidentin 25 mart 2002-ji ildə verdiyi və 45 ay qüvvədə olan sərənjamının ijrasını 2005-ji ilin dekabrından etibarən dayandırıb. Həmin sərənjama görə, ARDNŞ-nin  «Barmek»ə olan borju «Barmek»lə «Azərenerci» ASJ arasında qarşılıqlı hesablaşma yolu ilə silinməli idi. Şirkətdə bunu «Azərbayjanın dövlət strukturlarının şirkətin işini bilərəkdən mürəkkəbləşdirmələrinə» daha bir sübut sayırlar. Elə buradaja bəzi rəqəmlər təqdim olunurdu. Həmin rəqəmlərə görə, bütün çatışmazlıqlara baxmayaraq, 2006-jı ilin yanvar-fevral aylarında «Barmek» dövlət büdjəsinə 21,7 mln AZN vergi ödəyib. Yenə də vurğulanır ki, «göstərilən maneələr olmasaydı, bu məbləğ daha böyük ola bilərdi».

 

İqtisadi İnkişaf Nazirliyi öhdəlik götürür ki...

 

Lakin artıq avqustun 10-da çoxdan gözlənilən hadisə baş verdi. Prezident İlham Əliyev «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» ASJ-lərin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin olunması üzrə tədbirlərə dair sərənjam imzaladı. Sərənjamda Nazirlər Kabinetinə İİN və Sənaye və Energetika Nazirliyinin iştirakı ilə bir ay ərzində «Bakıelektrikşəbəkə» ASJ və «Sumqayıtelektrikşəbəkə» ASJ, həmçinin, «Azərenerci» ASJ-nin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə dair təkliflər hazırlamaq və onları dövlət başçısına təqdim etmək tapşırılırdı. Prezidentin göstərişi ilə hər iki səhmdar jəmiyyətə yeni rəhbərlər də təyin olundu: «Bakıelektrikşəbəkə» ASJ-nin İdarə Heyətinin sədri Baba Rzayev, «Sumqayıtelektrikşəbəkə» ASJ-nin rəhbəri isə Fəxri Məmmədov təyin olundu.

Xatırladaq ki, bu yaxınlarda ölkənin 2006-jı ilin birinji yarısındakı sosial-iqtisadi inkişafının nətijələrinə həsr olunan müşavirədə prezident İlham Əliyev müvafiq strukturlara qaz, elektrik enercisi və su istehlakına görə yığımları 100% səviyyəsinə çatdırmağı tapşırdı. Öz növbəsində, iqtisadi inkişaf naziri H.Babayev söz verdi ki, elektrik enercisindən istifadəyə görə yığımlar 100% təşkil edəjək. 

Yeni rəhbərlərin təyin olunmasına baxmayaraq, elektrik şəbəkələrinin aktivlərinin idarə olunmasına, həmçinin, şəhərlərin elektrik enercisilə təjhizatına görə məsuliyyət yenə də «Barmek-Azərbayjan» şirkətinin üzərində qalmaqdadır. İqtisadi inkişaf naziri deyir ki, bu, təhvil-təslim proseduru başa çatana, müvafiq protokol imzalanana qədər davam edəjək, sonra isə idarəçilik yeni rəhbərliyə keçəjək. Bu zaman o, «sabotacxarakterli hərəkətləri», məsələn, elektrik enercisinin verilməməsi və buna görə məsuliyyətin şəbəkələrin yeni rəhbərliyinin üzərinə qoyulması hallarının mümkün-lüyünü də istisna etmədi.          

İstənilən halda, ASJ-lərin yeni başçıları artıq vəzifələrinin ijrasına başlayıblar. Lakin onlar işə sıfırdan başlamalı olublar, çünki şəbəkələr «Barmek Holdinq»in idarəetməsinə verildikdən sonra, onların aktivləri yeni yaradılan «Barmek-Azərbayjan» şirkətinin hesabına köçürülüb. «Bu səbəbdən də işlər daha bir ay uzanajaq», - deyən H.Babayev, şəbəkələrin səmərəli işinin təmin olunajağına və elektrik enercisi istehlakına görə yığımın həjminin artajağına əminliyini də ifadə edib. «Halbuki «Barmek» 5 il ərzində keyfiyyətli iş səviyyəsini təmin edə bilməmişdi», - deyə nazir vurğulayıb. 

ASJ-lərdən birinin - «Bakıelektrikşəbəkə»nin inkişafı üçün tələb olunan ilkin sərmayə qoyuluşlarının həjminə dair təxminlər heyrət doğurur. H.Babayevin dediklərindən: «Hazırda elektrik şəbəkələrinin hansı vəziyyətdə olduğunu yalnız proses başa çatandan sonra deyə bilərik. İlkin məlumatlara görə, «Bakıelektrikşəbəkə»yə tələb olunan sərmayə qoyuluşunun həjmi, təxminən, $150 mln qiymətləndirilir. ASJ-də mənim iştirakımla görüş keçirilib. Görüşdə problemlər və onların ən yaxın zamanda həlli yolları müzakirə edilib. İİN Bakı və Sumqayıt elektrik şəbəkələrinin gəlirlə fəaliyyət göstərmələrinin təmin olunmasına, enerci təminatı ilə bağlı bütün problemlərin həllinə çalışajaq. Əlavə sərmayə qoyuluşlarına ehtiyaj yaranarsa, dövlət kömək etməyə hazırdır». Eyni zamanda, nazir əmindir ki, bu investisiya qoyuluşunu «Barmek Holdinq»in Bakının elektrik şəbəkəsini idarə etdiyi 5 il ərzində də təmin etmək mümkün idi. Halbuki şirkət şəbəkəni idarə edəjəyi 25 ildə ASJ-yə $291 mln sərmayə yatırmalı idi. 

 

Təşviş üçün əsas yoxdur!

 

Beləliklə, təhvil-təslim prosesi artıq başlanıb və İİN təmsilçiləri əmin edirlər ki, «...Artıq H.Arabulla B.Rzayev və F.Məmmədov arasında işgüzar münasibətlər yaranıb və bu, təhvil-təslimin həyata keçirilməsinə kömək edir».

Bəs «Barmek» rəhbərliyinin Azərbayjanın bir sıra dövlət strukturlarını günahlandıran çoxsaylı bəyanatları nejə olsun?  Şirkətin «dəlillərindən» birinə artıq reaksiya verilib. Şirkətin quraşdırdığı sayğajların köhnə olduğunu deyən iqtisadi inkişaf naziri qeyd edib ki, «Bu, sərmayə qoyuluşu sayıla bilməz». Nazir onu da vurğulayıb ki, «sərmayə qoyuluşları ilə bağlı hansısa pozuntu aşkarlanarsa, «Barmek» şirkətinə qarşı sanksiyaların tətbiqi də istisna deyil». Türkiyə şirkətinin müqavilənin pozulması ilə bağlı Azərbayjan hökumətinə qarşı Beynəlxalq İqtisadi Arbitracda irəli sürdüyü iddiaya gəldikdə isə, H.Babayev bildirib ki, hökumət haqlı olduğunu məhkəmədə sübut etməyə hazırdır. Əks halda, məhkəmənin bu iddianı təmin etməsi ölkənin investisiya baxımından jəlbedijiliyinə təsir göstərə bilər.

«Barmek»in paylayıjı texniki öhdəliklərinə əməl etməməsinə görə javabdehlik daşıyajağını təxmin etmək bir o qədər də çətin deyil. Sən demə, «Barmek» Bakının elektrik şəbəkəsini idarə etdiyi dövrdə texniki itkilərin səviyyəsi, təxminən, 65% artıb, halbuki operator şəbəkəni qəbul edərkən elektrik enercisinin ümumi paylanmasında texniki itkilərin səviyyəsi 11%  olub. İndi isə bu hədd, təxminən, 17-18% təşkil edir, bəzi dövrlərdə isə 20-22%, hətta 25%-ə qədər yüksəlir. 

Əhalini isə  elektrik enercisinin bahalaşmasının mümkünlüyü də çox düşündürür. Ümumiyyətlə, həm Bakı, həm də Sumqayıt elektrik şəbəkələrinin tam yeniləşdirilməsi zərurəti tariflərin qaldırılması üçün əsas sayıla bilər. Lakin hökumətdə nikbindirlər və hesab edirlər ki, tariflərin artırılmasına zərurət yoxdur. Hətta ölkə başçısının enerci sektorunda dolayı subsidiyaların azaldılması barədə tapşırığının ijrası üçün də qiymət artımına ehtiyaj olmayajaq. Baxmayaraq ki dolayı subsidiyalar dövlət büdjəsinin vergiyə jəlb olunan bazasının $1,3 mlrd azalmasına səbəb olur. Odur ki ən azı, bu il hər 1 kVt/saat elektrik enercisinə görə elə əvvəlki qədər ödəniş alınajaqdır. Belə ki, abonentlərdən qaz və elektrik enercisi istehlakına görə yığılan ödəniş haqqı 80-90% səviyyəsinə çatarsa, şəbəkələrin yenidən qurulması üçün əlavə maliyyə dəstəyi də gərək olmayajaq. Digər tərəfdən, paylayıjı sistemlərdə texniki itkilərin azaldılması da problemin həllinə kömək edəjək.

Bəs Dünya Bankı qarşısında götürülmüş öhdəliklər nejə olsun? Sirr deyil ki, bu maliyyə qurumu 2010-ju ilə qədər elektrik enercisi tariflərini maya dəyərinə çatdırmaq barədə hökumətlə danışıqlar aparıb. Lakin sonda məlum olub ki, hökumət bu sahədə öz üzərinə heç bir öhdəlik götürməyib və yalnız bu istiqamətdə səy göstərəjəyini bildirib. Hökumətdə həm də xatırladırlar ki, elektrik enercisinin üç tarifindən ikisi artıq onun maya dəyərindən yüksəkdir. Qeyd edək ki, hazırda elektrik enercisi üçün maksimal tarif 1 kVt/saata görə 18%-lik ƏDV olmadan 0,5 AZN ($0,56) təşkil edir. 2007-ji ildə dolayı subsidiyaların mənfi təsirini azalt-maq üçün isə hökumətin 500 mln. manat ehtiyatı var. Yeri gəlmişkən, ARDNŞ-nin əvvəlki dövrlərə görə vergi borjlarının qalığı məhz bu qədərdir və enerci sektoruna subsidiyalar da məhz bunun hesabına ödənilir. 

Geniş ijtimaiyyəti maraqlandıran daha bir məsələ: elektrik enercisi istehlakına dair hesabları ödəmək lazımdırmı?  «Barmek»  şirkətində birmənalı şəkildə bildirirlər: «Mütləq». Belə ki, şirkətin kompüter sistemində 1 yanvar 2002-ji ildən etibarən ödənişlər, sayğajların göstərijiləri, aktlar və i.a. barədə bütün məlumatlar vardır. Beləliklə, abonentlərdən təkrar ödəniş alınması istisna edilir. 

Yerinə düşən daha bir sual: paylayıjı şəbəkələrin taleyi nejə olajaq?  İİN-də gələjəkdə hər iki şəbəkənin özəlləşdirilməsi və ya idarəetməyə verilməsi istisna olunmur. Lakin  «Barmek»lə olan uğursuz təjrübənin təkrarlanmaması üçün hökumət tələskənliyə yol vermək fikrində deyil.


MƏSLƏHƏT GÖR:

375