15 Mart 2025

Şənbə, 02:41

TƏRƏFDAŞLIĞA «MƏHKUM OLUNANLAR»

Azərbaycan-Gürcüstan əməkdaşlığı Ermənistanın manevr etmək imkanlarını məhdudlaşdırır

Müəllif:

01.09.2006

Ermənistanın öz işğalçı siyasətinə xitam verməyə və Dağlıq Qarabağ  münaqişəsinin ədalətli həllinə razılıq verməyə meylli olmasına dəlalət edən kiçijik də olsa, əlamət müşahidə edilmir. Yaranmış durumda Azərbayjanın bu ölkənin bölgədə manevr etmək imkanlarını məhdudlaşdırmaqdan başqa əlajı qalmır. Ermənistanın bölgədəki layihələrdə iştirakına qadağa qoyulub! Azərbayjanı dəstəkləyən Türkiyə Ermənistanla sərhədlərini qapalı saxlayır, Ermənistandan yan keçən marşrutlar isə ölkəmizlə strateji əməkdaşlıqdan kifayət qədər qazanj əldə edən Gürjüstan ərazisindən keçir. Bakı-Tbilisi-Jeyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Poti layihələri hər il Gürjüstan büdjəsinə $75 mln, yəni ölkə büdjəsinin, təxminən, 4,4%-i qədər gəlir gətirəjək. Yəqin razılaşarsınız ki, bu heç də kiçik rəqəm deyil. Üstəlik, Gürjüstan boru kəmərinin təhlükəsizliyinin təmin olunmasına görə, kompensasiyalar şəklində və ekoloji problemlərlə əlaqədar kifayət qədər iri məbləğlər əldə edəjəklər.  Bunlardan bəzilərinə nəzər salaq:

- bp şirkəti ilə Gürjüstan arasında imzalanan sazişə əsasən, bu ölkəyə $40 mln həjmində qrant ayrılıb. Artıq Gürjüstan hökuməti bu məbləğdən $10 mln alıb. BTJ boru kəməri ilə neftin nəqlinə başlanandan 1 ay sonra qonşu ölkəyə daha $11 mln təqdim ediləjək. Qalan məbləğ isə 2010-ju ildən sonra ildə $4 mln olmaqla veriləjək. Gürjüstan hökuməti bu vəsaiti aztəminatlı ailələr üçün müavinətlərə, tələbələr üçün vauçerlərə və s. sərf etmək fikrindədir;

- Gürjüstan üçün digər bir gəlir mənbəyi inflyasiyaya görə veriləjək kompensasiyadır ki, bu məqsədlə ölkəyə 40 il ərzində ildə $1 mln ayrılajaq; 

- BTJ boru kəməri məşhur Borcomi dərəsindən keçir. Rəsmi Tbilisi və yerli QHT-lər bu bölgənin istənilən dəyişikliklərinə qarşı çox həssas olması barədə bəyanatlarla çıxış etdilər və bundan sonra müvafiq avadanlıq alınması üçün əlavə olaraq $6 mln ayrıldı. Üstəlik, Gürjüstanın bu bölgəsində kəmərin təhlükəsizliyinin təmin olunması məqsədilə 40 il ərzində ildə $1 mln vəsait ayrılması da nəzərdə tutulub (maraqlıdır, boru kəmərinin 30 il fəaliyyət göstərəjəyi məlumdur - red.)  

Beləliklə, Gürjüstan Azərbayjanın enerci ehtiyatlarının dünya bazarlarına nəqlindən yaxşıja qazanajaq. Gündəlikdə digər layihələrin gerçəkləşdirilməsi, həmçinin, başqa istiqamətlər üzrə də əməkdaşlıq məsələləri durur ki, bütün bunlar iqtisadi əməkdaşlıq üzrə Gürjüstan-Azərbayjan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının üçünjü toplantısında müzakirə edilir. Həmin toplantıdakı çıxışında Gürjüstanın Baş naziri Zurab Noqaideli Azərbayjan sərmayədarlarının bu ölkənin iqtisadiyyatında daha fəal iştirakına ümid etdiyini açıqlayaraq, bunun üçün zəruri olan hər jür şərait yaradılajağına vəd verdi. Gürjüstan iqtisadiyyatına sərmayə yatırılması Azərbayjan üçün də o baxımdan sərfəlidir ki, bu, milli kapitalı «neft dollarları»nın doğurduğu inflyasiyadan qoruyar. Doğrudur, Gürjüstan bazarı o qədər də böyük və jəlbediji deyil, əhalisinin sayı azdır, alıjılıq qabiliyyəti aşağıdır. Lakin hələlik Azərbayjan investorlarına elə bu kiçik bazar da kifayət edər. Digər tərəfdən, Gürjüstanda investisiya mühiti ildən-ilə yaxşılaşır, iqtisadi sərbəstlik reytinqi yüksəlir və bütün bunlar  qonşu ölkəyə sərmayə qoyuluşlarına şərait yaradır. Əgər əvvəllər Gürjüstnda 24 adda vergi yığılırdısa, hazırda jəmi 7 vergi növü var. Bu ölkənin turizm, sənaye və infrastrukturun inkişafına böyük sərmayə yatırımlarına ehtiyajı var. 

 

Yerevan buna dözməyəjək 

Həm Azərbayjan, həm də Gürjüstan üçün eyni dərəjədə önəmli olan başqa bir layihənin - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yol xəttinin gerçəkləşdirilməsinin qarşısını almaq üçün Ermənistan daha nələrə əl atmadı? Əvvəljə Yerevan Tbilisini inandırmağa çalışdı ki, Bakı-Gümrü-Qars layihəsi olan yerdə bu layihəyə heç bir ehtiyaj yoxdur. Ermənistanın bu jəhdləri hətta bəzən şantac xarakteri də alırdı. Lakin Gürjüstanın nəqliyyat naziri Yerevana səfəri zamanı ermənilərə kifayət qədər sərt və tutarlı javab verdi: «Əgər haqqında danışdığınız marşrut mövjuddursa, bəs niyə o fəaliyyət göstərmir?».  Bu ritorik sual erməniləri bir az da hövsələdən çıxardı. Həqiqətən də, ermənilərin həyasızlığının həddi-hüdudu yoxdur. Onlar, bir tərəfdən, Türkiyə və Azərbayjana qarşı ərazi iddiaları ilə çıxış edir, digər tərəfdən, bu ölkələrlə ortaq layihələr həyata keçirmək istəyir. Gürjütanı şantac etmək jəhdi puça çıxdıqdan sonra, Ermənistan dəstək almaq ümidi ilə okeanın o tayına üz tutdu. Həmişə olduğu kimi, yenə də ABŞ Konqresi ermənilərə havadarlıq etdi və ermənipərəst konqresmenlərin qərarı belə oldu: «Amerika şirkətlərinə Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsini maliyyələşdirməyi qadağan edirik». Lakin ermənilərin və onların havadarlarının səyləri heç bir nətijə vermədi - haqqında danışılan dəmir yolunun çəkilməsi üçün kənardan maliyyələşdirilməyə ehtiyaj yoxdur. Üstəlik, layihənin gerçəkləşdirilməsində maraqlı olanların sayı onsuz da kifayət qədərdir. Hətta «dünyanın o başında yerləşən» Çin də ona maraq göstərir, çünki bu layihə qitələrarası daşımalarda önəmli marşrutlardan birinə çevrilə bilər. Ən əsası isə odur ki, artıq Azərbayjan özü də təkbaşına layihənin böyük hissəsini maliyyələşdirməyə qadirdir. 

 

Qonşu «jığallığı»

Məlumdur ki, Azərbayjan üç ölkəni birləşdirəjək dəmir yolunun Gürjüstana aid hissəsinin inşasını maliyyələşdirməyə prinsipial razılığını verib. Özü də faizsiz və uzunmüddətli kredit şəklində. Nejə deyərlər, rəsmi Bakı daha bir dostyana addım atıb. Yeganə şərt - Gürjüstanın bu kredit üçün dövlət təminatı verməsidir. Və bu da təbiidir. Lakin bizdə olan məlumata görə, rəsmi Tbilisini hətta belə bir əlverişli və məqbul variant da qane etməyib. Bu layihədə Türkiyə və Azərbayjandan heç də az maraqlı olmayan Gürjüstan nə öz payına düşən xərji çəkməyə qadir deyil, nə də qonşunun borjunun ödəniləjəyinə dövlət səviyyəsində «söz vermək» istəmir və krediti «Gürjüstan dəmir yolları» şirkətinin adına rəsmiləşdirmək istəyir. Nətijədə, tərəflər yalnız layihənin gerçəkləşdirilməsinə dair danışıqları davam etdirmək barədə razılıq əldə edə biliblər. Lakin bu da son deyil. Rəsmi Tbilisi narahatdır ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti işə düşdükdən sonra, Gürjüstan limanlarına yük axını azalajaq. Məntiqlidir. Lakin Azərbayjan tərəfi bunun əksini düşünür. Nəqliyyat Nazirliyində bildirirlər ki, onsuz da Gürjüstan limanları hazırkı yük həjmini vaxtında emal etməyə çətinlik çəkir. Yük axınının ildən-ilə artdığını nəzərə alsaq, yaxın gələjəkdə vəziyyətin bir az da çətinləşəjəyini gözləmək olar. Odur ki bu yüklər həm dəmir yolu, həm də limanların rentabelli işləməsinə imkan verəjək. Lakin Gürjüstan tərəfi ehtiyatı əldən vermək istəmir və mümkün itkiləri üç ölkəni birləşdirəjək dəmir yolu hesabına kompensasiya etmək istəyir. Doğrudur, Gürjüstanın məsələyə belə yanaşması yenilik deyil. Tbilisi birinji dəfə deyil ki, birgə layihələrdən minimum səy göstərməklə maksimum mənfəət əldə etməyə jan atır.  Birjə faktı xatırladaq: vaxtilə Azərbayjan Bakı-Tbilisi-Jeyhan boru kəmərindən əldə edəjəyi tranzit gəlirlərindən Gürjüstanın xeyrinə imtina etdi. Bu da bir dostyana addım. Belə nümunələrin sayını isə artırmaq çətin deyil. Nejə deyərlər, yaxşı qonşu və ümumi mənafelər naminə çox şeyi qurban vermək olar. Bununla yanaşı, ədalət naminə demək lazımdır ki, Gürjüstan da Azərbayjanla strateci münasibətləri yüksək dəyərləndirir və imkan daxilində qarşılığını verməyə çalışır. Azərbayjanmənşəli və ölkə ərazisindən tranzitlə keçən yüklərin rəsmi Bakının dövlət mənafelərinə zidd olaraq üçünjü ölkəyə (o jümlədən Ermənistana) ünvanlanmaması barədə razılaşmaya Tbilisinin riayət etməsi buna bariz nümunədir. Doğrudur, bir sıra obyektiv səbəblər üzündən bəzən bu razılaşmaya sona qədər əməl etmək mümkün olmur. Məsələn, lap bu yaxınlarda Azərbayjan gömrükçüləri Ermənistana ünvanlanan yüklərin Gürjüstana keçməsinin qarşısını aldılar. Öz növbəsində, Gürjüstan tərəfi yük axınındakı problemlərə anlaşıqlı yanaşdı və Bakını dəstəklədi. Hökumətlərarası komissiyanın sonunju toplantısında bu sahədə gömrük əməkdaşlığına dair daha bir sənəd imzalamaq mümkün olmasa da, əvəzində, bundan az önəmli olmayan başqa sənədlər imzalandı və yaxın gələjək üçün planlar müəyyənləşdirildi. 

 

Borjlu-borjlunun sağlığın istər...

Məlumdur ki, Gürjüstan Azərbayjana $16,2 mln borjludur. Azərbayjan üçün bu o qədər də böyük məbləğ deyil. Önəmli olan Azərbayjanın bölgədə iqtisadi və geosiyasi nüfuzunun qüvvətlənməsidir. Doğrudur, rəsmi Bakı həmin borj hesabına Batumi və Poti limanlarının bir hissəsinin özəlləşdirilməsində iştirak etmək istədiyini açıqlayanda Tbilisi bu istəyin reallaşması üçün borj məbləğinin, sadəjə, kifayət etmədiyini bildirdi. Eyni zamanda, qeyri-rəsmi məlumatlara görə, Azərbayjan hökuməti həmin limanların özəlləşdirilməsində bu və ya digər şəkildə iştirak etməkdə hələ də maraqlıdır. Çünki onlar təkjə Gürjüstanın özü üçün yox, Azərbayjan üçün də çox önəmlidir. Bu limanlar vasitəsilə Azərbayjan Qara dənizdən keçməklə istənilən ölkə ilə əlaqə saxlamaq, mallarını dünyanın istənilən nöqtəsinə nəql etmək imkanı əldə edir. Üstəlik, burada pay əldə etdiyi halda, Azərbayjan Ermənistana təsir göstərmək imkanı da qazanır. Məsələ ondadır ki, Ermənistana gətirilən malların çoxu məhz adıçəkilən limanlar vasitəsilə çatdırılır, Gürjüstan-Rusiya sərhədindəki qeyri-sabitlik isə Ermənistanı bu limanlardan daha da asılı edir. Məhz bu səbəbdən, Gürjüstan hökuməti Batumi və Poti limanlarını özəlləşdirilməyə çıxararsa, Azərbayjan mütləq bu prosesə qoşulmalıdır. Hələlik isə hər iki liman Danimarka şirkətlərindən birinin müvəqqəti idarəsinə verilib. 

Gürjüstanın Azərbayjana olan borjuna gəldikdə, o hələ də qüvvədə qalmaqdadır. Nejə deyərlər, borjlu-borjlunun sağlığın istər. Odur ki hökumətlərarası komissiyanın toplantısında tərəflər Gürjüstanın Azərbayjana olan borjunun restrukturizasiyası barədə saziş imzalayıblar. Sənədə görə, borjun ödənilmə müddəti 2021-ji ildən 2025-ji ilə qədər uzadılıb. Onun ödənilməsi mexanizmində də müəyyən sadələşdirmələr edilib. Bu da rəsmi Bakının yaxın qonşusuna münasibətdə daha bir dostyana addımı. 

 

Lakin bu da son deyil... 

 

Batumidə əldə olunan razılaşmalara görə, Azərbayjan Beynəlxalq Bankı və ARDNŞ Gürjüstan iqtisadiyyatına sərmayə yatırajaq.  Gözlənildiyi kimi, Beynəlxalq Bank Gürjüstanda öz törəmə müəssisəsini açajaq, ARDNŞ isə öz sahəsinə sərmayə qoyajaq. Azərbayjanın özəl şirkətləri də sərmayə yatırmaq imkanı əldə edib. Məsələn, Azərbayjanda tikinti sektoru kifayət qədər inkişaf edib və yerli şirkətlər, artıq ölkənin hüdudlarından kənarda da inşaat işləri aparmağa qadirdir. Təbii ki, söhbət artıq özünü tanıtmış şirkətlərdən gedir. Tərəflər yükdaşımalarının artırılması, o jümlədən, bu məqsədlə hər iki ölkənin sərhədlərindən yük və sərnişinlərin keçməsi üçün əlverişli şərait yaradılması barədə də razılığa gəliblər. Razılaşmaya görə,  2006-jı ilin sonunadək sərhəd-buraxılış məntəqələrində gömrük ödənişləri barədə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı qəti qərar da qəbul edilib. Komissiya enerci mübadiləsi, rabitə, turizm, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində əməkdaşlıq məsələlərini də diqqətdən qaçırmayıb. Sərhədlərin delimitasiyasına gəldikdə isə qeyd olunub ki, işçi qrupları mütəmadi olaraq görüşür və ümumi uzunluğu 490 km olan dövlət sərhədinin 300 km-i artıq razılaşdırılıb. Bir sözlə, müəyyən «şıltaqlıqlar»a baxmayaraq, Azərbayjan və Gürjüstan strateci tərəfdaşlıqda maraqlıdır və  hətta buna «məhkumdur». Axı Gürjüstanla siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi Azərbayjan üçün daha bir önəmə malikdir: qonşu ölkədə yaşayan azərbayjanlıların həyat səviyyəsi yüksəlməlidir. Azərbayjanla əməkdaşlıq sayəsində əldə etdiyi yüksək gəlirlərin qarşılığı olaraq, Gürjüstan orada yaşayan soydaşlarımızın problemlərinə diqqəti artırmalıdır. Əks halda, iki ölkənin qarşılıqlı münasibətlərində müəyyən «gərginlik» yarana bilər ki, bu da tərəflərdən heç birinə xeyir gətirməz.


MƏSLƏHƏT GÖR:

374