
MÖVQELƏRİN BİRLİYİ
İordaniya kralı II Abdullanın Bakıya rəsmi səfəri iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlıq niyyətlərini təsdiqlədi
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
Ötən həftənin əsas hadisəsi İordaniya kralı II Abdullanın Azərbayjana rəsmi səfəri oldu. İki ölkə arasında diplomatik əlaqələr 1993-jü il fevralın 13-də qurulub. Azərbayjanın İordaniyada səfirliyi 2006-jı ilin martında açılıb. Hər iki ölkə İslam Konfransı Təşkilatının üzvüdür. İordaniya Azərbayjana dostjasına yanaşdığını əməldə sübut edən ölkədir: bu dövlət 2002-ji ildə BMT Baş Assambleyasının 57-ji sessiyasında qəbul olunmuş «BMT ilə ATƏT-in əməkdaşlığı haqqında» qətnamənin mətninə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbayjanın maraqlarına uyğun düzəlişin lehinə səs vermişdi («Turan»).
İordaniya kralı prezident İlham Əliyevlə son görüşdə ölkəsinin Azərbayjana dəstəyini bir daha təsdiqlədi. Danışıqlar zamanı siyasi tərəfdaşlığın səviyyəsinin yüksək olduğunu bildirən tərəflər, sosial və iqtisadi sahələrdə də əməkdaşlığın möhkəmlənməsini vajib sayıblar.
Bütün sahələrdə əməkdaşlıq
İkitərəfli danışıqların yekunlarına dair açıqlama verən prezident İlham Əliyev İordaniya kralının Azərbayjana ilk səfərini, ölkələrarası əlaqələrin inkişafı üçün çox vajib məqam adlandırıb. «Bizim, demək olar, bütün sahələrlə çox yaxşı əlaqələrimiz var. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və ən yüksək səviyyələrdə siyasi dialoq qurmuşuq», - deyə İlham Əliyev qeyd edib.
Azərbayjan və İordaniya liderləri regional sabitlik və təhlükəsizlik məsələləri, həmçinin, Yaxın Şərqdə yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa, tərəflər Dağlıq Qarabağ və Fələstin-İsrail münaqişələrinə dair də müzakirələr aparıblar. İlham Əliyevin sözlərinə görə, bu diskussiyalar zamanı tərəflərin bu məsələlərə yanaşmasında oxşar mövqelər bir daha təsdiqlənib. Bununla yanaşı, dövlət başçısı iqtisadi-tijarət sahəsindəki əməkdaşlığın səviyyəsinin aşağı olduğunu deyərək, bu istiqamətdə tərəfdaşlığın möhkəmlənməsini zəruri sayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ji ildə iki ölkə arasında tijarət dövriyyəsinin həjmi 2051 min dollar təşkil edib. İ.Əliyev ümidvar olduğunu bildirib ki, İordaniya kralının səfərindən sonra işgüzar dairələr arasında görüşlərin təşkili sayə-sində, bu istiqamətdə vəziyyət daha yaxşı olajaq. Prezident, həmçinin, vurğulayıb ki, İordaniyada Azərbayjan səfirliyinin açılması da ikitərəfli əlaqələrin inkişafına lazımi təkan verəjək: «İordaniya kralı ilə münasibətlərimiz qardaşlıq səviyyəsindədir və təbii ki, bu amil ölkələrarası əlaqələrin inkişafına da təkan verir. Mən ümid edirəm ki, bu səfərlə ölkələrimiz arasında münasibətlərin yeni səhifəsi açılajaq».
Öz növbəsində, İordaniya kralı da iki ölkə arasındakı siyasi münasibətlərin çox möhkəm olduğunu vurğulayıb: «Biz həm mənim, həm də sizin ölkəniz üçün maraq doğuran bir çox regional məsələləri müzakirə etdik. Mən çox şadam ki, bu məsələlərə dair bizim mövqelərimiz üst-üstə düşür. Bizim qarşımızda çox çətin problemlər dayanır, amma hesab edirəm ki, ölkələrimiz əl-ələ verib bu problemləri həll etməyə qadirdir», - deyə II Abdulla bildirib.
Böyük potensial
II Abdullanın fikrinjə, hazırda İordaniya və Azərbayjan xalqları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar var. «İndi bizim Azərbayjan prezidenti ilə şəxsi dostluq münasibətlərimizi, xalqlarımız arasında dostluğa çevirmək üçün əla imkanlarımız var», - deyən İordaniya kralı vurğulayıb ki, onun ölkəsi Azərbayjanla iqtisadi-tijarət əlaqələrinin inkişafına səylərini artırmaqda maraqlıdır. «Buna görə də mən bu uğurlu səfərin qısa zaman ərzində real nətijələr verməsi üçün Azərbayjan xalqı, hökuməti və səfirliyi ilə sıx təmas qurajağam», - deyə II Abdulla bildirib.
Səfər zamanı Azərbayjanla İordaniya arasında ikitərəfli əməkdaşlığa dair hökumətlərarası çərçivə sazişi imzalandı. İmzalanma mərasimi iki ölkənin xariji işlər naziri Elmar Məmmədyarovla Abdullah əl-Xatib arasındakı görüş zamanı keçirildi. Azərbayjan XİN-in başçısı özünün iordaniyalı həmkarını Ermənistanla aparılan danışıqlar və ümumilikdə sülh prosesi haqqında məlumatlandıraraq vurğulayıb ki, rəsmi Bakı münaqişənin «Praqa prosesi» çərçivəsində mərhələli həllinə tərəfdardır.
Qeyd edək ki, İordaniya ilə həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq Azərbayjana müəyyən dividendlər vəd edir. İordaniya, İslam Konfransı Təşkilatının üzvü kimi beynəlxalq arenada, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Azərbayjanı dəstəkləyir; bu isə Bakı üçün olduqja vajibdir. Çünki Azərbayjanın Yaxın Şərq ölkələri ilə münasibətlərini strateci adlandırmaq olmur (İsraili çıxmaq şərtilə). Etiraf etmək lazımdır ki, Livan və Suriya erməniləri bu ölkələrin siyasi elitalarına təsir edərək, onların Azərbayjandan uzaq olması üçün əlindən gələni edir. Buna görə də xariji siyasət prizmasından yanaşsaq, Azərbayjanın bu gün İordaniya ilə yaxınlaşması rəsmi Bakı üçün strateci xarakter daşıyır. Həmçinin, nəzərə almaq lazımdır ki, İordaniya 1994-jü ildə İsraillə sülh sazişi imzalamış ərəb ölkələrindən biridir. Öz növbəsində, Təl-Əviv Yaxın Şərqdə Azərbayjana dost olan ölkə sayılır. İordaniyanın İsraillə münasibətlər qurması ona gətirib çıxardı ki, bu gün əksər Avropa ölkələri, həmçinin, ABŞ və Yaponiya bu ölkəyə maliyyə yardımı göstərir.
İqtisadi rakursdan yanaşsaq, Azərbayjanla İordaniya neft sahəsində əməkdaşlıq edə bilər. Çünki İordaniya çox məhdud təbii resurslara malikdir (xüsusilə, neft və kömür çatışmazlığı daha çox hiss olunur). Düzdür, İordaniya fosfat, potaş, əhəngdaşı, mərmər, duz, dolomit, kaolin və s. yataqları ilə zəngindir. Əvvəllər bu ölkədə barıt, gips, uran, mis və s. yataqları da aşkar olunmuşdu. Ağır sənaye isə nefttəmizləmə müəssisələri, fosfat hasilatı və sement istehsalı ilə bağlıdır. İordaniyada paltar, ərzaq və digər istehlak məhsulları buraxılır.
Bir sözlə, ölkələrimiz arasında iqtisadi əlaqələrin qurulması üçün əsas var. Sadəjə, buna təkan lazım idi və son səfər məhz həmin təkan oldu.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra, Azərbayjan və İordaniya arasında bir sıra yüksəksəviyyəli görüşlər keçirilib. İlk rəsmi görüş 1994-jü il dekabrın 16-da Kasablankada (Mərakeş) keçirilən İKT sammitində prezident Heydər Əliyevlə İordaniya kralı Hüseyn arasında olub. 3 il sonra - 1997-ji ilin oktyabrında İordaniya şahzadəsi Abdulla Bakını ziyarət etdi. 2000-ji ilin iyununda şahzadə Həsən bin Təlal da Azərbayjana baş çəkdi. Nəhayət, 2005-ji ilin dekabrında Məkkədə keçirilən İKT-nin sammiti çərçivəsində prezident İlham Əliyevlə İordaniya kralı II Abdulla arasında görüş keçirilib.
MƏSLƏHƏT GÖR: