
ƏSƏD BƏYİN REBUSU
Azərbayjan-Alman Tijarət Palatasının başçısı Nuridə Atəşi ijtimaiyyətin mühakiməsinə «Qurban Səid» fenomeni haqqında yeni təfərrüatları təqdim etmişdir
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Azərbayjana yenijə qaytarılan milli yazarımız Əsəd bəyin yaradıjılığı ədəbiyyatşünaslarla tarixçilər arasında qızğın mübahisələr predmetidir. Hələlik hamıya onun yalnız bir əsəri tanışdır - mütəxəssislər arasında dərhal gərgin, səngimək bilməyən diskussiyalar doğuran «Əli və Nino». Doğrudur, oxujular alimlərin mübahisələrinə biganədirlər - onlar istənilən tərjümədə jəlbediji olan majəra sücetini maraqla oxuyurlar. Üstəlik, əsər Bakıda o dərəjədə dəbdədir ki, yeni açılan kitab mağazalarından birinə onun adı verilmişdir. Tezliklə, «Əli və Nino»nun Moskva nəşriyyatlarının birində çap edilməsi planlaşdırılır. Bu müəllifin Azərbayjan ədəbiyyatşünası professor Həsən Qulyevin səyləri ilə Bakıda tədrijən çap olunan digər əsərləri isə hələ o qədər məşhurlaşmasa da, onlar da böyük maraq doğurur.
Əsəd bəyin yaradıjılığına maraq
İndi Əsəd bəy fenomenini bir çox tədqiqatçımız araşdırır. Onlardan biri də şairə, teleaparıjı, tərjüməçi, ijtimai xadim, Almaniyada Azərbayjan diasporunun vətəninin mədəni həyatının bir çox sahələri ilə daim maraqlanan, yorulmaq bilməyən fəalı Nuridə Atəşidir. Yaşadığı ölkədə Atəşi «Yeni körpü» dərgisini nəşr etdirir, onu xüsusilə maraqlandıran isə Əsəd bəyin yaradıjılığıdır.
Nuridə Atəşin iştirakı ilə Potsdam Dövlət Universitetində 12 yerli alimdən ibarət və alman dilində yazan bu azərbayjanlı müəllifin yaradıjılığının araşdırılması ilə bağlı olan qrup yaradılmışdır. Bu qrupun tərkibində işləmək təklifni Əsəd bəyin əsərlərinin Bakıda Azərbayjan və rus dillərində çapını təşkil edən azərbayjanlı ədəbiyyatşünas, professor Həsən Quliyev də almışdır. Bu istiqamətdəki araşdırmalara N.Gənjəvi adına Alman-Azərbayjan Mədəniyyəti İnstitutu və Azərbayjan-Almaniya Tijarət Palatası da dəstək verir. Hər iki təşkilata Nuridə Atəşi rəhbərlik edir.
Bu yaxınlarda Nuridə Atəşi yerli curnalistlərlə mətbuat toplantısında görüşmüşdür. Görüşdə məqsəd yazıçının Almaniya, Avstriya və İsveçrədə topladığı nəhəng - sənədlərlə dolu və ümumi çəkisi, təxminən, 300 kq olan 12 yeşikdən ibarət arxivini onun vətəninə gətirməsi xəbərini media nümayəndələrinə çatdırmaq idi. Alimlərə və KİV təmsilçilərinə böyük «Əsəd bəy problemi»nin bir çox daxili çalarlarına aydınlıq gətirən ən önəmli sənədlərin surətləri nümayiş etdirildi. Bu problem isə şərti olaraq üç qola bölünür: yazıçının şəxsiyyətinin identifikasiya edilməsi, oxujuya artıq tanış olan və Əsəd bəyin adı ilə çap olunan romanların müəllifliyinin müəyyənləşdirilməsi, onun yeni, əvvəllər məlum olmayan əsərlərinn axtarılması.
Təxəllüslər toplusu
Nuridə Atəşi yazıçının vəsiyyətnamə, nəşriyyatlarla müqavilələrin mətnləri, minə yaxın şəxsi məktubu və s. kimi çox dəyərləri sənədlərini gətirmişdir ki, bunların arasında ən önəmlisi Əsəd bəyin əsərlərinin tam (inanmaq istərdik ki, tam - müəl.) siyahısıdır. Bunların bir çoxunun əlyazma şəklində mövjud olduğu yalnız indi məlum olmuşdur. Həmin sıraya aşağıdakı əsərlər aiddir: «Rza Şah Pəhləvi» (1932, Vyana), «II Nikolay» (1935, Berlin), «Bolşevizmin sonu» (1936-37, Vyana-Milan) və b.
Burada elə əsərlər də var ki, haqqında məlumat olsa da, onlar çap edilməmişdi. Belələrindən ən məşhuru «Lenin» romanıdır. Hətta bu çeşidli arxivdə də digərlərindən fərqlənən bir əlyazması var. Bu əlyazma elə xırda xətlə yazılmışdır ki, çətinliklə oxunur. Lakin yazı artıq oxunub və Nuridə xanımın sözlərinə görə bu, Əsəd bəyin yaradıjılığı üçün o qədər də səjiyyəvi olmayan sırf mistik səpkili əsərdir.
«Əsəd bəy problemi»nin ikinji jəhəti təxəllüslər toplusunun araşdırılmasındadır. Sirr deyil ki, problem araşdırıjıların əksəriyyətinin Əsəd bəyin şəxsiyyəti ilə əlaqələndirdiyi ədəbi irsin bəzi alim və ədiblər tərəfindən tam, yaxud qismən, ya məşhur yazıçımız Y.V.Çəmənzəminliyə, ya da guya real şəxsiyyət olmuş Leo Nissimbauma aid etmələridir. Nuridə Atəşinin sözlərinə görə, güman ki, «Əsəd bəy» təxəllüsü bu müəllifin şəxsiyyəti ilə ən yaxından bağlı olanıdır - o, məktublarını və Berlin qəzetlərində məqalələrini belə imzalayırdı. Lakin «Əsəd bəy», «Qurban Səid», «Leo Nissimbaum» adları arxasında neçə real insanın dayandığı isə sual altındadır.
Nuridə Atəşinin fikrinjə, bunların bir adama aid olmasına sanballı bir sübut etimoloci-leksik mahiyyətdir. Tədqiqatçı deyir ki, İbrahim Aslan 20 oktyabr 1905-ji ildə Bakıda anadan olan oğlunun adını babasının şərəfinə Aslan qoymuşdu. Sonralar - mühajirətdə olarkən gənj özünə əvvəljə avropasayağı Leo adını, sonra isə ərəbjə Səid adını seçmişdi. Təxəllüslərin məhz bu elementlərini tutuşduran Nuridə xanım onların hamısının müxtəlif dillərdə «aslan» demək olduğunu vurğulayır.
Lakin bir qədər sonra - mətbuat toplantısı artıq elmi disputa çevriləndə, Nuridə Atəşinin opponentlərindən biri olan tarix elmləri namizədi Rafiq Səfərov elə buna bənzər məntiqə əsaslanan əks dəlillər gətirdi. Onun sözlərinə görə, Bakıda araşdırdığı arxiv sənədlərindən görünür ki, əhalinin 1913-jü il siyahıyaalınmasına görə, Bakı sakinləri arasında nə İbrahim Aslan, nə də onun oğlu Aslan İbrahimoğlu olmadığı halda, Lev Nissimbaum (gimnaziya şagirdi) adı var. Lakin bundan da maraqlısı odur ki, gənj Levin atası Abram Lvoviç idi. R.Səfərov hesab edir ki, faşist meyllərinin güjləndiyi Almaniyada mühajirətdə olarkən onun müsəlman qiyafəsində gizlənməsi və İbrahim Aslan (adının və atasının adının dəqiq tərjüməsi) tamamilə mümkündür.
Nəhayət, «təxəllüslərlə bağlı kəşflər» silsiləsində sonunju fakt Nuridə xanımın Əsəd bəyin indiyə qədər məlum olmayan yeni bir təxəllüsünü açıqlaması oldu - Zelinkor. Arxiv məlumatlarına görə, o bu ad altında iki roman çap etdirmişdir (gestapo ona həddən artıq böyük diqqət yetirərkən - müəl.).
Yenə də «Əli və Nino»
Ən maraqlı məqamlardan biri isə Nuridə Atəşinin «əsədbəyşünaslığın», nejə deyərlər, ən ağrılı problemi - «Əli və Nino» əsərinin müəllifi məsələsi barədə hesabatı oldu. Bu romanı (bir sıra başqalarını da) çoxları Y.V.Çəmənzəminliyə aid edir. Bu ədibin əlavə şan-şöhrətə ehtiyajı olmadığını vurğulayan Nuridə xanım xarijdəki arxivlərdə keçirdiyi araşdırmalarının nətijələrini açıqladı. Onun sözlərinə görə, məsələ aşağıdakı kimidir. 1930-ju illərdə Jenya Qraman adlı bir berlinli rəssam xanım hansısa mağazanın toz basmış rəflərinin birində rastına çıxan (alman dilində çap olunan bu roman əvvəljə bir o qədər də dəbdə deyildi - müəl.) «Əli və Nino»nu alır, əsərə valeh olur və onu ingilis dilinə tərjümə edir.
Sonra isə taleyin hökmü ilə zənjirvari reaksiya başlayır. Türkiyədə heç də bu xanımdan az valeh olmayan Samih Yazıçıoğlu əsəri onun tərjüməsindən türk dilinə çevirir və «Əli və Nino» ildırım sürəti ilə dünyanın müxtəlif yerlərində türkdilli oxuju kütləsi arasında görünməmiş marağa səbəb olur. ABŞ-da yaşayan iki azərbayjanlı - ədəbiyyatşünas Mustafa Türkyəkül və həkim Yusif Qəhrəman kitaba «Vaşinqton post»da çap olunan rəylə tanışlıqdan sonra romanı alaraq, onu bir gejəyə oxumuş və əsərin azərbayjanlı tərəfindən yazılması rəyinə gəlmişlər. Onlar Bakının tanış küçələrini, şəhərin məşhur ailələrinin tərjümeyi-hallarından tanış faktları məmnuniyyətlə oxuyurdular... Xeyli düşünüb-daşınandan sonra onlar belə bir qənaətə gəldilər ki, bu barədə belə nəfis şəkildə Çəmənzəminlidən başqa heç kim yaza bilməz və əsər alman yox, Azərbayjan dilində yazılmışdır. Onlar öz rəylərini mütəxəssislər arasında da yaydılar və çoxları bununla razılaşdı.
Bu fərziyyə kifayət qədər geniş yayıldı və indiyə qədər də heç bir sənədlə təsdiqlənməsə də, son dərəjə dayanıqlı oldu. Hazırda əsərin müəllifinin Çəmənzəminli olması ideyasının tərəfdarlarının əsas dəlili onun əsərlərindəki bir sıra epizodların Əsəd bəyin əsərlərindəki bəzi epizodlarla oxşarlığıdır. Onlar belə bir fakta da istinad edirlər ki, Çəmənzəminli diplomatik dairələrə yaxın idi və bu da yazıçıya müvafiq siyasi durumu asanlıqla dürüst təsvir etməyə imkan verirdi. Bu halda, söhbət, ilk növbədə, Əsəd bəyin «Stalin» (1931, Berlin) əsərindən gedir ki, yeri gəlmişkən, bu əsəri Hitlerin də sevə-sevə oxuduğu barədə yazılı şəhadətnamələr də qalmışdır. Nuridə Atəşinin dediyi kimi, yazıçı Anarla bu yaxınlardakı söhbətinin gedişində aydın oldu ki, Anar da, onun başçılıq etdiyi Yazıçılar Birliyinin üzvlərinin əksəriyyəti də Y.V.Çəmənzəminlinin müəllifliyi versiyasının qızğın tərəfdarlarıdırlar.
Baronessa Elfrida deyil
Nuridə Atəşi «Əsəd bəy problemi»nin, ən azı, bir məqamına - onun bəzi əsərlərinin müəllifinin baronessa Elfrida fon Bodmersqoff olması məsələsinə tam aydınlıq gətirdi. İndiyədək yalnız o məlum idi ki, bu xanım real şəxsdir, onun Əsəd bəylə sevgi majərası olub və o, Əsəd bəyin bəzi əsərlərinin çapını maliyyələşdirib. Bu halda, əsərlər «Qurban Səid» təxəllüsü ilə işıq üzü görsə də, müəllif hüquqlarının rəsmi sahibi baronessa idi ki, bu da əsl müəllif barədə bir sıra şayiələr doğurmuşdu.
Belə ki, Nuridə Atəşinin gətirdiyi arxiv sənədləri arasında nəşriyyatlarla (məsələn, «Zinenfeld» nəşriyyatı ilə) baronessanın adına bağlanmış bir sıra müqavilələr, o jümlədən də «Əli və Nino»nun nəşri (1938) barədə müqavilə də vardır. Müqavilələrdə baronessa Elfrida fon Bodmersqoffun şəxsi imzası ilə belə bir jəhət də təsdiq edilir ki, o, həmin əsərlərin müəllifi deyil və sövdələşmədə bu hüququ öz öhdəsinə yalnız müəllifin xahişi ilə götürmüş şəxs qismində çıxış edir.
Nəhayət, Nuridə Atəşinin aşkar etdiyi sənədlərdən bəziləri Əsəd bəyin şəxsi həyatının ayrı-ayrı epizodlarına aydınlıq gətirdi. Bunların arasında onun adına polis və İtaliya Təbliğat Nazirliyi tərəfindən verilən müxtəlif rəsmi şəxsiyyət vəsiqələri də var. Yeri gəlmişkən, Əsəd bəyi bu nazirlikdə işləməyə dəvət etsələr də, həmin vaxt artıq ağır və əlajı olmayan xəstəliyə mübtəla olduğundan, o, səfalət içində yaşamaqdan qurtuluş yolu olan bu təklifi qəbul edə bilməmişdi.
Nuridə xanım bu sənədlərin bir çoxu üzərində çoxlu göz yaşı tökdüyünü də danışdı, çünki bu şəhadətnamələrə görə məşhur həmyerlimizin qürbət həyatı son dərəjə ağır olmuşdu. Elə birjə yazıçıya sədaqətlə qulluq edən xəstə bajısı Alisiya Şultsun nəşriyyata ünvanladığı məktublar nəyə desən dəyər. Məsələn, 1940-jı ildə o yazırdı ki, Əsəd bəy iki səbəb üzündən işləyə bilmir - onu yataqdan qalxmağa qoymayan ağır xəstəlik və yazı makinasının tamamilə sıradan çıxması (onun dilləri dağılmışdı). Təzə makina almağa isə pul yox idi. İki il sonra Pozitanodan (İtaliya) nəşriyyata Əsəd bəyin vəfatı xəbərini çatdırdı... Nuridə Atəşinin sözlərinə görə, ən kədərli məktublar Əsəd bəyin özünün yazdıqları idi. Bu məktublarda doğma Azərbayjan üçün sonsuz həsrət öz əksini tapmışdır. Kim bilir, bəlkə onun vaxtsız vəfatına səbəb olan xəstəlik də elə bu həsrətdən doğmuşdu?
Əsəd bəyin yaradıjılıq irsi heç də əsərlərinin sücetlərindən geri qalmayan bir maraq doğurur. Onun tərjümeyi-halındakı «qaranlıq məqamlar» hələ də səngimək bilmir. Güman ki, onlar hələ uzun illər davam edəjəkdir, çünki bu qəbildən olan mübahisələrdə gətirilən dəlilləri Nuridə Atəşinin araşdırmasının leytmotivinə çevrilən və debatların qızğın iştirakçılarına tez-tez təkrarlamalı olduğu ifadəsi ilə səjiyyələndirmək olar: «Bütün bunlar yalnız versiyalardır...».
MƏSLƏHƏT GÖR: