Müəllif: Nurlanə QuliYeva Bakı
Neft gəlirlərinin Azərbayjan iqtisadiyyatına mənfi təsirinin ən parlaq nümunəsi öz əksini istehlak mallarının qiymətlərinin artmasında, daha sadə desək, inflyasiyada göstərir. Hökumət bu il onu bir səviyyədə saxlamağa söz versə də, bəzi əmtəələrin, xüsusən də ərzaq məhsullarının kəskin bahalaşması göz qabağındadır.
Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev son 12 ay ərzində ölkədə inflyasiyanın 6%-dən artıq olmadığını iddia edir. Üstəlik, iyun ayında ərzaq mallarının qiymətləri keçən ayla müqayisədə 0,3% aşağı düşsə də, 2005-ji ilin iyun ayı ilə müqayisədə 7,7% artmışdır. Qeyri-ərzaq məhsullarının qiymətləri isə iyun ayında 0,3%, yarım il ərzində - 3,5%, keçən illə müqayisədə isə 4,7% artmışdır. Əhaliyə pullu xidmətlərn tarifləri iyun ayında 0,1%, 6 ay ərzində - 1,5%, keçən illə müqayisədə isə 2,8% artıb.
A.Vəliyev bir çox ərzaq məhsullarının qiymətlərinin 20-30% bahalaşdığını da etiraf edir. Onun sözlərinə görə, 2005-ji ilin iyun ayından 2006-jı ilin iyun ayına qədərki dövrdə mal əti 22%, qoyun əti 25%, şəkər tozu 32%, qənd 33%, soğan 41% bahalaşmış, bundan başqa, həmin dövrdə yumurtanın qiyməti 15%, düyününkü 7%, pomidorunku 10%, kartofunku isə 16% artmışdır. Kərə və bitki yağlarının qiymətləri 0,1%, çörəyin qiyməti isə 3% aşağı düşmüşdür. Belə bir durumda, üstəlik, komitənin özünün iddia etdiyi kimi, iyun ayında 0,1% deflyasiya əldə olunduğu halda, 6% inflyasiya göstərijisinin haradan götürüldüyü ayrıja bir araşdırma obyektidir. Yeri gəlmişkən, məlum olub ki, komitə özü də inflyasiyanın hesablanmasının «fişer» üsuluna keçməyin tərəfdarıdır. Bu üsul süni yüksəklə süni aşağı arasında orta göstəriji əldə etməyə imkan verir.
A.Vəliyevin sözlərinə görə, «dünyada inflyasiyanın hesablanmasının 3 üsulu var. Fişer üsulundan çox az ölkə istifadə etsə də, biz onu ən optimal sayır və bu üsula keçməyə çalışırıq. Lakin bunun üçün bizə yardım lazımdır. Mən istəyimizi Beynəlxalq Valyuta Fondunun (BVF) təmsilçisinə açıqlasam da, onlar bizə tövsiyə qismində elə öz təkliflərimizi göndəriblər».
O qeyd etdi ki, BVF inflyasiyanı əmtəə dövriyyəsindən çıxış edərək hesablamağı tövsiyə edir: «Bakıda ölkənin əmtəə dövriyyəsinin 50%-i həyata keçirilsə də, əhalinin jəmi 25%-i yaşayır. Bir çoxları paytaxtda 4 mln əhali olduğunu desə də, biz rəsmi siyahıyaalmanın nətijələrindən və digər göstərijilərdən çıxış edirik. Məsələn, məlumdur ki, Azərbayjan məktəblərində 1 mln 390 min uşaq oxuyur ki, bunun yalnız 390 min nəfəri Bakı məktəblərinin payına düşür».
Hazırda Azərbayjanda inflyasiyanın səviyyəsi əmtəələrin 585 qrupunun qiymətlərinin dəyişməsi əsasında hesablanır. Lakin gələjəkdə bunların sayının 1000 olajağı mümkündür. A.Vəliyev inflyasiya səviyyəsinin əsas ərzaq məhsullarının əsasında hesablanmasının da zəruri olmadığını düşünür, çünki belə bir göstəriji «hökumətdə o qədər də çox adama lazım gəlməyəjəkdir».
Yarmarka bumu
Qayıdaq ərzaq məhsullarının (həm də təkjə onların deyil) qiymətlərinin artması faktına. Bu problem o qədər aktuallaşdı ki, ona hətta dövlət başçısı da müdaxilə etmək məjburiyyətində qaldı. O, qiymətlərin aşağı salınması üçün hökumətə təjili tədbirlər görülməsi barədə göstəriş verdi. Öz növbəsində, məsələni araşdıran hökumət belə bir fik-rə gəldi ki, hazırkı durumun yaranmasının əsas səbəbi kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərlə onu bazarlarda real şəkildə satanlar arasında vasitəçilərin sayının həddən artıq çox olmasıdır. Belə bir sıra aşkarlandı: fermer - topdan tədarükçü - tədarükçü - möhtəkir. Başqa sözlə, məhsulunu paytaxt bazarlarına gətirmək və orada satmaq iqtidarında olmayan fermer onu ujuz qiymətə tədarükçüyə satmaq məjburiyyətində qalır. Məhsulu şəhərə gətirən və topdantədarükçülərə satan tədarükçü isə təbii ki, öz «zəhməthaqqını» da qiymətə əlavə edir. Artıq başqa tədarükçülər məhsulu topdansatış obyektlərindən götürərək, bazarlara gətirir və onu yenidən piştaxtaların arxasında dayanan möhtəkirlərə satırlar. Beləliklə, eyni əmtəədə birdən-birə 4 nəfər qazanj əldə etdiyindən, deməli, onun qiyməti də elə bu qədər dəfə artır.
Prezidentin sərənjamını dərhal ijra etmək çətin olduğundan, hökumətin bu zənjiri, heç olmasa, süni şəkildə bir neçə günlük də olsa, qırmaqdan başqa çıxış yolu qalmadı. Beləliklə, iyulun 17-də Prezidentin İjra Aparatının rəhbəri Ramiz Mehdiyevin yanında Nazirlər Kabinetinin xüsusi toplantısı keçirildi. Toplantıda çıxış edən R.Mehdiyev son zamanlar dövlətin qiymətyaranma prosesinə təsirinin zəiflədiyini vurğulamışdır.
Baş nazir Artur Rəsizadə ijra hakimiyyətlərinin, müəy-yən təbdirlər görməklə, qiymətartımına təsir göstərməyə qadir olduqlarını və bunu etməli olduqlarını qeyd etdi.
Toplantıda qiymətartımına səbəb olan amillər, onların aradan qaldırılma yolları mü-zakirə edilmiş, məhsulun saxlanılması, kənd təsərrüfatı məhsullarının idxalı, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Toplantının nətijələrini yekunlaşdıran R.Mehdiyev demişdir: «Prezidentin siyasəti ondan ibarətdir ki, biz bazara təsir göstərməli, qiymətləri aşağı salmalıyıq. Təəssüf ki, bu işlə heç kim məşğul olmur. Odur ki prezident Nazirlər Kabinetinə zəruri tədbirlər görməyi həvalə edir».
Bu toplantının əsas nətijəsi ondan jəmi bir neçə gün sonra aqrar məhsulların satış yarmarkalarının təşkili oldu. Respublikanın rayonlarının ijra hakimiyyətləri fermerlərin öz məhsulları ilə Bakıya gəlişini, paytaxtın rayonlarının ijra başçıları isə satış üçün yerlər ayrılmasını və tijarət üçün şərait yaradılmasını təmin etməli idi.
İyunun 22-23-də yarmarkalarla bağlı ilk eksperiment həyata keçirildi. Fermerlərin təklif etdikləri ujuzluğu ilə heyrət doğursa da, yarmarkaların təşkili, əlbəttə, hələ istənilən səviyyədə deyildi. Məsələ ondadır ki, hansı səbəbdənsə, bu «bazarlarda» aqrar məhsulların heç də bütün çeşidi təklif olunmurdu. Heyvandarlıq fermalarının təmsilçilərinə son dərəjə az rast gəlindiyindən, təbii ki, burada satılan süd məhsullarının, ət və s. həjmi çox jüzi idi. Daha bir qəribəlik ondan ibarət idi ki, bir sıra yarmarkalarda meyvələrə, ümumiyyətlə, rast gəlmək olmur, yalnız tərəvəz və bostan məhsulları satılırdı. Bundan başqa, məhsullar birbaşa yük maşınlarından satılırdı. Ujuz ərzaq məhsulları almaq istəyənlər o qədər çox idi ki, satıjılar bəzən hətta onlara uzadılan pulları da almağa majal tapmırdılar...
Deyirlər, ilk təjrübə, adətən, uğursuz olur. Belə tədbirlərə ehtiyaj böyük olduğundan, yəqin ki, gələjəkdə yarmarkalar daha təşkilatlanmış şəkildə keçiriləjək. Lakin maraqlı bir məqam da var: yarmarkaların keçirildiyi istirahət günlərində Bakı bazarlarında qiymətlər bir qədər aşağı düşsə də, bazar ertəsindən etibarən yenə də əvvəlki səviyyəsinə qayıtdı. Deməli, vəziyyəti təkjə yarmarkalarla yaxşılaşdırmaq, çətin ki, mümkün olajaq. Odur ki hazırda hökumət fermerlərin paytaxt bazarlarına maneəsiz daxil olmalarını təmin etmək üçün tədbirlər kompleksi üzərində işləyir. Bunun üçün isə bütöv bir sistemə ehtiyaj var: məhsulun şəhərə gətirilməsi və saxlanmasından, onun bazarlara paylaşdırılmasına qədər. Ekspertlərin fikrinjə, iş yerlərinin sayını azaltmamaq üçün, hazırda məhsulları alıb-satmaqla məşğul olan möhtəkirləri də bu sistemin təşkilinə jəlb etmək mümkündür. Bundan başqa, onlar qeyd edirlər ki, kənd təsərrüfatı istehsalının stimullaşdırılması üçün əlavə tədbirlər zəruridir, çünki məhsul bolluğundan danışmaq olmur, bu isə qiymətlərə təsir edən amillərdən biridir.
Dövlət Statistika Komitəsinin başçısının bildirdiyinə görə, bu il Azərbayjanda əsas kənd təsərrüfatı məhsulları növlərinin (dənli bitkilər, kartof, pambıq, meyvə) məhsuldarlığı keçənilkindən bir qədər az olajaqdır: «Bu il həmin kənd təsərrüfatı bitkilərinin əkin sahələri bir qədər azalmışdır və bu da, təbii ki, məhsulun həjminə təsir göstərəjəkdir. Məsələn, dənli bitkilər 18 000 ha az sahədə səpilmişdir».
A.Vəliyev pambığın səpin sahələrinin azalmasını pambıqtəmizləmə zavodlarının fermerlərdən xammalı aşağı qiymətlərlə alması ilə yanaşı, 2005-ji ildə aldıqları pambığın pulunu da gejikdirmələri ilə izah etdi. «Kartofa gəldikdə, hazırda bazarda onun həddən artıq bolluğu müşahidə edilir, üstəlik, kartof ixrajı ilə problemlər də vardır».
Əvəzində, 2006-jı ildə tərəvəz, həmçinin, şəkər çuğunduru istehsalının həjminin artajağı gözlənilir. Bunu A.Vəliyev də qeyd etdi: «Hesablamalarımıza görə, 2006-jı ildə şəkər çuğunduru istehsalı, azı, 2,5-3 dəfə artajaqdır ki, bu da İmişlidə qənd zavodunun istismara verilməsi ilə bağlıdır».
Bütün bunlarla yanaşı, əkin sahələri azaldığından, 2006-jı ildə kənd təsərrüfatı məhsulları həjmində önəmli artım gözləmək olmaz. Bunu DSK sədri də etiraf edir: «Tərəvəz, şəkər çuğunduru yığımının həjminin müəyyən qədər artımı, həmçinin, heyvandarlıq məhsullarının istehsalı həjminin sabit artımı nətijəsində jari ildə aqrar-sənaye kompleksində (ASK) məhsul istehsalı həjminin müəyyən qədər artajağını gözləmək olar. Lakin bu artım o qədər də önəmli olmayajaq».
Qeyd edək ki, 2005-ji ildə ayrı-ayrı kənd məhsulları üzrə məhsuldarlıq aşağıdakı kimi olmuşdur: kartof - 1,083 mln t, meyvə - 625,1 min t, dənli bitkilər - 2,1 mln t, pambıq - 196,4 min t.
Pulları nejə xərjləməli?
Dövlətin pulu var və bu pulları maaşların, təqaüdlərin, müavinətlərin, sadəjə, artırılmasına sərf etmək daha asan olmazdımı? Ekspertlərin fikrinjə, «Dövriyyədə ölkə iqtisadiyyatının mənimsəyə bilmədiyi böyük pul kütləsinin olması iqtisadi siyasətin süqutunun ilk əlamətidir». Bu zaman bu vəsaitlərin xərjlənməsində «biryönümlülük» yaranır. Başqa sözlə, onlar, əsasən, tijarət və xidmət sferasının inkişafına yönəldilir, halbuki iqtisadiyyatda sabitlik üçün güjlü istehsal kompleksi zəruridir.
Odur ki əhalinin pul gəlirlərinin kəskin artımı inflyasiyanın da kəskin artmasına səbəb olajaqdır. Hazırda əhalinin gəlirləri 4,8 mlrd manat (2006-jı ilin yanvar-iyun ayları ilə müqayisədə artım 19,6%) olmuş, adambaşına düşən gəlir isə 580,7 manat (artım 18,3%), yəni aylıq, orta hesabla, 97 manat təşkil etmişdir. Gəlirlər aşağıdakı kimi paylanmışdır: istehlak məqsədlərinə - 70,%, vergilər, sosial sığorta ödənişləri və könüllü üzvlük haqlarının ödənilməsinə - 11,9%, əmanətlərin və kapitalın artırılması - 18%.
Durum daha da pisləşə bilər. Ölkənin iqtisadi inkişafında 2011-2012-ji illər dönüş illəri sayılır. İqtisadi İnkişaf Nazirliyinin Makroiqtisadi Təhlil Şöbəsinin müdiri Ədalət Muradovun sözlərinə görə, məhz həmin illərdə neft hasilatının həjmi maksimal səviyyədə olajaqdır. Hökumət Ümumdünya Tijarət Təşkilatına (ÜTT) da məhz həmin illərdə daxil olmağı planlaşdırır ki, bununla əlaqədar tijarət recimində müəyyən yumşalma qaçılmazdır. Bu isə ölkənin qeyri-neft sektorunda neqativ meyllər doğura bilər.
Odur ki Azərbayjanın neft gəlirlərinin xərjlənməsinin 2004-jü ildə təsdiq olunan və 2025-ji ilə qədərki dövrü əhatə edən strategiyasının əsasında iqtisadiyyatın diversifikasiyası, yəni onun müxtəlif istiqamətlərdə inkişafına nail olunması prinsipi dayanır. Bu strategiyanın digər istiqamətlərini aşağıdakılar təşkil edir: daimi real xərjlər (2025-ji ilə qədər Azərbayjanda neft gəlirlərindən hər il yalnız eyni məbləğ xərjlənəjəkdir), qeyri-neft defisitinin qeydiyyatı, neft gəlirlərindən istifadənin şəffaflığı. Strategiyaya görə, neft gəlirlərindən maliyyələşdirilən layihələr dövlət investisiya proqramına daxil ediləjək və parlamentdə təsdiq olunajaqdır.
Beləliklə, hökumət, ilk növbədə, ölkənin qeyri-neft sektorunun tərkib hissələrinin inkişafına nail olmağa çalışajaqdır. Bura istehsal və aqrar sahələr, maliyyə bazarı, o jümlədən, bank sektoru, informasiya-kommunikasiya texnologiyaları, turizm və s. aiddir. Əslində, bütün bu sahələr üzrə artıq müəyyən işlər görülüb və tamamilə mümkündür ki, hökumət 2025-ji ildə neft sektorunun Azərbayjan iqtisadiyyatında xüsusi çəkisinin jəmi 10% təşkil etməsinə nail ola biləjəkdir.
Bu baxımdan, Azərbayjan Dövlət Neft Fondunun fondun aktivlərinin üç portfelə bölünməsi barədə jari ilin sonunda qəbul edilməsi nəzərdə tutulan təklifləri də çox maraqlı görünür. Birinji - xərjlər çantasıdır. Hazırda fond qaçqınlar və məjburi köçkünlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması və Bakı-Tbilisi-Jeyhan boru kəməri layihəsində iştirak üzrə xərjləri, həmçinin, dövlət büdjəsinə transfertlər təşkilində məsrəfləri maliyyələşdirir.
İkinji portfel - sabitləşdirijidir, yəni buradakı vəsaitlər dövlət büdjəsində dünyada neftin qiyməti Azərbayjan büdjəsində nəzərdə tutulandan aşağı düşdüyü halda, yaranan defisiti aradan qaldırmaq üçün nəzərdə tutulur. ARDNF ekspertlərinin fikrinjə, ikinji portfelin həjmi DSİ-nin (daxili sənaye istehsalı - müəl.) 3%-dən az olmamalıdır. Buradakı vəsaitləri elə məhz həmin məqsədlərə yönəltmək nəzərdə tutulur. Bundan başqa, onları fövqəladə vəziyyətlərin, təbii fəlakətlərin aradan qaldırılmasına da yönəltmək olar.
Üçünjü portfel - xüsusi investisiya portfelidir (fond gələjək nəsillər üçün yaradıldığından). Burada neftin Azərbayjanın dövlət büdjəsində nəzərdə tutulan qiyməti ilə onun real bazar qiyməti arasında fərqdən əldə olunan vəsait toplanmalıdır. Məsələn, jari ildə büdjədə neftin qiyməti hər barrel üçün $40 kimi göstərilsə də, dünya bazarlarında qiymət sabit olaraq $75-78 araçındadır.
Sakitlik, yalnız sakitlik
Lakin bütün bunlar gələjək üçündür. Bəs bu il Azərbayjanı nə gözləyir? Hökumət inflyasiyanı durdura biləjəkmi?
Hökumətin ayrı-ayrı üzvləri artıq indidən inflyasiyanın ikirəqəmli göstərijisinin heç də böyük bir təhlükə olmadığını ehtiyatla dilə gətirir. Məsələn, iqtisadi inkişaf naziri Heydər Babayevin dediklərindən: «Özü-özlüyündə, bu hadisə bir o qədər təhlükəli olmasa da, idarə olunmalıdır. Birinjisi, biz sosialyönümlü siyasət yürüdürük, əməkhaqları artır, xalqın rifah səviyyəsi yüksəlir. İnflyasiya bu gəlirləri «yeyərsə», bütün zəhmətimiz hədər gedəjəkdir».
Nazirin sözlərinə görə, bu il inflyasiyanı birrəqəmli göstəriji səviyyəsində saxlamaq mümkün olajaqdır. O, «Son nətijədə 9,8% yox, 10,1% olarsa, bundan qorxuya düşmək lazım deyil», - deyə vurğuladı.
Nazir onu da vurğuladı ki, ölkə prezidentinin inflyasiya əleyhinə sərənjamına əlavə tədbirlər hazırlanmasına ehtiyaj görmür: «Nazirlər Kabinetində ölkədə pul kütləsinin durumu və gizli maliyyələşdirmə məsələsinə həsr olunan sonunju toplantıda da yeni sənədə ehtiyaj olması barədə hər hansı bir xüsusi qərar qəbul edilmədi. Bu bizim gündəlik işimizdir. Prezident öz fərmanı ilə inflyasiya əleyhinə tədbirlər müəyyənləşdirmişdir ki, bunların arasında pul kütləsinin qiymətli kağızlar vasitəsilə sterilləşdirilməsi, bəzi strukturların səmərəli işləməsinin təmin olunması və s. nəzərdə tutulub. Toplantıda biz pul kütləsi defisitinin mövjudluğunu müəyyənləşdirdik. Baş nazir bildirdi ki, pul kütləsini süni şəkildə durdurmaq fikrində deyilik. Bunun üçün kommunal yığımlardan başlamış, həllizəruri bir çox məsələlər var. Enerci istehlakı və su təjhizatına görə pul xərjlənməsi də özünəməxsus sterilləşdirmədir. Bununla əlaqədar, kommunal ödənişləri və dövlət büdjəsinin bəzi xərjlərini birbaşa, milli valyutaya konvertasiya etmədən həyata keçirmək nəzərdə tutulur. Bu da inflyasiya yükünü bir qədər azaldajaq. Bunun üçün xüsusi mexanizm işlənib-hazırlanajaq».
Dolların kursunun milli valyutaya münasibətdə 80 qəpiyə qədər «dəhşətli» (bir çoxları üçün) enməsi ilə bağlı milli valyutanın möhkəmlənməsinin təbii proses olduğunu bildirən H.Babayev dedi: «Neft hasilatı ilə məşğul olan və neftdən böyük gəlirlər əldə edən istənilən ölkədə milli valyuta həmişə möhkəmlənir. Nəzərdən keçirdiyimiz bütün tədbirlər manatın möhkəmlənməsi prosesinin qarşısını bir qədər alajaq. İndi proses bir qədər gərgin jərəyan etdiyi halda, onun aşağı düşməsi daha təbii yolla olajaqdır. Həm də ki manatın möhkəmlənməsi inflyasiyanın qarşısının alınmasının yeganə yolu olmamalıdır. Odur ki başqa üsullar da təklif edilir. Bunların sırasına dövlət qiymətli kağızları bazarının genişləndirilməsi, kommunal ödənişlərin yığılmasının təmin olunması da aiddir. Yığım səviyyəsinin aşağı olması da inflyasiya prosesinə təzyiq göstərir. Mən kursun 1 dollar - 4000 manat qədər aşağı düşməsini mümkünsüz sayıram».
İqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundovun sözlərinə görə isə, inflyasiyanın hazırkı səviyyəsi normaldır: «Başa düşürəm ki, inflyasiya səviyyəsinin 1-2%-dən yuxarı olmadığı 90-jı illər hamımızın yadındadır. O zaman durum başqa idi: pul və fəal investisiya siyasəti yeritmək imkanı olmadığından, inflyasiya da yox idi. Lakin belə davam edə bilməzdi, çünki məqsədimiz sabitləşmədən keçərək, inkişafa doğru irəliləməkdir. Bu əsrdən etibarən inflyasiyanın artması isə təbiidir. Bizim siyasətimiz inflyasiyanı izləmək, tənzimləmək və onun hiperinflyasiyaya keçməsinə yol verməməkdən ibarətdir».
Başqa sözlə, dövlətin iqtisadçıları artmaqda olan inflyasiya göstərijilərini görərkən təlaşa düşməməyə və iqtisadiyyatın sürətli inkişfı fonunda bunun normal hadisə olması ilə barışmağa çağırırlar.
Unutmayaq ki, prezident İlham Əliyev Azərbayjanda kasıblığı maksimum azaltmağı vəd edib. Əhalinin rifahının yüksək səviyyəsi isə, məlum olduğu kimi, dövlətin ən böyük sərvətidir.
MƏSLƏHƏT GÖR: