
TÜRKİYƏ - DÜNYANIN YENİ «ENERCİ QAPILARI»
Ankaranın enerci kursunun təməli: «Şərq-Qərb» və «Şimal-Jənub»
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyə ərazisindən Xəzərin əsas enerci ehtiyatlarının nəql edliməsi nəzərdə tutulan ölkədir. Azərbayjanın enerci resurslarının inkişaf etdirilməsində onun yeri və rolundan danışmaq artıqdır. Ankara Qafqazda böyük nüfuza malikdir və onun xariji siyasət kursunda istənilən dəyişiklik bu və ya digər şəkildə bölgənin bütün dövlətlərinə toxunur. Bəs Türkiyənin enerci siyasətinin əsas oriyentirləri hansılardır?
Son 10 ildə Ankara bütün həmsərhəd ölkələrlə yaxınlaşmaq siyasətini yürüdərək, milli iqtisadiyyatın güjləndirilməsinə üstünlük vermişdir. Lakin möhtəşəm inkişaf templərinə baxmayaraq, jəmiyyətin maddi rifahının yaxşılaşdırılmasında «əngəl-lərdən» biri enerci daşıyıjılarının ixrajıdır.
Hazırda Türkiyənin qısamüddətli enerci strategiyasının mahiyyətini tədarük olunan enerci daşıyıjılarından asılılığın minimum səviyyəyə endirilməsi, qaz və neftə olan tələbatın tranzit tədarüklər hesabına kompensasiyası təşkil edir.
«Mavi axın» vasitəsilə idxal edilən Rusiya qazının qiymətləri ilə bağlı səs-küylü müzakirələr sıravi türklərin bu problemi nə dərəjədə ağrılı qarşıladığını bir daha sübut etdi. Hökumətlərin tez-tez dəyişdiyi keçən əsrin 90-jı illərinin sonunda Qara dənizin dibi ilə qaz kəməri çəkilməsi barədə müqavilə imzalanması ortaya çoxlu sual çıxmasına səbəb oldu.
Nətijədə, Rəjəb Tayyip Ərdoğan hökumətinin hakimiyyətdə olduğu ilk illərin ən qalmaqallı araşdırması «mavi axın» müqaviləsini imzalamış keçmiş Baş nazir Məsud Yılmazla keçmiş nazirlərin prosesi oldu.
Bununla yanaşı, yeni energetika və təbii sərvətlər naziri Hilmi Gülər «Qazprom»la müqavilənin konfidensiallığına istinad edərək, Rusiyadan alınan təbii qazın həqiqi qiymətini açıqlamaqdan imtina etdi. Buna baxmayaraq, gözlənildiyi kimi, qiymət bəlli oldu. Mərkəzi mətbuat orqanları dərhal görünməmiş bir qiymət - hər kubmetrə görə $280 barədə məqalələr çap etdilər.
Ankaranın enerci siyasətinin kökündən dəyişməsində son nöqtəni Rusiya ilə Ukrayna arasında baş verən «qaz böhranı» qoydu.
Məhz bundan sonra Nabujjo layihəsi çərçivəsində işlər sürətləndirildi və 2006-jı ilin iyun ayında Vyanada buna dair müqavilə imzalandı.
Rəsmi Ankara başa düşür ki, regional əhəmiyyətə malik istənilən enerci layihələri AB tərəfindən birmənalı şəkildə dəstəklənəjək və Türkiyənin AB-də üzvlüyü məsələsinə dair danışıqlarda müsbət rol oynayajaqdır. Avropa Birliyinin yaratdığı Ümumavropa elektrik şəbəkəsində də Türkiyəyə önəmli yer ayrılır.
Dünya neftinin 6%-i Türkiyədən keçəjək
Türkiyə rəhbərliyi həm Şimaldan-Jənuba, həm də Şərqdən-Qərbə enerci daşıyıjılarının nəqlində maraqlı olduğunu R.T.Ərdoğanın dili ilə bəyan etdi.
Hökumət öz planlarının yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir. Ekspertlərin dəyərləndirmələrinə görə, yaxın illərdə dünya neftinin 6%-i Türkiyənin Jeyhan limanından keçəjək. Rəsmi Ankara artıq bu limanla bağlı planlarının möhtəşəmliyindən danışır. Jeyhan limanında 7 yeni neft anbarının inşası da artıq rəsmi təsdiqini tapmışdır.
BTJ-nin açılış mərasimi ərəfəsində Türkiyənin Enerci Nazirliyinin başçısı bəyan etmişdir ki, bu neft kəməri sayəsində Türkiyə «enerci mənbələrinin son nöqtəsində» olajaqdır. Layihənin gerçəkləşdirilməsi üzərində 10 minə qədər insanın çalışdığını qeyd edən nazir onu da vurğuladı ki, Kərkük - Yumurtalıq (Şimali İraq - Türkiyə) neft kəmərinin də qovuşduğu Bakı - Tbilisi - Jeyhan boru kəməri sayəsində Türkiyə xam neft satışı üzrə iri mərkəzə çevrilmişdir.
2006-jı ilin 6 ayı ərzində $3 mlrd
Türkiyə iqtisadiyyat naziri Əli Babajanın rəsmi açıqlamasına görə, ölkəsi 2006-jı ilin birinji yarısında xam neft alınmasına məhz bu qədər vəsait sərf etmiş, 2005-ji ilin müvafiq dövrü ilə müqayisədə tədarükün həjmi 29,8% artmışdır.
Deputatların yazılı sorğusuna javab olaraq, nazir bildirmişdir ki, enerci daşıyıjılarına qiymətinin artmasından doğan mənfi rezonans, ilk növbədə, Türkiyədə inflyasiya göstərijilərində və idxalda əks olunur.
Ankarada bəyan edildiyi kimi, Türkiyənin dünyada ən iri enerci tədarükçüləri sırasına çıxması üçün iri sərmayə yatırımları lazımdır. Hətta belə bir rəqəm də səsləndirilib - yaxın 15 il ərzində $128 mlrd.
2006-jı ilin yazında Vaşinqtonda olarkən Türkiyənin ener-getika və təbii ehtiyatlar naziri bildirmişdi ki, onun ölkəsi qarşısına iki vəzifə qoymuşdur: enerci daşıyıjıları idxalının alternativ yollarını maksimum artırmaq və AES inşa etmək. Amerikalı həmkarı Samuel Bodmanla görüş zamanı Gülər qeyd etdi ki, 2020-ji ilə qədər Türkiyədə daxili tələbatda kəsir 54 min meqavat təşkil edir. Bundan 5 min meqavat AES-lərin payına düşür.
Elektrik stansiyaları üçün əsas yanajağın Rusiya qazı olduğunu nəzərə alsaq, Türkiyə üçün alternativ mənbələrin nə qədər önəmli olduğu tam anlaşılar.
Misir qazının Avropaya çatdırılması: sabitlik - müvəffəqiyyətin rəhnidir
2006-jı ilin əvvəlində Qahirədə 6 dövlətin (Türkiyə, Misir, Livan, Suriya, İordaniya, Rumıniya) energetika nazirlərinin toplantısı keçirildi. Onun nətijələri əsasında Misirdən təbii qazın Türkiyə ərazisi ilə Avropaya nəqli barədə saziş ratifikasiya edildi.
Nətijədə, Türkiyənin təkjə «Şərqlə Qərb arasında» deyil, həm də «Şimalla Jənub arasında dəhliz» qismində rolu bir daha vurğulandı.
Bununla yanaşı, Misirdə potensial neft yataqlarında axtarış-kəşfiyyat işlərinin başlanması da açıqlandı. Bu işləri Türkiyənin TPAO şirkəti həyata keçirəjəkdir.
Qeyd edək ki, layihə çərçivəsində işə salınmalı olan qaz kəmərinin bir hissəsi artıq hazırdır, həmçinin, Suriyanın Xumuş və Kilis şəhərləri arasındakı 230 km-lik hissədə işlər davam etdirilir. Misir qazının Türkiyəyə artıq 2008-ji ildə çatdırılajağı nəzərdə tutulur ki, bu da İran və Rusiya qazına alternativ olajaqdır.
Ankaranın «qaz siyasəti»nin çoxvektorluluğu
Əlverişli joğrafi mövqeyi sayəsində, Türkiyə yaxın illərdə Azərbayjan qazını Avropaya nəql etməyi də planlaşdırır. Qaz kəmərinin Avstriyaya çatdırılması nəzərdə tutulur, Türkiyə bu kontekstdə Yunanıstan və İtaliya ilə də sazişlər bağlamışdır. Unutmayaq ki, enerci layihələrinin gerçəkləşdirilməsi ilə Türkiyə Avropa Birliyinin bütün dövlətləri üçün enerci dəhlizinə çevrilir.
Türkiyənin enerci və təbii ehtiyatlar naziri Hilmi Gülər Türkiyənin təkjə Misirdən deyil, Rusiya, Azərbayjan, İran, yaxın gələjəkdə isə Türkmənistandan da təbii qaz nəqlində maraqlı olduğunu vurğulamışdır.
Onun sözlərinə görə, Ankara Jeyhana «mavi yanajaq» çatdırajaq Samsun-Jeyhan qaz kəməri layihəsinin inkişaf etdirilməsində də israrlıdır.
Lakin «Qazprom»la danışıqlar hələ ki uğurla nətijələnməyib. Rusiya tərəfi İsrail və Livana da qaz satmaq üçün kəmərin bu ölkələrə qədər uzadılmasında təkid etsə də, Türkiyə qazı yalnız Jeyhan limanı vasitəsilə satmaq istəyir.
Eyni vaxtda, İraqdan Türki-yəyə qaz nəqli barədə də danışıqlar davam etməkdədir. Ankara Bağdadın razılığını alarsa, Türkiyə bölgədə ən möhtəşəm «enerci resursları supermarketi» olajaq, ölkə təkjə konkret maddi xeyir deyil, həm də strateci üstünlük əldə edəjək.
Bununla yanaşı, Türkiyə artıq bu gün təbii qazın saxlanılması üçün anbarların çatışmadığını aşkar bildirir. Ölkə artıq 20 ildən çox qaz nəql etsə də, indiyədək də burada «mavi yanajaq» saxlamaq üçün hər hansı bir anbar yoxdur. Məsələn, İrandan qaz tədarükü azaldığı dövrdə ölkənin şərq bölgələri, demək olar ki, iflij durumunda idi. Bütün bunlar iri qaz anbarlarının olmamasından irəli gəlmişdi.
Unutmaq olmaz ki, ölkədə elektrik enercisinin əsas hissəsi yanajaq kimi qazdan (əsasən, Rusiya qazından) istifadə olunduğu stansiyalar hesabına hasil edilir. Durumu əsaslı şəkildə dəyişdirmək üçün rəsmi Ankara su anbarlarının və daş kömürdən istifadə olunan İES-lərin inşasına başlamış və Türkiyə iqtisadiyyatında enerci böhranı məhz bunun sayəsində aradan qaldırılmışdır.
Bundan başqa, İstanbul yaxınlığında 1,6 mlrd kub.m tutuma malik iri qaz anbarının inşasına başlanıb. Bu iş hələ 2002-ji ildə başlanmalı olsa da, konsorsium üzvləri arasında fikir ayrılıqlarının olması bunu 2004-jü ilin sonlarına qədər yubatmışdır.
Hazırda Türkiyə qaz idxalına dair 3 müxtəlif qiymətlə müqavilələr imzalamışdır. Hilmi Gülərin dediyinə görə, Rusiya ilə yeni danışıqlar sayəsində «mavi axın» kəməri vasitəsilə alınan qazın qiyməti azaldılmışdır.
Hökumətin gördüyü tədbirlər elektrik enercisi hasilatında yerli resurslardan istifadəni 38-dən 50%-ə qədər artırmağa imkan vermişdir. Bu, su anbarlarının xariji şirkətlərinə satılmasına ijazə verilməsindən sonra mümkün olmuşdur.
Transxəzər qaz kəmərinin «sonsuz» layihəsi
Ankaranın enerci siyasətinin ayrıja bir bəndi türkmən qazının Avropaya nəqli barədə danışıqların tezliklə bərpa edilməsidir. «Transxəzər qaz kəməri» ideyası yüksək səviyyədə hələ XX əsrin 90-jı illərində səsləndirilsə də, Xəzər dəniznin statusu probleminin hələ öz həllini tapmaması səbəbi ilə danışıqlar donduruldu.
Yalnız 2006-jı ilin əvvəlində Türkiyənin energetika naziri Hilmi Gülər Aşqabata səfərinin gedişində layihənin tezliklə gerçəkləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. Aşqabatdakı səfirinin dili ilə qaz kəmərinin inşasının lehinə çıxış edən ABŞ da bu məsələdə Türkiyəni dəstəklədi.
Lakin bu məsələdə son sözü Türkmənistan deməlidir. Hələlik, Saparmurad Niyazovu layihənin gerçəkləşdirilməsinə razı salmaq olmur. Rusiya türkmən qazının tədarükündə iştirak etdiyindən, çətin ki, Ankara məsələni öz xeyrinə həll etməyə nail olsun. Hətta onu Vaşinqton dəstəkləsə belə.
Yaxın Şərqdə sabitlik
- Ankaranın enerci
strategiyasının rəhni
Sirr deyil ki, Türkiyənin Aralıq dənizi bölgəsindəki lider mövqeyini möhkəmləndirmək üçün, ilk növbədə, sağlam iqtisadi durum və sabitlik zəruridir. Yaxın Şərqdəki olaylar Ankaranın Bakı-Tbilisi-Jeyhan neft kəmərinin açılışı ilə əlaqədar keçirdiyi yüksək əhval-ruhiyyəni bir qədər korladı. Böhranın uzanması Türkiyə üçün böyük problemlər vəd edir, çünki «ikinji İraq» «regional enerci körpüsü» siyasətinin iflasa uğraması demək olajaqdır.
Kərkük-Yumurtalıq neft kəmərində tez-tez baş verən terror aktları artıq Türkiyənin jənub-şərq bölgələrinin inkişafına öz təsirini göstərmişdir. Nətijədə, bu boru kəmərinin əhəmiyyəti minimuma enmişdir. Misirdən çəkiləjək qaz kəməri ilə də həmin durumun təkrarlanması Ankaranın arxa plana keçməsinə səbəb olajaqdır. İsrail «borusu»nun Xəzər neftinin Qırmızı dəniz sahillərinə çatdırılması məqsədilə istifadəsindən isə heç danışmağa dəyməz.
İyulun əvvəllərində İsrailə BTJ ilə Azərbayjan neftinin ilk sınaq partiyası çatdırıldı. Hazırda Azərbayjandan alınan neftin bir hissəsinin sisternlərlə Aşkelona, oradan da KASA neft kəməri ilə Eylata, daha sonra isə Şərqi Asiya bazarlarına - Hindistan və Çinə nəql edilməsi imkanı yoxlanılır.
Yuxarıda deyilənləri yekunlaşdıraraq, onu da qeyd etmək mümkündür ki, Türkiyənin enerci siyasəti uğur qazanarsa, artıq 2020-ji ildə ölkə dünyamiqyaslı «enerci daşıyıjıları supermarketinə», Jeyhan limanı isə «Aralıq dəniznin Rotterdamına» çevriləjəkdir.
MƏSLƏHƏT GÖR: