
QƏRBƏ KİMİN QAZI GEDƏJƏK?
"Mavi yanajaq" ehtirasları
Müəllif: Alyona MOROZ Bakı
İyunun 13-də Bakı-Tbilisi-Jeyhan əsas ixraj boru kəmərinin açılışı ilə bağlı təntənələr başa çatdı. Lakin «Xəzər beynəlxalqmiqyaslı siyasi oyunların kəsişmə mərkəzi olması» barədə söhbətlər hələ də sən-gimək bilmir. Xəzərin enerci imkanlarına diqqət bir müddət azalsa da, onlar yenə günün aktual probleminə çevrilməkdədir. Lakin bu dəfə söz-söhbətə artıq təkjə «bayağılaşmış» neft mövzusu səbəb olmur. İndi geosiyasi maraqların mərkəzinə qaz məsələsi gəlir. Bir qədər də dəqiq desək, qazın nəqli məsələsi.
Danışıqlar bərpa edilib
2006-jı ilin fevralında Türkiyə və Türkmənistan Xəzər dənizindən qaz kəməri çəkilməsi ideyasının müzakirəsini bərpa etdilər. Söhbət, barəsində artıq çoxdan danışılan «borudan» - Transxəzər qaz kəmərindən gedir. Bu kəmərlə qaz Xəzərin şərq sahilboyundan Azərbayjan ərazisindən Türkiyəyə nəql olunajaq. Artıq mart ayında Azərbayjan bu danışıqlara qoşulmaq istədiyini açıqladı. Mayın lap əvvəlində isə Qazaxıstan Respublikasının hökuməti Baş nazir Danial Axmetovun simasında ijtimaiyyətə qaz kəmərinin inşasının nəzərdən keçirilməsinin mümkünlüyünü bildirdi.
Hazırda strateci önəmi heç bir şübhə doğurmayan bu irimiqyaslı obyektin inşasının nə vaxta planlaşdırıldığı bəlli deyil. Bununla belə, Qazaxıstan Baş nazirinin sözləri artıq keçirilmiş danışıqların nətijələrinə əsaslanırdı. Məsələ ondadır ki, D.Axmetov mayda həm də Bakıya rəsmi səfərdə olmuş, burada qaz sahəsində Azərbayjanla Qazaxıstan arasında əməkdaşlığın mümkün variantlarını müzakirə etmişdir. Söhbət təbii qazın 2006-jı ilin sentyabrında inşa olunajaq Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri ilə qaz ixrajı imkanından və Qazaxıstanın bu layihəyə birmənalı qoşulmaq qərarından gedir. Xatırladaq ki, şəbəkənin tutumu 30 mlrd kubmetr olajaqdır. Lakin hələ bu da hamısı deyil. İran Prezidenti Mahmud Əhmədinecatla ikitərəfli görüşlər çərçivəsində ilkin danışıqlar aparılmış və o, Transxəzər qaz kəməri layihəsində Qazaxıstanın iştirakı imkanını müsbət qiymətləndirmişdir. Yaxın vaxtlarda bu məsələnin təfərrüatlarının Qazaxıstan və İİR təmsilçiləri tərəfindən müzakirə olunajağı gözlənilir. Qazaxıstanın xariji işlər naziri Kasimjomart Tokayev də RİA-«Novosti» agentliyinə müsahibəsində aşağıdakıları bildirmişdir: «Qazı Qərbə Orta Asiyadan Rusiya ərazisindən yan keçərək nəql etmək imkanı verən Xəzər qaz kəmərinə Qazaxıstanın da qoşulması məsələsi fəal müzakirə obyektidir. Xəzərdən qaz kəməri çəkilməsi «Yaşıl xəritə» adlı sənəd (enerci üzrə möhkəm, rəqabətədavamlı və təhlükəsiz Avropa strategiyası) hazırlayan Avropa Birliyində də müzakirə edilir. Qazaxıstan hələ ki bu məsələni araşdırır, çünki sənəddə bir sıra önəmli geosiyasi məqamlar var. Lakin prinsipjə, enerci ehtiyatlarımızın ixrajı imkanları nə qədər çox olarsa, bizim üçün bir o qədər yaxşı olar».
Çoxsaylı ekspertlərin qeyd etdikləri kimi, bu layihənin gerçəkləşdirilməsi Qazaxıstana real maliyyə vəsaitləri şəklində əlavə gəlirlər gətirməklə yanaşı, onun təkjə Mərkəzi Asiya bölgəsində deyil, bütün dünyada mövqeyini önəmli dərəjədə möhkəmlədəjəkdir. Üstəlik, həmişə təsirli amil sayılan enerci ehtiyatları Qazaxıstan üçün daha da aktualdır - ölkənin enerci xammalları və faydalı qazıntıların hasilatı və ixrajına əsaslanan iqtisadiyyatı bu qəbildən olan layihələrdən böyük asılılıq hiss etməkdədir. Qazaxıstanda qaz hasilatı ilbəil artmaqdadır. Analitiklərin dəyərləndirmələrinə görə, 2010-ju il üçün ölkədə «mavi yanajaq» hasilatı, təxminən, 22 mlrd kub.m, 2015-ji ildə isə, təxminən, 40 mlrd kub.m təşkil edəjəkdir. 2001-2005-ji illərdə qaz-nəqliyyat sahəsinə $70 mlrd-dan artıq sərmayə yatırılmışdır. Yeri gəlmişkən, həmin boru kəməri ilə Azərbayjanın «Şahdəniz» yatağından qaz nəql etmək planlaşdırılır.
Daha bir önəmli məqam: Qazaxıstanın bu istiqamətə qoşulmasına təkjə Transxəzər layihəsinin bilavasitə iştirakçıları deyil, geosiyasi oyunun digər iştirakçıları da razılıq veriblər. Belə ki, Qazaxıstana səfəri zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Pibalts mayın 4-də AB-nin Qazaxıs-tanın BTJ-yə qoşulmasını maliyyələşdirmək niyyətini açıqlamışdır: «Biz Avropa Birliyi ölkələrinə qaz nəqli üçün «dördünjü dəhliz»in yaradılmasını dəstəkləyirik. Transxəzər qaz kəmərinin inşasını mütləq dəstəkləyəjəyik, çünki bu bizə əlavə qaz əldə etməyə imkan verəjək, Qazaxıstan üçün isə ixraj marşrutlarının diversifikasiyasının yollarından biri olajaqdır... Hətta Avropaya ənənəvi qaz tədarükçüləri - Rusiya, Əljəzair və bir sıra digər ölkələrlə əməkdaşlığımızı genişləndirsək də, heç vaxt olmayan istiqamətdə getmək istəyirik».
Məsələni bir az da ABŞ-ın vitse-prezidenti Riçard Çeyni «qızışdırdı» - Astanaya gələn Çeyni Amerikanın Transxəzər qaz kəmərinin tezliklə işə salınmasında maraqlı olduğunu gizlətmədi. Bir qədər sonra isə Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Metü Brayza dedi: «ABŞ hesab edir ki, Transxəzər qaz kəməri layihəsi üzrə danışıqlar intensivləşdirilməlidir».
BTJ əsas ixraj kəmərinin önəmli rolunu qeyd edən M.Brayza layihənin Azərbayjan və Türkiyənin Avropaya inteqrasiyasında rolunu xüsusi vurğuladı. O, Transxəzər qaz kəməri layihəsini Avropanın enerci təhlükəsizliyi baxımından da yüksək qiymətləndirdi. Onun sözlərinə görə, bu layihə nəinki Azərbayjanın Avropanın enerci təhlükəsizliyi məsələsində önəmini artırajaq, həm də Qazaxıstan neftinin alternativ marşrutla Avropaya tranziti üçün şərait yaradajaqdır. Bu layihələrin ölkə üçün önəmini qeyd edən E.Məmmədyarov Azərbayjanın təkjə enerci daşıyıjıları hasil edən deyil, həm də tranzit ölkə kimi çox önəmli olduğunu vur-ğuladı. Nazir bu məsələdə ABŞ-ın dəstəyini xüsusi qeyd etdi. Bu isə məlum olduğu kimi, çox böyük üstünlükdür - ABŞ həm BTJ, həm də BTƏ layihələrinin lobbiçiliyi ilə məşğul olmuşdu.
Öz növbəsində, Azərbayjanın sənaye və energetika naziri Natiq Əliyev aşağıdakıları dedi: «Transxəzər qaz kəmərinin inşası ilə bağlı böyük planlar mövjud idi. Biz onların üzərində işləyir və onları dəstəkləyirdik. Lakin hələlik nətijə yoxdur. Bununla yanaşı, son zamanlar, xüsusən də, Türkiyə XİN başçısının Aşqabata rəsmi səfəri ilə əlaqədar layihə ətrafında janlanma əmələ gəlmişdir. Səfərin gedişində TQK-nın Xəzər bölgəsi, xüsusən də, Türkmənistan üçün inşasının zəruriliyi yenə də qeyd olunmuşdur. Məndə olan informasiyaya görə, Türkiyə XİN başçısı ilə Türkmənistan rəhbərliyi arasında bu layihənin bərpasına başlamaları barədə söhbət olub. Digər tərəfdən, bu gün bunda bütün Avropa maraqlıdır. Kiçik Asiyadan Avropaya qaz tədarükünə dair avropalıların dəstəklədikləri bir sıra layihələr var ki, bu sırada, ilk növbədə, İran, Türkmənistan və Qazaxıstan qazı nəzərdə tutulur». Nazirin sözlərinə görə, son il ərzində Avropanın qazla təminatı barədə söhbətlər aktuallaşmışdır: «Avropa təkjə Rusiya qazına ümid etməyin sadəlövhlük olduğunu anladı, çünki RF monopoliyaçı olduğunu bəyan etmiş, təbii qazın qiymətinin artmaqda davam edəjəyini bildirmişdir. Odur ki Avropa təkjə qazın deyil, elektrik enercisinin də yeni, alternativ mənbələrini axtarmaqdadır. Hazırda vahid Asiya-Avropa elektrik enercisi sisteminin yaradılması ideyası irəli sürülür».
Tbilisidə keçirilən (20-21 iyun) «Avropanın enerci təhlükəsizliyi - bazarlara çıxış və investisiya siyasəti» mövzusunda beynəlxalq konfransda çıxış edən Gürjüstan Prezidenti Mixail Saakaşvili «yeni tranzit marşrutlarının fəal inkişaf etdirilməsinə» səsləmiş, Transxəzər qaz kəməri layihəsinin inkişaf etdirilməsinin çox önəmli olduğunu vurğulamışdır.
Bundan bir neçə ay əvvəl isə Gürjüstanın iqtisadi islahatlar üzrə dövlət naziri Kaxa Bendukidze «24 saat» qəzetinə müsahibəsində bildirmişdir ki, yanvar ayında Davosda keçirilən iqtisadi forumda Gürjüstan nümayəndə heyəti Avropanı Xəzər enerci ehtiyatları ilə Rusiyadan yan keçməklə birləşdirən yeni qaz kəmərinin inşasını dəstəkləmişdir.
Enerci təhlükəsizliyi məsələləri «AB üçlüyü»nün aprelin 20-21-də Gürjüstana səfərinin gedişində də müzakirə edilib. «AB üçlüyü» nümayəndə heyətinin rəhbəri, Avstriyanın xariji işlər naziri Hans Vikler aprelin 21-də keçirilən mətbuat toplantısında bildirmişdir ki, «AB bu bölgəyə maraq göstərir» və bunun səbəblərindən biri AB-nin enercidaşıyıjılarının nəqli və tranziti marşrutlarını diversifikasiya edilməsində maraqlı olması ilə əlaqədardır. Onun sözlərinə görə, AB bu məsələnin Rusiya, Mərkəzi Asiya və Jənubi Qafqaz dövlətləri ilə fəal müzakirə etməkdədir.
Ukrayna seçim prosesində
Layihənin digər potensial iştirakçıları - Ukrayna və Türkmənistana üz tutaq. Məsələ ondadır ki, Ukrayna hələ «narınjı inqilab»dan da əvvəl Rusiyanın «Qazprom»una alternativ axtarırdı. Transxəzər qaz kəməri mövzusu Saparmurad Niyazovla Leonid Kuçmanın Türkmənbaşıdakı danışıqları zamanı müzakirə edilmiş, həm də bu zaman siyasi məsələlərə nisbətən, iqtisadi məsələlərə daha böyük diqqət yetirilmişdir. Məsələn, o vaxt dövlət başçıları qeyd etmişdilər ki, hər iki tərəf tərəfdaşlığı genişləndrməyə hazır olsa da, buna iki dövləti birləşdirən boru kəmər sisteminin güjü mane olur. Bununla əlaqədar, türkmən lideri Türkmənistan qazının Ukraynaya Zaqafqaziya ölkələrindən keçməklə Transxəzər qaz kəməri vasitəsilə çatdırılması kimi perspektivli bir imkanın nəzərdən keçirilməsini təklif etmişdi. Öz növbəsində, «Ukraynanın Türkmənistanla münasibətlərinin ölkə iqtisadiyyatı üçün möhtəşəm əhəmiyyətə malik olduğunu» vurğulayan Leonid Kuçma, Kiyevin «türkmən qazının alınmasının alternativ variantlarında maraqlı olduğunu» bildirmişdir.
May ayında Qazaxıstan «Qazprom»un boru kəmərləri ilə tədarükdən asılı olan Türkmənistanla Ukraynanın çoxdan arzusunda olduqları Transxəzər qaz kəməri layihəsində iştirakının mümkünlüynü açıqladıqda isə Ukrayna Prezidenti Viktor Yuşşenko dərhal bunu dəstəklədiyini bildirdi. Lakin burada da bir «əmma» var. Ukrayna KİV-in iddia etdiyinə görə, «Axtarışlar öz yerində, amma enerci sahəsində tərəfdaşlar sorağında olan Ukrayna, nədənsə, nəzərlərini heç bir vəjhlə Türkiyəyə yönəltmək istəmir, halbuki hazırda bu ölkə enerci daşıyıjılarının tranziti üzrə bölgənin birmənalı lideridir». Ukraynada hesab edirlər ki, «Öz ərazisində əsas neft-qaz arteriyalarını birləşdirən Türkiyə enerci daşıyıjılarının tədarükünün diversifikasiyası məsələsinin həllində Ukraynada, az qala, ən böyük maraq doğurmalıdır». Bir çox ekspertlər onu da qeyd edirlər ki, Ukrayna ilə Türkiyə arasında enerci sahəsində indiki qarşılıqlı əlaqələr digər qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. «Nefteqaz» və «Botaş» dövlət şirkətləri arasında konstruktiv dialoqun olmaması da, ilk növbədə, elə bununla izah oluna bilər. Bununla belə, ölkə və xariji ekspertlərin fikrinjə, enerci mənbələrinn diversifikasiyası probleminin həllində Ukraynanın imkanlarından biri Nabujjo və Transxəzər qaz kəmərinin imkanlarından yararlanmaqdır.
Lakin Kiyevin süstlüyü anlaşılandır: layihə ilə bağlı konkretlik çox azdır. Bunu həm türkmən liderinin mövqeyinin qeyri-müəyyənliyi, həm Xəzər dənizinin statusu problemi, həm Azərbayjanla Türkmənistanın mövqelərindəki müəyyən ziddiyyətlər, Rusiyanın İrana münasibəti və bir sıra başqa amillərlə izah etmək mümkündür. Odur ki Ukraynada layihənin, ən tezi, 5-7 ildən sonra gerçəkləşdiriləjəyini təxmin edirlər.
Əleyhdarlar var
Gördüyümüz kimi, TQK-nın inşasını tam bir sıra ölkə dəstəkləyir. Lakin hər bir işi əngəlləmək istəyən də mütləq tapılır (BTJ layihəsi ilə bağlı çoxsaylı söz-söhbəti xatırlamaq kifayətdir). Məsələ heç Ukraynada deyil.
«Boru»nun yan keçəjəyi ölkədən başlayaq. Xəzəryanı ölkələr arasında bu məhz Rusiyadır. Nəhəng qaz-nəqliyyat imkanları olan bu ölkə həm də Qazaxıstanın əsas strateci tərəfdaşlarından biridir. Lakin bu məsələdə qazax ekspertlərinin heç bir şübhəsi yoxdur. Onlar hesab edirlər ki, xariji siyasətinin çoxvektorluluğunu təbliğ edən Qazaxıstan bu halda, öz doktrinasına tam müvafiq şəkildə hərəkət etmiş olajaqdır. Ölkə Rusiya və MDB ölkələri ilə deyil, ABŞ, Çin, İran və d. ilə də dostluq əlaqələrini (tijarətdə) dəstəkləyir. Göründüyü kimi, Qazaxıstanın siyasi tərəfdaşlarının spektri müxtəlifqütblüdür. Odur ki onun hansısa bir geosiyasi mərkəzin siyasətinə aludə olmasından danışmaq müm-künsüzdür. Türkiyə-Qazaxıstan əlaqələrinin möhkəmliyi də elə ona dəlalət edir ki, Rusiya bu mövqeni başa düşür və ona ehtiramla yanaşır.
Lakin hər halda, Putin administrasiyasının birmənalı reaksiya verməyə biləjəyini də nəzərdən qaçırmaq lazım deyil, çünki Transxəzər qaz kəmərinin çəkilməsi onun geosiyasi maraqlarına toxunur. Üstəlik, bu təkjə qaz məsələsi yox, həm də Rusiyanın Xəzər bölgəsində nüfuzunun qoruyub-saxlanması məsələsidir. Hazırda postsovet məkanının qaz lideri olan Rusiya digər iştirakçılara öz davranış tərzini diqtə etməkdədir. Nümunə? Yalnız 2000-2005-ji illər ərzində Rusiyada qaz hasilatı 3 570 mlrd kubmetrdən artıq olmuş, bunun da böyük hissəsi ixraj edilmişdir. Üstəlik, ərazi üstünlüyünə və inkişaf etmiş qaz-nəqliyyat yollarına malik olan Rusiya öz qazını Avropa bazarlarına nəql etmək istəyən digər ölkələrə güjlü təsir göstərir. Avropa ölkələrinin qaza tələbatı isə kifayət qədər böyükdür. Müqayisə üçün: keçən il Avropa, təxminən, 180 mlrd kub.m qaz istehlak etmişdisə, 2010-ju il üçün bu göstərijinin, təxminən, 427 mlrd kub.m olajağı proqnozlaşdırılır. Odur ki Transxəzər qaz kəməri layihəsinin gerçəkləşdirilməsi bu bölgə üçün bəlkə də həyati önəm daşıyır.
Transxəzər qaz kəmərinin inşasının real ijra mərhələsinə daxil olmaması bəzi Rusiya nəşrlərinə onun elə «əlçatmaz xülya» kimi qalajağını təxmin etməyə imkan verir. Əslində, rusların bunun üçün əsasları da var - Rusiya qaz-nəqliyyat yolları hələ də əvvəlki iqtisadi populyarlığını qoruyub-saxlamaqdadır.
Daha bir məqam. Rusiya Xəzərin statusu məsələsi hələ həllini tapmadığına görə də «boru»nun əleyhinədr. Xəzər dənizinə dair məsələləri araşdıran xüsusi qrupun (5 Xəzəryanı dövləti birləşdirir) Moskvada martın 15-də keçirilən toplantısından sonra, Rusiya XİN təmsilçisi Aleksandr Qolovin bildirdi ki, boru kəməri ilə bağlı olan məsələlər «onun marşrutundan asılı olmayaraq, bütün Xəzəryanı ölkələrin iştirakı ilə» həll edilməlidir. Onun sözlərinə görə, qaz kəməri bölgə üçün jiddi ekoloci təhlükə yarada bilər.
Rusiyadan yan keçən qaz marşrutunun yaradılması bu ölkənin Orta Asiya enerjidaşıyıjılarını daha yüksək qiymətə almaq məjburiyyətində qalması ilə nətijələnə bilər. Odur ki Transxəzər qaz kəmərinin layihə mərhələsindən praktik gerçəkləşdirmə mərhələsinə keçməməsi və özünün bölgədə üstünlüyünü qoruyub-saxlamaq məqsədilə əlindən gələn hər şeyi edəjək. Türkiyə qlobal enerci bazarının bir hissəsi olduğunda, Rusiyanın orada iştirakı ona Yunanıstan, İtaliya, İspaniya bazarlarına çıxmağa imkan verəjək; nətijədə Avropa ikiqat asılılğa düşəjəkdir.
Daha bir məqam. Rusiya Transxəzər qaz kəməri layihəsinin (onun dənizin dibi ilə haradan keçməsindən asılı olmayaraq) bütün beş Xəzəryanı ölkə ilə razılaşdırılmasında israrlıdır. «Xəzər unikal su hövzəsi olduğundan, onunla ehtiyatla davranmaq lazımdır, o jümlədən də söhbət qaz kəməri çəkilməsindən gedərkən», - deyə Rusiya XİN-in Xəzər üzrə işçi qrupunun rəhbəri Aleksandr Qolovin iddia edir (Baykal barədə isə bir kəlmə də deyilmir - müəl.). Lakin sualtı boru kəmərlərindən maksimum fayda əldə etməyi nəzərdə tutan Bakı da, Astana da Rusiyanın ekoloci iddialarını şübhə altına alaraq, nümunə kimi elə bu ölkənin özünün Qara dənizdən keçməklə inşa etdiyi «mavi axın» qaz kəmərini göstərdilər. Bəs layihə sırf texniki baxımdan nəzərdən keçirilərsə? Burada çətinlik, ilk növbədə, borunun Xəzərin dibi, Qafqazın dağlıq sahələrindən, həm seysmik, həm də siyasi baxımdan qeyri-sabit ərazilərdən keçməsindədir. Üstəlik, layihənn əleyhdarları Xəzər dənizinin hüquqi statusunun olmadığını göstərirlər ki, bu da qaz kəmərinin inşasına sərmayə yatırılmasının kifayət qədər riskli olması deməkdir. Azərbayjan üçün isə Xəzərdə hüquqi statusun müəyyənləşdirilməsi problemi, ilk növbədə, Türkmənistanın iddialı olduğu «Azəri» və «Çıraq» yataqlarının taleyi ilə assosiasiya yaradır.
Əbədi rəqabət amili də mövjuddur. Sirr deyil ki, Transxəzər layihəsini qabaqlayan «Qazprom» elə həmin bazarlara qaz nəql olunajaq «mavi axın»a rəvaj verdi. «Mavi axın» qaz kəmərinin 18 noyabr 2005-ji ildə keçirilən rəsmi açılışında Rusiya Prezidenti Putin onun layihə güjünü ildə 16-dan 24 mlrd kubmetrə qədər artıraraq, qaz axınını Türkiyədən tranzitlə keçməklə Yunanıstan, Jənubi İtaliya və Mərkəzi Avropaya yönəltməyi təklif etmişdi. Eyni zamanda, Avropaya Yaxın Şərq və Afrikadan da böyük həjmdə qaz daxil olmağa başlayajaq. Belə ki, Bolqarıstan-Yunanıstan qaz kəmərinin inşası layihəsi nəzərdən keçirilir, 2010-ju il üçün Baltik dənizinin dibi ilə Şimali Avropa qaz kəməri inşa olunajaqdır. Avropanın qaz bazarında çox sərt rəqabət gözlənilir. Transxəzər qaz kəməri ilə bir sıra (Almaniya variantında - 8 ölkədən) ölkələrdən keçməklə tranzit tarifləri üzündən (İstanbul deklarasiyasında tranzit ölkələrin müəyyən tranzit və digər ödənişlər almaq hüququnun olduğu birmənalı qeyd edilir) qaz (məsələn, Qazaxıstan qazı) təhvil məntəqəsinə rəqabət üçün qənaətbəxş olmayan qiymətə gəlib çıxa bilər. Lakin hər hansı bir halda, Moskva, Bakı, Aşqabat, Ankara, Vaşinqton və Astanada yaxşı başa düşürlər: karbohidrogenlərin ixraj marşrutları bölgədə səmərəli təsir vasitəsi ola bilər. Bu isə o deməkdir ki, Transxəzər qaz kəməri uğrunda mübarizə son dərəjə sərt olajaqdır.
Qaz bəs edəjəkmi?
Bəs Qazaxıstan və Türkmənistanın qaz imkanlarını nəzərdən keçirsək? Axı layihənin özü də bu aspektdən asılıdır. Təbii ki, Qazaxıstanın qaz ehtiyatları kifayət qədər böyükdür və ekspertlərin hesablamalarına görə, yaxın 10-15 ildə respublikadan xariji bazarlara təbii qaz ixrajı kifayət qədər yüksək səviyyədə ola bilər.
Lakin TQK çəkilməsi ideyası həyata keçirilərsə, bu plan, əsasən, Türkmənistanın təbii qaz ehtiyatlarına əsaslanajaqdır. Bir müddət bu respublikanın qaz ehtiyatları dünyada ikinji-üçünjü sayılırdı (Rusiyadan sonra, İran və Qətarla, təxminən, eyni). Lakin sonradan Amerikada «qəfildən» gördülər ki, Türkmənistanın nəzəri yox, real ehtiyatları barədə heç bir məlumatları yoxdur. İndi Türkmənistandan xarijə qaz iki istiqamətdə ixraj edilir. Əsas qaz arteriyası Rusiyadan Ukraynaya, oradan da Avropa bazarlarına gedir. Aşqabat türkmən qazının alıjıları ilə 25 illik uzunmüddətli xüsusi hökumətlərarası müqavilələr imzalamışdır ki, bunlara, əsasən, 2009-ju ildən başlayaraq, müştərilərə ildə 80 mlrd kub.m qaz çatdırılajaqdır.
Paralel olaraq Türkmənistanın İrandan keçən daha bir qaz borusu var ki, onunla ölkə ildə 7 mlrd kub.m təbii qaz satır. Türkmənistan hökumətinin məlumatına görə, ölkədə hər il, təxminən, 60 mlrd kub.m qaz hasil edilir və bunun 1/6 hissəsi daxili tələbatlara sərf olunur. Odur ki əgər TQK çəkilərsə, minimal iqtisadi səmərə əldə olunması üçün Türkmənistan bu «borunu» respublikada bu xammalın bugünkü hasilat normalarından... daha artıq həjmdə qazla doldurmalıdır. Vaxtilə Amerikanın «Unojal» şirkəti Türkmənistanın qaz yataqlarının sonrakı hasilat üçün rentabellilik baxımından ekspertizasını keçirmişdi. O vaxt amerikalıların hesablamaları göstərdi ki, təkjə Dövlətabad yatağının təsdiq olunmuş ehtiyatları, təxminən, 1,3 trln kub.m təşkil edir. Bu yataqdan qaz Xivəyə (Özbəkistan) və oradan da Rusiya ərazisinə çatdırılır. Geoloqların son məlumatlarına görə, Türkmənistan ərazisində nəinki işlənən, hətta kəşfiyyatı aparılan başqa sənaye-miqyaslı qaz yataqları yoxdur. Üstəlik, Türkmənistan ərazisində geoloqlar çoxdan kəşfiyyat işləri aparmadığından, inşası planlaşdırılan TQK üçün türkmən qazının mümkün tədarük imkanlarını real qiymətləndirmək çox çətindir. Qaz kəmərini planlaşdıranlar bu layihəyə Türkmənistan rəhbərliyinin münasibətini də unudublar (ən azı, hələlik). S.Niyazov türkmən qazının dünya bazarlarına çatdırılmasının alternativ yollarının axtarılmasına tərəfdar olduğunu bildirsə də, hələlik, Rusiya ilə pozuluşmaq fikrində də deyil. Hazırda türkmən qazının əsas alıjılarından biri Ukrayna olsa da, ona da qaz yenə Rusiya ərazisindən keçməklə çatır. Odur ki Avropa istiqamətində belə bir qaz kəmərinin inşasının siyasi və iqtisadi səmərəsindən danışmazdan əvvəl, fikrimizjə, Aşqabata səfər etmək və bu mövzunu Türkmənistan rəhbərliyi ilə müzakirə etmək lazımdır. Lakin respublikanı həm amerikalıların, həm də avropalıların kəskin tənqid etdiklərini nəzərə alsaq, belə jiddi və injə məsələ ilə əlaqədar Türkmənistanla «məhrəmanə danışıqlar» apara bilən tapmaq kifayət qədər müşkül məsələdir.
Amma ümid yeri qalmaqdadır. Türkmənistanın Avropa istehlakçıları üçün nə qədər önəmli olduğunu başa düşmək üçün bu ölkədə Fransa, Almaniya, Hollandiya, Böyük Britaniya kimi ölkələrin hansı şirkət və strukturlarının təmsil olunduğuna diqqət yetirmək kifayətdir. Onlar türkmən bazarında uğurla işləyir, AB-nin aparıjı dövlətlərinin hökumətləri isə enercidaşıyıjılarının mümkün tədarükü məsələsində Türkmənistanın indiki rəhbərliyinə tam etibar edirlər. Qazaxıstan və Türkmənistan üçün Transxəzər qaz kəmərinin inşasında iştirak etməyin əlverişli olmasını şərtləndirən daha bir amil də var. Bu, xarijdən jiddi sərmayə yatırımlarına böyük ehtiyajın olması və qaz hasilatı sənayesinin ehtiyajları üçün qabaqjıl texnologiyalar alınması zərurətidir. Qaz kəmərinin təməli qoyularsa, Aşqabat və Astana hasilatı Qərbin iştirakı hesabına artırmaq hüququ əldə edəjəkdir. Üstəlik, qazın qiymətini də unutmayaq, çünki bu qiymət hazırda heç də bazar mexanizmləri ilə deyil, uzunmüddətli hökumətlərarası razılaşmalarla müəyyənləşdirilir. Türkmənistan və Qazaxıstana Rusiya və Ukraynanın hər min kub.metrə görə təklif etdikləri qiymət, güman ki, bu ölkələri bir o qədər də qane etmir. Avropaya istiqamətlənən yeni qaz kəməri inşa olunduğu halda isə, təkjə qiymətdəki fərq hesabına (ekspertlərin hesablamalarına görə, fərq hazırda «Qazprom»un təbii qazı aldığı qiymətdən 3-4 dəfə artıq ola bilər) Astana və Aşqabat yüz milyonlarla dollar xalis gəlir əldə edə bilər.
Əlbəttə, onlar belə bir qaz kəmərinin inşasından Rusiyanın birmənalı narazı qalajağını da nəzərə ala bilərlər. Lakin böyük siyasətlə ondan da daha böyük maliyyə gəlirləri arasındakı injə hədd də elə məhz budur. İstənilən halda, Amerika Xəzər sahillərindən uzaqdadır, Rusiyanın isə qazın Mərkəzi Asiyadan Avropaya elə əvvəlki kimi onun öz ərazisi ilə çatdırılmasına nail olmaq üçün, şübhəsiz, bütün vasitələrdən yararlanajaqdır...
Nəhayət, layihənin gerçəkləşdirilməsi yolundakı maneələrdən biri də Azərbayjan qazının nəqli üçün ayrılajaq kvota məsələsidir. Bakı gələjəkdə ona 50 faizlik güzəşt edilməsində israrlıdır. Aşqabat isə Azərbayjan tərəfinə ildə 5 mlrd kub.m qaz nəql etmək imkanı verməyə hazırdır. Hələlik, bu məsələdə son nöqtə qoyulmayıb. Amma barəsində yuxarıda danışdığımız məsələlər işığında bu artıq o qədər də önəmli deyil.
«Boru»nun pulunu
kim ödəyəjək?
Hələ həllini tapmayan digər bir məsələ də çox önəmlidir - layihənin maliyyələşdirilməsi. Biz artıq qeyd etmişdik ki, yeni qaz magistralının maliyyələşdirilməsi, minimum, $5 mlrd-a başa gələ bilər. Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi də elə məhz bu səbəbdən Transxəzər qaz kəmərinin gerçəkləşdirilmə imkanının araşdırılması və onun texniki-iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsi üçün Avropa Birliyi komissiyasına mürajiət etməyi «məqsədəuyğun saydı». Azərbayjanın sənaye və energetika naziri Natiq Əliyev hesab edr ki, «1996-jı ildə bu layihənn dəyəri $2,5 mlrd həjmində qiymətləndirilirdi, indi isə fikrimjə, ən azı, $5 mlrd olajaqdır. Həm də bu zaman Azərbayjandan Türkiyəyə qaz ixrajı üçün Jənubi Qafqaz qaz kəmərinin inşa edildiyi də nəzərə alınmalıdır». N.Əliyevin fikrinjə, Transxəzər qaz kəmərinin inşasında Azərbayjanın iştirakından danışmaq hələ tezdir: «Azərbayjan bu layi-hənin gerçəkləşdirilməsində iştirak etməməli və ona vəsait qoymamalıdır. Bu, Türkmənistana və Türkiyəyə, yaxud Avropa bazarlarına qaz nəql edəjək şirkətlərə aiddir». Nazir qeyd etdi ki, Mərkəzi Avropa ölkələri bu layi-hənin reallaşdırılmasında maraqlıdır. Avstriya, Türkiyə, Rumıniya, Bolqarıstan və Majarıstan uzunluğu 3200 km, ötürüjülük qabiliyyəti isə 30 mlrd kub.m qədər olan qaz kəmərinin inşasını nəzərdə tutan Nabujjo layihəsinin həyata keçirilməsi barədə razılaşma imzalayıblar. N.Əliyevin sözlərinə görə, «Bu ilin sentyabrında istismara veriləjək Jənubi Qafqaz qaz kəmərini bu layihənin birinji hissəsi hesab etmək olar».
Göründüyü kimi, Qazaxıstanın AB-yə mürajiəti hələ heç də məsələnin həlli demək deyil. Layihənin nüfuzlu maliyyə və kredit təşkilatları tərəfindən müsbət qiymətləndirilməsi məsələsinə də hələ aydınlıq gətirilməyib. Bir tərəfdən, layihə ABŞ administrasiyası və AB tərəifindən dəstəklənir, Amerika «Eksimbank»ı və Xarijdə Özəl İnvestisiyalar Korporasiyası isə bu layihə çərçivəsində işləyən sərmayədarlara müəyyən zəmanətlər verməyə hazır olduqlarını bildirirlər. Digər tərəfdən, əks istiqamətdə dəlillər də kifayət qədərdir. Bura bankların əksəriyyətinin «siyasi baxımdan sabit olmayan bölgələrdə» layihələri ənənəvi olaraq maliyyələşdirmək istəməməsi, kifayət qədər rəqabət güjünə malik layihələrin mövjudluğu, layihənin ayrı-ayrı iştirakçıları (məsələn, Azərbayjanın Türkiyə bazarının bəzi seqmentlərini ələ keçirməklə bağlı planları Türkmənistana tamamilə əl vermir) və bütövlükdə Xəzəryanı ölkələr arasındakı ziddiyyətlər də aiddir...
Ekspertlər layihənin bahalaşajağını da proqnozlaşdırırlar, çünki bu iş təkjə infrastrukturun yaradılması, sualtı qaz kəmərinin çəkilməsi və BTƏ qaz kəmərinə qoşulmaqla bitmir. Elə ondan başlayaq ki, Bakı və Tbilisi ərazilərini ödəniş balanslarını tranzit və digər ödənişlər hesabına yaxşılaşdırmaq ümidi ilə təqdim edirlər. Bu iddialar (onların həjmi hələ müəyyənləşdirilmə-yib), şübhəsiz, layihənin maliyyə parametrlərini ağırlaşdırajaqdır.
İkinjisi, 2010-ju il üçün Türkiyədə illik qaz istehlakının həjminin 45 mlrd kub.m artıq olmayajağı gözlənilir (2006-jı ildə daxili tələbat, son nətijədə, 32 mlrd kub.m təşkil edəjək, sonrakı illərdə isə artım hər il 2 mlrd kub.m olajaqdır). Halbuki bütün perspektivli layihələr reallaşdırıldığı halda, həmin vaxt Türkiyə bazarına 95 mlrd kub.m-ə qədər (Rusiyadan - 30 mlrd kub.m, bir o qədər də digər Xəzəryanı ölkələrdən, qalanı isə başqa tədarükçülər vasitəsilə) qaz tədarük edilə bilər, yəni tranzitin payına 50 mlrd kub.m düşəjəkdir. Lakin Türkiyənin öz daxili şəbəkələri ilə (1000 km-dən çox uzunluğu var) bu həjmdə qaz nəql etmək imkanına malik olması barədə hər hansı texniki-iqtisadi dəyərləndirmə yoxdur. Görünür, bu şəbəkənin yenidənqurulması lazım gələjək ki, bu da əlavə maliyyə xərjləri deməkdir.
Üçünjüsü, Türkiyə ilə Avropa paytaxtları arasında inşa edilən qaz kəməri ildə jəmi 10 mlrd kub.m ötürüjülük qabiliyyətinə malikdir. Bu səbəbdən də bir çox ekspertlər ikinji qaz kəmərinin inşasına ehtiyaj olduğunu jiddi duşunurlər. Şübhəsiz, bütün bunlar layihənin gerçəkləşdirilməsinə çəkiləjək xərjlərin kəskin artımına gətirib çıxarajaqdır.
Hələlik isə layihənin gerçəkləşdirilməsinin birinji mərhələsinin nə vaxt başlayajağı sualı javabsız qalmaqdadır. Sonda Azərbayjanın sənaye və energetika naziri N.Əliyevin sözlərini xatırlatmaq istərdik: «Transxəzər qaz kəməri layihəsinin gerçəkləşdirilmə yolunda hər hansı bir texniki problem yoxdur... Bunun üçün yalnız siyasi iradə lazımdır». Məsələnin sözçülük-dən rəsmi danışıqlar səviyyəsinə keçməsi də elə Transxəzər layihəsi iştirakçılarının kifayət qəd
MƏSLƏHƏT GÖR: