
«ÖZÜMÜZÜ MÜVƏQQƏTİ OLARAQ AZƏRBAYJANIN HÜDUDLARINDA SAYIRIQ»
Qarabağ münaqişəsinin dinj yolla nizamlanması üçün ilk jəhd haqqında
Müəllif: Rəhman MustafazadƏ Bakı
Hazırda Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbayjan dövlətlərarası münaqişəsinin perspektivlərinin fəal şəkildə müzakirə olunduğu indiki məqamda bu münaqişənin tənzimlənməsinin tarixi örnəklərinin nəzərdən keçirilməsi xüsusi maraq doğurur. İlk belə jəhd Azərbayjanın başlanğıjını 28 may 1918-ji ildə Azərbayjan Demokratik Jümhuriyyətinin («Birinji Respublika») elan olunmasından götürən yeni tarixində göstərilmişdi.
1918-ji ilin ortalarında Zaqafqaziyanın siyasi xəritəsində müstəqil Azərbayjan və Ermənistan meydana çıxdıqdan sonra, Qarabağ bölgəsində etnik zəmində toqquşmalar dövlətlərarası münaqişə səviyyəsinə qalxdı ki, bunun da təməlində Ermənistanın daşnak hökumətinin bu bölgəni Azərbayjanın əlindən almaq jəhdləri dururdu. Münaqişə 1918-1920-ji illərdə bölgədə Azərbayjana və Bakı neftinə nəzarət uğrunda dünyann və bölgənin aparıjı dövlətləri arasında gərgin geosiyasi toqquşmanın aktivləşməsi şəraitində jərəyan edirdi. Burada marağı olan tərəflərdən hər biri, ilk növbədə, Sovet Rusiyası, Almaniya, İngiltərə və Türkiyə «erməni amili»ndən, o jümlədən, Ermənistanın Qarabağ, Zəngəzur və Naxçıvandakı Azərbayjan torpaqlarına ərazi iddialarından Azərbayjanın Qafqaz, Orta və Yaxın Şərqə və Mərkəzi Asiyaya çıxış təmin edən strateci baxımdan bu önəmli bölgəsində öz nüfuzlarını qoruyub-saxlamaq və möhkəmləndirmək məqsədilə yararlanmağa çalışırdılar.
1918-ji ilin iyun-sentyabr aylarında Jənubi Qafqazda Rusiyanın tərəfində Osmanlı Türkiyəsinə qarşı vuruşan erməni könüllü dəstələrinin fəallığı kəskin şəkildə artdı. Belə ki, 1918-ji ilin iyun ayında Andranikin quldur dəstələri Julfadan Naxçıvana üz tutaraq, yolda qarşılarına çıxan dinj azərbayjanlı əhalini məhv edirdilər.
17 iyul 1918-ji ildə Andranikin adı ilk dəfə Şaumyanın Leninə (Moskvaya) və Stalinə (Tsarisına) göndərdiyi teleqramda çəkilir. Qafqaz işləri üzrə fövqəladə komissar iyulun 14-də «erməni xalq rəhbəri»ndən Rusiya hökumətinin sərənjamına keçməyə və türk qoşunlarına qarşı döyüşməyə hazır olması barədə teleqram aldığını bildirirdi. Andranikin Zəngəzur və Qarabağ ərazilərində törətdiyi qanlı aksiyalar fasilələrlə 1918-ji ilin yayından 1919-ju ilin payızına qədər davam etmiş, yalnız 1919-ju ilin sentyabrında Azərbayjan Ordusunun hissələri onun quldur dəstələrini Şuşa və Zəngəzurdan qovmuşlar.
Qarabağ bölgəsinin erməni əhalisi arasında separatçı əhval-ruhiyyənin güjlənməsi məhz Andranikin hərbi fəallığı ilə əlaqədar idi ki, bu da 18-22 iyul 1918-ji ildə keçirilən üzdəniraq «Qarabağ ermənilərinin birinji qurultayı»nda «Qarabağın Azərbayjann tərkibindən çıxması» barədə qərar qəbul olunmasına gətirib çıxardı. Hazırda bu fakt erməni «ekspertləri» tərəfindən guya Qarabağın heç vaxt müstəqil Azərbayjanın (1918-1920) tərkibində olmaması tezisini əsaslandırmaq üçün istifadə edildiyindən, bununla bağlı aşağıdakılar qeyd edilməlidir.
Nəzərdən keçirilən dövrdə Azərbayjan ərazisində «Qarabağ» adlanan inzibati vahid yox idi. Joğrafi Qarabağı təşkil edən ərazilərə (uyezdlərə) gəldikdə, XIX-XX əsrlərin əvvəllər (1804-1918) arasındakı dövr ərzində, yəni Qarabağ xanlığının Rusiyaya birləşdirilməsindən, ADR-in elan olunmasına qədərki dövrdə Rusiyanın özünün rəsmi məlumatlarına görə, bu ərazilərdə ermənilər azlıq təşkil edirdilər. 1918-ji ildə də belə idi. Aydındır ki, etnik azlıq bölgənin bütün əhalisinin adından danışa. Üstəlik, onun taleyini müəyyənləşdirə bilməzdi.
Rusiya imperiyasının 1 yanvar 1916-jı il üçün rəsmi məlumatları əsasında tərtib olunan 1 saylı jədvəldən də göründüyü kimi, Qarabağdakı 4 uyezddən yalnız birində - Şuşa uyezdində ermənilər çoxluq təşkil edirdilər (Yelizavetpol quberniyasının joğrafi Qarabağı təşkil edən uyezdləri və şəhərləri fərqləndirilib; mənbə - «1917-ji il üçün Qafqaz təqvimi. Stelmaşukun redaktəsi altında. Statistika şöbəsi. Uyezd administrasiyasının məlumatlarına görə, 1 yanvar 1916-jı il üçün Qafqaz diyarının ərazisi və əhalisi». Tiflis, 1916, s. 177-237). Bütövlükdə joğrafi Qarabağda azərbayjanlı əhali üstünlük təşkil edirdi - 315 min 242 minə qarşı.
Bununla əlaqədar belə bir fakta dqqət yetirmək önəmlidir ki, mayın 28-də Ermənistan Respublikası elan edilərkən, onun nə ərazisi, nə də paytaxtı var idi. İrəvan quberniyasının 7 uyezdindən 4-də azərbayjanlılar çoxluq təşkil edirdilər. O jümlədən də erməni siyasətçilərinin gələjək milli dövlətçiliklərinin özəyi kimi nəzərdə tutduqları İrəvan uyezdində də.
İrəvan quberniyasının uyezdlərində 1917-ji ilin əvvəllərindəki demoqrafik durum 2 saylı jədvəldə təqdim olunur (yenə orada, 69; azərbayjanlıların çox olduqları uyezdlər fərqləndirilib):
Paytaxta gəldikdə, Ararat Respublikasının elan olunmasından dərhal sonra onun liderləri İrəvanın Ermənistana güzəştə gedilməsi üçün Azərbayjan Milli Şurası (AMŞ) ilə danışıqlara başlamalı oldular, çünki bu yaşayış məntəqəsində ermənilərin demoqrafik üstünlüyünə baxmayaraq, şəhərin bütün əyanları (əsil-nəjabətli zadəganlar, iri torpaq sahibləri), əsasən, azərbayjanlılardan ibarət idi. Həmin danışıqların nətijələri AMŞ-nin 29 may 1918-ji il tarixli toplantısının protokolunda öz əksini tapmışdır: «F.X. Xoyski məruzəsini belə bir məlumatla bitirdi ki, erməni federasiyası yaratmaq üçün onlara siyasi mərkəz lazımdır. Aleksandropol Türkiyənin tərkibində qaldıqdan sonra isə belə bir mərkəz yalnız İrəvan ola bilər. Odur ki İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmazdır. Bu məsələ ilə əlaqədar çıxış edən X.B.Xasməmmədov, A.Şeyxülislamov, M.Məhərrəmov İrəvanın güzəştə gedilməsini tarixi zərurət, qaçılmaz bir pislik kimi qiymətləndirdilər. Bu məsələ üzrə səsvermə aşağıdakı kimi nətijələndi: İrəvanın güzəştə gedilməsinin lehinə - iştirak edən 28 nəfərdən 12 nəfər, əleyhinə - 1 nəfər, bitərəf - 3 nəfər» (Azərbayjan Respublikasının Milli Arxivi, fond 970, siyahı 1, iş 1, s. 50).
30 oktyabr 1918-ji ildə Türkiyənin Zaqafqaziyadan öz qoşunlarını evakuasiya etməyə (m. 11) və Bakının müttəfiqlər tərəfindən işğalına razılıq verdiyi (m. 15) Mudros razılaşmasının imzalanmasından sonra Qarabağ bölgəsində durum kəskinləşdi. Türkiyə qoşunlarının çıxıb-getməsi və Zəngəzurdakı ingilis-fransız missiyasının dəstəyi ona gətirib çıxardı ki, bu dövrdə Andranikin hərbi birləşmələri yenidən Zəngəzur ərazisindən Qarabağ üzərində nəzarət qurmağa jəhd göstərdilər. 1918-ji ilin noyabrından 1919-ju ilin payızına qədər Qarabağda Azərbayjan kəndlərinə «erməni xalq rəhbəri»nin rəvaj verdiyi basqınlar davam etdi.
1918-ji il dekabrın əvvəlində Gorusdakı ingilis-fransız missiyasının başçısı mayor Gibbonun razılığı və Tomsonun əmri ilə Zəngəzur uyezdinin ərazisinin 4/5 hissəsi Andranikin tam ixtiyarına verildi və o burada özünəməxsus «qubernatorluq» yaratdı. Həmin ərazidə ingilis-fransız missiyasının birbaşa himayəsi ilə yerli azərbayjanlılara qarşı terror siyasəti həyata keçirilirdi. 20 dekabr 1918-ji ildə bölgədəki durum ADR parlamentinin toplantısında müzakirə edildi. Bu məsələyə dair çıxışında Azərbayjan hökumətinin başçısı F.X.Xoyski qeyd etdi ki, «Andranik Zəngəzur və Şuşanı müsəlman əhalisindən «təmizləməyi» və Azərbayjanın janından bu «tikələri» qoparmağı» planlaşdırır». Deputatları hökumətin münaqişəni Andraniklə sülh danışıqları vasitəsilə nizamlamaqla bağlı çoxsaylı jəhdləri barədə məlumatlandıraraq, o, Andranikin ADR hökuməti nümayəndələri ilə hər hansı bir təmasa razılıq vermədiyini açıqladı. Məsələnin müzakirəsi nətijəsində xariji təjavüzün qarşısının alınması üçün hökumətin hərbi və siyasi tədbirlər kompleksi qəbul etməsinin zəruriliyi barədə qətnamə qəbul olundu.
Lakin hərbi nazirliyin formalaşdırılmasına və milli ordunun nizami hissələrinin yaradılmasına yalnız 1918-ji ilin noyabr-dekabr aylarından etibarən başlayan hökumətin 1919-ju ilin ortalarına qədər respublikanın tam müdafiə sistemini yaratmaq imkanı yox idi. Üstəlik, Denikin ordusunun Azərbayjanın şimal sərhədlərinə yaxınlaşması, bolşeviklərin Bakıda və iri yaşayış məntəqələrindəki pozujuluq fəaliyyəti kimi amillər həm paytaxtda, həm də ölkənin uzaq bölgələrində dövlət hakimiyyətinin möhkəmləndirilməsinə mane olurdu.
Şuşada fəaliyyət göstərən erməni milli şurası 1919-ju ilin əvvəllərində Qarabağda növbəti qanlı münaqişəyə rəvaj verdi. Onun dəstəyi ilə Ermənistandan Şuşanın ermənilər yaşayan hissəsinə külli miqdarda silah gətirildi. 1918-ji ilin yanvarında Şuşa, Zəngəzur, Jəbrayıl və Javanşir uyezdlərinin general-qubernaoru təyin olunan Xosrov bəy Soltanov sərt və qətiyyətli şəkildə Qarabağ bölgəsində qayda-qanun yaratdı, erməni milli şurasının üzvlərini isə onun hüdudlarından qovdu. 1919-ju il iyunun 6-da qarşı duran tərəflər arasında Şuşada sülh razılaşması əldə olundu. Eyni zamanda, ADR hökumətinə ünvanlanmış notasında Ermənistan hökuməti, həmçinin, Paris sülh danışıqlarında iştirak edən iki erməni nümayəndə heyəti X.Soltanovun Qarabağdan çıxarılmasını tələb etdilər.
ADR hökumətinin ölkdə, o jümlədən, Qarabağda daxili siyasi və iqtisadi durumu sabitləşdirmək sahəsindəki uğurlarını nəzərə alaraq, general Tomson (Bakı qubernatoru olsa da, faktiki, bütün Azərbayjan onun administrasiyasına tabe idi) Zəngəzur uyezdi də daxil olmaqla, Qarabağın Azərbayjanın müvəqqəti idarəsi altında qalması barədə qərar qəbul etdi. Ermənilərin narazılıqlarına javab olaraq Tomson dedi: «Məsələ ondadır ki, Azərbayjanda bəzi ermənilər Britaniya işğalının intiqam almaq üçün əlverişli imkana çevrilməməsindən narazıdır. Onlar hər şeyin hərbi güj vasitəsilə deyil, sülh konfransı ilə həll ediləjəyini qəbul etmək istəmirlər» (Sitat: Svyatoxovski Tadeuş. Rusiya Azərbayjanı. «Xəzər», Bakı,№3, 1990, s. 39).
Azərbayjandakı Britaniya missiyasının Qarabağ və Zəngəzuru Azərbayjandan qoparmaq planlarına yardımçı olmaq istəməməyindən məyus olan Andranik digər erməni liderləri ilə birlikdə Parisə yollandı. Burada sülh konfransında Türkiyə ermənilərinin nümayəndə heyətinin başçısı Poqos Nübar paşa onun Fransa prezidenti Raymon Puankare ilə görüşünü təşkil etdi. Həmin görüşdə Andranik müttəfiqlərin Qarabağ məsələsində neytral mövqe tutmasından narazılığını açıqladı.
Bu dövrdə Andranikin Azərbayjan ərazisində qanlı əməllərinə yekun vurmaq olar. 1918-ji ilin iyul ayından 1919-ju ilin iyun ayına qədər təkjə Zəngəzur uyezdində onun quldur dəstələri 100-dən artıq yaşayış məntəqəsini yandırmış, 10 mindən artıq adam öldürmüş və yaralamışdılar. Azərbayjanlı əhaliyə qarşı terror Ermənistanın özünün də ərazisində - Üçmüədzin, Sürməli, İrəvan və Yeni Bəyazid uyezdlərində də həyata keçirilirdi. Ermənistan hökumətinin qanunazidd hərəkətləri o dərəjədə açıq-aşkar səjiyyə daşıyırdı ki, 1919-ju ilin avqust ayının axırlarında sosial-inqilabçılar (eserlər) partiyasından olan erməni deputatları parlamentdə daxili işlər nazirinə sorğu göndərmişdilər. Sorğuda göstərilirdi ki, yuxarıda adları çəkilən uyezdlərin bir çox kəndlərinin «tatar əhalisi qovulmuş, qarət edilmiş və qırılmışdır» və «yerli administrasiya buna nəinki mane olmamış, hətta talan və qırğınlarda iştirak da etmişdir» (Azərbayjan Demokratik Respublikası /1918-1920/. Xariji siyasət (sənədlər və materiallar). Bakı, 1998, s. 350).
Qarabağın özündə bu zaman ermənilərlə azərbayjanlıların barışmaları üçün şərait formalaşırdı. ADR hökumətinin daxili siyasi mövqelərinin və beynəlxalq nüfuzunun möhkəmlənməsi, respublikada iqtisadi durumun bir qədər sabitləşməsi və nətijədə, dərhal Qarabağ bölgəsində təsərrüfat həyatının janlanması yerli erməniləri və onların başçılarını kənardan aşılanan separatçı şüarlardan imtina etməyə və ADR hökuməti ilə dinj və qarşılıqlı səmərəli birgə yaşayış prinsipləri barədə razılaşma işləyib-hazırlamağa vadar etdi.
15 avqust 1919-ju ildə Qarabağ ermənilərinin 7-ji qurultayında bir qədər əvvəl imzalanmış «Dağlıq Qarabağ ermənilərinin Azərbayjan hökuməti ilə müvəqqəti sazişi» (Azərbayjan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixi haqqında. 1918-1925. Sənədlər və materiallar. Bakı, 1989, s. 23-25) qəbul edildi. Bu sənəd erməni-azərbayjanlı münaqişəsi tarixinə Qarabağın Azərbayjan dövləti tərkibində statusunun müəyyənləşdirilməsi ilə bağlı ilk uğurlu jəhd oldu.
Bu sazişin preampulasında qeyd edilirdi ki, Qarabağın dağlıq hissəsinin taleyi məsələsi sülh konfransında həll olunajaq. Lakin bu zaman o da vurğulanırdı ki, «Qarabağ məsələsinin istənilən həlli zamanı ermənilərlə müsəlmanlar birgə yaşamalı olajaqlar». Sazişin müvəqqəti xarakteri həm 1-ji bənddə də qeyd olunur («Tərəflər bu müvəqqəti sazişi məsələnin sülh konfransında həllinə qədər qəbul edirlər və onun qərarları hər iki tərəf üçün eyni dərəjədə məjburidir»), həm də 2-ji bənddə aşağıdakı şəkildə ifadə edilirdi: «Qarabağın ermənilərin məskunlaşdığı dağlıq hissəsi - Şuşa, Javanşir və Jəbrayıl uyezdləri (Dizak, Vərənd, Xaçen və Jarabert) özünü müvəqqəti olaraq Azərbayjan Respublikasının tərkibində sayır».
Sazişin ən önəmli müddəası ADR-in inzibati-ərazi quruluşunun dəyişməzliyinin təsdiqi olmuşdu. 3-jü bənddə qeyd olunurdu ki, joğrafi Qarabağı təşkil edən Şuşa, Javanşir və Jəbrayıl uyezdləri «Qarabağ general-qubernatorluğunun xüsusi inzibati vahidi kimi ayrılır və onun daxili quruluşu elədir ki, dağlıq erməni zolağında ermənilərdən azlığın hüquqlarına riayət edilməklə administrasiya təyin olunur». Başqa sözlə, sazişdə muxtariyyətin üçpilləli səviyyəsi təsbit edilirdi:
- bütün Qarabağ bölgəsinin dağlıq hissəsinin ADR tərkibində ərazi muxtariyyəti - ali səviyyə;
- Qarabağın dağlıq hissəsinin Qarabağ general-qubernatorluğu tərkibində milli-mədəni muxtariyyəti - aralıq səviyyə;
- erməni muxtariyyəti çərçivəsində azərbayjanlılardan ibarət azlığın hüquqlarının təmin olunması - aşağı səviyyə.
Erməni əhalisinin hüquqlarının təmin olunması Qarabağ general-qubernatorluğunun tərkibində təsis edilmiş və 6 nəfərdən - 3 erməni və 3 azərbayjanlıdan ibarət (b.5) şura vasitəsilə həyata keçirilirdi. Şuranın üzvü olan ermənilər Dağlıq Qarabağın erməni əhalisinin qurultayında seçilirdilər (b.6). Qarabağın dağlıq hissəsində bütün inzibati vəzifəli şəxslər şura üzvlərinin təqdimatı əsasında təyin olunurdular.
Bu sənəddə ayrıja olaraq qeyd edilirdi ki, millətlərarası səjiyyəli bütün prinsipial məsələlər şurada müzakirədən keçmədən gerçəkləşdirilə bilməzdi (b.7). Şura general-qubernatorluğun quruluşu və idarə olunması məsələlərinə dair təşəbbüslə çıxış etmək, həmçinin, general-qubernatorluğun administrasiyasının işlərinə qarışmadan onun üzərində nəzarət və müşahidə hüququ da əldə edirdi (b. 8 və 9).
Sazişin prinsipial təməli burada Qarabağ ermənilərinin mədəni özünütəyin hüququnun təsbit edilməsi oldu. Bu hüququ Qarabağ erməni milli şurası həyata keçirir, onun fəaliyyətinə ADR hökuməti səlahiyyətli ermənilər (Qarabağ ermənilərinin qurultaylarında seçilirdilər) vasitəsilə nəzarət edirdi.
Saziş ADR hökumətinin bu bölgədəki hərbi fəallığına müəyyən məhdudiyyətlər qoyurdu. 16-jı bəndə uyğun olaraq, Qarabağın ermənilər yaşayan hissəsində Azərbayjan hərbi bölmələrinin hər hansı bir hərəkəti şura üzvlərinin 2/3 hissəsinin razılığı əsasında həyata keçirilə bilərdi. Bundan başqa, Qarabağ məsələsi sülh konfransında həll olunana qədər burada erməni və müsəlman əhalisinin tərksilah edilməsi dayandırılırdı.
Siyasi hüquq və azadlıqların təmin olunması sahəsində hökumət heç kimin siyasi əqidəsinə görə nə məhkəmə, nə də inzibati qaydada təqib edilməyəjəyinə zəmanət verirdi. Bu müddəa bölgədə millətlərarası toqquşmalarda iştirak edənlərə də şamil olunurdu. Qarabağı siyasi motivlərlə tərk etmiş bütün ermənilər yaşayış yerlərinə qayıtmaq hüququ əldə edirdilər. Tam söz, mətbuat və birliklər yaratmaq azadlığına da zəmanət verilirdi.
Sazişdə Qarabağ bölgəsinin sosial-iqtisadi həyatının aktual məsələləri də tənzimlənirdi. Məsələn, ADR hökuməti öz üzərinə Qarabağ əhalisinə dağıdılmış kəndlərin tezliklə bərpasında maddi və mənəvi baxımdan yardımçı olmaq təəhhüdü götürürdü. Sənəddə ijtimai erməni-azərbayjanlı dialoqunun mexanizmi də tapılmışdı. Saziş (b.21) nəzərdə tuturdu ki, «millətlərarası münasibətlərin daha yaxşı tənzimlənməsi üçün şura vaxtaşırı olaraq ümumi və yerli erməni-müsəlman qurultayları keçirməlidir».
Sazişi qiymətləndirən ADR hökumət başçısı Usubbəyov parlamentin avqustun 25-də keçirilən toplantısında aşağıdakıları qeyd etdi: «Nə qədər kəskin olsa da, Qarabağ məsələsi tamamilə ağrısız, bir damla da qan axıdılmadan həll edildi» (Azərbayjan Demokratik Respublikası (1918-1920). Parlament (stenoqrafik hesabatlar). Bakı, 1998, 652). Dekabrın 22-də parlamentdə yeni kabinetinin proqram bəyanatı ilə çıxış edərkən, Usubbəyov bu uğurlu təjrübədən digər mübahisəli erməni-azərbayjanlı ərazi məsələlərinin tənzimlənməsi üçün də istifadə oluna biləjəyini göstərmişdi: «Jənablar, hazırda Qarabağın üç yarım uyezdi bizim əlimizdədir, Zəngəzur uyezdinin yarısı isə bəzi qiyamçıların hakimiyyəti altındadır. Bizə deyilir ki, burada da hər şeyi sülhlə həll etmək mümkündür və böyük dövlətlərin nümayəndələri də bu mövqedədir. Biz sülhün əleyhinə deyilik. Biz, ümumiyyətlə, sülh yolunu bütün mübahisələrin həlli vasitəsi kimi seçmişik. Odur ki, bu məsələnin sülh yolu ilə həllini gözləməyə hazırıq. Təkrar edirəm ki, biz hər şeyi sülh yolu ilə həll etməyə jan atır və bunu sözlə deyil, işdə sübut edirik. Çətin və mürəkkəb Qarabağ məsələsi sülhlə həll eddilmədimi? Həm də nejə həll edildi - erməni milli azlığının mədəni hüquqlarının tanınması və onun hökumətin gerçək himayəsi altına alınması ilə».
Milli azlıqların hüquqlarının tanınması məsələsinin dünyanın bir çox ölkələrində müzakirə olunduğunu qeyd edən hökumət başçısı bildirdi ki, «Azərbayjan xalqı Qarabağdakı erməni vətəndaşlarının bu hüququnu tərəddüd etmədən tanıdı». Daha sonra o dedi: «İndi Qarabağda yaşayan həmvətənlərimiz yerli idarəetmə işlərində iştrak edirlər, məktəblər açılması və onların sayının artırılması, ümumyyətlə, maarif işinin yaxşılaşdırılması ilə məşğuldurlar. Bu məqsədlər üçün hökumət, zərurət yarandıqja, milyonlar xərjləyir və gələjəkdə də bundan imtina etməyəjəkdir. Daha sonra Usubbəyov tam əsasla aşağıdakıları bildirdi: «Qafqazda bu nümunəni ilk dəfə biz göstərdik və qonşularımız da bundan yararlandılar. Biz bilməliyik ki, həm Azərbayjanın, həm də Ermənistanın gələjəyi milli azlığın hüquqlarının təmin olunması ilə bağlıdır» (yenə orada, s. 809).
Bütövlükdə, avqust sazişi təkrarsız idi, çünki Azərbayjanda «parçala və hökm et» prinsipinə əsaslanan çarizmdən və gizli fəaliyyətləri və təbliğatları Qarabağda erməni-azərbayjanlı münaqişəsini qızışdırmaqla bölgədə ADR-in legitim hakimiyyətinin zəiflədilməsinə yönələn bolşeviklərdən fərqli olaraq, o, Azərbayjan hökumətinin Qarabağ məsələsinin güzəştlərə və erməni azlığının maraqlarına hörmətə əsaslanan sivil həllinə jan atdığını nümayiş etdirdi. Həmin dövrdə bu bəlkə də təkjə Zaqafqaziyada de-yil, bütün keçmiş çar Rusiyası məkanında mürəkkəb milli məsələnin həllinə dair ən demokratik həll jəhdi idi (elə bu dövrdə daşnakların hakimiyyəti altında olan Ermənistanda azərbayjanlı əhalinin yığjam yaşadığı ərazilərin onlardan «təmizlənməsi» davam edirdi). Odur ki bu sazişin Azərbayjanın hüdudlarından kənarda da müsbət qiymətləndirilməsi təsadüfi deyil. Onu qiymətləndirərkən, Tiflisdə çıxan «Borba» qəzeti 5 sentyabr 1919-ju il tarixli nömrəsində sazişin həm Azərbayjan üçün, həm də bölgədə sülh üçün çox önəmli olduğunu qeyd edirdi: «Erməni-tatar düşmənçiliyi Zaqafqaziya xalqlarının vüjuduna işgənjə verən əbədi bəla, Zaqafqaziyanı daxildən dağıdan, burada düzgün mülki qayda-qanunun bərqərar olmasına imkan verməyən xoradır. Daim daxili müharibə təhlükəsi, iki xalq arasında daim hökm sürən onların hər biri üçün fiziki baxımdan məhv olmaq təhlükəsi yaradır, iqtisadi qüvvələrini tükəndirir, mədəniyyətlərini taqətdən salır. Bütün Zaqafqaziya üçün isə bu düşmənçilik daim xariji müdaxilə qorxusu, yabançı qüvvələrin oyunjağına çevrilmək təhlükəsidir». Bu sazişi alqışlayaraq, qəzet etiraf edir ki, «Bu halda, biz erməni-müsəlman mübahisəsinin qırğın yolu ilə deyil, qarşılıqlı razılaşma yolu ilə həllinə dair ilk jiddi təjrübəni görürük» (Azərbayjan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixi haqqında. 1918-1925. Sənədlər və materiallar, s. 27).
Avqust sazişi, demək olar ki, 7 ay duruş gətirdi. 1920-ji il martın 22-23-də Qarabağda hökumət əleyhinə İrəvan hökuməti tərəfindən qızışdırılan iri qiyamdan sonra Dronun komandanlıq etdiyi daşnak qoşunları növbəti dəfə Qarabağı ələ keçirməyə jəhd göstərdilər.
1920-ji il aprelin əvvəllərində Qarabağ və Zəngəzurda erməni təjavüzünü dəf etmək və ADR üçün artmaqda olan təhlükə şəraitində şimal sərhədlərini möhkəmlətmək məqsədilə respublikanın Dövlət Müdafiə Komitəsi mayın 1-dən 1920-ji il çağırışçılarının və 30 yaşına qədər şəxslərin orduya səfərbərliyini elan etdi. Qiyamın yatırılması üçün nizami ordu bölmələrinin böyük hissəsi Qarabağ bölgəsinə göndərildi. Lakin ADR hökumətinin Ermənistanın Qarabağda ilhaqçılıq planlarına təsirli müqavimət göstərmək jəhdlərini üçünjü bir qüvvə - Bakıda və ölkənin digər strateci bölgələrində getdikjə daha nüfuzlu qüvvəyə çevrilən bolşeviklər məhdudlaşdırırdılar. Lakin bütün bunlara baxmayaraq, Bakıda aprel çevrilişi baş verərkən milli ordunun Qarabağ bölgəsindəki hissələri Qarabağın joğrafi ərazisinin böyük qisminə - Şuşa, Javanşir və Jəbrayıl uyezdlərinə tam, Zəngəzur uyezdinin isə yarısına nəzarət edirdilər.
MƏSLƏHƏT GÖR: