15 Mart 2025

Şənbə, 01:45

İSLAM, DİN, VASİTƏ

Analitiklər Azərbayjanda islam radikalizminin artdığını qeyd edirlər

Müəllif:

01.08.2006

Jümə namazı mömin müsəlmanların həftəlik toplantılarından biridir. Müsəlmanların müqəddəs kitabı Quranda «Jümə» surəsində bu namazın digər namazlar qarşısında üstünlüklərindən danışılır və bütün möminlər Jümə namazı qılmağa çağırılır. İddia edilir ki, Jümə bütün kasıblar üçün Həjj və möminlərin bayramıdır. Hesab edilir ki, bu gün heç kimə bəlli olmayan bir zaman kəsimi var və əgər müsəlman Allaha bu zaman kəsimində mürajiət edərsə, onun rijası javabsız qalmayajaqdır. Həmin zaman kəsiminin nə vaxt olduğu bilinmədiyindən, rijalarının eşidilməsi üçün  möminlər bütün gün ərzində namaz qılmalıdırlar. Jümə namazının qılınması üçün, ən azı, 5 nəfər - 1 imam-jamaat və 4 məmum olmalıdır. İran, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Türkiyə və d. İslam ölkələrində jümə günü məsjidlərin insanlarla dolu olmasının səbəbi də elə budur. Bəziləri məsjiddə yer tapa bilmədiklərindən, namazlarını binadan kənarda, yerdə oturaraq qılırlar.        

Şübhəsiz, bu durum bizə də tanışdır. Adətən, İslam ölkələrində olan «qaynar nöqtələr»dən reportaclarda məsjidin yanında namazqılanları dəfələrlə görmüşük. Lakin bunu dünyəvi dövlət olan Azərbayjanda, Bakının lap ortasında da müşahidə edəjəyimiz heç ağlımıza belə gəlməzdi. Jümə günləri paytaxtın bir çox məsjidi Allaha dua etmək istəyənlərlə dolu olur. Belə ki, bəzi məlumatlara görə, təkjə «Əbu-Bəkr», «Şəhidlər», «İlahiyyat» və d. məsjidlərdə 5-12 min nəfər arası insan Jümə namazı qılır. Bu isə Azərbayjanda İslamın artıq bir din kimi fon olmadığına dəlalət edir. Halbuki jəmi 25 il bundan əvvəl, əsasən, 70 illik Sovetlər keçmişi sayəsində azərbayjanlılar şiə olduqlarını dəqiq bilsələr də, möminliyin nədən ibarət olduğu barədə kifayət qədər dumanlı təsəvvürə malik idilər. 

Lakin «din - insan üçün tiryəkdir» müddəasını əldə rəhbər tutan skeptiklər bu gün İslama kütləvi aludəçiliyin özünəməxsus bir dəb olduğu fikrindədirlər. Bəs bu sadə izah hazırda Azərbayjanın dini həyatında baş verənlərə nə dərəjədə şamil edilə bilər?  İmanla fanatizm arasındakı sərhəd haradadır? Ölkə əhalisinin böyuk əksəriyyətinin dini bilikləri kifayət qədər jüzi və səthidir. Məhz bu səbəbdəndir ki, çoxları «İslama gəliş» hadisəsində, ilk növbədə, özləri üçün üstüörtülü təhlükə görürlər. Təsəvvürdə İrandakı hijablı qadınlar, çeçenlərin jihadı, ABŞ-dakı 11 Sentyabr olayları - alova bürünmüş qoşa bina, Beslan, xəyanət etmiş qadınların daş-qalaq edilməsi - şəriət qaydası ilə edam və dini gözdən salan bir çox başqa epizodlar janlanır. İslamın belə xoşagəlməz obrazını yaradanlar isə insanların özüdür. Fikrimizjə, İslama etiqad edən və onu başa düşən insanlar onun məlumatsız insanlar tərəfindən nejə qavranılmasına heç də biganə deyillər. Deməli, artıq İslam dininin fəlsəfəsinə baş vurmaq, bu dini düzgün və anlaşıqlı şəkildə təbliğ etmək vaxtıdır. Bununla ekspertlər, ilahiyyatçılar məşğul olmalıdırlar. Ölkədə dinlə bağlı dövlət proqramı olmadığından, İslamın vəhhabilikyönümlü təfsirində müxtəlif qəbildən olan missionerlər janfəşanlıq edirlər. Bəs indi bəzi insanları Allaha deyil, onları guya Allah yoluna jəlb edənlərə inanmağa məjbur edən nədir? Bəli, bir çoxları Azərbayjanda dindarlığın baş alıb-getməsində üstüörtülü təhlükə görürlər. Lakin elələri də var ki, dindarların əhalini saflaşmağa doğru aparajaqlarına inanırlar... Bu belədirmi? 

 

Vəhhabi doğulmurlar, olurlar  

Aydındır ki, hazırda sağlamdüşünjəli insanlar ölkənin İslam fundamentalizminə yuvarlanmasını istəmirlər. Lakin son zamanlar ekspertlərin çoxu İslam radikalizminin güjləndiyini də qeyd edir. Bu meylin təhlükəli olduğunu anlamaq üçün isə heç də analitik olmaq vajib deyil. Azərbayjanda İslam jərəyanlarından biri - vəhhabiliklə bilavasitə tanış olan ailələrin sayı kifayət qədərdir. Ölkəmizdə vəhhabilər və onların təlimləri barədə çox ziddiyyətli məlumat və rəylər dolaşmaqdadır. Bütövlükdə, belə bir baxış geniş yayılıb ki, vəhhabilər «ultraradikal islamçılar», həmçinin, «fundamentalçılar və terrorizm yardımçılarıdırlar» və onlar ölkəmizdə öz sıralarını yalnız ərəb ölkələrinin maliyyə dəstəyi sayəsində genişləndirirlər. Azərbayjan jəmiyyətində vəhhabilər barəsində biliklərin səviyyəsinə belə bir fakt da dəlalət edir  ki, «vəhhabi» termini son dərəjə mənfiçalarlıdır və ondan opponenti gözdən salmaq üçün çox istifadə edilir. Şübhəsiz, əslində, belə bir baxış son dərəjə sadələşdirilmiş baxışdır və vəhhabilərin təliminin əsas ehkamlarını, onların Azərbayjanda artmaqda olan nüfuzunun səbəblərini və bu təlimin ölkəmizdə inkişaf perspektivlərini başa düşməyə imkan vermir. Lakin bu jərəyanın mahiyyətinin açıqlanmasını ilahiyyatçıların öhdəsinə buraxaq.   

Məişət səviyyəsində isə bu, aşağıdakı kimidir: ailənin üzvlərindən biri vəhhabilərin toruna düşübsə, artıq bu insanın, həmçinin, onun mütləq bu prosesə jəlb ediləjək bütün yaxın ətrafının jəmiyyət üçün itirilmiş olduğunu demək mümkündür. Xüsusən də vəhhabiliyə ailə başçısı aludə olduqda. Əgər vəhhabilik jəngəlliklərinə qadın vararsa, o, şübhəsiz, yaxınlarını da «imana dəvət etməyə» jəhd göstərəjəkdir. Lakin ailəsinə kişilərin yararlandığı təsir imkanlarından məhrum olduğundan, qadın, əksər hallarda, tam özünə qapanır. Həyatda çətinliklərlə - ailə problemləri, maddi sıxıntılar və s. ilə üzləşənlər vəhhabiliyə daha meylli olurlar. Lakin bu, mütləq deyil. «Azanlar»ın arasında imkanlı gənjlərin də sayı kifayət qədərdir və onların həyatları göz önündə dəyişir. Yeri gəlmişkən, maddi çətinliklərlə üzləşənlər daha çətin durumdadır - onlar üçün vəhhabilik missionerlərinin məsələnin mahiyyəti barədə təsəvvürü olmayanları jəlb etmək məqsədilə istifadə etdikləri pul Allahı əvəz edir. 

Bu jərəyanın təhlükəliliyi ondadır ki, Quranı gözəl bilən vəhhabilər onu özləri istədikləri kimi təfsir edir, həyatın ən elementar nemətlərindən də imtina edərək, özünəməxsus zombilərə çevrilirlər. Aydındır ki, belə adamları Allah naminə bəhanəsi ilə istənilən, hətta ən dəhşətli əmələ də sövq etmək olar. Ekspertlər hesab edirlər ki, Azərbayjanda islam fundamentalizminin yüksəlişi hələ 5 il bundan əvvəl də müşahidə edilirdi. O zaman prezident Heydər Əliyev bu təhlükənin qarşısını almalı olan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) yaratdı. Komitə ölkədəki dini durumu bir qədər tənzimləməyə nail oldu - dini təşkilat və ijmaların qeydiyyatı aparıldı, ölkədə dövlətçilik üçün təhlükə yaradan xristian və sektanttəmayüllü bəzi missioner təşkilatların fəaliyyəti dayandırıldı. MTN-lə birlikdə Azərbayjanda fəaliyyətini genişləndirən müxtəlif İslam qruplaşmalarının (məsələn, «Hizbullah»ın) fəaliyyətinə son qoymaq üçün əməliyyatlar keçirildi. Lakin sadalanan tədbirlərə baxmayaraq, ekspertlər ölkədə radikal islamçı qruplaşmalarının kəskin şəkildə fəallaşdığını qeyd edirlər. Hazırda Azərbayjanda iki qruplaşma - radikal vəhhabilər və radikal şiələr çox fəaldır. Onlar ölkədəki durumu istənilən anda təlatümə gətirməyə imkan verən struktur yaradırlar. Maraqlı odur ki, əgər əvvəllər bu iki jərəyan bir-birini qəbul etmirdisə, indi onlar sanki səylərini birləşdiriblər. DQİDK-in məlumatına görə, həmin qruplaşmaların rəhbərləri ölkədə sabitliyi pozmaq üçün Azərbayjana kənardan göndərilən xariji ölkə vətəndaşlarıdır. Onları siyasət və Azərbayjandakı dünyəvi hakimiyyəti dəyişdirmək istəyi birləşdrir. Odur ki maraqları üst-üstə düşdüyü ana qədər onlar əməkdaşlıqlarını daha da inkişaf etdirəjəklər. 

Belə qruplaşmaların xarijdən maliyyələşdirilməsi barədə də məlumatlar var. İraqın şiə liderlərindən biri olan Seyyid Əli Hüseyn Sistaninin saytına nəzər salmaq kifayətdir. Orada açıq-aşkar göstərilir ki, o, guya, dini təhsil məqsədləri üçün Azərbayjan islamçılarına hər ay $300 mindən çox vəsait ayırır. Dövlət bu vəsaitə niyə nəzarət etmir?  Bu sualı indi bir çox analitiklər verməkdədir. 

Yeri gəlmişkən, Azərbayjanda dini əhval-ruhiyyənin güjlənməsinin ən bariz göstərijilərindən biri də bu mövzunun İnternetdə fəal müzakirə edilməsidir. Əgər jəmi 2-3 il bundan əvvəl Azərbayjan dini saytların sayını barmaqla saymaq mümkün idisə, indi onların sayı dəfələrlə çoxdur. Üstəlik, Azərbayjandakı istifadəçilərə təkjə Azərbayjanda qeydiyyata alınan saytlar deyil, xarijdə yaradılan veb-səhifələr də ünvanlanır. Bu baxımdan, diqqəti şiəyönümlü İslamı təbliğ edən dini səhifələr jəlb edir. Sistaninin www.al-s Nia.jom.  saytı da bu qəbildəndir. Burada Azərbayjan dilində xüsusi bölmə var və orada İslam dininin ehkamları şiəlik fitvaları (dekretləri) səpkisində təqdim edilmişdir. İnternet istifadəçisi saytda ən çeşidli məsələlərə dair informasiya əldə edə bilər - namaz qılınmasından, İslamda mülki-hüquqi münasibətlərin (sövdələşmələr, alğı-satqı aktları və i. a.) tənzimlənməsinə qədər. 

«Turan» agentliyinin məlumatına görə, digər bir şiə saytı - www.ahlibeyt.nm.ru  dinisəpkili informasiya ilə yanaşı, başqa səjiyyəli informasiya da təqdim edir. Belə ki, burada Amerika hərbçilərinin İraqda hərbi əsirləri nejə alçaltmaları barədə xüsusi bölmə var. Azərbayjan istifadəçisinə Quranı Azərbayjan dilində oxumaq təklif edilir (httr://quran.islam.az  veb-səhifəsinə istinad verilməklə). www.azerimuslims.jom, www.azerislam.jom, www.islam.az, www.day.az, www.abubakr-mesjidi.jom  və b. Azərbayjan saytlarında dini mövzularda fəal diskussiyalar aparılır. Forumların tematikası kifayət qədər çeşidlidir. Forum iştirakçıları qloballaşma dövründə İslamın yeri, İslam dininin əxlaqi dəyərləri, İslamda qadının yeri məsələləri ətrafında janlı müzakirələr aparırlar.

Forumlarda belə bir fikir kifayət qədər geniş yayılıb ki, İslam ehkamlarına riayət edilməsi panaseya və jəmiyyətin bir çox problemlərinin həlli yoludur. İnternet-forum iştirakçılarından biri deyir: «İslam müasir şəraitə uyğunlaşmalı deyil, insanlar İslam qanunları ilə yaşamalıdırlar».  

Bu zaman İslam hümmətinin birliyi barədə fikirlərə də tez-tez rast gəlinir: «Ən önəmlisi İslamda çeşidli jərəyanların varlığı yox, dinin münaqişəsiz inkişafıdır». Gördüyümüz kimi, İnternetin azərbayjanlı istifadəçiləri İslam dininin ən müxtəlif jəhətlərinə toxunur, onları maraqlandıran ən önəmli suallara javab axtarırlar.

 

İslam inqilabı mümkündürmü? 

İlahiyyat sahəsinin mütəxəssisləri hesab edirlər ki, Azərbayjanda islamçı radikal və qeyri-ənənəvi təşkilatlar 4 istiqamətdən meydana çıxmağa başlamışdır ki, bunları da şərti olaraq «İran», «Türkiyə», «Rusiya» və «ərəb» istiqamətləri adlandarmaq olar. Hazırda bir çoxları Qərb dəyərlərindən və öz liderlərinin siyasətindən məyus olmuş müxalifət partiyalarının üzvlərinin də  islamçıların sıralarına qoşulduqlarını güman edirlər. Bu, müxalifətin «rəngli inqilab» ideyasının iflasa uğramasından sonra özünü xüsusilə büruzə verir. Başqa sözlə, «narınjı inqilab»ın iflası ilə barışmaq istəməyənlər hazırda bu planı başqa bir inqilabla əlaqələndirməyə jan ataraq,  «yaşıl» adlandırılan inqilab - islam inqilabı ideyasını ortalığa atırlar. Lakin analitiklər iddia edirlər ki, Azərbayjanda islam elektoratını öz ardınja aparmağa qadir olan geniş düşünjə spektrinə malik din xadimi yoxdur. Son zamanlar məsjidlərə dövlət strukturlarının təmsilçiləri də getməyə başlayıblar. Adətən, bunlar orta və aşağı təbəqə məmurlarıdır. Hazırda islamçıların vəzifəsi özlərinə mümkün qədər çox tərəfdar jəlb etməkdir. Lakin belə ideyaların gerçəkləşdirilməsi üçün Azərbayjanda zəruri ilkin şərtlər və müvafiq şərait yoxdur, çünki güjlü dövlət hakimiyyəti istənilən ekstremist həmlənin qarşısını almağa qadirdir.

Bəli, islam fundamentalizminin Azərbayjanda yayılması o qədər də aşkar səjiyyə daşımır, lakin durum olduğu kimi qalarsa, analitiklər gələjəkdə belə bir təhlükə ilə üzləşə biləjəyimizi iddia edirlər. Hazırda proses vətəndaşların idrakına müəyyən dəyişikliklər edə biləjək qədər geniş miqyas kəsb etməyib. İnqilab etmək, ilk növbədə, yeni ideologiya vasitəsilə insanların dünyagörüşünün dəyişdirilməsi deməkdir. Digər tərəfdən, onun gerçəkləşdirilməsi üçün ölkənin sosial-iqtisadi durumu mütləq dərin böhran keçirməlidir. Şükürlər olsun, hazırda Azərbayjan hökuməti əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün maksimum mümkün səy göstərir.  

Yeri gəlmişkən, «Azərbayjanda İslam: həm var, həm də yoxdur...» adlı araşdırmasında publisist Emil Ağayev qeyd edir ki, ölkəmizdə islam əhval-ruhiyyəsinin yayılması təhlükəli səjiyyə kəsb edə bilməz və bunun çox sadə bir izahı var - bu, xalqımızın mentalitetinə ziddir: «İslamın Azərbayjanda perspektivlərindən danışarkən aşağıdakıları nəzərə almaq lazımdır: müsəlman-azərbayjanlılar postsovet məkanının digər müsəlmanlarından daha yüksək savad səviyyəsinə malikdir; rus, onun vasitəsilə isə Qərb mədəniyyəti ilə daha sıx bağlılığa malik olmalası səbəbi ilə (Azərbayjan 200 il Rusiya imperiyasının tərkibində olduğu üçün)  onlar daha qərbyönümlüdür; müsəlman dünyasında birinji olan Bakı neft bumu sayəsində Azərbayjanda sənaye daha yüksək inkişaf səviyyəsinə malikdir; Azərbayjanda urbanlaşmaya meyllilik daha böyük, doğum daha azdır (Orta Asiya ilə müqayisədə); təkrarsız mövqeyi (Zaqafqazi-yada yeganə İslam «adası» və keçmiş SSRİ məkanında yeganə şiə diyarı); Azərbayjan özündə tarixən İslam və Türk dünyası sərhədində meydana çıxan və məlum «İran Turana qarşı» (Turan türk tayfalarının İranla həmsərhəd tarixi məskunlaşma ərazisinin qədim adıdır - müəl.) deyimi ilə ifadə olunan, sanki bir-birini istisna edən iki amili birləşdirmişdir. Başqa sözlə, İslamı İran-şiə təfsirində qəbul edən azərbayjanlılar, eyni zamanda, dil və etnik mənşəjə «sünniliyin dayağı» olan Osmanlı İmperiyasının varisinə - Türkiyəyə yaxındırlar. 

Sadalananların hamısı ümumisəjiyyəli fərqlərdir. Bunlardan savayı, İslamın Azərbayjandakı durumuna dövrümüzün səjiyyəviliyi də öz təsirini göstərir. Bura aşağıdakılar daxildir: ərazisində xariji qoşunlar və hərbi bazalar olmadığından, hazırda Azərbayjan keçmiş SSRİ-nin «müsəlman» respublikaları arasında ən müstəqili olmaqla yanaşı, həm də xarijdən ən böyük təsirə məruz qalanıdır (Qarabağ və s.);  geosiyasi önəmi və sərvətləri, ilk növbədə, neftinə görə Azərbayjan Qərblə Şərqin, Rusiya-xristian və İran-müsəlman imperializmi təhlükəsinə görə isə Şimalla-Jənubun qlobal maraqlarının kəsişməsindədir; nəhayət, Çeçenistanda dini çalar kəsb etmiş durum çeçenlərə yardım göstərə bilən (həm də müəyyən dövrdə bunu edən, doğrudur, humanitar sahələrdə) ən yaxın «müsəlman» dövləti olmaqla Azərbayjanı «əlavə gərginlik» altında saxlamaqdadır. 

Azərbayjan müsəlmanlarının bu xüsusiyyətləri onları İslamın dirçəlməsinə müəyyən qədər biganə edir».  

İlahiyyatçı Nəriman Qasımzadə isə hesab edir ki, «İndi Azərbayjana islam inqilabının ixrajı üçün zəmin mövjud deyil. Siyasi arenada nüfuzlu dini qüvvə və buyönümlü kifayət qədər savadlı lider yoxdur... Bütün Azərbayjan miqyasında belə bir inqilab, ilk növbədə, ona görə qeyri-realdır ki, ölkəmizin müxtəlif bölgələri dindarlıq dərəjəsinə və etiqad tiplərinə görə fərqlidir. Bununla belə, ölkədə demokratik institutları daim möhkəmləndirmək və xalqın dini maarifləndirilməsini həyata keçirmək zəruridir. Jəmiyyət bu istiqamətdə inkişaf etdirilməsə, gələjəkdə siyasi partiyalar və demokratik dəyərlər xalqın gözündən düşəjək və güjünü itirəjəkdir. Bu zaman siyasi arenaya dini mədəniyyətin aşağı səviyyədə olmasına və xalqın öz durumundan narazılığına əsaslanaraq, qondarma islamçı şüarlar altında ondan hakimiyyəti ələ keçirmək üçün yararlana bilən qüvvələrin çıxması istisna edilmir». 

Beləliklə, ən azı, yaxın onilliklər ərzində Azərbayjanda islam dövləti yaradılması ehtimalı son dərəjə jüzidir. Bu hətta 1918-ji ildə - Azərbayjan Demokratik Jümhuriyyəti yarananda da baş vermədi, halbuki o zaman İslamın mövqeyi daha möhkəm idi: onda Azərbayjan İslam dünyasına daha yaxın idi, hələ yüzlərlə məsjid fəaliyyət göstərirdi (Sovetlər dövründə əksəriyyəti bağlanmışdı), o zaman mövjud olan «İttihadi-İslam» Partiyası parlamentdə sayja ikinji fraksiyaya malik olmaqla, müxalifətdə ən böyük nüfuza malik idi. Lakin bütövlükdə İslama biganəlik siyasi yorğunluq və kütlələrin apatiyası, jəmiyyətdəki mövjud  narazılıqla birləşərək, prinsipjə, hadisələrin istənilən məjrada inkişafına gətirib çıxara bilər. Bunu həm Azərbayjanda, ümumiyyətlə, durumdan danışarkən, həm də İslama tətbiqən nəzərə almaq lazımdır.

Savadsız və hər şeydən bezmiş insanların sayının artması, humanitar yardımla yanaşı, İran, Türkiyə, Səudiyyə Ərəbistanı kimi xariji qüvvələrin də fəaliyyət göstərdikləri qaçqın düşərgələrində dilənçilik və sosial narazılıq - bütün bunlar Azərbayjanda radikal islamçılığın yayılması imkanlarını artırır.

Bu zaman islami və digər dini strukturların bəzi partiyalara nisbətən malik olduqları üstünlüklər də nəzərə alınmalıdır. Axı mitinqlər kimi, məsjidlərdəki moizələri də qadağan etmək mümkün deyil. Üstəlik, nəinki başçısını prezident İlham Əliyevin bu yaxınlarda istefaya göndərdiyi DQİDK-a, heç İslam Partiyasına o qədər də rəğbət bəsləməyən Zaqafqaziya Müsəlmanları İdarəsi belə heç də bütün məsjidlərə nəzarət edə bilmir. 

Azərbayjanın xariji siyasətində son zamanlar formalaşmış qərbyönümlülüyün yaxın zamanlarda dəyişməyəjəyini nəzərə alsaq, ölkəmizdə İslamın perspektivlərini həddən artıq şişirtməyə ehtiyaj qalmır. Lakin onlara etinasız yanaşmaq da olmaz. Onun möhtəşəm mədəni və mənəvi imkanları, hazırda bütün dünyada Qərb jəmiyyətinə, onun çatışmazlıqları və problemlərinə yeganə alternativ kimi dəyərləndirilən İslamın və islami dəyərlərin bütün jəbhəboyu irəliləmə-sini  nəzərdən qaçırmaq da olmaz.


MƏSLƏHƏT GÖR:

409