
DUZ «DÜZƏLDİLƏN» YER
Azərbayjanda, hətta kontrafakt duz da zəruri nisbətlərə riayət edilmədən yodlaşdırılır
Müəllif: Samirə Maliyeva Bakı
Boz-ağ təpələr, qızmar günəş, jadar-jadar olmuş torpaq... Bu heç də Marsın, yaxud səhranın joğrafi landşaftının təsviri deyil. Bu, sadəjə, Abşeronda Masazır adlanan qəsəbədir. Məlum olduğu kimi, burada duzla zəngin olan eyniadlı göl var.
Bütün duz Masazırdadır
Ölkəmizdə duz çıxarılması və onun emalı ilə məşğul olan mini-müəssisələrinin böyük əksəriyyəti məhz Masazırda təmərküzləşib. Bəzi məlumatlara görə, burada ildə, təxminən, 1 mln ton duz çıxarılır. BMT-nin Uşaq Fondu - UNİJEF yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün ölkəmizin «duz» sənayesinin bu «mərkəzinə» səfər təşkil etmişdir. Səfər həmin müəssisələrdə duzun yodlaşdırılması texnologiyası ilə tanışlıq məqsədi güdürdü.
Qeyd etmək lazımdır ki, curnalistlərin gözləri önündə janlanan mənzərə heç də xoşagələn olmadı. Masazırdakı duz emalı «fabrikləri»nin əksəriyyətində (belələrinin sayı onlarjadır) həmin məhsulun kustar emal üsulları tətbiq edilir. Göldən çıxarılan duz yük maşınları ilə mini-sexlərə daşınır və burada birbaşa yerə boşaldılır. Daha sonra duz paslı aqreqatda elə paslı su ilə də yuyulur. Görünür, qəsəbədə sanitar-gigiyena qaydalarından o qədər də xəbərdar deyil-lər. Düzü, burada baş verənləri görəndən sonra duzlu şeylərə həvəs uzun müddət yoxa çıxır.
Bizə belə müəssisələrdən birini gəzmək və duzun emal prosesini, nejə deyərlər, «janlı» şəkildə müşahidə etmək nəsib oldu. «Kristal» fabrikinin direktoru Hümbət Kərimovun sözlərinə görə, dövlət strukturlarının belə müəssisələrə tez-tez baş çəkdiklərini demək olmaz. Lakin sanitar-epidemioloci stansiya vaxtaşırı monitorinqlər keçirir. H.Kərimov bildirdi ki, «İstənilən müəssisədə müəyyən sapınmalar və hansısa normalara uyğunsuzluqlar ola bilsə də, bütövlükdə, «Kristal» fabriki Masazırda ən yaxşılardan biri sayılır».
H.Kərimov onu da dedi ki, «Kristal»da duz yodlaşdırma prosesindən keçir. Bundan son-ra o, həmin prosesin nejə həyata keçirildiyini curnalistlərə və ekspertlərə şəxsən nümayiş etdirdi. Yenə də hər şey avtomatlaşdırılmış qaydada deyil, əllə, pulverizator qoşulmuş şlanqın köməyi ilə həyata keçirilir: yuyulmuş və qurudulmuş duz olan tutumlara tərkibində yod olan məhlul fısqırdılır və bundan sonra duz qablaşdırılmaya «hazır» sayılır. Direktor bildirdi ki, 1 ton duza 60-80 qram yod lazımdır.
«Kristal»ın ona (və daha 12 fabrikə) UNİJEF-in bağışladığı xüsusi yodlaşdırıjı kompressordan nə üçün istifadə etməməsi barədə sualın javabında direktor bildirdi ki, onlar yeni binaya köçməyə hazırlaşırlar və bu müasir yodlaşdırma texnologiyasından da orada istifadə olunajaqdır. Onun sözlərinə inanmaqdan başqa əlajımız qalmır...
Statistika...
Hazırda Azərbayjan əhalisinin 40%-i müxtəlif xəstəliklərə gətirib-çıxaran yod çatışmazlığından əziyyət çəkir. Yod heyvanlar və insanlar üçün zəruri olan mikroelementdir. İlk dəfə onu 1811-ji ildə dəniz yosunlarından əldə ediblər. Adı artilleriya barıtı istehsalı zamanı istifadə olunan şora (bizə «selitra» adı ilə daha çox tanışdır - müəl.) hazırlanması zamanı yanmış fukusla turşusu qarışdırılarkən formalaşan bənövşəyi buxardan götürülüb. Yodun əsas mənbəyi dəniz məhsullarıdır.
İnsan orqanizmində yod çatışmazlığı bəzən aşkar əlamətlərə malik olmadığından, «gizli ajlıq» adlandırılsa da, onun fəlakətli nətijələri ola bilər. Hazırda yod çatışmazlığından yaranan xəstəliklər insanlar arasında ən geniş yayılmış xəstəliklər sırasındadır.
Son zamanlar müxtəlif ölkələrin alimlərinin apardıqları çoxsaylı çeşidli araşdırmalar kəskin yod çatışmazlığı olan bölgələrdə əqli inkişafın (İQ) orta göstərijilərinin 15-20% aşağı olduğunu sübut edir. Şərti olaraq, yüksək təhlükə bölgəsi kimi, 6-12 yaşında uşaqların, ən azı, 5%-nin boğaz uru (zob) xəstəliyinə tutulduğu joğrafi ərazilər nəzərdə tutulur. Endemik zob xəstəliyi olan bölgələrin əksəriyyətində əhalinin bir hissəsində kretinizm (kəmağıllılıq) əlamətləri aşkarlanır. Yod çatışmazlığının bu ən ağır nətijələri gündəlik yod istehlakı norması 20-40 mikroqramdan (mkq) az olduqda meydana çıxır.
Yod çatışmazlığı problemi artıq uzun illərdir, müxtəlif beynəlxalq təşkilatlarda təşviş doğurur. Onu da demək lazımdır ki, təşviş üçün real zəmin də var.
UNİJEF-Azərbayjan ofisinin rəhbəri Hanna Singerin sözlərinə görə, ölkəmizdə mağazalarda yalnız yodlaşdırılmış duz satılması barədə qanunun olmasına baxmayaraq, ona hələ də 100% əməl edilmir: «Hələ də Azərbayjanda yodlaşdırmadan keçirilməmiş kontrafakt (saxtalaşdırılmış) duz partiyaları aşkar edilməkdədir. Belə bir durum qanunun mövjud olmasına baxmayaraq, onun ijra mexanizminin sona qədər işlənib-hazırlanmamasından irəli gəlir. Nətijə isə son dərəjə ajınajaqlı olur: həm uşaqlar, həm böyüklər müxtəlif xəstəliklərə tutulurlar. Güman etmək olar ki, bundan profilaktika - yodlaşdırılmış duzdan istifadə ilə xilas olmaq mümkündür. Lakin təəssüf ki, bir çoxları durumun jiddiliyini dərk etmir və belə ağır nətijələr də elə bundan irəli gəlir». H.Singerin fikrinjə, problemin həlli yalnız yodlaşdırılmış duzun nə dərəjədə xeyirli olduğunun təbliğindədir ki, bu məsələdə kütləfi informasiya vasitələri misilsiz kömək göstərə bilərlər.
Səhiyyə Nazirliyinin təmsilçisi Tərlan Bəbirovun qeyd etdiyi kimi, bu gün üçün Azərbayjanda duzun məjburi yodlaşdırılmasına dair jürbəjür proqramlar qəbul edilib. Belə ki, 2001-ji ildə proqram qəbul olunub, 2002-ji ildə duzun məjburi yodlaşdırılması barədə qanun qəbul edilib, 2003-jü ildə ölkəyə yodlaşdırılmış duz idxalı qadağan edilib... Lakin bütün bunlar kifayət etmədi. Ölkəmizin duz bazarında aparılan monitorinqlərin nətijələrinə görə, indi satışa çıxarılan bu məhsulun yalnız 80-85%-i bütün tələblərə javab verir. Lakin T.Bəbirov yalnız bu rəqəm 100% olduqdan sonra asudə nəfəs çəkməyin mümkünlüyünü deyir.
Azərbayjan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İlhamə Ramazanovanın sözlərinə görə, insanın yoda olan gündəlik tələbatı yaş səviyyəsindən asılı olaraq, 100-200 mkq təşkil edir. Məsələn, məktəbəqədər yaşlı uşaqların 90 mkq, məktəblilərin 120 mkq, yaşlı insanların 150 mkq yoda ehtiyajı var. Yoda ən çox tələbat süd verən analardadır - 200 mkq. İ.Ramazanova daha sonra aşağıdakıları əlavə etdi:
«Yod insan orqanizminə 3 əsas yolla daxil olur: qida (90%), su və hava (10%) vasitəsilə. Bu mikroelement dəniz suyunda daha çoxdur, ona ən böyük ehtiyaj isə dağlıq bölgələrdədir. Əvvəllər yod çatışmazlığı xəstəliklərinə ölkəmizin yalnız dağlıq bölgələrində (Quba-Qusar, Şəki-Zaqatala) rast gəlindiyindən, bu xəstəliklər endemik, yəni hansısa ərazi ilə məhdudlaşmış sayılırdı. İndi isə durum köklü şəkildə dəyişib və belə xəstəliklərə aran rayonlarımızda da tez-tez rast gəlirik.
1998-ji ildə keçirilən yoxlama respublika əhalisinin 54%-nin səhhətində yod çatışmazlığı ilə bağlı problemlər olduğunu müəyyənləşdirdi. Dünya statistikasına əsaslansaq, Ümumdunya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya üzrə 1 milyarddan çox insan bu elementin çatışmazlığını hiss edir, 750 milyon adamda qalxanvari vəzdə zob var, 60 milyon kretinizmdən əziyyət çəkir, 43 milyon uşaq əqli inkişafdan geri qalır.
Ümumiyyətlə, insan orqanizmində yod çatışmazlığını yalnız 1/10 hissəsi görünən aysberqlə müqayisə etmək olar. Burada da belədir: biz bu xəstəlik barədə yalnız artıq zobu inkişaf etmiş adamlara əsaslanaraq mülahizə yürüdür, yod çatışmazlığı səjiyyəvi olan kontingenti isə yaddan çıxarırıq. Problem bir də onunla mürəkkəbləşir ki, bu xəstəliyin ilkin mərhələdə hər hansı bir kəskin əlamətləri yoxdur və onu yalnız ultrasəs müayinəsi, yaxud palpasiya vasitəsilə müəyyənləşdirmək mümkündür».
Azərbayjanın unikallığı
Yod çatışmazlığı problemləri sahəsində ekspert, endokrinologiya professoru Qriqori Gerasimovun sözlərinə görə, son dövr ərzində o, Azərbayjana artıq üçünjü dəfədir gəlir və bu müddət ərzində ölkədə duzun yodlaşdırılmsında önəmli irəliləyiş əldə edilib. Mütəxəssis onu da qeyd edir ki, son məlumatlara görə, ölkəmizdə əhalinin 60%-dən çoxu yodlaşdırılmış duz istehlak edir. Lakin bununla belə, Q.Gerasimov Azərbayjanda yodlaşdırılmış duz istehsalının son dərəjə aşağı səviyyədə olduğunu iddia edir. Ekspert bu əmtəənin böyük hissəsinin saxta olduğunu da bildirir. Ən dəhşətlisi isə odur ki, yodlaşdırılmış və yodlaşdırılmayan duzları bir-birindən yalnız ekspertiza keçirməklə fərqləndirmək mümkündür.
Q.Gerasimov vurğuladı ki, Azərbayjanı inamla «unikal ölkə» adlandırmaq olar. Məsələ ondadır ki, bütün dünyada kontrafakt duzun üzərində onun yodlaşdırıldığı bildirilir, halbuki, əslində, bunun tam əksi olur. Bizim ölkəmizdə isə hətta kontrafakt duz da yodlaşdırılır; təbii ki, zəruri nisbətlərə riayət olunmadan.
Q.Gerasimovun dediyinə görə, yod çatışmazlığının nətijələrinin aradan qaldırılması mümkün olan və olmayanlar kimi bölmək olar: «Sağlam insanın qalxanvari vəz hormonlarında 3-4 yod atomu olur. Bu atomların sayı azalarsa, sonradan xəstədə ən müxtəlif patologiyalar inkişaf edir. Məsələn, zobun qarşısını almaq mümkündür, çünki uzun müddət müalijədən sonra insan tamamilə sağala da bilər. Lakin intellektin, əqli qabiliyyətlərin azalmasını aradan qaldırmaq mümkünsüzdür. Buradan da belə bir nətijə çıxarmaq olar ki, belə durumda ən ujuz və sadə çıxış yolu profilaktikadır. Profilaktika dedikdə, yodlaşdırılmış duzdan istifadə nəzərdə tutulur. Duz yod mənbəyi qismində ona görə seçilib ki, o, əhalinin bütün təbəqələrinin əldə edə bildiyi qida məhsuludur. Ondan varlılar da, ən kasıblar da istifadə edirlər. Qərbin inkişaf etmiş ölkələri artıq bu həqiqəti nəzərə aldıqlarından, yodlaşdırılmış duzun istehlak edilməsi bu dövlətlərin milli strategiyalarının bir hissəsidir. Məsələn, Almaniyada hesablayıblar ki, yod çatışmazlığı ölkə büdjəsinə ildə 1 mlrd avroya başa gəlir. Hazırda Çində əhalinin 95%-i yodlaşdırılmış duz istehlak edir. Hətta Qazaxıstan və Gürjüstan kimi dövlətlər də artıq bu problemin tam aradan qaldırılmasına yaxındır və o, təxminən, 1 ildən sonra ləğv ediləjək.
Yod çatışmazlığını aradan qaldırmaq üçün Azərbayjan, ilk növbədə, duzun yodlaşdırılması ilə bağlı olan texniki problemləri həll etməlidir. Problemin universal həllinə - duzun yodlaşdırılmasına dövlət jəmi hər vətəndaşa $0,05 xərj çəkməlidir ki, bu da xəstəliyə tutulan adamın müalijəsinə çəkilməli xərjdən qat-qat azdır.
Nəzərə almaq lazımdır ki, şərti olaraq, biz iki çeşiddə duz istehlak edirik: özümüz aldığımızı və artıq hazır məmulatların (kolbasa məmulatları, çörək və i. a.) tərkibində olanı. Bu sonunju da yodlaşdırılmalıdır.
İnsan orqanizmi üçün zəruri olan yod ətrafında çoxlu şayiə və miflər dolaşır. Məsələn, bir çoxları xurma, feyxoa kimi meyvələrdə yod olduğuna əmindir. Lakin bu heç də belə deyil. Həmin meyvələrin bitdiyi torpaqda yod yoxdursa, təbii ki, onların tərkibində də yod olmayajaq. Yod yalnız bu mikroelementi dəniz suyundan çəkən dəniz yosunları və dəniz kələmində boldur. Çoxları yodlaşdırılmış duzun ajı daddığını və sarı rəngdə olduğunu iddia edir və ondan istifadə etmirlər. Bunlar tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Daha bir mif isə qalxanvari vəzin yüksək radiasiya fonu olarkən şişməsi iddiasıdır. Lakin Q.Gerasimov deyir ki, bu iki olay bir-biri ilə tamamilə bağlı deyil.
Onun sözlərinə görə, yod çatışmazlığı probleminin həllində uğur meyarı 3 tərkib hissədən ibarətdir: duzun yodlaşdırılması üçün müasir avadanlıq, satılan duz üzərində dövlət nəzarəti sistemi və əhali arasında təbliğat.
MƏSLƏHƏT GÖR: