
«QAFQAZIN HAKİMLƏRİ RUS MƏNAFELƏRİNİ ERMƏNİ MƏNAFELƏRİNƏ QURBAN VERMƏYƏ HAZIRDIR»
Rusiya siyasətində «erməni məsələsi» (1877-1917) (Yekun hissə)
Müəllif: Rəhman Mustafazadə
Curnalımızın əvvəllki saylarında «Rusiya siyasətində erməni məsələsi» (1877-1917) fəslinin 1877-1915-ji illərdə Rusiyanın siyasətində erməni amilinin rolu və yerinin nəzərdən keçirildiyi I və II hissələri çap olunmuşdu. Həmin dövrdə dünyanın aparıjı dövlətləri (İngiltərə, Fransa, Avstriya-Majarıstan və Rusiya) bu amildən Osmanlı İmperiyasında öz iqtisadi və siyasi mövqelərini möhkəmlətmək, eyni zamanda, rəqib ölkələrin mövqelərini zəiflətmək məqsədilə istifadə etməyə jan atırdılar. Rusiyaya tətbiqən, bu, Avropa dövlətlərinin, ilk növbədə, İngiltərənin Rusiyanın jənub sərhədlərində problemlər yaradaraq, onun Aralıq dənizinə və Yaxın Şərqə yolunu bağlamaq jəhdindən ibarət idi. Eyni zamanda, həmin ölkələr arasında rəqabət mübarizəsinin kəskinləşməsi «erməni məsələsi»nin inkişafının müəyyən mərhələlərində onun həllini ya dəstəkləyən, ya da ləngidən müxtəlif dövlətlərarası birliklərin yaranmasına gətirib çıxarırdı.
XIX əsrin 90-jı illərində bu məsələdə İngiltərənin əleyhinə (onun Türkiyənin işlərinə qarışması həm Peterburqun, həm də bu ölkənin maliyyə sistemində hökmranlıq edən Parisin maraqlarına zərbə ola bilərdi) Rusiya-Fransa ittifaqının yaranması üçün ilkin şərait yarandı. Londonun «erməni məsələsi»nin zor vasitəsilə həllinə çağırışlarından ehtiyatlanan Rusiya və Fransa İngiltərə və Üçlər İttifaqı dövlətlərinin planlarına qarşı birgə çıxış etdilər. Onlar məsələni Avropanın silahlı müdaxiləsi dərəjəsinə çatdırmamağın, onu sultana təzyiq göstərməklə həll etməyin tərəfdarı kimi çıxış edirdilər. «Erməni məsələsi»nin Avropa konfransı çərçivəsində həllinə tərəfdar olan London və Romadan fərqli olaraq, Peterburq və Paris onu Kiçik Asiyanın erməni əhalisi üçün islahatlar keçirilməsi yolu ilə lokallaşdırmağa jan atırdı.
Bundan başqa, Peterburq hökuməti özünün Osmanlı İmperiyasının xristianlarına ənənəvi himayədarlıq siyasəti çərçivəsində son dərəjə ehtiyatlı hərəkət etmək məjburiyyətində idi. Bu məsələnin həm müsbət (islahatlar və muxtariyyət), həm də mənfi (narazılıq və çaxnaşma) həlli Zaqafqaziyada Rusiyaya məxsus ərazilərdə yığjam şəkildə yaşayan ermənilərə sirayət edə və Rusiyanın özü üçün də sabitliyi pozan bir amilə çevrilə bilərdi.
1914-jü ilin ortaları üçün Rusiyanın «erməni məsələsi»nə münasibətində önəmli dəyişikliklər baş verdi. Türkiyə Ermənistanı üçün islahatlar və muxtariyyət layihəsindən imtina edən Rusiya bununla müharibə başlayajağı təqdirdə, Türkiyənin bitərəf qalajağını təmin edəjəyinə ümid bəsləyirdi. Birinji Dünya müharibəsi başladıqdan sonra isə bölgədə islahatlar məsələsi böyük dövlətlərin gündəmindən çıxaraq, müharibənin nətijəsindən və Osmanlı İmperiyasının müharibədənsonrakı durumundan asılı vəziyyətə düşdü.
Avropada hərbi əməliyyatlar başladıqdan sonra, Qafqazdakı janişininin fitvasına uyan Rusiya hökuməti erməni ruhaniləri və siyasi təşkilatlarının fəal dəstəyi ilə yeni hərbi-siyasi durumda ermənilərdən istifadə məsələsini konkret planda nəzərdən keçirməyə başladı. Hökumət başçısını ermənilərin rusiyapərəst yönümünü dəstəkləməyə və erməni amilini «döyüşə tam hazır vəziyyətdə» saxlamağa çağıran Rusiya diplomatiyasının başçısı Sazonov daha sonra aşağıdakıları vurğulayırdı: «Türkiyə ilə münasibətlər pozulajağı halda, istənilən an istifadə olunmaları üçün həm ermənilər, həm də kürdlərlə ən sıx əlaqə saxlamaq məqsədəuyğundur. Bu baxımdan, pozuluşma baş verdiyi, yaxud qaçılmaz olduğu zaman sərhəddən tezliklə keçirmək və otərəfdəki əhaliyə paylamaq üçün silah və sursat hazırlanması üzrə hər jür tədbirlər görülməsi arzuolunandır...». Bu jür yanaşmanı inkişaf etdirən Sazonov türklərlə müharibədə ruslara yardımçı olmaları üçün Qafqaz janişininə Zaqafqaziya ərazisində ermənilərin ianələri hesabına erməni könüllü drucinaları yaradılmasına başlamağı məsləhət gördü. 1914-jü ilin sentyabrında hərəsində 1000-1200 yaraqlı olmaqla, 4 belə dəstə yaradıldı.
1914-jü il oktyabrın sonunda Türkiyənin müharibəyə qatılması (29-30 oktyabr tarixlərində türk donanması Sevastopol, Odessa, Feodosiya və Novorossiyski atəşə tutdu, noyabrın 2-də isə Rusiya Türkiyəyə müharibə elan etdi) və Qafqaz Jəbhəsinin açılması Rusiya XİN və hökumətində Şərqi Anadolunun gələjək taleyi məsələsinin müzakirəsini janlandırsa da, lakin bu mərhələdə də Peterburqun «erməni məsələsi»nə ümumi yanaşmasında dəyişiklik baş vermədi. Erməni ijtimai-siyasi və dini xadimlərinin Rusiyanı bu məsələnin həllinə daha fəal müdaxiləyə səsləmələri hökumət tərəfindən dəstəklənmədi. Rusiya XİN məmurlarının qeyd etdikləri kimi, bu ölkənin ehtiyatlı mövqe tutmasının səbəblərindən biri də o idi ki, «həm erməni hərbi təşkilatları, həm qoşunlarımızın sıralarındakı ermənilər, həm də ələ keçirilən türk vilayətlərindəki ermənilər... ruslara düşmən də olmasa, heç də həmişə xeyirxah da olmayan bir münasibət nümayiş etdirirlər, halbuki... maraqlarımız tam üst-üstə düşdüyü üçün buna ümid edə bilərdik».
Bu mərhələdə Rusiya «erməni məsələsi»ndə əvvəlki kimi təmkinli mövqe tutaraq, bütün səviyyələrdə ermənilərin yığjam məskunlaşdıqları Şərqi Anadolu vilayətlərinin müharibədənsonrakı statusunun müəyyənləşdirilməsində fəal rol oynayajağını açıqlamaq çərçivəsindən kənara çıxmır, bununla da ermənilərin Rusiya üçün əlverişli olan antiosmanlı mövqeyini qoruyub-saxlayırdı. 1914-jü ilin noyabrında Rusiya imperatoru II Nikolay Tiflisdə erməni katolikosu V Gevorka qısa bir audiensiya verərək, onu «müharibədən sonra sülh danışıqları zamanı «erməni məsələsi»nin ermənilərin ümidlərinə uyğun həll olunajağına» əmin etdi.
Yeganə dəyişiklik ermənilərin döyüş əməliyyatlarında rus ordusu tərəfində iştirakı məsələsində oldu. Türkiyə müharibəyə qoşulandan sonra, Qafqaz administrasiyası və Qafqaz Ordusunun komandanlığı erməni hərbi birləşmələrinin yaradılması ilə daha fəal məşğul olmağa başladılar. Türkiyə ermənilərinin liderlərindən biri olan Poqos Nubarın etirafına görə, 1918-ji ildə erməni yaraqlılarının sayı 40 min nəfərə çatmışdı. Bu prosesdə «daşnaksütun» partiyası önəmli rol oynadı. 1915-ji ilin əvvəlində daşnaklar Qafqaza axışaraq, «Qnçak» sosial-demokrat partiyasının üzvləri ilə birlikdə drucinalara üzv olmağa başladılar. Drucinaların başında məşhur yaraqlılar və terrorçular dururdular. Bu könüllü dəstələr 1915-ji ilin yazı və yayında hüjuma keçən rus ordusunun avanqardını təşkil edir, onlardan kəşfiyyat və jəza dəstələri kimi istifadə olunurdu. Məhz erməni könüllüləri Şərqi Anadolunun müsəlman əhalisinə qarşı xüsusi amansızlıqları ilə seçilirdilər ki, bunun da ən dəhşətli nümunəsi 1915-ji ilin fevral-mart aylarında Van şəhərinin müsəlman əhalisinin, demək olar, tam məhv edilməsi oldu. Üstəlik, rus ordusunda da 15 000 erməni qulluq edirdi. 1916-jı ilin yayında erməni dəstələri rus ordusunda olduğu kimi, batalyonlar şəklinə salındı və onlardan briqada təşkil olundu.
Onu da qeyd etmək lazımdır ki, Rusiya diplomatiyası erməni amilindən təkjə döyüş bölgəsində deyil, daxildən zəiflətmək üçün Osmanlı İmperiyasının arxa jəbhəsində istifadə olunmasında da maraqlı idi. Bu tezisi təsdiq etmək üçün Parisdəki rus səfirliyinin Fransanın xariji işlər naziri Delkasseyə 23 fevral 1915-ji ildə göndərdiyi notanı göstərmək olar. Notada ermənilərin antiosmanlı qiyamına Antanta ölkələri tərəfindən hərbi dəstək verilməsinin zəruriliyi açıq-aşkar vurğulanırdı: «Qafqaz Ordusunun baş komandanı Petroqrada teleqraf göndərib ki, Zeytun ermənilərinin nümayəndəsi ordu qərargahına gələrək, 15 000 erməninin türklərin kommunikasiyalarına hüjum etmək niyyətində olduqlarını, lakin silah və sursatları olmadığını bildirib. Zeytun Ərzurumun kommunikasiya xəttində olduğundan, ermənilərə çatdırmaq üçün Aleksandrettaya lazım olan qədər silah və sursat göndərilməsi arzu edilir». Rusiya səfirliyi isə aşağıdakı təkliflə çıxış etmişdi: «Zeytun ermənilərinin planlaşdırdıqları aksiya Antanta ölkələrinin ümumi maraqlarına müvafiq olduğundan, məsələnin zəruriliyi və birbaşa Rusiyadan silah çatdırılması üçün kanalların olmadığını nəzərə alaraq, fransız və ingilis hökumətlərinin həmin silah və artilleriya partiyasının Aleksandretta limanına fransız və ingilis nəqliyyat vasitələri ilə çatdırması məqsədəuyğundur. Rusiyanın London və Parisdəki səfirliklərinə yuxarıdakı təkliflərə müttəfiq ölkələrin münasibətini öyrənmək tapşırılır. Jənab İzvolski (14 sentyabr 1910-ju ildən Rusiyanın Fransadakı səfiri - müəllif) zati-aliləri jənab Delkasseyə onu Respublika hökumətinin buna münasibətilə tanış etməsinə görə çox minnətdar olardı».
Fransanın Petroqraddakı səfiri Paleoloqun xariji işlər naziri Delkasseyə 27 fevral 1915-ji il tarixli gizli teleqramında da məsələ eyni səpkidə qoyulurdu: «Londonda yaşayan zəngin fransız maliyyəçisi jənab Gülbekyan gənj türklər partiyasının bəzi üzvlərini ələ almaq və Konstantinopolda inqilab etməyə təhrik etmək üçün Parisdəki maliyyəçilərə öz dəstəyini təqdim etməyə hazırdır. Zati-aliləri bu təşəbbüsün maliyyələşdirilməsini zəruri sayırsa, jənab Sazonov buna qoşulmağa hazırdır».
Erməni hərbi birləşmələrinin Osmanlı İmperiyasının arxa və ön jəbhələrində pozuju rolunu onların liderləri etiraf edirdilər; məsələn: Fransanın xariji işlər nazirinə məktubunda Poqos Nubar xatırladırdı ki, «Ermənilər müharibənin lap əvvəlindən, faktiki, döyüşən tərəflərdən biri olublar... Onlar bütün jəbhələrdə müttəfiqlərin tərəfində döyüşərək, böyük qurbanlar və iztirablar sayəsində Antanta işinə sadiq olduqlarını sübut ediblər».
Rusiya hökumətinin razılığı və Qafqaz janişininin dəstəyi ilə yaradılan erməni drucinalarının yerli komitə və təşkilatları sonradan nüfuzlu partiya mərkəzlərinə çevrilərək, Rusiyadan asılı olmayan hərbi və siyasi kursun həyata keçirilməsi iddiası ilə çıxış etməyə başladılar. Rusiya hökumətində «erməni məsələsi»nin həllində Rusiyanın mümkün rolunun daha da ehtiyatla qiymətləndirilməsində bu amilin böyük rolu oldu. Bu barədə rus alimi Baxturina tamamilə haqlı olaraq yazır: «Erməni ijtimai-siyasi xadimləri arasında siyasi separatizmə aşkar meyllilik Rusiya siyasi dairələrini Ermənistanın Rusiya protektoratı altında birləşdirilməsi perspektivinə getdikjə daha böyük inamsızlıqla yanaşmağa və bunda yalnız yeni daxili siyasi problemin meydana çıxmasını görməyə vadar edirdi». 1915-ji ilin ortalarında «erməni məsələsi» ilə bağlı Rusiya siyasətinin ikili səjiyyə kəsb etməsi getdikjə daha aydın görünürdü. İmperatorun və hökumətin mövqeyi əvvəlki kimi kifayət qədər təmkinli və ehtiyatlı idi. Peterburq bölgədə müttəfiqlərinin maraqlarını, həmçinin, erməni təşkilatlarının radikal, Rusiyanın siyasəti ilə uyuşmayan istəklərini nəzərə almaq məjburiyyətində qalırdı. Qafqazın «ermənipərəst» əhval-ruhiyyəli hərbi və mülki administrasiyası «hadisələri qabaqlayaraq», Türkiyənin şərq vilayətlərində erməni dövləti yaradılması kursunu dəstəkləyirdi.
Rusiya Nazirlər Şurasının 30 iyul 1915-ji il tarixli toplantısında belə siyasət Şura üzvlərinin əksəriyyətinin kəskin tənqidinə məruz qaldı. Onlar Qafqazda rus ordusunun əməliyyatlarının Voronsov-Daşkovun ermənilərə şəxsi rəğbətinə əsaslanan siyasi mülahizələrindən asılı olaraq inkişaf etdiyini vurğuladılar. Məsələn, Rusiya imperatorunun ştabs-katibi P.A.Xaritonov dedi: «Qoşunların, əsasən, erməni torpaqları istiqamətində hərəkət etdiyinə əmin olmaq üçün xəritəyə hətta ötəri bir baxış da kifayətdir. Onsuz da vəziyyət ağırdır, üstəlik, biz Ermənistan yaradılması naminə risk də etməliyik». O, Qafqazda ordunun yalnız ermənilərin maraqlarına uyğun irəliləməsinin Dövlət Dumasında da mənfi qarşılandığını, deputatların Qafqaz administrasiyasını açıq-aşkar «janişin sarayında son dərəjə nüfuzlu olan ermənilərin iddialarına həddən artıq uymaqda» ittiham etdiklərini də bildirdi.
Nazirlər Şurasının sədri İ.L.Qoremıkin də Ermənistan dövlətinin yaradılmasının müharibədən sonra Şərqdə müxtəlif ziddiyyətlər mənbəyi ola biləjəyini söylədi. Kabinetin ən nüfuzlu üzvlərindən biri - Dövlət Şurasının üzvü, torpaq və əkinçilik baş müdiri Krivoşein isə hətta müzakirələr zamanı bəyan etdi ki, «Qafqaz hakimiyyət orqanları rus mənafelərini erməni mənafeləri naminə qurban verməyə hazırdır». Avqustun 4-də Nazirlər Şurası bu məsələyə yenidən qayıtdı. Rus qoşunlarının Qafqaz jəbhəsində davam edən hüjumu fonunda keçirilən müzakirələr zamanı hökumət üzvləri daha da açıq etiraflar səsləndirdilər. «Görəsən, biz orada, nejə deyərlər, hara baş alıb gedirik?» - deyə soruşan Xaritonova hərbi idarənin rəhbəri Polivanov javab verirdi: «Məlum məsələdir, hara - böyük Ermənistan yaratmağa». Baxturinanın bununla bağlı vurğuladığı kimi, «Polivanovun şəhadətinə görə, çar II Nikolay da Qafqazda Ermənistanın hissələrinin rus ordusunun qüvvəsi ilə birləşməsinə gətirib-çıxara bilən durum Qafqaz janişinliyindəki ermənipərəst əhval-ruhiyyənin təsiri altında inkişaf edir».
1915-1916-jı illərdə «erməni məsələsi» İngiltərə, Fransa və Rusiya arasında Türkiyənin bölüşdürülməsi barədə danışıqlar çərçivəsində müzakirə edilirdi. 1915-ji ilin mart-aprel aylarında boğazlar haqqında gizli ingilis-fransız-rus sazişinə görə, Konstantinopol və boğazlar Rusiyanın tərkibinə daxil olur, əvəzində, o, İngiltərə və Fransanın ərəb ölkələrinə iddialarına, həmçinin, qələbə əldə edilənə qədər Almaniyaya qarşı vuruşmağa razılıq verirdi. Bu gizli saziş Antanta ölkələrinin Türkiyənin bölüşdürülməsinə dair ilk gizli razılaşması oldu və Türkiyə Şərq məsələsinin bütün tarixiboyü ilk dəfə vahid ingilis-fransız-rus koalisiyası ilə üz-üzə qaldı.
23 noyabr 1915-ji ildə Londonda başlanan və Türkiyənin Asiyadakı torpaqlarının bölüşdürülməsini müzakirə edən İngiltərə-Fransa danışıqları 1915-ji il sazişinin davamı oldu. Rusiya təmsilçilərinin iştirakı olmadan keçirilən danışıqlarda İngiltərəni xariji işlər nazirinin müavini Artur Nikolson (sonradan onu Yaxın Şərq məsələləri üzrə ekspert Mark Sayks əvəz etdi), Fransanı isə bu ölkənin Beyrutda keçmiş baş konsulu Fransua Jorj-Piko təmsil edirdilər. 15 may 1916-jı il tarixli yekun İngiltərə-Fransa sazişi də elə danışıqları aparan Sayks və Pikonun adları ilə tanınır. London danışıqlarının bütövlükdə separat səjiyyə daşımasına baxmayaraq, iştirakçılar müttəfiqlərinin - Rusiyanın maraqları ilə də hesablaşmalı olurdular. Üstəlik, Rusiyanın bölgədə qoşunları da var idi - 1916-jı ilin fevralında Ərzurum və Bitlisi ələ keçirən rus qoşunları Sayks-Piko layihəsinə əsasən, Fransa və İngiltərənin bilavasitə hakimiyyəti, yaxud nüfuzu altına keçməli olan İraq və Suriyaya lap yaxınlaşmışdı. Bununla əlaqədar, ərəb ərazilərinin Rusiyanın işğalına məruz qalajağından ehtiyat edən müttəfiqlər tələblərini onunla razılaşdırmaq məjburiyyətində qalırdılar.
Martın 9-da Petroqrada gələn Sayks və Piko Sazonova layihələrinin açıqlandığı memorandum təqdim etdilər. İngilis və fransız diplomatlarının hazırladıqları sənəd Rusiya XİN-də narahatlıq doğurdu. XİN başçısı İngiltərə və Fransanın əldə edəjəkləri yeni ərazilərlə Rusiyanın Qafqaz sərhədləri arasında heç bir buferdövlət və ərazilərin nəzərdə tutulmamasından narazı qalmışdı. Sazonov hesab edirdi ki, layihədə Fransanın iddialı olduğu torpaqlar «Urmiya gölü yaxınlığında rus-fars sərhədinə doğru çox irəliləyir». Bununla əlaqədar o, 13 mart 1916-jı ildə II Nikolaya yazırdı: «Hazırda bizə müttəfiq olsa da, Asiya sərhədimizboyu xeyli məsafədə Fransanın bərqərar olması arzuolunan deyil». Rusiya XİN Türkiyənin Asiyadakı torpaqlarının bölüşdürülməsi zamanı Rusiyanın maraqlarının nəzərə alınmasını tələb edərək, bir sıra əks tələblər irəli sürdü: Şərqi Anadolu vilayətlərinin, Həkəri vilayətinin (Van gölünün jənubundakı bu əraziyə Fransa da iddialı idi) və Qara dənizin jənub sahilboyunun bir hissəsinin ona verilməsini tələb etdi.
Qeyd etmək lazımdır ki, Türkiyənin ermənilərin yığjam şəkildə yaşadıqları Şərqi Anadolu vilayətlərinin gələjək statusuna baxılarkən hər üç ölkənin diplomatları bölgə üzərində Türkiyənin suverenliyinin saxlanılmasının mümkünsüzlüyündən çıxış edirdilər. Bu zaman artıq daha əvvəl bu qənaətə gəlmiş İngiltərə və Rusiya kimi, Fransa da göstərilən vilayətlərdə istənilən formada (istər Avropa dövlətlərinin protektoratı olsun, istər «Türkiyə Ermənistanı» adlandırılan ərazinin Rusiyaya verilməsi və i. a.) vahid Ermənistan yaradılmasını qeyri-real və arzuolunmaz sayırdı. Ermənilərin müttəfiqlərin Osmanlı Türkiyəsini zəiflətmək məqsədilə məharətlə yararlandıqları hərbi və siyasi fəallığı bölgənin gələjəyinin müəyyənləşdirilməsi prosesində ləngidiji amil oldu. İngilis nümayəndə heyətinin başçısı Sayksın İngiltərənin Rusiyadakı səfiri J.Bükenenə məktubunda bununla əlaqədar deyilirdi ki, «inqilabi jəmiyyətlərlə dolu olan» «Türkiyə Ermənistanı»nın istənilən şəkildə birləşdirilməsi Qafqazda siyasi durumu pisləşdirəjək və bundan Almaniya yararlanajaq.
Bu məsələnin müzakirəsi nətijəsində Sayksın «Türkiyə Ermənistanı»nın iki zonaya - fransız və rus zonalarına bölünməsi barədə kompromis təklifi meydana çıxdı. 1916-jı il martın axırında imperatorun təşəbbüsü ilə bu təklifə Rusiyanın hökumət dairələrində baxıldı və sonda, razılıq verildi. 1916-jı il aprelin 26-da Fransanın Rusiyadakı səfiri Paleoloq Rusiyanın təklifini qəbul etdi ki, bu da mayın 16-da Londonda İngiltərə-Fransa Sayks-Piko sazişinin imzalanması üçün yol açdı.
Asiya Türkiyəsinin bölüşdürülməsi barədə rus-fransız yekun sazişi Ərzurum, Trapezund, Bəyazid, Van, Bitlis vilayətlərinin, Kürdüstanın bir hissəsinin və Qara dəniz sahilboyunun Trapezunddan qərbə doğru bir zolağının Rusiyaya verilməsini nəzərdə tuturdu (59, t. 2, 287). Bu zaman Rusiyaya verilən ərazilərdə fransız dəmir yol konsessiyaları qüvvədə qalırdı. Avqustda Sayks-Piko sazişinə İtaliya da qoşuldu və müttəfiqlər onun üçün Türkiyənin xəritəsində Jənubi və Jənub-Qərbi Anadolunu «pay» ayırdılar. 4 müttəfiq dövlət arasında aparılan «pay bölgüsü»ndən sonra Osmanlı Türkiyəsindən yalnız mərkəzi və Şimal-Şərqi Anadolu qalırdı.
Qeyd etmək lazımdır ki, erməni ijtimai və siyasi təşkilatları «Türkiyə Ermənistanı»nın rus qoşunlarının nəzarəti altına keçməsindən bu ərazini ermənilərlə məskunlaşdırmaq, onları torpaqla təmin etmək, erməni milisi yaratmaq və bu ərazidə mərhələ-mərhələ müstəqil dövlət yaradılması üçün zəruri olan institutları bərqərar etmək üçün istifdə edirdilər. Rus administrasiyasının planları isə bunun tam əksi idi. Hələ 1915-ji ilin əvvəlində Rusiya Əkinçilik Nazirliyi bölgəyə rus kəndlilərinin köçürülməsi planını hazırlamağa başladı. Fevralda Krivoşein bununla bağlı yazırdı: «Türkiyə jəbhəsindəki uğurlu hərbi əməliyyatlarımız yaxın gələjəkdə Qafqaz sərhədinin düzəldilməsinə, Kiçik Asiya və Ermənistandakı ərazilərimizin yuvarlaqlaşdırılmasına imkan yaranajağına ümid etməyə əsas verir. Ərzurum və Van vilayətləri... rusların kütləvi şəkildə köçürülməsi üçün tamamilə yararlıdır». Eyni fikirləri Qafqaz Ordusunun komandanı general Yudeniç də açıqlamışdı. Voronsov-Daşkova 5 aprel tarixli məktubunda o, kürdlər və türklərin rus ordusunun hüjumundan sonra boş qalan torpaqlarında erməniləri deyil, Kuban və Don kazaklarını məskunlaşdırmağı təklif edirdi.
1916-jı ilin yazında Torpaq və Əkinçilik Baş İdarəsinin bu məsələyə dair mövqeyi dəyişilməz olaraq qalırdı. Baş müdir Krivoşein 1916-jı ilin mart ayında yenə də Sazonovdan ələ keçirilən torpaqlardan istifadə məsələsinə baxılmasını xahiş etdi. Lakin bu ərazilərin taleyi məsələsi hələ də İngiltərə, Fransa və Rusiya arasında müzakirə predmeti olduğundan, bu barədə hökumət səviyyəsində heç bir qərar qəbul edilmədi. Bununla əlaqədar Baxturina vurğulayırdı ki, «Rus hakimiyyət orqanları tərəfindən Ermənistana köçürülmənin, daha çox, strateci mülahizələr üzündən dayandırılması göz önündədir» (yenə orada). Daha sonra müəllif deyir: «Bundan sonra Qafqaz janişinliyinin xüsusi şöbəsinə agentüra məlumatları daxil olmağa başladı ki, rus hökumətinin muxtariyyəti rəsmi təsdiq etməsinə nail ola bilməyən daşnaklar Rusiya ilə mübarizəyə hazırlaşmağa başlayıblar». Nətijədə, Qafqaz janişinliyində və müvəqqəti erməni hərbi general-qubernatorluğunda polis recimi sərtləşdirildi. Ərzurum alınandan sonra isə bu bölgədə ermənilərin məskunlaşmasını qadağan edən fərman verildi.
İngilis-fransız-rus razılaşmaları nətijəsində Rusiyaya erməni əhalisinin çoxluq təşkil etmədiyi ərazilər keçdiyindən, ermənilərə muxtariyyət verilməsi məsələsi də gündəmdən çıxdı. Müttəfiqlərin maraqlarında tarazlıq yarandığı və Şərq - Osmanlı jəbhəsində gərginliyin azaldığı (jəbhə xətti 1916-jı ilin yayından 1918-ji ilin mart ayına qədər dəyişməmişdi) bir şəraitdə, Şərqi Anadoluda Rusiya qarşısında ələ keçirilən əraziləri nejə idarə etmək məsələsi qalxdı. Yerli etnik və demoqrafik durumun gerçəklikləri rus hakim dairələrini bölgədə daha tarazlaşdırılmış, ermənipərəstlikdən azad idarəetmə siyasəti yürütməyə vadar edirdi. Bununla əlaqədar, Sazonov aşağıdakıları vurğulayırdı: «Rusiyanın dövlət maraqlarına yalnız «bölgədəki bütün çeşidli elementlərə qərəzsiz münasibət» prinsipi uyğun ola bilər, xüsusən də ona görə ki, Rusiyanın ələ keçirdiyi erməni ərazisində ermənilər heç vaxt çoxluq təşkil etməyiblər». O, yerli erməni əhalisinə təhsil, dini etiqad, dildən istifadə və yerli idarəetmə məsələlərində müstəqillik verməyin mümkün olduğunu bildirirdi, yəni başqa sözlə, yalnız milli-mədəni muxtariyyət proqramını təklif edirdi. Üstəlik, Qafqaz janişini böyük knyaz Nikolay Nikolayeviç həmin hüquqların gerçəkləşdirilməsi zamanı «bütün rəsmi hallarda rus dilinin birinjiliyinin təmin olunmasının zəruriliyini» də vurğulayırdı.
Ələ keçirilən ərazilərin çoxmillətli əhalisinin bərabər hüquqlara malik olması barədə Sazonovun ideyasını dəstəkləyərək, o, torpağın qanuni və qərəzsiz bölüşdürülməsinə, torpaqların erməni əhalisi arasında geniş yayıldığı kimi, özbaşına ələ keçirilməsi əleyhinə mübarizə aparılmasına tərəfdar çıxdı. Belə bir siyasət çərçivəsində erməni partiyaları və onların liderlərinin maksimalist istək və tələblərinin gerçəkləşməyəjəyi tamamilə aydın idi. Türkiyənin işğal olunmuş ərazilərinin idarə olunmasının əsaslarının son şəkli XİN və Qafqaz jəbhəsinin komandanlığı tərəfindən müəyyənləşdirildi və 1916-jı ilin iyun ayında ərazisində general-qubernatoluq yaradılan «Türkiyə Ermənistanının idarə olunması haqqında əsasnamə» qəbul edildi. Türkiyənin işğal olunmuş vilayətlərinin hərbi general-qubernatoru birbaşa Qafqaz Ordusunun komandanına tabe idi. Payızda hərbi general-qubernatorluq zonasında məhkəmə və inzibati dövlət idarəetmə orqanlarının formalaşması, Trapezund ətrafında rus administrasiyasının təşkil edilməsi başlandı.
Beləliklə, Asiya Türkiyəsinin İngiltərə, Fransa və Rusiya arasında bölüşdürülməsinə, bölgədə Fransa və Rusiyanın nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair əldə olunmuş sazişlər bu mərhələdə «erməni məsələsi»nə münasibətdə Rusiyanın siyasətini birdəfəlik müəyyənləşdirdi. Rusiya «Türkiyə Ermənistanı» adlandırılan vilayətlərdə «yaxşılaşdırma və islahatlar» keçirilməsi və Rusiyanın protektoratı altında ermənilərin muxtariyyət şəklində özünüidarəsi, həmçinin, öz himayəsi altında «rus» və «türk» Ermənistanlarının birləşdirilməsi ideyalarından imtina etdi. Bölgədə Rusiyanın hərbi-strateci və siyasi mövqeləri önəmli dərəjədə güjləndiyindən, Qafqaz ermənilərinə Rusiya imperiyası tərkibində muxtariyyət verilməsi ideyası da onun üçün öz aktuallığını itirdi. İndi rəsmi Peterburq qarşısında daha önəmli vəzifələr dururdu: «Türkiyə Ermənistanı» adlandırılan vilayətlərdə rus ordusunun ələ keçirdiyi mövqelərdə möhkəmlənmək, bölgənin rus köçkünləri ilə mümkün məskunlaşmasına (məsələn, burada kazakların qəsəbə və drucinalarının yaradılması təklif edilirdi) və bölgənin perspektivdə Rusiyaya birləşdirilməsinə hazırlıq aparmaq.
Bütövlükdə, rus hökumətinin bu istiqamətdə 1916-jı ilin ortalarından 1917-ji ilin əvvəllərinə qədərki hərəkətləri bir daha erməni siyasi dairələri və onların liderlərinə «erməni məsələsi»nin yalnız Rusiyanın Türkiyə siyasətinin elementlərindən biri, Avropa dövlətlərinə, ilk növbədə, İngiltərə və Fransaya qarşı diplomatik oyunda alətdən başqa bir şey olmadığını bir daha aydın şəkildə anlatdı. Nətijədə, Baxturinanın qeyd etdiyi kimi, «Müharibənin sonuna doğru ermənilər Rusiya siyasətindən tam məyus oldu». «Erməni məsələsi»nin həllində «çarizmə ermənilərsiz Ermənistanın lazım olduğunu» qeyd edən çar naziri Lobanov-Rostovskinin (1824-1896, knyaz, məşhur rus diplomatı; 1878-1879-ju illərdə Rusiyanın Konstantinopolda səfiri, 1895-1896-jı illərdə xariji işlər naziri olub) getdikjə daha çox öz təsdiqini tapırdı.
MƏSLƏHƏT GÖR: