14 Mart 2025

Cümə, 20:51

«ARDNŞ YATAQLARI ÖZ GÜJÜNƏ İŞLƏMƏK HAQDA DÜŞÜNÜR»

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Əmindir ki, neft ixrajı Azərbayjana onilliklər ərzində ehtiyaj hiss etmədən mövjud olmağı vəd edir

Müəllif:

15.07.2006

Rövnəq müəllim, Azərbayjanın neft-qaz sektorunda «Azəri-Çıraq-Günəşli», «Şahdəniz» yataqlarının işlənməsi, Bakı-Tbilisi-Jeyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi iri layihələr həyata keçirilir. Bu layihələrin həya-ta keçirilməsinin gedişini nejə qiymətləndirirsiniz? Ölkə gələjəkdə onlardan hansı gəlirlər əldə edəjək?

 - Həqiqətət də, hazırda Azərbayjanda dünyaəhəmiyyətli layihələr həyata keçirilir. «Əsrin müqaviləsi»nin imzalanmasından keçən 11 il ərzində həddindən artıq böyük işlər görülüb. 2008-ji ildən «Azəri-Çıraq-Günəşli» yatağının tam istismarına başlanajaq, mayın sonundan etibarən isə, bildiyiniz kimi, Bakı-Tbilisi-Jeyhan neft kəməri fəaliyyətə başlayıb və böyük Azərbayjan nefti Türkiyənin Jeyhan limanı vasitəsilə dünya bazarlarına çıxmağa başlayıb. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başa çatmaq üzrədir və bu layihə regionun enerci təhlükəsizliyinin təminatında böyük əhəmiyyət daşıyır. Bundan başqa, «Şahdəniz» yatağının işə salınması istiqamətində işlər davam edir və Bakı-Tbilisi-Ərzurum borusuna qazın vurulmasına başlanılıb. Mənfəət neftinin həjmi artıq 6 milyon tonu ötüb. «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarının işlənməsi layihəsi, həmçinin, Bakı-Tbilisi-Jeyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz borularının tikintisinin həjm və texniki miqyaslarına görə, analoci layihələr arasında tayı-bərabəri yoxdur. Onlar təkjə Azərbayjan üçün yox, bütün region üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu layihələrin tam miqyasda işə başlaması həm Jənubi Avropa ölkələrinin, həm də Xəzər-Qara dəniz regionunun karbohidrogen xammalı ilə təjhizatını nəzərəçarpajaq dərəjədə dəyişəjək.

Azərbayjanda neft hasilatının həjmi bu il 30 milyon tondan artıq olajaq ki, bu da ölkəmizin tarixində rekord göstərijidir. Bununla yanaşı, hər il bu həjm artajaq  və bu, neftdən gələn gəlirlərin də ilbəil artması deməkdir. 

Məlumdur ki, bizim ölkəmiz özündən əvvəl «holland sindromu» ilə mübarizə aparan dövlətlərin təjrübəsindən istifadə edir. Bununla da Azərbayjan ölkəyə böyük həjmdə pul axını nətijəsində oxşar vəziyyətin yaranmaması üçün tədbirlər görür. Bununla yanaşı, bu gəlirin bir hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi üçün Dövlət Neft Fondu yaradılıb. Bu fondun vəsaitləri səhiyyə, təhsil kimi sahələrdə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, həmçinin, vətəndaşların pensiyalarla təmin olunmasına sərf edilir. 2010-ju ilə Azərbayjanda artıq 65 milyon ton neft və 29 milyrd kubmetr qaz hasil olunajaq. Bunun nətijəsində gəlirlər artajaq ki, bu da ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halına öz təsirini göstərəjək. Lakin hələ bu da son deyil. Bizim ixraj imkanlarımıza qonşu ölkələr də maraq göstərir. Bu günlərdə Qazaxıstanla Azərbayjan arasında Astananın Bakı-Tbilisi-Jeyhan neft kəmərinə qoşulması haqda tarixi razılaşma imzalandı. Belə gedərsə, Türkmənistanın da bu boruya qoşulajağı istisna deyil. Gördüyünüz kimi, Azərbayjan təkjə öz neftini ixraj etmir, həm də böyük neft-qaz ehtiyatlarına malik ixrajçılar üçün iri tranzit ölkəyə çevrilir. Bütün bunlar bizim ölkəmizə qarşıdan gələn bir neçə onillikdə ehtiyajsız həyat vəd edir.

- Siz ARDNŞ-ın xariji neft şirkətləri ilə gələjək əməkdaşlığını nejə qiymətləndirirsiniz? Hasilatın pay bölgüsü (PSA) üzrə hansı yeni sazişlər hazırlanır? ARDNŞ neft-qaz yataqlarının işlənməsi və perspektivli strukturlarla bağlı hansı şirkətlərdən təkliflər alıb?

- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının əsas məqsədi ölkənin iqtisadi güjünün artırılmasıdır. Siz Heydər Əliyevin Azərbayjana rəhbərlik etmək yükünü üzərinə götürən zaman hansı vəziyyətin hökm sürdüyünü xatırlayırsınız: Ermənistanın təjavüzü, daxili qarışıqlıq, xarijdən müdaxilələr və s. ölkədə hər hansı islahatların aparılmasına imkan vermirdi. Təbii ki, iqtisadiyyat sahəsində də eyni vəziyyət hökm sürürdü. Mərhum prezidentimiz hakimiyyətə gəldikdən sonra, ilk olaraq, müstəqil Azərbayjanın mövjudluğunda maraqlı olmayan həmin neqativ elementləri neytrallaşdırdı. Ölkədə iqtisadi artım üçün vajib olan sabitlik yarandı, neft müqavilələrinin bağlanması isə milli iqtisadiyyatın inkişafında çox mühüm rol oynadı. Bu gün artıq Azərbayjanda 90-jı illərdə mövjud olan maddi problemlər yoxdur. Ölkənin son dərəjə böyük elmi, texniki, indi isə artıq maddi potensialı bizə özümüzün karbohidrogen resurslarının istehsalı ilə məşğul olmaq imkanı verir. Prezidentin 2005-ji ilin 14 fevralında verdiyi sərənjamla Azərbayjan Respublikasının yanajaq-energetika kompleksinin inkişafı haqda Dövlət Proqramı təsdiq edildi (2005-2015-ji illər). Proqram neft və qaz sahəsində böyük həjmdə işlərin görülməsini nəzərdə tutur. 

Artıq qeyd etdiyim kimi, bu gün Azərbayjanda vəziyyət dəyişir. Artıq ARDNŞ yataqların öz güjünə işləməsini düşünür. Lakin təbii ki, bu bizim xariji şirkətlərlə əməkdaşlıqdan imtina etməyimiz demək deyil. Biz onlarla bir çox layihələrimizlə bağlı yüksək səviyyədə əməkdaşlıq edirik. Bundan başqa, dünya bazarlarında enerci daşıyıjılarının qiymətinin artması Azərbayjanın neft-qaz sektoruna marağı gündən-günə artırır. Bizə bir sıra şirkətlərdən - bp, Statoil, Total, «LUKoyl» və  s. qurumlardan təkliflər daxil olur. Düzdür, hələlik bu gün hansı şirkətlərlə nə kimi sənəd imzalayajağımızı söyləmək hələ tezdir. Yalnız onu qeyd edə bilərəm ki, bizə daxil olan bütün təkliflər detallarına qədər öyrənilir və yalnız jiddi araşdırmalardan sonra müvafiq qərarlar qəbul olunur.

- Rövnəq müəllim, Bakı-Tbilisi-Jeyhan kəmərinin istismara verilməsi ilə Bakı-Novorossiysk marşrutunun gələjəyini nejə görürsünüz? ARDNŞ-in şimal marşrutundan uzaq perspektivdə istifadə etmək fikri varmı? Bəzən belə fikir səslənir ki, bununla əlaqədar Rusiyanın da israr etdiyi Bakı-Novorossiysk boru kəmərinin istifadəsi ilə bağlı yeni müqavilənin imzalanması mümkündür. 

- Enerci daşıyıjılarının dünya bazarına çıxarılmasında marşrutların çoxvariantlılığı Azərbayjanın neft strategiyasının əsas aspektlərindən biridir. Bu mənada, Bakı-Novorossiysk kəmərinin gələjəkdə istifadəsi Azərbayjan rəhbərliyinin diqqət mərkəzindədir. Biz Azərbayjan neftinin dünya bazarına çıxarılmasında BTJ və Bakı-Supsa kəmərləri ilə yanaşı, Bakı-Novorossiysk neft borusunun infrastrukturundan da istifadəni vajib sayırıq. Neftin Bakı-Novorossiysk kəməri ilə nəql edilməsinə dair Rusiya tərəfinin təqdim etdiyi yeni müqaviləyə gəlinjə, hazırda bu məsələ ARDNŞ-də müzakirə olunur.

- Yaxın beş il üçün yataqlarda neft və qazın səviyyəsinin qorunması üçün ARDNŞ hansı tədbirləri görəjək? «Günəşli» yatağından qaz hasilatının artırılması ilə bağlı proqram nejə həyata keçirilir?

- 2005-2015-ji illəri əhatə edən Azərbayjanın yanajaq-enerci komplekslərinin inkişafı üzrə Dövlət Proqramında «Qarabağ» və «Əşrəfi» yataqlarının sənaye istismarına hazırlanması məsələsi əksini tapıb. Bu yataqların tam işlənməsi 2008-2010-ju illəri nəzərdə tutub. Həmçinin, proqrama əsasən,  «Ümid» və «Babək» perspektiv yataqlarında kəşfiyyat-axtarış işlərini davam etdiririk. 2010-ju ilədək Neft Daşlarında 78 neft quyusunun qazılması üçün 6 özül tikilərək istismara veriləjək. ARDNŞ, həmçinin, «Bahar, «Bulla-dəniz», «8 Mart» qazkondensat yataqlarında, «Ələt-dəniz», «Gürgən», «Jənubi Abşeron» neft yataqlarında da quyu-ların qazılmasına hazırlaşır. Dövlət proqramında «Günəşli» yatağından 2010-ju ilə qaz hasilatının ikiqat artırılmasına dair ayrıja bənd var. Hazırda qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün tədbirlər görülür. Yeni neft quyularının qazılması istiqamətində işlər tam güjü ilə aparılır, mədəndaxili qaz kəməri çəkilir. Bütün bunlar göstərir ki, biz dövlət başçısı tərəfindən Azərbayjanın enerci təhlükəsizliyinin möhkəmləndirilməsi və vətəndaşların rifah halının daha da yaxşılaşdırılması məqsədilə ölkədə neft-qaz hasilatının artırılmasına dair qarşıya qoyduğu tapşırığı vaxtında yerinə yetirə biləjyik.

- Rövnəq müəllim, 2006-jı ildə «Azəri» yatağından səmt qazının təjhizatına dair ABƏŞ-lə mübahisəli məsələlər həllini tapıbmı? «Azəri»də dərinlikdə yerləşən sərbəst qaz laylarının işlənməsinə dair bp ilə aparılan danışıqlar sizi qane edirmi?

- Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, hazırda hasilatın pay bölgüsü ilə  bağlı razılaşmaya və beynəlxalq təjrübəyə əsasən, «Çıraq» və «Azəri» yataqlarından çıxan səmt qazı daxili ehtiyajların ödənilməsi və laylardan neft hasilatının artırılması üçün tələb olunan hissə istisna olmaqla, ARDNŞ-ə verilir. Səmt qazının bölüşdürülməsi hər il təsdiq olunan illik iş proqramları və büdjə layihələri əsasında tənzimlənir. Bu məsələdə indiyədək ARDNŞ və ABƏŞ arasında heç bir mübahisəli məqam ortaya çıxmayıb.

2006-jı ildə bizim şirkətimiz ölkə əhalisinin təbii qazla təjhizatının yaxşılaşdırılması üçün laylara vurulan qazın həjminin azaldılması hesabına, ölkəyə verilən qazın həjminin artırılması variantını təklif etmişdi. Bu variant gələjək illərdə laylardakı səmt qazının həjminin artırılması və onların layihədə nəzərdə tutulan miqdara çatdırılmasını nəzərdə tutur. Bu məsələ də mübahisə obyekti deyil və səslənən fikirlərin, mütəxəssislərin mövqelərində plüralizm kimi qəbul edilməsi daha düzgün olardı. Mənjə, bəzi problemlərin üzərindən keçərək, məsələnin həllinə nail olajağıq.

«Azəri-Çıraq-Günəşli» yataqlarından sərbəst qazın birgə işlənməsi məsələsinə gəlinjə, bu istiqamətdə ABƏŞ-li heç bir danışıqlar aparılmır.

- ARDNŞ-ın balansında «Qarabağ», «Əşrəfi», «Abşeron», «Naxçıvan» və digər perspektivli strukturlar və yataqlar var ki, vaxtilə xariji şirkətlər onların işlənməsindən imtina edib. ARDNŞ bu yataqların işlənməsinə nə vaxt başlamağı planlaşdırır? Bu işə xariji tərəfdaşların jəlb edilməsi mümkündürmü?

- Bəli, xariji şirkətlərin işləməkdən imtina etdikləri yataqlarla bağlı müəyyən layihələr var. Belələrinə «Əşrəfi» və «Qarabağ» bloklarını aid etmək olar. Onlarda neft və qaz yataqları aşkar olunsa da, bu işi həyata keçirən xariji şirkətlər orada işləri davam etdirməyi kommersiya baxımından məqsədəuyğun saymayıblar. 

Məlum olduğu kimi, bu iki yataq hələ 1998-ji ildə aşkar olunub. Həmin dövrdə neft və qazın qiyməti indiki ilə müqayisəyəgəlməz dərəjədə aşağı di. Keçən dövr ərzində isə karbohidrogenlərin qiymətləri xeyli artıb və bu artım hələ də davam edir. Belə bir şəraitdə həmin yataqların rentabelliliyi məsələsi yenidən gündəmə gəlib. Digər tərəfdən, artıq qeyd etdiyim kimi, ARDNŞ-in özünün mövqeyi də xeyli möhkəmlənib. Hazırda şirkətin neft hasilatı və satışından gəlirləri artıb və artıq elə bir səviyyəyə gəlib çatmışıq ki, ayrı-ayrı layihələr üzrə özümüz sərbəst şəkildə işləyə bilərik. «Qarabağ» yatağının işə salınması da ARDNŞ-in planlarına daxildir. İş proqramı hazırlanıb, layihə institutlarına və tikinti təşkilatlarına müvafiq tapşırıqlar verilib.

«Naxçıvan», «Abşeron» və digər layihələrə gəlinjə, hazırda qarşıda, ilk növbədə, həmin strukturlarda axtarış-kəşfiyyat işlərinin davam etdirilməsi məsələsi dayanır. Biz yaxşı başa düşürük ki, belə meydanlarda kəşfiyyat və istehsal işlərinin təkbaşına aparılması kifayət qədər çətin işdir. Məsələn, «Naxçıvan» meydanında dənizin dərinliyi 150-dən 500 metrədək çatır. «Abşeron»da isə bu göstəriji 350-550 metr arasındadır. Bu ərazilərdə məhsuldar laylar çox dərində yerləşir və bu rəqəm, təxminən, 6000-7000 metrə çatır. Təbii ki, ARDNŞ belə meydanların kəşfiyyatı və işlənməsinə xariji şirkətləri jəlb etməyi düşünür.

- Rövnəq müəllim, ARDNŞ «Anshad Petrol» Azərbayjan-Malayziya şirkəti ilə («Neftçala») «AzGemeft» Azərbayjan-Almaniya birgə müəssisəsini («Ramana») də hasilatın pay bölgüsü sazişinə jəlb etməyi düşünürmü? Bu məsələ ilə bağlı nə kimi danışıqlar aparılır? Bu yataqlara hansısa üçünjü şirkət maraq göstərirmi?

- «Anshad Petrol» birgə müəssisəsi 1993-jü ildə ARDNŞ və Türkiyənin «Atilla Dogan Petrol» Şirkəti tərəfindən keçmiş «Neftçalaneft» Neft-Qaz Çıxarma İdarəsinin əsasında yaradılıb. 1994-1996-jı illərdə birgə müəssisənin operatoru «Atilla Dogan Petrol», 1997-ji ildən isə ARDNŞ olub. 1995-ji ildə Malayziyaya məxsus «Land and General Berhad» «Atilla Dogan Petrol»un 17,15% payını alıb və layihənin iştirakçısına çevrilib. «Anshad Petrol» «Neftçala», «Babazanan» və «Xillı» müqavilə sahələrindəki quyularda qaz çıxarır. Birgə müəssisə sərbəst qazın satışına ilk dəfə olaraq 2004-jü ildə, 2 milyon kubmetr həjmiylə başlayıb və hazırda o, həmin ərazidə öz işini uğurla davam etdirir. Bu ilin əvvəllərindən indiyədək «Anshad Petrol planlaşdırılandan artıq neft və qaz istehsal edib.

«AzGemeft» Azərbayjan-Almaniya birgə müəssisəsi isə ARDNŞ və «Qrünevald» alman şirkəti tərəfindən köhnə yataq olan «Ramana»nın bərpası məqsədilə yaradılıb və o da heç də pis nətijələr vermir. İlin əvvəlindən qarşıya qoyulmuş neft hasilatı planı artıqlaması ilə yerinə yetirilib, qaz hasilatında isə hədəfə 100 faiz çatılıb. 

Bu müəssisələrin hasilatın pay bölgüsü tipli müqaviləyə keçmələri bu gün aktual deyil. Bu yataqların işlənməsində hansısa üçünjü şirkətin iştirakı məsələsi ilə bağlı da eyni fikirləri söyləyə bilərəm.

- ARDNŞ-in zavodlarında istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün hansı tədbirlər görülür? Zavodların tamamilə yenidən qurulması neçəyə başa gələ bilər və belə bir plan varmı? «Azərneftyağ» Neft Emalı Zavodunun yeni yağ blokunun tikintisi ilə bağlı layihə hansı mərhələdədir?

- Bildiyiniz kimi, ətraf mühitin korlanması ilə bağlı bu gün dünyada ekoloci jəhətdən təmiz məhsulların istehsalı məsələsinə baxılır. Buna görə beynəlxalq miqyasda sərt tələblər qarşıya qoyulur və bu, əsasən, avtomobil benzini və dizel yanajağı ilə bağlıdır. Bu problem Azərbayjanda da  aktualdır. Onun həlli bizim üçün ətraf mühitin qorunması ilə yanaşı, həm də neft emalı müəssisələrimizin müasirləşdirilməsi baxımından vajibdir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan neft məhsullarının keyfiyyətinin dünya standartlarına çatdırılması üçün lazımi işlər gedir. Artıq üzün müddət ərzində fəaliyyətsiz qalan vakum qazoylunun hidrogenlə təmizlənməsi qurğusunun modernləşdirilməsi işləri başa çatdırılıb. Bu tədbirlər nətijəsində artıq mövjud yüksəkkeyfiyətli dizel yanajağı ilə yanaşı, soba mazutu əsasında əlavə 148 min ton keyfiyyətli dizel yanajağı əldə olunub. Yaxın gələjəkdə avtomobil benzininin keyfiyyətinin yüksəldilməsi üçün ELOU AVT-6 qurğusunun müasirləşdirilməsi məsələsinə baxılajaq. Bundan başqa, yüksək keyfiyyətə malik benzin istehsalına nail olmaq üçün yeni qurğuların işə salınması planlaşdırılır. Layihəyə əsasən, 2009-ju ilədək bütün işlər başa çatdırılmalıdır.

«Azneftyağ» zavoduna gəlinjə, bu qurum keçmiş Sovet İttifaqında sürtkü yağı istehsalı ilə məşğul olan ən böyük zavod sayılırdı. 1990-jı ildə zavodda 800 min tondan artıq sürtkü yağı istehsal olunub. SSRİ-nin dağılması iqtisadi əlaqələrin qırılmasına və istehsalın zəifləməsinə səbəb oldu. Burada istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə biz yüngül Balaxanı neftinin daha effektiv istifadəsinə diqqəti artırmaq fikrindəyik. Sürtkü yağının istehsalında məhz həmin neftdən istifadə olunur. Bundan başqa, daxili bazarın saxlanılması üçün bu zavodun bir sıra qurğularının da müasirləşdirilməsini planlaşdırırıq.

Sonda Azərbayjan xalqını Bakı-Tbilisi-Jeyhan neft kəmərinin istifadəyə verilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu layihə dövlətçiliyimizin möhkəmlənməsində və əhalinin rifah halının yüksəldilməsində vajib rol oynayajaq, Xəzər-Qaradəniz regionunun təhlükəsiz inkişafına öz tövfəsini verəjək.


MƏSLƏHƏT GÖR:

543