14 Mart 2025

Cümə, 21:42

"BAKI-TBİLİSİ-JEYHANA GÖRƏ TƏŞƏKKÜRLƏR!"

Nino Burjanadze: "Mən bu layihənin reallaşması yolunda hansı maneələrin olduğunu yaxşı xatırlayıram"

Müəllif:

15.07.2006

Prinsipiallığı və qətiyyətinə görə, onu tez-tez "Gürjüs-tanın dəmir ledisi" adlandırırlar. O, "qızılgül inqilabı"na rəhbərlik edən üç nəfərdən biri olub. Məhz qətiyyətinə görə, həm Eduard Şevardnadze, həm də Mixail Saakaşvili dövründə ölkənin ikinji postuna sahib çıxa bilib. "Qızılgül inqilabı"ndan sonra yaşanan həyəjanlı günlərdə dövlət başçısı səlahiyyətlərini məhz o ijra edib. 

Qadın üçün ölkəni idarə etmək çoxmu çətindir? Gürjüstan özünün ərazi problemlərini nejə həll etməyi düşünür? Bakı-Tbilisi-Jeyhan neft kəməri Gürjüstanın həyatını nejə dəyişəjək?

Bütün bu suallara Gürjüstan parlamentinin spikeri Nino Burjanadze javab verir.

- Nino xanım,  artıq beşinji ildir Gürjüstan parlamentinə rəhbərlik edirsiniz. Gürjüstan ilə Azərbayjan arasında qarşılıqlı münasibətin səviyyəsini nejə qiymətləndirirsiniz?

- Mən bizim ölkələrimiz arasında belə xoş, pozitiv münasibətlərin olduğuna çox şadam. Ən vajib olanı budur ki, qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr yalnız bizim xalqlarımız arasında deyil, həm də prezidentlərimiz arasında da mövjuddur. İki ölkə parlamenti arasında çoxdan mövjud olan xoş münasibətlərin Oqtay Əsədovun Azərbayjan parlamentinin yeni spikeri seçilməsindən sonra da davam etməsindən çox məmnunam. 

- Bu münasibətlərdə parlamentlərarası əlaqələrin rolu nə qədərdir?

- Bizim Azərbayjan parlamenti ilə çox yaxşı ənənələrimiz var və şadam ki, sizin yeni parlamentinizin spikeri Oqtay Əsədov Gürjüstana böyük hörmətini ifadə etdi; bu posta seçiləndən dərhal sonra ilk olaraq, Gürjüstan parlamenti ilə əlaqələrlə maraqlanmağa başladı. Biz bir neçə dəfə müxtəlif məsələlərlə bağlı telefon əlaqəsi saxlamışıq və hər dəfə müzakirə olunan məsələlərlə bağlı tam qarşılıqlı anlaşma əldə etmişik. Hətta jənab Əsədovun bu il sentyabrın sonlarında Gür-jüstana səfər etməsi haqda da razılıq əldə etmişik və səbirsizliklə onu gözləyirik. Bizim parlamentimizdə Gürjüstan-Azərbayjan Dostluğu Parlament Qrupu yaradılıb və mənim bildiyimə görə, belə bir qrup Azərbayjanda da var. Qeyd etmək istəyirəm ki, bizin Azərbayjan parlamenti ilə əməkdaşlığımız yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. Biz beynəlxalq səviyyədə və beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlıq edirik. Tam açıq şəkildə deyə bilərəm ki, bütün beynəlxalq forumlarda bizim irəli sürdüyümüz məsələlərdə Azərbayjan nümayəndə heyətinin dəstəyini hiss edirik. Öz növbəsində, azərbayjanlı dostlarımız da bizim tərəfimizdən eyni dəstəyi görür.

- Yəqin ki, bizim dövlətlərimizin qarşılaşdığı ümumi problemləri nəzərə alsaq, belə həmrəylik təsadüfi deyil. Məlum olduğu kimi, həm Azərbayjan, həm də Gürjüstan aqresiv separatizmdən əziyyət çəkir, hər iki ölkənin ərazisinin bir hissəsi separatçı recimlərin nəzarəti altındadır. Nejə düşünürsünüz, ölkələrimizin ərazi bütövlüyünün təmin edilməsi məsələsində Azərbayjan və Gür-jüstanın birgə mübarizə aparması mümkündürmü?

- Separatizm, həqiqətən də, XX əsrin bəlasıdır. Əlbəttə həm Gürjüstan, həm də Azərbayjan üçün ərazi bütövlüyünün təmin edilməsi prioritetdir. İnanıram ki, ölkələrimiz bu problemlərini həll etməyin yollarını tapajaq. Bizim regionumuz o qədər də böyük deyil və inanın, belə problemlərimiz olmasaydı, regionumuz daha da çiçəklənərdi. Buna görə də regionda sülhün və sabitliyin bərqərar olunması bizim marağımızdadır. Ümid edirəm, beynəlxalq ijtimaiyyətin köməkliyi ilə  bu problemləri aradan qaldıra biləjəyik. Mən bir müddət əvvəl Azərbayjan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirildiyini bilirəm. Yəni dialoq davam edir və tərəflər problemin həlli yollarını axtarırlar. Əminəm ki, biz bu münaqişələrin sülh yolu ilə həll edilməsi üçün özümüzdə güj və jəsarət tapajağıq.

- İnanırsınız ki bu, yaxın gələjəkdə mümkün olajaq?

- Mən bunu çox istərdim. Ən azı ona görə ki, sülh əldə olunarsa, iqtisadi inkişaf olajaq. Yəni sülh və sabitlik yalnız siyasi deyil, həm də sosial problemləri həll edəjək.

- Nino xanım, Azərbayjan və Gürjüstan arasındakı dostluq münasibətlərinə baxmayaraq, bəzən hər iki tərəfdən qarşılıqlı ittihamlar səslənir. Məsələn, bir müddət əvvəl Milli Məjlisin deputatlarından biri bəyan etmişdi ki,  Gürjüstan xüsusi xidmət orqanları bu ölkədə yaşayan azərbayjanlılarının "separatçı" əhval-ruhiyyəsini neytrallaşdırmaq üçün plan hazırlayıb. Bu fikirləri nejə şərh edərdiniz?

- Başdan-ayağa təxribatdır! Sözsüz ki təxribatdır! Mən əminəm ki, siz özünüz də belə bir plan haqda deyilənlərin uydurma olduğunu yaxşı bilirsiniz. Düzünə qalsa, Gürjüstanda separatçı əhval-ruhiyyədə olan hansısa Azərbayjan təşkilatlarının olmasından xəbərsizəm. Bizdə yaşayan azərbayjanlılar ölkə qanunlarına əməl edən vətəndaşlardır. Bizim azərbayjanlı əhali ilə heç zaman problemlərimiz olmayıb və əminəm ki, gələjəkdə də belə hallar  yaşanmayajaq. Onların üzləşdikləri iqtisadi, sosial və siyasi çətinliklərlə digər xalqlar da üzləşirlər. Buna görə də azərbayjanlıların separatçı əhval-ruhiyyəsi haqda danışmağa heç bir əsas yoxdur. Bilirsiniz, ölkələrimiz arasında belə xoş münasibətlərin olmasından əndişələnən qüvvələr var. Təbii ki, onlar müxtəlif yollarla Gürjüstanda yaşayan azərbayjanlıları təxribata çəkmək istəyirlər. Lakin əminəm ki, bu qüvvələr istəklərinə nail ola bilməyəjəklər. Yeri gəlmişkən, mən bu yaxınlarda Azərbayjanın milli təhlükəsizlik naziri ilə görüşmüşəm və bilirəm ki, bizim xüsusi xidmət orqanlarımız yüksək səviyyədə əməkdaşlıq edirlər. İki ölkənin xoşbəxtliyi üçün hər iki qurum əlindən gələni edir. Buna görə də hesab edirəm, belə açıqlamaları şərh etməyə belə ehtiyaj yoxdur.

- Lakin eyni zamanda, Gür-jüstanda yaşayan azərbayjanlıların problemləri yenidən aktuallaşıb. Məlum olduğu kimi, 1996-jı ildə həyata keçirilən torpaq islahatlarından sonra azərbayjanlıların əksəriyyəti torpaqsız qalıb. Mixail Saakaşvili seçkiqabağı təbliğatı dövründə bu məsələdə ədaləti bərpa edəjəyinə söz versə də, problem hələ də həllini tapmayıb. Sizə elə gəlmirmi ki, belə hallar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə mane olur?

- Bilirsiniz, mən bu məsələdə də azərbayjanlıları xüsusi olaraq ayırmaq istəməzdim. Çünki bu yalnız azərbayjanlıların deyil, bütün Gürjüstanın problemidir. Birinjisi, Gürjüstanda ümumilikdə torpaq qıtlığı var. Təəssüf ki, bizdə adi torpaq çatışmır. Digər tərəfdən, sizin tamamilə düzgün qeyd etdiyiniz kimi, vaxtilə ölkədə özəlləşdirilmə qeyri-obyektiv aparılıb. Buna görə də indi bu problemləri birdəfəlik həll etmək çox çətindir. Biz axı özəlləşdirmənin nətijələrini ləğv edib, torpaqları yenidən milliləşdirə bilmərik. Bu, ölkədə, az qala, vətəndaş müharibəsinə gətirib çıxarar. Ona görə də məsələyə son dərəjə həssaslıqla yanaşılmalıdır. Sizə açıq deyim ki, belə problemlər, məsələn, mənim doğulub boya-başa çatdığım Leçxumidə də var. İnanın, orada bir nəfər də olsun, azərbayjanlı yaşamır və bütün əhali gürjülərdən ibarətdir. Lakin onlar da torpaq çatışmazlığından əziyyət çəkirlər.

- Nino xanım, söhbətimizin əvvəlində separatizm probleminə toxunduq. Son zamanlar Samsxe-Javaxetiyada bəzi təşkilatlar yenidən erməni dilinə dövlət dili statusunun verilməsi, hətta muxtariyyət tələbləri ilə çıxış etməyə başlayıb. Ötən əsrin əvvəllərində çar imperiyasının süqutundan sonra, Ermənistan həm Azərbayjan, həm də Gürjüstanla müharibə aparmışdı. İndi də belə bir halın təkrarlana biləjəyindən qorxmursunuz ki?

- Gürjüstanın bəxti son dərəjə gətirib ki, onun həm Azərbayjanla, həm də Ermənistanla son dərəjə yaxşı münasibətləri var. Belə niyyətlər isə Gürjüstan ilə Ermənistan arasındakı mehriban münasibətlərə zərər vurmaq istəyənlər tərəfindən ortaya atılır.

Məsələ ondadır ki, Samsxe-Javaxetiyanın muxtariyyəti yoxdur və heç vaxt da olmayajaq. Biz bu məsələnin müzakirəsinə belə ehtiyaj duymuruq. Lakin orada yaşayan erməni azlığının hüquqları, heç şübhəsiz, Gürjüstanın bütün digər vətəndaşlarının hüquqları kimi qorunmalıdır. Düşünürəm ki, sizin toxunduğunuz hallar Gürjüstan-Ermənistan münasibətlərini öz maraqlarına uyğun olaraq pozmaq istəyən bəzi qüvvələr tərəfindən təxribat məqsədilə ortaya atılmış məsələdir. Əminəm ki, erməni əhali baş verənlərə ayıqbaşla yanaşajaq və  birlikdə situasiyanı düzəldə biləjəyik.

- Samsxe-Javaxetiya erməniləri hesab edir ki, Rusiya hərbi bazalarının Axalkalakidən çıxarılması onların sosial-iqtisadi vəziyyətinə vurulan jiddi zərbədir. Nejə düşü-nürsünüz, onlar həqiqətən də, iş yerlərini itirməkdən narahatdırlar, yoxsa burada söhbət siyasi oyunlardan gedir?

- Dediklərinizin hər ikisi burada var. Bir tərəfdən, Samsxe-Javaxetiyadan Rusiya hərbi bazalarının çıxarılması, əlbəttə, yerli əhaliyə sosial baxımdan problemlər yaratdı. Çünki həmin bazalarda 1500-dən artıq insan çalışırdı və iş yerlərini itirən yerli əhali müəyyən sosial problemlərlə üzləşdi. Lakin digər  tərəfdən, Gürjüstan-Ermənistan əlaqələrindən öz maraqları üçün istifadə etməyə çalışan insanlar əhalinin sosial problemlərini siyasiləşdirməyə səy göstərdilər. Mən şadam ki, yerli əhali məsələni çözə bildi və hazırda ərazidən rus bazalarının çıxarılması tamamilə əngəlsiz həyata keçirilir. Yerli sakinləri provakasiyaya çəkmək mümkün olmadı və  bundan çox məmnunam. Sosial problemlərə gəlinjə, onlar, təbii ki, həll edilməlidir. İnsanları işsiz qoymaq olmaz. Bu çox çətin bir regiondur və orada iqlim şəraiti Gürjüstanın başqa əraziləri ilə müqayisədə çox çətindir. Bu da mütləq nəzərə alınmalıdır.

- Qonşularla münasibətlərdən danışdınız. Bəs Gürjüstan Rusiya ilə münasibətlərdəki problemləri nejə həll etməyi düşünür? 

- Bilirsiniz ki, bir müddət əvvəl Sankt-Peterburqda Gürjüstan və Rusiya prezidentlərinin görüşü keçirildi. Çox şadam ki, iki ölkə arasındakı problemli münasibətlərə baxmayaraq, bu görüş baş tutdu. Çünki bu dialoq zamanı  prezidentlər bir-birlərinə yaxın oldular, bir-birilərinin mövqeyini öyrəndilər və hər bir tərəfi narahat edən məsələləri müzakirə etdilər. Lakin təəssüflər olsun ki, biz bu görüşdən sonra hansısa irəliləyişin olduğunu söyləyə bilmərik. Əlbəttə, uzun illər davam edən gərgin münasibətlərdən sonra, bir görüşlə hansısa irəliləyişə nail olunajağını gözləmək də sadəlövhlük olardı. Anjaq istənilən halda Gürjüstan bu istiqamətdə işlərini davam etdirəjək. Biz Rusiyaya və bu ölkənin qanuni maraqlarına hörmətlə yanaşırıq. Lakin Rusiya da Gürjüstanın qanuni maraqlarına eyni hörməti bəsləməlidir.

- Nino xanım, Gürjüstanla Azərbayjan, demək olar, bütün regional layihələrdə birgə iştirak edir. Onlardan əsası isə, yaxınlarda rəsmən fəaliyyətə başlayajaq Bakı-Tbilisi-Jeyhan neft kəməridir: tezliklə Jeyhanda boru kəmərinin açılış mərasimi keçiriləjək. Mərasimə hazırsınızmı?

- Əlbəttə, bu tədbiri səbirsizliklə gözləyirəm (gülür). Çünki o, həqiqətən, Gürjüstan və bütünlükdə region üçün çox vajibdir. Mən, hətta müəyyən mənada fəxr edə bilərəm ki, bu layihədə ilk günlərdən iştirak etmişəm və birinji günlərdən prosesə, az qala, ekspert kimi qatımışam. Bu layihənin reallaşması yolunda hansı çətinliklərlə üzləşdiyimizi çox  yaxşı xatırlayıram və Azərbayjana, ABŞ-a, həmçinin, Türkiyəyə təşəkkür etmək istəyirəm. Xüsusilə, Azərbayjana - bizə göstərdiyi bö-yük dəstəyə görə, minnətdarlığımı bildirirəm. Son dərəjə hörmət etdiyim mərhum prezident Heydər Əliyevi heç vaxt unutmayajağam. Onunla keçirdiyim görüşlər və apardığım söhbətlər hələ də yadımdadır. O, son dərəjə parlaq şəxsiyyət idi və şadam ki, dövlətinizin rifahı naminə atasının başladığı siyasəti layiqinjə davam etdirən oğlu var.

Heydər Əliyevin bu layihə ilə bağlı çıxışlarını və kəmərin məhz Gürjüstan ərazisindən keçməsini dəs-təkləməsini yaxşı xatırlayıram. Hesab edirəm, bu layihə təkjə iqtisadi deyil, həm də siyasi jəhətdən böyük əhəmiyyət kəsb edir. İlk növbədə, layihə bizim hamımıza böyük enerci təhlükəsizliyi və müstəqillik verəjək. Digər tərəfdən, düşünürəm ki, Gürjüstanda qaz borusunun partlaması, Ukrayna ilə "qaz müharibəsi" və s.-dən sonra Avropa Bakı-Tbilisi-Jeyhan kəmərinin və bu istiqamətdə həyata keçiriləjək digər layihələrin əhəmiyyətini bir daha gördü. Odur ki bunu tarixi hadisə sayıram və şadam ki, separatizm və jiddi maneələrə baxmayaraq, layihənin reallaşdırılması mümkün oldu.


MƏSLƏHƏT GÖR:

408