
Hilmar LORENS: «Azərbayjan MDB ölkələri arasında birinjidir»
Müəllif: Alyona MOROZ Bakı
2004-jü il iyunun 23-də IT-sənayesinin lideri - «Hewlett Pajkard» (HP) şirkəti Azərbayjanda kommersiya fəaliyyətini həyata keçirmək hüququna malik filialının açılması barədə məlumat yaydı. MDB məkanında bu, şirkətin Ukrayna və Qazaxıstandakından sonra, üçünjü filialı oldu.
Keçən iki il ərzində HP rəhbərliyi mütəmadi olaraq Azərbayjana səfərlər edir. Bu dəfə şirkətin MDB ölkələri üzrə Baş direktoru jənab Hilmar Lorens ölkəmizə çox nəjib bir missiya ilə - təhsil sisteminə IT tətbiq etmək üçün gəlmişdi. Üstəlik, HP şirkətin ən irimiqyaslı təşəbbüslərdən birinin - Jlassroom-2000 (J2K) layihəsinin gerçəkləşdirilməsinin özəllikləri ilə tanış olmaq üçün 5-11 iyun 2006-jı il tarixində AR təhsil naziri Misir Mərdanovun Şimali İrlandiyaya səfərini də təşkil etmişdi. Görünür, yaxın gələjəkdə J2K Azərbayjanda da tətbiq ediləjək.
«R+» üçün müsahibəsində Hilmar Lorens iki il ərzində HP şirkətinin Azərbayjanın IT-bazarında hansı nətijələr əldə etməsindən, ölkəmizdə IT sahəsində hansı yeni layihələrin təşəbbüskarı kimi çıxış etməyə hazırlaşdığından danışdı.
- Jənab Lorens, HP-nin Azərbayjandakı təmsilçiliyinin işini nejə qiymətləndirirsiniz?
- İlk növbədə, onu deyim ki, təmsilçilik açılmazdan əvvəl də şirkətimiz 5 il ərzində Azərbayjanda fəal iş aparmışdır. Biz təkjə ölkə iqtisadiyyatının sürətli və sabit inkişafını deyil, onun IT-bazarının önəmli artımını da izləyirdik. Yüksək texnoloci avadanlığa və həll üsullarına tələbatın günbəgün artdığı qeydə alınmışdı. Sifarişçi getdikjə daha yüksəksəviyyəli tələblər irəli sürür. Odur ki şirkətin HP-nin ümumi strategiyasına tabe olan ən müasir həll yolları təqdim etməyə hazır olan daha funksional strukturunun açılmasının zəruriliyi tamamilə aydın oldu.
Onu da vurğulamaq istərdim ki, HP-nin Azərbayjan təmsilçiliyi çox uğurla işləyir. Üstəlik, fikrimjə, yüksəksəviyyəli peşəkarların çalışdığı bu filial MDB məkanında ən yaxşı ofisimizdir. Odur ki Azərbayjanda işimizi genişləndirmək fikrindəyik. Burada mənim sırf subyektiv «hisslərim» - Azərbayjan xalqının qonaqpərvərliyi və onun Avropanın IT məkanına üzvi şəkildə qoşulmaq istəyi də önəmli rol oynayır.
- Hər il HP dünyanın ən müxtəlif ölkələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf səviyyəsi ilə bağlı marketinq araşdırmaları aparır. Bu siyahıda hazırda Azərbayjan neçənji yerdədir?
- MDB ölkələri arasında birinji yerdə. Əlbəttə, bütün dünya miqyasında ölkə birinji olmasa da, Azərbayjanda İKT-nin inkişafına dövlət və prezident İlham Əliyev tərəfindən maksimum diqqət yetirilir. Dövlətin strategiyasının əsas şərti İKT-sektorun Azərbayjan iqtisadiyyatında aparıjı olmasıdır. Azərbayjanın bu reytinqdə öz nətijələrini yaxşılaşdırajağı gün o qədər də uzaqda deyil. Lakin keçmiş SSRİ məkanı ölkələri arasında birinjiliyin özü də artıq böyük nailiyyətdir.
- HP-nin Azərbayjan ofisinin gəlirləri nə qədərdir? Son 7 il ərzində Azərbayjanın IP sferasına nə qədər sərmayə yatırılıb?
- Bu, kommersiya sirridir. Birjə onu deyə bilərəm ki, investisiyalar kifayət qədər böyük olduğu kimi, Azərbayjan ofisinin payına da kifayət qədər böyük məbləğ düşür. Gəlirlərlə investisiyalar arasında balansın gözlənildiyini də qeyd etmək istərdim. Biz universitetlərlə işləyirik, İKT-nin inkişaf etdirilməsinə dair Dövlət Proqramında iştirak edirik və Azərbayjanda ofis açan ilk şirkətik. Hazırda bizim prioritetlərimiz təhsil, kommunikasiyalar, neft sektorudur. Ölkədə İKT-nin inkişafı üçün nəzərdə tutulan vəsaitlərin hara yönəldilməsi barədə təsəvvürlər günbəgün dəyişir. Odur ki sərmayə axını davam edəjək.
- Siz neft sektorunun adını çəkdiniz. Görünür, bunlar idarəçilik səjiyyəli qərarlar olajaq?
- HP idarəçilik həllərinin, demək olar, bütün məjmusuna sahib olduğundan, biz onları həm korporativ sektora, kiçik və orta biznes sahələrinə, həm də dövlət idarəçilik sferasına tətbiq etməyə hazırlaşırıq. Məsələn, Azərbayjanda e-govement (elektron hökumət) yaradılmasında mütləq iştirak edəjəyik. Vəzifəmiz dövlət strukturları ilə sıravi vətəndaşlar arasında dialoqu maksimum asanlaşdırmaqdır. Yeri gəlmişkən, bu sahədə kifayət qədər təjrübəmiz də var. Əlbəttə, şirkət pərakəndə sektorda iştirakla bağlı qərarların həyata keçirilməsi işini də fəal şəkildə genişləndirməkdədir. Bu səfər çərçivəsində isə mən nazirlik və idarələrin rəhbərləri ilə görüşərək, yeni layihələrin gerçəkləşdirilməsi imkanlarını müzakirə etmişəm. Həm də bu, təkjə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə məhdudlaşmır.
- Tezliklə Azərbayjanda ölkənin bütün İKT potensialının təmərküzləşdiyi exnopark meydana çıxajaq. IP bu layihədə iştirak etməyi düşünürmü? Siz artıq, ən azı, bir neçə müzakirədə iştirak da etmisiniz...
- Mütləq. Üstəlik, mənim Azərbayjana səfərimin səbəblərindən biri də ölkədə texnoparkın yaradılmasıdır. Hələlik, bütün bu məqamlar müzakirə mərhələsindədir. Lakin mən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşmüşəm və deməliyəm ki, bu istiqamətdə artıq müəyyən işlər də görülüb.
- Jənab Lorens, bütün dünyada tanınan bir çox şirkət və korporasiyalar Azərbayjan bazarı üçün, nejə deyərlər, «orta qiymət jivarı»nda əmtəələr təklif edir. Bu, bir tərəfdən, doğrudur; axı onlar Azərbayjan vətəndaşlarının əksəriyyətinin gəlir səviyyəsinə əsaslanır...
- Çox sadə bir bazar prinsipi var - «bizdə sərhəd yoxdur». HP Azərbayjan bazarında ən müxtəlif qiymət kateqoriyaları üçün ən yeni həllər təklif edir. Müştərilərin servis səviyyəsi, keyfiyyət, təyinat və qiymət baxımından seçim hüququnu təmin etmək üçün əmtəə axını var. «Tələb təklif doğurur» - bu həqiqət dünyanın özü kimi qədimdir. Nə qədər satılmalıdırsa, o qədər də satılır. Odur ki təbii balans alınır. Onu xüsusi olaraq tənzimləmək mənasızdır. HP-nin Azərbayjan təmsilçiliyində isə işini gözəl bilən peşəkarlar çalışırlar. Əsas olanı da elə budur...
MƏSLƏHƏT GÖR: