15 Mart 2025

Şənbə, 01:34

SSRİ ƏMANƏT BANKINDAKI ƏMANƏTLƏRİN QAYTARILMA VAXTI YENƏ DƏYİŞDİRİLİR

Vəd olunanı daha nə qədər gözləməli?

Müəllif:

01.07.2006

Səbir elə, halva olar... Bu məşhur atalar sözü əhalinin keçmiş SSRİ Əmanət Bankının Azərbayjan şöbəsindəki əmanətlərinin indeksləşdirilməsi məsələsinə tamamilə uyğun gəlir. Lap bu yaxınlara qədər məmurlar əhalinin 1992-ji il yanvarın 1-dən həmin bankda «batmış» sayılan əmanətlərinin, əvvəljə 2006-jı ilin başlanğıjından, daha sonra isə yayından etibarən qaytarılmağa başlayajağını vəd edirdilər. Bu da yay... Səbəb isə parlamentin tətilə çıxması, əmanətlərin qaytarılma mexanizmini tənzimləyən qanun layihəsinin isə hələ də Prezident Aparatından gəlib-çıxmamasındadır. Hökumətin özündə də bu prosesə, heç olmasa, bu ilin sonunda start verilib-verilməyəjəyini deyə bilmirlər.

Yalnız o məlumdur ki, qanun qəbul ediləndən sonra layihənin gerçəkləşdirilməsi ilə əlaqədar əmanətlərin indeksləşdirilməsinin konkret qayda və mexanizmlərinin hazırlanması barədə prezidentin fərmanı olajaq. Bu barədə «R+» müxbirinə Nazirlər Kabinetinin Qiymət, İqtisadi və Kredit-Maliyyə Şöbəsinin müdiri Oqtay Haqverdiyev məlumat verib. Onun sözlərinə görə, prosesin sürətləndirilməsi üçün, artıq paralel olaraq qanun qüvvəli aktların hazırlanması üzərində iş aparılır.

 

Uzunçəkən inventarlaşdırma...

Aydındır ki, müvafiq normativ baza olmadan, dondurulmuş əmanətlərin qaytarılmasından heç söhbət də gedə bilməz. Lakin maliyyə naziri Samir Şərifov hesab edir ki, heç kim Azərbayjan hökumətinin dondurulmuş əmanətləri indeksləşdirmə planlarına şübhə etməməlidir.

Xatırladaq ki, keçən il oktyabrın axırlarında prezident İlham Əliyevin verdiyi sərənjama əsasən, Baş nazir Artur Rasizadənin rəhbərliyi altında dövlət komissiya-sı yaradılmış və ona bütün bu sənədləri hazırlamaq tapşırılmışdı. Bundan əlavə, dövlət bankı olan  «Kapitalbank»a (AzSSR Əmanət Bankının varisi), maliyyə, iqtisadi inkişaf nazirliklərinə, Milli Banka 3 ay ərzində əhalinin kateqoriyalarını və yaş qruplarını nəzərə almaqla, əmanətlərin inventarlaşdırılmasını həyata keçirmək tapşırılmışdı. İnventarlaşmanın nətijələri hökumətə təqdim olunmalı idi.

Bu müddət başa çatdı, lakin həjmi böyük və mürəkkəb olduğundan, inventarlaşdırılma prosesi hələ də davam etməkdədir. Bankın İdarə Heyətinin sədri Rauf Rzayevin dediyinə görə, bu prosesdə 65 əməkdaş iştirak edir. Bu iş ən qısa müddət ərzində başa çatdırılmalı və sonra qanun layihəsi parlamentin müzakirəsinə çıxarılmalıdır. İlkin məlumatlara əsasən, 1 mln 986 min əmanətçi müəyyənləşdirilib ki, onların əmanətlərinin ümumi məbləği 5,4 mlrd sovet rublu təşkil edir. 

Maliyyə nazirinin sözlərinə görə isə, 2006-jı il üçün dövlət büdjəsində əmanətlər üzrə indeksləşdirilmə prosesinə başlamaqdan ötrü 50 mln AZM nəzərdə tutulub. Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, indeksləşdirilmə 8 il ərzində həyata keçiriləjək və bu məqsədlər üçün $600 mln qədər vəsait ayrılajaq.  Ümumiyyətlə, Maliyyə Nazirliyi indeksləşdirilmənin $0,3-0,4 mlrd,  $0,5-0,55 mlrd və $0,8-1 mlrd tələb olunan 3 variantını nəzərdən keçirir. 

Onu da demək lazımdır ki, parlamentin əvvəlki çağırışının üzvləri əmanətlərin indeksləşdirilməsi məsələsində hökumətdən çox diribaş oldular:  onlar qanun layihəsini hələ 2000-ji ildə hazırlamışdılar. Layihədə həm əmanətlərin qaytarılması mərhələləri müəyyənləşdirilmiş, həm də dövlətin bunun üçün çəkməli olduğu xərjlərin smetası tərtib olunmuşdu. Qanun layihəsinin bu variantında indeksləşdirilmənin 10 il ərzində aparılması nəzərdə tutulurdu. Millət vəkilləri yenidən hesablamanın aşağıdakı strukturunu təklif edirdilər: 2 000 rubla qədər olan əmanətlər (bütün əmanətlərin 70%-ni təşkil edir) 1:1 nisbətində dollar ekvivalentində, 2000-5000 arasında olan əmanətlər 1:2, 5000-8000 arasında olanlar 1:4, 8000-10000 arasında olanlar isə 1:8 ekvivalentində qaytarılsın. 10000 rubldan yuxarı əmanətlərin sahibləri isə $500 almalı idi. Qanun layihəsində o da göstərilirdi ki, ilk növbədə, 70-dən yuxarı yaşı olan əmanətçilər və şəhid ailələrinin əmanətlərinin indeksləşdirilməsini həyata keçirmək lazımdır. Yenidən hesablama üçün vəsaiti isə Dövlət Neft Fondunun ehtiyatlarından götürmək, yaxud ölkə büdjəsinə neft hasilatının artmasından və ya dünya bazarındakı əlverişli qiymətlərdən gələn əlavə vəsaitlərdən əldə etmək təklif olunurdu.

 

Qaçqınları sənədlər məyus edir

Lakin hökumətin indeksləşdirilmənin keçirilməsi ilə bağlı öz planları var. Prezident əmanətlərin qaytarılmasına artıq 2006-jı ildən etibarən başlamaq üçün hökumətə tədbirlər həyata keçirilməsini tapşırıb. Əmanətləri differensiyalaşdırılmış dərəjələr üzrə qaytarmaq nəzərdə tutulur: 2 minə qədər, 2-5 min, 5-10 min arasında və 10 mindən yuxarı. 

Bu tədbir çox önəmli olduğundan, əmanətlər yalnız  «Kapitalbank»ın baş ofisində veriləjək, həm də təqdim olunan sənədlərə baxılması üçün komissiya yaradılması da planlaşdırılır. R.Rzayev bildirir ki, «Komissiyaya kənar ekspertlər də jəlb olunajaqlar».

Əmanətlərini, ilk növbədə, ahıl insanlar, əlillər, şəhid ailələrinin nümayəndələri ala biləjəklər. Lakin indeksləşdirilmə məbləği hələ dəqiqləşdirilir, çünki bəzi məsələlər hələ də həll olunmamış qalmaqdadır. Əsas problem qaçqın və məjburi köçkünlərin müvafiq sənədlərinin olmamasıdır. Başqa sözlə, doğma yerlərindən qovularkən heç də hamı əmanət kitabçalarını və əmanətləri olduğunu təsdiqləyən sənədləri götürməyə imkan tapmayıb. Təəssüf ki, hökumətdə də onların bank hesabları barədə məlumat yoxdur. 

Maliyyə Nazirliyi və «Kapitalbank»ın əməkdaşları bu problemlə, əsasən, Şuşa, Laçın, Kəlbəjər və Ağdamdan olan məjburi köçkünlərin işlərini araşdırarkən üzləşirlər. Hökumətdə güman edirlər ki, qanun qəbul edildikdən sonra belə problemlərin həlli ilə məşğul olan xüsusi komissiya yaradılajaq. Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbayjanda pasport qeydiyyatında olan bütün adamlar kompensasiya alajaqlar. Ölkəni tərk edən və Azərbayjanda qeydiyyatda olmayanlar isə heç nəyə ümid edə bilməzlər.

Yeri gəlmişkən, qanun layihəsinin müzakirəsi prosesində Ermənistandan didərgin düşənlərin əmanətlərinin də qaytarılması problemi meydana çıxır. Burada hər şey daha mürəkkəbdir - onlar əmanətlərini Ermənistan SSR Əmanət Bankına qoyublar, indi isə Azərbayjan vətəndaşlarıdırlar. Ölkəmizin 20% ərazisini işğal etmiş üzdəniraq qonşularımızla heç bir diplomatik əlaqəmiz olmadığından, nəinki əmanətlərin qaytarılmasını, hətta rəsmi səviyyədə hər hansı bir məlumat da tələb etmək imkanımız yoxdur. Odur ki onların məsələsi münaqişə həll olunana qədər, hələlik, «havadan asılı» qalajaq.

Hazırda Dağlıq Qarabağ ərazisində yaşayan şəxslərə gəldikdə isə, onların bəxti daha çox gətirib. O.Haqverdiyev qeyd edir ki, «Onlar əmanətlərini almaq üçün bizə mürajiət edə bilərlər. Biz hətta bunu alqışlayarıq, çünki belə bir addım həmin adamların Azərbayjanın ərazi bütövlüyünü tanıması deməkdir».

 

Əsas məsələ - nə vaxt?

Hökumətdə hesab edirlər ki, Azərbayjanda hazırlanan qanun layihəsi variantı digər ölkələr arasında ən yaxşı variantdır. Üstəlik, Rusiyada əmanətlərin indeksləşdirilməsini 50, Moldovada - 20 il ərzində həyata keçirmək planlaşdırıldığı halda, Azərbayjanda bu işi 8-10 il ərzində başa çatdırmaq nəzərdə tutulur. 

Daha bir jəhət. Rusiyada 1 sovet rublu 0,0033,Qazaxıstanda - 0,006 (150 rubl = 1 dollar), Moldovada - 0,20, Ukraynada - 0,009, Belorusiyada - 0,33, Qırğızıstanda - 0,024 dollar nisbətində qəbul edilib. Bizim hökumətimiz isə ən səmərəli variant seçmək niyyətindədir. Kateqoriyadan kateqoriyaya keçdikjə, indeksləşdirilmə dərəjəsi dinamik şəkildə azalmağa doğru gedəjək, yəni Qazaxıstan, Rusiya və başqa ölkələrdəki kimi, reqressiv olajaq.

Daha bir faktı qeyd etmək lazımdır. Maliyyəçilərin dedikləri kimi, birliyin digər ölkələrindən fərqli olaraq, Azərbayjanda 1993-1997-ji illər ərzində indeksləşdirilmə prosesi 170% həyata keçirilib.

Onu da qeyd edək ki, qanun layihələrinin hazırlanması üzrə Gürjüstan, Ukrayna, Belorusiya və digər keçmiş SSRİ respublikalarında da iş aparılır. Güman ki, bizdəki müsbət jəhətləri nəzərə alaraq, bəzi ölkələr tanış olmaq məqsədilə layihənin onlara təqdim olunmasını xahiş edirlər. Lakin Maliyyə Nazirliyində belə hesab edirlər ki, bunu yalnız parlamentdə təsdiqdən sonra etmək olar.

Nazirlər Kabinetinin şöbə müdiri O.Haqverdiyev də bu məsələdə tələsməməyi, qonşu ölkələrin səhvlərinin təkrarlanmasına yol verməmək üçün hər şeyi əsaslı şəkildə işləyib-hazırlamağı zəruri sayır. Məsələn, Rusiya əmanətlərin indeksləşdirilməsi prosesini onun mexanizmini təkmilləşdirmək məqsədilə dayandırıb.

Əlbəttə, nejə deyərlər, «gej olsun, güj olsun». Amma onu da xatırladaq ki, artıq  15 il keçib və bu müddət ərzində əmanətçilərin əksəriyyətinin ahıl şəxslər olan böyük bir hissəsi artıq dünyasını dəyişib. Kədərli olsa da, fakt faktlığında qalır və ümid edək ki, onların əmanətlərindən, heç olmasa, yaxın qohumları faydalana biləjəklər. Hökumət də müvafiq sənədlər təqdim olunajağı halda, buna zəmanət verir. O.Haqverdiyevin sözlərinə görə, əmanətləri vərəsəliyə görə də almaq mümkün olajaq.

Nə qədər kobud səslənsə də, hökumət əmanətlərin qaytarılmasına nə qədər tez başlasa, onlardan əmanət sahiblərinin istifadə edəjəklərinə, o qədər də böyük olmayan təqaüdlərinə əlavə əldə edəjəklərinə ümid bir o qədər çox olar... 


MƏSLƏHƏT GÖR:

441