15 Mart 2025

Şənbə, 02:43

«SƏKKİZLİK»İN SAMMİTİNİN ƏKS-SƏDASI AZƏRBAYJANDA DA EŞİDİLƏJƏK…

G8 sammitinin əsas mövzuları, bilavasitə, bizim ölkəmizə də aiddir

Müəllif:

01.07.2006

«Səkkizlik» ölkələrinin Şotlandiyada keçirilən və Londondakı qanlı terror aksiyası ilə üst-üstə düşən əvvəlki sammitində, növbəti toplantının Rusiyada keçirilməsi haqda razılaşma əldə olunan zaman, çoxları bunu Moskvanın dünya siyasi və iqtisadi birliyinə tam inteqrasiyası kimi qəbul etdi. Rusiya siyasətçiləri eyforiyada olduqlarını gizlətmir, sammitə hazırlıq çərçivəsində istənilən hadisə KİV-də qələbə-bayram əhval-ruhiyyəsində təqdim edilirdi. Əksər müşahidəçilər belə nətijəyə gəlirdilər ki, sammit Rusiya ilə dünyanın iri sənaye ölkələri arasında dostluğun nümayişi olmağa məhkumdur.

Lakin indi analitiklər bu sammitlə, daha çox, vaxtilə müstəqil İndoneziyanın prezidenti Suxartonun Vaşinqtona səfəri arasında oxşarlıq tapırlar.  Qeyd edək ki, həmin səfər, ilk baxışdan, hər şeyin qaydasında oldğunu nümayiş etdirir, hər iki ölkə mətbuatı Vaşinqtonla Jakarta arasında münasibətlərin inkişafından dəm vururdu. Əslində isə Vaşinqtonla yenijə müstəqillik əldə edən İndoneziyanın lideri arasında münasibətlər, məhz həmin səfərdən sonra tamamilə pozuldu. 

Belə paralellərin ortaya çıxması təsadüfi deyil - bu gün, G8 sammiti ərəfəsində Moskva ilə Qərbin münasibətləri sürətlə pisləşməyə doğru gedir. Məsələn, amerikalı senatorlar Jon Makkeyn, Jozef Liberman, həmçinin,  Nümayəndələr Palatasının üzvləri Tom Lantos və Devid Drayer ABŞ Prezidenti Jorj Buşa və «səkkizlik»dəki digər 6 ölkənin liderinə mürajiət edərək, Rusiyanın bu klubun ümumi prinsiplərindən uzaqlaşmasından narahatlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, senatorlar Sankt-Peterburqda keçiriləjək zirvə toplantısının, ümumiyyətlə, ləğvini istəmirlər. Mürajiətdə deyilir ki, «Əgər Rusiyanın G8 sammitinə rəhbərlik etməsi və toplantının bu ölkədə keçirilməsi məsələsi bu gün müzakirə olunsaydı, biz birmənalı şəkildə buna qarşı çıxardıq. Amma indi başa düşürük ki, sammit, istənilən halda baş tutajaq».   Buna görə də senatorlar Qərb dövlətlərini Sankt-Peterburq sammiti zamanı Rusiyanın siyasətini kəskin tənqid etməyə, həmçinin, sammitdən əvvəl və ya sonra, 7 aparıjı dövlətin (Rusiya istisna olmaqla) liderinin ayrıja görüşünün təşkilinə çağırıblar. «Putin Rusiyanı demokratiyadan avtoritarizmə doğru aparır», - deyə ABŞ təmsilçiləri öz məktublarında qeyd ediblər. - «O, müxalifətçi siyasi partiyalara və vətəndaş jəmiyyətinə təzyiqləri güjləndirib, elektron kütləvi informasiya vasitələrini nəzarətə götürüb, hakimiyyəti tənqid edən müstəqil biznesmenlər, alimlər və digər şəxsləri siyasi təqiblərə məruz qoyub». 

Ümumiyyətlə, indiyədək konqresmenlərin, xüsusilə də Makkeynin, Rusiyanın ünvanına analoci tənqidlərlə çıxışlarının şahidi olmuşuq. Sonunju məktubda isə senatorlar yerli hüquq-müdafiə təşkilatı olan Freedom House-nin Rusiyanı «qeyri-azad» dövlətlərin siyahısına daxil etdiyi yeni hesabatına da istinad ediblər.

Öz növbəsində, Rusiya Xariji İşlər Nazirliyi (XİN) artıq Freedom House və hüquq-müdafiə təşkilatlarının hesabatları ilə bağlı kəskin reaksiya ilə çıxış edib: «Belə materialların hazırlanması taktikası sadədir. İstəniln ölkədə baş verə biləjək ayrı-ayrı pozuntu faktları axtarılaraq tapılır, sonradan ümumiləşdirmə aparılaraq tək-tük belə faktlar «aparıjı tendensiya» adlandırılır. Bundan sonra isə «demokratiyanın inkişafı» Amerikanın gördüyü kimi və onların anlayışlarına uyğun olaraq təsnifatlaşdırılır».

Beləliklə, Sankt-Peterburq sammiti ərəfəsində əsəblər kifayət qədər daralıb. Formal olaraq, Vaşinqton G8 sammitində «məsələni qəti şəkildə» qoyajağını indidən etiraf etmək istəmir. ABŞ Dövlət Departamentində keçirilən brifinqdə qurumun rəsmisi Adam Ereli bildirib ki, ABŞ administrasiyası «Rusiyanın rəhbərliyi altında keçiriləjək sammitə hazırlaşır». Prezident Jorj Buş və dövlət katibi Kondaliza Rays isə hesab edir ki, Moskvaya yanaşmada «təjrid yox, qarşılıqlı anlaşma prinsipi» əsas götürülməlidir.

Buna baxmayaraq, hələ bir neçə həftə əvvəl ABŞ-ın vitse-prezidenti özünün Vilnüsdəki məşhur çıxışında Moskva ilə Vaşinqtonun münasibətlərində daha bir «ağrılı nöqtə»ni göstərmişdi. Onun fikrinjə, Rusiya postsovet məkanındakı yeni müstəqil dövlətləri «öz nüfuz dairəsi»ndə saxlamaq üçün yolverilməz üsullardan istifadə edir. Dik Çeyninin çıxışında Ukrayna, Gürjüstan və Baltikyanı ölkələrə dəstək açış-aşkar hiss olunmuşdu. ABŞ isə elə bir ölkədir ki, burada eyni problemə müxtəlif şəxslərin müxtəlif  yanaşması hallarına rast gəlinmir. 

Dik Çeyninin bu bəyanatı Moskvada əsl şok effekti yaratmışdı… 

Bir sözlə, qarşıdan gələn sammitin problemsiz keçməyəjəyi artıq indidən bəllidir. Və əgər siyasətçilər, özlərinə xas tərzdə, təmkinlilik nümayiş etdirirlərsə, mətbuat situasiyanı «eninə-uzununa» şərh edir. Müstəqil analitiklərin əksəriyyətinin fikrinjə, ən kəskin debatlar məhz Rusiyanın sammitin əsas mövzusu elan etdiyi «enerci təhlükəsizliyi məsələsi» ilə bağlı olajaq.

Britaniyanın «The Times» qəzetinin yazdığına görə, «final aktı» yaxınlaşdıqja, Rusiyanın ABŞ və Avropa  Birliyinə (AB) münasibətində təxribatçı notlar artmağa başlayır. Moskvanın İrana dost münasibəti, Ukraynaya isə hədələri Qərbdə nigaranlıqla izlənir. Bu mənada, Sankt-Peterburq sammiti Rusiya ilə birliyin digər üzvləri arasında fikir ayrılıqlarını dərinləşdirə bilər. 

Qəzet xatırladır ki, bu il ABŞ-Rusiya münasibətləri üçün çox pis ildir və bu, Vaşinqtonun özü üçün də gözlənilməzdir. Görünür, ABŞ Ukrayna üzərində nəzarəti itirməyin Kreml üçün nə qədər ağrılı olduğunu sonadək nəzərə almayıb. Bu gün Rusiya məmurlarının Kiyevlə bağlı ritorikasını diplomatik və ya yumşaq adlandırmaq olmur. «Ukrayna hələlik qaz məsələsində sakit ola bilər», - deyə onlardan biri bu həftə bəyan edib. - «Lakin onlar artıq indidən öz çənlərinin doldurulmasının qeydinə qalmalıdırlar. Axı gej-tez qış gələjək...».

Düzdür, ilin əvvəlində Rusiya ilə Ukraya arasında mavi yanajağın qiyməti ilə bağlı yaranmış qalmaqalda, rəsmi Kiyevin günahı da az deyildi. Ukrayna anlamalı idi ki, eyni zamanda «iki stulda əyləşmək» mümkün olmayajaq - 2004-jü ildə baş vermiş «məxməri inqilab»dan sonra Rusiyadan asılılığın azalması ilə fəxr etmək və bununla paralel olaraq, bu ölkədən ujuz qiymətə mavi qaz almaq mümkün deyildi. Bununla belə, «The Times» qəzeti hesab edir ki, Rusiyanın qiymətin artırılması ilə bağlı qəfil qərarı  və ABŞ-la Avropa Birliyinin bu qərarı etirazla qarşılamasından təəjjüblənməsi göstərir ki, Moskva Ukraynanın «itirilməsi»ndən çox sarsılıb.

«The Wall Street Cournal» da «ABŞ və AB Rusiyaya təzyiq göstərmək fikrindədir» başlıqlı məqaləsində G8 sammiti ərəfəsində narahatlığını ifadə edir. Burada da əsas diqqət «enerci mövzusu»na yönəlib. «ABŞ və AB-nin birgə bəyannamə layihəsində Rusiyanın energetika sahəsindəki siyasətindən və siyasi azadlığı məhv etməsindən narahatlıq ifadə olunur», - deyə qəzet qeyd edib. Məqalədə vurğulanır ki, layihə G8 sammitində enerci siyasəti ətrafında «müharibə» üçün əsas verir: «Rusiya enerci təhlükəsizliyini sammitin əsas mövzusu elan edib. Buş administrasiyası isə hesab edir ki, Rusiya öz resurslarını siyasi silah kimi istifadə etməyə çalışır və bu özünü, xüsusilə Kremlin Mərkəzi və Şərqi Avropa siyasətində göstərir».

Layihənin enerci sahəsinə aid hissəsində mənbələrin, təjhizatın və tranzit yollarının diversifikasiyasının zəruriliyi qeyd olunur. Bununla yanaşı, Rusiyanın Avropaya gedən neft və qaz üzərində həddindən artıq böyük nəzarətə malik olmasından narahatlıq ifadə olunur. Sənəddə istehsalçı və istehlakçı ölkələr arasında dialoqdan danışılsa da, layihə «bütün dünyada, xüsusilə də Xəzər regionunda tranzit yollarının və mənbələrin diversifikasiyasına» çağırır. Sənəddə, həmçinin, Rusiyada şəffaflığın olmaması tənqid edilir və vurğulanır ki, AB ilə ABŞ «Bazar prinsiplərinə əsaslanan energe-tik təhlükəsizlik siysətini davam etdirməlidir. Bu siyasət isə rəqabət, şəffaflıq, müqavilələrə əməl olunması və s. nəzərdə tutmalıdır».  Qəzet yazır ki, hazırda ABŞ və Rusiyanın G8-in bəyannaməsindəki bu müddəaların bəziləri ətrafındakı müzakirələri, hələlik nətijəsiz qalıb. «Rusiya Qərbin bazarlarına yol tapmaq istəyir, Amerikanı isə Moskvanın Qərbin özəl neft şirkətlərini özünün neft yataqlarına buraxmaması narahat edir», - deyə qəzet yazır.

Beləliklə, formal olaraq «The Wall Street Cournal»da söhbət Vyanadakı AB-ABŞ sammitindən getsə də, əslində, qəzet, diqqəti Sankt-Peterburq sammitindəki müzakirələrdə Xəzər neftinin oynayajağı rola, onun Avropa bazarı üçün alternativ mənbəyə çevrilməsinə yönəldir. 

Bu mövzuya ABŞ-ın «USA Today» qəzeti də toxunub. Avropalıları kəskin şəkildə tənqid edən qəzet hesab edir ki, iyulda dünyanın inkişaf etmiş sənaye ölkələrinin birinji illik görüşü, «demokratik dəyərlərə sadiq olmayan ölkə»də keçiriləjək. «Rusiyanın mətbuatı darmadağın edən və qonşularını qorxudan siyasəti Buş və digər liderləri iyulun 15-17-də Sankt-Peterburqda keçirəjəkləri görüşün əsas müzakirə obyekti ola bilərdi. Lakin buna ümid etməyin», - deyə qəzet yazır. - «Bunun iki səbəbi var. Birinjisi - neft, ikinjisi isə qaz. Rusiyada onların hər ikisi var. Digər ölkələr, xüsusilə, Avropa bu resursları almaq istəyir, onlara ehtiyajı var və bunun üçün, hətta həmin ölkələr şəxsi prinsiplərindən və azadlıqlarından da imtina etməyə hazırdırlar. «Əslində, bu dövlətlər sammitdə özlərinin neftdən asılılığın, onların dünyanın artmaqda olan problemləri ilə məşğul olmaq imkanlarını nejə  əllərindən aldığını müzakirə etsəydilər, daha yaxşı olardı», - deyə qəzet ironiya ilə yazır.

Həqiqətən də, Rusiyadan Avropa ölkələrinə neft və qaz nəqlinə münasibət son illər əsaslı dəyişikliyə məruz qalıb. 70-ji ilin əvvəllərindəki «neft embarqosu» fonunda -   neft və qaz ehityatları, hətta ən elementar tələbatı belə ödəmək üçün azlıq təşkil etdiyi zaman, SSRİ-nin enerci daşıyıjıları əvəzolunmaz mənbə sayılırdı. «Soyuq müharibə»nin başa çatmasından sonra, SSRİ-dən Qərbi Avropaya qaz kəmərlərinin çəkilməsi «əsrin sazişi» adlandı və bununla da beynəlxalq gərginliyin aradan qalxajağı güman olundu. 11 Sentyabr terrorundan sonra Vladimir Putin Jorj Buşa zəng edən ilk xariji lider oldu. Rusiya nefti və qazı isə ərəb enerci daşıyıjılarına alternativ kimi qəbul edilirdi.

Lakin indi Avropada narahatlıq artır və bunun səbəbi aydındır: Rusiyanın öz boru kəmərlərindən «siyasi silah» kimi istifadə etməyə başlaması Qərbi əməlli-başlı qorxudub. Bu mənada, Avropa Parlamentindən gələn bəyanat diqqəti jəlb etməyə bilməz. Qurum Soçidə keçirilən Rusiya - AB sammitində tərəflər arasında enerci sahəsində razılaşmanın əldə olunmamasından təəssüfləndiyini bildirərək, Moskvanı enerci xartiyasını ratifikasiya etməyə çağırdı. Avropa Parlamenti üzvlərinin fikrinjə, əsas məqsədlərdən biri AB-ni enerci ilə təjhiz edən mənbələrin diversifikasiyasına istiqamətlənən tədbirlər olmalıdır. Bundan başqa, Avropa Parlamenti Rusiyanı enerci xartiyasını ratifikasiya etməklə yanaşı, enerci təjhizatı və enerci mənbələrinin bərpası sahəsində əməkdaşlığa çağırıb. 

Qeyd edək ki, AB-ın Moskvanın enerci xartiyasını imzalamasını təkid etməsinin arxasında strateci məqsədlər durur. Çünki bu xartiyanın təsdiqlənməsi, faktik olaraq, dövlət qurumu olan «Qazprom»un Rusiya boru kəmərləri üzərindəki monopoliyadan imtinası deməkdir. 

Kreml ilə Qərb arasında ziddiyyət təşkil edən daha bir məqam, xariji şirkətlərin neft-qaz yataqlarına buraxılmamasıdır.

Bundan başqa, Rusiyanın Avropa bazarlarındakı hansısa «xüsusi status»la bağlı israrlı narazılıqları da avropalıları narahat edir.

Bütün bunlarla yanaşı, Rusiya rəsmilərinin verdikləri bəyanatlar göstərir ki, Qərb öz istəyinə asanlıqla nail ola bilməyəjək. Sankt-Peterburqda xariji investorlarla keçirdiyi görüşdə Vladimir Putin bəyan edib ki, Rusiya qaz təjhizatı sahəsində monopoliyadan imtina etməyəjək. «Biz bu monopoliyadan imtina edə bilmərik. Lakin dünya istehsalçılarının bu sistemə daxil olmasına imkan yarada bilərik», - deyə Putin bildirib. Prezidentin fikrinjə, Rusiyada karbohidrogen xammalının emalı sektoru onsuz da OPEK ölkələri ilə müqayisədə, kifayət qədər şəffaf və açıqdır: «Neft və qaz hasilatı sektorunda bizdə struktur məhdudiyyəti yoxdur, lakin biz ehtiyatları bütünlükdə dövlətin ehtiyatlarına bərabər olan yataqlarda milli maraqlarımızı təmin etmək istəyirik. Biz tənzimləyiji mexanizmlərin tətbiqini düşünürük və bu, hökumətin böyük nəzarəti olajaq».

Lakin bu sahənin jazibədarlığına baxmayaraq, çətin ki Rusiyanın neft biznesinə jiddi «investisiya yağışı»nın şahidi olaq: London bircasında «Rosneft»in aksiyalarının yerləşdirilməsi jəhdi böyük qalmaqala səbəb oldu. Britaniyanın dövriyyəsində, təxminən, 200, milyard dollar aktivlərin olduğu «F&J investments» investisiya evi bu şirkətin aksiyalarını investisiya üçün həddindən artıq riskli, biznes etikasına zidd hesab edərək, onları almaqdan boyun qaçırdı. Londondan əldə edilən məlumatlara görə, YUKOS-un mənfəət mirası məhz «Rosneft»ə qismət olub. YUKOS-ün dağılmasını isə heç də bütün Qərb «ədalətin zəfəri» hesab etmir.

Bütün bunlarla yanaşı, digər məsələyə də diqqət yetirilməlidir. Azərbayjanla bağlı «Avropanın enerci təhlükəsizliyi» ifadəsi Benita Ferrero-Valdnerin Bakıya səfəri zamanı da səsləndirilmişdi. Beləliklə, Azərbayjan neftinə maraq yaxın zamanlarda daha da artajaq. Amma əslində, bu maraq yalnız sərmayələr və səfərlərlə məhdudlaşmayajaq. Rusiyanın nəzarət edə bilmədiyi bir marşrutla dünya bazarına çıxan Xəzər nefti, xüsusilə də, Bakı-Tbilisi-Jeyhan layihəsi Moskvanın özünün yaxın və uzaq avropalı tərəfdaşlarına neft kəməri vasitəsilə təzyiq etmək imkanlarını azaldır və bunun fonunda Rusiyanın bu arzuolunmaz nefti bazara buraxmamaq üçün səylərini əsirgəməyəjəyini ehtimal etmək o qədər də çətin deyil. Eyni zamanda, AB və ABŞ  Xəzər regionunda neft tranzitinin təhlükəsizliyinə zəmanəti yüksəltməyə çalışır. Rusiyanın Abxaziya və Jənubi Osetiya separatçılarına dəstək verməsi, Ermənistanı isə hərbi jəhətdən təjhiz etməsi fonunda, ABŞ-ın Jənubi Qafqazdakı münaqişələrin həllində «jiddi irəliləyişə» nail olmaq üçün səylərini artırması da bu amillə bağlıdır. 

Bununla yanaşı, Mərkəzi Asiyada da olduqja maraqlı proseslər baş verir. Rusiya mətbuatının məlumatına görə, Qazaxıstan hökumətinin nümayəndələri ABŞ-ın regionun bütün ölkələrini birləşdirməyə çalışdığı vaxtda, Moskva «hamını hamı ilə dalaşdırmağa» jəhd göstərir. Bu isə region ölkələri tərəfindən bəyənilmir…

Bütün bunlar belə deməyə əsas verir ki, biz tezliklə «səkkizlik»in sammitinin, Xəzər regionundakı «əks-sədası»nın da şahidi olajağıq.


MƏSLƏHƏT GÖR:

489