
RUSİYA İLƏ İSRAİL ARASINDA BTJ LAYİHƏSİ
Köhnə tərəfdaşların mümkün təzə rolu barədə
Müəllif: Roman NEYMAN İsrail
BTJ kəmərinin uğurlu inşası bölgənin aparıjı dövlətlərinin bu layihədə iştiraka münasibətinin önəmli dərəjədə dəyişməsinə səbəb oldu. Məsələn, ölkəmizə ənənəvi Bakı neft-qaz sərgisində iştirak etmək üçün gələn İsrailin milli infrastruktur naziri B.Ben-Eliezer ölkəsinin BTJ və BTƏ vasitəsilə neft və qaz idxal etməkdə maraqlı olduğunu açıqlamışdır. Bəzi məlumatlara görə, Ankaraya bu yaxınlarda (may 2006-jı il) baş tutan səfəri zamanı İsrailin Baş nazirinin müavini və xariji işlər naziri Sipi Livni türkiyəli həmkarları ilə söhbətlərdə digər mövzularla yanaşı, ölkəsinin bu layihələrə qoşulması məsələsini də qaldırmışdır.
İsrail tərəfinin marağı başa düşüləndir. BTJ boru kəmərinin istismara verilməsi Azərbayjan neftinin İsrailə çatdırılması üçün zəruri olan «qolun» marşrutunun uzunluğunu 2000 km-dən 600 km-yə qədər qısaldır. Əgər əvvəllər İsrail ölkəmizdən 2 mln t neft alırdısa (illik tələbatı 12 mln t olduğu halda), indi o, alış həjmini əhəmiyyətli dərəjədə artırmağa hazır olduğunu bildirir.
Bundan əlavə, BTJ-yə qoşulması bu ölkəyə gələjəkdə Azərbayjan neftinin Asiya ölkələrinə tranziti ilə bağlı xidmətlərini təklif etmək imkanı da verəjək.
Belə ki, artıq indidən İsrail ekspertləri neftin Jeyhandan Aşkelon limanına çatdırılmasını, oradan isə istismarda olan boru kəməri ilə Eylata qədər nəql edilərək, sonradan tankerlərlə Asiya ölkələrinə aparılmasını təklif edirlər. B.Ben-Eliezerin Bakıda etiraf etdiyi kimi, Çin, Hindistan və digər Asiya ölkələrinin sürətlə inkişaf etməkdə olan iqtisadiyyatları nəzərə alınmaqla, bu layihənin əlverişli iqtisadi perspektivləri var. Məlumat üçün bildirək ki, 1968-ji ildə İran neftinin nəqli üçün inşa olunan Aşkelon-Eylat neft kəməri BTJ-dən Rusiya və Azərbayjan neftinin tranziti üçün revers recimində (Aralıq dənizindən Qırmızı dəniz istiqamətində) də istismar edilə bilər. Güman ki, bu layihənin gerçəkləşdirilməsi Təl-Əviv üçün də önəmli iqtisadi səmərəyə malikdir və onun Yaxın Şərq və Asiya ölkələri üçün siyasi-iqtisadi əhəmiyyətini daha da artırajaqdır.
İsrail hökumətinin təxminlərində Azərbayjan neft və qazının alınmasının ölkənin Misirin EMG (East Mediterranean Gas) şirkətindən asılılıqdan xilas olmağa imkan verməsi də kifayət qədər önəmli amildir. EMG ilə 20 il ərzində qaz tədarükünə dair razılaşma əldə edilməsinə baxmayaraq, Təl-Əviv öz enerci siyasətində bu tərəfdaşının MƏR hökumətinin mövqeyində asılılığını nəzərə almaya bilməz. Həmin mövqenin isə ərəb-İsrail münaqişəsinin növbəti kəskinləşməsi zamanı dəyişməsi tamamilə mümkün haldır.
BTJ layihəsinə qoşulma İsrailin Jənubi Qafqaz məsələlərində rolunun fəallaşmasına da gətirib çıxara bilər. Məsələn, boru kəmərinin təhlükəsizliyinin təmin olunması problematikasının bu ölkənin Azərbayjanla təhlükəsizlik və hərbi-siyasi tərəfdaşlıq sahələrində daha sıx əməkdaşlığı üçün əlverişli zəmin yaratması mümkündür ki, bu da İranın Qara dəniz-Xəzər məkanında nüfuzunu məhdudlaşdırmaq baxımından Təl-Əviv üçün çox önəmlidir. Əgər əvvəllər İranın əks tədbirlərinə və nüfuzlu ərəb ölkələrinin Azərbayjana mənfi münasibətinə rəvaj verməmək üçün İsrail Bakı ilə münasibətlərin formal jəhətini ön plana çəkmir (bu mövqenin əsasını Azərbayjanın zəifləməsinin bölgədə İsrailin fəal rol oynaması şanslarının zəifləməsini qaçılmaz etməsinin dərk olunması təşkil edirdi) və bu məsələlərdə Ankaraya etibar edərək, qeyri-formal İsrail-Türkiyə-Azərbayjan üçbujağı hüdudlarında fəaliyyət göstərməyə üstünlük verirdisə, indi artıq İsrail diplomatiyasının Azərbayjan və Jənubi Qafqaz arenasına daha fəal müdaxiləsi üçün ilkin şərait yarana bilər.
BTJ ətrafında iqtisadi və geosiyasi manevrlərin fəallaşması, bölgənin nüfuzlu dövlətlərinin (Türkiyə və İran bir yana, Qazaxıstan, İsrail) bu layihəyə dürüst açıqlanan marağı Rusiya diplomatiyasının həm bütövlükdə bölgədə, həm də BTJ-yə münasibətdə taktika və strategiyasının deformasiyasına da gətirib çıxara bilər. Ola bilər ki, Türkiyədən keçməklə Azərbayjan qazını alan İsrail əvvəllər planlaşdırıldığı kimi, «mavi axın» vasitəsilə Rusiyadan qaz almaq fikrindən daşınsın. Əgər əvvəllər İsrail «mavi axın»ın İsrail və Livana qədər uzadılmasında maraqlı olduğunu bildirirdisə, indi artıq qaz tədarük etmək üçün (maye şəklində, yaxud boru-kəmər nəqliyyatı vasitəsilə) BTƏ qaz kəmərinin Jeyhana qədər uzadılmasında maraqlı olduğuna açıq-aşkar işarə edir.
Yaranmış durumda, Rusiya neft və qaz təjhizatçıları, onlarla birlikdə isə həm də RF XİN çıxış nöqtəsi Bakı olan boru-kəmər layihələrinə yanaşmalarında düzəlişlər etmək məjburiyyəti ilə obyektiv şəkildə üzləşəjəklər. Rusiya bu layihələrin Türkiyə, İsrail və digər Yaxın Şərq dövlətləri üçün iqtisadi və strateci jazibədarlığı faktını artıq inkar edə bilməyəjək. Təsadüfi deyil ki, Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin başçısı Mixail Margelov İsraili Rusiya nefti ilə təmin etmək üçün Moskvanın da BTJ layihəsinə qoşulmasını nəzərdə tutaraq, Moskva - Ankara - Təl-Əviv enerci üçbujağından söz açır (bax: «Region+» №8, s. 22-23).
Başqa sözlə, Rusiyanın ənənəvi üstüörtülü inkar mövqeyi Moskvanın BTJ və BTƏ layihələrində bu və ya digər formada iştirakda maraqlı olması ilə əvəzlənə bilər. Bu halda, RF-in BTJ layihəsinə Bakı-Novorossiysk boru kəmərindən revers recimində istifadə yolu ilə qoşulması məsələsinin gündəmə gəlməsi qaçılmazdır. Beləliklə, prezident İ.Əliyevin bu marşrutdan Rusiya neftinin nəqli üçün istifadə olunması barədə Moskvaya fevral (2004-jü il) səfəri zamanı səsləndirdiyi təşəbbüs indi gerçəkləşdirilməyə son dərəjə yaxındır. Bölgə ölkələrinin, ilk növbədə, Türkiyə və İsrailin neft və qaz bazarlarında öz mövqelərini qoruyub-saxlamaq və daha da möhkəmləndirmək zərurəti ilə bağlı olan əsas iqtisadi motivdən başqa, əvvəlki qısqanj müşahidəçi mövqedən imtinanın bir sıra əlavə və önəmli geosiyasi üstünlüklər qazanmaq imkanı da Rusiyanın mövqeyinin dəyişməsi üçün əlavə stimul ola bilər.
Birinjisi, Rusiyanın İsraili neft və qazla təjhiz etmək məqsədilə BTJ-yə qoşulması bölgədə onun maraqlarının genişlənməsi üçün «İsrail jığırı»nın, tədrijən, formalaşmasına, Yaxın Şərq ölkələri üçün Rusiyanın obyektiv önəminin artmasına və ən əsası (Moskva üçün), bu ölkənin Yaxın Şərqdə nizamlama prosesinə təsirinin güjlənməsinə gətirib çıxara bilər. İndiki mərhələdə bu sonunju amil Rusiya üçün xüsusilə önəmlidir, çünki həmin prosesə təsir imkanlarından məhrum olan Moskva, əslində, «oyundankənar» durumdadır. Onu da qeyd etmək lazımdır ki, yəhudi dövlətinin təhlükəsizliyi, o jümlədən, enerci təhlükəsizliyi daim Vaşinqtonun diqqət mərkəzindədir. Təsadüfi deyil ki, İsrailin enerci təhlükəsizliyinin təminatına dair mülahizələr, hətta ABŞ-ın BTJ-nin məqsəd və vəzifələrinə dair rəsmi açıqlamalarına da daxil edilmişdir. Odur ki Vaşinqtonun da Rusiya - BTJ - İsrail nəqliyyat-enerci oxunun formalaşmasına jiddi müqavimət göstərəjəyi o qədər də ağlabatan deyil.
İkinjisi, İsrailin enerci tələbatını ödəməklə RF, güman ki, onun «siyasi nüfuz brokeri» rolunu, yəni Təl-Əvivin yəhudi lobbisinə təsir göstərməklə Vaşinqtonda Moskva üçün əlverişli siyasi qərarlar qəbul olunması prosesinə müdaxilə etmək imkanını da nəzərə alajaq və bundan yararlanmağa çalışajaq. Bütövlükdə isə İsrail ABŞ və digər Qərb ölkələrinin Rusiya siyasətinə təsir etmək imkanı Moskvanın bölgədəki nəqliyyat-enerci layihələrinə yanaşmasında aksentlərin dəyişməsi üçün önəmli amillərdən birinə çevrilə bilər.
Üçünjüsü, Azərbayjandan keçən enerci layihələrində iştirak Rusiyanın postsovet «boru-kəmər» məkanında qaz sahəsindəki rəqibləri - Türkmənistan və Qazaxıstanla qarşıdurmadakı mövqelərinin obyektiv şəkildə güjlənməsinə gətirib çıxarajaq. Bu iki ölkənin nəhəng enerci ehtiyatlarına malik olduqları hamıya məlumdur. Yaxın illərdə Türkmənistan qaz hasilatını 120 mlrd kub.m çatdıra bilər ki, bu halda, 100 mlrd kub.m xariji bazarlara çıxarılajaq. Lakin Aşqabatın Avropa istiqamətində qaz ixrajının həjminin artırılmasına yönəldilən jəhdlərinin qarşısını Moskva alır. Qazaxıstana gəldikdə, 2010-ju il üçün bu ölkə qaz hasilatını indiki 26-27 mlrd kubmetrdən 53 mlrd kubmetrə qədər artırmağa qadirdir (2015-ji il üçün 80 mlrd kub.m qaz hasil edilməsi nəzərdə tutulub).
Hasilatın bu həjmlərə çatması ixrajın artmasına səbəb olajaq. Rusiya (şimal) və Çin (şərq) istiqamətlərində hazırda işləyən və planlaşdırılan ixraj kəmərlərinin güjünün kifayət qədər olmadığını nəzərə alsaq, Astana və Aşqabat üçün Azərbayjandan keçməklə Qərb istiqamətində (ola bilsin, planlaşdırılan Transxəzər qaz kəməri vasitəsilə) böyük həjmdə qaz ixrajı məsələsi kifayət qədər aktual ola bilər. Belə olan halda, Moskvanın bölgənin boru kəmər şəbəkəsinin həllediji sahəsi olan Azərbayjan sahəsində öz mövqelərini möhkəmləndirməyin qeydinə qalması ona daha çox səmərə gətirər. Bu yolla Rusiya Mərkəzi Asiyada zaman keçdikjə, bölgədə müvafiq maraq və mənafeləri olan «əcdahalara» çevrilə bilən tərəfdaşlarının qaz ixrajı siyasətinə təsir göstərmək imkanlarını özündə saxlayar.
Yuxarıda sadalanan dəlillər, hələlik, nə Rusiyanın rəsmi şəxsləri tərəfindən aydın təsdiqini tapıb, nə də Moskvanın mövqeyinin real dəyişməsi ilə dəstəklənib. Buna baxmayaraq, biz haqqında danışılan ssenarini kifayət qədər mümkün sayır, Rusiya tərəfinin BTJ və BTƏ kəmərlərinin işə salınmasına reaksiyasının müsbət (gələjəkdə isə mənafeyə əsaslanan) olajağını proqnozlaşdırır və bu kontekstdə, BTJ üzrə tərəfdaşlarımızla (həm İsraildən, həm də Rusiyadan olan) təmaslarda Rusiyanın «boru kəmər» prioritetlərinin dəyişməsinin mümkünlüyünün nəzərə alınmasının zəruri olduğunu hesab edirik.
MƏSLƏHƏT GÖR: