
TANINMAMIŞ QURUMLARIN DEMARŞI
Separatizm hərəkatı «səkkizlər»in sammiti ərəfəsində
Müəllif: İsmayıl Məmmədli Bakı
İyunun 13-də Suxumidə tanınmamış qondarma respublikaların - Jənubi Osetiya, Dnestryanı və Abxaziyanın liderləri toplantı keçirərək bəyannamə qəbul etdilər. Bu sənəd keçmiş Sovet İttifaqı məkanındakı münaqişələr ətrafında yaranmış hazırkı vəziyyəti dəyərləndirmək üçün kifayət qədər informasiya verir. Etnik münaqişələrin həlli məsələsinin «Səkkizlər»in görüşündəjə müzakirə ediləjəyi də nəzərə alınsa, Suxumi görüşünə diqqətin mahiyyəti tam açılmış olar.
Kontekst
Tanınmamış separatçı qurumların liderlərinin toplantısı, demək olar, hər il keçirilsə də, builki toplantı hadisələrin intensivliyi və sürətinin artması kontekstində diqqəti xüsusilə jəlb etdi. Hər şeydən əvvəl diqqəti o məqam çəkir ki, Qərb postsovet məkanındakı münaqişələrin həllinə xüsusi maraq göstərir və təsirini artırmağa çalışır. İndiki mərhələdə Dnestryanıda münaqişəni həll etmək üçün Avropa və ABŞ-ın dəstəyi ilə Ukrayna separtçıların iqtisadi əlaqələrinə məhdudiyyət qoyub. Bu, Moldovada münaqişənin mövjud olduğu dövr ərzində separatçılara qarşı tətbiq olunan ilk və ən təsirli sanksiyadır.
ABŞ dövlət katibinin köməkçisi Metü Brayza və ABŞ-ın Gürjüstandakı səfiri Suxumiyə gedərək, gürjü-abxaz münaqişəsinin həlli üçün təkliflərini irəli təqdim etdilər. Bu onu göstərir ki, ABŞ Gürjüstan ərazisindəki münaqişələrin həllinə daha fəal surətdə müdaxilə etmək niyyətindədir və təkliflər varsa, deməli, bu, əvvəldən planlaşdırılmış bir səfərdir. Brüsseldə isə ATƏT-in rəhbərliyi ilə Jənubi Osetiyanın inkişafı üçün beynəlxalq konfrans keçirilərək, beynəlxalq donor fonduna vəsait yığmağa başladılar. Bu sıraya Gürjüstan Prezidenti Mixail Saakaşvilinin Ağ evə dəvət edilməsi də əlavə edildikdə, proseslərin nejə sürətləndiyi aşkar görünməkdədir.
Nəhayət, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün xüsusi fəallıq göstərərək, onun 2006-jı il ərzində həll edilməsi barədə planlarını açıqladı.
Bütün bunlar onu göstərir ki, sadalanan dörd münaqişə üzrə Qərbin fəallığı artmaqdadır. Bu fəallığın «Səkkizlər»in iyulda Sankt-Peterburqda keçiriləjək sammitində də davam edəjəyi gözlənilir və artıq bu mötəbər toplantının gündəliyində olajağı az şübhə doğurur.
Nəhayət, sözügedən separatçı qurumlardan əziyyət çəkən dövlətlərin toplaşdığı GUAM ölkələrinin dövlət başçılarının Kiyevdə keçirilmiş sammitində münaqişələrin həllinin əsas məsələlərdən biri kimi qoyulması da göstərir ki, separatçı qurumlar ətrafında ötən illər ərzində formalaşmış vəziyyət dəyişməyə doğru hərəkət edir.
Məhz hadisələrin bu kontekstində postsovet məkanındakı dörd tanınmamış separatçı qurumdan üçü Suxumidə toplaşaraq, siyasi və təbliğat xarakterli bəyanat verdilər.
Suxumi bəyanatı - tanınmamışların Rusiya ilə müttəfiqliyinin bir daha təsdiqi
Tanınmamış qurumların Suxumidə qəbul etdikləri bəyanatda elan edilmiş hərbi ittifaqın və sülhməramlı qüvvələrin yaradılması haqda müddəalar təbliğatdan başqa bir şey olmayıb, öz mövqeyində qalmaq haqda iradənin ortaya qoyulması kimi izah edilə bilər. Ona görə ki, joğrafi vəziyyətləri, nə də hərbi və iqtisadi potensialları belə ambisiyalı planların həyata keçirilməsinə imkan vermir.
Odur ki bəyanatın əsas və nəzərə alınması vajib olan təsirli məqamları «Rusiyanın sülhməramlı qüvvələrinin münaqişələrin tam həll olunmasına qədər konflikt zonalarında qalmasının vajibliyi» və Rusiya Federasiyasının «sülhün və sabitliyin qarantı olmaqda davam etməsi» haqda müddəalardır. Separatçı qurumlar birmənalı olaraq, Rusiyaya başqa alternativ görmədiklərini elan etdilər.
Aydın olur ki, sözügedən tanınmamış qurumlar məhz «Səkkizlər»in toplantısı ərəfəsində bəyanat verərək, qarşıdakı müzakirələrdə Rusiyanın mövqelərini möhkəmləndirməyə doğru addım atıblar. Tanınmamış qurumların Suxumi bəyanatı məhz Rusiya diplomatiyasının mövqelərini möhkəmləndirməyə yönəlib. Bu bəyanat Rusiya Prezidenti Vladimir Putinə imkan verəjək ki, münaqişələrin həlli ilə bağlı məsələnin müzakirəsində daha güjlü mövqelərdən çıxış etsin. Odur ki «tanınmamış qurumlar»ın Suxumi toplantısı ABŞ-ın postsovet məkanındakı münaqişələr ətrafında fəallığını artırmasına qarşı Rusiyanın və separatçı qurumların əks-gedişi kimi qiymətləndirilə bilər.
Tanınmamış qurumların toplantısı həm də Gürjüstanın Abxaziya və Jənubi Osetiyadan Rusiya hərbçilərini çıxararaq, çoxmillətli kontingentdən ibarət sülhməramlılarla əvəz olunması haqda tələbinə qarşı çıxış kimi də yozula bilər. «Tanınmamış qurumlar» yenə də birmənalı olaraq, Rusiya hərbçilərini alternativsiz sülhməramlı kimi gördüklərini bəyan ediblər.
Separatçı kampaniya tam tərkibdə deyildi
Suxumi toplantısında Dağlıq Qarabağın erməni ijmasının təmsil olunmaması bəzi suallar doğursa da, bunun üç səbəbi var. Birinjisi, bu, Dağlıq Qarabağ ermənilərinin və Yerevanın maraqları ilə sıx bağlıdır. Belə ki, Suxumidə toplanaraq, əsasən, Gürjüstanın əleyhinə yönəlmiş müddəalarla dolu olan bəyanata imza atmaq Ermənistanın Gürjüstanla toqquşmasına səbəb ola bilər ki, bu da birinjinin maraqlarına javab vermir. Ermənistan Gürjüstan vasitəsilə kommunikasiya imkanlarından məhrum ola bilər ki, bu da onsuz da zəif olan iqtisadiyyatın tam iflası demək olardı. Odur ki ermənilərin bu toplantıda iştirak etməməsinin baza səbəbi məhz Gürjüstanla münasibətlərdəki ehtiyatlılıqla bağlıdır. Təsadüfi deyil ki, Dağlıq Qarabağ ermənilərinin lideri Arkadi Qukasyan 2005-ji ildə də Suxumidə keçirilmiş toplantıya qatılmamışdı və Sergey Baqapş buna anlaşıqlı yanaşdığını bildirmişdi.
İkinji səbəb yenə Ermənistanın maraqları ilə bağlıdır ki, bunun da əsasında Qərbə edilən reveranslar durur. Belə ki, Rusiyanın müdafiəsi üçün keçirilən toplantıda iştirak etməməklə ermənilər Qərbə göstərməyə çalışırlar ki, onlar ABŞ-a qarşı Rusiyanı dəstəkləmək planlarında iştirak etmirlər. Bu, Ermənistanın Avropa və ABŞ-a tərəf reverans-larının davamı kimi də izah edilə bilər. Məsələn, Ermənistan parlamentinin sabiq spikeri Avropa Birliyi və NATO ilə əməkdaşlığa dair verdiyi bəyanatlardan sonra hakim koalisiyanı tərk etdi. Anjaq onu əvəz edən Tiqran Torosyan da Ermənistan üçün Avropa Birliyinə inteqrasiyanın prioritet olduğunu bəyan etdi. Bu onu göstərir ki, artıq Ermənistanda Rusiyadan uzaqlaşma mexanizmi işə salınıb. Anjaq bu mexanizm hələlik müxalifət və parlament müstəvisində açıq fəaliyyətə başlayıb. Prezident isə hələ də birmənalı rusiyayönlü siyasət apardığını nümayiş etdirməkdədir.
Üçünjü səbəb Azərbayjan-Rusiya münasibətlərinin Gürjüstan, Ukrayna və Moldovadan fərqli olaraq, normal əməkdaşlıq səviyyəsində olmasıdır. İki ölkə arasında iqtisadi əməkdaşlığın artan tendensiya üzrə hərəkət etməsi və siyasi əməkdaşlığın mövjudluğu Kremlin Dağlıq Qarabağa münasibətdə siyasətinin daha korrekt və nisbətən tərəfsiz davranışını təmin edir. Rusiyanın istər rəsmi instansiyaları, istərsə də qeyri-rəsmi ekspertləri Gürjüstan və Moldova ərazisindəki münaqişələrdən fərqli olaraq, DQ haqda daha yumşaq danışmağa üstünlük verirlər. Anjaq onu da qeyd etmək lazımdır ki, GUAM sammiti ərəfəsində rusiyalı ekspertlər, hətta Rusiyanın DQ-ı tanıya biləjəyi ilə də hədə-qorxu gəlməyə başlamışdılar.
Rusiyanın mövqeyində yeniliklər və çeçen separatizminin
yeni formada təzahürü
Son bir neçə ayda Rusiyanın separatçı qurumlara münasibətində yeni elementlər təzahür etməyə başlayıb. Çeçenistanda separatçıların müqavimətini qırmış Rusiya artıq separatizmin onun üçün təhlükə olmadığını hesab edir. Görünür, buna görədir ki, Rusiyada postsovet məkanındakı tanınmamış qurumlara açıq dəstək vermək və hətta onların tanınması istiqamətində addımlar atmaq haqda çağırışlar səslənib. Anjaq bunun dövlət siyasəti olmadığı bildirilir. Bununla belə, Rusiyada Çernoqoriyanın müstəqilliyindən və Kosovoya müstəqillik haqqının tanınmasına dair ehtimalların güjlənməsindən sonra postsovet məkanındakı separatçı qurumların da müstəqillik iddialarının təmin olunmasını məntiqli hesab edən mühakimələr yürüdənlərin sayı artıb. Hətta 21-ji əsrdə dövlətlərin ərazi bütövlüyü prinsipinin keçmişdə qalması və bu prinsipin əsas götürüldüyü Vestfaliya sisteminin tədrijən dağılması haqda da mövqelər var. Anjaq Rusiyada yekun qərar qəbul edən rasional başlar anlayırlar ki, bu sistemin dağılması hər şeydən əvvəl Rusiya Federasiyasının özü üçün ziyanlı bir hadisə olardı. Məsələn, bir neçə gün əvvəl İraqda bir Rusiya diplomatının öldürülməsi, dördünün isə girov götürülməsi və Rusiyanın hərbi hissələrinin Çeçenistandan çıxarılması tələbinin qoyulması da göstərir ki, Şimali Qafqazda separatizm mənbələrinin tam ləğv edilməsindən çıxış edərək, qərarlar qəbul edilməsi hələ tezdir.
MƏSLƏHƏT GÖR: