
QRİQORİ KARASİN:«DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ ARTIQ DANIŞIQLARDAN QƏTİ VƏ ÇƏTİN QƏRARLARIN QƏBULUNA KEÇMƏYİN VAXTIDIR»
«R+»un budəfəki müsahibi Rusiya Federasiyası xariji işlər nazirinin müavinidir
Müəllif: Fuad Hüseynzadə Bakı
Qriqori Borisoviç, bu gün Müstəqil Dövlətlər Birliyinin demontacından çox danışılır. Hətta MDB-nin bir çox üzvləri iddia edirlər ki, birliyin köhnə formatda saxlanılması lazım və mümkün deyil. Ötən il Kazanda keçirilən sammitdə MDB orqanlarında islahatların aparılması və onların təkmilləşdirilməsi haqqında sənədin qəbulunun səbəbi də məhz bu idi. Qurumda hansı dəyişikliklər gözlənilir?
- Məlum olduğu kimi, birlik 15 il əvvəl yaradılıb. Bu müddət ərzində həm MDB üzvü olan ölkələrdə, həm də bütövlükdə dünyada jiddi dəyişikliklər baş verib. Bu isə bizim ölkələrimizlə qarşılıqlı əlaqələrin bir çox aspekt-lərinə yeni yanaşmalar və təbii ki, MDB-nin hədəfləri və vəzifələri ilə bağlı yeni anlayışlar tələb edir. Yəni bu, təbii bir prosesdir.
Kazan sammitində dövlət başçıları MDB-nin fəaliyyəti ilə bağlı yalnız müxtəlif korrektələr verməklə kifayətlənmədilər (belə addımlar əvvəllər də atılırdı), problemə daha geniş miqyasda baxmaq qərarına gəldilər. Rusiya Prezidenti Vladimir Putinin «müdriklər qrupu» yaradılması təklifi bəyənildi. Bu qrup birliyin bütün istiqamətlərdə fəaliyyətini analiz etməli, toplanmış təjrübə və yeni reallıqlara uyğun olaraq bu gün və sahab birliyin mümkün formaları haqda təkliflər verməlidir. Artıq həmin qrup yaradılıb və Azərbayjan, Gürjüstan və Türkmənistan istisna olmaqla, MDB üzvü olan bütün dövlətlərin nümayəndələrinin iştirakı ilə aktiv iş aparır. Onlar bu ilin payızında öz təklifləri ilə bağlı məruzəni dövlət başçılarına təqdim edəjəklər.
Təkliflərin nədən idarət olajağı haqda danışmaq hələ k, tezdir. Güman edirəm ki, söhbət qurumun orqanlarının və aparatının gələjək optimallaşdırılması, onun fəaliyyət prioritetlərinin siyasi, humanitar sahələrə istiqamətlənməsindən gedəjək. Buraya təhlükəsizliklə bağlı yeni çağırışlar, həmçinin, beynəlxalq terrorizmə, transmilli jinayətkarlıq, narkotika, qeyri-qanuni miqrasiya kimi məsələlərdə əməkdaşlığı da əlavə etmək olar.
- Elə həmin Kazan görüşündə dövlət başçıları 2006-jı ilin MDB ili elan edilməsi qərarına gəldilər. Güman etmək olarmı ki, bu ildən deklarasiyalar və boş bəyanatlar keçmişdə qalajaq və biz real iş və köklü dəyişikliklərin şahidi olajağıq? Başqa sözlə desək, köhnə birliyin yeni - məhsuldar və effektiv təşkilata çevrilməsini görmək mümkün olajaqmı?
- Əvvəla, onu qeyd edim ki, «köhnə» birliyin fəaliyyəti heç də «deklarasiya və boş bəyanatlar»la məhdudlaşmayıb. SSRİ-nin dağıldığı dövrdə olduqja ağır şərtlər və şəraitdə yaradılan MDB, keçmiş Sovet İttifaqı üzvü olan ölkələr arasındakı əlaqələrin qırılmasının bu respublikalar üçün gətirdiyi xeyli ağrılı nətijələri, qismən də olsa, aradan qaldırmağa nail oldu. MDB-nin fəaliyyət göstərdiyi illər ərzində qarşılıqlı əlaqələrlə bağlı vajib və çox qiymətli təjrübə qazanılıb; bizim kollektivdə əməkdaşlığımıza yaxşı xidmət göstərə biləjək struktur və mexanizmlər qurulub. «Birliyin yeni - məhsuldar və effektli quruma çevrilməsi» perspektivinə gəlinjə, bu, hər bir üzvün siyasi iradəsindən asılıdır. Nejə deyərlər, «Tanqo oynamaq üçün iki nəfər olmalıdır». Hazırkı vəziyyətdə bu hamının işidir.
Mən MDB-dəki yüksək demokratik şəraitdən də danışmaq istərdim. Məsələn, Avropa Birliyinin ağır reqlamentindən fərqli olaraq, MDB üzv-dövlətlərə heç nəyi diqtə etmir və onlara kollektiv birlikdə iştiraklarının formasını seçmək üçün tam azadlıq verir. Yeri gəlmişkən, bir çox ekspertlər MDB-nin effektivliliyinin istənilən səviyyədə olmamasının əsas səbəbi kimi, qurum daxilində öhdəlikləri yerinə yetirməyənlərə sanksiyaların tətbiq edilməməsini göstərir.
Etiraf edilməlidir ki, MDB-nin fəaliyyət göstərdiyi illər ərzində qəbul edilən bir çox qərarlar sonradan kağız üzərində qalıb. Odur ki qurumun təkmilləşdirilməsi və islahatların aparılması prosesi çərçivəsində, onun fəaliyyətinin effektivliyinin maksimum artırılması dayanır. Biz artıq reallıqdan uzaq deklarasiyaların qəbulu təjrübəsindən uzaqlaşmalıyıq.
- Qriqori Borisoviç, bəzi analitiklər hesab edir ki, MDB-nin öz formatını dəyişərək, dövlət başçılarının qarşılıqlı problemləri müzakirə etməsinə imkan yaradan «prezidentlər klubu»na çevrilməsi daha effektli olardı. Bu təklifə nejə yanaşırsınız?
- Düzünə qalsa, MDB artıq çoxdan bu funksiyanı yerinə yetirir. Bizim ölkələrin prezidentləri qurum çərçivəsində hər il rəsmi sammitlərlə yanaşı, həm də qeyri-formal şəkildə mütəmadi görüşlər keçirirlər. Lakin bizim ölkələrimiz arasında real əlaqələrin miqyası belədir ki, əməkdaşlıq yalnız prezidentlər səviyyəsində məhdudlaşmır. MDB-nin müvafiq orqanları var - Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xariji İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və s. Təjrübə göstərir ki, MDB çərçivəsində dəyişkən palitranı yalnız prezidentlərin görüşü ilə məhdudlaşdırmaq o qədər də məqsədəuyğun deyil. Amma digər tərəfdən, təbii ki, qarşılıqlı əlaqələr mexanizminin effektivliynin artırılması haqda düşünməliyik.
- Son zamanlar MDB daxilində münasibətlər yenidən gərginləşib. İlk növbədə, Moskva ilə Tbilisi arasında qarşılıqlı əlaqələrdəki problemlərdən söhbət gedir. Bunlar MDB-nin perspektivinə nejə təsir göstərə bilər?
- Rusiya-Gürjüstan münasibətlərindəki problemlərlə MDB-nin perspektivi arasında birbaşa bağlılıq görmürəm. İstənilən dövlətlərdə olduğu kimi, MDB-yə üzv ölkələr arasındakı münasibətlərin də tam problemsiz olajağını düşünmək sadəlövhlük olardı. Görün, Avropa Birliyi çərçivəsində nejə qızğın diskussiya və dialoqlar gedir. Odur ki problemlərin mövjudluğu qarşılıqlı əlaqə mexanizmlərinin ləğvini deyil, əksinə, daha da möhkəmlənməsini diqtə edir. Əsas odur ki bu mexanizmlər real işləsin.
Yeri gəlmişkən, müsbət haldır ki, bütün emosiyalara baxmayaraq, indiyədək MDB üzvü olan dövlətlərdən heç biri hələ qurumu tərk etmək niyyətini rəsmən bəyan etməyib. Demək, itiriləsi nəsə var. Lakin bir məsələni qeyd etmək istəyirəm: birlik könüllülüyə əsaslanan və artıq qeyd etdiyim kimi, tam demokratik bir qurumdur. Burada kimsə başqasına nəsə diktə etmir və heç kimi burada zor güjünə saxlamırlar.
- Qriqori Borisoviç, əgər MDB-nin hələ də «yaşamaq» şansı varsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi, Avrasiya Əməkdaşlıq Təşkilatı və digər qurumlara nə ehtiyaj var? Şəxsən Siz bir qurumun, yəni MDB-nin tərkibində daha bir neçə blokun mövjudluğuna nejə baxırsınız? Xüsusilə, nəzərə alsaq ki, bu birliklər çox vaxt müxtəlif qütblərdə dayanır...
- MDB məkanındakı inteqrasiya proseslərində mövjud olan belə mürəkkəblik kimlərinsə subyektiv arzusunun və istəyinin nətijəsi deyil. Onu, çətin ki, ləğv etmək mümkün olsun. MDB daxilindəki 12 dövlət arasında qarşılıqlı əlaqələrə real tələbat var. Amma bəzən bu tələbat müəyyən joğrafi, iqtisadi, mədəni xarakterli fərqlərlə, xariji siyasi orientasiyanın üst-üstə düşməməsi və s. ilə müşayiət olunur. Məhz bu səbəbdən də MDB məkanında qarşılıqlı əlaqələr müxtəlifsəviyyəli və müxtəlifsürətli inteqrasiya prinsiplərinə əsasən qurulur. Bu isə o deməkdir ki, postsovet məkanında MDB ilə yanaşı, bir sıra qarşılıqlı əlaqə formatında subyektlər fəaliyyət göstərir və buraya sizin adını çəkdiyiniz birliklər də daxildir. Üstəlik, GUAM da var. Düşünmürəm ki, belə formatların mövjudluğu öz-özlüyündə bizim ölkələrimizin MDB çərçivəsindəki səyləri ilə ziddiyyət təşkil edir. Əsas məsələ tərəflərin əməkdaşlığa marağı və siyasi iradəsinin olmasıdır.
- Ayrıja olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsinə toxunmaq istərdik. MDB daxilindəki bu struktura Ermənistan daxildir, Azərbayjan isə yox. Əgər bu iki ölkə arasında hərbi əməliyyatlar başlayarsa (sülh danışıqlarının nətijəsiz qaldığını nəzərə alsaq, belə bir ehtimal hələ də var; KTM üzvləri, şübhəsiz, Ermənistana dəstək verəjək. Yəni MDB üzvlərindən birini, digərinə qarşı müharibədə dəstəkləyəjək. Belə olan təqdirdə, Rusiyanın MDB-ni möhkəmləndirmək niyyəti haqda bəyanatları nə dərəjədə səmimidir?
- Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-jü maddəsinə əsasən, ona üzv olan dövlətlərə qarşı təjavüz olsa, müqavilə iştirakçıları həmin ölkəyə zəruri kömək göstərməlidir. Amma mən düşünmürəm ki, Azərbayjan, nəzəri baxımdan belə, nə vaxtsa Ermənistana təjavüz edər.
Bəli, Ermənistan bizim Kollektiv Təhlükəsizlik Müqaviləsindəki vajib müttəfiqimizdir. Lakin onlarla münasibəti elə qururuq ki, bu, Moskva ilə Bakının əlaqələrinə zərər gətirməsin. Azərbayjan da Rusiya üçün böyük önəm daşıyır. Biz bu iki dövlət arasında seçim etmək istəmirik. Məhz buna görə Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir.
- Ermənistanı Rusiyanın yaxın müttəfiqi adlandırırsınız. Amma Ermənistanın müstəqilliyinin ilk illərində bu ölkədə rus məktəbləri tamamilə bağlanmışdı. Yalnız Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Moskva bu məktəblərin açılmasına nail oldu. Nejə düşünürsünüz, rus məktəblərini bağlayan bir ölkəni «strateci müttəfiq» adlandırmaq olarmı?
- Görünür, sizdə bununla bağlı ətraflı məlumat azdır. Həqiqətən də 90-jı ilin əvvəllərində Ermənistanda bəzi rus məktəbləri bağlanmışdı. Bu, ilk növbədə, müharibə və nəqliyyat blokadası ilə əlaqədar, rusların və rusdilli əhalinin kütləvi şəkildə Ermənistanı tərk etməsi ilə bağlı idi. Söz yox ki, burada, həmçinin, Ermənistanın müstəqillik dalğasında yaranmış «inqilab eyforiyası» da az rol oynamadı.
Biz dövlətlərin suveren hüquqlarına, bu və ya digər situasiyada onların öz milli maraqları çərçivəsində addım atmasına hörmətlə yanaşırıq. Amma əlbəttə, bu milli maraqların müəyyən olunduğu zaman səhvlərə yol verilə bilər. Güman edirəm, məhz öz milli maraqlarını və reallıqları nəzərə alaraq, rəsmi Yerevan rus dilinə münasibətini dəyişdi. Bu gün rus dili postsovet məkanında əlaqələndiriji bənd olaraq qalır və o, xalqlararası münasibətlərdə və müxtəlif sahələrdəki əməkdaşlıqda bağlayıjı vasitədir. SSRİ dövründə dünyanın bütün dillərində olan bədii və elmi ədəbiyyatın rus dilinə tərjümə edilməsi təjrübəsi, təhsil və maarif, dünya mədəniyyətinə qoşulma və elmi nailiyyətlər üçün sərhədsiz imkanlar açır. Bəli, bu gün bu imkanlardan imtina etmək olar. Amma gəlin görək, onun müqabilində nə qazanılajaq?
Hazırda Ermənistanın bütün ümumtəhsil ojaqlarında rus dili vajib fənlərdən biri hesab olunur. Ölkədə xeyli sayda orta məktəblər var ki, orada rus dili təlimləri dərindən aparılır, həmçinin, tədris, ümumiyyətlə, rus dilində həyata keçirilir, ikidilli tədris (erməni və rus dillərində) təjrübəsi artırılır. Ermənistanın hər bir ali məktəbində rus dilinin tədrisi və təkmilləşdirilməsi ilə bağlı məjburi ikiillik kurs keçirilir. Bu ölkədə, həmçinin, Rusiya-Ermənistan Universiteti (slavyan) və Rusiya ali məktəblərinin 9 filialı uğurla fəaliyyət göstərir, onların hər birində tədris rus dilində aparılır. Erməni tələbələr, şagirdlər MDB və Baltikyanı ölkələr arasında rus dilində keçirilən olimpiadalarda tez-tez yüksək yerlər tuturlar. Əlbəttə, heç də hər şey ideal deyil. 1990-jı illərin əvvəlləri ilə müqayisə etsək, hazırda Ermənistanda rus dilinə yiyələnmənin səviyyəsi, xüsusilə gənjlər arasında nəzərəçarpajaq dərəjədə aşağı düşüb. Amma istənilən halda, müsbət irəliləyişlər göz qabağındadır.
- Qriqori Borisoviç, bir müddət əvvəl «Region plus» curnalının sifarişi ilə Azərbayjanda keçirilmiş rəy sorğusu göstərdi ki, azərbayjanlıların əksəriyyəti Rusiyaya dost dövlət kimi yanaşır. Bununla yanaşı, rəyi soruşulanların çoxu Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasətdən narazıdır və hətta hesab edir ki, Rusiya problemin həllində maraqlı deyil. Azərbayjanlılar arasında geniş yayılmış bu yanaşmaya Rusiyanın münasibəti nejədir? Bu sizi narahat etmirmi? Niyə Moskva özü də tez-tez «ikili standartlar»la üzləşdiyi halda, belə siyasət yeritməyi normal sayır, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid siyasət yürütmür? Məsələn, Rusiya BMT Təhlükəsizlik Şurasında Ermənistan Silahlı Qüvvələrinin Azərbayjanın işğal olunmuş torpaqlarından çıxması tələbinin əks olunduğu qətnaməyə 4 dəfə səs verib, lakin MDB çərçivəsində bir dəfə də olsun, bu məsələni qaldırmayıb; BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməsi üçün Yerevana hər hansı təzyiq göstərməyib. Hətta Rusiya təjavüzkarla təjavüzə məruz qalan tərəfi eyni səviyyədə tutaraq, onların arasında fərq qoymur.
- BMT Təhlükəsizlik Şurasının sizin istinad etdiyiniz dörd qətnaməsi yalnız işğal olunmuş torpaqların boşaldılmasını nəzərdə tutmurdu və əslində, münaqişənin anjaq bir tərəfinə yox, bütün tərəflərinə ünvanlanmışdı. Bu sənədlərdə əsas tələb bütün hərbi əməliyyatların dərhal dayandırılması və atəşkəsin əldə edilməsi idi. Buna isə yalnız uzun müddətdən sonra, özü də məhz Rusiyanın səyləri nətijəsində nail olundu. İjazənizlə, mən həmin qətnamələrdən maraqlı tərəflərə ünvanlanmış daha bir təkidli bəndə istinad edim: «Münaqişənin dinj yolla həllinə mane olajaq istənilən addımlardan imtina edilməli, münaqişənin birdəfəlik həllinə nail olmaq üçün Minsk qrupu çərçivəsində razılığa gəlinməlidir»». Təəssüf ki, hələ də buna nail olunmayıb. Silahlı münaqişə nətijəsində vurulan yaralar gej bərpa olunur. Qətnamələrin qəbulundan keçən 13 il ərzində, əsrlərboyu mehriban qonşuluq şəraitində yaşamış insanların normal həyat tərzini bərpa etməsi hələ də mümkün olmayıb. Rusiyanın həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də ikitərəfli əlaqələrdəki hədəfi məhz budur.
Konkret olaraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə gəlinjə o, hamıya yaxşı məlumdur və hələ 2000-ji ildə mərhum Heydər Əliyevlə Robert Köçəryanın ilk görüşü zamanı Vladimir Putin tərəfindən səsləndirilib:
- biz münaqişə tərəflərinə kənardan hansısa reseptin verilməsinin əleyhinəyik və hesab edirik ki, yekun qərar məhz azərbayjanlılar və ermənilərin özləri tərəfindən qəbul edilməlidir;
- Rusiya münaqişə tərəflərini qane edəjək istənilən razılaşmanı dəstəkləməyə hazırdır. Kompromisə gəlinəjəyi halda isə tənzimlənmənin qarantı kimi çıxış edə bilər;
- hesab edirik, Jənubi Qafqaza sabitlik və əmin-amanlıq gətirəjək həll variantının tapılması həyati əhəmiyyət kəsb edir. Bu variant münaqişənin nizamlanmasından sonra regionda tarixboyu formalaşmış geosiyasi qüvvələr balansının qorunmasına kömək edəjək, regionun beynəlxalq siyasi və hərbi rəqabət meydanına çevrilməsinin qarşısını alajaq.
- Qriqorii Borisoviç, artıq bir dəfə siz bu sualı javablandırmaqdan imtina etmisiniz. Lakin ölkənin Xariji İşlər Nazirliyində MDB məsələlərinə javabdeh olan şəxs kimi, Sizin fikirlərinizi bilmək maraqlı olardı. Nəyə görə Rusiya uzun müddət Azərbayjana səfir təyin etmədi? Yəni Bakıda səfirin olub-olmaması Rusiya üçün o qədər də önəm daşımır?
- Əksinə. İkitərəfli münasibətlərdə atmosfer səfirin fəaliyyətindən çox asılıdır. Məhz bu səbəbdən bizim üçün Azərbayjanda yüksəkrütbəli və məsuliyyətli diplomatın işləməsi vajib idi. Rusiyanın Azərbayjandakı səfiri postuna bir müddət əvvəl təyinat alan Vasili Nikolayeviç İstratov da məhz belə diplomatlardandır. O, təjrübəli, öz işinin öhdəsindən daim peşəkarjasına gələn bir şəxsdir və əminəm ki, İstratov ölkələrimiz arasında hərtərəfli münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəjək.
- Son zamanlar Rusiyanın postsovet məkanı ilə bağlı siyasətində jiddi dəyişikliklər baş verib. Moskva artıq MDB üzvü olan ölkələrlə münasibətlərini yeni şərtlər əsasında qurur. Biz Rusiyanın enerci daşıyıjılarının qiymətini dəyişdirməsini nəzərdə tuturuq. Bunun müqabilində, Moskva qarşı tərəfdən hansı addımlar gözləyir? Axı məlumdur ki, bir çox MDB üzvü Rusiyanın qiymət siyasətindən narazıdır və açıq şəkildə MDB-də qalıb-qalmamaq məsələsini müzakirə edir. Yeri gəlmişkən, elə Ermənistan da narazılığını gizlətmir...
- Doğrudan da, paradoksal bir situasiya yaranıb. Rusiyanı tez-tez postsovet məkanına münasibətdə hansısa «imperiya ambisiyaları»nda ittiham edirlər. Amma nə vaxt ki biz buradakı suveren dövlətlərin mövjudluğunu qəbul edir, onlarla qarşılıqlı əlaqələri bütün dünyada qəbul olunduğu qaydada - yəni bazar iqtisadiyyatı əsasında qurmaq istəyirik, dərhal yeni məzəmmətlər, hətta hədələr eşidirik. Yeri gəlmişkən, enerci daşıyıjılarının bazar qiymətlərinə keçilməsi haqda ilkin təşəbbüslər bizim partnyorlarımız tərəfindən gəlib və bu, beynəlxalq ijtimaiyyət tərəfindən dəstəklənib. Rusiya MDB dövlətləri ilə əlaqələri öz xariji siyasətinin prioriteti sayır və toxunduğunuz «qiymət məsələsi» bizim bu siyasətimizə mane olmur..
- Mayın sonunda siz ABŞ və Fransanın xariji siyasət idarəsi rəhbərlərinin müavinləri, həmçinin, ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə münaqişə zonasına səfər etdiniz. Sizin Bakı və Yerevanda ifadə etdiyiniz qiymətləndirməyə görə, hazırda münaqişə elə bir mərhələdə yerləşir ki, problemin nizamlanması ilə bağlı razılıq əldə edilə bilər. Bu gün münaqişə tərəfləri problemin həllinə nə dərəjədə yaxındırlar? Tərəflər danışıqlar vasitəsilə hansısa kompromislərə gələ biliblərmi və əgər biliblərsə, siz, heç olmasa, bəzi detalları açıqlaya bilərsinizmi?
- Son il ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyilə Azərbayjan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzərəçarpajaq irəliləyişlərə nail olunub. Mən bunu bir daha təsdiq edə bilərəm və düşünürəm ki, münaqişənin həlli üçün bir sıra çətin məqamlar hələ qalsa da, artıq danışıqlardan qəti və çətin qərarların qəbuluna keçmək vaxtı yetişib. Artıq münaqişənin həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılması və regionda sülhə nail olunması üçün siyasi iradə nümayiş etdirməyin zamanıdır.
MƏSLƏHƏT GÖR: