Müəllif: Jəfər İMAN Bakı
2000-ji ildə BMT Baş Assambleyası 20 iyunu Ümumdünya qaçqınlar günü elan etdi. Bugünün təyin edilməsi qaçqınların müdafiəsi ilə bağlı bütün beynəlxalq razılaşmaların əhəmiyyətinin bir daha təsdiqlənməsi üçün yaxşı imkan yaradır. Ümumdünya qaçqınlar günü bütün dünyada öz doğma yurdlarından qovulmuşların ruhlarının möhkəmliyinə hörmətin ifadəsidir.
Bütün dünya qaçqınlarının 80%-ni uşaqlar və qadınlar təşkil edir. Odur ki məhz həmin gün biz öz ailələrini ən çətin şətrlər daxilində qorumağa çalışan milyonlarla analara və həyat yoldaşlarına lazımi iradə qüvvəsi vermək imkanına malik oluruq.
Hazırda dünyada, təxminən, 20 milyon qaçqın və 25 milyon daxili köçkün qeydiyyatdan keçib. Azərbayjanda 1 milyondan artıq qaçqın və məjburi köçkün var. Bu göstərijiyə görə, bizim ölkəmiz dünyada Kolumbiyanın ardından ikinji yeri tutur. Azərbayjana ilk qaçqın axını isə 1988-ji ildə - Ermənistandakı soydaşlarımızın deportasiyası ilə başlamışdı…
İşsiz, pulsuz, əlaqəsiz
Qaçqınlar problemi ən kəskin, ağrılı və çətin həlledilən problemlər sırasına daxildir. Qaçqın hüquqsuz insandır. Bununla yanaşı, bu insanın elementar əlaqələri olmadığından, o, iş axtaranda da problemlərlə üzləşir.
Azərbayjanda qaçqınların əsas problemi evsizliklə bağlıdır. Onların bir qismi, əsasən, heç bir kommunikasiyanın olmadığı, yaşayış üçün normal şəraitin belə tapılmadığı, sürtülüb-dağılmış, yaşayış üçün qəzalı və təhlükəli vəziyyətdə olan çadırlarda məskunlaşıblar. Qaçqınlar və Məjburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, bu insanların yaşayış şəraiti, heç şübhəsiz, çox ağırdır.
- Hökumətin bu qəbildən olan insanların problemlərinin həlli istiqamətində gördüyü işlərə baxmayaraq, onların hələ də dövlətin qayğısına, beynəlxalq təşkilatların yardımlarına ehtiyajları var. Hazırda qaçqın və məjburi köçkünlər arasında yoxsulluq səviyyəsi 57% təşkil edir. Azərbayjanda isə bu göstəriji 27-29%-dir. Yalnız ötən il hökumət qaçqın və məjburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına 153 milyon dollar ayırıb: bu məbləğdən 60 milyon dollar Dövlət Neft Fondundan, 10 milyon Dövlət Neft Şirkətindən, yerdə qalan hissə isə dövlət büdjəsindən ayrılıb. Beynəlxalq təşkilatlar tərəfindən bu sahə ilə bağlı Azərbayjana ayrılan yardımların həjmi isə 30 milyon dollardır.
140 min qaçqın və məjburi köçkünə ərzaq yardımı göstərilib, hazırda isə çadır-şəhərjiklərinin ləğvi istiqamətində işlər davam etdirilir. Məsələn, ötən il qaçqınlar üçün 3860 yaşayış evinin, 15 məktəbin, 5 uşaq bağçasının və 10 səhiyyə obyektinin olduğu 13 qəsəbə salınıb. Bununla yanaşı, 114 kilometr uzunluğunda yol salınıb, 140 metrlik su borusu çəkilib, 25 min məjburi köçkün isə iş yerləri ilə təmin olunub. Lakin bütün bu faktlara baxmayaraq, Azərbayjanda əsas problemlərdən olan qaçqınlar problemini həll etmək üçün çox iş görülməlidir.
«R+»un əməkdaşı ilə söhbətində Nazirlər Kabinetinin Qaçqın və Məjburi Köçkünlər, Miqrasiya və Beynəlxalq Qurumlarla İş Şöbəsinin müxbiri Qurban Sadıqov bildirib ki, bu ilin sonunadək məjburi köçkünlərin Bakı və Sumqayıtda müvəqqəti yerləşdirildiyi 200 yataqxana əsaslı təmir olunajaq. Bu təmir işləri qaçqın və məjburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramına əsasən həyata keçiriləjək.
Humanitar yardım
Qaçqınlar, başqa sözlə, miqrantlar üçün işədüzəlmə ən aktual problemlərdən biridir. Hər şeydən əvvəl ona görə ki, onlara işləmək hüququ verən qaçqın və ya məjburi köçkün statusu belə, yerli əhalinin onlara yad şəxs kimi yanaşmasına mane olmur. Qaçqınlarla söhbət zamanı onlar barələrində mənfi rəyin olması, əhalinin onlara etibar etməməsi, etinasız yanaşmasından gileylənirlər. Təəssüf ki, hazırda miqrantların işə düzəlməsi sahəsində dövlət səviyyəsində, faktik olaraq, heç bir iş görülmür. Onların işləməsi üçün açıq olan yeganə yer - bazardır: qaçqınların piştaxta arxasında dayanması üçün kadrlar şöbəsinə mürajiət etməyə ehtiyaj yoxdur, sadəjə, bazar sahibi ilə danışmaq və ijarə haqqını ödəmək kifayətdir... Qaçqınlar üçün düşərgələrdə yaşayan insanlarla söhbət zamanı yalnız giley eşidirsən - yaşayışın çətin olması, qida çatışmazlığı və s. haqda giley.
Qaçqın və Məjburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin mətbuat katibi Sənan Hüseynovun «R+»a bildirdiyinə görə, hazırda hər ay 140 min qaçqın və məjburi köçkünə ərzaq yardımı göstərilir. Onlardan hər birinə 5 kiloqram un, 1 kiloqram şəkər tozu, 1 kiloqram düyü və 1 şüşə bitki yağı verilir.
Bununla yanaşı, çoxlarımız dəfələrlə qaçqınlar üçün humanitar yardım kimi ayrılmış ərzaq məhsullarının mağazalarda satılmasının şahidi olmuşuq. Onları üzərindəki «yalnız qaçqınlar üçün» yazısından tanımaq olur. Bəs bu ərzaqlar şəhərimizdəki mağazalara nejə gəlib çıxır? S.Hüseynovun fikrinjə, həmin ərzaqların mağazalarda onların məxsus olduqları şəxslərdən xəbərsiz peyda olması haqda söhbət belə gedə bilməz. Görünür, qaçqınlar özlərinə məxsus «sahibkarlıq»la məşğuldurlar və onlar humanitar yardımlarını mağazalara elə özləri satırlar. Təbii ki, əlajsızlıqdan…
Düyü, un, qənd və bitki yağı... Hamıya məlumdur ki, yalnız bu ərzaqlarla insanın tələbatını tam ödəmək mümkün deyil. Amma nejə deyərlər, «Bəy verən atın dişinə baxmazlar». Buna görə də qaçqınlar dövlət tərəfindən onlara ayrılan ərzaqları sataraq, onun əvəzinə çatışmayan digər ərzaqlar almağa çalışırlar.
Azərbayjanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın fikrinjə, Datlıq Qarabağ münaqişəsinin nizamlanması və qaçqınların, məjburi köçkünlərin doğma yurdlarına qayıtması Azərbayjan ijtimaiyyətinin diqqətində olmalıdır. «Qaçqın və məjburi köçkünlərin vaqonlarda və çadır-şəhərjiklərində doğulmuş uşaqlarının hüquqları, elə onlar anadan olan andan pozulub. Lakin mən çox ümid edirəm ki, bu problem yaxın gələjəkdə beynəlxalq normalara əsasən həll ediləjək», - deyə E.Süleymanova bildirib.
... Rahat yaşamaq üçün
Ümumdünya qaçqınlar gününü bu il Norveç Qaçqınlar Şurası (NQŞ) da BMT Ali Komissarı İdarəsi ilə birlikdə qeyd edib. NQŞ-nin mətbuat katibi Yalçın Adıgözəlovun «R+»a verdiyi məlumata görə, tədbir iyunun 20-də Milli Parkda keçirilib. Əvvəljə, qaçqın və məjburi köçkün uşaqları öz aralarında yarışlar keçiriblər, daha sonra isə azərbayjanlı, çeçen və əfqan yeniyetmələr arasında futbol yarışı təşkil olunub.
NQŞ artıq 60 ildən artıqdır, fəaliyyət göstərən beynəlxalq humanitar qurumdur. O, Azərbayjanda fəaliyyətinə 1995-ji ildə başlayıb və özünün əsas prioriteti kimi məjburi köçkünlərə yardım göstərilməsini götürüb. 2006-jı ildən bu təşkilat «Çeçen qaçqınlarına yardım edək» layihəsi çərçivəsində Çeçenistandan olan qaçqınlara da yardımlar göstərməyə başlayıb. 1995-2006-jı illər arasında NQŞ qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün olan bütün addımları atıb. Bakıda və paytaxt ətrafındakı rayonlarda qaçqınların məskunlaşdıqları məktəblərin, yataqxanaların, uşaq bağçalarının, şəhərjiklərin bərpası işləri aparılıb, 100-dən artıq bina və 20 məktəb təmir edilib. 1997-1998-ji illərdə ölkənin jənub rayonları olan Saatlı, Sabirabad və İmişlidə 18 məktəb tikilib. 1998-1999-ju illərdə isə Ağdam rayonunun işğaldan azad edilmiş kəndlərində 98 mənzil inşa olunub. Bundan başqa, qurum 2000-2004-jü illər aralığında Beyləqan rayonu ərazisində 105 mənzilin və 13 məktəbin tikintisini başa çatdırıb, həmçinin, 192 mənzil təmir olunub. NQŞ 1998-2005-ji illərdə 9 min məjburi köçkünə özünün kiçik biznesini yaratmağa yardım edib. Bundan başqa, qurum təhsil sahəsində layihə həyata keçirib ki, onun reallaşdırılmasında məqsəd araşdırmalar aparılması və yeni məktəblərin tikintisi hesabına məjburi köçkün uşaqlarının durumunun yaxşılaşdırılması olub. 2001-2002-ji illərdə Beyləqandakı düzəngah ərazilərin birində 135 mənzil, 2 məktəb, uşaq bağçası, xəstəxana, hamam və idman mərkəzindən ibarət qəsəbə salınıb.
Suraxanı rayonundakı 2 saylı uşaq bağçasında, Yasamal rayonunda yerləşən 2 uşaq klinikasında, Bakı və Gənjədəki uşaq evlərində stomatoloci mərkəzlər açılıb və müasir avadanlıqlarla təjhiz edilib. Bu, yetim uşaqlara və yoxsul məjburi köçkünlərə təmənnasız stomatoloci xidmət göstərilməsi məqsədilə edilib.
2006-jı ildə NQŞ «Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qayıdış» adlı yeni layihənin ijrasına başlayıb. Azərbayjanın geri qaytardığı həmin kəndlər hərbi əməliyyatlar zamanı yer üzündən silinmişdi. Bu gün qurum həmin kəndlərin bərpası istiqamətində işlər aparır. 2002-2006-jı illərdə Sumqayıtda məjburi köçkünlərin məskunlaşdıqları ərazilərdə daha 30 yataqxana NQŞ tərəfindən təmir edilib. Humanitar yardımdan başqa, NQŞ məjburi köçkünlərə pulsuz hüquqi yardımlar da göstərir.
MƏSLƏHƏT GÖR: