
JƏNUBİ QAFQAZ ÜÇÜN YUQOSLAVİYA PRESEDENTİ
Dağlıq Qarabağ üçün ehtimal olunan risklər
Müəllif: Rasim Musabəyov, politoloq Bakı
Çernoqoriyada bir müddət əvvəl keçirilmiş referendumda seçijilərin əksəriyyəti müstəqilliyə səs verdi. Əhalinin aktivliyi son dərəjə yüksək oldu, səsvermə isə beynəlxalq müşahidəçilərin nəzarəti altında şəffaf və təmiz keçdi. Dünya vajib olanı - Serbiya çernoqoriyalılarının iradəsinin əleyhinə çıxmadı və onların müstəqilliyini tanıdı. Müstəqillik tərəfdarı olanların sayının, bunun üçün tələb olunan 55%-dən jəmi 1500 nəfər çox olduğunu nəzərə alan müstəqillik əleyhdarları (əsasən, Çernoqoriyada yaşayan etnik serblər) səslərin təkrar sayılmasını tələb etsələr də, belə manevrlərlə referendumun nətijələrinin dəyişdirilməsinə nail olmaq mümkün deyil. Beləliklə, ötən əsrin 80-90-jı illərində başlamış Yuqoslaviyanın parçalanması prosesi öz məntiqi sonluğuna çatdı.
Çernoqoriyada keçirilən referendum dünyanın diqqətini kifayət qədər özünə jəlb edə bildi və müxtəlif şərhlərə yol açdı. ABŞ və Avropa Birliyi ölkələri bildirir ki, keçmiş Yuqoslaviyaya qarşı qəbul edilən qərarlar, Çernoqoriyanın müstəqillik əldə etməsi və Kosovonun statusu məsələsinə yanaşma dünyada presedent kimi qəbul edilə bilməz. Moskvada, Yerevanda və bir sıra başqa ölkələrdə isə başqa jür düşünürlər. Bu ölkələr hesab edir ki, Qərbin Balkanlarda reallaşdırdığı model, postsovet məkanındakı separatçı recimlərin - Dağlıq Qarabağ, Jənubi Osetiya, Abxaziya və Dnestryanın müstəqilliyini təmin etmək üçün presedent rolunu oynaya bilər. Özü də Rusiya Prezidenti Vladimir Putin bu haqda üstüörtülü işarələrlə danışırsa, Dövlət Dumasının vitse-spikeri Vladimir Cirinovski, MDB İnstitutunun direktoru, deputat Zatulin, erməni nazirlər və parlamentarlar bu mövqeyi açıq şəkildə bəyan edirlər.
Amma əlbəttə ki, Çernoqoriya ilə postsovet məkanındakı separatçı recimlər arasında paralel aparmaq son dərəjə yersizdir. Ən azı ona görə ki, Çernoqoriya Yuqoslaviyanın Konstitusiyasına əsasən, müttəfiq respublika statusuna malik idi və hələ 90-jı illərin əvvəlində Sloveniya, Xorvatiya, Makedoniya və Bosniya kimi özünün ayrılmaq hüququndan istifadə edə bilərdi. Odur ki presedent axtaranların fantaziyalarına güj verməsinə ehtiyaj yoxdur.
Çernoqoriya kiçik bir ölkə olmasına baxmayaraq, 1918-ji ildə - hələ Yuqoslaviyanın tərkibinə daxil olmamışdan əvvəl uzun müddət suveren dövlət kimi mövjud olub. Çernoqoriyanın müstəqilliyi Serbiya ilə eyni vaxtda, 1878-ji ildə Berlin konqresi tərəfindən tanınıb. Çernoqoriyalıların müstəqillik qərarı serblərə qarşı etnik nifrətdən irəli gəlmir və bu qərarın praqmatik izahı var. Belqradın hərbi jinayətkarı taparaq, Haaqa Tribunalına verməkdən imtinası və bir sıra digər problemlər Serbiyanın Avropa Birliyinə inteqrasiyasını çətinləşdirib, bəlkə də mümkünsüz edib. Odur ki Çernoqoriya rəhbərliyinin xoşbəxtliyi təkbaşına axtarmağa qərar verməsi təəjjüblü deyil. Çernoqoriyanı buna əhalinin sayı və ərazi baxımdan onlara yaxın olan, lakin müstəqillik yoluna on il əvvəl çıxan Makedoniya həvəsləndirdi. Həm də nəzərə almaq lazımdır ki, Çernoqoriyanın Serbiya ilə federasiyası çox amorf idi. Vahid dövlət olmasına baxmayaraq, burada daxili gömrük baryerləri vardı, müxtəlif pul vahidlərindən istifadə edilirdi və s.
Odur ki hazırda bütün dünya separtçıları nəzərlərini Çernoqoriyaya yox, Kosovoya yönəldib. Separatçılar və onların himayədarları Serbiyanın vilayəti olan Kosovonun müstəqilliyə yaxın status əldə edəjəyinə ümid bəsləyirlər. Bu presedent həm də ona görə vajibdir ki, Eretri və ya Şərqi Timordan fərqli olaraq, Kosovo birbaşa Avropaya, başqa sözlə desək, ATƏT-in Helsinki və digər aktlarının mövjud olduğu regiona aiddir. Məlum olduğu kimi, bu sənədlər dövlətlərin ərazi bütövlüyünə zəmanət verir, sərhədlərin güj yolu ilə pozulmasını yolverilməz sayır. Kosovonun müstəqilliyi isə bu prinsipləri birbaşa poza bilər.
Lakin Kosovo modelinin Dağlıq Qarabağ münaqişəsinə tətbiq oluna bilib-bilməyəjəyindən danışarkən, ilk növbədə, bu münaqişələr arasında ümumi məqamların olub-olmadığını aydınlaşdıraq.
Hər iki münaqişə köhnədənqalmadır, onların ən azı, yüzillik tarixi var. Bu münaqişələrin indi bərpa olunması isə həm SSRİ-də, həm də Yuqoslaviyada kommunist imperiyalarının dağılması ilə bağlı idi. Dağlıq Qarabağ və Kosovo problemləri özlərində separatizmlə yanaşı, həm də irrentizmi əks etdirir. Bu muxtar vilayətlərin millətçi liderləri yalnız ayrılmaq yox, həm də qonşu dövlətə birləşmək niyyətlərini ortaya qoyurdular (Dağlıq Qarabağ Ermənistana, Kosovo isə Albaniyaya). Hər iki halda - Dağlıq Qarabağda azərbayjanlıların, Kosovoda isə serblərin maraqları nəzərə alınmadı və onlar öz ölkələrində etnik təmizlənməyə məruz qaldılar. Nətijədə, Belqrad və Bakı hərbi məğlubiyyətlə üzləşərək, qiyamçı muxtariyyətlərə nəzarəti tam itirdi. Nəhayət, daha bir ümumi jəhət, BMT Təhlükəsizlik Şurası tərəfindən həm Dağlıq Qarabağ, həm də Kosovoya dair bir neçə qətnamənin qəbul edilməsidir.
Amma bununla yanaşı, adıçəkilən münaqişələr arasında jiddi fərqlər mövjuddur. Bu, ilk növbədə, miqyasla bağlıdır. Əgər Sovet İttifaqı dönəmində Dağlıq Qarabağda yaşayan ermənilərin sayı 130-140 min nəfərə güjlə çatırdısa (hazırda bu rəqəm 100 mindən az, hətta bəzi məlumatlara görə, 50 minə bərabərdir), Kosovoda 2 milyon alban yaşayırdı. Sovet İttifaqında Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) statusu birlik respublikaları ilə müqayisəyəgəlməz dərəjədə aşağı idi və vilayət bilavasitə Bakıya tabe idi. Dağlıq Qarabağ və SSRİ-nin digər muxtar vilayətlərindən fərqli olaraq, Kosovo, yalnız formal qaydada Serbiyanın tərkibinə daxil idi, əslində, 1970-80-ji illərin əvvəllərində həyata keçirilən konstitusiya islahatlarından sonra o, de-fakto, bir çox parametrlərinə görə isə de-yure Yuqoslaviya Federasiyasının subyektinə çevrilmişdi və Serbiya, həmçinin, digər ittifaq dövlətləri ilə bərabər statusa malik idi. Ona görə də Yuqoslaviya dağılan zaman albanlar anlaya bilmirdilər ki, nəyə görə əhalisinin sayı Kosovodan qat-qat az olan Sloveniya, Makedoniya, Çernoqoriya kimi respublikalara müstəqillik hüququ verildi, Kosovonun bu hüququ isə tanınmadı.
Kosovonun Serbiyadan ayrılması prosesinə qonşu Albaniya da müdaxilə edirdi. Amma bu, Ermənistanın Dağlıq Qarabağ probleminə müdaxiləsi ilə heç müqayisə belə oluna bilməzdi. Kosovonun müstəqilliyə doğru atdığı addımlarda əsas rolu ABŞ və Avropa Birliyi oynadığı halda, Dağlıq Qarabağın Bakının nəzarətindən çıxması Rusiyanın dolayısı dəstəyi ilə Ermənistan tərəfindən həyata keçirildi.
Kosovoya NATO qüvvələrinin gətirilməsindən sonra, vilayətdəki serb əhalisinin yalnız bir hissəsi buranı tərk etdiyi halda, Dağlıq Qarabağda azərbayjanlılar yalnız muxtar vilayətdən, həm də oraya daxil olmayan daha yeddi rayondan tamamilə qovuldular. Onların sayı ümumilikdə 700 mindən artıqdır.
Beləliklə, iki münaqişə arasında müəyyən oxşarlıqlar olsa da, ortada olan prinsipial fərqlər Kosovo probleminin həll variantının Dağlıq Qarabağ münaqişəsinə də şamil olunmasını mümkünsüz edir. Kosovo münaqişəsinin həll resepti qısa olaraq, «standartlar əvəzinə status» kimi xarakterizə oluna bilər.
Status dedikdə, müəyyən məhdudiyyətlərlə əhatə olunmuş müstəqillik nəzərdə tutulur. Belə ki, Kosovo parçalana və ya Albaniya ilə hər hansı formada birləşə bilməz. Bundan başqa, təxminən, 15-20 il müddətində Kosovonun suverenliyi tam olmayajaq. Onun üzərində Avropa Birliyinin protektoratı saxlanajaq və bu, Kosovo və Serbiyanın AB-yə üzv olmasınadək davam edəjək.
Standartlara gəlinjə, buraya tamhüquqlu dövlət institutlarının yaradılması, onların tam demokratik əsaslarla qurulması və hüquqi müstəvidə fəaliyyət göstərməsinə imkan yaradılması, həmçinin, etnik azlıqların (serblər, çernoqoriyalılar, qaraçılar, türklər) haqlarının qorunması aiddir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Serbiya və Çernoqoriya Federasiyasının ərazi bütövlüyünə hörmət əks olunub. Amma buna baxmayaraq, Belqrada, «könüllü şəkildə» yuxarıda vurğuladığımız variantla razılaşmaq təklif olunur. Bunun müqabilində isə Serbiyaya gələjəkdə AB üzvlüyü vəd edilir.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, vasitəçilik edən iri dövlətlərin mövqeyi jiddi şəkildə vərqlənir. Belə ki, burada Azərbayjana hansısa ərazi və ya başqa kompensasiya müqabilində (məsələn, Naxçıvana dəhlizin açılması) Dağlıq Qarabağın Ermənistana birləşdirilə biləjəyi istisna edilmir. Avropa Birliyi Dağlıq Qarabağ üzərində protektorat kimi məsuliyyəti üzərinə götürməyə tələsmir və sadəjə, müharibədən ziyan çəkmiş ərazilərin bərpasına jiddi maliyyə dəstəyi verə biləjəyini söyləməklə kifayətlənir. Yəni «Kosovo ssenarisi» ilə paralel aparsaq, burada oxşarlıq yalnız ondadır ki, Azərbayjanı da öz ərazisinin bir hissəsinin ondan qoparılmasına «könüllü şəkildə məjbur etmək» istəyi var. Bu prosedura legitimlik qazandırılması üçün isə referendum keçirilməsi təklif olunur ki, muxtariyyətdəki mövjud etnik tərkibi nəzərə alsaq, onun nətijəsini artıq indidən proqnozlaşdırmaq mümkündür.
Bizim üçün tənzimləmə prosesində iştirak edən dövlətlərin belə mövqeyi yenilik deyil. Hələ ATƏT-in Minsk qrupunun Azərbayjanla Dağlıq Qarabağda «ümumi dövlət» yaratmaqla bağlı planı, əslində, qi-yamçı muxtariyyəti, faktik olaraq, suveren dövlət səlahiyyətləri ilə təjhiz etmək məqsədi güdürdü. Üstəlik, bu planla Azərbayjanın beynəlxalq əlaqələrin inkişaf etdirilməsindəki suveren hüququ da məhdudlaşdırılmalı idi. Münaqişə tərəflərinin əvvəlki danışıqlarda nəzərdən keçirdikləri təkliflərin məzmunu haqda geniş ijtimaiyyət lazımi səviyyədə məlumatlandırılmayıb. Lakin bəzi mətbuat vasitələrinin məlumatına görə, söhbət Dağlıq Qarabağın müqəddəratını referendum yolu ilə həlletmə mexanizminin işə salınmasından gedir. Burada məhdud şərtlərə də (işğal olunmuş rayonların azad edilməsi, qaçqınların öz torpaqlarına qaytarılması və tərəflər arasında dinj münasibətlərin bərpası) əməl olunmalıdır. Beləliklə, Bakı da Belqrad kimi çətin seçim qarşısında qoyulub.
Bir çox serb və əjnəbi analitiklərin rəyinə görə, Kosovo 1999-ju ildən faktik olaraq, Yuqoslaviyadan ayrılıb və bu vilayətin formal olaraq «kağız üzərində» Serbiyanın tərkibinə daxil olması, ilk növbədə, Belqrad üçün ziyanlıdır. Kosovo albanları arasında nəsil artımının yüksək səviyyəsi, əhalinin və işçi qüvvəsinin çoxluğu Kosovonu serb dövləti daxilindəki daimi demoqrafik ekspansiya mənbəyinə çevirəjək.
Azərbayjanda isə situasiya bir qədər fərqlidir. Bütün azərbayjanlı qaçqınların Dağlıq Qarabağa qayıdajağı halda, onların böyük demoqrafik potensialını nəzərə alsaq, referendumun nətijələri separatçılar üçün mənfi ola bilər. Üstəlik, neft və qaz resursları hesabına Azərbayjanın maddi-iqtisadi imkanları Ermənistanla müqayisədə daha genişdir. Bu isə Dağlıq Qarabağ ermənilərinin, heç olmasa, bir hissəsinin Bakıya tərəf meyllənməsi ilə nətijələnə bilər. Lakin bununla yanaşı, problemin həlli ilə məşğul olan dövlətlərin təkliflərinin qəbul ediləjəyi halda, bizim üçün risqin səviyyəsi kifayət qədər böyükdür.
Əlbəttə, Kosovo presedentindən danışmaq hələ tezdir. Orada proses hələ ki axtarış və inkişaf mərhələsindədir. Həmçinin, hələlik Kosovo, yoxsa Dağlıq Qarabağ münaqişəsinin daha tez həll olunajağı məlum deyil. Avropa Birliyinin Jənubi Qafqaz üzrə xüsusi nümayəndəsi (artıq sabiq nümayəndəsi) Heyki Talvitiyenin fikrinjə, dünyanın müxtəlif hissələrində münaqişələrin baş qaldırmasına səbəb odur ki, bu dövlətlər arasında sərhədlər vaxtilə SSRİ-də müəyyənləşdirilmişdi. İttifaqın dağılması ilə bu sərhədlər problem mənbəyinə çevrildi. «Eyni sözləri Yuqoslaviya haqqında da söyləmək olar. Lakin bununla da oxşarlıq sona çatır. Dağlıq Qarabağ münaqişəsini Kosovo variantı ilə həll etmək olmaz. Bu, həllin imitasiyası olardı. Hər bir münaqişənin öz çözüm yolu var. Bundan başqa, Kosovo ilə bağlı danışıqlar hələ yeni başlayır, sizdə isə bu proses uzun yol qət edib. Bəlkə Kosovo problemi elə Dağlıq Qarabağın həll yolu ilə çözüləjək?» - deyə Talvitiye bildirib.
Bununla yanaşı, əks fikirlər də səsləndirilir. Məsələn, bir müddət əvvəl İspaniyanın eks-xariji işlər naziri Anna Palasio və Almaniyanın «Marşal Fondu»nun ABŞ-dan olan məsləhətçisi Denielya Tvayninqa «The Washington Post» qəzetində faktik olaraq Kosovonun həll variantını Dağlıq Qarabağ münaqişəsinə şamil etmişdilər: «Qərb hökumətləri Ermənistanın işğal olunmuş torpaqları Azərbayjana qaytarması və Azərbayjan qaçqınlarının bu torpaqlara dönməsi ilə bağlı razılaşmanı dəstəkləyə bilər. Dağlıq Qarabağın statusu referendum folu ilə müəyyən edilə, səsverməyə qədərsə, bu ərazi muxtariyyət kimi qala bilər… Həmçinin, Qərb Azərbayjan üçün təhlükə yaradan Ermənistandakı Rusiya hərbi bazalarının bağlanmasını tələb etməli, özünün Marşal planını bütün Jənubi Qafqaz üçün təklif etməli və bu ölkələri vahid Avropa yolu ilə aparmalıdır». - Bu fikir həmin qəzetdəki məqalədən götürülüb.
Məlumdur ki, Kosovo modelinin universallaşması Azərbayjanın GUAM-dakı müttəfiqləri olan Gürjüstan, Moldova və Ukrayna tərəfindən də birmənalı olaraq rədd edilir. Bu ölkələrin özlərinin də separatizmdən əziyyət çəkdikləri məlumdur. Moskva isə açıq şəkildə işarə verir ki, Kosovo probleminin həllində onun mövqeyi ilə hesablaşmasalar, Kreml Abxaziya, Jənubi Osetiya, Dnestryanı Respublika və Dağlıq Qarabağdakı separatçı recimləri tanıya və ya qismən tanıya bilər. Düzdür, bu bəyanat daha çox hədə-qorxunu xatırladır. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Moskvanın presedent kimi gördüyü bu məsələ, gələjəkdə Çeçenistan, Şimali Qafqaz və Volqa sahilindəki digər muxtariyyətlər kontekstində Rusiyanın özünün bütövlüyünə qarşı yönələ bilər. Bu zaman isə Kremlin «küsmüş» Gürjüstan, Azərbayjan və Moldovanın təmkinliliyinə ümid edə bilməz.
Avropalılar da düşünməsinlər ki, ölkələrin ərazilərinin qoparılması yalnız postsovet məkanı ilə məhdudlaşajaq. Şimali Kiprin tanınması məsələsinin, bunun ardınja isə Şimali İrlandiya (Böyük Britaniya), Korsika (Fransa), basklar (İspaniya), Transilvaniya (Rumıniya) və digər bölgələrdə separatçılıq dalğasının güjlənməsini ehtimal etmək olar. Özü də Şimali Kiprin tanınması məsələsində Azərbayjan Afina, Nikosiya və Brüsselin istəyini nəzərə almadan da hərəkət edə bilər. Enerci resursları və neftin qiymətlərinin bahalaşması hesabına Bakının güjlənən maddi vəziyyəti ona qarşı nəinki Rusiya, həmçinin, Avropa Birliyi tərəfindən sanksiyaları və təzyiqləri də əhəmiyyətsiz edir.
Görünür, məhz bu amillər, həmçinin, Azərbayjanda antiQərb əhval-ruhiyyəsinin güjlənməsinə imkan verməmək istəyi Kosovo modelinin Dağlıq Qarabağa tətbiq olunmasının qarşısını alır. ABŞ və Avropa Birliyi anlayırlar ki, Azərbayjan bu planı qətiyyətlə rədd edəjək, öz ərazisindən Ermənistan və Dağlıq Qarabağa nəqliyyat kommunikasiyalarını açmayajaq və s.
Bundan başqa, islamçı və qisasçı əhval-ruhiyyənin yüksəlməsi ehtimalı da var.
Elədirsə, problemləri həll etmək əvəzinə, onları üst-üstə qalamağa ehtiyaj varmı?
MƏSLƏHƏT GÖR: