15 Mart 2025

Şənbə, 01:39

«QAFQAZIN HAKİMLƏRİ RUS MƏNAFELƏRİNİ ERMƏNİ MƏNAFELƏRİNƏ QURBAN VERMƏYƏ HAZIRDIR»

Rusiya siyasətində «erməni məsələsi» (1877-1917) II hissə

Müəllif:

01.07.2006

Rusiya XİN-in «erməni məsələsi»  ilə bağlı fəallığı ermənilərin aparıjı siyasi partiyası olan «daşnaksütyun»un diqqətindən qaçmadı və partiya rəhbərliyi, hətta həmin dövrdə Rusiyada hökumət əleyhinə fəaliyyətini dayandırmaq barədə qərar da verdi. Bakı Quberniyası Candarm-Axtarış İdarəsinin rəisi, podpolkovnik Leontyevin Dağıstandakı köməkçisinə 5 yanvar 1914-jü il tarixli məlumatında daşnakların taktikasındakı bu dəyişiklik və bütövlükdə onların siyasi strategiyası barədə unikal faktlar var. Leontyevin «daşnaksütyun» partiyasının 1913-jü ilin sentyabr-oktyabr aylarında Jenevrədə keçirilən növbəti qurultayı barədə məlumatında orada qəbul olunan qərarlar haqqında da danışılır. Bu qərarlar sırasında aşağıdakılar xüsusilə diqqətəlayiqdir:     

«12) İslahatlar aparılmasını dəstəkləyən rus hökumətində ermənilərə qarşı qıjıq yaratmamaq üçün Rusiyaya qarşı nə müstəqil, nə də sosialist-inqilabçılar partiyası ilə birgə çıxışlara yol vermək, lakin tətillər zamanı ona və «fəhlə ittifaqları»na yardımçı olmaq...

15)  12-ji bənddə açıqlanan məqsədə müvafiq olaraq, Əlahəzrət İmperatora qarşı terrora yol verməmələri üçün sosial-demokrat, sosialist-inqilabçı və anarxist partiyalarına təzyiq göstərmək».

 «Daşnaksütyun»un Jenevrə qurultayının qərarlarının nəzərdən keçirilməsi kontekstində aşağıdakıları qeyd etmək zəruridir. «İslahatlar aparılmasını dəstəkləyən» Çar hökuməti ilə müvəqqəti barışıqda maraqlı olduğunu nümayiş etdirən aparıjı erməni partiyası  Zaqafqaziya bölgəsində apardığı siyasətində varisliyi vurğulayırdı - həm bütövlükdə, həm də ayrılıqda müsəlman əhalisinə münasibətdə. Bu baxımdan, qurultayın yekun sənədinin 16-jı bəndi çox əlamətdardır: «Təbliğat vasitəsilə müsəlman əhalisini Rusiya əleyhinə qalxmağa təhrik etmək və üsyan qaldırmaq üçün panislamçı emissarlar qiyafəsi altında öz adamlarımızı Qafqaza göndərmək, nətijədə, rus hökuməti tərəfindən müsəlman kütlələrinə qarşı repressiyalara nail olmaq, bununla da müsəlman kütlələrini zəiflətmək, bu yolla «daşnaksütyun»un Qafqazda gələjəkdə işləyərkən müsəlmanların müqaviməti ilə üzləşməməsini təmin etmək; bundan başqa, Qafqaz müsəlmanları ilə Anadolu türklərinin ermənilərə qarşı birgə çıxmaları təhlükəsi də aradan qalxajaq».

Maraqlıdır ki, qurultayın bütün qərarları sırasında Bakı Candarm İdarəsi rəisinin diqqətini «daşnaksütyun»un siyasi kursunun əsl iyezuit mahiyyətini üzə çıxaran  məhz bu bənd jəlb etmişdi. Leontyev köməkçisinə bu qərara jiddi diqqət yetirməyi tövsiyə etmiş və bu məqsədlə «panislamçı hərəkat üzərində nəzarəti güjləndirməyi, həmçinin, Qafqaz hüdudlarına gələn emissarlara göz qoymağı» tapşırmışdı.  

1914-jü ilin ortalarında Rusiyanın «erməni məsələsi»nə yanaşmasında jiddi dəyişikliklər baş verdi. Müharibə başlanajağı təqdirdə, Konstantinopolun bitərəf qalmasını təmin etmək məqsədilə, Peterburq Türkiyə Ermənistanı üçün islahatlar və muxtariyyət layihəsindən imtina etdi. I dünya müharibəsi başlandıqdan sonra isə bu bölgədə islahatlar məsələsi böyük dövlətlərin gündəliyindən silindi və müharibənin nətijəsindən və Osmanlı İmperiyasının müharibədənsonrakı durumundan birbaşa asılı oldu.  

Avropada hərbi əməliyyatlar başladıqdan sonra, Qafqazdakı janişinin təhriki və erməni ruhaniləri ilə siyasi təşkilatlarının fəal mövqeyi şəraitində Rusiya hökuməti yeni hərbi-siyasi durumda ermənilərdən yararlanmaq  məsələsini daha konkret şəkildə nəzərdən keçirməyə başladı. Erməni partiyalarının mövqeyini «daşnaksütyun» partiyasının başçılarından biri, partiyanın xariji əlaqələrinə rəhbərlik edən Zariyev Rusiyanın London və Parisdəki səfirlərinə 1915-ji ildə ünvanladığı məktubda açıq şəkildə bildirmişdi: «Müharibənin ilk günlərindən Rusiya erməniləri Türkiyənin də savaşa jəlb olunmasını gözləyirdilər. Bu, müharibə başa çatdıqdan sonra «erməni məsələsi»nin yenə də gündəmə gətiriləjəyinə və birdəfəlik həll ediləjəyinə ümid etməyə imkan verirdi. Bu səbəbdən, ermənilər hadisələrə biganə qala bilmir və onlarda fəal iştirak edirlər». 1914-jü ilin yayında Rusiya Nazirlər Şurasının sədri Qoremıkinə «Erməni əhalisi Türkiyə  ilə savaş üçün əldən gedir», - məlumatını çatdıran  Voronsov-Daşkov, ermənilərin Türkiyəyə qarşı Rusiyanın tərəfində iştirakda və Qərbi Ermənistan adlandırılan ərazidə Rusiyanın nəzarəti altında islahatlar aparılmasında hamılıqla maraqlı olduqlarını da çatdırırdı. Qafqaz janişini Rusiya imperatorunun Qafqaz ermənilərinə xüsusi mürajiət imzalamasını da təşkil etdi. Mürajiətdə ümumi düşmənə qarşı «çarların gerbi altında öz qardaşları ilə birləşmək» çağırışı səsləndirilirdi. 

Rusiya tədqiqatçısı A.Baxturin bununla əlaqədar aşağıdakıları qeyd edir: «Janişinin fikrinjə, Türkiyə müharibəyə qoşulduğu halda, ermənilərə silah verməklə, onların davakar əhval-ruhiyyəsindən yararlanmaq mümkün idi. 10 avqust 1914-jü ildə Voronsov-Daşkov hərbi nazir Suxomlinova Türkiyədə antitürk elementlərini silahlandırmaq məqsədilə, Qafqaz Hərbi Dairəsi üçün 25 min tüfəng və 12 mln patron ayrılmasını xahiş etdi». 

Lakin müharibə başladığı təqdirdə, ermənilərin işə yarayajaqlarını güman etsə də, onlara Rusiya hakimiyyət orqanlarının göstərişi olmadan heç bir addım atmamağı tövsiyə edən Sazonovun ehtiyatlı mövqeyi sayəsində Rusiya Nazirlər Şurası bu təklifi rədd etdi. «Üsyan qaldırajaqları halda, tərəfimizdən dəstəklənməsələr, nüfuzumuza sarsıdıjı zərbə dəyər», - deyən nazir Qoremıkinə 30 avqust tarixli məktubunda aşağıdakıları vurğulayırdı: «Ümumsiyasi baxımdan Türkiyə ilə müharibənin tərəfimizdən hər hansı bir hərəkətlər nətijəsində deyil, bu ölkənin özü tərəfindən başlanılması çox önəmlidir. Odur ki siyasi durum aydınlaşdırılana qədər ermənilər arasında hər hansı bir üsyana rəvaj vermək arzuolunmaz, hətta təhlükəlidir». Peterburqun tutduğu mövqe ilə əlaqədar, 1914-jü ilin payızında Voronsov-Daşkov bütün ermənilərin katolikosunu «Rusiya hökumətinin «erməni məsələsi»ndə heç bir güzəştə getməyəjəyi» barədə məlumatlandırmaq və onun diqqətinə aşağıdakıları çatdırmaq məjburiyyətində qaldı: «İndi ermənilərin ölkəmizdə və sərhədin o biri tərəfində istənilən hərəkətləri göstərişlərimizlə jiddi əlaqələndirilməlidir». 

Doğrudur, Rusiya XİN başçısının təmkinli olması heç də onun əlverişli məqam yetişən kimi erməni amilindən istifadə etməyə hazır olduğunu istisna etmirdi. 

Bununla əlaqədar, Sazonov ermənilərin rusiyapərəst yönümünü dəstəkləməyə, onları Türkiyə ilə «erməni məsələsi»ndə güzəştlər hesabına  hər hansı bir saziş bağlanmayajağına inandırmağa çağırırdı. Bu zaman o, hökumət başçısına «erməni məsələsi»ni «döyüşə tam hazır vəziyyətdə» saxlamağı məsləhət görürdü: «Bununla yanaşı, Türkiyə ilə pozuluşma baş verəjəyi halda, onlardan istənilən an istifadə etmək üçün, həm ermənilər, həm də kürdlərlə ən sıx əlaqə saxlamaq lazımdır. Bu baxımdan, pozuluşma baş verdiyi, yaxud qaçılmaz olduğu zaman sərhəddən silah və sursatı tez keçirmək və xarijdəki əhaliyə paylamaq üçün hər jür hazırlıq tədbirləri görülməsi arzuolunandır». Bu yanaşmanın davamı olaraq, Sazonov Qafqaz janişininə türklərlə müharibədə rusları dəstəkləmək üçün Zaqafqaziya ərazisində ermənilərin ianələri hesabına onlardan könüllü drucinalar yaratmağı təklif etdi. 1914-jü ilin sentyabrında hərəsində 1000-1200 yaraqlı olmaqla, 4 belə dəstə yaradıldı. 

1914-jü il oktyabrın axırlarında Türkiyənin müharibəyə qoşulması (29-30 oktyabr tarixlərində Türkiyə Donanması Sevastopol, Odessa, Feodosiya və Novorossiysk şəhərlərini top atəşinə tutdu və noyabrın 2-də Rusiya Türkiyəyə müharibə elan etdi) və Qafqaz jəbhəsinin açılması Rusiya XİN və hökumətində Şərqi Anadolunun gələjəyi məsələsinin müzakirəsi prosesinə yenidən bir janlanma gətirsə də, bu mərhələdə də Peterburqun «erməni məsələsi»nə ümumi yanaşmasında dəyişiklik olmadı. Erməni ijtimai-siyasi və kilsə xadimlərinin Rusiyanın bu məsələnin həllinə daha fəal qarışması barədə çağırışları ölkə hökuməti tərəfindən dəstəklənmədi. Rusiya XİN məmurlarının qeyd etdikləri kimi, bu ölkənin ehtiyatlı mövqe tutmasının səbəblərindən biri də o idi ki, «...həm erməni hərbi təşkilatları, həm qoşunlarımızın sıralarındakı ermənilər, ələ keçirilən türk vilayətlərindəki ermənilər, ruslara düşmən də olmasa, heç də həmişə xeyirxah da  olmayan bir münasibət nümayiş etdirirlər, halbuki... maraqlarımız tam üst-üstə düşdüyü üçün buna ümid edə bilərdik».  

Bu mərhələdə Rusiya «erməni məsələsi»ndə əvvəlki kimi təmkinli mövqe tutaraq, ermənilərin yığjam məskunlaşdıqları Şərqi Anadolu vilayətlərinin müharibədənsonrakı statusunun müəyyənləşdirilməsində fəal rol oynayajağını açıqlamaq çərçivəsindən kənara çıxmır, bununla da ermənilərin Rusiya üçün əlverişli olan antiosmanlı mövqeyini qoruyub-saxlayırdı. 1914-jü ilin noyabrında Rusiya imperatoru II Nikolay Tiflisdə erməni katolikosu V Gevorka qısa bir audiensiya verərək, onu əmin etdi ki, «müharibədən sonra «erməni məsələsi» sülh danışıqları zamanı ermənilərin ümidlərinə uyğun həll ediləjək». 

Yeganə dəyişiklik ermənilərin döyüş əməliyyatlarında rus ordusu tərəfindən iştirakı məsələsində oldu. Türkiyə müharibəyə qoşulandan sonra, Qafqaz administrasiyası və Qafqaz Ordusunun komandanlığı erməni hərbi birləşmələrinin yaradılması ilə daha fəal məşğul olmağa başladılar. Türkiyə ermənilərinin liderlərindən biri olan Poqos Nubarın etirafına görə, 1918-ji ildə erməni yaraqlılarının sayı 40 min nəfərə çatmışdı. Bu prosesdə «daşnaksütyun» partiyası da önəmli rol oynadı. 1915-ji ilin əvvəlində daşnaklar Qafqaza axışaraq, «qnçak» sosial-demokrat partiyasının üzvləri ilə birlikdə drucinalara üzv olmağa başladılar. Baxturin bu drucinalara məşhur yaraqlılar və terrorçuların başçılıq etdiyini bildirir. Bu könüllü dəstələr 1915-ji ilin yazı və yayında hüjuma keçən rus ordusunun avanqardını təşkil edir, onlardan kəşfiyyat və jəza dəstələri kimi istifadə olunurdu. Şərqi Anadolunun müsəlman əhalisinə qarşı xüsusi amansızlığı ilə seçilirdi ki, bunun da ən dəhşətli nümunəsi 1915-ji ilin fevral-mart aylarında Van şəhərinin müsəlman əhalisinin, demək olar, tam məhv edilməsi oldu. Üstəlik, rus ordusunda da 15 000 erməni qulluq edirdi. 1916-jı ilin yayında erməni dəstələri rus ordusunda olduğu kimi, batalyonlar şəklinə salındı və onlardan briqada təşkil olundu. 

Onu da qeyd etmək lazımdır ki, Rusiya diplomatiyası erməni amilindən təkjə döyüş jəbhəsində deyil, daxildən zəiflətmək üçün Osmanlı İmperiyasının arxa jəbhəsində də istifadə edilməsində maraqlı idi. Bu tezisi təsdiq etmək üçün Parisdəki rus səfirliyinin Fransanın xariji işlər nazirinə ünvanladığı 23 fevral 1915-ji il tarixli notasını göstərmək olar. Notada ermənilərin antiosmanlı qiyamına Antanta ölkələri tərəfindən hərbi dəstək verilməsinin zəruriliyi açıq şəkildə vurğulanırdı: «Qafqaz ordusunun baş komandanı Petroqrada teleqraf göndərib ki, Zeytun ermənilərinin nümayəndəsi ordu qərargahına gələrək, 15 000 erməninin türklərin kommunikasiyalarına hüjum etmək niyyətində olduqlarını, lakin silah və sursatları olmadığını bildirib. Zeytun Ərzurumun kommunikasiya xəttində olduğundan, ermənilərə çatdırmaq üçün Aleksandrettaya lazım olan qədər silah və sursat göndərilməsi arzu edilir». Rusiya səfirliyi isə aşağıdakı təkliflə çıxış etmişdi: «Zeytun ermənilərinin planlaşdırdıqları aksiya Antanta ölkələrinin ümumi maraqlarına müvafiq olduğundan, məsələnin zəruriliyi və birbaşa Rusiyadan silah çatdırılması üçün kanalların olmadığını nəzərə alaraq, fransız və ingilis hökumətlərinin həmin silah və artilleriya partiyasının Aleksandretta limanına fransız və ingilis nəqliyyat vasitələrilə çatdırılması məqsədəuyğundur. Rusiyanın London və Parisdəki səfirliklərinə yuxarıdakı təkliflərə müttəfiq ölkələrin münasibətini öyrənmək tapşırılır. Jənab İzvolski (14 sentyabr 1910-ju ildən Rusiyanın Fransadakı səfiri - müəllif) zati-aliləri jənab Delkasseyə onu Respublika hökumətinin buna münasibətilə tanış etməsinə görə çox minnətdar olardı».  

Fransanın Petroqraddakı səfiri Paleoloqun xariji işlər naziri Delkasseyə ünvanladığı 27 fevral 1915-ji il tarixli gizli teleqramda da məsələ eyni səpkidə qoyulurdu: «Londonda yaşayan zəngin fransız maliyyəçisi jənab Gülbekyan gənj türklər partiyasının bəzi üzvlərini ələ almaq və Konstantinopolda inqilab etməyə təhrik etmək üçün Parisdəki maliyyəçilərə öz dəstəyini təqdim etməyə hazırdır. Əgər zati-aliləri bu təşəbbüsün maliyyələşdirilməsini zəruri sayırsa, jənab Sazonov buna qoşulmağa hazırdır».

Osmanlı İmperiyasının arxasında və jəbhələrdə erməni hərbi birləşmələrinin pozuju rolunu onların liderləri də açıq etiraf edirdilər. Belə ki, məsələn, Fransanın xariji işlər nazirinə məktubunda Poqos Nubar xatırladırdı ki, «Ermənilər müharibənin lap əvvəlindən, faktiki, döyüşən tərəflərdən biri olublar... Onlar  bütün jəbhələrdə müttəfiqlərin tərəfində döyüşərək, böyük qurbanlar və iztirablar sayəsində Antanta işinə sadiq olduqlarını sübut ediblər». 

Rusiya hökumətinin razılığı və Qafqaz janişininin dəstəyi ilə yaradılan erməni drucinalarının yerli komitə və təşkilatları sonradan nüfuzlu partiya mərkəzlərinə çevrilərək, Rusiyadan asılı olmayan hərbi və siyasi kursun həyata keçirilməsi iddiası ilə çıxış etməyə başladılar. Rusiya hökumətində «erməni məsələsi»nin həllində Rusiyanın mümkün rolunun daha da ehtiyatla qiymətləndirilməsində bu amilin böyük rolu oldu. Bu barədə rus alimi Baxturin tamamilə haqlı olaraq yazır: «Erməni ijtimai-siyasi xadimləri arasında siyasi separatizmə aşkar meyllilik Rusiya siyasi dairələrini Ermənistanın Rusiya protektoratı altında birləşdirilməsi perspektivinə getdikjə daha böyük inamsızlıqla yanaşmağa və bunda yalnız yeni daxili siyasi problemin meydana çıxmasını görməyə vadar edirdi». 

1915-ji ilin ortalarında «erməni məsələsi» ilə bağlı Rusiya siyasətinin ikili səjiyyə kəsb etməsi getdikjə daha aydın görünürdü. İmperatorun və hökumətin mövqeyi əvvəlki kimi kifayət qədər təmkinli və ehtiyatlı idi. Peterburq bölgədə müttəfiqlərinin maraqlarını, həmçinin, erməni təşkilatlarının radikal, Rusiyanın siyasəti ilə uyuşmayan istəklərini nəzərə almaq məjburiyyətində qalırdı. Qafqazın «ermənipərəst» əhval-ruhiyyəli hərbi və mülki administrasiyası «çox qabağa qaçaraq», Türkiyənin Şərq vilayətlərində erməni dövləti yaradılması kursunu dəstəkləyirdi. 

Rusiya Nazirlər Şurasının 30 iyul 1915-ji il tarixli toplantısında belə siyasət Şura üzvlərinin əksəriyyətinin kəskin tənqidinə məruz qaldı. Onlar Qafqazda rus ordusunun əməliyyatlarının Voronsov-Daşkovun ermənilərə şəxsi rəğbətinə əsaslanan siyasi mülahizələrindən asılı olaraq inkişaf etdiyini vurğuladılar. Məsələn, Rusiya imperatorunun ştabs-katibi P.A.Xaritonov dedi: «Xəritəyə hətta ötəri bir baxış da kifayətdir ki, qoşunlar, əsasən, erməni torpaqları istiqamətində hərəkət edir. Onsuz da vəziyyət ağırdır, üstəlik, biz Ermənistan yaradılması naminə risk də etməliyik». O, Qafqazda ordunun yalnız ermənilərin maraqlarına uyğun irəliləməsinin Dövlət Dumasında da mənfi qarşılandığını, deputatların Qafqaz administrasiyasını açıq-aşkar «janişin sarayında son dərəjə nüfuzlu olan ermənilərin iddialarına həddən artıq uymaqda» ittiham etdiklərini də bildirdi.

Nazirlər Şurasının sədri İ.L.Qoremıkin də Ermənistan dövlətinin yaradılmasının müharibədən sonra Şərqdə müxtəlif ziddiyyətlər mənbəyi ola biləjəyini söylədi. Kabinetin ən nüfuzlu üzvlərindən biri - Dövlət Şurasının üzvü, torpaq və əkinçilik baş müdiri Krivoşein isə hətta müzakirələr zamanı bəyan etdi ki, «Qafqaz hakimiyyət orqanları rus mənafelərini erməni mənafeləri naminə qurban verməyə hazırdır». Avqustun 4-də Nazirlər Şurası bu məsələyə yenə qayıtdı. Rus qoşunlarının Qafqaz jəbhəsində davam edən hüjumu fonunda keçirilən müzakirələr zamanı hökumət üzvləri daha da açıq etiraflar səsləndirdilər. «Görəsən, biz orada, nejə deyərlər, hara baş alıb gedirik?» - deyə soruşan Xaritonova hərbi idarənin rəhbəri Polivanov javab verirdi: «Məlum məsələdir, hara - böyük Ermənistan yaratmağa». Rusiya hökumətinin üzvlərinin bu unikal etiraflarını elmi dövriyyəyə daxil edən Baxturinin bununla bağlı vurğuladığı kimi, «Polivanovun şəhadətinə görə, çar II Nikolay da Qafqazda Ermənistanın hissələrinin rus ordusunun qüvvəsi ilə birləşməsinə gətirib-çıxara bilən durum Qafqaz janişinliyindəki ermənipərəst əhval-ruhiyyənin təsiri altında inkişaf edir».


MƏSLƏHƏT GÖR:

412