15 Mart 2025

Şənbə, 01:16

İRƏLİLƏYİŞ ƏRƏFƏSİNDƏ…

Danışıqlar prosesində yeni detallar ortaya çıxıb

Müəllif:

01.07.2006

Azərbayjan və Ermənistan prezidentlərinin Rambuye görüşünün iflasa uğramasının ardından, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Buxarestdə aparılan danışıqlarda da hər hansı irəliləyiş əldə olunmadı. Buxarest görüşünün az-çox ümidveriji məqamı yaxın zamanlarda iki ölkənin xariji işlər nazirləri arasında danışıqların davam etdiriləjəyi və görüşdə onların prosesi «dalandan çıxarmağa» çalışajaqları haqda açıqlama oldu.

Xatırladaq ki, iki ölkə prezidentləri arasında iyunun 4-5-də Buxarestdə keçirilən görüşdən son-ra, ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək bildirdilər ki, «Vasitəçilər münaqişənin sülh yolu ilə nizamlanmasının vajibliyi və mümkünlüyü haqda fikirlərində qalırlar». Bununla yanaşı, onlar problemin həlli üçün 2006-jı ilin məqbul olması barədə fikirlərini bir daha təkrarladılar. Bəyanatda qeyd olunur ki, vasitəçilərin münaqişə tərəflərinə təqdim etdikləri prinsiplər, problemin həlli ilə bağlı razılaşmanın əldə edilməsi üçün ədalətli əsas ola bilər.

Lakin Azərbayjan və Ermənistan xariji işlər nazirlikləri (XİN) rəhbərlərinin iyunun 13-də Parisdə keçirilən görüşü də nətijəsiz qaldı. Bu azmış kimi, Bakı və Yerevan nizamlanma prosesində tezliklə hər hansı irəliləyişin olmayajağını göstərən bəyanatlar da səsləndirdi.

Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarovun Bakının Dağlıq Qarabağa dünyada qəbul edilmiş, həmçinin, Rusiya Federasiyası tərkibində Tatarıstanın malik olduğu yüksək muxtariyyət statusu verməyə hazır olması ilə bağlı bəyanatı, onun erməni həmkarı tərəfindən sərt qarşılandı. Ermənistan xariji siyasət idarəsinin rəhbəri Vardan Oskanyan bildirdi ki, «Öz doğma torpaqlarında 20 ilə yaxın müddət ərzində sərbəst şəkildə öz həyatlarını idarə edə bilən xalqa (Dağlıq Qarabağ) muxtariyyət təklif etmək, ən azı, özünü aldatmaqdır». V.Oskanyanın sözlərinə görə, «Azərbayjanın muxtariyyətlə bağlı son təklifi danışıqlar prosesinin mahiyyətindən uzaqlaşmağa hesablanmış addımdır və hazırda beynəlxalq arenada mövjud olan tendensiyalara javab vermir».

Beləliklə, məlum olur ki, Azərbayjan və Ermənistan XİN başçılarının danışıqları davam etdirmək haqda qərarına baxmayaraq, aparılan müzakirələrdən hansısa irəliləyiş gözlənilmir. Bu isə öz növbəsində göstərir ki, yaxın vaxtlarda XİN başçıları səviyyəsində yeni görüş planlaşdırılmır və hətta  danışıqlar prosesində, ümumiyyətlə, taym-autun götürülməsi də mümkündür. Və yəqin ki, yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin hansısa fövqəladə addımlar atması, bunun qarşısını ala bilər.

 

Yeni amerikalı həmsədr vasitəçilərin kartlarını açdı

Vasitəçilərin hazırladıqları fövqəladə addımların mücdəçisi ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Metü Brayzanın bəyanatları sayıla bilər. Bu vəzifəyə təyin olunmasından jəmi bir neçə gündən sonra, diplomat sülh danışıqlarının, indiyədək konfidensial sayılan məzmununu ijtimaiyyətə açıqladı. M.Brayzanın sözlərinə görə, söhbət çərçivə razılaşmasından gedir və burada erməni qoşunlarının təhlükəsizlik zolağı olan bir sıra rayonlardan çıxarılması nəzərdə tutulub. Ermənistan tərəfinin bu güzəştinə javab olaraq, bütün nəqliyyat kommunikasiyaları işləməli, Yerevan ilə Bakı arasında iqtisadi və diplomatik əlaqələr bərpa olunmalıdır. Sənəddə, həmçinin, qaçqınların öz torpaqlarına qaytarılması və beynəlxalq ijtimaiyyətin regionun münaqişədənsonrakı bərpasına səyləri öz əksini tapıb. M.Brayzanın sözlərinə görə, hazırda müzakirə olunan sənəd münaqişə zonasında beynəlxalq sülhməramlıların yerləşdirilməsini də özündə əks etdirir. Bundan başqa, amerikalı diplomat bildirib ki, vasitəçilərin təqdim etdikləri təkliflər paketində hansısa mərhələdə Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla belə, yeni həmsədr iki ölkə prezidentinin konkret olaraq hansı məsələ ətrafında razılığa gələ bilmədiklərini açıqlamayıb.

Azərbayjan XİN-də M.Brayzanın bu bəyanatını şərh edərkən bildiriblər ki, diplomatın açıqlaması «real vəziyyəti əks etdirir» və «Azərbayjanın mövqeyi ilə ziddiyyət təşkil etmir». Nazirliyin rəsmisi Tahir Tağızadənin «İnterfaks-Azərbayjan» agentliyinə bildirdiyinə görə, «Azərbayjan daim problemin mərhələli-paket həllinə tərəfdar olub ki, burada ümumi nizamlanmanın iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur... Birinji mərhələ 8-10 əsasdan ibarətdir və ikinji mərhələyə keçməzdən əvvəl onların reallaşdırılması vajibdir. İkinji mərhələnin məqsədi isə Qarabağ regionunun demoqrafik və etnik tərkibinin münaqişəyəqədərki duruma gətirilməsi, yerli əhalinin təhlükəsizliyinin təmin olunması, bundan sonra isə Dağlıq Qarabağın statusunun demokratik, konstitusion şəkildə, Azərbayjanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır». 

Azərbayjan XİN tərəfindən verilən açıqlamadan belə nətijəyə gəlmək olar ki, Bakı ümumilikdə vasitəçilərin təqdim etdikləri layihəni qəbul edir.

 

Yerevanın əsəbləri tab gətirmir

Lakin Ermənistan prezidenti Robert Köçəryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçirilən geniş ijlasında bəyan edib ki, prezidentlər arasında Buxarestdə keçirilən son görüşdə vasitəçilər tərəfindən təqdim olunan layihə Azərbayjan tərəfindən rədd edilib. Ekspertlərin fikrinjə, bu bəyanatla Köçəryan danışıqlar prosesinin nətijəsiz qalmasına görə, məsuliyyəti Azərbayjanın üzərinə atmaq istəyir.

Bir neçə gündən sonra «İnterfaks» agentiliyinə müsahibə verən Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan isə bəyan edib ki, «Əgər gələjəkdə mətbuatda oxşar açıqlamalar bir daha yer alarsa, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son 7-8 ildə aparılan bütün danışıqların məğzini açıqlaya bilər». Onun sözlərinə görə, M.Brayzanın verdiyi açıqlamada vasitəçilərin tərəflərə təqdim etdikləri təkliflərin, sadəjə, bir neçə bəndi əks olunub və razılaşma layihəsinin mahiyyəti bütünlüklə açılmayıb. V.Soqomonyan amerikalı həmsədrin bəyanatının yersiz şərhlərə meydan açdığını da qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, «Belə davam edəjəyi təqdirdə, xüsusilə «ümumi dövlət» prinsipi əsasında razılaşma layihəsi, həmçinin, Ki-Uestdə müzakirə olunan sənəd və bir müddət əvvəl Buxarestdə nəzərdən keçirilənlər» Yerevan tərəfindən açıqlana bilər. «Əminəm ki, onda hər şey tamamilə aydınlaşajaq. Həmin layihələrin hər üçü Azərbayjan tərəfindən rədd edilib», - deyə V.Solomonyan bildirib.

Ən maraqlısı isə bundan sonra baş verib. Bəyanatla çıxış edən Ermənistan XİN, Minsk qrupu həmsədrlərinin təqdim etdikləri prinsiplərin danışıqların davam etdirilməsi üçün jiddi əsas saydığını və rəsmi Yerevanın bu əsaslarla Azərbayjanla müzakirələri davam etdirməyə hazır olduğunu bildirib. Ermənistan hesab edir ki, bu elementlərə yanaşmada Azərbayjanın mövqeyində tez-tez dəyişikliklərin baş verməsi, sülh prosesində irəliləyiş üçün jiddi maneədir və belə siyasətin davam etdiriləjəyi halda, Ermənistan Azərbayjanın birbaşa Dağlıq Qarabağla danışıqlar aparmasına israr edəjək. Bəyanatda, həmçinin, iddia olunub ki, Dağlıq Qarabağın statusu referendum vasitəsilə həll olunmalıdır və bu məsələ artıq Azərbayjan və Ermənistan prezidentləri arasında razılaşdırılıb. «Dağlıq Qarabağın statusu məsələsi Dağlıq Qarabağ xalqı tərəfindən referendum yolu ilə həllini tapmalıdır və danışıqlar prosesindəki ziddiyyət bu məsələ ilə əlaqədar deyil. Belə ki, artıq referendumun keçirilməsi iki ölkə prezidentləri arasında razılaşdırılmış elementdir», - deyə sənəddə qeyd olunur. XİN vurğulayıb ki, tərəflər arasında fikir ayrılığı proseslərin ardıjıllığı ilə bağlıdır. Ermənistan XİN-in bildirdiyinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərini qismən açıqlasalar da, hələlik Ermənistan ilə Dağlıq Qarabağ arasında dəhliz və referendumun keçirilənədək, Dağlıq Qarabağın müvəqqəti statusu ilə bağlı məsələlər həllini tapmayıb: «Vasitəçilər ilk dəfədir, Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ xalqı tərəfindən referendum vasitəsilə həll edilməli olduğunu qeyd edirlər».

Azərbayjanın xariji siyasət idarəsi Ermənistan tərəfinin bu açıqlamalarını javabsız qoymayıb və elə həmin gün «münaqişənin həlli ilə bağlı Ermənistan XİN-in «əsl reallıqları növbəti dəfə təhrif etmək jəhdinə» etirazını bildirib. «Ermənistan XİN-in bəyanatı, təəssüf ki, Yerevanın qeyri-konstruktivliyinin daha bir göstərijidir», - deyə Azərbayjan XİN-in açıqlamasında qeyd olunur. Xariji siyasət idarəsinin məlumatına görə, Minsk qrupunun həmsədrləri, xüsusilə, amerikalı diplomat M.Brayza «Problemin mərhələli həlli prinsiplərinin müzakirələr mərhələsində olan konturlarının jüzi bir hissəsini açıqlayıb və onu təklif olunan prinsiplərin ümumi konteksindən çıxarmaq olmaz». Nazirliyin açıqlamasına görə, bu, fikirlərin qarışması, həmçinin, spekulyasiya üçün zəmin yaradır: «İşğalın və etnik təmizləmə siyasətinin davam etdirilməsi şəraitində statusun müəyyənləşdirilməsi mümkün deyil və bu, Azərbayjanın işğal olunmuş torpaqlarının boşaldılması, bütün münaqişə zonasının demilitarizasiyasını nəzərdə tutmalıdır. Belə olan halda, torpaqlarından zorla qovulmuş azərbayjanlıların oraya qayıtmasına şərait yaranajaq. Bunu Ermənistan rəhbərliyi də etiraf edir». 

Sənəddə o da qeyd olunur ki, Bakı bir daha Dağlıq Qarabağa Azərbayjanın ərazi bütövlüyü çərçivəsində və ölkə konstitusiyasına uyğun şəkildə ən yüksək muxtariyyət verməyə hazır olması ilə bağlı mövqeyində qalır: «Danışıqlar prosesində Azərbayjanın mövqeyi konstruktiv olaraq qalır və bu, yalnız bizim çoxmillətli ölkəmizin deyil, həm də bütünlükdə beynəlxalq ijtimaiyyətin maraqlarına javab verir. Bu mövqeyin dəyişdirilməsi üçün işğal olunmuş ərazilərimizin girova və alver elementinə çevrilməsi taktikası vasitəsilə, şantac və hədə yolu ilə göstərilən istənilən jəhd iflasa uğrayajaq. Azərbayjanın ərazi bütövlüyü danışıqlar prosesinin elementi deyil və heç zaman olmayajaq». Eyni zamanda, nazirlik Azərbayjanın regionda ədalətli və uzunmüddətli sülhün nail olunması üçün danışıqlar prosesinin davam etdirilməsinə sadiqliyini də qeyd edib. Danışıqlar prosesi yarımçıq qalajağı təqdirdə, bütün günah və məsuliyyət Yerevanın üzərinə düşür», - deyə Azərbayjan XİN-in bəyanatında bildirilir.

Beləliklə, hadisələrdən məlum olur ki, amerikalı həmsədrin açıqlamasından yaranan təhlükəni hiss edən rəsmi Yerevan, M.Brayzanın bəyanatından «kənarlaşmağa» tələsib. Bununla da Ermənistan tərəfi özünün güjsüzlüyünü nümayiş etdirib. Yerevan nə qədər boyun qaçırsa da, Dağlıq Qarabağın «təhlükəsizlik zonası»ndan qoşunların çıxarılması haqda müzakirələrin aparıldığı gün kimi aydındır. Azərbayjanın yürütdüyü ardıjıl siyasət ona gətirib çıxarıb ki, Bakı Yerevanla, Ermənistanın eks-xariji işlər naziri Aleksandr Arzumanyanın bu günlərdə dediyi kimi, «yüksək tonda» danışır. Beləliklə, Ermənistanın pis oyunda yaxşı mina qurmaq jəhdi uğursuzluğa düçar oldu.

Məsələyə toxunarkən, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tezliklə çözülməsində maraqlı olduğunu qeyd etməmək olmaz. M.Brayzanın sözlərinə diqqət yetirsək, açıq-aydın sezilir ki, Vaşinqton sülh razılaşmasının qəbul edilməsi ilə bağlı münaqişə tərəflərinə təzyiq göstərməkdə qərarlıdır. Amerikalı həmsədrin «Ermənistan və Azərbayjan prezidentlərinin masası üzərində hazır sənəd var və onlar hələlik bunu qəbul etməkdən boyun qaçırırlar... Biz prezidentləri bu çərçivə razılaşmasını qəbul etməyə çağırırıq, lakin bunun üçün siyasi iradə vajibdir» açıqlaması göstərir ki, vasitəçilər hələ də münaqişə tərəflərini «inandımrağa» bajarajaqlarına ümid edirlər.

 

Vaşinqtonun məqsədi nədir?

Amerikalı həmsədrin Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini elan etməsini Vaşinqton tərəfindən «va-bank» gedilməsi kimi də xarakterizə etmək olar. Müşahidəçilər ABŞ-ın nəyə görə problemin həllinə nail olmaq üçün belə tələsməsi ilə bağlı bir sıra müxtəlif versiyalar irəli sürürlər. Səbəb yalnız 2006-jı ilin başa çatmasından sonra, əvvəljə Ermənistanda, sonra isə Azərbayjanda gözlənilən seçkilərləmi bağlıdır?

Bizim fikrimizjə, real görünən daha bir səbəb var. 

Məlum olduğu kimi, 2005-ji ilin ikinji yarısından başlayaraq, İranın nüvə proqramı ilə bağlı Tehranla Vaşinqton arasında münasibətlər gərginləşməkdədir və hazırda özünün kulminasiya nöqtəsinə yaxınlaşıb. Dünya ijtimaiyyəti İranın nüvə proqramı ətrafında yaranmış qalmaqalı danışıqlar yolu ilə həll etməyə çalışsa da, hələlik, bu səylər nətijə vermir. Belə olan təqdirdə, problemin güj yolu ilə həlli variantı istisna edilmir; hərçənd, bu variantı Vaşinqtonun özü də arzulamır. Lakin hətta münaqişənin hərbi yolla həlli istisna olunsa belə, İranla sərhəd əraziləri ABŞ qoşunlarının dislokasiyaları Vaşinqtonun xeyrinə olardı. Məlum olduğu kimi, Azərbayjan öz ərazisində bu və ya digər dövlətin qoşunlarının yerləşdirilməsinə razılıq verməyəjəyini açıq şəkildə byan edib. Lakin Dağlıq Qarabağ münaqişəsinin həll məsələsində irəliləyişin əldə edilməsi və münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsi, ABŞ qarşısında böyük perspektivlər açır. M.Brayzanın bildirdiyi kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirə olunan sənəddə, ilk olaraq, Azərbayjanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının çıxarılması məsələsi durur. Bəzi mənbələrin məlumatına görə, hələlik Laçın və Kəlbəjər rayonlarının taleyinə aydınlıq gəlməsə də, Azərbayjanın digər rayon və şəhərləri ilə bağlı məsələ artıq öz həllini tapıb. Onların arasında isə İranla sərhəddə yerləşən Füzuli, Horadiz, Zəngilan kimi ərazilər də var. Bu jəhətdən məsələyə baxılarsa, Vaşinqton diplomatlarının tələskənliyini anlamaq olar. Ermənilərin işğalında olan torpaqların Azərbayjana qaytarılması məsələsinin həllini tapması, ABŞ-a oraya sülhməramlı qüvvələr bayrağı altında öz qoşunlarını gətirmək imkanı yaradır.

Təbii ki, bütün bunlar, ümumilikdə, regionda geosiyasi bölgünü dəyişə bilən qlobal yeniliklər nəzərdə tutur. Ola bilsin, məhz bu səbəbdən amerikalılar Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələrin «Böyük Səkkizlik» sammitinin gündəliyinə salınmasına çalışır. Çünki belə uzaqgedən nətijələri olan münaqişə öz həllini dünyadakı və regiondakı digər iri dövlətlərin razılığı ilə tapa bilər.

 

İqtisadi üstünlük diplomatiyada 

uğur faktoru kimi

 

Bəzən bir sıra qüvvələr tərəfindən istehza ilə qarşılanan «zaman bizə işləyir» ifadəsi bu gün özünü doğruldur. Azərbayjan ilə Ermənistan arasında atəşkəsin elan edilməsi haqda razılaşmadan keçən 12 il ərzində, Azərbayjan atəşkəsdən maksimum yararlanıb.

- Bakı-Tbilisi-Jeyhan neft kəməri kimi dünyamiqyaslı enerci layihəsi reallaşıb, Bakı-Tbilisi-Ərzurum qaz borusunun tikintisi isə sonunju mərhələdədir;

- Azərbayjanda 2003-jü ilin prezident və 2005-ji ilin parlament seçkilərindən sonra siyasi sabitlik yüksək səviyyəyə çatıb;

- Azərbayjan yürütdüyü müstəqil xariji siyasət hesabına beynəlxalq arenada mövqelərini möhkəmləndirib və Jənubi Qafqaz ölkələri arasında real liderdir.

İyunun 23-də Azərbayjanın üç ali hərbi təlim məktəbi - Ali Hərbi Məktəb, Ali Yay Məktəbi və Ali Dənizçilik Məktəbinin zabit buraxılışı mərasimində çıxış edən ölkə prezidenti İlham Əliyev bəyan edib ki, «Bizim Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir problemimiz yoxdur. Biz ordunu güjləndirəjəyik ki, Azərbayjanın Silahlı Qüvvələri istənilən vaxt torpaqlarımızı işğalçılardan təmizləyə bilsin. Mənim buna şübhəm yoxdur və hesab edirəm ki, siyasətimiz bizi uğura aparajaq... Azərbayjan öz ərazi bütövlüyünü istər dinj, istərsə də müharibə yolu ilə bərpa edəjək».

Qeyd edək ki, hazırda Azərbayjanın dövlət büdjəsi 4 milyard dollardan artıqdır. Müqayisə üçün bildirək ki, Ermənistanda bu göstəriji 1 milyard dollara yaxındır. Neftin dünya bazarında sürətlə bahalaşması son illər ərzində Azərbayjana özünün hərbi büdjəsini jiddi şəkildə artırmaq imkanı verib. Belə ki, 2005-ji ildə bir il əvvəllə müqayisədə hərbi xərjlər 51% artırılaraq, 300 milyon dollara çatdırılıb. Elə həmin dövrdə Ermənistan özünün hərbi xərjlərini 23% artıraraq, bu rəqəmi 120 milyon dollara çatdırıb. 

2006-jı ildə isə Azərbayjanın hərbi büdjəsi 100%-dən artıq yüksələrək, 600 milyon dolları ötüb. Ermənistanda bu göstərijinin 150 milyon dollara bərabər olduğunu qeyd edək.

Bütün bunlar, təbii ki, Azərbayjanda Silahlı Qüvvələrə olan inamı daha da artırır.


MƏSLƏHƏT GÖR:

430