25 Noyabr 2024

Bazar ertəsi, 03:39

YERİN ALTINDA VƏ ÜSTÜNDƏ

Ölkənin kanalizasiya sistemlərinin əsaslı təzələnməyə ehtiyajı var

Müəllif:

15.06.2006

Ölkəmizin kanalizasiya sisteminin artıq çoxdandır, təmirə və yenidənqurmaya ehtiyajı olduğu heç kim üçün sirr deyil. Bunun səbəbləri çoxdur. Bu həm kütləvi tikinti, həm Azərbayjan əhalisinin sayının artması, həm də kanalizasiya xətlərinin əksəriyyətinin mənəvi baxımdan köhnəlməsidir. 

Problemi əyani şəkildə görmək üçün leysan yağışlar zamanı şəhərimizin küçələrində nələrin baş verdiyini müşahidə etmək kifayətdir.

Şəhərin küçələrindəki su axınları nəqliyyatın hərəkətini çətinləşdirir. Bəzi küçələrdə suyun həddinin yüksəlməsi avtomobillərin motorlarının sönməsinə, bununla da nəqliyyat axınının hərəkəti üçün maneə yaranmasına səbəb olur. Avtomobillər çirkli suları yolun kənarı ilə gedən adamların üstünə sıçradır. 

Bu yaxınlarda Bayıl qəsəbəsi ilə Neftçilər  prospekti arasındakı yolu, ümumiyyətlə, bağlamışdılar - yığılıb-qalan su hərəkəti mümkünsüz etmişdi. Bu istiqamətdə hərəkət edənlər «təbiətin əsirləri»nə çevrilərək, bir neçə saat itirməli olmuşlar.  

 

Nə etməli?

Bu suala javab tapmaq üçün «R+» Ekoloci Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalova mürajiət etdi. Onun sözlərinə görə, yağışlardan sonra şəhərin küçələrində «göllər»in əmələ gəlməsinin əsas səbəbi şəhərin kanalizasiya kommunikasiyalarının bərbad vəziyyətdə olmasıdır:

- Bakıda tikinti işləri aparıldığından, müvafiq olaraq, paralel şəkildə kanalizasiya sistemlərinin təzələnməsi də həyata keçirilməlidir. Kollektor sistemi, demək olar,  80% köhnəlib. Şəhər kanalizasiyası var güjü ilə işləyir. Mənəvi baxımdan köhnəldiyindən, o, bioloci tullantıların öhdəsindən gələ bilmir. Vaxtilə 180 min nəfər üçün nəzərdə tutulan bütün kommunikasiya sistemləri və təmizləmə qurğuları artıq davam gətirə bilmir, çünki şəhər əhalisinin sayı 1 350 000 nəfəri ötüb. Odur ki həddən artıq yüklənən və son dərəjə köhnəlmiş təmizləmə qurğuları çirkab sularını səmərəli şəkildə neytrallaşdırmağa qadir deyil. Yağış zamanı suyun həjmi ikiqat artır. Uzunmüddətli istismar prosesində fəal mühitin təsiri altında boruların əksəriyyəti aşınma və dağılmaya məruz qalıb. Təbii ki, yağışlar yaranmış problemi daha da kəskinləşdirir: yollarda tıxajlar yaranır, qəzalar baş verir, evlərin zirzəmilərinə su dolur. Fikrimjə, yeni kommunikasiya şəbəkəsinin yaradılması zəruridir. 

Zeynalovun sözlərinə görə, suyun ötürülməsi sistemi bir neçə yüz kilometrlik kollektorları ehtiva edən böyük bir mühəndis kompleksidir və Bakı İH-nin bu yaxınlarda Hövsan təmizləmə stansiyasını təzələməsinə baxmayaraq, hazırda onların hamısının təzələnməyə ehtiyajı var. Başqa ölkələrin təjrübəsinə mürajiət etsək, orada hər bir yeni xəttin çəkilişi zamanı yağış sularının axıdılması üçün xüsusi axarların quraşdırıldığını görərik. Şübhəsiz, şəhərimizin dərin kollektora ehtiyajı var. Əks halda, hazırkı «kanalizasiya durumu» ekoloci fəlakətə gətirib çıxarajaq.

Belə ki, içməli su mənbələrinin kanalizasiya suları ilə çirkləndirilməsi təhlükəsi mövjuddur ki, nətijədə kütləvi epidemiyalar başlana bilər. Küçələrin su altında qalması ilə yanaşı, şəhər öz çirkab sularında «boğula» bilər. Artıq əhalinin sıx yaşadığı yerlərdə ətraf mühitin insanın həyat fəaliyyəti tullantıları ilə çirklənməsi səviyyəsi kritik duruma çatıb. Gej-tez bu, su laylarının da zəhərlənməsinə gətirib çıxarajaq. 

Zeynalovun rəyini Səhiyyə Nazirliyi Sanitar-Epidemiologiya Nəzarəti Şöbəsinin müdiri, Azərbayjanın baş sanitar həkiminin müavini Viktor Qasımov da təsdiq etdi. Onun sözlərinə görə, şəhərdə kanalizasiya sistemindəki qəzalar epidemiya yaranması təhlükəsini gerçəkləşdirir. Lakin kanalizasiya xəttinin sıradan çıxması hələ epidemiya yaranmasına 100% zəmanət vermir. Fövqəladə durum kanalizasiya suları içməli suya qarışdığı halda meydana çıxa bilər:

- hazırda baş verənlər kanalizasiya sistemi üçün javabdeh olan xidmətlərin pis işləməsinin nətijəsidir. Şübhəsiz, bu, yağış suları doğurduğundan, daha ağır nətijələrə gətirib çıxara bilər.

 

«Azərsu» susur...

Lakin hələ bu da hamısı deyil. Məlum olduğu kimi, kanalizasiya sularının son «mənzili» Bakı buxtasıdır. Bu sular Xəzərin bioloci rəngarəngliyini sürətlə və ardıjıl şəkildə məhv edir. Təkjə Bakının deyil, bütün ölkənin kanalizasiya kommunikasiyalarının durumu Ekologiya və Təbii Sərvətlər Nazirliyini də maraqlandırır. Qəribəsi  isə bütün javabdeh strukturların problemin varlığını təsdiq etməsi ilə yanaşı, durumun heç jür yaxşılaşmamasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova «R+» üçün bu məsələni aşağıdakı kimi şərh etdi:

- Biz bu məsələni dəfələrlə qaldırmışıq və yenə də onu diqqət mərkəzində saxlayırıq. Nazirlikdə kanalizasiya sisteminin bərbad durumda olmasından irəli gələn risqi və bunun doğura biləjəyi ağır nətijələri dəfələrlə qiymətləndirsək, müvafiq instansiya-lara hesabatlar ünvanlasaq da, hər hansı bir javab reaksiyası olmayıb.  Şəhərdəki sel kollektorlarının, demək olar,  hamısı tutulub, hələ də işləyənlər isə dənizə çirkab suları axıdır. Bütün bunlar mərkəzləşdrilmiş kanalizasiya sisteminin köhnəlməsi, Bakıdakı «tikinti bumu»nun isə bunu bir az da kəskinləşdirməsindən irəli gəlir. Fikrimjə, heç kim şəhərin böyüməsinin, yeni qəşəng binaların tikilməsinin  əleyhinə olmasa da, dənizə və sahilboyuna çirkab suları axıdılmasının səviyyəsi artıq çoxdan kritik nöqtəyə çatıb. Paytaxtın kanalizasiya sisteminin təzələnməsi vaxtıdır.

Bakı buxtasıboyu katerlə gəzintiyə çıxanlar dənizin «fekal çirklənməsi»ni əyani şəkildə müşahidə edə bilərlər. Təkjə Qaradağ rayonu ərazisindən Xəzərə 45 kanalla çirkab suları axıdılır. Yayda rayonun əhalisi boğuju üfunət iyi hiss etsə də, «Azərsu» bütün mürajiətlərimizə etinasız yanaşır.

Bakının kanalizasiya şəbəkəsinin uzunluğu 1270 km təşkil edir. Çirkab sularını 22 nasos stansiyasını və Hövsan, Zığ, Mərdəkan, Şüvəlan, Primorsk (Qaradağ rayonu), Xojasəndəki (burada «Joja-Jola», «Pepsi» və Xırdalan zavodları yerləşir) təmizləmə stansiyaları ötürür. Hövsanda kanalizasiya şəbəkəsi yalnız yeni tikilən evlərdə var, kifayət qədər iri kənddə isə yoxdur.

Bakının təmizləmə qurğularının potensialı fəlakətli dərəjədə aşağıdır və onların güjü çirkab sularının jəmi 65-70%-nin təmizlənməsinə kifayət edir. Üstəlik, ildən-ilə onların texniki durumu da pisləşdiyindən, bütün su, o jümlədən, təmizlənməmiş çirkab suları Xəzərə axıdılır ki, bu da ən jiddi ekoloci problemlərə gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, Xəzər dənizi akvatoriyasına axıdılan suların tərkibi artıq çoxdan bütün Xəzəryanı dövlətlərdə təşviş doğurur, çünki dənizin ekosistemi antropogen təzyiqə kəskin reaksiya verir - ekoloq-alimlər çoxdan müəyyənləşdiriblər ki, Xəzər dənizinin ekoloci problemlərindən biri  elə məhz antropogen çirklənmədir.

G.Hüseynovanın sözlərinə görə, Ələt qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin sıradan çıxması nətijəsində meydana çıxan 20-dən artıq çirkab suları axınları sahilyanı zolağın bəzi sahələrini bataqlığa çevirdi. Bu qəzanın nətijələrinin aradan qaldırılması «Azərsu»nun birbaşa vəzifəsi olsa da, bununla Bakı İH məşğul olurdu. 

Lökbatan qəsəbəsində təmizləmə qurğularının sıradan çıxması nətijəsində həm qəsəbənin və Ə.Əmirov adına Neftqazçıxarma İdarəsinin məişət çirkab sularının bir hissəsi, həm də Xojasən gölünün çirkli suyu Qırmızıgöl vasitəsilə Xəzər dənizinə axır. 

G.Hüseynova:

- Vəziyyət nəzarətdən çıxır və təjili tədbirlər görmək zəruridir.

 

Və sürüşmələr olajaq...

Azərbayjanın əməkdar inşaatçısı, «Bakıbaştikinti»nin keçmiş rəhbəri Emil Axundov yaranan durumu aşağıdakı kimi şərh etdi:

- Sürüşmə zonalarının və qeyri-sabit relyefin olduğu əlverişsiz təbii şəraitə malik şəhərlərdə yağıntıların illik normadan artıq olduğu hallarda suyun axıdılması üçün tədbirlərin işlənib-hazırlanması zəruridir. Peşəkarlıqla qurulmuş drenac sistemi heç də israfçılıq yox, ərazini abadlaşdırmanın bir elementidir. Bu element ölkəmizin səjiyyəvi hidrogeoloci şəraitə malik iqlim zonaları üçün xüsusilə zəruridir. 

Qrunt suları, yağışlar və əriyən qar zirzəmilərə dolur və binaları dağıdır. Leysan kanalizasiyası drenacı olmadığından, gej-tez mürəkkəb problemləri həll etmək zərurəti meydana çıxır, halbuki onlardan xilas olmaq mümkündür. 

Nətijələr isə dönməz xarakter kəsb edə bilər. Sadalananlara leysan kanalizasiyasının işinin pozulması da əlavə olunduqda, problemlər daha da jiddiləşir. Həmin kanalizasiyanın işləməməsinin səbəbi isə çox sadə və hətta gülməlidir - yollara asfalt çəkilərkən sel suları qəbuledijiləri (yağış suyunu dənizə axıdan sistemin çuqun barmaqlıqları - müəl.) zir-zibillə dolub və onlar asfalt qatının altında qalıb. 

Ən jiddi problemlərdən biri də təkrar sürüşmələrin olmasıdır. Zığ, Əhmədli, Yaşıl Teatr kimi zonalarda durmadan inkişaf edən sürüşmə prosesləri Milli Məjlis, Teleteatr, Şəhidlər Xiyabanı yerləşən sahələri də ehtiva edir. Bu sahədə xoşagəlməz təjrübə olmasına baxmayaraq, həmin ərazilərdə nə hidrogeoloci, nə mühəndis-geoloci və s. müşahidələr aparılır. Torpaq laylarının yerinin dəyişməsinin əsas səbəbi gil qruntun səthi ilə hərəkət edərək, sürüşmə üçün şərait yaradan, nətijədə, torpaq laylarının müstəqil şəkildə hərəkətə gəlməsinə səbəb olan suyun mövjudluğudur. Şəhər kanalizasiyası bu həjmdə su üçün nəzərdə tutulmayıb. Onsuz da yayda qoxusunu iylədiyimiz çirkablar suyun üzünə çıxaraq, şəhər əhalisi üçün çoxlu «sürpriz» vəd edir: antisanitariya, epidemiyalar və i. a.  

Leysan kanalizasiyasının bərpası üçün təjili tədbirlər görülməsi, onun axarlarının diametrinin böyüdülməsi, nəhayət, peşəkarlardan ibarət komissiya yaradılması zəruridir.  

 

Kiçik şəhərlər

«Azərsukanaltəmir» İB direktorunun birinji müavini Elman Quliyevin fikrinjə, kanalizasiya sisteminin işinin yaxşılaşdırılması maliyyələşdirmədən və dövlət büdjəsindən ayrılan vəsaitin həjmindən birbaşa asılıdır. 

Lakin dövlət vəsaiti kəskin şəkildə çatışmır. Onların hesabına yalnız kanalizasiya şəbəkəsini, nasos stansiyalarını, kollektorları və s.  təmir etmək mümkün olur. Belə ki, vaxtaşırı olaraq, 100-300 m kanalizasiya borusu təmir edilir. Yeri gəlmişkən, su təjhizatı sisteminin bərpası kanalizasiya üzrə reanimasiya işlərindən, demək olar, iki dəfə ujuz başa gəlir.

Müvafiq xidmətlərin qeyri-qənaətbəxş işi, çirkab sularının xroniki vəsait çatışmazlığından irəli gələn keyfiyytəsiz emalı həyat üçün əlverişsiz şərait yaradır. Yerli su kəmərləri fasilələrlə işləyir, bu borularda təzyiq aşağı düşəndə ora kanalizasiya sularının sızdığını isə çox az adam bilir. 

Buna yüzlərlə örnək var. Bu sahədə ən ajınajaqlı durum Azərbayjanın kiçik şəhərlərində müşahidə edilir. Kanalizasiya quyularından bayıra axan çirkab suları malyariya, qarın yatalağı və başqa yoluxuju xəstəliklərin mənbəyinə çevrilən çoxsaylı gölməçələr yaradır.  

Bu yaxınlarda «Azərsu» SJ Azərbayjanın kiçik şəhərlərinin su təjhizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması proqramının ikinji mərhələsi üzrə Almaniyanın KfW İnkişaf Bankı ilə kredit sazişi imzalamağı planlaşdırdığını açıqladı. SJ-nin sədri Nizaməddin Rzayevin qeyd etdiyi kimi, KfW Azərbayjana 40 il müddətinə ildə 0,75%-lə 10 illik güzəşt müddətli 37,3 mln avro həjmində kredit ayırajaq. Bundan 10 mln avro qrant şəklində İsveçrə hökuməti tərəfindən təqdim olunajaq.

Lakin AR Nazirlər Sovetindən bildirildiyi kimi, Azərbayjan hökuməti ilə Almaniyanın KfW İnkişaf Bankı bu sazişin imzalanması ilə bağlı planları gerçəkləşdirməyə nail olmayıb. Sazişin imzalanma müddətinin daha sonraya keçirilməsi alman tərəfinin mövqeyi olub. Nazirlər Kabinetindən bildiriblər:  «Sazişin mətninin müzakirəsi zamanı alman tərəfinin yeni-yeni qeydləri və şərtləri meydana çıxmışdır». 

KfW-in Bakı ofisindən isə məlumat verildi ki, hökumətə və «Azərsu»ya layihənin əsas sazişinin dəqiqləşdirilmiş mətni təqdim olunub. Maliyyə layihəsindən fərqli olaraq, əsas saziş layihənin gerçəkləşdirilməsinin bütün detallarını dəqiqləşdirir. Təmsilçilikdə bildirdilər: «Hazırda biz Azərbayjan tərəfinin javabını gözləyirik». Bank sazişin bağlanması müddətinin göstərilməsindən çəkinir. Daha əvvəl o, hökumətin bütün şərtlərini (o jümlədən də layihənin gerçəkləşdiriləjəyi Gənjə və Şəki bölgələrində suya görə tariflərin qaldırılması qrafikinin daha mülayim olması təklifini) qəbul etsə də, layihənin 7 mln avroluq ilkin büdjəsinin daha 1,2 mln avro artırılmasının zəruri olduğunu göstərmişdir.

İkinji mərhələ Gənjə və Şəki şəhərlərində su təjhizatı və kanalizasiya sistemlərinin bərpası və inkişaf etdirilməsi üzrə işlərin aparılmasını nəzərdə tutur. Proqramın ikinji mərhələsinin 3,5-4 il üçün nəzərdə tutulan birinji fazasının ilkin dəyəri 54 mln avro kimi razılaşdırılmışdı. Bundan 37 mln avro (25,85 mln avro yeni kredit və İmişlidə aparılan analoci işlərin qalığı) KfW, 10 mln avro qrant şəklində İsveç İqtisadi Əlaqələr Dövlət Katibliyi (SEJO) və 7 mln avro Azərbayjan hökuməti təqdim edəjək. Gənjə və Şəkinin su təjhizatı və kanalizasiyasının 2030-ju ilə qədər yenidən qurulması bütövlükdə 80-100 mln avro həjmində qiymətləndirilir.

İkinji mərhələdə «Azərsu»nun «Gənjəsu» və «Şəkisu» qurumları həmin mərhələnin ikinji fazası çərçivəsində özəlləşdirilə bilər.

Məlum olduğu kimi, bir qədər əvvəl KfW Bankı İmişli şəhərinin su təjhizatı sisteminin yenidən qurulmasına dair layihəni həyata keçirirdi. Bu layihəyə, təxminən, 3,5 mln avro sərf edilsə də, bankın ekspertinin sözlərinə görə, rayonun kanalizasiya sisteminə vəsait yatırılmamasının səbəbi çox sadədir - rayonda mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından, təbii ki, bərpa etməli bir şey də yoxdur.


MƏSLƏHƏT GÖR:

399