15 Mart 2025

Şənbə, 01:34

AZƏRBAYJANDA LİZİNQ: TƏMƏL QOYULDU

Borja yox, ijarəyə

Müəllif:

15.06.2006

Artıq 10 ildir, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı (DB) və s. beynəlxalq maliyyə institutları keçmiş postsovet məkanı ölkələrinin maliyyə bazarlarının təşəkkülü və inkişafına istiqamətlənmiş müxtəlif proqramları həyata keçirir. Bu sektorun əsas qollarından biri lizinqdir ki, onun inkişaf etdirilməsi üçün ən böyük fəallığı Beynəlxalq Maliyyə Korporasiyası (BMK - DB-nin strukturlarından biri)  nümayiş etdirir. Məsələ ondadır ki, institutun əsas vəzifəsi bazar iqtisadiyyatına keçid mərhələsində kasıblıq səviyyəsinin azaldılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılması naminə ölkələrin özəl sektoruna xariji sərmayələrin jəlb edilməsidir.

Üç il bundan əvvəl BMK Azərbayjan və Mərkəzi Asiya ölkələri üçün lizinq fəaliyyətinin inkişaf etdirilməsində texniki yardım layihəsini həyata keçirməyə başladı. 2003-jü ilin may ayında başlanan layihənin birinji fazası artıq başa çatıb. Sonrakı mərhələlər İsveçrənin iqtisadi əlaqələr üzrə dövlət katibliyi (Seko) tərəfindən birinji faza üçün ayrılan $1,3 mln həjmində məbləğdən qənaət edilmiş vəsait hesabına həyata keçiriləjək. 

Layihənin rəhbəri Elçin Əhmədov hesab edir ki,  layihənin qarşısında qoyulan vəzifələr, məsələn, qanunverijiliyin təkmilləşdirilməsi, lizinq bazarında kəmiyyət və keyfiyyət göstərijilərinin yaxşılaşdırılması, lizinq assosiasiyasının yaradılması, maliyyə sektoru, iş adamları, dövlət orqanlarının nümayəndələri üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi -  demək olar, yerinə yetirilib.

 

Əvvəljə hüquqi baza yarandı 

Qanunverijilik əsaslarının işlənməsinin davam etdirilməsi və layihə üzrə həyata keçirilən səlahiyyət və tədbirlərin Azərbayjan Lizinq Şirkətləri Assosiasiyasına (ALŞA) ötürülməsi məqsədilə layihənin müddəti 2007-ji ilin aprel ayına qədər uzadıldı. Bu, BMK-nın texniki yardımı lizinq assosiasiyasının lizinq şirkətləri treninqlər təşkil etməsi, lizinq xidmətləri bazarının maraqlarını müdafiə etmək üçün tədbirlər həyata keçirməsi üçün təqdim etməsi deməkdir. 

Bundan başqa, bir il ərzində qanunverijiliyin qüvvədə olan durumunu təhlil etmək və onun təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək nəzərdə tutulur. Onun parlamentin iqtisadi siyasət komissiyasında aparılan ilk müzakirələri İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirliklərinin təmsilçilərinin iştirakı ilə keçirildi. Parlament komissiyası ALŞA-nın lizinq  fəaliyyətinin vergiyə jəlb olunması sahəsindəki təkliflərini dəstəklədi. Komissiyanın sədri Ziyad Səmədzadə: «Həqiqətən də, sahibkarlığı, bölgələri inkişaf etdirmək, sərmayə axınını təmin etmək, iqtisadiyyatımızın maddi-texniki bazasını möhkəmləndirmək istəyiriksə, daha bir vasitədən - lizinqdən də yararlanmalıyıq. Biz keçmiş SSRİ məkanının bir çox ölkələrində lizinq fəaliyyətinin durumunu, bu sahədəki qanunverijilikləri təhlil etdik və belə nətijəyə gəldik ki, bu sektorda göstərijilərimizi yaxşılaşdırmaq üçün imkanlarımız var». 

Bu gün Azərbayjanda lizinqin ÜDM-dəki payı 0,2%-dən çox deyil və millət vəkili bunu çox aşağı göstəriji sayır. Onun sözlərinə görə, ölkədə qanunverijiliyi təkmilləşdirmək və gələjəkdə ƏDV-dən azad edilə bilən avadanlığın konkret növlərini müəyyənləşdirməklə ölkədə lizinqin inkişafı üçün yaxşı şərait yaratmaq mümkündür. Z.Səmədzadənin dediklərindən: «Mənjə, bu məsələlər üzrə konsensusa gələjəyik. Yeni iş yerlərinin açılmasına yardımçı olan, xammal ehtiyatlarından səmərəli istifadə üçün imkan yaradan, sənaye istehsalının intellektual səviyyəsini yüksəldən konkret avadanlıq növləri ƏDV-dən azad edilə bilər».  

Z.Səmədzadə bu təkliflərin yaxın aylarda müzakirə ediləjəyini bildirdi. Onlardan bəzilərinin Vergi Məjəlləsinə 2007-ji il üçün dəyişiklikllər layihəsinə, bir qisminin isə Nazirlər Kabinetinin ƏDV-dən azad edilən avadanlıqlar siyahısına daxil edilməsi mümkündür.   

Onu da demək lazımdır ki, layihənin gerçəkləşdirilməyə başlandığı 2003-jü ildən bəri Azərbayjanın Mülki Məjəlləsinə artıq 18 dəyişiklik edilib, o dövrə qədər Azərbayjanda lizinq fəaliyyətini tənzimləyən əsaslar 1994-jü ildən qüvvədə olan «Lizinq xidməti haqqında» Qanunla müəyyənləşirdi. MDB məkanında Azərbayjan lizinq fəaliyyəti üçün üstünlüklərin olduğu belə bir qanunun qəbul edildiyi  yeganə ölkə idi. Lakin Vergi Məjəlləsinin qüvvəyə minməsi ilə bunlar ləğv edildi və nətijədə lizinq şirkətlərinin bank kreditlərinə ehtiyajı artdı. 2003-jü ildən kodeksdən lizinq predmeti olan avadanlığın vergilərdən azad edilməsi bəndi də çıxarılmışdı.  

Lakin BMK layihəsinin eksperti Fuad Məmmədovun qeyd etdiyi kimi, Azərbayjanda aqrolizinqin inkişafı ilə əlaqədar, 2006-jı ildə hökumət lizinq predmeti olan bir neçə əmtəə qrupunu idxal zamanı ƏDV və gömrük rüsumundan azad etmək qərarına gəldi. Lizinq üzrə ödənişlər də ƏDV-dən azad edildi və bu maliyyə aləti mənbədə də vergiyə jəlb olunmur. 

 

Onlarda artımın artımı nejədir?

Azərbayjanın lizinq şirkətlərinin üzləşdiyi əsas problem mühasibat qeydiyyatının qeyri-mükəmməlliyi, sürətli amortizasiyanın ləğvi,  fəaliyyətə qoyulan məhdudiyyətlərdir. E.Əhmədovun sözlərinə görə, lizinq təkjə sahibkarlıq fəaliyyəti məqsədləri deyil, istehlak və sosial məqsədlərlə də nəzərdə tutula bilər. 

Lizinq proqramının gerçəkləşdirilməsi dövrü ərzində Azərbayjanda lizinq şirkətlərinin sayı 3-4-dən 18-ə qədər, onların dövriyyəsi isə $500 mindən 31 mart 2006-jı il üçün $39,4 mln qədər artdı. Beynəlxalq ekspertlər bölgədə 5-6 il ərzində lizinq bazarının $500 mln qədər yüksələjəyini proqnozlaşdırırlar. 

Azərbayjanın lizinq xidmətləri bazarında illik artım, orta hesabla, 25-30% təşkil edərək, layihələrin sayı 471-ə çatmaqla, həjmi artıq $39,4 mln təşkil etmişdir. Bu zaman formalaşmış portfel aşağıdakı kimi diversifikasiya olunur: 34% - nəqliyyat, 21% - tikinti, 12% - kənd təsərrüfatı, 6% - mülki tikinti, 5% - maliyyə sektoru, 4% - ərzaq malları istehsalı, 3% - təbabət, hərəsi 2% olmaqla - topdansatış, turizm və xidmət sahəsi, hərəsi 1% olmaqla - istehsalat və dağ-mədən sənayesi və i. a. 

Hazırda lizinq fəaliyyəti ilə «Atalizinq», «Azerilizinq», «AG Lising», «Azerlizinq», «Günaylizinq», «Uluxanlı», «Texnika Lizinq», «Parex Lizinq» və «Uni Lizinq» fəal məşğul olur.

Dövriyyənin artması ilə bu bazarda istehsalat avadanlığı kimi yeni seqmentlər meydana çıxmağa başladı. Əvvəllər lizinqə tikinti və nəqliyyat sahəsində tələbat var idi.  Layihənin koordinatoru Elçin Əhmədov hesab edir ki, lizinq şirkətlərinin əsas problemi yenə də maliyyə ehtiyatlarının çatışmazlığıdır. Bununla əlaqədar, onlar beynəlxalq maliyyə institutlarına, məsələn, BMK-ya mürajiət etməli olurlar. 

Qeyd edək ki, BMK-nın lizinqin inkişaf etdirilməsi layihəsi dəyəri 7 mln İsveçrə frankı ($30 mln) olan böyük bir layihənin tərkib hissəsidir. Kiçik və orta müəssisələrin lizinq xidmətlərinin maliyyələşdirilməsi üçün bu məbləğ proqramda iştirak edən maliyyə təşkilatlarına veriləjək. Layihə lizinqin inkişafına mane olan mürəkkəb normativ-hüquqi maneələrin aradan götürülməsi ilə işgüzar iqlimin yaxşılaşdırılmasına yönəlib. Təşkilati səviyyədə o, ayrı-ayrı maliyyə təşkilatlarının daxilində maddi-texniki bazanın yaradılmasını və sistemin möhkəmləndirilməsini nəzərdə tutur.

BMK üçün maliyyələşdirmə obyektlərinin seçiminin əsas meyarları şəffaflıq və idarəetmənin korporativliyi, lizinq fəaliyyətini həyata keçirən şirkət və ya bankın maliyyə sabitliyi, lizinqin əsaslarının daha səmərəli tətbiqi və gəlir əldə olunmasını təmin edən insan ehtiyatları, kiçik və orta biznesi maliyyələşdirməyə meyllilik və lizinq portfelinin formalaşdırılması üçün potensial obyektlərin mövjudluğudur. 

BMK-nın Azərbayjandakı təmsilçisi Aliyə Əzimovanın sözlərinə görə, hələlik, Azərbayjan və Qazaxıstan banklarına korporasiyanın xüsusi fondu hesabına $15 mln həjmində iki kredit ayrılıb. Hazırda daha 3-4 şirkətlə danışıqlar aparılır.

Məsələn, BMK artıq yaxın vaxtlarda «AG Lising» Şirkətini Mərkəzi Asiya ölkələri və Azərbayanda lizinqin inkişaf etdirilməsi proqramı üçün nəzərdə tutulmuş xüsusi fond hesabına maliyyələşdirmək imkanını nəzərdə tutur. Lizinq şirkətinin həmtəsisçisi olan «Azəriqazbank»a kiçik və orta sahibkarlığın inkişafı üçün iki xətdən ibarət kredit açılajaq.

 

Maliyyələşdirmənin ağır yükü

Bəs xidmətlərin bu növünün belə böyük artım templəri nə ilə şərtlənir? Məsələ heç də təkjə vergi güzəştlərində deyil. Digər maliyyə alətləri ilə müqayisədə, lizinq təkzibolunmaz üstünlüklərə malikdir - nisbətən aşağı kredit dərəjələri ilə uzunmüddətli sövdələşmələr, onların müştərilərin geniş çevrəsinin istifadə etməsinin mümkünlüyü. Son üç ildə qanunverijilikdə baş verən dəyişikliklər, lizinq obyektləri sırasına avadanlığın çoxlu yeni növlərini daxil etmək imkanı vermişdir.

Əgər bankda müəssisəyə krediti verməkdən imtina edirlərsə, bu heç də o demək deyil ki, lizinq şirkətində də onu rədd javabı gözləyir. Eyni bir potensial müştərini maliyyələşdirərkən, lizinq şirkəti kredit təşkilatlarından xeyli az risk edir, çünki müştəri borjunu tam ödəyənə qədər əmlakın sahibi  lizinq şirkəti olur. 

Son zamanlar avtomobillərdən hazır istehsalat obyektlərinə qədər, demək olar,  hər şey maliyyə ijarəsinə verilir. Ən geniş yayılmış lizinq obyektləri nəqliyyat, tikinti və poliqrafiya texnikası, maşınqayırma və metal emalı sənayeləri üçün avadanlıqdır. 

Hazırda lizinq əməliyyatlarının orta qiyməti $50 min, müddəti  36 ay, faiz dərəjələri - illik 20%, avans ödənişləri - 15-20% səviyyəsindədir. Əgər 1,5-2 il bundan əvvəl 3 ildən artıq müddətə bağlanan sövdələr kifayət qədər istisna təşkil edirdisə (əsasən, 1 illik müqavilələr bağlanırdı), indi artıq 5 illik müqavilələr adi hal almışdır ki, bu da lizinq şirkətlərinə investorların etimadının artması ilə şərtlənir.

Hələ jəmi 1 il bundan əvvəl Azərbayjan lizinq şirkətləri pul vəsaitləri baxımından böyük çətinliklərlə üzləşsələr də, hazırda maliyyələşmə ilə bağlı durum yaxşılaşmaqdadır. Lakin Azərbayjanda lizinq xidmətləri sahəsinin inkişafı qarşısındakı əsas maneə yenə də uzunmüddətli maliyyələşdirmənin daxili mənbələrinin olmamasıdır. Azərbayjanın lizinq xidmətləri bazarında maliyyələşdirmənin müddətinin 5 ildən artıq olmaması uzunmüddətli maliyyə ehtiyatlarının məhdudluğu ilə bağlıdır, halbuki istehlakçılar daha uzunmüddətli maliyyələşdirmədə maraqlıdırlar. 

Bu gün ölkədə lizinq kreditləşdirilməsi dərəjələri hüquqi şəxslər üçün illik 16-18% arasındadır, fiziki şəxslər üçün isə bəzən hətta illik 30% də təşkil edir. Lizinq üzrə ilkin ödənişin minimal məbləği 15% təşkil etməlidir; bəzi şirkətlər isə bunu 30-50% səviyyəsində müəyyənləşdirib. 

Bununla əlaqədar, milli lizinq şirkətləri daxili bazara kifayət qədər yüksək kreditləşdirmə dərəjələri ilə fərqlənən  bank kreditlərinin jəlb edilməsində maraqlı deyil. Odur ki beynəlxalq maliyyə bazarlarındakı maliyyə ehtiyatları xüsusilə maraqlı ola bilər.

Bundan başqa, maliyyələşdirmə üçün vəsait jəlb etmək məqsədilə, digər ölkələrin təjrübəsinə əsaslanaraq,  Azərbayjan lizinq şirkətləri də istiqrazların emissiyasına maraq göstərməyə başlayıb. «Ata Lizinq» artıq onları dövriyyəyə buraxıb, «AG Lising» isə bunu etməyə hazırlaşır. Ən geniş yayılmış təjrübə veksellərin emissiyasıdır. Bu, qısa kreditlər sırasına aid sövdələrin maliyyələşdirilməsi üçün ortamüddətli ehtiyatlar sırası yaratmaq imkanı verir (veksellərdən affilə edilmiş şirkətlərlə hesablaşmalar üçün istifadə olunur). Qərbdə maliyyə və lizinq şirkətləri bütün digər sahələrdən daha çox veksel buraxır.

Praktikada lizinq şirkətləri ödəniş qabiliyyətinə malik olmayan müştəridən avadanlığı almamaq üçün bütün mümkün vasitələrdən yararlanmağa hazırdır. Üstəlik, bəzən bunu etmək də çox çətin olur. Bir çox hallarda şirkətlər hətta ödəniş qrafikinin restrukturlaşdırılmasına da razılaşırlar. 

Lizinq üzrə dərəjələrin artırılması həm də lizinq şirkətlərinin öz vəsaitlərinin artıq tükənməsindən, yaxud tükənmək üzrə olmasından da irəli gəlir. Bununla əlaqədar, onların kredit təşkilatlarından vəsait jəlb etmələri tələb olunur ki, bu da faiz dərəjələrinin müvafiq artımını doğurur. 

Məhz bununla əlaqədar ALŞA lizinq xidmətləri göstərilməsi üçün maliyyə dəstəyi almaq məqsədilə hökumətə mürajiət etmək fikrindədir. Belə ki, ən əlverişli şərtləri olan Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) vəsaitlərindən yardım göstərilməsi təklif edilir.

 

Assosiativ həll 

ALŞA da öz üzvlərinin normal fəaliyyəti üçün problemlər olduğunu təsdiqləyir. Bunların sırasında, məsələn, ƏDV-nin tətbiqi ilə bağlı qanunverijilikdəki çatışmazlıqları, maliyyə institutlarından jəlb olunmuş vəsaitlərə yüksək faiz dərəjələrini göstərmək olar.

Belə ki, hazırda lizinq şirkətləri fəaliyyətlərini, əsasən, yerli banklardan jəlb etdikləri daxili vəsaitlər hesabına həyata keçirir. Lakin bu o qədər də əlverişli deyil, çünki keçən il kredilər üzrə dərəjələr illik 15% təşkil edirdisə, indi bu göstəriji artaraq, 18% olub. Bundan əlavə, kreditlər, ən çoxu, 1,5-2 illik verilir, halbuki  3 ildən az müddətə kredit götürmək sərfəli deyil.  

ALKA-nın sədri Jeyhun Məmmədbəyli bildirdi ki, assosiasiya Azərbayjanda dövlət lizinq fondu yaratmaq ideyasından imtina edib: «Mən hökumətdə anlaşma ilə rastlaşmadığımdan, bu ideyanın fəaliyyətin hazırkı mərhələsində gerçəkləşdirilməsinin yeni fondun yaradılması və onun üçün vəsait ayrılması prosedurlarının mürəkkəbliyi baxımından qeyri-real olduğunu başa düşdüm. Odur ki mövjud lizinq şirkətlərimiz üçün SYMF-dən dəstək aramaqdayıq».

Assosiasiya sədrinin sözlərinə görə, lizinq şirkətlərinə ya Milli Fonddan, ya da başqa mənbələrdən vəsait ayrılmasının sxemi bir neçə ay ərzində işlənib-hazırlanajaq. Ən əsas olanı bu vəsaitlərin ujuz və uzunmüddətli olmasıdır.  

Bütün bu çətinliklərə baxmayaraq, assosiasiyanın sıraları genişlənməkdədir. Belə ki, bu yaxınlarda JredArgo qeyri-bank kredit təşkilatı ALKA sıralarına üzv olmaq üçün mürajiət edib. J.Məmmədbəyli hazırda assosiasiyada təmsil olunan lizinq şirkətlərinin portfeli $30 milyondan çoxdur. «Günay Lizinq» ALKA sıralarını tərk etdikdən sonra, onun 11 üzvü var. «Günay Lizinq» şirkətinin direktoru S. Hüseynovanın verdiyi məlumata görə, bu qərar şirkətin ölkənin lizinq  bazarında fəaliyyətini güjləndirmək planları ilə əlaqədar yenidən qurulması ilə şərtlənir və yenidənqurma başa çatdırıldıqdan sonra, məsələyə yenidən baxılması istisna deyil. 

Azərbayjanın lizinq bazarına xariji şirkətlərin kütləvi gəlişi çox da uzaqda deyil.  Ekspertlərin fikrinjə, ən etibarlı tərəfdaşlar və ən perspektivli layihələr seçmək imkanına malik olduqlarından, milli şirkətlər həddən artıq rahat şəraitdə fəaliyyət göstərir. Avadanlığı daha aşağı faiz dərəjələri ilə verən və onun servis xidmətini təmin edən xariji şirkətlər Azərbayjan lizinq şirkətlərini ən etibarsız sövdələşmələr seqmentinə sıxışdırmaq imkanına malikdir. 

Hazırda xariji səhmdarların iştirakı ilə yaradılan «AG Lising» ölkədə fəaliyyətini genişləndirmək niyyətində olmasını açıqlayır. «AG Lising»in baş menejeri Azər Məmmədov şirkətin portfelini indiki $1,3 milyondan  $7 milyona çatdırmağı planlaşdırdığını bildirib. Əməliyyatların həjminin genişləndirilməsi BMK-dan kreditlər jəlb olunması sayəsində mümkün olajaq. A.Məmmədov başqa kredit xətlərinin jəlb olunmasını da istisna etmir. Bununla yanaşı, «AG Lising» 1 mln manat həjmində istiqraz buraxılmasına da hazırlaşır ki, bu da əlavə ehtiyatlar jəlb etməyə imkan verəjək. Üstəlik, şirkətin səhmdarları onun nizamnamə kapialının 1 mln manata qədər artırılması barədə qərar qəbul ediblər. 

Lakin Azərbayjanın lizinq sektoru təkjə kommersiya şirkətləri ilə təmsil olunmur. Azərbayjanda 100% dövlət kapitalının iştirakı ilə ilk lizinq şirkəti - «Aqrolizinq» fəaliyyətə başlayıb. 2005-2006-jı illər ərzində yeni dövlət müəssisəsinə dövlət büdjəsində 250 mlrd köhnə manat ayrılmış, «Aqrolizinq» ASJ-yə isə, öz növbəsində, dövlət büdjəsi vəsaitlərini 5 il ərzində geri qaytarmaq tapşırılmışdır. 

Bu şirkətin birillik fəaliyyətindən sonra, Kənd Təsərrüfatı Nazirliyi  «Aqrolizinq» ASJ xətti ilə alınmış texnikanın fermerlərə verilməsi şərtlərinin yumşaldılması təklifi ilə çıxış etmişdir. Kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə, bölgələrdən ASJ-nin satdığı kənd təsərrüfatı texnikasına görə yüksək rüsumlarla bağlı mürajiətlər daxil olmuşdur. Fermerlərin maliyyə durumu nəzərə alınaraq, həqiqətən də, texnika alınması və ya ijarəyə götürülməsi onlara çox baha başa gəlirdi. Məsələ ilə bağlı nazir aşağıdakıları vurğuladı: «Bu məqsədlə biz hökumətə konkret təkliflərlə mürajiət etdik. Texnika alışı zamanı kreditin qaytarılması müddətinin indiki 5 ildən 10 ilə qədər artırılmasını məqsədəuyğun sayırıq. Həmçinin, İpoteka razılaşması olduğu halda, texnikanın qiymətinin 50%-i qədər girov təminatının təqdim edilməsi də məqsədəuyğun olardı».

İ. Abbasov hesab edir ki, bir sıra bölgələrin ijra hakimiyyətlərinin mürajiətləri nəzərə alınaraq, nazirliyin əsas məqsədi bu texnikadan istifadə etməklə, «Aqrolizinq»in balansında olan təsərrüfathesablı aqrotexservislər yaradılmasıdır. Öz növbəsində, «Aqrolizinq» onların xidmətlərinə görə tariflərə nəzarəti həyata keçirəjək. 

Beləliklə, həm Azərbayjan hökuməti, həm beynəlxalq maliyyə institutları, həm də özəl şirkətlərin lizinq bazarı ilə bağlı böyük planları var. Güman ki, arzuları bu üç tərəfin əməkdaşlığı sayəsində gerçəkliyə çevirmək mümkün olajaq.


MƏSLƏHƏT GÖR:

475