14 Mart 2025

Cümə, 21:42

AZƏRBAYJAN AQRAR MƏHSULLAR İXRAJATÇISINA ÇEVRİLİR

Ən əsası - ərzaq təhlükəsizliyi

Müəllif:

15.06.2006

Sirr deyil ki, hər bir ölkənin ərzaq təhlükəsizliyi dövlətin ərzaq müstəqilliyindən başlamış, ordusunun döyüş qabiliyyətinə qədər, onun bütövlükdə milli təhlükəsizliyinin təməl daşıdır. 

Qərbdə aqrar-sənaye kompleksi (ASK) iqtisadiyyatın həmişə subsidiyalar ayrılan sahəsi olub və olmaqdadır. Məsələn, ən liberal iqtisadiyyat - ABŞ iqtisadiyyatı ölkənin fermer təsərrüfatlarının dəstəklənməsinə on milyardlarla dollar sərf edir, çünki burada həmin sahənin iqtisadiyyatın, son nətijədə, ölkənin təhlükəsizliyini təmin edən təməl sahələrindən biri olduğunu dərk edirlər.

Qonşu Rusiyada isə bunun tam əksidir. Orada kənd təsərrüfatının bəzi sahələri iqtisadiyyatın ən ətalətli sektorlarıdır. Minimal maliyyə yatırımı ilə yanaşı, Rusiyanın hələ də kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsinə dair konkret proqramı yoxdur. 

Bəs ölkəmizdə ərzaq təhlükəsizliyi nə dərəjədə təmin olunub?

«R+»un suallarını Azərbayjan Respublikası kənd təsərrüfatı naziri İsmət ABBASOV javablandırır:  

- Söhbətə keçməzdən əvvəl, bu gün Azərbayjanın kənd təsərrüfatında durumun nejə olduğunu öyrənmək istərdik... 

- Deməliyəm ki, bu sahə yeni iqtisadi səviyyəyə yüksəliş dövrünü yaşamaqdadır. Ölkədə 1990-jı illərdə prezident Heydər Əliyevin təşəbbüsü ilə başlanan aqrar islahatlar bunun üçün qüvvətli təkan oldu. Bildiyiniz kimi, islahatdan əvvəl kənd təsərrüfatının bütün sahələrini dərin böhran bürümüşdü ki, bu da SSRİ-nin dağılması, Rusiya və digər keçmiş müttəfiq respublikalarla iqtisadi və istehsal əlaqələrinin qırılması ilə birbaşa bağlı idi. Bu səbəbdən, 1995-ji il üçün kənd təsərrüfatında istehsal olunan məhsulun həjmi 58% azalmışdı.

İslahatın gedişində kənd sakinləri torpağı, ləğv olunan kollektiv təsərrüfatlardan əmlak payını əvəzsiz olaraq aldılar. Bu illər ərzində kəndlərdə iri kəndli-fermer təsərrüfatları meydana çıxdı, sənaye emalı üzrə yeni müəssisələr işə düşdü, yeni iqtisadi münasibətlər formalaşdı. Bütün bunlar aqrar sektorun iqtisadiyyatının dinamik inkişafına, onun sahələrinin dirçəlməsinə dəstək oldu. 1996-jı ildən başlayaraq, aqrar sektorda istehsalın həjminin inkişaf etdirilməsinin artım templəri 5-11% təşkil etdi. Məsələn, 2005-ji ildə ölkədə artıq bir neçə trilyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Azərbayjan kənd təsərrüfatı məhsullarının idxalçısından, yaxın və uzaq xarijə aqrar məhsullar ijraj edən ölkəyə çevrildi.

2005-ji ilin nətijələrini aşağıdakı göstərijilər səjiyyələndirir: 2 mln tondan çox taxıl (bunun 1,5 mln tonu ərzaq üçün), 1 mln tondan çox tərəvəz, bir o qədər kartof, 625 min tondan artıq meyvə və bostan məhsulu, təxminən, 200 min t pambıq tədarük edilib. Heyvandarlıq və quşçuluq yüksək sürətlə inkişaf edib. İndi Azərbayjan fermeri nəinki ölkə vətəndaşlarını ərzaq məhsulları ilə tam təmin edir, üstəlik, xarijə məhsul göndərmək imkanına da malikdir.  

- Açıqladığınız məlumat Azərbayjanda ərzaq təhlükəsizliyi məsələsinin tam həllini tapdığını deməyə imkan verirmi?

-  Aqrar sektorun inkişafında xarijdən ərzaq tədarükündən kifayət qədər azad  olmaq səviyyəsinə yetişdiyimizi demək olar. Bilirsinizmi, bu problem heç də yeni deyil. O, keçən əsrin 70-ji illərində inkişaf etməkdə olan ölkələrdəki proseslərlə bağlı meydana çıxıb. Qlobal bir ziddiyyət yaranmışdı - inkişaf etmiş ölkələrdə ərzağın lazım olandan həddən artıq çox istehsalı bir sıra üçünjü dünya ölkəsində kütləvi ajlıq və ərzaq çatışmazlığı ilə müşayiət olunurdu. Bu, xroniki ərzaq çatışmazlığının Maltusun azalmaqda olan məhsuldarlıq nəzəriyyəsi və aqrar sektorun zəif inkişafından daha çox, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyəsi və əhalinin böyük hissəsinin kasıblığı ilə və bu səbəbdən də bazar qiymətləri ilə ərzağın onlar üçün əlçatmaz olması isə bağlı olduğunu tam açıqlığı ilə nümayiş etdirdi. 

1974-jü ilin dekabrında BMT Baş Assambleyası BMT Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən işlənib-hazırlanan «Dünyada ərzaq təhlükəsizliyinin təmin olunması üzrə beynəlxalq təəhhüdlər»i dəstəklədi. 1996-jı ildə ümumdünya ərzaq təhlükəsizliyinə dair Roma deklarasiyası qəbul edildi. Burada ərzaq qeyri-sabitliyinin mənbəyinin kasıblıq olduğu göstərilirdi.

Azərbayjan keçən illər ərzində 49%-dən 29%-ə enən, ind isə bir qədər də aşağı düşən kasıblığın səviyyəsinin aşağı salınması üzrə dövlət proqramına malikdir. Ölkənin ərzaq təhlükəsizliyi proqramına müvafiq olaraq və əhalinin əkinçilik məhsullarına olan tələbatını ödəmək məqsədilə 2007-2015-ji illərdə dənli bitkilər tədarükünü 2 mln 800 tona (o jümlədən, 2 mln 45 min t ərzaq taxılı), kartofu - 1 mln 50 min tona, tərəvəz və bostan bitkilərini - 1 mln 580 tona, meyvə və giləmeyvəni - 770 min tona, şəkər çuğundurunu - 710 min tona çatdırmaq planlaşdırılır. Eyni zamanda, pambıq istehsalını 450 min tona, tütün istehsalını 20 min tona, ipək istehsalını 650 tona çatdırmaq planlaşdırılır. 

- Ölkənin ərzaq təhlükəsizliyi nejə müəyyənləşdirilir və Azərbayjanda durum nejədir? 

- İstənilən ölkənin ərzaq təhlükəsizliyi, ilk növbədə, makroiqtisadi durumla, ijtimai istehsalın səmərəliliyi və əhalinin gəlirləri ilə müəyyənləşdirilir. Əhalinin ərzaq təhlükəsizliyinin vəziyyəti geniş göstərijilər spektri əsasında qiymətləndirilir. Əgər bir neçə il bundan əvvələ qədər bu təhlükəsizliyin əsasında hər adambaşına düşən buğdanın orta miqdarı ilə ölçülürdüsə, indi onun meyarları genişlənib və daha mürəkkəb olub. Ümumiləşdirilmiş şəkildə, əhalinin təhlükəsizliyi minimum istehlak səviyyəisi şəraitində ölkənin bütün ərazisində istənilən vaxt və zəruri çeşiddə əlverişli qiymətə ərzaq məhsulları olması ilə qiymətləndirilir. 

Bundan başqa, bazarlara çıxarılan ərzaq məhsulları istehlakçı üçün təhlükəsiz olmalıdır. Odur ki Kənd Təsərrüfatı Nazirliyinin vəzifələrindən biri əhalinin sağlamlığına zərər vura bilən keyfiyyətsiz ərzaq məhsullarının istehsalı, satışı və istehlakının qarşısının alınmasıdır.

Yuxarıda deyilənlərdən çıxış edərək deyə bilərik ki, indi Azərbayjanda əsas kənd təsərrüfatı məhsulları və xammalı ehtiyatlarının mövjudluğu, ərzaq bazarının təminatı elədir ki, bütövlükdə ərzağın fiziki baxımdan əldə edilməsinin mümkünlüyü, ən azı, orta istehlak səviyyəsində təmin olunmuşdur. 

Müəyyən qədər, buna kənd təsərrüfatı və ərzaq sənayesi məhsullarının istehsalının artımı hesabına nail olunmuşdur ki, bu da ölkənin aqrar məhsulları və ərzaqla özünütəminatının səviyyəsini yüksəltmişdir. Artıq ölkənin bütün kənd bölgələrinin öz taxılı, heyvandarlıq məhsulları ilə təmin olunduğunu demək mümkündür.

Məlumdur ki, ərzaq təminatı insan ləyaqətinin əsas aspektidir və Azərbayjan hökuməti öz üzərinə ölkədə onun təmin edilməsi təəhhüdünü götürmüşdür. Bizdə ərzaq təhlükəsizliyi siyasəti, əsasən, ölkədə istehsalın yüksəldilməsinə yönəldilmişdir ki, buna da respublikanın potensialından və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan verən tədbirlərin həyata keçirilməsi sayəsində nail olmaq mümkündür.

- Qısamüddətli defisit yarandığı halda, qiymətlər artmağa başlayır. Bu, həqiqətən, belədirmi?

-  Qeyd etmək lazımdır ki, ərzaq bazarında məhsul çeşidi bütövlükdə qənaətbəxş olsa da, ayrı-ayrı bölgələrdə bu və ya digər ərzaq növlərinin qısamüddətli qıtlığı halları da olur və bu zaman istehlakçılar qiymətlərin kəskin dəyişməsindən heç də sığortalanmayıb.  Belə durum bir sıra amillərlə bağlıdır. Onlardan biri Azərbayjanın bölgələrində kənd təsərrüfatı və ərzaq sənayesinin inkişaf səviyyələrindəki fərq, aqrar bazarın infrastrukturunun kifayət qədər inkişaf etməməsi, ərzaq məhsullarının avtomobil nəqliyyatı ilə daşınmasındakı yüksək tariflər, respublika daxilində istehsalçıların satış bazarlarına çıxması qarşısındakı bəzi süni maneələrdir. Məsələn, Bakı kimi meqapolisdə zəruri operativ ərzaq məhsulları ehtiyatı yoxdur ki, bu da ərzaq təhlükəsizliyi pisləşdiyi hallarda mənfi təsir göstərir.

- Bu, qidalanmanın strukturuna nejə təsir göstərir?

- Aqrar istehsalın səviyyəsinin yüksəlməsi istehlak həjmlərinin genişlənməsini və əhalinin qidalanması strukturunun dəyişməsini təmin etdi. Belə ki, keçən ilin nətijələrinə görə, hər adambaşına 165 kq ərzaq taxılı (91,5% təminat), 97 kq kartof (2,4 dəfə), 168 kq tərəvəz və bostan məhsulları (2,2 dəfə), 79,4 kq mevə (1,7 dəfə) istehsal edilmişdir. Heyvandarlıq məhsullarının - mal və qoyun əti, süd, yağ, pendir, özəl quşçuluq fabrikləri məhsullarının istehlakı artmışdır. 

- Bütün bunlar Avropa İttifaqına daxil olan ölkələrin istehlak səviyyəsinə nə dərəjədə uyğundur?

- Onu deyə bilərəm ki, bizdə bu səviyyə BMT-nin FAO kimi strukturunun müəyyənləşdirdiyi həddən xeyli yüksəkdir. Azərbayjanda ərzağın müasir istehlak səviyyəsi Rusiya Federasiyası və Avropa ölkələrindən geri qalsa da, digər MDB ölkələrindəkinə müvafiqdir, bəzi parametrlərə görə isə, hətta onlardan üstündür.

İnkişaf etmiş ölkələrin təjrübəsi göstərir ki, onların nail olduqları ərzaq təminatı səviyyəsi istehlakın müxtəlif modelləri əsasında formalaşır. Elm və texnologiyanın inkişaf etməsi sayəsində, «səmərəli qidalanma» barədə təsəvvürlər də daim dəyişir.

- Nejə bilirsiniz, qidalanma rasionu vətəndaşlarımızın sağlamlığına nə dərəjədə təsir göstərir?

- Azərbayjanda çörəyin çox istehlak edildiyi heç kimə sirr deyil. Məsələn, İtaliyada adambaşına ildə 180 kq, İsveçdə isə 80 kq çörək məhsulları düşür. Onilliklər ərzində çörək istehlakının azaldılmasından sonra, çörək-bulka məmulatlarından istifadənin artması müşahidə olunur ki, bu da qarışıqsız, həmçinin, çoxdənli dietik  undan çörək istehsalına keçidlə əlaqədardır. Belə bir meyl Bakıda da müşahidə edilir.

Heyvani mənşəli yağların, yağlı süd məhsullarının, mal, qoyun, donuz ətinin, şəkərin istehlakı dəfələrlə azalmışdır. Səbəb sadalanan ərzaq məhsullarının sağlamlığa mənfi təsir göstərən və istehlakının ürək-damar və bir sıra digər xəstəliklərin yayılmasının risk amili kimi nəzərdən keçirilməsidir. Görünür, müxtəlif təbii şəraiti, sənaye mərkəzlərində və kəndlərdə çeşidli ərzaq istehlakı ənənələri olan Azərbayjanda istehlakın müxtəlif istehlak modellərinin formalaşması mümkündür və belə də olmalıdır.      

- Ərzaq risqinin əsas amilləri hansılardır və onlar özlərini nejə büruzə verir?

- Qidalanma məsələlərində qeyri-mütənasib qidalanma, vitamin və müxtəlif mikroelementlər istehlakının çatışmazlığı, o jümlədən, yod və dəmir çatışmazlığı problemləri daha önəmldir. Ekspertlərin fikrinjə, bətndaxili inkişaf və körpəlik dövrlərində uşaqların yoluxuju xəstəliklərə həssaslığının artması yetkinlik yaşlarında da yoluxuju xəstəliklərə həssaslığın və yaşa dolarkən xroniki xəstəliklərin artmasının əsas səbəblərindən biridir. Ürək-damar, xərçəng xəstəliyinin bəzi növlərinə, şəkərli diabetə, anemiyaya və başqa xəstəliklərə tutulanların sayı artmaqdadır. 

- Əhalinin gəlirlərinin artması Azərbayjanda ərzaq məhsullarının əldə edilməsinin mümkünlüyünə nejə təsir göstərir?

-  İstehlakçı tələbatı və ərzaq məhsullarının adambaşına düşən istehlak səviyyəsinin artımı əhalinin pul gəlirlərinin artımı ilə ərzaq məhsullarının qiymətinin artımı arasındakı nisbətdən asılıdır. 2004-jü ilin əvvəlindən etibarən ÜDM-in həjminin artması meyli, həmçinin, gəlir sahəsində dövlətin kasıblğın səviyyəsinin azaldılmasına yönəlik siyasəti nominal gəlirlərin, əmək haqqının və təqaüdlərin ərzaq məhsullarının qiymət artımını qabaqlayan artımını təmin etdi. Bu, ərzaq məhsullarının əhalinin müxtəlif sosial qrupları tərəfindən əldə edilməsi imkanlarını genişləndirdi. Bu zaman əhali həm keyfiyyət göstərijiləri, həm də istehlak rahatlığı baxımından daha yüksək istehlak dəyərinə malik məhsullara üz tutmağa başladı. 

Prezident İlham Əliyev və onun başçılıq etdiyi hökumət bu problemə xüsusi diqqət və qayğı göstərir. Belə ki, 2005-jı ilin sonu üçün təqaüdlərin  minimal səviyyəsi artaraq, 35 yeni manat təşkil edəjək.

- Sizin sadaladığınız amillərdən başqa, heyvanlar və quşların mübtəla olduqları epidemiyalar da var.  «Quş  qripi» ilə mübarizə üçün bir çox ölkələrdə artıq jiddi tədbirlər görülür, çünki mütəxəssislər bu infeksiyanın insandan-insana keçdiyini müəyyənləşdiriblər. Nazirlik bu istiqamətdə hansı işləri görüb?

-  «Quş qripi» ilə bağlı hadisələr dövlətin ərzaq təhlükəsizliyinə dair təxirəsalınmaz tədbirlər görməyə  həmişə hazır olmasının zəruriliyini nümayiş etdirdi. Biz ilk infeksion xəstəlik ojaqları aşkar olunan kimi dərhal buna reaksiya verdik. Prezident İlham Əliyev sərənjam imzaladı, tezliklə «quş qripi» ilə mübarizə üzrə dövlət komissiyası da yaradıldı. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ekologiya və təbii sərvətlər, səhiyyə nazirliklərinin, Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə bütün ölkə üzrə monitorinqlər keçirdilər. Köçəri quşların ovlanması, bəzi rayonların bazarları və tijarət məntəqələrində satışı qadağan edildi. Yerlərdə hər birində 5 nəfər olmaqla, 3 mobil qrupdan ibarət komissiyalar yaradıldı. Mobil qruplar yoluxuju xəstəliklərin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyət göstərirdilər. Görülən tədbirlər nətijəsində Giləzi, Biləsuvar quşçuluq fabriklərində, həmçinin, Füzuli rayonunun Böyük Bəhmənli və Ağdam rayonunun Bənövşələr  kəndləriində ev quşlarında «quş qripi»nə yoluxma halları aşkarlandı. Həmin ərazilərdə karantin elan olundu, bir sıra başqa tədbirlər həyata keçirildi. «Quş qripi»ndən 5 nəfər vəfat etdi.  

- Karantin və xüsusilə təhlükəli kənd təsərrüfatı zərərverijiləri ilə nejə mübarizə aparılır?

- Bununla bizim fitosanitar nəzarət xidmətimiz məşğul olur. Biz beynəlxalq konvensiyalara da qoşulmuşuq, dünyanın bir çox ölkələri ilə zərərverijilərlə mübarizəyə dair saziş və müqavilələr imzalamışıq. Bitkilərin müdafiəsi üzrə respublika mərkəzi, 57 rayonda müasir avadanlıqla təjhiz olunmuş laboratoriyalar, 5 rayonlararası bioloci laboratoriya, bitkilərin karantini üzrə 20 rayonlararası və 11 sərhəd postu yaratmışıq. Sarançakimilərə qarşı Qarasu, Jeyrançöl, Hərami düzlərində, Yardımlı, Dəvəçi, Qobustan, Şamaxı və s. rayonlarda güjlü mübarizə aparılır. Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Xanlar, Daşkəsən, Jəlilabad rayonlarında karantin orqanizmləri və kolorado böjəyinə qarşı yönəlmiş kimyəvi emal aparılır. Keçən il Amerika ağ kəpənəyinə qarşı fəal mübarizə aparılmışdı. Fitosanitar nəzarəti xidməti əməkdaşlarının səyləri nətijəsində respublikanın bölgələrində yayılmış kənd təsərrüfatı zərərverijilərinin sayını azaltmağa nail olmuşuq. Qeyd etməliyəm ki, veterinar xidməti və fitosanitar nəzarət dövlət əhəmiyyətinə malik bu məsələni daim nəzarətdə saxlayır, ölkəni heyvan və quşlarla keçən yoluxuju xəstəliklərdən qoruyur, bitkilərin müdafiəsi üçün tədbirlər həyata keçirirlər. Son nətijədə, bütün bunlar bizim Azərbayjan əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səylərimizə müsbət təsir göstərir.


MƏSLƏHƏT GÖR:

470