15 Mart 2025

Şənbə, 03:04

«ƏFQAN PARÇALANMASI»

Kabuldakı qarışıqlığın əsl səbəbi nədir?

Müəllif:

15.06.2006

Əfqanıstanda hazırkı qalmaqallar artıq mütəxəssislər tərəfindən talib reciminin devrilməsindən sonra yaşanan ən jiddi hadisə adlandırılır. Talib-kamikadzenin idarə etdiyi minalanmış avtomobil Əfqanıstanın şərqində koalisiya qüvvələrini aparan avtomobil karvanına çırpılıb. İki gün sonra daha bir partlayış nətijəsində iki amerikalı hərbçi həlak olub, ikisi yaralanıb. Hadisəyə görə məsuliyyəti isə «Taliban» hərəkatı öz üzərinə götürüb. Nəhayət, bir sıra kütləvi informasiya vasitəsinin məlumatına görə, Qəzni əyalətindəki mədrəsələrin birində partlayış törədilib. Nətijədə, üç nəfər həlak olub, daha yeddi insan yaralanıb. Bina isə demək olar, tamamilə dağılıb. Əldə olunan məlumatlara görə, taliblər həmin mədrəsədən silah anbarı və partlayıjı maddələrin istehsalı üçün emalatxana kimi istifadə edirmişlər və mədrəsə, təsadüf nətijəsində partlayıb. 

Bununla yanaşı, son günlərin ən dramatik hadisəsi, şübhəsiz, Kabulda yaşanan iğtişaşlar oldu. Əfqanıstandan «dramatik telegörüntülər» bütün dünyada televiziyaların aparıjı xəbərinə çevrildi. Bir çoxlarının dediyinə görə, Kabula çoxmillətli qüvvələrin yeridilməsindən sonra ölkədə baş verən ən dramatik iğtişaşlar yol-nəqliyyat qəzası nətijəsində baş qaldırıb: amerikalılara məxsus yük avtomobili irəlidə hərəkət edən maşına çırpılıb və nətijədə, beş əfqan həlak olub. Şahidlərin sözlərinə görə, bu səhnəni müşahidə edən insanlar amerikanların avtomobilini daş-qalaq etməyə başlayıblar. Daha sonra isə iki polis maşınına od vurulub. Bir müddət keçdikdən sonra, situasiya nəzarətdən çıxıb və hərbçilər başa düşüblər ki, mühasirədədirlər. Panika içində olan əsgərlər kütləni odlu silahdan atəşə tutublar…

İnsident haqda məlumat bir andaja bütün Kabula yayılıb və dərhal, bütün əjnəbilər hədəfə çevrilib. Onlara hüjum edən qəzəbli insan kütlələri mağazaları, hökumət binalarını, xariji ölkə nümayəndəliklərini, polis məntəqələrini dağıdıb, avtomobillərə od vurublar. Kütlə «Karzeyiyə ölüm!», «Amerikaya ölüm!» şüarları səsləndirməyə başlayıb. Bəzi xariji xeyriyyəçi təşkilatların binaları da iğtişaşçıların hədəfinə çevrilib. Rusiyanın Əfqanıstandakı səfirliyinin yerləşdiyi binaya da zərər dəyib: onun üzərindəki müşahidə kameraları, pənjərələri sındırılıb, mühafizəçinin əyləşdiyi otaq yandırılıb. 

Yalnız bir gündən sonra təhlükəsizlik qüvvələri Kabulda nəzarəti ələ ala biliblər.

Radio ilə çıxış edən prezident Həmid Karzeyi əhalini sakitliyə çağıraraq, baş verənlərdə günahı olanları «Əfqanıstanın düşmənləri» adlandırıb. «Vətəndaşlar təbliğatlara uyaraq, ölkənin yenidən dağıdılmasına imkan verməməlidirlər», - deyə prezident bildirib. 

Əfqanıstandakı situasiyanı şərh edən curnalistlər, xüsusilə də Rusiya KİV-in təmsilçiləri bədxahlıqlarını saxlaya bilmirlər: «Gördünüz, amerikalılar vaxtilə britaniyalıların, sonra isə bizlərin düşdüyü tələyə düşdü. Çünki Əfqanıstan silahla ram ediləjək ölkə deyil».

Amma Əfqanıstandakı müasir vəziyyətin analizi zamanı aydın olur ki, bu ölkədə zadəganəsilli tayfaların proseslərə təsiri, gözlənildiyindən də artıqdır. Bu tayfalar ölkədə, faktik olaraq, qeyri-məhdud hakimiyyətə malikdirlər. Təlatümlər vaxtı isə bu hakimiyyət üzə çıxır. 

Burada, ilk növbədə, Əfqanıstanın tarixinə nəzər salmaq lazımdır. Düzünə qalsa, o, dünya xəritəsində yalnız XVIII-XIX əsrlərdə Rusiya ilə Mərkəzi Asiya və Britaniya Hindistanı arasında «bufer dövlət» kimi peyda olub. Həmin illərdə Rusiya Mərkəzi Asiyaya doğru genişlənməklə məşğul idi. Jənubdan isə təkidlə və müntəzəm şəkildə Böyük Britaniya Ost-Hindistan sərhədlərini genişləndirirdi. Gej-tez iki ölkə ordusunun üz-üzə gələjəyinə heç kəs şübhə etmirdi.

Qəzetlər Rusiyanın ilk addımı atmasını və qabaqlayıjı tədbirlər görməsini vajib sayırdı. Hərbçilər bu ərazilərə dərhal ordu yeridilməsini tələb edirdilər, diplomatlar isə bu torpaqların gələjək siyasi taleyi haqda diskussiyalar aparırdılar. Rus ordusunun məhz bu ərazidən zərbə endirəjəyini bilən britaniyalılar, Rusiya ordusu tərəfindən yetişməkdə olan ilk zərbəni «qəbul edəjək» «bufer zolağı»nın yaradılmasını zəruri sayırdı...

Əfqanıstanın tarixində 1837-ji ildə hakimiyyəti Dost Məhəmmədin ələ keçirməsi açar rolu oynadı. O, uzun illər idi  ki, ingilislərin himayə etdiyi Şuju xana qarşı vuruşurdu. Moskva situasiyadan istifadə etmək qərarına gələrək, onun yanına poruçik Vitkeviçi göndərdi. Əfqanıstanda möhkəmlənən Rusiyanın öz ordusunu Hindistana yeridəjəyi perspektivi Londonda narahatlıq yaratmaya bilməzdi və 1839-ju ilin yanvarında Bolansk aşırımı ilə Əfqanıstana ingilis-hind ordusu daxil oldu. Əvvəljə Dost Məhəmməd onlara qarşı 12 min atlı, 2500 piyada və 45 top çıxartdı. Lakin artıq aprelin 25-də ingilislər Qəndəharı döyüşsüz götürərək Kabula soxuldular. İngilis ordusu ilk jiddi müqavimətlə Qəznidə - seçmə döyüşçülər tərəfindən qorunan qalada rastlaşdılar. Lakin qala ələ keçirildi və paytaxtın  taleyi həll olundu. 1839-ju il avqustun 7-də Britaniya ordusu Kabula daxil oldu. Britaniyanın müstəmləkə taktikasına tamamilə uyğun olaraq hakimiyyətə «loyal» Şuju xan gətirildi. Dost Məhəmmədsə üç yüz döyüşçü ilə birlikdə dağlara çəkilməli oldu.

Lakin lap tezliklə, ingilislər həmin «əfqan spesifikliyi» ilə qarşılaşmalı oldular. Yerli feodallar Şuju xanı və eyni zamanda, onun britaniyalı himayədarlarını son dərəjə pis qəbul etdilər. Artıq iki  ildən sonra ölkədə çaxnaşmalar başlandı və 1841-ji ilin 2 noyabrında Kabulda britaniyalıların qətliamı başlandı. Öldürülənlər arasında səfir Berns də var idi… 

1842-ji ilin yanvarında britaniyalıların Kabuldan Jəlilabada istiqamət götürdükləri vaxt isə londonlular daha bir «əfqan mentaliteti» ilə üzləşməli oldular. İngilis-hind ordusu dağlara çatdıqda əfqanlar tərəfindən qurulmuş tələyə düşdü və 16 minlik ordudan jəmi bir nəfər - doktor Braydon sağ qaldı. Məhz o, atla birtəhər Jəlilabada çataraq, məşhur «Bu, jəhənnəm idi!» kəlamını səsləndirmişdi.

Londonda artıq buna dözə bilmədilər. Bir taqım Kvettdən Qəndəhara,  digəri isə Jəlilabaddan Kabula yola düşdü və 1842-ji ilin 16 sentyabrında Əfqanıstan paytaxtı yenidən ələ keçirildi…

Beləliklə, ölkə Londonun nəzarət sahəsi sayılırdı. Lakin britaniyalılar tayfalararası münasibətlərə, nədənsə, o qədər də diqqət yetirmirdilər. Bundan başqa, ingilislər nə bərəkətli torpaqları, nə də təbii ehtiyatları olan kasıb dövlətin inkişafını öz üzərinə götürmək istəmirdilər. Nətijədə, o vaxtdan indiyədək Əfqanıstan regionun ən kasıb və ən az inkişaf edən ölkəsi olaraq qalmaqdadır. Əfqanların hələ də pasportu və ya onu əvəz edən sənədləri yoxdur. Ölkə əhalisinin əksəriyyəti ildə iki dəfə Əfqanıstan-Pakistan sərhədini keçən köçəri puştunlardır. Ölkədə dəmir yolu, ümumiyyətlə, yoxdur, şoselər dəhşətli dərəjədə çatışmır. Nətijədə, mərkəzi hakimiyyət yalnız bir neçə iri şəhəri nəzarətdə saxlaya bilir. Uzaq dağ kəndlərində isə bütün hakimiyyət və səlahiyyət tayfa ağsaqqallarındadır..

 

«Jihad»dan islahatlara doğru

Əlbəttə ki, Əfqanıstanda indiyədək ölkənin müasirləşməsinə, inkişafına jəhdlər olunub, tayfaların idarəçiliyinin aristokrat idarəetmə orqanlarına çevrilməsi üçün də bəzi addımlar atılıb. İlk olaraq bu addımları 1919-ju ildə taxta çıxan Əmanulla xan atmışdı. İlk olaraq, Böyük Britaniyaya jihad elan edən Əmanulla xanın qoşunları, 1919-ju il mayın 3-də Hayberi keçidi ilə sərhəddəki posta hüjum etdilər. Buna javab olaraq, Britaniya təyyarələri əvvəljə Kabula, ardından isə Jəlilabada zərbələr endirdi. 1-ji hind piyada diviziyası 1-ji süvari briqadasının dəstəyi ilə Hayberi keçidindəki əfqan ordusuna hüjum etdi. Nətijədə, başı pozulan və sarsılmış əfqanlar qaçmağa üstünlük verərək, partizan müharibəsinə başlamaq qərarına gəldilər ki, bu istək də iflasa uğradı. İlk olaraq, Hindistana soxulan «partizanlar», daha dəqiq, general Nadir şahın komandanlığı ilə tayfadan yaradılan hissə Tal dəmir yol stansiyasını ələ keçirdi. İki piyada batalyonu, batareya və süvari eskadronunu mühasirəhə alan «partizanlar» iyunun 1-də general Dauerin piyada briqadası ilə toqquşmadan sonra Əfqanıstana geri çəkilməyə məjbur oldular. Əmanulla xan sülh istəməyə məjbur oldu ki, nətijədə, 1919-ju ilin 8 iyulunda Əfqanıstanla Böyük Britaniya arasında sülh razılaşması imzalandı və ölkəyə xariji əlaqələr yaratmaq haqqı verildi. Bunun əvəzində isə Əfqanıstan Böyük Britaniyanın hər il göstərdiyi 60 min funt-sterlinq məbləğində maddi yardımdan məhrum oldu (1919-ju ilədək ölkənin dövlət büdjəsinin yarısını təşkil edirdi).

Əmanulla xan 1921-ji ildə Mustafa Kamal Atatürkün Türkiyədə başladığı müasirləşmə siyasətinə bənzər xətt tutmaq qərarına gəldi. Elə həmin il o, Moskva ilə iki sərfəli razılaşma - Qars və Moskva razılaşmaları imzaladı. Bundan sonra isə artıq islahatlara start verildi: Əfqanıstanın tarixində ilk dəfə gömrük yığımları başladı, orta əsrlərdən qalmış çoxsaylı vergilər və biyarlar ləğv olundu, torpağa şəxsi mülkiyyət tətbiq olundu,  qadınlara təhsil almaq hüququ verildi, çoxarvadlılığa qarşı təbliğat başlandı və s. İlk dəfə olaraq Əfqanıstanda tayfa başçılarının toplantısında, məşhur Loya Jirge öz həyat yoldaşına çadranı çıxarmağı təklif etdi.

Əmanulla xanın islahatları bir tərəfdən, doğulmaqda olan milli burcuaziyanın maraqlarına uyğun idi, digər tərəfdən isə hakimiyyət əllərindən çıxan ruhanilər və tayfa aristokratlarının jiddi qəzəbinə səbəb olurdu. Nəhayət, 1929-ju ildə qiyam baş verdi ki, nətijədə, Əmanulla xan devrildi, qiyama rəhbərlik edən Həbibulla Əfqanıstan əmiri elan olundu. Amma Həbibulla hakimiyyətdə çox qalmadı və əslində, kimsə onun siyasi uzunömürlülüyünə inanmırdı. Lakin bununla yanaşı, o öz missiyasını yerinə yetirdi: Əfqanıstanda status-kvo bərpa olundu və o, Əfqanıstanda yeni kral sülaləsinin yaradıjısı olan Məhəmməd Nadir şahın taxta çıxmasından sonra da dəyişmədi.

Əfqanıstanın müasirləşdirilməsinə növbəti jəhd Məhəmməd Zakir şah tərəfindən edildi. Burada bank, təhsil və sənaye sektorları inkişaf etdirildi… Lakin bu islahatlar da 1973-jü ildə tənəzzülə uğradı: kraliçanı girov götürən Məhəmməd Duad Məhəmməd Zakirin hakimiyyətdən getməsi tələbini ortaya qoydu.

 

Əfqanxüsusiyyətli marksizm

Deyəsən, Əfqanıstanın tayfa aristokratiyasına əfqan marksistləri kiçik də olsa zərbə vurdular. 1978-ji ildə baş vermiş «aprel inqilabı»ndan sonra Məhəmməd Davudu əfqan kommunistlərinin lideri Nur Məhəmməd Təraki əvəzlədi. Lakin o da tezliklə hakimiyyətdaxili intriqaların qurbanı oldu və Kabulun Dar-ul-Aman sarayında taxta Əfqanıstanın Xalq-Demokratik Partiyasının rəhbəri Hafizulla Amin çıxdı. Onu isə 1979-ju ilin dekabrında sovet «komandosları» məhv etdilər və tələm-tələsik Praqadan ölkənin yeni «lideri» Bəbrək Karmal gətirildi. Karmaldan sonrakı rəhbər isə, hakimiyyəti yalnız sovet qoşunlarının Əfqanıstandan çıxmasına qədər sürən Nəjibulla oldu..

Nəhayət, indi ölkədə hər şey yenidən sıfırdan qurulur. Bu dəfə isə bu missiya, vəzifəsi yalnız dağlardakı mağaralarda Ben Ladenin axtarışı ilə yekunlaşmayan, həm də taliblərə zərbələr endirərək, Əfqanıstanda infrastruktur qurmağa çalışan çoxmillətli koalisiya qüvvələrinin üzərinə düşür. Əfqanıstanda xəstəxanalar və məktəblər açılır, infrastruktur bərpa edilir, daha dəqiqi, yaradılır, milli kütləvi informasiya vasitələri meydana çıxır, iş bajarığı olan hakimiyyət, biznes və s. meydana gəlir... Bütün bunlar isə yenidən hakimiyyətlərini əldən vermək istəməyən yerli tayfa aristokratiyasının sarsılmasına səbəb olur.

Əfqanıstan oxşar problemlərin yaşandığı yeganə ölkə deyil. Feodalizmdən kapitalizmə keçid, praktik olaraq, heç bir yerdə asan və itkilərsiz baş tutmayıb. «Yaşıl milyardlar» ölkələrində marksistlərin «burcuaziya demokratiyası» adlandırdıqları inqilabların hələ XVIII-XIX əsrlərdə baş verməsi isə başqa bir məsələdir. Rusiyada bu, XX əsrin əvvəllərində baş veribsə, Əfqanıstanda XXI əsrin sonunadək gejikə bilər. Bundan başqa, Türkiyədə də ruhanilər Mustafa Kamal Atatürkün müasirləşmə siyasətinə qarşı üsyan ediblər, İranda ruhanilər Məhəmməd Rza Pəhləvinin «ağ inqilab»ına mane olmağa çalışıblar... 

Şüarlar müxtəlif ola bilər. Lakin istənilən halda, məqsəd birdir: hətta ölkə orta əsrlər səviyyəsində qalsa belə, şəxsi hakimiyyətini qorumaq. Əfqanıstan şəraitində isə tayfa aristokratiyası yalnız mənəvi nüfuza malik deyil, onların həm də silahlı qruplaşmaları  var. Bundan başqa, əfqan mentalitetinin xüsusiyyəti elədir ki, yerli əhali özünü hər şeydən əvvəl, müəyyən tayfa və klanın üzvu, yalnız bundan sonra Əfqanıstan vətəndaşı sayır.

Əlbəttə, məğrur və müstəqil əfqanlar haqqında əfsanələr, ölkənin orta əsrlərdən çıxarılmasına qarşı müqavimət göstərən tayfa aristokratları üçün yaxşı səslənir. Lakin yaxşı səslənmək, hələ doğru olmaq demək deyil.

Başqa bir məqam da aydındır ki, belə qarşıdurma silahla həll edilmir. Hakimiyyətin öz müasirləşdirmə siyasəti ilə tayfa aristokratiyasını «sındıra» bilib-bilməməsinə gəlinjə, İran və Türkiyənin təjrübəsinin müqayisəsi göstərir ki, bu, müasirləşmənin bəhrəsini kimin görəjəyindən asılıdır: Türkiyədə olduğu kimi, böyük ölçüdə xalq, yoxsa İranda olduğu kimi, hakimiyyətə yaxın və o qədər də böyük olmayan qrup.


MƏSLƏHƏT GÖR:

414