15 Mart 2025

Şənbə, 01:28

ÇİN: «MÖHKƏMLİK SINAĞI»

Çin tibetində separatçılıq təhlükəsi heç də göründüyü kimi jiddi deyil

Müəllif:

15.06.2006

Dünya ölkələrinin özünəməxsus «adınınçəkilmə tezliyi reytinqi»ndə Çin ilk yerlərin birində qalmaqdadır. Bu ölkədə o qədər də gur siyasi hadisələr baş verməsə də, Olimpiya Oyunları birinji səhifəyə çıxarılası mövzu olmasa da, dünya kütləvi informasiya vasitələrinin Çinə marağı stabil yüksək olaraq qalır. Müşahidəçilər nəhəng insani və iqtisadi ehtiyatlara malik bu ölkənin irimiqyaslı «sıçrayış» ərəfəsində olduğuna şübhə etmirlər. Nüvə dövlətləri klubunun və BMT TŞ-nin üzvü olan Çin artıq regional deyil, qlobal fövqəldövlət statusuna iddialıdır. Dünya enerci daşıyıjıları bazarında qiymətləri də elə məhz sürətlə inkişaf edən, böyük enerci tutumuna malik Çin iqtisadiyyatı müəyyənləşdirir.

Lakin iqtisadçıların Çinin gur inkişaf edən iqtisadiyyatının parametrlərini hesabladıqları bir dövrdə də bir çox analitiklər başqa sual verirlər: belə bir durumda separatçı çıxışlar ehtimalı nə qədər böyükdür? Belə çıxışların mümkün ünvanı kimi isə Tibetin adı daha tez-tez çəkilir.

 Həqiqətən də «Tibet məsələsi» kifayət qədər «dəbdə olan» mövzudur. 

Tibetin müstəqilliyinin tərəfdarlarının «mənəvi rəhbəri» olan dalay-lama ən dəbdə olan şəxsiyyətlərdən biridir. Bir çox Hollivud ulduzunun ruhani atası olan dalay-lama  mühazirələrlə çıxış edir, intellektual elita nümayəndələri ilə görüşür... «Boşboğazlıq edənlər sinfi» adlandırılanlar Tibetdə hampaslar qəbiləsinin bərpası tarixindən əminliklə danışırlar. Nəhayət, uzun illər boyu Tibet qapalı hərbi zona idi və xarijilərin ora gediş-gəlişi yasaq edilmişdi. 

Bu gün çox, bəlkə də hər şey dəyişir. İndi nəinki əjnəbilər Tibetə gedə bilir, hətta qayanın içindəki məşhur Potala sarayının yerləşdiyi Lxasa əjnəbilərin ziyarət etmələrinin  tövsiyə edildiyi   ən çox reklam olunan turist marşrutlarından biridir; Tibetdə gözəllik müsabiqələri keçirilir... açıq danışsaq, elə hampasların bərpası tarixçəsi də heç də birmənalı deyil. 

Keçən əsrin 50-ji illərinədək Tibet - Avrasiyanın tən ortasındakı əlçatmaz yüksək dağlıq bölgə joğrafiyaçılar, alpinistlər və səyyahlardan başqa heç kimi maraqlandırmırdı. Rusiya joğrafiyaçıları indi də belə bir faktı fəxrlə xatırlayırlar ki, Tibetin yolu  bütün qeyri-tibetlilər üçün bağlı olan paytaxtı Lxasanın fotoşəkillərini  «National Geographic»  curnalına ilk dəfə məhz rus səyyahları təqdim ediblər.

Lakin XX əsrin ortalarında çox şey dəyişdi. Çin kommunistləri yeni «fövqəlvəzifə»nin yerinə yetirilməsi - hələ 1911-ji ildə Pekin hökumətinin faktiki nəzarətindən çıxan Tibetin dağlıq bölgələrində öz hakimiyyətlərini bərqərar etmək üçün artıq hazır olduqlarını hiss etdilər. Analitiklər əmindirlər ki, burada Hindistanla Çin arasında münasibətlərin gərginliyi də önəmli rol oynadı.

Burada mövzudan bir qədər kənara çıxmaq yerinə düşərdi. Dağlıq bölgələrdə irimiqyaslı əməliyyatlar keçirmək çox çətindir, manevr etmək olmur, sursat və ərzaq gətirmək o qədər də asan iş deyil... Əvəzində, buralar radar stansiyaları, raket qurğuları və s. yerləşdirmək üçün ideal yerdir. Bunu həm Pekində, həm də Dehlidə çox gözəl başa düşürdülər. Üstəlik, iki ölkənin sərhədləri məhz burada qovuşurdu və hər iki tərəfdə qohum xalqların nümayəndələri yaşayırdılar. Bir sözlə, Çin hökumətinin Tibetlə jiddi məşğul olmaq üçün əsası vardı və o, bölgədə durumu nəzarətsiz qoya bilməzdi. 

1951-ji ildə Çin Milli-Azadlıq Ordusunun hissələri Lxasaya döyüşsüz daxil oldu. Tezliklə Çin Tibetdə fəaliyyət göstərməyə qadir olan hakimiyyət sistemi yaratmağa və tamamilə gözlənilən olan islahatlar aparmağa başladı. 

Bir önəmli jəhəti nəzərə almaq zəruridir. Şambala haqqında əfsanələri yerindən duran təkrarlayır, Tibet təbabəti barədə çoxları məlumatlıdır; buddizm, daha doğrusu, onun Tibet qolu - dzen-buddizm «dəbdə olan» dindir və i. a.  Bütün bu «promouşn» nətijəsində, bir çoxları XX əsrin əvvələrindəki Tibeti «itirilmiş jənnət» kimi qavrayır. Lakin həqiqət heç bu qədər birmənalı deyil. Çünki bütün bu siyasətətrafı görüntülər çox önəmli olan bir şeyi - tibetlilərin son dərəjə arxaik və əsrin ortalarında formalaşan ənənəvi həyat tərzini lap arxa plana keçirir. Bu gün Pekində xatırladırlar ki, XX əsrin ortalarında da burada əsl quldarlıq mövjud idi və belə bir durum, çətin ki, diqqət doğurmalıdır. Doğrudur, «kommunist islahatlarına da fərqli münasibət bəsləmək olar - elə müasir Çinin özündə çoxları «böyük sıçrayış» siyasətinin təfərrüatlarını heç də birmənalı qiymətləndirmirlər. Lakin orta əsrlərə xas olan quldarlıq heç də bunun layiqli alternativi ola bilməz.

Lakin başqa bir şey daha önəmlidir. Məhz keçən əsrin 50-ji illərində Tibetin torpaq aristokratiyası və dini elitası nüfuz və qüdrətini itirmək təhlükəsi ilə üzləşdi: yeni Çin hakimiyyət orqanlarının ilk addımları yerli aristokratiyanın əmlakının müsadirə olunması və elə həmin aristokratiyanı qoruyan tayfa silahlı birləşmələrinin tərk-silah edilməsi oldu. Silahı təhvil vermək barədə ilk olaraq sərənjam alan hampas qəbiləsi dərhal üsyan qaldırdı.  

Tibetin faktik hakimi olan indiki dalay-lamanın onda 16 yaşı var idi. Çin hakimiyyəti ilə «Tibetin dinj azad edilməsi tədbirləri haqqında» sənədi də Tibetin hakimi elan olunan bu adam imzalamışdı. O zaman hamı güman edirdi ki, manjurlar dövründə olduğu kimi, indi də Pekinin Tibet üzərində hakimiyyəti sırf nominal səjiyyə daşıyajaq və Tibetin daxili işlərinə heç kim qarışmayajaq. Eyni zamanda, yerli özəllik, başqa sözlə, hakimiyyətin mövjud bölüşdürülməsinin qorunub-saxlanılması uğrunda «mübarizənin bayrağı» roluna dalay-lamadan yaxşı namizəd ola da bilməzdi. Həm də ömrünün son 12 ilini monastırda Tibet təbabətini, buddizm fəlsəfəsini, poeziya və injəsənəti öyrənməkdə keçirən dalay-lama, çətin ki, Tibet ətrafında jərəyan edən siyasətin injəliklərindən baş çıxara biləydi. 

Yəni hazırda Qərbdə «Tibetin müstəqilliyi uğrunda mübarizə» adlandırdıqlarının ilkin mərhələsi keçən əsrin 20-ji illərində Anadoluda baş verən və indi PKK ideoloqlarının məmnuniyyətlə «kürdlərin azadlıq savaşının başlanğıjı»  kimi qələmə verdikləri qiyamla çox oxşardır. Xatırladaq ki, torpaq islahatının keçirilməsini istəməyən yerli zadəganlar Şərqi Anadoluda başında dini liderlərin, əsasən, dərviş ordenlərinin şeyxlərinin dayandığı qiyama rəvaj verdilər. Formal olaraq, üsyançılar yerli torpaq sahiblərinin hüquqlarına zəmanət verilməsini yox, dinin əvvəlki rolunun bərpasını, qadınların təhsil hüququnun ləğvini və i. a. tələb edirdilər. Tibet dağlarında da bunabənzər hadisələr jərəyan edirdi. Burada da islahatlardan narazı olan torpaq aristokratiyası öz mənafelərinin müdafiəsi üçün sadə tibetlilərin ənənəvi yaşayış tərzini qoruyub-saxlamaq istəyindən məharətlə yararlanırdı. 

Tibetdə silahlı çıxışlar 1956-jı ilin yanvar ayından başlasa da, Pekin dalay-lamanın hakimiyyətinə müdaxilə etmirdi. Belə olan halda, mərkəzi hakimiyyətlə silahlı mübarizəyə əl atan hampas qəbiləsinin başçıları xariji himayədarlar axtarışına çıxdılar. Çinlə müharibə astanasında olan Hindistan, ümumiyyətlə, onlara javab verməkdən çəkindi, Tayvan silahla təmin edəjəyinə söz verdi (dalay-lamanın əsas təbliğat motivi - tibetlilərin zor tətbiq etməmək prinsipi «müəyyən müddət üçün» kənara atıldı). Elə bu zaman üfüqdə kifayət qədər kolorili bir fiqur peyda oldu - indiki dalay-lamanın böyük qardaşı, onun uşaqlıq əylənjələrinin yeganə iştirakçısı və ... MKİ-nin Lxasada agenti Cualo Thondruba. O, hampasların rəhbərlərindən biri olan rahib Athar Norba birbaşa amerikalılara mürajiət etməyi məsləhət gördü.

Cualonun öz şeflərinə hampas ordusunun qüdrəti barədə nələr danışdığını  yalnız təxmin etmək mümkündür.  Amerika kəşfiyyatının onun iddialarını başqa kanallar və mənbələr vasitəsilə yoxlamaq imkanına malik olub-olmaması da sirr kimi qalır. Deyilənə görə, Tibetdə nəzərdə tutulan genişmiqyaslı  əməliyyat barədə məruzəni dinləməzdən əvvəl, MKİ şefi Allen Dalles ona xəritədə Tibeti göstərmələrini xahiş etmişdi. Bununla belə, MKİ Tibetdə jiddi iş aparmağa başlayır. Onun əsas diqqət obyekti Çin ordusu ilə elə ilk toqquşmalardan sonra Hindistan və Nepala axışmağa başlayan qaçqınlar ordusu oldu. Hindistanın Çinə rəğbəti ilə o qədər də fərqlənməyən Baş naziri Jəvahərləl Nehru Jarjilinqdəki düşərgəni «jasus yuvası» adlandırırdı.

ABŞ-ın Kolorado ştatındakı düşərgələrin birində 30-dan artıq tibetli tam hərbi hazırlıq keçirdi.

MKİ agentlərinin ilk partiyası - Athar Norbu və Lxose Tibetə hələ 1957-ji ilin oktyabrında göndərilmişdi. Jualo Thondrubanın sözlərinə görə, o, qardaşı dalay-lamanı MKİ ilə münasibətlərin injəlikləri ilə tanış etmirdi. Lakin dəqiq məlumdur ki, 22 yaşlı dalay-lama MKİ yaraqlıların hələ 1958-ji ildə öz iqamətgahında - qayanın içində yerləşən Potala sarayında qəbul etmiş, MKİ düşərgələrində hazırlıq keçmiş bu adamlar dalay-lamaya silahla davranmaq qabiliyyətlərini nümayiş etdirmişlər. 

Güman ki, ABŞ «Kuba variantı»na ümid edirdi - Tibetə göndərilən yaraqlılardan ibarət qruplar mütləq başlamalı olan genişmiqyaslı partizan müharibəsinə rəhbərlik etməli idi. Lakin ümumxalq üsyanı alınmadı. Hansısa bir impulsa ehtiyaj yaranmışdı və seçim dalay-lamanın üstünə düşdü.

10 mart 1959-ju ildə Çinin Tibetdəki hərbi kontingentinin komandanı dalay-lamanı teatr tamaşasına dəvət edərək, guya onun mühafizəsiz gəlməsini də xahiş etdi. Rəsmi Pekinin dalay-lamanı həbs etmək, yaxud vəzifəsindən kənarlaşdırmaq fikrində olması barədə dürüst məlumat yoxdur. Bundan başqa, Çinin strategiyası Tibetdə ənənəvi teokratiyanın hakimiyyətinin, ümumiyyətlə, məhvinə yönəlmişdi. Bu məjrada, siyasətdə o qədər də səriştəli olmayan dalay-lamanı kənarlaşdırmaq və ya təjrid etmək heç də məntiqi addım deyildi, çünki onu sırf nominal fiqura çevirmək daha asan çıxış yolu olardı. Bununla belə, Lxasa əhalisi arasında «kimsə» çinlilərin mənəvi rəhbəri oğurlamaq niyyətində olduğu barədə şayiə yaydı. Lakin bu, əllərinə keçənlə silahlanmış və dalay-lamanı müdafiə etməyə hazır olan minlərlə tibetlinin Potalanı əhatəyə alması üçün kifayət etdi. Elə buradaja «pekinyönümlü» tibetlilərdən biri daş-qalaq edildi. 7 gün ərzində Tibetdə üsyan tüğyan etsə də, 17 mart 1959-ju ildə hadisələr gözlənilməz axara yönəldi. Geyimini dəyişərək,  yaxın adamları ilə birlikdə monastırı tərk edib Hindistana üz tutan dalay-lama müdafiəçilərini taleyin ixtiyarına buraxdı. Bir neçə gündən sonra dalay-lama ilə ətrafındakılara sərənjamlarında hərbi ratsiya olan məlum Athar və Lhotse qoşulurlar. Sonradan curnalistlər danışajaqlar ki, bu zaman MKİ «geriçəkilmə» yolu barədə məlumatı dalay-lamanın yaxın adamlarından birinə nə az, nə çox - ekstrasensor üsullala ötürürdü, dalay-lama isə Hindistana yollandığı vaxt MKİ ilə, ümumiyyətlə, heç bir əlaqəsi olmadığını açıqlayajaq. Tezliklə üsyan yatırıldı, dalay-lama isə yaxın adamları ilə birlikdə Hindistanda siyasi sığınajaq aldı.  

Liderin qaçmasına baxmayaraq, MKİ Tibetdə partizan müharibəsini qızışdırmaq jəhdlərindən əl çəkmir, lakin yenə də uğursuzluğa düçar olur.  

Burada yenə «nəzəri rijət»ə ehtiyaj yaranır. 1812-ji ilin Rusiya-Fransa müharibəsindəki rolu, Yuqoslaviya partizanlarının Vermaxt üzərində qələbəsi - bütün bunlar partizanların məğlubedilməz olmalarına inam yaratmışdı. Əslində isə onlar yalnız yerli əhalinin birmənalı dəstəyi olduğu halda, uğurla fəaliyyət göstərə bilirlər. Təəssüf ki, hampasların belə bir dəstəyi yox idi və amerikalılar partizanların təminatını öz öhdələrinə götürməli olmuşdular. Demək olar, tələb edilən hər şey - silah, sursat, ərzaq təyyarələrdən atılırdı. Üstəlik, ya tibetlilərin Çin qayda-qanunlarından narazılığı həddən artıq şişirdilmişdi, ya da Çin ordusu həddən artıq güjlü idi - hər hansı bir halda,  Tibetdə Çin əleyhinə üsyanı siyasi amilə çevirmək mümkün olmadı. «U-2» təyyarəsinin SSRİ səması üzərində vurulması isə SSRİ və Çinin hava sərhədlərinə daha ehtiramla yanaşmağı tələb edirdi. Artıq təyyarələrdən Tibet partizanları üçün yüklər, yəni ərzaq məhsulları və silah atmaq mümkünsüz idi.

Belə bir durumda azsaylı Tibet üsyançılarının muzdlu kəşfiyyat agenturasına çevrilməsi artıq həllolunmuş bir məsələ idi. Tezliklə, Hindistan ərazisindən Tibetə basqınlar edən yaraqlılar təkjə Çin əsgərləri ilə döyüşmur, həm də Çin ordusu haqqında məlumat toplayır, sənədləri ələ keçirərək, «amerikalıları sevindirməyə» jan atır, Hindistan hərbi kəşfiyyatının tapşırığı ilə hərbi obyektlərin fotoşəkillərini çəkir, ərazinin xəritəsini tərtib edir, hətta desant çıxarılması üçün yerlər müəyyənləşdirirdilər.  

Bir daha xatırladaq ki, o zaman Çin və Hindistan bir-birini «ehtimali düşmən» sayırdılar. Üsyan, tədrijən, zəifləyirdi və 70-ji illərdə ABŞ Prezidenti Riçard Niksonun sensasiya doğuran səfərindən sonra, dalay-lama tərəfdarlarını mübarizəni dayandırmağa və silahı yerə qoymağa çağırdı. Başqa sözlə, onlara ikinji dəfə xəyanət etdi. İndi ən müxtəlif mülahizələr irəli sürmək olar - amerikalılarla hindlilər əvvəljə tibetlilərdən istifadə etdilər, sonra isə onları taleyin ixtiyarına buraxdılar, yaxud ekzotik partizanlar olan tibetlilər Pekinə «badalaq qurmaq arzusunda olan» Dehlidən Taybeyə qədər istənilən qüvvənin himayəsinə sığınmağa çalışsalar da, sonradan heç kimə lazım olmadılar... Birmənalı olanı odur ki, tibetlilərdən, ilk növbədə, dalay-lama istifadə etdi və sonradan onlara xəyanət etdi. 

«Mənəvi ata» isə «dinj çağırışından» sonra bir müddət adam arasına çıxmadı. Onun xəyanəti bir qədər unudulduqdan sonra isə o, dünyanı dolaşmağa, hər yerdə Tibeti zor işlətməmək ideologiyası barədə danışmağa başladı. Dinləyiji kifayət qədər idi.

Bir çox analitiklərin fikrinjə, «Tibet amili»nin aqoniyasının aşkar əlaməti budda iyerarxiyasında üçünjü şəxsin - karpama-lama Uqyen Trinli Jorjinin Hindistanın Dharamsal şəhərinə qaçması oldu. «Əhəmiyyətinə görə üçünjü iyerarx» dedikdə, istər-istəməz göz önünə ağsaçlı qoja, təjrübəli ilahiyyatçı və filosof  gəlir. Lakin buddaçılarda tamam başqa jürdür - Hindistana qaçması ərəfəsində karpama-lamanın 14 yaşı var idi. 

Reinkarnasiyaya, yəni ruhun köçməsinə inam buddizmin ehkamlarından biridir. Buddaçı etiqadına görə, dini iyerarxın ölümündən sonra, onun ruhu yeni doğulan körpəyə köçür. Nəzəri baxımdan, növbəti reinkarnasiya dünyanın istənilən nöqtəsində doğulan körpə ilə bağlı ola bilər. Lakin artıq bərqərar olmuş ənənəyə görə, belə körpələri müstəsna olaraq Tibet kəndlərində axtarırlar.

Dalay-lamanın yaxın silahdaşı olan əvvəlki karpama-lama 1981-ji ildə ABŞ-a səfər zamanı vəfat etmişdi. Çin hakimiyyəti karpama-lamanın reinkarnasiyasını axtarmaq üçün bir qrup buddaçının Tibetə gəlməsinə tərəddüd etmədən ijazə verdi. Seçim valideynləri kənd təsərrüfatı kommunasının nümunəvi üzvləri olan bir uşağın üzərinə düşdü. Nətijəni iki jəhət müəyyənləşdirdi: balaja Uqyen Trinli Jorji dünyaya qanunlar və hesablamalara əsasən, karpama-lamanın reinkarnasiyasının baş verəjəyi gün gəlmişdi və ailə üzvləri çaqqal ovuna yollananda, balaja «janlı varlıqları öldürməməyi» xahiş edirdi. 

Çin hakimiyyəti yeni karpama-lamanı tanıdı, ona Lxasa yaxınlığındakı Surphu monastırında iqamətgah da ayrıldı. Uqyen Pekinə gələndə onu ÇXR ali rəhbərləri, o jümlədən, ÇXR sədri Tsyan Tzemin qəbul edirdi. Çində yeni karpama-lamaya Tibet məsələsinin dinj həllində böyük ümid bəsləyirdilər və onun Hindistana qaçmasının bir çoxları üçün nejə gözlənilməz olduğunu təsəvvür etmək heç də çətin deyil. 

14 yaşlı yeniyetməni Hindistana qaçmağa nəyin vadar etdiyi hələ uzun müddət müəmmalı qalajaq. Lakin təklif olunan izahat - karpama-lamaya mənəvi rəhbərlərlə görüşməyə ijazə vermirdilər, xarijə buraxmırdılar və kommunist ədəbiyyatını oxumağa məjbur edirdilər - çətin ki, inandırıjı görünsün. Tibet dağlarında yeni siyasi intriqanın başladığı istisna deyil, çünki Çinin Qərblə yaxınlaşması dalay-lamanı çox əsəbiləşdirir. O, yuxarı təbəqələrin rəğbətinə əsaslanaraq, çox duruş gətirə bilməyəjəyini gözəl başa düşür. Siyasi dəyişikliklər isə dalay-lamanı «zəif bəndə» çevirə bilər. Eynilə, Tibetdə silahlı mübarizənin iştirakçılarının vaxtilə «gərəksiz» olduqları kimi. Odur ki indi onun öz varlığını gurultulu aksiya vasitəsilə bir daha xatırlatmağa, Tibetdə «gizli» hakimiyyət və nüfuz sahibi olduğunu nümayiş etdirməyə ehtiyajı var. Amma çətin ki, bu jəhdlər kifayət qədər inandırıjı olsun.


MƏSLƏHƏT GÖR:

392