
NATO-YA ALTERNATİV AXTARIŞI
Şanxay əməkdaşlıq təşkilatının yubiley sammitindən sürprizlər gözləməyə dəyərmi?
Müəllif: İrina XALTURİNA Bakı
İyunun 15-də Şanxayda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ilk yubiley sammiti keçiriləjək. 5 il əvvəl Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tajikistan və Özbəkistın birgə maraqlarının təmin olunması üçün bir araya gəldilər və o vaxtdan etibarən, ŞƏT-in tezliklə dağılajağına dair səslənən «proqnozlar» fonunda, bu qurumun gündən-günə möhkəmlənməsinin şahidi oluruq. Görünür, həqiqətən də, Rusiya Dövlət Dumasının spikerinin söylədiyi kimi, Avrasiyanın 2/3-nin və bəşəriyyətin yarısını özündə birləşdirən ŞƏT, NATO-nun real alternativinə çevriləjək. Qurumun üzvü olan ölkələrin xariji işlər nazirləri arasında bir müddət əvvəl keçirilmiş ijlasda, faktik olaraq, ŞƏT-ə üzv ölkələr ərazisinə kənar müdaxiləni mümkünsüz edən sənəd hazırlanıb.
Etiraf etmək lazımdır ki, ŞƏT-in qısa vaxt ərzində NATO və ABŞ-ın dünyanın strateci və enerci sahəsində vajib regionlarındakı təsiri ilə jiddi rəqabət apara biləjək güjlü hərbi-siyasi bloka çevrilmək üçün bütün zəruri imkanları var. Yəni çoxqütblü dünyanın bərpa olunmasını vajib sayanlar bütün ümidlərini məhz ŞƏT-ə bağlayıb.
Şanxayda planlaşdırılan toplantıda ŞƏT-in indiyədək keçdiyi yola bir daha nəzər salınajaq. Və etiraf etmək lazımdır ki, 5 il ərzində qurum kifayət qədər irəliləyib. Bu müddət ərzində təşkilatın hüquqi əsasının təməli qoyulub, o, mükəmməlləşdirilib, birlik üzvlərinin qarşılıqlı fəaliyyət mexanizmi tam effektiv işləyir. İqtisadi-tijarət əlaqələri inkişaf edir, birgə geniş layihələrə start verilib. Qurumun əsas uğurlarından biri «Terrorizm, separatizm və ekstremizmlə mübarizə üzrə Şanxay Konvensiyası» və «Narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində əməkdaşlıq razılaşması»nın imzalanmasıdır. Bu sıraya regional antiterror strukturunun yaradılmasını da aid etmək olar. Son zamanlar təşkilat üç birgə antiterror hərbi təlimlər keçirib.
Bu gün artıq Monqolustan, Hindistan, Pakistan və İran ŞƏT-də müşahidəçilik statusuna malikdir. Qurum BMT, MDB, Avrasiya İqtisadi Birliyi və ASEAN kimi regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
ŞƏT: bəlkə bu illüziyadır?
Amma bütün bunlarla yanaşı, beynəlxalq ekspertlər arasında tam fərqli yanaşmalara da rast gəlinir. Onların bir qismi əmindir ki, ŞƏT, əslində, o qədər də «təhlükəli» qurum deyil və onun güjü haqda fikirlər həddindən artıq şişirdilib.
Bu mənada, Şanxay toplantısı, təşkilatın nə dərəjədə möhkəm və nüfuzlu olduğunu ortaya qoymalıdır.
Hazırda birliyin istiqamətlərini iki əsas qüvvə - Rusiya ilə Çin müəyyənləşdirir. Həm ərazi, həm də potensial baxımdan nəhəng sayılan bu iki dövləti enerci resursları, satış bazarları və regionun strateci qovşaqlarına nəzarət etmək istəyi birləşdirir. Lakin Moskva ilə Pekini, ümumiyyətlə, nəsə birləşdirdiyinə şübhə ilə yanaşanlar da çoxdur. Onların fikrinjə, Rusiya ilə Çin arasındakı «dostluq»un möhkəmliyi şübhə doğurur və bu ölkələr hər an yenidən düşmənə çevrilə bilər (Moskva ilə Pekin arasındakı ikitərəfli münasibətlərdə indiyədək belə presidentlərə rast gəlinib).
ŞƏT-in digər üzvləri arasında da münasibətlər tam hamar deyil. Məsələn, Özbəkistanla Qırğızıstan arasında münasibətlərin pisləşməsi nəzərdən qaçmayıb. Daşkənd bir müddət əvvəl regional antiterror strukturunun İjraiyyə Komitəsinə Qırğızıstan Təhlükəsizlik Şurasının rəhbəri Miroslav Niyazovun direktor təyin olunmasına jiddi etirazını bildirib. Bu iki ölkə arasında neqativ münasibətlərin kökü isə Əndijan hadisələri və qaçqınlarla bağlı yaranıb. Xatırladaq ki, o zaman Əndijandan qaçan minlərlə qaçqın məhz Qırğızıstan ərazisində sığınajaq tapmışdı.
Digər bir problem gizli ekstremist jərəyanların Mərkəzi Asiyadakı fəaliyyəti, həmçinin, Tajikistan ərazisindən silahlı dəstələrin Qırğızıstana axını ilə bağlıdır. Bununla yanaşı, hələ SSRİ dövründə Rusiyanın imperialist hərəkətlərinin şahidi olmuş Mərkəzi Asiya dövlətlərinin, Moskvanın kölgəsi altında qalmağa nə dərəjədə razı olajaqları da sual doğurur.
Bundan başqa, iqtisadi-tijarət əlaqələrində də müəyyən çətinliklər mövjuddur. Bunlar, əsasən, iqtisadi və tarif baryerləri, həmçinin, ŞƏT üzvü olan ölkələrin iqtisadi inkişafının fərqli səviyyələrdə olması ilə bağlıdır. Görünür, Şanxay sammitində bütün bu problemlər diqqət mərkəzində saxlanılan əsas məsələlər olajaq.
Şanxayda ŞƏT üzvlərinin İran məsələsini də diqqət mərkəzində saxlayajaqları şübhə doğurmur. Güman olunur, ŞƏT-in yubiley sammitində İran qurumun tamhüquqlu üzvlüyünə qəbul edilməsə də, buna kifayət qədər yaxınlaşajaq. Lakin hələlik ŞƏT-in rəsmi nümayəndələri qəbul ilə bağlı normativ-hüquqi bazanın olmamasını əsas gətirərək, bu perspektivə toxunmamağa üstünlük verirlər.
Bir müddət əvvəl ŞƏT-in səlahiyyətli nümayəndəsi, Rusiyanın Federasiya Şurası rəhbərinin müavini Dmitri Mezensev bəyan edib ki, Moskvanı hazırkı «6+4» formatı tam qane edir və Rusiya çətin ki quruma hansısa yeni ölkənin üzvlüyünü dəstəkləsin. Bununla Moskvanın Amerika ilə münaqişədən qaçmağa çalışdığı da istisna olunmur. Çünki ŞƏT-in İranı öz qanadı altına alması, Birləşmiş Ştatlarla qarşıdurmanı labüd edəjək.
ABŞ üçün kiçik sürpriz
Buna baxmayaraq, ŞƏT üzvlərinin «antiiran koalisiyası» üçün kiçik «sürpriz» hazırladığını da istisna etmək olmaz. Məsələ ondadır ki, İrana qarşı sanksiyaların tətbiqi, ABŞ-ın Yaxın Şərqdəki təsirinin artmasına imkan vermək istəməyən Rusiya ilə yanaşı, iqtisadiyyatının İranın «qara qızıl»ından asılı olduğu Çin üçün də sərfəli deyil. Gözlənilən sanksiyalar ŞƏT-də müşahidəçi statusuna malik olan Hindistanı da kifayət qədər narahat edir. Çünki məlum olduğu kimi, Dehli ilə Tehran arasında enerci sahəsində çoxmilyardlıq razılaşmalar mövjuddur.
Aydındır ki, ŞƏT-in maraqları daim Vaşinqtonun Asiyadakı maraqları ilə kəsişəjək. Məsələn, Ağ ev artıq bu ilin martında Dehli ilə nüvə sahəsində əməkdaşlığa dair razılaşma imzalamaqla, Hindistanı özünə tərəf çəkə bilib. Bu ölkələr arasında, həmçinin, müxtəlif hərbi razılaşmalar da mövjuddur. Bundan başqa, sirr deyil ki, Vaşinqton ilə Dehli arasındakı bütün əlaqələrə Çinin təsir imkanlarının zəiflədilməsi kontekstindən baxılır.
Bu səbəblərdən də ŞƏT-ABŞ intriqasının jiddi olajağı gözlənilir.
Hindistanın qonşu Pakistanla münaqişəsi də jiddi narahatlıq yaradır. Məlum olduğu kimi, Kəraçi Vaşinqtonun müsəlman dünyasındakı əsas müttəfiqlərindən biridir və bu səbəbdən də ABŞ gah Hindistanın, gah da Pakistanın tərəfinə «əyilməklə» istədiyi dividendi əldə edə bilər.
Onu da unutmaq olmaz ki, Amerikanın Mərkəzi Asiya ilə bağlı xüsusi özəl planları var. Hələ ki bu planlar hazırlıq mərhələsindədir. Lakin ŞƏT-in istənilən cesti həmin fikirlərin, obrazlı şəkildə desək, həyata vəsiqə alması ilə nətijələnə bilər.
Bütün bunların fonunda Müasir İranın Öyrənilməsi Mərkəzinin Baş direktoru Rəjəb Səfərovun «RİA-Novosti» Agentliyinə müsahibəsindəki fikirlərinə diqqət yetirməyə dəyər. Onun fikrinjə, «Rusiya ilə İran arasında qarşılıqlı əlaqənin yeni səviyyəsinə dair razılıq əldə olunarsa, məsələyə ağılla yanaşılsa, hətta bir qaz seqmenti belə Moskva ilə Tehranı o qədər vəsaitlə təmin edər ki, yalnız Avropa yox, bütün dünya bu iki ölkədən asılı vəziyyətə düşə bilər. Rusiya-İran-Çin «üçbujağı»nın yaranajağı təqdirdə isə, ümumiyyətlə, dünyadakı məlum geosiyasi qüvvələr nisbətində köklü dəyişiklik olajaq».
Aydındır ki, bu ssenari hazırda daha çox fərziyyələrə əsaslanır. Lakin tarix göstərir ki, vaxt ötdükjə, hətta ən fantastik ssenarilər də reallığa çevrilə bilir...
MƏSLƏHƏT GÖR: