15 Mart 2025

Şənbə, 02:43

İRAN SEÇİM QARŞISINDA

Riskli əsəb müharibəsini davam etdirməli, yoxsa ölkənin vajib problemləri ilə məşğul olmalı?

Müəllif:

15.06.2006

Ötən ay İranın nüvə proqramı ilə bağlı duruma aydınlıq gətirməsə də, aparıjı dünya dövlətlərinin bir araya gəlməsi ilə yadda qaldı. ABŞ çeviklik nümayiş etdirərək, məsələnin BMT Təhlükəsizlik Şurasında qurumun nizamnaməsinin 7-ji bəndinə uyğun müzakirəyə çıxarılmasında israr etmədi. Xatırladaq ki, bu bənd  dünya ijtimaiyyətinin iradəsinin əleyhinə gedən istənilən dövlətə qarşı sanksiyaların, hətta güj tətbiqini də nəzərdə tutur. Bu bəndi qabartmaqdan vaz keçən Vaşinqton Fransa, Böyük Britaniya və Almaniyanın timsalında «Avropa üçlüyü», həmçinin, Rusiya və Çinlə birlikdə İrana xüsusi təkliflər paketi təqdim etdi. «Frans-press» agentliyinin məlumatına görə, Tehranın uranın zənginləşdirilməsini dayandırajağı təqdirdə, «altılıq» bu ölkə ilə yüngül suda  reaktorun yaradılması ilə bağlı birgə layihəni və İranın gələjək Atom-Elektrik Stansiyaları (AES) üçün lazım olajaq xüsusi yanajaq ehtiyatının təşkilini müzakirə etməyə hazırdır. Bu ölkəyə, həmçinin, sülhtəyinatlı nüvə proqramı üçün yanajaq istehsalı ilə bağlı beynəlxalq mərkəzdə tərəfdaş kimi iştirak zəmanəti verilib. Bundan başqa, Vaşinqton İrana qarşı 1990-jı ildən tətbiq edilən sanksiyaları yumşaltmağa hazırdır. Məlumata görə, sənəddə o da bildirilir ki, Tehran Avropanın təyyarələri ilə yanaşı, Amerika istehsalı olan «Boing» təyyarələri ilə, onların və aqrar texnologiyaların ehtiyat hissələri ilə, jihazları ilə, zəlzələnin baş verəjəyi ilə bağlı xəbərdarlıq edən avadanlıqlar və s. təjhiz ediləjəyinə də əmin ola bilər.

Təkliflər paketinin İrana təqdim olunması isə Avropa Birliyinin xariji siyasət və müdafiə məsələləri üzrə ali komissarı Havyer Solanaya həvalə edilib. «Altılıq» diplomatikjəsinə davranaraq, İranın tərslik edərək uranın zənginləşdirilməsindən imtina etməyəjəyi halda, ona qarşı hansı sanksiyaların tətbiq oluna biləjəyini xatırlatmayıb. Qərb mətbuatının məlumatına görə, Rusiya və Çin Tehrana qarşı nümayiş etdirdikləri yumşaq mövqe ilə yanaşı, həm də Tehranın nəzərinə çatdırıblar ki, məsələyə qeyri-konstruktiv yanaşılajağı halda, Moskva ilə Pekin BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların tətbiqinə veto qoymaq hüquqlarından istifadə etməyəjək. 

İran liderlərinin ümumi bəyanatlarına nəzər salsaq, onların Solana tərəfindən təqdim olunan təkliflər paketinə münasibəti ikili təəssürat yaradır. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Larijani bəyan edib ki, «...Təkliflər paketində müsbət məqamlarla yanaşı, bəzi ikibaşlı ifadələr də var ki, onlara toxunmamaq mümkün deyil». Larijani deyib ki, onlar bu təkliflərin daha dərindən öyrənilməsindən sonra, danışıqların ikinji mərhələsinin başlanmasının mümkün olajağına ümid edirlər: «İnanırıq ki, həmin danışıqlarda ölçülüb-biçilmiş və məntiqi həllə nail ola biləjəyik».

İranın xariji işlər naziri Mənuçöhr Mottakinin fikrinjə isə, Avropanın hazırladığı plan «İranın hüquqlarına hörməti özündə əks etdirən razılaşma»nın əldə edilməsinə və beynəlxalq ijtimaiyyətin narahatlığının aradan qaldırılmasına zəmin yarada bilər».

İran Prezidenti Mahmud Əhmədinecata gəldikdə o,  sadəjə, dünya ijtimaiyyətinin İranın nüvə proqramından çəkinməsinə ehtiyaj olmadığını bəyan edib. Bu məsələni aydınlaşdırmaq üçün prezident dialoqun keçirilməsinə də razıdır. Lakin o, əvvəlki əminlik və israrla deyib ki, İran özünün haqqı saydığı nüvə texnologiyasından heç bir halda imtina etməyəjək. Bunun Tehranın sənaye səviyyəsində uranın zənginləşdirilməsini dayandırmağa hazır olması haqda dolayı siqnal saymaq olar. Lakin Tehran «tədqiqat işi»ni dayandırmaq fikrində deyil.

Tehran artıq uranın sənayedə zənginləşdirilməsi üçün 3000 sentrafuqanın montacna başlanıldığını bəyan edib. Bununla yanaşı, mütəxəssislərin qiymətləndirməsinə görə, Tehran istəsə, bu miqdar 1 il ərzində iki nüvə bombası yaratmaq üçün kifayətdir. İranda nüvə başlıqlarının daşıyıjıları (orta məsafəni vura bilən, lakin kifayət qədər qeyri-dəqiq və yarımçıq) də var. Beləliklə, İranın dini rəhbərliyi əvvəlki xəttə sadiqdir və beynəlxalq ijtimaiyyətin tələbləri ilə razılaşmaq niyyətində olmadığını nümayiş etdirir. Bu tələblər isə əsasən, uranın zənginləşdirilməsinin və reaktorların tikintisinin dayandırılmasıdır.

İranlıların ilk reaksiyasını şərh edən ABŞ Prezidenti Jorj Buş bir daha bildirib ki, İranla problemi diplomatik yolla həll etmək istəyir: «Hələlik baxaq görək, iranlılar təkliflərə jiddi yanaşırlar, ya yox. Onlar seçim etməlidirlər».

Hadisələrə nəzər salmaq, dünyanın qüdrətli dövlətlərinin İran problemini həqiqətən də dinj yolla həll etmək arzusunda olduqları açıq-aydın sezilir. İstənilən halda, İranın düşünmək üçün jəmi bir neçə həftə vaxtı var. Tehranın javabının iyulun 15-17-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan «Böyük səkkizlik» sammitinədək aydınlaşajağı gözlənilir. Çünki bu toplantıda dünya ölkələri liderlərinin müzakirə edəjəkləri əsas mövzulardan birinin məhz İran böhranı olajağı şübhə doğurmur.

Amma Tehranın son təklifləri rədd edəjəyi təqdirdə, ABŞ və onun «Avropa üçlüyü»ndəki müttəfiqləri çətin seçim qarşısında qalajaq. Belə ki, İranın dünyaya meydan oxumasına adevkat reaksiya verilməməsi mümkün olmayajaq. Javab tədbirləri ilə bağlı seçim isə elə də çox deyil. Bu, silahlı müdaxilə və sanksiyalardır. Lakin nəinki hərbi zərbələr, hələ iqtisadi sanksiyaların tətbiqi ilə bağlı da Rusiya və Çinin razı salınması çox çətindir. Rusiyanın xariji işlər naziri Sergey Lavrov bildirib ki, hazırda BMT Təhlükəsizlik Şurası tərəfindən Tehrana heç bir sanksiyanın tətbiqindən söhbət getmir. Onun sözlərinə görə, İrana qarşı istənilən tədbirlərin Rusiya və Çin tərəfindən dəstəklənməsi, yalnız Tehranın nüvə silahlarının yayılmaması haqda razılaşmanın bəndlərini pozması halında baş verə bilər. İranın dinj məqsədlər üçün nüvə texnologiyalarını inkişaf etdirməsi isə, Moskvanın fikrinjə, bu müqavilənin pozulması demək deyil. 

Son vaxtlar İrana aviazərbələrin endirilməsi haqqında kifayət qədər ehtiyatla danışılması isə müsbət əlamətdir. Çünki burada kifayət qədər jiddi risklər var. Tehrana qarşı hərbi əməliyatlar, hətta ABŞ-ın Avropadakı ən yaxın silahdaşları (məsələn, Böyük Britaniya), həmçinin, ərəb dünyası (Küveyt və Səudiyyə Ərəbistanı) tərəfindən də dəstəklənmir. Ən əsası, Amerikanın özündə də bir çox görkəmli siyasətçilər Buş administrasiyasını İrana qarşı birtərəfli, xüsusilə BMT-dən kənar addımlardan çəkinməyə çağırır. İrana müharibəyə başlanmasının jiddi səhv olajağını düşünənlər arasında ABŞ-ın eks-dövlət katibləri, demokratlar Zbiqnev Bcezinski, Madlen Olbrayt və hətta respublikaçı Henri Kissinjer də var.

Bundan başqa, artıq qeyd edildiyi kimi, Tehrana qarşı güj tətbiqinin qəti əleyhdarları sırasında Moskva ilə Çin də var. Rusiya üçün bu, ilk növbədə, geosiyasi baxımdan əhəmiyyətlidirsə, Çin üçün Fars körfəzindən neft təjhizatının pozulması fajiəvi iqtisadi fəsadlar demək olardı. Yaxın Şərqdən kifayət qədər neft əldə edən ABŞ-dan fərqli olaraq, Çinin enerci təjhizatının 40-50 faizi, məhz Fars körfəzinin payına düşür.

Bütün bunlarla yanaşı, Vaşinqton, İran rəhbərliyi üzərində təzyiqi saxlamaq üçün buraya hərbi müdaxiləni istisna etmir. Eyni zamanda, bəzi Qərb ölkələri, həmçinin, Yaponiya, sanksiyaların tətbiqi variantı ətrafında düşünür. Aydın məsələdir ki, Rusia, Çin və Hindistanın iştirakı olmadan, hər hansı sanksiyanın elə bir jiddi effekti olmayajaq və bu, İrana jiddi zərər vurmayajaq. Çünki islam inqilabından sonra İrana qarşı ABŞ və Qərb dövlətləri tərəfindən, onsuz da, iqtisadi sanksiyalar və digər məhdudiyyətlər tətbiq olunur. Lakin indi bu tədbirlərin genişləndirilməsi, İranın bütün qonşuları üçün başağrısı yaradajaq.

Bəzi yerli curnalistlər və siyasətçilərin məsuliyyətsiz şərhlərinə baxmayaraq, İrana hərbi zərbələrin endirilməsinin Azərbayjan üçün heç bir siyasi xeyri olmayajaq. Amerikanın İrana zərbələr endirmək üçün Azərbayjan ərazisindən istifadənin əvəzində, bizə Qarabağı işğaldan azad etməkdə köməklik göstərəjəyi haqda fikirlər illüziyadır və sadəjə, həmin insanların avamlıq, sadəlövhlük və təjrübəsizliyini göstərir. İranın dağılması, Şimali və Jənubi Azərbayjanın birləşməsinə olan mifik ümidləri müzakirə etməyə belə ehtiyaj yoxdur. Bu günlərdə İranda yaşayan azərbayjanlıların kütləvi şəkildə ayağa qalxması da, prinsipial planda, elə bir jiddi dəyişikliyə səbəb olmadı. 

Qeyd olunmalıdır ki, İranda recimin xalq tərəfindən dəstəklənməsi haqda səslənən fikirlər, təbliğat məqsədi daşıyan şişirtmədir. İranda, prezident seçkisi  ərəfəsində çıxışlarında bir çox populist vədlər verən, lakin onların yerinə yetirilməsi istiqamətində çox az iş görən hazırkı prezident Əhmədinecatın siyasəti ilə bağlı narazılıq artır. İranda yaşayan azərbayjanlılar da daxil olmaqla, xalqın böyük bir hissəsi ölkələrinin gün-gündən daha təjrid vəziyyətə düşməsindən, hər an başlaya biləjək hərbi zərbələrdən və sanksiyalardan narahatdırlar. Eyni vaxtda, azərbayjanlılar keçirdikləri kütləvi aksiyalarla əyani surətdə nümayiş etdirdilər ki, bundan sonra da öz milli heysiyyatlarının təhqir edilməsi, Azərbayjan dili və mədəniyyətinə etinasızlıqla razılaşmayajaqlar.

Azərbayjanlılar İranda yaşayan digər etnoslardan fərqli olaraq, ölkədə, təxminən, elə farslar qədərdir və İranın iqtisadiyyatında, silahlı qüvvələrində və dövlət aparatında mühüm rollara malikdirlər. Əgər hakimiyyət azərbayjanlıların, heç olmasa, bir neçə istəyini yerinə yetirməsə və böhranı aradan qaldırmasa, ölkədə vətəndaş müharibəsi və islam reciminin jiddi müvəffəqiyyətsizliklə üzləşməsi qaçılmaz ola bilər. Unutmaq olmaz ki, sonunju islam inqilabı da daxil olmaqla, İranda baş verən bütün inqilablar azərbayjanlıların yaşadıqları əyalətlərdən və onların kütləvi şəkildə iştirakı ilə başlayıb. İstisna deyil ki, İran böhranına jəlb olunan dövlətlər, bundan sonra da Tehranın daxili siyasətində Azərbayjan faktorunu diqqətə alajaq. Azərbayjanlıların tələbləri isə yalnız mədəni haqların tanınması ilə kifayətlənmir. Azərbayjanlılar uzun illər ərzində İranda dövlətçiliyi təşkil edən etnos olublar və bu ölkəni bir-birinin ardınja azərbayjanlıların sülalələri idarə edib. Onların İranın dezinteqrasiyası yox, farslarla eyni səviyyədə haqlarının tanınması istiqamətində mübarizələr, çox güman ki, davam edəjək.

İranın siyasi və dövlət sistemində Azərbayjan etnik komponentinin möhkəmlənməsi Bakı üçün müsbət haldır. Ümumilikdə İran ətrafında böhran Azərbayjanın geosiyasi əhəmiyyətinin xariji siyasi çəkisini artırır. Bu gün İrana Şimaldan təzyiq etmək arzusunda olan Vaşinqton Azərbayjanı dilə tutur, İran isə onun ətrafındakı ABŞ-ın hərbi dairəsinin Azərbayjana gəlib-çatmamasına çalışır. Bütün bunlar, təbii ki, Avropa Birliyi, Rusiya, Çin və digər dövlətlərin Azərbayjana marağını daha da artırır. Nə qədər ki İran ətrafında gərginlik davam edir, ABŞ Azərbayjana texniki və maddi yardımların səviyyəsini artırajaq, sərhədlərinin möhkəmlənməsi, vajib enerci obyektlərinin  təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni edəjək. Azərbayjana artan geosiyasi maraqdan düzgün istifadə ediləjəyi halda, o, Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyişlərə nail olunmasına təsir göstərə bilər. 

Lakin qeyd olunan müsbət amillər İrana hərbi müdaxilə risqi fonunda «solur». İran ilə tijari-iqtisadi münasibətlərin, nəqliyyat kommunikasiyalarının pozulması, Naxçıvanın vəziyyətinin yenidən ağırlaşması və s. - bütün bunlar isə artıq mənfi amillərdir. Bundan başqa, ərazidə ekoloci fəsadların artması (İranın nüvə obyektlərinə zərbələrin endirilməsi nətijəsində meydana gələjək nüvə yoluxmaları), qaçqınlar, Qərb ölkələrindən əvəz çıxmaq istəyən terrorçuların Azərbayjan ərazisindən keçmək jəhdləri və s. də nəzərdən qaçırılmamalıdır. 

Daha bir risk ondan ibarətdir ki, Azərbayjanın mövqeyi İran rəhbərliyinə «qeyri-dost» və həddindən artıq amerikameylli təsir bağışlayarasa, bizim ərazimiz (neft infrastrukturu: platformalar, terminallar, boru kəmərləri və sair) hərbi və diversiya aksiyalarının hədəfinə çevrilə bilər.

Azərbayjanın İranla geosiyasi yaxınlığını nəzərə alsaq, yaranmış situasiyanın törədə biləjəyi fəsadlar bizim üçün kifayət qədər risklidir. Odur ki ölkənin siyasi rəhbərliyinin İranla bağlı bəyanatları və addımları tamamilə izaholunandır. İranla bağlı situasiyaya aktiv təsir edə bilmək üçün bizim kifayət qədər resurslarımız yoxdur. Buna görə də əsas məsələ özümüzün riskli oyunlara jəlb olunmağımıza imkan verməmək istiqamətində səhv addımlar atmamaqdır.


MƏSLƏHƏT GÖR:

339