15 Mart 2025

Şənbə, 03:02

«QAFQAZIN HAKİMLƏRİ RUS MƏNAFELƏRİNİ ERMƏNİ MƏNAFELƏRİNƏ QURBAN VERMƏYƏ HAZIRDIR»

Rusiya siyasətində «erməni məsələsi» (1877-1917)

Müəllif:

15.06.2006

Rusiyanın bölgədəki siyasətinin nəzərdən keçirilməsi bu dövlətin Şərq məsələsinin tərkib hissəsi kimi çıxış edən qondarma «erməni məsələsi»nə münasibətinin təkamülünün araşdırılması olmadan mümkün deyil. Şərq məsələsi deyildikdə, tarix elmində XVIII əsrin sonu - XX əsrin əvvəllərində Osmanlı İmperiyasının tənəzzülü, onun tərkibinə daxil olan xalqların milli-azadlıq mübarizəsinin güjlənməsi və Osmanlı İmperiyasının bölüşdürülməsi zəminində, o jümlədən, bütövlükdə Yaxın Şərqdə Avropa dövlətləri arasında ziddiyyətlərin kəskinləşməsi ilə bağlı meydana çıxan beynəlxalq problem başa düşülür.  

Sivilizasiyalı inkişaf baxımından Avropa dövlətlərindən geri qalan, Osmanlı İmperiyasına iqtisadi və siyasi baxımdan onlarla müqayisəyə gəlməyəjək dərəjədə az təzyiq göstərmək imkanına malik olan Rusiya bu mübarizədə Balkan yarımadasının ruslarla eyni dinə etiqad edən xalqlarına himayə göstərməyə üstünlük vermək məjburiyyətində qaldı. Bu taktiki xətt XVIII əsrin sonundan etibarən Peterburqun Osmanlı İmperiyasının xristian xalqlarına himayə göstərməsi, onların milli hərəkatlarının dəstəklənməsi, həmçinin, Şərqdə xristian ruhanilərinin mövqelərinin möhkəmləndirilməsinə yönəlik rəsmi siyasətinə çevrildi. Bu doktrinanın əsas məqsədləri Portaya Şərq məsələsinin əlverişli həlli üçün təzyiq göstərilməsi, Rusiyanın Zaqafqaziya sərhədlərinin və Qara dəniz sahilboyunun, həmçinin, Qara dənizdəki tijarətinin müdafiəsindən savayı, Yaxın və Orta Şərq istiqamətlərində gələjəkdə nəzərdə tutulan ekspansiya üçün plasdarm yaradılması idi. 

1877-1878-ji illərin Rusiya-Türkiyə müharibəsində erməni dəstələrinin Rusiyanın tərəfində fəal iştirakı Rusiyanın Şərq siyasətində erməni amilinin önəmli rolunu təsbit etdi. Rusiya üçün qalibiyyətlə başa çatan həmin müharibənin nətijələrinin beynəlxalq-hüquqi baxımdan təsdiqini verməli olan San-Stefano (Konstantinopoldan 12 km apalıda yerləşən məntəqə) sülh danışıqlarının gedişində rusların Konstantinopoldakı səfiri N.P.İqnatyevin başçılıq etdiyi Rusiya nümayəndə heyəti 1878-ji il (martın 3-də imzalanıb) San-Stefano preliminar müqaviləsinin şərtləri sırasına «ermənilər yaşayan vilayətlərdə» islahatlar keçirilməsinin zəruriliyini nəzərdə tutan XVI maddənin daxil edilməsinə nail oldu.  

Fransız tarixçisi Drionun «ermənilərin xeyrinə beynəlxalq manifestasiya» adlandırdığı məhz bu müqavilə və ermənilərin adlarının beynəlxalq sənəddə ilk dəfə çəkildiyi həmin maddə qondarma «erməni məsələsi»nə rəvaj verərək, Peterburq hökumətinə onun ənənəvi siyasətinin etnik bazasını əlverişli şəkildə genişləndirmək imkanı verdi. Həmin andan etibarən, Rusiya Osmanlı İmperiyasının slavyan xalqları ilə yanaşı, ermənilərin də bu bölgədə nüfuzunu möhkəmləndirmək üçün ən önəmli vasitə kimi nəzərdən keçirməyə başladı. 

Lakin Qərb dövlətləri Rusiyanın Şərqdə Krım müharibəsindən sonra azalmış nüfuzunu möhkəmləndirən, ona böyük fayda və üstünlüklər bəxş edən San-Stefano müqaviləsinin şərtlərinin əleyhinə çıxdılar. Avropanı xüsusilə təşvişə salan bolqar knyazlığının yaradılması idi, çünki müqavilənin şərtlərinə görə, Egey və Qara dənizlərə çıxış əldə etdiyindən, perspektivdə o, Rusiyanın Balkanlardakı nüfuzunun bərqərar edilməsinə yardımçı ola bilərdi. İngilis mətbuatı imzalanan müqaviləni «Avropa qaydaları və mənafelərinə istehza» sayırdı. Konstantinopoldakı ingilis səfiri qeyd edirdi ki, «San-Stefano Kiçik Asiyanı tamamilə Rusiyanın ixtiyarına verir». «Şərqin Rusiyanın şikarına» çevrilməsinə qarşı Fransa, İngiltərə və Avstriya-Majarıstan birgə çıxış etdi.

Bir qədər sonra - 13 iyun-13 iyulda keçirilən Berlin konqresində də İngiltərə Rusiyanın ermənilərin yeganə qəyyumuna çevrilməsinə etiraz etdi və Avropadakı müttəfiqlərinin dəstəyi ilə XVI maddəyə beynəlxalq səjiyyə  aşılanmasına nail oldu. İyulun 13-də imzalanmış 1878-ji il Berlin traktatının LXI maddəsinə görə, Türkiyənin Osmanlı İmperiyasının ermənilər məskunlaşan vilayətlərdə dəyişikliklərlə bağlı Rusiya qarşısında götürdüyü təəhhüdlər bütün Avropa dövlətlərinə şamil edilirdi. Bu maddəyə müvafiq olaraq, Türkiyə «yubatmadan ermənilər məskunlaşan vilayətlərdə islahatlar keçirmək, onların çərkəzlər və kürdlərdən təhlükəsizliyini təmin etmək» və «bu məqsədlə həyata keçirdiyi tədbirlər barədə onların tətbiqini izləyən dövlətləri mütəmadi məlumatlandırmaq» təəhhüdü götürürdü. «Erməni məsələsi»ndə XIX əsrin sonu - XX əsrin əvvəlləriboyu bu və ya digər şəkildə fəaliyyətdə olan meyllər də elə məhz bu dövrdə formalaşmağa başladı. 

Birinjisi, bütün aparıjı dövlətlər (İngiltərə, Fransa, Avstriya-Majarıstan, Almaniya və Rusiya) erməni xalqına yardım bəhanəsindən Osmanlı İmperiyasında öz iqtisadi və siyasi mövqelərini möhkəmləndirmək, eyni zamanda, rəqib dövlətlərin mövqelərini zəiflətmək məqsədilə istifadə edirdilər. Rusiyaya tətbiqən bu, Avropa dövlətlərinin, ilk növbədə, İngiltərənin Rusiyanın jənub sərhədlərində çətinliklər yaratmaq, onun Aralıq dənizinə, Yaxın və Orta Şərq bölgəsinə yolunu bağlamaq demək idi.  

Məsələn, Konstantinopoldakı fransız səfiri «erməni məsələsi»ni ingilis-rus antaqonizminin forması sayırdı. O, qeyd edirdi ki, «Ermənistanda İngiltərəni yalnız Rusiyanın Hindistana və Aralıq dənizinə yolunu bağlamaq düşündürür». 

İkinjisi, bu ölkələr arasında rəqabət mübarizəsinin güjlənməsi müxtəlif dövlətlərarası koalisiyaların formalaşmasına aparıb çıxarırdı ki, bunlar həmin «məsələ»nin inkişafının bu və ya digər mərhələlərində onun həllini ya stimullaşdırır, ya da ləngidirdilər. XIX əsrin 90-jı illərində «erməni məsələsi»nin həllində İngiltərənin əleyhinə Rusiya-Fransa ittifaqının formalaşması üçün ilkin şərait yarandı, çünki bu ölkənin Türkiyənin işlərinə müdaxiləsi bölgədə həm Peterburqun, həm də Parisin (Türkiyənin maliyyə sistemində aparıjı yer tuturdu) maraqları üçün təhlükə yaradırdı. Londonun «erməni məsələsi»nin zor güjünə həllinə çağırışlarından ehtiyatlanan Paris və Peterburq İngiltərə və Üçlər İttifaqı dövlətlərinin planlarına qarşı birgə müqavimət göstərirdi. Onlar sultana diplomatik təzyiq göstərməyə tərəfdar çıxaraq, Avropanın silahlı müdaxiləsinə yol verməməyə çalışırdılar. «Erməni məsələsi»nin Avropa konfransı çərçivəsində həllinə tərəfdar olan London və Romadan fərqli olaraq, Rusiya və Fransa məsələni Kiçik Asiyanın erməni əhalisi üçün islahatlar keçirilməsi yolu ilə lokallaşdırmağa jan atırdılar. 

Üçünjüsü, özünün Osmanlı İmperiyasının xristian xalqlarına himayə göstərilməsi siyasəti çərçivəsində Peterburq hökuməti «erməni məsələsi»ndə son dərəjə ehtiyatlı hərəkət etmək məjburiyyətində idi. Bu məsələnin həm müsbət (islahatlar və muxtariyyət), həm də mənfi (narazılıq və çaxnaşmalar)  həlli Rusiyanın ermənilərin yığjam məskunlaşdıqları həmsərhəd Zaqafqaziya bölgəsinə «sirayət edə» və onun özü üçün də sabitliyi pozan amilə çevrilə bilərdi. Odur ki Peterburqun «erməni məsələsi»ndəki siyasətinin fransız diplomatik dairələrində «ehtiyatlı və injə» kimi qiymətləndirilməsi heç də təsadüfi deyil. 

Nətijədə, bu məsələdə məhz mənfi (ermənilər üçün) ssenari gerçəkləşdirildi. İslahatlar keçirilməsi və erməni muxtariyyəti yaradılması məsələsində Avropa paytaxtlarının ehtiyatla hərəkət etmələri (xüsusən 1915-1916-jı illərdə) Osmanlı İmperiyası və Zaqafqaziyada ermənilərin artmaqda olan narazılığını doğurdu, «erməni məsələsi»nin özləri üçün ən əlverişli həllinə nail olmaq məqsədilə erməni siyasi hərəkat və partiyalarının, tədrijən, silahlı, terrorçu hərəkət və mübarizə metodlarına keçmələrinə səbəb oldu.  

XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiyanın erməni siyasətinin önəmli aspektlərindən biri Rusiya imperiyasının Zaqafqaziyadakı quberniya və uyezdlərində əsas əhalisi azərbayjanlılardan ibarət olan ərazilərin erməniləşdirilməsi, Rusiya-Türkiyə sərhədiboyu «erməni buferi» yaratmaq məqsədilə bölgədə ermənilərin siyasi və iqtisadi üstünlüyünün təmin edilməsi idi. Bu proseslər II Nikolaya 10 oktyabr 1912-ji il tarixli məktubunda «ermənilərə himayə göstərməklə, daim bizə böyük xidmətlər göstərən sadiq müttəfiq qazanırıq» yazan İ.İ.Vorontsov-Daşkov Qafqaz diyarının janişini təyin olunduqdan sonra əlavə güjlü bir təkan aldı. Ermənilərə üstünlük verməsini əsaslandıran janişin vurğulayırdı ki, «Xüsusən indi Türkiyə ermənilərinin müdafiəsi üçün elə bir açıq çıxış zəruridir ki, hadisələrin indiki durumunda istər-istəməz hərbi əməliyyatlarımız çevrəsinə daxil ola bilən ərazilərin əhalisini özümüzdən uzaqlaşdırmayaq, onlarda  özümüzə  rəğbət yaradaq».

XX əsrin əvvəllərində Rusiyanın «erməni məsələsi»nə ehtiyatlı münasibətini maraqlara əsaslanan münasibət əvəzləməyə başladı. İqtisadi baxımdan, bu, güjlənmiş rus burcuaziyasının Türkiyə Ermənistanında Rusiya kapitalının geniş Yaxın Şərq bölgəsində iqtisadi mövqelərinin möhkəmlənməsinə gətirib çıxara bilən idxal-ixraj əməliyyatlarını genişləndirməsi, siyasi baxımdan isə Avropa ölkələrinin Yaxın və Orta Şərq ölkələrində nüfuz uğrunda mübarizəsində (Rusiyanın Kiçik Asiyada əsas rəqibi Almaniya idi) bu bölgənin önəminin artması ilə bağlı idi. Peterburq hökumətinin bu bölgəyə marağının artması həm də onun Rusiyanın Qara dəniz sahilboyunun müdafiəsi və təhlükəsizliyinin təmin olunması üçün böyük strateci önəmə malik olmasından irəli gəlirdi.  Bundan başqa, Rusiya diplomatiyasınn erməni siyasəti Zaqafqaziya sərhədinin təhlükəsizliyinin təmin olunması vəzifələri, həmçinin, perspektivdə ermənilərdən Şərqi Anadolu hərbi əməliyyatlar teatrında istifadə etmək imkanı ilə də şərtlənirdi.  

Lakin Türkiyə Ermənistanına artan marağına baxmayaraq, bu dövrdə Rusiya XİN «erməni məsələsi» ilə bağlı çox ehtiyatlı mövqe tutmuşdu. Rusiyanın iqtisadi baxımdan nisbi geriliyi, onun ingilis və fransız kreditlərindən asılı olması ölkənin xariji siyasətinə, o jümlədən, bu məsələyə yanaşmasına təsir göstərməyə, onu aparıjı Avropa ölkələri ilə qarşıdurmadan çəkindirməyə  bilməzdi. Xarijdəki Rusiya təmsilçilərinə məktubunda (dekabr 1912-ji il) xariji işlər naziri Sazonov göstərirdi ki, Rusiya erməni xalqına mümkün yardım göstərməyə hazır olsa da, «Türkiyədə yaşayan ermənilərin məişətinin yaxşılaşdırılması və təmin olunması işini irəli aparmaq üçün vaxt və üsul seçilməsi hüququnu özündə saxlayır». Bu təlimat göstərirdi ki, bu zaman Rusiyanın hakim dairələrinin Şərqi Anadoluda öz iqtisadi, siyasi və strateci mövqelərini möhkəmləndirməyə marağı artıq əhəmiyyətli dərəjədə artmış olsa da, həmin anda ermənilərin işlərinə qarışmaq çar hökumətinin planlarına daxil deyildi. Balkan böhranı tənzimlənənədək Rusiya diplomatiyası «erməni məsələsi»nin qaldırılmasını vaxtsız sayırdı.  

Birinji Balkan müharibəsi başa çatdıqdan sonra, Rusiya hökuməti 1913-jü ilin iyun ayında Avropa dövlətlərinə Şərqi Anadoluda islahatlar məsələsini müzakirə etmək təklifi ilə mürajiət etdi.  Rusiya layihəsinin əsasını Türkiyənin altı Şərq vilayətindən bir vahid erməni əyaləti yaradılması və sultanın qubernatoru Avropa dövlətlərinin razılığı ilə təyin etməsi təşkil edirdi. Lakin bu layihənin qarşısını bölgədə ermənilərə muxtariyyət verilməsinin Türkiyənin bütövlüyünü təhlükə altına alajağından, bununla da Yaxın Şərq bölgəsində nüfuzlarının azalajağından, Rusiyanın isə rolunun və imkanlarının güjlənəjəyindən ehtiyatlanan Avstriya, Almaniya, İngiltərə, Fransa aldı. 

Məsələn, İngiltərə diplomatları belə hesab edirdilər ki, öz erməni siyasətində Rusiya artıq həddini aşıb. İngiltərənin Peterburqdakı səfiri D.Bükenenin məlumatı ilə əlaqədar stats-katibin yardımçısı L.Mallet yazırdı ki, «Ruslar erməni əyalətlərində rus valisini görmək istəyirlər». Söhbətin bu əyalətlərin muxtariyyətindən getdiyini düşünərək, o bildirirdi ki, «Bu meylə qətiyyətlə müqavimət göstərəjək». İyulun 4-də İngiltərənin xariji işlər naziri E.Qrey Avropa paytaxtlarındakı təmsilçilərini ermənilər üçün Türkiyənin bölünməsinə gətirib-çıxara bilən istənilən islahat layihəsinin əleyhinə olmaq ruhunda təlimatlandırdı. Bu yanaşmanı fransız diplomatiyası da dəstəklədi - London da, Paris də haqlı olaraq güman edirdilər ki, Türkiyə Ermənistanında Rusiyanın nüfuzunun artması və bu bölgəyə dair Rusiya təşəbbüslərinin gerçəkləşdirilməsi onların özlərinin strateci baxımdan önəmli Yaxın Şərq bölgəsində mövqelərinin zəifləməsinə gətirib çıxarajaq. Bundan başqa, İngiltərə Türkiyədə erməni separatizminin dəstəklənməsinin Böyük Britaniyanın müstəmləkələrində də mərkəzdənqaçma meylləri doğura biləjəyindən ehtiyatlanırdı.

I Dünya müharibəsində Rusiyanın gələjək rəqibi Almaniyanın mövqeyinə  gəldikdə, Osmanlı İmperiyasına özünün iqtisadi və siyasi fəallıq monopoliyası, həmçinin, Antanta ölkələri ilə müharibədə mümkün müttəfiqi kimi baxan bu ölkə də Türkiyənin zəifləməsində maraqlı deyildi. Bu səbəbdən də Berlin hökuməti «erməni məsələsi»ndən Türkiyənin hakim dairələrində antirusiya əhval-ruhiyyəsi yaratmaq üçün istifadə edərək, Rusiyanın Qərbi Ermənistanda islahatlara dair layihəsini minimuma endirməyə çalışırdı.

Nətijədə, layihənin Şərqi Anadolunun Jənub - Van, Bitlis, Harput, Diyarbəkir  və Şimal - Ərzurum, Sivas və Trapezund  kimi bölünməsini, həmçinin, administrasiya, məhkəmə, məktəb və torpaq məsələlərində islahatlar aparılmasını nəzərdə tutan kompromis variantı imzalandı. Bu layihə 8 fevral 1914-jü ildə Konstantinopolda Rusiya (səfirliyin müşaviri Qulkeviç) ilə Türkiyə (böyük vəzir Səid Həlim Paşa)  arasında razılaşmanın - ermənilərin kompakt yaşadıqları vilayətlərdə islahatlar haqqında aktın əsasını təşkil etdi. Lakin böyük dövlətlər arasındakı ziddiyyətlərdən istifadə edən Türkiyə bu razılaşmanın yerinə yetirilməsini yubadırdı.


MƏSLƏHƏT GÖR:

339