
DANIŞIQLAR BAŞ TUTDU NƏTİJƏ YOXDUR
Buxarestdəki səs-küysüz fiasko, rambuyedəki səs-küylü pərtlikdən daha əhəmiyyətli ola bilər
Müəllif: “R+”un analitik qrupu
Ermənisttan prezidenti Robert Köçəryanın NATO Parlament Assambleyasının (PA) Parisdə keçirilən sessiyasına qatılmaq və Azərbayjanın dövlət başçısı İlham Əliyevlə danışıqlar aparmaqdan imtinasından sonra, dövlət başçılarının Buxarestdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) toplantısında «görüşmək və danışmağa» razılaşması əksər analitiklər tərəfindən müsbət göstəriji kimi qiymətləndirildi: zərbələr seriyasına baxmayaraq, danışıqların davam etdirilməsi uğurun əldə olunajağına ümid yaradır. Prezidentlərin Buxarestdə birdən-birə iki dəfə görüşməsi isə analitiklərdə «ehtiyatlı optimizim» yaratdı.
Düzdür, R.Köçəryanın istər-istəməz Buxarest görüşündən də qaçması mümkün deyildi. Çünki NATO PA-nın prezidenti Pyer Lellyuşun Robert Köçəryanın Paris görüşündən yayınmasını «dialoq imkanının qaçırılması» kimi qiymətləndirməsindən sonra, Ermənitanın prezidentinin manevr üçün meydanı, praktik olaraq, qalmamışdı və o, Rumıniya paytaxtına gəlməyə məhkum idi. Lakin yenə məlum oldu ki, Ermənistan əvvəlkitək real kompromislərə hazır deyil. Hər halda, prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Buxarestdə keçirdikləri görüşdən sonra Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarov görüşün, faktik olaraq, nətijəsiz başa çatdığını etiraf edib: «Hər hansı böyük irəliləyişin əldə edildiyini söyləyə bilmərəm», - deyə E.Məmmədyarov curnalistlərlə söhbətində bildirib. Bundan başqa, nazir tərəflərin Dağlıq Qarabağın statusu məsələsindən başqa, digər detallar haqda razılığa gəlmələri barədə yayılan məlumatları də təkzib edib: «Biz Dağlıq Qarabağın statusu məsələsi ilə yanaşı, bir sıra digər detallar haqda da razılığa gələ bilməmişik. Lakin söhbət danışıqlar prosesinin davam etdirilməsinin vajibliyindən gedir. İnanıram ki, biz gej-tez razılaşma əldə edəjəyik. Danışıqlar prosesinin davam etdirilməsi, hətta lazım gələrsə, xariji işlər nazirləri arasında daha bir görüşün keçirilməsinə dair razılığa gəlmişik. Hazırda situasiya elədir ki, tərəflərin mövqelərinin uyğunlaşdırılması vajibdir». E.Məmmədyarovun sözlərinə görə, dövlət başçılarının görüşündən sonra ATƏT-in Minsk qrupu həmsədrləri məsləhətləşmələri davam etdirmək üçün Buxarestdə qalıblar. «Biz yaxın günlərdə prosesin davam etdirilməsini qərara almışıq və «Praqa prosesi»nin davam etdirilməsi imkanları mövjuddur. Münaqişə çox həssas məsələdir və buna görə də onun tez bir zamanda həll edilməsi çox çətindir. Lakin biz bu istiqamətdə işləyirik», - deyə xariji siyasət idarəsinin rəhbəri bildirib.
Bəzi məlumatlara görə, iki ölkənin prezidentləri arasında növbəti görüş bu ilin sonlarında keçirilə bilər. Bundan əvvəl isə xariji işlər nazirləri bir araya gələjəklər. Bununla yanaşı, tam əsaslandırılan «informasiya ajlığı» fonunda analitikləri bir sual maraqlandırır: nəyə görə prezidentlərin növbəti görüşü baş tutdu, amma nətijə yenə əldə olunmadı? Politoloq İlqar Məmmədov hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbayjan və Ermənistan rəhbərliyi arasında danışıqların aparılmamasından əməlli-başlı vahiməyə düşürlər: «Mənim fikrimjə, Buxarest görüşünün əsasını hansısa nətijənin əldə olunması yox, bu vahimə ilə bağlı konsentrasiya təşkil edirdi ki, bu da aydın məsələdir. Təsəvvür edin, Azərbayjan və Ermənistan daha danışıqlar aparmır. İki ölkə rəhbərlərinin və nazirlərinin ara-sıra görüşlər keçirməsi ilə müqayisədə, bu halda hərbi əməliyyatların bərpa olunması ehtimalı daha artıq olur. Məhz belə situasiyadan qaçmaq üçün həmsədrlər danışıqlar prosesinin davam etdirilməsi üçün əllərindən gələni edirlər». Politoloqun fikrinjə, hazırda qısa müddətə belə hərbi əməliyyatların bərpası Ermənistanın xeyrinə olardı. «Azərbayjan yaxın illərdə neftdən böyük gəlirlər gözləyir və hazırkı dönəmdə genişmiqyaslı hərbi əməliyyatların qısa müddətə olsa belə bərpası, ölkəmizin bu baxımdan ziyanına olardı», - deyə İ.Məmmədov bildirib.
33 ölkədən 360 iştirakçının qatıldığı «Xəzər - neft və qaz» sərgisinin açılışı, Bakı-Tbilisi-Jeyhan layihəsinin işə düşməsi, 26 faizlik iqtisadi artım və s. göstərir ki, həqiqətən də genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, Azərbayjanın itirəjəyi şeylər var. Lakin magistral boru xətlərinin yaxınlığında münaqişə ojağının qalmasının da Azərbayjanın marağında olmadığı məlumdur. Çünki bu gün müharibənin - qaçqınlardan tutmuş, ərazi işğalınadək - bütün ağırlığı Azərbayjanın üzərindədir. Belə olan təqdirdə, Azərbayjan prezidentinin xalqın səbrinin tükənməz olmadığına dair bəyanatlarını metafora saymaq olmaz.
Bütün bunların fonunda, Yerevana beynəlxalq təzyiqlər getdikjə artır və artıq Ermənistan bununla bağlı narahatlığını gizlətmir. Ermənistanın xariji işlər nazirinin müavini Arman Kirakosyan Yerevanda keçirdiyi mətbuat konfransında bəyan edib ki, onun ölkəsi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bəzi üzvlərinin bu qurumdan öz siyasi problemlərinin həlli üçün istifadə etməsinə qarşıdır. Nazir müavininin sözlərinə görə, QİƏT-in ijlası zamanı bəzi ölkələr bu qurumun tribunasından özlərinin «dar siyasi problemlərinin həlli üçün» istifadə etməyə çalışıblar. «Lakin Ermənistanın və digər ölkələrin birgə səyi nətijəsində bu təşkilatın siyasiləşdirilməsinin qarşısını almaq mümkün oldu», - deyə nazir müavini bildirib. Bununla yanaşı o, QİƏT-in əhəmiyyətini, xüsusilə də, bu təşkilatın Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığı addımların vajibliyini də vurğulayıb: «Bu əməkdaşlıq Avropa İttifaqının Avropa qonşuluq siyasəti ilə həmahəngdir və iştirakçı ölkələr arasında daha möhkəm münasibətlərin qurulmasına gətirib çıxarajaq».
Əlbəttə ki, burada söhbətin Türkiyə və Azərbayjandan getdiyini anlamaq çətin deyil. Xüsusilə də, Azərbayjanın Buxarest sammitində QİƏT-ə rəhbərlik hüququ əldə etməsini nəzərə arsaq, ermənilərin reaksiyası anlaşılandır. Bakı ilə Ankara isə tamamilə aydın səbəblər üzündən beynəlxalq təşkilatların tribunasını regionun təhlükəsizliyi üçün jiddi problemlərin həllində istifadə etməyə çalışır ki, bu da Ermənistanın xoşuna gəlmir. Bundan başqa, Avropa Şurasında yaşanan hadisələr, NATO PA-da Lellyuşun replikası, erməni nümayəndə heyətinin növbəti qəzəbli bəyanatlarına Azərbayjan prezidentinin sərt javabı göstərir ki, beynəlxalq arenada qüvvələr nisbəti heç də Ermənistanın xeyrinə dəyişmir.
Rəsmi Yerevanın ABŞ-ın vəd etdiyi «diplomatik rokirovka»ya reaksiyası da diqqəti jəlb edir: «Azadlıq» radiosunun Azərbayjan redaksiyasına müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn bildirib ki, onu bu postda başqa diplomat əvəzləyəjək. Bunu adi rotasiya adlandıran diplomatın özü ABŞ dövlət katibinin Mərkəzi və Jənubi Asiya ölkələri üzrə müavini kimi çalışajaq. Əslində, Minsk qrupunda rotasiya mütəmadi həyata keçirilən bir prosesdir. Azərbayjanda qarşıdan gələn bu rotasiyaya tamamilə normal yanaşıblar. Xariji işlər naziri E.Məmmədyarov bildirib ki, o bu faktın Azərbayjan-Ermənistan danışıqlarına hər hansı mənfi təsir göstərəjəyini düşünmür.
Lakin Ermənistanın məsələyə reaksiyası tamamilə başqa olub: bəzi məlumatlara görə, Ermənistan prezidentinin mətbuat katibi Soqomonyan Stiven Mənnin dəyişdirilməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin yenidən başlanajağını düşünür. Nəhayət, Rusiyanın Azərbayjandakı müvəqqəti işlər vəkili Pyotr Burdıgin bu məsələ ilə bağlı təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, S.Mənn «ABŞ-ın maraqlarını müdafiə edirdi, Azərbayjanın və Ermənistanın spesifikasını yaxşı bilirdi». Rusiyalı diplomat hesab edir ki, Azərbayjan və Ermənistan prezidentlərinin görüşdüyü və müəyyən irəliləyişə ümidlərin olduğu bir vaxtda, bu dəyişikliyin baş verməsi «yaxşı addım deyil». Bir sözlə, «keçiddə atları dəyişməzlər».
Düzünə qalsa, bu jür emosianal yanaşma maraq doğurmaya bilməz. Əslində, S.Mənn Jənubi Qafqaz münaqişələrinin həlli ilə yanaşı, həm də regionda enerci diplomatiyası ilə məşğul olurdu və bu sahədə nəzərəçarpajaq uğurlar əldə etmişdi. Regiondakı enerci layihələrinin Ermənistanla yox, Azərbayjan və Gürjüstanla bağlı olduğunu nəzərə alsaq, baş verən rotasiyaya Yerevan, xüsusilə də Moskva yox, Bakı təəssüflənməli idi. Lakin Mənnin rotasiyasının GUAM-ın «çevriliş» sammiti, enerci təhlükəsizliyi ilə bağlı yaranmış problemlər və İran ətrafındakı qalmaqal ilə eyni vaxta təsadüf etməsi, bəzi mətləblərdən xəbər verir: ABŞ Jənubi Qafqazda yeni enerci layihələrinin reallaşmasını sürətləndirmək fikrindədir və bu məsələdə Moskvanın jiddi müqaviməti ilə üzləşəjəyini anlayır. Belə bir vəziyyətdə Ağ ev həm münaqişənin həlli prosesi, həm də strateci əhəmiyyətli enerci layihələri ilə eyni şəxsin məşğul olmasını məqsədəuyğun saymır. Başqa sözlə desək, Mənnin enerci sahəsindəki danışıqlardakı nüfuzuna zərbə vurulmaması üçün o, Qarabağ problemindən uzaqlaşdırıldı. Üstəlik, onun energetika sahəsində işləri yaxın vaxtlarda daha da artajaq.
Hadisələrin bu jür jərəyan etməsi isə məlum səbəblərdən həm Moskvanı, həm də Yerevanı narahat edir. Burada anlayırlar ki, ABŞ-ın «enerci diplomatiyası»ndakı uğurları regionda qüvvələr nisbətini Ermənistanın xeyrinə dəyişmir. Azərbayjan-Ermənistan ordularının təmas xəttinin o tərəfində nəzərəçarpajaq əsəbiliyin müşahidə edilməsi də təsadüfi deyil. Bu əsəbilik, əsasən, Dağlıq Qarabağın erməni separatçıları arasında hiss edilir. Ermənistanın PanARMENİAN agentliyi və «Yerkir» qəzetinin verdiyi məlumata görə, Xankəndidə «konstitusiya komissiyası»nın işçi qrupunun ijlası keçirilib və orada komissiyanın «rəhbəri», qondarma DQR-in «baş prokuroru» Armen Zalinyan çıxış edib. Toplantının heyəti də kifayət qədər «nüfuzlu» olub. «Konstitusiyaçılar»ın ijlasına «prezident» Arkadi Qukasyan baş çəkib və «Dağlıq Qarabağın konstitusiyası»nı «parlament»in müzakirəsinə verməyi tapşırıb. O, həmçinin, «işçi qrupu»na təqdim olunan təkliflər ətrafında müzakirələri davam etdirmək haqda da tapşırıq verib. A.Qukasyan, eyni zamanda, komissiyanın fəaliyyətini yüksək qiymətləndirib.
Baş verənləri şərh edərkən, ilk olaraq, belə fikrə gəlmək mümkündür ki, ermənilər Dağlıq Qarabağda «konstitusiya prosesi»ni sürətləndirməklə, qarşı tərəfi «fakt qarşısında qoymaq» siyasəti yeridirlər. Yəni danışıqlar prosesinin həllediji mərhələyə qədəm qoyajağı halda, ermənilər Qarabağda artıq öz «parlamenti», «prezidenti» və hətta «konstitusiyası» olan bir «dövlət»in mövjudluğunu fakt kimi ortaya qoymağı düşünürlər. Ələlxüsus, nəzərə alsaq ki, bu gün Xankəndidə çox gözəl anlayırlar ki, sülh prosesi çərçivəsində aparılan danışıqlar Dağlıq Qarabağ üçün hər an fiasko ilə nətijələnə bilər. Çünki bu gün regionda danışıqlar həm «Praqa prosesi», həm də Minsk qrupu həmsədrlərinin səfərləri fonunda davam etsə də, artıq hamıya aydındır ki, sülh prosesində əsas ağırlıq mərkəzi «Praqa prosesi»nə tərəf yönəlib. Bu proses çərçivəsində isə beynəlxalq normalara uyğun olaraq, Dağlıq Qarabağ separatçıları tərəf kimi iştirak etmək hüququna malik deyillər. Amma bununla yanaşı, istənilən kompromis, ilk olaraq, Qarabağ ermənilərinə toxunajaq: istər bu, DQ-nin statusu olsun, istərsə işğal olunmuş ərazilərin azad edilməsi, istərsə də Laçın dəhlizinin taleyi…
Elə burada əsas məqamın üzərinə gəlirik. «Müqəddəratın həlli» məsələsi haqda nə qədər söhbət getsə də, Avropaya inteqrasiya edən, milli azlıqların dil və mədəniyyətini dəstəkləyən, regionların inkişafına və neft dollarlarının axınına nail olan Azərbayjanın suverenliyinin bərpası, Qarabağ erməniləri üçün, heç də fajiə deyil. Əksinə, bu, uzunsürən siyasi qeyri-müəyyənlik mərhələsinin sona çatması olardı. Qukasyanın, Zalinyan və başqalarının simasında formalaşmış «Qarabağın siyasi elitası»na gəlinjə, onların məqsdi tamam fərqlidir. Əlbəttə, bu şəxslərin «sonunju təyyarə»yə çatmaq üçün şansları hələ qalır və onlar istənilən halda Yerevanda Bakıdan olan qaçqınlar kimi zirzəmilərdə yaşamayajaq və çörək üzünə həsrət qalmayajaq. Amma Azərbayjanın Qarabağ üzərində suverenliyinin bərpası və bunun nətijəsi kimi, narkotika plantasiyalarının salındığı, Azərbayjanın təbii sərvətlərinin vəhşijəsinə dağıdıldığı işğal olunmuş ərazilərin azad edilməsi, hər şeydən əvvəl, məhz onların biznes-maraqlarına zərbə vurajaq.
Bu mənada, «Konstitusiya islahatları» məhz bu biznes maraqlarının qorunması üçün unikal şansdır. Bu «konstitusiya»da Xankəndi ilə Yerevan arasında qarşılıqlı əlaqələr dəqiq və konkret olaraq göstərilməlidir. Məlumdur ki, Yerevanın iqtisadi və hərbi dəstəyi olmadan, Xankəndi yaşaya bilməz. Anjaq Yerevan da hazırkı xariji siyasi situasiyada özünün Qarabağdan olan həmtayfalarını «sata» bilməz.
Bütün bunlarla yanaşı, Xankəndidə onların iştirakı olmadan hər hansı razılaşmanın və kompromislərin mümkünsüzlüyü haqda bəyanatları da nəzərə alsaq, yeni «konstitusiya»nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə jiddi mane ola biləjəyini düşünmək mümkündür.
MƏSLƏHƏT GÖR: