14 Mart 2025

Cümə, 20:52

NEFT KƏMƏRİ HAQQINDA «MİF»: ARDI VAR

«Üç dəniz» əfsanəsi baş tutdu

Müəllif:

15.06.2006

Dünyanın onlarja ölkəsində çoxsaylı beynəlxalq QHT-lərin fəal şəkildə əleyhinə çıxdıqları, Azərbayjanın müstəqil xariji siyasətinin əleyhdarlarının hər vəjhlə qarşısını almağa çalışdıqları layihə gerçəkləşdi  -  Bakı - Tbilisi - Jeyhan (BTJ) əsas  ixraj boru kəmərinin tikintisi başa çatdı. Hələ bütün Azərbayjan xalqı üçün yeni perspektivlərin simvolu olan «Əsrin kontraktı»nın imzalandığı uzaq 1994-jü ildə bir şey aydın oldu: Xəzər, Qara dəniz və Aralıq dənizi bölgələrini, ölkələri və onların xalqlarının talelərini birləşdirən «Üç dəniz əfsanəsi»nin yaşamaq hüququ var. «Əsrin kontraktı» Azərbayjanın neft sənayesinin tarixində yeni səhifə açır, ölkənin enerci təhlükəsizliyinin təmin olunması, müstəqil və səmərəli xariji siyasət formalaşdırılması üçün ilkin şərtlər yaradır. Eyni zamanda, bu, bölgənin digər xalqları və ölkələri üçün şans, iqtisadiyyat, daxili və xariji siyasət sahəsində onların ən aktual problemlərinin həlli üçün sabit uzunmüddətli təməl yaradır.

 

Birinji tanker - birinji neft

Bu ilin bütün baharı ərzində BTJ-nin neftlə doldurulması prosesi davam edirdi. Aralıq dənizinin sahilindəki Jeyhandakı neft terminalında qurğuların qəbul sınaqları və bütün sistemin neft qəbuluna hazırlığı əvvəljədən başa çatdırılmışdı. Terminalın bütün avadanlıq və mexanizmlərinin testləşdirilməsi üçün keçən il Supsadan Jeyhana tankerlə göndərilən 1 mln barrel Azərbayjan neftindən istifadə olunub. Bütövlükdə, boru kəmərinin doldurulması üçün «Azəri - Çıraq - Günəşli» yataqlar blokunda hasil olunmuş 10 mln barrel neft lazım gəlib.

28 may 2006-jı ildə terminalda «Azeri ligth» markalı Azərbayjan nefti ilə ilk tanker yükləndi. Terminaldakı hər birinin tutumu 1 mln barrel olan 7 rezervuardan birinin doldurulması bir neçə gün davam etdi. Bu proses başa çatdıqdan dərhal sonra, «The British Hawtharne» tankerinin neftlə doldurulması başlandı. Az sonra Azərbayjan tarixində daha bir önəmli tarix yarandı - 2006-jı il iyunun 4-də Jeyhan limanından Azərbayjan nefti ilə yüklənmiş ilk tanker yola düşdü.  Birinji tanker partiyasının ümumi həjmi 700 min barrel təşkil etdi. Onu Amerikanın «ExxonMobil» neft nəhəngi aldı. Beləliklə, Jeyhandakı dəniz ixraj terminalı Aralıq dənizində bu qəbildən ən iri obyektlərdən biri oldu, Azərbayjan isə öz neftini dünya bazarlarına ixraj etmək üçün  Novorossiysk və Supsadan əlavə, daha bir xariji limana çıxış əldə etdi.  Tankerin yüklənməsi BTJ-nin tikintisinin başa çatdırılmasının özünəməxsus rəmzidir. Boru kəmərinin uzunluğu 1076 km olan Türkiyə hissəsinin, Jeyhandakı terminalın və bütün BTJ sisteminin (yeri gəlmişkən, Jeyhandakı dəniz terminalında rezervuarlardan savayı, uzunluğu 2 km olan və 300 min tona qədər yük götürən iki tankeri eyni vaxtda doldurmağa imkan verən yanalma körpüsü də quraşdırılıb) rəsmi açılışı iyulun 13-nə planlaşdırılıb. Bu irimiqyaslı tədbirdə dünyanın 16 ölkəsindən rəsmi şəxslər iştirak edəjəklər.  

Azərbayjan neftinin Jeyhan terminalına çatması ilə əlaqədar Azərbayjan xalqına mürajiətində prezident İlham Əliyev qeyd etdi ki, neft-boru kəmərinin tikintisi təkjə Azərbayjan və bölgə üçün deyil, bütün dünya üçün də möhtəşəm tarixi nailiyyətdir. Dövlət başçısı BTJ-nin işə salınmasının Azərbayjan Demokratik Jümhuriyyətinin yaranmasının 88-ji ildönümü ilə üst-üstə düşməsini əlamətdar adlandırdı. Prezident onu da qeyd etdi ki, ilin sonuna qədər Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin də istifadəyə verilməsi «Azərbayjanın hərtərəfli inkişafına böyük dəstək olajaq». İ.Əliyevin fikrinjə, hazırda Avropada və dünyada enerci təhlükəsizliyi məsələləri ön plana çıxmaqdadır və bu baxımdan, Azərbayjanın rolu daha da artajaq: «Bu bizə, bir tərəfdən, böyük iqtisadi gəlir, digər tərəfdən isə böyük siyasi kapital gətirəjək».

 

«Boru» neçəyə başa gəldi?

Məlumdur ki, layihənin ilkin dəyəri $2,95 mlrd təşkil etsə də, sonradan, təxminən, 30% artaraq $3,9 mlrd oldu. Bəs bura götürülən kreditər üzrə ödənilən $600 mln, həmçinin 10 mln barrel neftin qiyməti və onun «boruya» vurulması ilə bağlı getdikjə artan xərjlər də əlavə olunarsa? D.Vudvord deyir: «Mən hesablama aparmaqda tələsməməyi məsləhət görərdim. BTJ-nin son dəyəri yalnız layihə üzrə bütün işlər başa çatdırılandan sonra məlum olajaq». Artıq iyunun 7-də XIII Xəzər beynəlxalq neft-qaz konfransında bp-Azərbayjanın prezidenti bildirdi ki, «AÇG yataqlar blokunun işlənməsinin sonuna qədər sərmayə yatırımlarının həjmi  $20 mlrd təşkil edəjək».

Şirkətin rəhbəri dedi: «Yatağın ehtiyatları 5,4 mlrd barrel təşkil edir. Bundan əlavə, dəyəri $3,9 mlrd olan BTJ-nin tikintisi başa çatdırılıb ki, sərmayələrin 2/3 hissəsi beynəlxalq maliyyə institutlarının hesabına qoyulub». Əlbəttə, qabaqjadan bəyan olunmuş $2,3-3 mlrd kifayət etmədi. Lakin bu, dörd il bundan əvvəl nəzərdə tutulması, demək olar, mümkünsüz olan obyektiv səbəblər üzündən baş vermişdir. Məsələn, BTJ-nin ümumi qiyməti həm də ona görə bahalaşajaq ki, bu gün boruya vurulan Azərbayjan neftinin bir barreli daha baha - $65 başa gəlir. Artmaqda olan kompensasiya yükü isə «BTJ Jo.» - «borunu» tikən konsorsiumun üzərinə düşəjək. 

Tikintinin maliyyələşdirilməsi ilə bağlı daha bir məqam. Apreldə boru kəməri konsorsiumunun Direktorlar Şurası Türkiyə podratçısının - BOTAŞ şirkətinin $400 mln həjmində iddialarını müzakirə edirdi. Belə ki, türk şirkəti tikintinin gedişində onun marşrutunun dəyişdirildiyini bildirmişdi. BOTAŞ-ın özünün işi ilə bağlı olmayan yubanmalar da baş vermişdi. Şirkət əlavə avadanlıq da almağa məjbur olmuşdu ki, öz növbəsində, bu da BTJ-nin Türkiyə hissəsinin bahalaşmasına gətirib çıxarmışdı. 

Boru kəmərinin çəkilməsi layihəsinə dair 18 noyabr 1999-ju ildə İstanbulda imzalanan hökumətlərarası sazişlər paketinə daxil olan sənədlərə əsasən isə, tikintinin əsas podratçısı qismində, buradan irəli gələn bütün jəhətlərlə birlikdə,   BOTAŞ müəyyənləşdirilmişdir. Layihənin üç seqmentindən ən uzunu (1076 km) olan Türkiyə sahəsinin tikilməsinin dəyəri $ 1,4 mlrd kimi müəyyənləşdirilmişdi. Bu məbləğdən artıq olan bütün xərjləri  Türkiyə şirkəti ödəməli idi. Yaranan fərqi ödəmək üçün BOTAŞ «BTJ Jo.» üzrə tərəfdaşlarından hələ qaytarmalı olduğu $190 mln kredit almışdır. Bu vəsaitin ayrılması zamanı şirkətdə boru kəmərinin bir hissəsinin Türkiyənin qış vaxtı, demək olar ki, işləmək mümkün olmayan dağlıq ərazilərindən keçdiyini anlayırdılar. Üstəlik, nasos stansiyalarının inşası ilə bağlı da eyni problemlər meydana çıxdı. Gürjüstan- Türkiyə sərhədində yaranan yubanmaların aradan qaldırılması üçün isə hətta əlavə inşaatçı düşərgələri də salındı. Bütün bu səylər layihənin gerçəkləşdirilməsini sürətləndirməli idi. 

Türkiyə şirkətinin maliyyə problemlərini ilk dəfə hələ keçən ilin axırında D.Vudvord özü təsdiq etdi. Güman etmək olardı ki, BTJ-nin Türkiyə sahəsindəki yubanmalarla əlaqədar, əksinə, Türkiyədən olan podratçı jərimə ödəməlidir. Lakin konsorsiumun rəhbərinin vurğuladığı kimi,  bu şirkətə qarşı heç bir jərimə sanksiyası tətbiq edilməyib. O zaman D.Vudvord dedi: «Biz jərimə sanksiyalarının tətbiqində maraqlı deyilik. Əsas vəzifəmiz BTJ-nin tikintisini mümkün qədər tez başa çatdırmaqdır». 

Lakin boru kəmərinin açılışına lap az qalmış «BTJ Jo.» və BOTAŞ Türkiyə hissəsinin tikintisi ilə bağlı maliyyə iddialarını tənzimlədilər. AR sənaye və energetika naziri Natiq Əliyevin bildirdiyinə görə, «BTJ Jo.»ya qarşı $400 mln həjmində iddialar tam ödənilməyəjək: «Hüquqşünaslar və maliyyəçilərin jəlb olunması ilə aparılan uzunmüddətli danışıqlar prosesi nətijəsində, iddiaların səbəbləri müəyyənləşdirilmiş və BOTAŞ şirkətinə $333 mln ödənilməsi barədə qərar qəbul edilmişdir».   

Müvafiq razılaşmanın imzalanma vaxtı, hələlik, məlum deyil. Öz növbəsində, ARDNŞ Xariji İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev əlavə etdi ki,  «BTJ Jo.» BOTAŞ şirkətinə $333 mln ödəyəjək. Həm də bu məbləğə Türkiyə şirkətinə səhmdarların daha əvvəl verdikləri $192 mln həjmində kredit də daxildir. 

Öz növbəində, bp-Azərbayjanın prezidenti «BTJ Jo.» ilə BOTAŞ arasında aparılan danışıqların «yekun mərhələsində olduğunu» açıqladı: «Tərəflər neft-boru kəmərinin Türkiyə sahəsinin birgə istismarı və idarəolunması barədə əsas prinsipləri razılaşdırıblar». Daha sonra D.Vudvord bildirdi: «BOTAŞ-la onun maliyyə iddialarının istismar və digər işlərə təsir göstərməyəjəyi barədə, ən azı, birinji üç il ərzində təsir göstərməyəjəyi barədə razılaşma əldə olunub».

Bununla yanaşı, «BTJ JO.»ya qarşı boru kəmərinin Azərbayjan və Gürjüstan sahələrinin podratçılarının  maliyyə iddiaları olsa da, bu iddiaların səbəbləri dəqiqləşdirilmir. Bundan başqa, 2006-jı il üçün xərjlərin ilkin layihəsinə artıq düzəlişlər etmək zərurəti yaranıb - planlaşdırılan $641 mln xərjlər $8832 mln qədər artıb. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, layihənin qiymətinin artması konsorsiumun səhmdarlarını heç də qorxutmur. Əslində, bütün artıq xərjləri neftin yüksək qiyməti kompensasiya edir.

 

Üstəlik... İsrail də?!

BTJ layihəsinin gerçəkləşdirilməsinin sərfəli olmasından danışarkən, aşağıdakı faktı da xatırlamamaq olmaz: keyfiyyətli Azərbayjan neftini almaq istəyənlərin sayı, az qala, hər il artır. Belə ki, Azərbayjanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşü zamanı İsrail parlamentinin üzvü İosif Şaqal ölkəsinin Aşkelon şəhərindən BTJ-yə qoşulajaq yeni neft boru kəməri çəkilməsi ideyasını irəli sürüb. İ.Şaqal deyib: «Bu boru kəməri vasitəsilə Bakı neftini Aşkelona, oradan artıq mövjud boru kəməri ilə Qırmızı dənizdəki Eylat limanına nəql etmək, daha sonra isə tankerlərlə Hindistana və Asiyanın başqa ölkələrinə, Uzaq Şərqə çatdırmaq olar. Bu, iqtisadi baxımdan da əlverişlidir. Natiq Əliyev bu məsələni müzakirə etməyə hazır olduqlarını bildirdi».  

İyunun 6-da isə ARDNŞ sədri Rövnəq Abdullayev İsrailin Bakıya neft-qaz sərgisində iştirak etmək üçün təşrif gətirən nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinə İsrailin energetika və infrastruktur naziri Benyamin Elizer başçılıq edir. Curnalistlərə müsahibəsində N.Əliyev dedi: «İndi artıq Azərbayjanla İsrail arasında böyük neft biznesi barədə söz açmaq olar». 

Öz növbəsində, XIII Xəzər beynəlxalq neft-qaz sərgisi çərçivəsində iyunun 7-də keçirilən «Xəzər dənizində neft-qaz əməliyyatlarının strateci inkişafı» adlı plenar ijlasda İsrailin energetika və infrastruktur naziri Benyamin Elizer aşağıdakıları açıqladı: «Nəhəng neft və qaz ehtiyatlarına malik olmadığından, İsrail xarijdən karbohidrogen tədarükündən asılıdır və enerci daşıyıjıları ilə təminat üzrə iş aparır. Məsələn, İsrail Neft Nazirliyi Misirin «East Mediterranean Gas» (EMG)  şirkəti ilə ölkəyə 2007-ji ilin sonunda Əl-Ərişlə (Misir) Aşkelonu (İsrail) birləşdirəjək qaz kəməri vasitəsilə 20 il ərzində 17 mlrd kub.m qaz tədarükünə dair kommersiya müqaviləsi imzalayıb. Bundan əlavə, İsrailin özəl qaz şirkətləri də EMG ilə qaz tədarükü barədə danışıqlar aparır. Eyni vaxtda, 1999-ju ildə İsrail ərazisində 35 mlrd kub.fut (1 kub.fut=0,02832 kub.m) ehtiyata malik ilk qaz yatağı  kəşf olunmuşdu. Bu yataqdan ən iri elektrik stansiyalarının ehtiyajları üçün istifadə edilir. İsrail Azərbayjana həm iqtisadi, həm də siyasi baxımdan çox şey təklif edə bilər. Tezliklə, İsrailin neft və qaz tədarükündə çətinliklərlə üzləşəjəyi mümkündür. Odur ki Afrika kontinenti ilə Asiyanın kəsişməsində yerləşən İsrailin strateci mövqeyi nəzərə alınmaqla, bu ölkənin Azərbayjanla tərəfdaşlığı daha da güjlənə bilər. Mən Azərbayjan, Gürjüstan, Türkiyə  və İsraili birləşdirəjək boru kəmərini nəzərdə tuturam. Həm də BTJ layihəsinin gerçəkləşdirilməsi neftin Azərbayjandan İsrailə çatdırılma məsafəsini qısaldıb. Gələjəkdə Azərbayjan neftinin Qırmızı dənizə nəqli məsələsinn nəzərdən keçiriləjəyinə ümid edirik. İsrail Azərbayjan neftinin emalında maraqlıdır, çünki bu layihə böyük səmərəliliyə malikdir. İnfrastrukturların bu əlaqəsi, birinjisi, Azərbayjanın karbohidrogen xammalının ixrajına dair çoxvektorlu siyasətinə töhfə olajaq, ikinjisi, İsrailin neftlə bağlı problemlərini həll etməyə imkan verəjək, nəhayət, Azərbayjan nefti Yaxın Şərqə çatajaq. Yeri gəlmişkən, Azərbayjan burada bir o qədər də çox xərj çəkməyəjək ki, son nətijədə, bu da ölkəmiz üçün neftin ən əlverişli ixraj qiymətinə gətirib çıxarajaq. Onun nəql qiyməti azalajaq, nətijədə, bu bazarlara çıxarılan digər neft növləri ilə müqayisədə rəqabətə daha dözümlü olajaq. Qeyd edim ki, bu gün Çin də həmin layihəyə maraq göstərir və ölkənizə çox şey təklif edə bilər». Yeri gəlmişkən, ARDNŞ rəhbəri artıq bu ölkənin neftayırma zavodlarının işi ilə tanış olmaq üçün İsrailə dəvət edilib. 

Bundan başqa, İsrail Türkiyəyə Bakı - Tbilisi - Ərzurum kəməri ilə ixraj olunajaq Azərbayjan qazını almaqda maraqlıdır. B.Ben-Eliezer ən sensasiyalı açıqlamanı iyulun 8-dəki mətbuat toplantısında etdi: «Qaz tədarükünün təşkili üçün, İsrail Azərbayjan və Türkiyəyə SJP qaz kəmərini Jeyhana qədər uzatmağı təklif edir. Həm də biz qazı  Azərbayjan bizə nə qədər təklif edərsə, o qədər almağa hazır olduğumuzdan, Azərbayjanla Türkiyəni SJR-ni Jeyhana qədər uzatmaqda maraqlandırmaq istəyirik. Mən bu məsələni Türkiyənin Baş naziri ilə görüşdə müzakirə etmişəm».  İsrail Azərbayjana neft sahəsində uzunmüddətli saziş bağlamağı da təklif edir. 

Lakin bu da hələ hamısı deyil. Hazırda Xəzərin jənub hissəsində perspektivli strukturların kəşfiyyatını aparan İran da BTJ-yə qoşulmasının mümkünlüyünü bəyan edib. İran Neft Nazirliyinin Xəzər nefti və qazı üzrə baş direktoru M.Xaqani curnalistlərə bildirib: «Yeni yataqlar kəşf olunarsa, neftin ixrajının variantlarından biri BTJ ola bilər». Onun sözlərinə görə, bu, neftin ixrajının müxtəlif sistemlərindən istifadənin səmərəsindən asılı olajaq: «İran xammalın ixrajının müxtəlif sistemlərini araşdırır. Bu və ya digər marşrut üzrə nəql barədə qərar bundan sonra qəbul oluna bilər».  Eyni zamanda,  M.Xaqani İranın neftin ötürülməsi üçün öz ərazisindən istifadə edəjəyini də istisna etməyib. 

 

Bütün «lehinə» və «əleyhinə»lərin əksinə...

 

Fakt faktlığında qalır - artıq bu ilin sonunadək BTJ ilə 300 min barreldən çox neft ötürüləjək. Neftin Türkiyəyə qədər ötürülməsinə Qazaxıstanda işləyən şirkətlərin qoşulajağı da tamamilə mümkündür. Onu da xatırlatmaq yerinə düşərdi ki, 2002-ji ilin noyabrında ARDNŞ ilə Qazaxıstanın «KazMunayQaz» Milli Dövlət Neft-Qaz Şirkəti arasında Qazaxıstanın ĞTJ-yə qoşulması barədə saziş imzalanarkən bir çox skeptiklər deyirdilər: «Əlbəttə, Azərbayjan borunu neftlə doldurmağa çalışır». Bu gün artıq tamamilə aydındır ki, BTJ ilə daşınmalı neftin həjmi çoxdur və uzun müddət üçün bəs edər. Qazaxıstan nefti də  Azərbayjana mənfəət verməyə başlayır. BTJ-nin təntənəli açılışına çox az qaldığı bu günlərdə Qazaxıstanın BTJ-yə qoşulması barədə müqavilə imzalanmaq mərhələsindədir. Onu Asiyada Qarşılıqlı Əlaqə və Etimad Tədbirləri Üzrə Müşavirə iştirakçılarının Almatıda iyunun 17-də keçiriləjək sammitində imzalamaq nəzərdə tutulur. Həm də Qazaxıstanın Baş naziri Daniil Əhmədovun sözlərinə görə,  «Azərbayjanın Qazaxıstanın BTJ ixraj boru kəmərləri sisteminə qoşulmasına qarşı hər hansı konseptual etirazı yoxdur və bu sənədin işlənib- hazırlanması üçün dövlət tərəfindən yaradılan xüsusi işçi qrup artıq işini başa çatdırmışdır».  Ənənəvi «Oil&Gas - 2006» sərgi-konfransının 6 iyundakı açılışında Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini Ləzzət Kinov aşağıdakıları dedi: «Qazaxıstan və Azərbayjan neftin BTJ ilə birgə nəqli barədə müqavilə imzalamağa çox yaxındır. Müqavilənin imzalanması ən yaxın vaxtlarda baş tutajaq. Bundan başqa, Astana və Bakı Azərbayjan üzərindən qazdaşımaları məsələsini də jiddi şəkildə nəzərdən keçirir». Onun sözlərinə görə, Azərbayjan-Qazaxıstan münasibətlərinin indiki səviyyəsi bu layihəni həyata keçirməyə imkan verir.

Öz növbəsində, ARDNŞ Xariji Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev curnalistləri «Bu sənəd üzrə əsas konseptual məsələlərin razılaşdırıldığını, lakin 17 iyunun ilkin tarix olduğunu və həmin günə qədər işi yekunlaşdırmağa çalışajağıq», - deyə məlumatlandırıb. Tərəflər Qazaxıstan neftinin vergiyə jəlb olunması və BTJ-yə doldurulmaq üçün Bakıya qədər daşınması məsələləri barədə, demək olar, razılığa gəliblər. Razılaşmada vergiyə jəlbolunmanın Azərbayjan və Qazaxıstanın milli qanunverijiliklərinə əsasən tətbiqi nəzərdə tutulur ki, bu da qazax tərəfini qane edir. «Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı» konfransında isə L.Kinov «Kaşaqan» yatağından neft hasilatına 2008-ji ildən başlamaq planlaşdırıldığını açıqladı. Hazırda «Kaşaqan»da neftin hasilatının həyata keçiriləjəyi üç süni adanın quraşdırılması, neftin sahilə çatdırılması üçün boru kəmərlərinin çəkilməsi, neftin emalı üçün digər infrastrukturun inşası prosesi gedir. Çox güman, Qazaxıstan nefti Bakıya Xəzər Gəmiçilik İdarəsinin və Qazaxıstanın nəqliyyat şirkətlərinin tankerləri ilə çatdırılajaq. Lakin bu məqsədlə vahid birgə strukturun yaradılajağı da istisna edilmir. Hər iki tərəf ayrıja tanker donanması yaradılmasına ehtiyaj olmadığını güman edir. Qeyd edək ki, ilkin mərhələdə BTJ ilə 7,5 mln ton Qazaxıstan neftinin daşınması, sonradan isə onun həjminin 20 mln tona çatdırılması planlaşdırılır.


MƏSLƏHƏT GÖR:

409