15 Mart 2025

Şənbə, 02:41

«BÖYÜK NEFT»İN STARTI

Btj boru kəmərinin açılışı avropa ilə yaxın şərqin qovuşuğunda qüvvələr nisbətini kökündən dəyişir

Müəllif:

15.06.2006

Neft hasilatı və onun nəqli həmişə elə bir sferaya aid olub ki, həmin sferada biznesin harada başa çatması ilə siyasətin harada başlaması sualını javablandırmaq son dərəjə çətin olur. Lakin silah alveri bir çox hallarda siyasi sponsorluq şəklini alırdısa da, neft həmişə böyük biznes olaraq qalırdı. Bununla yanaşı, neft daim həm də böyük siyasət demək idi.

Son günlər bu və ya digər dərəjədə neftlə bağlı hadisələrlə həddən artıq zəngin oldu. 33 ölkədən 360 iştirakçının toplaşdığı ənənəvi «Xəzərneftqaz» sərgi-konfransı, nejə deyərlər, gözlənilən və ənənəvi bir hadisə olsa da, Bakı-Tbilisi-Jeyhan boru kəmərinin işə başlaması daha böyük diqqətə layiqdir.

Kəmərin, vəd olunduğu kimi, ABŞ Prezidenti Jorj Buş və Böyük Britaniyanın Baş naziri Toni Bleyerin iştirakı ilə rəsmi açılışı hələ irəlidə olsa da, artıq Jeyhan terminalında ilk tanker yüklənib, Azərbayjanın Aralıq dənizi bazarına çıxış əldə etməsi isə artıq ilk siyasi bəhrələrini verməkdədir: sərginin qonaqları sırasında olan İsrailin infrastruktur naziri Benyamin Ben-Elizer Azərbayjan neftinin alışı barədə mülahizələr yürüdüb.       

 

Boru kəməri hələ başlanğıjdır 

Müşahidəçilər şübhə etmirlər ki, BTJ boru kəməri bölgədə yeni nəqliyyat dəhlizinin formalaşmasının yalnız başlanğıjıdır və BTJ bu dəhlizin onurğa sütunu olsa da, tezliklə onu Bakı-Tbilisi-Axalkalaki-Ərzurum dəmir yolu, Bakı-Ərzurum qaz kəməri tamamlayajaq.

Tijarət yolları dünyanın siyasi joğrafiyasında həmişə önəmli rol oynayıb. Adanadan Jeyhana qədər uzanan yolların ətrafındakı dağ və təpələrin zirvələrini hələ məmlüklərin ujaltdığı qalalar bəzəyir. Buradan Aralıq dənizinin sahiliboyu Bağdad xəlifələrinin orduları və kral Riçardın səlibçiləri irəliləyir, ən önəmli karvan yollarından biri keçirdi. Bu yerlərin hakimləri isə həmin karvan yollarını qorumaq üçün var qüvvələrini sərf edir, yeni-yeni qalalar inşa edirdilər. Yaxın Şərqdə mövqelərini möhkəmlətmək istəyən Almaniya sonradan bu qədim marşrutla Bağdad dəmir yolunu çəkəjək... İndi artıq dünya xəritəsində nə məmlüklər, nə səlibçilərin Qüds çarlığı olsa da, planetimizin başı üzərindən tamam başqa siyasi küləklər əssə də, Adana yaxınlığında «İnjirlik» hərbi bazası var - bu ərazilər üzərində nəzarət heç də önəmini itirməyib. Bu isə artıq «boru»nun «sosial effektinə» tamamilə fərqli bir çalar bəxş edir, həm də təkjə Azərbayjanla Mərkəzi Asiyanın geosiyasi rəqabəti baxımından yox.  Yeni nəqliyyat dəhlizi Mərkəzi Asiya ölkələrinə təkjə hüquqi deyil, əməli baxımdan da dünya bazarına «çıxış» imkanı verir. İki əsrdən çox bir müddətdə əlçatmaz siyasi periferiya qismində mövjud olan Jənubi Qafqaz və Mərkəzi Asiya irimiqyaslı yüksəliş ərəfəsində və de-fakto dünya siyasətinin mərkəzindidir. Bu isə fərqli siyasi maraq və təhlükəsizliyə fərqli siyasi zəmanət, başqa həyat tərzi və iqtisadi müstəqilliyə nail olmaq şansını nəzərdə tutur:  əgər 1991-ji ildə hamı iqtisadiyyatın sovet «qarşılıqlı bağlılığı» şəraitində müttə-fiq respublikalardan heç birinin təkbaşına duruş gətirə bilməyəjəyinə əmin idisə, Xəzəryanı neft durumu kökündən dəyişdi. Həm də ona görə ki, burada böyük biznesin işləməsi örnəyi yaratdı. 

Həqiqətən, öz təbiəti etibarilə neft biznesin bütün digər biznes növlərindən daha risklidir. Neft şirkətlərinin dəhlizlərində zarafatyana deyildiyi kimi, avtomobilləri rahat olan yerdə mümkündürsə, nefti olduğu yerdə çıxarmaq lazım gəlir. bp, ExxonMobil və s. ardınja isə bölgəyə artıq mersedeslər və «Joja-jola» gəlirdi... 

 

Siyasət, sağlam düşünjə və...

İndi artıq çətin ki kimsə Xəzər neftinin Türkiyənin Aralıq dənizi sahilinə nəqli ideyasının məhz nə vaxt ilk dəfə irəli sürüldüyünü əminliklə deyə bilər. Lakin hələ SSRİ-nin mövjudluğu dövründə ABŞ-da Azərbayjanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tutan məlum «Qobl planı» meydana çıxdı. Sonradan o zaman  SSRİ-də ən məşhur və nüfuzlu nəşri olan «Literaturnaya qazeta» bu planı «dünyanın boru kəmərləri ilə yenidən bölüşdürülməsi» adlandırdı: «LQ»də bu planın Xəzər neftinin Rusiyadan yan keçməklə dünya bazarına nəqlini təmin edəjək boru kəməri nəzərə alınmaqla tərtib olunduğuna əmin idilər. 

Joğrafiyaçıların iddia etdikləri kimi, Kamçatka yarımadasının xəritəsində hələ də Voprositelnaya sopkası və Predpolaqayemıy («sual altında olan» və «təxmin edilən» kimi tərjümə edilir - müəl.) vulkanı qalmaqdadır: onları ilk dəfə xəritəyə köçürən joğrafiyaçılar özlərini sığortalamaq üçün həddən artıq ehtiyatkarlıq etmiş və görünür, tarixə düşmək əvəzinə, özlərini jənjələ salmışlar. 

Xəzərdəki neft layihələrinin də başına buna bənzər bir iş gəldi. Uzun müddət rus joğrafiyaçıları Xəzərdəki neft layihələrinin, o jümlədən, BTJ-nin reallığına inanmaqdan imtina edirdilər. Jeyhanda ilk tanker doldurulana qədər... 

İndi artıq BTJ-yə «alternativ» layihələr yalnız tarixçilər üçün maraq doğurur. Nefti Bakı-Qroznı-Novorossiysk marşrutu ilə nəql etmək, hələ SSRİ dövründə çəkilmiş «Druöba» kəmərinə qoşulmaq, Əfqanıstan vasitəsilə nəql etmək, İranla «mübadilə etmək», Bolqarıstandakı Burqasdan Yunanıstandakı Aleksandropolisə kəmər çəkmək təklif olunurdu...  BTJ layihəsini isə həqarətlə «siyasi» layihə adlandırır, onun həddən artıq baha olduğunu iddia edir,  inşasının texniki səbəblərdən (uzaqlıq, üstəlik, dağlıq relyef...) mümkünsüz olduğunu deyirdilər. Bütün bunlara əsaslanaraq, Azərbayjan «strateqlərinə» kinayə ilə məsləhət görürdülər ki, neft tranzitini Türkiyə istiqamətinə «yönəltməyə» o qədər də bel bağlamasınlar: dil ümumiliyi müsbət jəhət olsa da, Qərb iş adamları pullarının qədrini bilirlər. Lakin bu zaman hər bir iş adamına məlum olan iki həqiqəti unudurdular.

Birinjisi, təhlükəsizliyə siyasi təminat heç də etinasız yanaşılmalı olan sahə deyil. İkinjisi, məlum olduğu kimi, «xəsis iki dəfə pul verir», axı «ujuz» boru, sadəjə, səmərəsiz də ola bilərdi. 

Bunu «dünya boru kəməri» epopeyası da sübut etdi.  

 

«Ərəb dilemması»

BTJ boru kəmərinin Rusiyadan yan keçən kommunikasiya şəbəkəsi üçün təməl yaratması, Gürjüstan, Ukrayna, Şərqi Avropada indiki siyasi təbəddülatları məhz Azərbayjan neftinin «qeyri-rus tranziti»nin yaratması, Azərbayjanın enerci daşıyıjılarının dünya neft bazarına çıxışının neft və qazdan Avropa ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə artıq hazır olan Moskvanın planlarını xeyli pozması barədə kifayət qədər deyilib və yazılıb. Lakin tamamilə başqa bir şey diqqətdən kənarda qalır: BTJ boru kəməri Avropanın Rusiyadan daha çox, OPEK-dən asılılığını önəmli şəkildə zəiflədir. 

Həqiqətən də, rəsmi səviyyədə neftdən siyasi şantac vasitəsi kimi ilk dəfə Rusiya deyil, bu yolla ABŞ-ı İsraili dəstəklədiyinə görə «jəzalandırmaq» istəyən ərəb ölkələri istifadə etmişdilər. Əlbəttə, hadisələrin bu məjrada jərəyan etməsi SSRİ-yə çox sərf etdiyindən, Moskva var güjü ilə ərəb dünyasında ehtirasları qızışdırmaqla yanaşı, neftdən əldə etdiyi astronomik məbləğləri hərbi-sənaye kompleksinə yönəldir. Lakin elə o vaxt Qərb ilk dəfə Körfəz ölkələri hökumətlərinin heç də benzindoldurma stansiyasında işləyən, lazımi məbləği verən kimi benzin bakını dolduran işçilər olmadığını anladı. OPEK üzvü olan ərəb ölkələrinin neft nazirlərinin bu təşkilatın neftin qiymətinin növbəti dəfə qaldırılması barədə qərarından doğan sevinjlə Əbu-Dabidə elit otellərdən birinin qarşısında əllərində tüfəng bədəvi rəqsi ifa etmələrini təsəvvür etmək siyasi karikatura olsa da, 70-ji illərdə durum çox jiddi idi. Həmin günlər ABŞ Qərb ölkələri üçün son dərəjə ağrılı «neft şantacı» taktikasından kifayət qədər səmərəli istifadə edən Körfəz ölkələrinə qarşı hərbi müdaxilə imkanı, habelə neft monarxlarının saraylarından səslənən və  siyasi əhval-ruhiyyəsinə görə bədəvilərin davakar siyasi durumundan heç də fərqlənməyən rəsmi bəyanatlar müzakirə edilirdi. Məsələn, Küveytin ovaxtkı maliyyə naziri Ət-Tiki demişdi: «Bizim, raketləri Aya gedib çatanlarla savaşa girmək üçün kifayət qədər güjümüz olmasa da, təslim olmayajağıq. Onlar bizi güj vasitəsilə ram etməli olajaqlar, amma biz onda da təslim olmayajağıq».

Məhz onda Qərb Şimal dənizində genişmiqyaslı neft hasilatına başladı. Hasilatın miqyasına, neftin maya dəyərinə və i. a. görə Şimal dənizi Fars körfəzi ilə ayaqlaşa bilməsə də, son nətijədə, məhz burada çıxarılan neft alternativ yaratdı; ərəblərin özlərinin də dedikləri kimi, sərt «ərəblər öz neftini içə bilməyəjəklər» deyimini gündəmə gətirdi və nəhayət, onların vahid jəbhəsini parçalayaraq, Kemp-Devid sazişlərinə yol açdı.

İndi artıq məhz Xəzərdəki neft layihələrinə start verilməsinin S.Kinzerin  «New York Times»ın səhifələrindən tövsiyə etdiyi kimi, «Tailand səhmlərini, Jənubi Afrika brilyantlarını və xammal üzrə füçers sövdələşmələrini unutmağa» gətirib çıxarmasının, Yaxın Şərqdə sülh danışıqlarına yeni təkan verməsinin heç də təsadüfi olmadığı bəlli olur. 

ABŞ isə İraqla «münasibətləri aydınlaşdırmağa» məhz BTJ layihəsi əməli şəkildə gerçəkləşmə mərhələsinə çatdıqdan sonra qərar verdi: Xəzəryanı neft Fars körfəzində hadisələr, hətta nəzarətdən çıxdığı halda da Avropa bölgəsində fiziki baxımdan zəruri olan minimum həjmdə neft təminatını nəzərdə tutan planlara rəvaj verilməsində kifayət qədər önəmli rol oynadı. 

Ərəb liderləri BTJ-yə qarşı açıq etiraz etmirdilər. Təkjə taleyinin Xəzəryanı bölgədəki durumdan nə dərəjədə asılı olduğunu dərk edən Səddam Hüseynin hakimiyyəti dövründə İraqda yerli erməni diasporu Qarabağ müharibəsində iştirak üçün könüllülər toplayırdı, Babil festivalına isə yalnız Ermənistandan deyil, Dağlıq Qarabağdan da nümayəndələr dəvət edilmişdilər. Lakin  ən irimiqyaslı «neft» layihələri tarixində, ən azı, bir epizod diqqət yetirilməyə layiqdir. Söhbət «dünya boru kəməri» ideyasını gerçəkləşdirməyə jəhd göstərən Rojer Təmrazın fırıldağından gedir.

Bütün sahələrdə olduğu kimi, neft sahəsində də ərəb-erməni əlaqələri hələ də sirr olaraq qalmaqdadır. Üstəlik, ərəb neftinin tarixi Qalust Gülbekyanın indiki İraq ərazisində Babaqurqur yatağı ətrafında «qırğın» zamanı vasitəçiliyindən başlayır: Bağdaddakı Millətlər parkında indi  də Gülbekyan fondunun inşa etdiyi Müasir İnjəsənət Muzeyi hələ də ərəblərə neft sayəsində indiki çiçəklənməyə görə kimə minnətdar olmalı olduqlarını xatırlatmaqdadır.  

Əlamətdar «Bizə - ərəblərə Amerika şirkətlərini nəzarət etməyə mane ola biləjək heç bir səbəb yoxdur» deyimi ərəblər arasında hələ 70-ji illərdə səsləndirilsə də, yaranan durumun «ləzzəti» bu sözləri  o vaxtlar «First Arabian Bank»ın sahibi olan Livan ermənisi Roje Təmrazın deməsi idi. 

Vətəndaş müharibəsinə qədər Livan Yaxın Şərqin birmənalı maliyyə mərkəzi, bu bölgə ilə Qərb ölkələri arasında özünəməxsus «əlaqələndiriji halqa» idi, Beyrut isə bölgənin maliyyə paytaxtı sayılırdı: bu şəhərdəki 73 bankdan yalnız 34-ü Livana məxsus idi, qalanları ABŞ və Avropanın ən möhtəşəm banklarının filialları idi. «Maliyyə axınlarının istiqaməti siyasətə təsir göstərirmi?» ritorik sualı burada birmənalı javablandırılırdı: Beyrut banklarının dəhlizlərində heç kim bu bankların çiçəklənməsinin ərəb ölkələrinin əldə etdikləri «neft dollarları»  sayəsində olduğuna zərrəjə şübhə etmirdi. Lakin bütün bunlar ümumi görüntünün jizgilərindən başqa bir şey deyil. Ermənilərin ərəb neft biznesindəki mövqelərinin ərəb-erməni dostluğunun səbəbi və ya nətijəsi olması ətrafında mübahisələr isə «toyuğun, yoxsa yumurtanın birinji olması» haqqında mübahisəyə bənzəyir.

Lakin Roje Təmraz XIX əsr «levant fitnəkarları»nın ənənələrini bərpa etmək üçün XX əsrin sonunda məhz Xəzər neft strategiyasına start verilməsini əlverişli məqam saydı. 

Bu zaman jənab Təmraz artıq qeyri-sabit Livanı tərk edərək, ABŞ-a üz tutmuş, burada Rojer Təmraza «çevrilərək», hətta babat neft biznesi də qurmağa nail olmuşdu. «Xəzər, neft, boru kəməri» sözləri qəzet səhifələrində yer alanda isə, Təmraz Azərbayjandan Türkiyənin Jeyhan limanına ixraj neft kəmərini... Dağlıq Qarabağ və Ermənistandan keçməklə çəkmək təşəbbüsü ilə çıxış etdi.  Guya belə olan halda, Azərbayjanla Ermənistanın neft tranzitində maraqlı olmaları  sülh üçün ən yaxşı zəmanət olajaqdı. Həm də bu zaman onun  «Oil Japital Limited»  şirkəti gələjək «boruda» 5% paya yiyələnməli idi. Lap mistik bir rəqəmdir: vaxtilə əvvəljə «Türkiyə neft şirkəti»ndə, daha sonra isə «İrak petroleum»da  beşfaizlik pay əldə edən Qalust Gülbekyan «jənab beş faiz» ləqəbini qazanmışdı, ermənilər arasında ənənəvi olan «milli ödənj» də elə 5% təşkil edir. 

İndi artıq Təmrazın bu yolla Xəzəryanı neftin «açarlarını» Ermənistana, onun vasitəsilə də ərəb işbazlarına təhvil vermək fikrində, yoxsa, sadəjə, «yağlı tikə qoparmaq» niyyətində olduğunu müəyyənləşdirmək çətindir (şəxsən Təmraz 125 mln dollar qazana, üstəlik, görkəmli siyasi xadim, sülh jarçısı, nəhayət, milli qəhrəman ola bilərdi).  Lakin karyerasını Beyrutun «neft dollarına» əsaslanan banklarında başlayan Təmrazın bu ölkənin ərazisi ilə ən önəmli ixraj kəmərlərindən birinin keçdiyini, amma 1975-ji ildə bunun Livanı vətəndaş müharibəsindən xilas edə bilmədiyindən xəbərsiz olduğuna inanmaq çox çətindir. 

Sonradan bu hadisə barədə  «The Washington Post»un səhifələrində Devid İqnatiusun yazırdı ki, Rojer Təmraz ABŞ siyasi sistemini öyrənən istənilən fərasətli tələbə kimi hərəkət etdi: hakimiyyətdə olan partiyaya maliyyə dəstəyi verməyə başladı. 1995-ji il olduğundan, onun səxavəti Bill Klintonun Demokratik Partiyasına ünvanlandı. 

Təmraz «boru müqabilində pul» səpkili söhbətlər aparmağa jürət etmədi. Lakin ianələr ona fəaliyyətdə olan prezidentin və məmurların iştirakı ilə  naharlar, kokteyllər, «kofe axşamları» keçirməyə imkan verirdi... Sonradan Təmrazın Senatda açıqladığı kimi, o, Ağ evə yol tapmaq istəyirdi və hətta «sülh boru kəməri» ideyasını, hətta şəxsən Klintonun özü ilə də müzakirə etmişdi. Sonradan ABŞ-ın Azərbayjandakı keçmiş səfiri Riçard Kozlariç (bu zaman diplomatik qulluğu artıq tərk etmişdi - müəl.) curnalistlərə bildirmişdi ki, «Vaşinqtonda bir çoxları kimi, mənim  də reaksiyam belə oldu ki, bu layihə tamamilə mənasız bir şeydir. Ən azı, o, maliyyələşdirməyə imkanı olmadığı bir təklif irəli sürmüşdü». Doğrudur, Təmrazın Ağ evə dəvət olunmasına MKİ mane oldu, lakin bu zaman onu demokratların milli komitəsinin sədri Jon Fauler dəstəklədi. Əslində, siyasi kriminal elə məhz onun «ijra hakimiyyəti strukturlarına» etdiyi zəng oldu: ABŞ qanunverijiliyi və siyasi ənənələri belə şeylərə yol vermir.  

Ən qəribəsi isə «sülh boru kəməri» ideyasının elə həmin illərdə təjrübədə sınaqdan çıxarılmasıdır. Rojer Təmraz bu ideyanı təkjə Klinton administrasiyasının üzvləri ilə müzakirə etmirdi. 30 noyabr və 1 dekabr 1995-ji il tarixlərində o, Milandakı «Four Seasons» otelində o zaman RF prezidenti olan B.Yeltsinin təhlükəsizlik xidmətinin rəisi Aleksandr Korçakov və müşaviri Pavel Borodinlə görüşlər keçirdi.

Sonralar qəzetlərin səhifələrində Milanda məhz nəyin müzakirə olunması barədə ən çeşidli versiyalar yer aldı. Bəzi məlumatlara görə, söhbət Yeltsin və Klintonun seçki kampaniyalarına maliyyə yardımlarından gedirdi, həm də elə təkliflər verilmişdi ki, geri qayıtdıqdan sonra, Təmraz MKİ nümayən-dəsi ilə görüşərək, aldığı informasiyanı ona çatdırmağı lazım bildi. Başqa bir məlumata görə, Yeltsinin komandasına maliyyə dəstəyinin müqabilində Təmraz özünün «boru layihəsinə» siyasi dəstək istəmişdi. Bəzi məlumatlara görə, Rojer Təmrazla MKİ-nin Mərkəzi Asiya şöbəsinin əməkdaşları danışmışdılar ki, bu da söhbətin Rusiyadakı seçkilərdən yox, Xəzər boru kəmərindən getdiyinə dəlalət edir. Bu versiya rəsmi təsdiqini tapmasa da, tezliklə «sülh boru kəməri» ideyası Moskvada da səslənməyə başladı; doğrudur, Çeçenistana tətbiqən.  Seçkilər ərəfəsində ipə-sapa yatmayan İçkeriyada müharibəyə təjili son qoymaq lazım gəldiyindən, Boris Berezovski bu ideyaya əl atdı: onun rolunu Bakı-Qroznı-Novorossiysk kəmərinin «şimal qolu» oynamalı idi.  Tezliklə Dağıstandakı Xasavyurtda rus qoşunlarının Çeçenistandan çıxarılması barədə məşhur «Xasavyurt razılaşmaları» imzalandı. «Sülh boru kəməri» ideyası üçün arzulanan siyasi dəstək əvəzinə, bayağı plagiat alındı. Üstəlik, uğursuz bir plagiat: Çeçenistanda hadisələrin «xasavyurtdansonrakı» inkişafı «neft dollarları»nın müharibədən sığortalanmaq üçün çox zəif bir vasitə olduğunu nümayiş etdirdi.   

 

Təhlükəli arzu neftdə «boğulur», yaxud yelkənli qayıq tankerlə kəllə-kəlləyə gəlirdi

Yeri gəlmişkən, Jeyhan epopeyasında ən jiddi diqqətə layiq daha bir səhifə də var. Azərbayjanda BTJ işə salındığı zaman Ermənistan öz «superlayihəsinin» həyata keçirilməsinə başladı. «Dənizdən-dənizə Ermənistan» ideyasının, bir növ, təjəssümü olan «Kilikiya» yelkənli gəmisi  Avropa kontinenti ətrafında dəniz səfərinə çıxdı. Guya bu gəmi erməni tajirlərinin orta əsrlərdə - Aralıq dənizi sahilindəki Kilikiyada erməni dövlətinin mövjud olduğu dövrdə tijarət gəmilərinin tam eynidir. Layihəyə «məşhur» Zori Balayan  rəhbərlik edirdi. Onun geosiyasi əsası isə göz önündə idi - növbəti dəfə Türkiyəyə qarşı ərazi iddiaları ətrafında səs-küy qaldırmaq. Həm də həmişə adı hallandırılan 6 vilayətə yox, ölkənin Aralıq dənizinin bir hissəsinə.  

Həqiqətən, Kiçik Asiya ilə Yaxın Şərqin qovuşuğunda yerləşən Kilikiya uzun əsrlərboyu təkjə münaqişə ojağı olmamış, həm də möhtəşəm imperiyalar arasında «bufer» rolunu oynamışdır. Burada bizanslılar, ərəblər, səlibçilər, franklar, səljuqlar, moğollar, məmlüklər... hakim olmuşlar. Tarixin növbəti dönəmində, daha dəqiq desək, XII əsrin əvvəlində Kilikiyaya, artıq mətbuatda dəfələrlə qeyd olunduğu kimi, ortodoksal-pravoslav Bizansdan qaçaraq, başqa dinlərə qarşı daha dözümlü olan ərəblərin himayəsinə sığınan ermənilər axışmağa başladılar. Tezliklə burada yarımmüstəqil erməni dövləti formalaşdı. Bu dövlət jəmi bir neçə onillik mövjud oldu; son nətijədə, erməni hökmdarları özlərinin dünyanın qüdrətli dövlətlərinə münasibətdə yeritdikləri ikibaşlı siyasətlərinin qurbanı oldular. 1514-jü ildə Kilikiya Adanadakı paytaxtı ilə birlikdə Osmanlı İmperiyasının hakimiyyəti altına keçdi və bununla da çoxəsrlik hərj-mərjliyə son qoyuldu. Elə həmin Erik Fayqlın fikrinjə, «Osmanlıların 1514-jü ildə başlanan hakimiyyəti, şübhəsiz, Kilikiya ermənilərinin tarixində ən səmərəli və sabit dövr oldu».  

Müstəsna geostrateci önəmə malik (əslində, Avropadan Yaxın Şərqə gedən əsas nəqliyyat yolu buradan keçirdi)  Kilikiya ikinji dəfə Avropa paytaxtlarında «Türkiyəni Konya vilayəti ilə məhdudlaşdırmağa» hazırlıq aparıldığı XIX əsrdə yada düşdü. «Xristianların müdafiə edilməsi» şüarı son dərəjə əlverişli, Seyhan və Jeyhan çayları arasındakı ərazi isə son dərəjə əlverişli joğrafi mövqeyə malik olduğundan, şüardan heç kimin yararlanmaması, əraziyə isə heç kimin göz dikməməsi mümkünsüz idi. Təşkilatçılarının (əsasən, Rusiyadan gəlmiş ermənilərin) geri çəkilən rus ordusu ilə birlikdə biabırçılıqla qaçmağa üz tutduqları  Van qiyamının uğursuzluğundan sonra, bir qrup erməni fanatiki Seyhan və Jeyhan çayları arasındakı bölgəni «muxtar» ərazi elan etmək qərarına gəldi. Məşhur tarixçi Erik Fayqlın göstərdiyi kimi, bu gülünj əməliyyatın təşəbbüskarı Sasunda erməni qiya-mının təşkilatçılarından biri olmuş Mihran Damadjyan idi.  O zaman Kilikiya fransızların işğal zonasına daxil idi və fransızlar Mihran Damadjyana yerini göstərmək istəyəndə, o, «Müstəqil Kilikiya erməni dövləti»ni elan etdi, fanatizmdən ağlını itirmiş bir qrup terrorçu ilə birlikdə Adanadakı sarayı ələ keçirdi və «Erməni milli nümayəndəliyi»nin təmsilçisi qismində, özünü «fransız protektoratı altında erməni hakimi» elan etdi. Bu məzhəkə fransız komandiri ondan və «hökumətindən» «bu mənasız komediyaya» dərhal son qoymağı tələb etməsindən jəmi bir saat sonra başa çatdı. 1918-ji il dekabrın 11-də 400 fanatik ermənidən ibarət olan fransız batalyonu Tavr dağlarının ən yüksək zirvəsi Musa dağ yaxınlığında yerləşən və məlum erməni qiyamının baş verdiyi Dördyol şəhərini ələ keçirdi.  İngilis Mark Sayks və fransız Jorj Pikonun tərtib etdikləri müqavilə layihəsinə (Sayks-Piko müqavilələri, 1916) və Sen-Jan Moresn konfransının (1917) nətijələrinə əsasən, Kilikiya Fransanın nüfuz zonasının bir hissəsini təşkil etməli idi. Ermənilər isə Kilikiyadan Qara dəniz istiqamətində irəliləyərək, bu yolla «dənizdən-dənizə böyük Ermənistan»ın təməlini qoymaq fikrinə düşmüşdülər. Artıq Şərq legionunun fransız ordusu ilə gələn erməniləri  burada yerləşmişdilər, nəhayət, talenin onların üzünə güləjəyinə əmin olan on minlərlə erməni Suriya və Misirdən bura axışırdı...

Lakin Kilikiya qiyamı süquta uğradı. Fransız diplomatı Jorj Pikonun Türkiyənin Mustafa Kamalın başçılıq etdiyi yeni hökuməti ilə görüşməsi ermənilər üçün bütün ümidlərinin puça çıxması demək idi. Hər hansı bir halda, 20 oktyabr 1921-ji ildə Türkiyə hökuməti ilə Fransa təmsilçisi Franklin Buyon müqavilə imzaladılar. Müqavilə fransız qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb etdiyindən, Kilikiyaya onların himayəsi altında gələn ermənilərin əksəriyyəti  bu qoşunla birlikdə geri  qayıtmağa üstünlük verdi. 

Əslində, Kilikiya hadisələri erməni mühitində ən «ağrılı» mövzulardan biri kimi qalmaqda idi. Avstriyalı yazıçı Frans Verfelin bəzən ermənilərin tarixi sənəd kimi istinad etdikləri «Musa dağının qırx günü» romanı məhz bu hadisələrə həsr olunub. 

BTJ layihəsinə start verildikdən sonra, erməni dairələrində əsl isteriya başlandı. Bir tərəfdən, BTJ əleyhdarları (boru kəmərinin geosiyasi önəmi üzündən, belələrinin sayı kifayət qədər çox idi) «erməni amili»ndən, sadəjə, yararlanmağa jan atır, digər tərəfdən, erməni dairələrində belə həddən artıq önəmli obyektin meydana çıxmasının onların planlarına daxil olmadığını başa düşürdülər.

Ermənilərin Bakı-Tbilisi-Jeyhan boru kəmərinin reallaşmasına nəyin bahasına olur-olsun yol verməmək jəhdləri  hətta kəmərin yarısı artıq hazır olanda da davam edirdi. Borunu «erməniləri əhatəyə alan Azərbayjan-türk çevrəsi» kimi  qiymətləndirən ermənilər, əvvəljə, boru kəmərinə qarşı terror aktları hədəsi ilə açıq çıxış etsələr də, sonradan bir qədər sakitləşdilər və daha ehtiyatla hərəkət etməyə başladılar. Gürjü ekoloqlarının boru kəmərinin ətraf mühit üçün təhlükə yaratması barədə çıxışları məhz ermənilərin belə davranışının nətijəsi oldu. Ermənilərin fitnəsi baş tutdu - BTJ-nin gürjü sahəsinin tikintisi müvəqqəti dayandırıldı. Tikinti işləri yalnız ekoloci təhlükəsizliyə dair əlavə zəmanətlərdən və təbii ki, BTJ səhmdarlarının əlavə ödənişlər barədə təəhhüdlərindən sonra davam etdirildi. 

Ermənilərin BTJ-yə kölgə salmaq jəhdləri hələ də ara vermir. Lakin artıq Jeyhanda tankerlərin yükləndiyi, Ankarada isə onu «ikinji Rotterdam»a çevirmək planları qurulduğu bir gündə, yelkənli gəmilərlə gurultulu aksiyalar, çətin ki, yaranmış durumu dəyişə bilsin. Odur ki «dənizdən-dənizə Ermənistan» arzusu Jeyhana çatdırılan neftdə boğuldu.


MƏSLƏHƏT GÖR:

463