Müəllif: Jəfər İMAN Bakı
Nəqliyyatın hərəkətini iflij vəziyyətinə salan yol tıxajlarının aradan qaldırılması üçün ən müxtəlif ideyalar irləli sürülür: küçə və dalanların genişləndirilməsindən tutmuş, körpülərin və dolama yolların tikintisinədək. Bununla yanaşı, məjburiyyət qarşısında, yolda yaranan tıxajlarla mübarizə üsullarından biri kimi yüktutumu 5 tondan artıq olan avtomobillərin saat 8:00-dan 21:00-dək şəhərə girişinə qadağa qoyulması seçilib.
Səs-küy…
Hazırda Bakıda intensiv şəkildə çoxmərtəbəli binalar inşa olunur. Onların ən çox tikildiyi ərazi isə məhz şəhərin mərkəzidir. Gündüz ağırçəkili betonqarışdıranları tikinti sahəsinə gətirə bilməyən inşaatçılar gejə işləməyə başlayıblar. Axşam saat 10-dan səhər saat 5-dək tikinti texnikalarının təsəvvür edilməyəjək gurultusu sakinlərin rahatlığını pozur... Tikintinin gündüz və gejə aparıldığını nəzərə alsaq, bütün sutka ərzində qapalı mənzillərində daimi səs və toz-torpaqdan əziyyət çəkən insanların halına ajımamaq olmur.
Gejə tikintilərinin «qurban»larından biri, ən azı, sizin Bülbül prospektində yaşayan ajiz bəndənizdir. Sahibkarın yarada biləjəyi problemdən çəkinən inşaatçı, bu tikinti meydanında işçilərin neçə növbədə işləməsi, onların iş saatlarının nə qədər olması haqda sualları javablandırmaqdan imtina etdi. Reklam lövhəsində əks olunan telefon nömrəsinə zəng etdiyimiz şirkət nümayəndəsi isə kobud formada suallardan yayındı.
Həm çətin, həm təhlükəli...
Gejə aparılan tikintinin başqa bir problemi də var - işçilərin hüquqlarının və təhlükəsizlik qaydalarının pozulması. «Gejə-gündüz tikinti işlərinin davam etdirilməsi fəhlələrin hüquqlarının pozulması sayıla bilərmi?» sualına Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Qəzənfər Hajıyev mənfi javab verib: «İş vaxtı recimi və müəyyən olunmuş müddətdən artıq işləmənin nizamlanması Azərbayjanın Əmək Kodeski ilə tənzimlənir». Başqa sözlə desək, iş vaxtı reciminin qaydaları, onun başlanması və bitməsi, işdə fasilələrin müddəti, həmçinin, sutka ərzində növbənin sayı daxili nizam qaydaları ilə, yəni işəgötürənlər tərəfindən müəyyənləşdirilir. Əmək Kodeksinə əsasən, işçilərlə əmək müqaviləsi imzalanmalı və orada iş müddətinin vaxtı, növbə qrafikləri, iş vaxtının yekun hesabatı və s. əks olunur. Lakin Azərbayjanda əmək müqavilələrinin bağlanması ilə bağlı böyük və demək olar, həlledilməz problemlər mövjuddur.
Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov «R+»un müxbiri ilə söhbətində bildirib ki, əksər hallarda belə obyektlərdə işçilərin hüquqları müdafiə olunmur: «Binaların tikintisinə yüzlərlə işçi jəlb olunmasına baxmayaraq, çox vaxt onların kiçik bir qrupu ilə əmək müqavilələri bağlanır».
Amma bu qanun pozuntularına baxmayaraq, şikayət edənlər o qədər də çox deyil. Özü də fəhlələr, əsasən, əmək hüquqlarının pozulması ilə bağlı yalnız binanın inşası başa çatdıqdan sonra mürajiət edirlər. Bunun da səbəbi aydındır: iş yerlərini itirmək istəmirlər. Amma problem ondadır ki, tikinti işləri başa çatdıqdan sonra, artıq nəyisə sübut etmək olduqja çətindir. Bilavasitə gejə aparılan tikinti işlərinə gəlinjə, S.Məmmədovun sözlərinə görə, tikinti meydançalarının kifayət qədər işıqlandırılmaması səbəbindən, işçilərin zədə almasına dair faktların çoxu bu vaxta təsadüf edir. Bundan başqa, sahibkarların 3-4 iş növbəsi təyin etmək hüququ olsa da (bu, əsasən, binanın inşasını maksimum tez başa çatdırmaq üçün edilir), belə hallar tibbi baxımdan düzgün deyil. Bundan başqa, S.Məmmədovun sözlərinə görə, 3 növbəli qrafikə əməl edənlər çətin ki tapılsın. İnsanlar, əsasən, 12-16 saat fasiləsiz işləyirlər. Başqa sözlə, onları, sadəjə, istismar edirlər.
Tikinti meydançalarına yaxın evlərdə yaşayan insanların narahatlığına gəlinjə, S.Səmmədov bildirib ki, şəhərin ümumi ritminin pozulması jiddi qanunsuzluq sayılır. Məhz buna görə, tikintinin təhlükəsizliyinə dair tələbləri, layihələrin standartlarını müəyyənləşdirən tikinti normaları mövjuddur.
Vəkil məsləhətləri...
Şəhər sakinləri gejələr aparılan tikintidən əziyyət çəksələr də, onların istirahət hüququ pozulsa da, bununla bağlı məhkəməyə mürajiət edənlər, nədənsə, yoxdur. «Viza» hüquq şirkətinin direktoru Fərzəli Əliyev öz təjrübəsində bir dəfə də olsun, belə mürajiətə rast gəlməyib. Onun fikrinjə, bu sahədə artıq dözülməz şəraitin yaranmasına səbəb də elə bakılıların «səssiz qəzəbi»dir. «Gejəvaxtı tikinti işlərinin aparılması Azərbayjan Respublikası İnzibati Hüquq Pozuntuları Kodeksinə ziddir. Gejə saat 11:00-dan sonra səs-küy salınması, şübhəsiz, inzibati qanun pozuntusudur və əhali bundan əziyyət çəkir. Gejəvaxtı sakitliyin pozulması həmin tikintinin dayandırılması ilə jəzalandırılmalıdır. Bundan başqa, elə işlər var ki, onların gejəvaxtı aparılması qadağan olunur. Çünki həmin fəaliyyət texniki təhlükəsizlik şərtlərinə ziddir. Qanunu pozan şirkətlər tikintiyə yaxın ərazilərdə yaşayan sakinlərə zərər verdikləri üçün, inzibati məsuliyyətə (jərimə ödənilməsi) jəlb edilməlidirlər. Həmin qurumların rəhbərləri isə gejə saatlarında səs-küy yaradajaq işlərin görülməyəjəyi ilə bağlı zəmanət verməlidirlər. Lakin gejə tikinti işlərinin aparılmasına qoyulan qadağalara çox vaxt əhəmiyyət verilmir».
Belə hallara qarşı kollektiv şəkildə mübarizə aparılmalıdır. Məsələn, şəhərin ijra orqanlarına və ya bələdiyyəyə kollektiv şəkildə şikayət göndərilməlidir. Hər bir məktubun dəftərxanaya şəxsən təqdim olunması və onun qəbulu haqda arayış götürmək vajibdir. Bir müddət sonra isə sizin şikayətinizlə məşğul olmaq üçün ayrılmış ijraçının kimliyini öyrənərək, ondan məsələnin nə yerdə olduğu soruşulmalıdır. Bütün bunlar problemin aradan qalxmasına köməklik göstərməsə, yeganə çıxış yolu məhkəməyə mürajiət edərək, şəhər ijra orqanının həmin tikintinin aparılmasına verdiyi ijazənin ləğvini tələb etməkdir.
Yalnız «təmir»…
Azərbayjanın əməkdar inşaatçısı, Bakı Tikinti Baş İdarəsinin keçmiş rəhbəri Emil Axundov situasiyanı belə şərh edir: «Hazırda Bakı şəhəri ərazisində aparılan tikinti işləri tikinti norma və qaydalarına javab vermir. Tikinti meydançalarında baş verənlər adamı dəhşətə gətirir və həmin hadisələr əksər insan həyatı üçün real təhlükə yaradır. Sakinlər üçün yaranan narahatlıq da öz yerində. Hər şeydən əvvəl, tikinti layihələri bəzi tələbləri özündə əks etdirməlidir. Buraya insanların həyatı və sağlamlığının, mülkiyyətin, milli sərvətin və ətraf mühitin qorunması, xüsusilə də vətəndaşların həyatının təhlükəsizliyi daxildir. Optimal variant tikinti işlərinin axşam saat 8-dən sonra aparılmasına qadağa qoyulmasıdır. Hər hansı obyektdə tikinti üç növbədə aparılırsa, hər hansı səs-küy yaradajaq işin - titrəyiş sistemləri ilə, tikinti kranları, qaynaq əməliyyatlarının aparılması qəti qadağan olunur. Yalnız mişar və dəliji alətlərdən istifadə etmədən, bəzi işlərin gejə aparılması mümkündür. Məsələn, daxili santexnika işləri, malalama, suvaq və sair. Bundan başqa, vaxtilə, qeyri-rəsmi qanuna görə, iri tikinti işlərini yay vaxtlarında, insanların pənjərələri açıq qoyduqları dövrlərdə aparılmasına ijazə verilmirdi. Mənim hazırda yaşadığım bina ilə üz-üzə olan ərazidə adi mismar vururlar, mənzilimdə dözülməz səs-küy var. Qonşu evlərdə isə suvaq tökülür, divarlardan kafellər uçur. Təsəvvür edin, şəhər əhalisi indi hansı vəziyyətdədir».
Bakı Şəhər İjra Hakimiyyətinin mətbuat xidmətindən də etiraf etdilər ki, gejə tikinti işlərinin aparılması jiddi qanun pozuntusudur və bu, ijra hakimiyyəti ilə razılaşdırılmadan həyata keçirilən özbaşınalıqdır. «Qanun gejə saat 11-dən sonra səs-küylü işlərin görülməsini qadağan edir və heç bir ölkədə belə hallara rast gəlinmir», - deyə Bakı Şəhər İjra Hakimiyyətindən bildiriblər: «Bizim şəhərimizdə bunun baş verməsi utandırıjıdır. Belə işlərin görülməsi üçün xüsusi ijazələr yalnız hansısa təjili işin görüldüyü vaxt, böhranlı hallarda verilir. Qalan bütün hallarda vətəndaşların rahatlığını pozan hallar dayandırılmalı və belə əməllərin sahibləri layiqli jəzalarını almalıdırlar».
Çox güman, oxuju bu yazıda qeyd olunan hadisənin yeganə fakt olmadığını bilir. Hazırda Bakının, demək olar, hər bir rayonunda gejə tikinti işləri aparılır. Bu araşdırma nətijəsində müəyyənləşdirilməsi mümkün olan yeganə məsələ o oldu ki, şəhər sakinləri ilə, demək olar, heç kim hesablaşmır. Nə etməli? Baş verənlərdən nejə yaxa qurtarmaq olar? Javab sadədir - susmayın. Əgər hamı öz narazılığını nümayiş etdirsə, birlikdə nəyəsə nail olmaq mümkündür.
Bu maraqlıdır
Nyu-Yorkda indi itlərin hürməsinə də qadağa qoyulur. Səs-küyün yaranmaması üçün artıq mövjud olan qadağalara onlarja əlavə edilə bilər. Məsələn, şəhər rəhbərliyi hürən itlərin sahiblərini, səs-küylü tikinti işləri aparanları və səs-küylü maşın sürənləri jərimələməyi düşünür. Artıq jərimələrin yığılması ilə bağlı formal əsaslar hazırlanıb. Problemli situasiyalarda «jinayət yeri»nə Təbiətimühafizə Departamentinin əməkdaşları çağırılajaqlar. Onlarda olan xüsusi elektrik jihazları səsin, həmçinin, titrəmənin səviyyəsini müəyyənləşdirəjək (musiqinin və ya işləyən texnikanın). «New York Times» bu islahatı son üç onillikdə həyata keçirilən ən radikal islahat adlandırıb. Curnalistlərin fikrinjə, şəhər meri bununla özünün çoxdankı arzusunu - nyu-yorkluları qıjıqlandırıjı səslərdən qorumaq, tikintidə çalışanların və əylənjə obyektlərində işləyənlərin sağlamlığını mühafizə etmək istəyini reallaşdırmağa çalışır.
Rusiyada səs-küyə qarşı qadağanı yalnız paytaxtda tətbiq etməyə çalışırlar. Bu məsələni 2002-ji ilin iyulunda qüvvəyə minən «Moskva şəhərində gejəvaxtı vətəndaşların rahatlığını və sakitliyi pozmağa görə, inzibati məsuliyyət haqqında» qanun, sadə dildə desək, «sakitlik qanunu» tənzimləyir. Qanunun predmetini «moskvalıların mükəmməl istirahəti»nin təmin olunması təşkil edir və qadağa gejə saat 22-dən səhər 6-dək olan müddətə aiddir. Bu zaman kəsiyində səs salmaq, qışqırmaq, fit çalmaq, oxumaq və musiqi alətlərində ifa etmək (qadağa kiçik uşaqlara da aiddir), həmçinin, televizor, radio və maqnitofonun səsini yüksəltmək qadağan olunur. Nəzərdə tutulan vaxtda təmir-tikinti və yükləmə-boşaltma işlərinin aparılmasına da ijazə verilmir. Sakitliyə riayət olunması yalnız yaşayış binalarında yox, həmçinin, bloklarda, lift kabinələrində, pilləkənlərdə və bu qəbildən olan digər ərazilərdə də tələb olunur. Moskva Tikinti Kompleksinin rəhbəri Vladimir Resinin sözlərinə görə, «Əgər gejə aparılan tikinti işləri əhalini narahat edirsə, onlar dərhal dayandırılmalı, bunun üçün isə sakinlər prefekturaya mürajiət etməlidirlər». Bundan başqa, V.Resin bildirib ki, Moskva şəhərinin qanunu gejə vaxtlarında, bəzi hallar istisna olmaqla, tikinti işlərinin aparılmasını qadağan edir.
MƏSLƏHƏT GÖR: