15 Mart 2025

Şənbə, 01:34

«BİRCA İNQİLABI»

Moskva və Tehran dünya enerci daşıyıjıları bazarında dolların mövqelərini zəiflədə biləjəkmi?

Müəllif:

01.06.2006

Postsovet məkanı sakinləri televiziya xəbərlərinin əsas hissəsinin birca məlumatlarından ibarət olmasına yavaş-yavaş alışırlar. Yaxın vaxtlara qədər yalnız rublun və hamının arzuladığı «valyuta»nın mövjud olduğu ölkədə indi vəsaiti nə şəkildə - dollar, avro, yoxsa yeni manatla saxlamağın daha sərfəli olması üzərində düşünməyə başlayıblar. 

Lakin KİV-in məlumatlarına görə, bu yaxınlarda dünya iqtisadiyyatını növbəti sarsıntı gözləyir. Federal toplantıya illik mürajiətində prezident Vladimir Putin Rusiyada bircada enerci daşıyıjılarının rublla alverinin təşkilini təklif etdi. «İnterfaks» prezidentdən sitat gətirir: «…Rusiya ərazisində  neft, qaz, digər əmtəələrin bircalarda rublla hesablaşmaqla alverini təşkil etmək lazımdır. Bizim mallar dünya bazarlarında satılırsa, bizdə niyə satılmasın?».  Müvafiq nazirliklər artıq RF-də neft və qaz bircalarının yaradılması istiqamətində işlədiklərini də bildiriblər.

Formal baxımdan, Rusiya KİV indi Ural markalı rus neftinin qiymətinin «ümumdünya» brent  markasına bağlı olduğunu, onları «ayırdıqdan» və «azaldıjı əmsaldan» xilas olduqdan sonra isə Rusiyaya neft dolları axınının başlanajağını müzakirə edirlər. 

Lakin hələ bir neçə il bundan əvvəl Rusiya kanalları ilə göstərilən sücetdə birca maklerləri təjili olaraq dollarlardan «qurtulur» və vəsaitlərini rublla saxlayırdılar, sonra döşəməni süpürən xadimə qadın isə donquldanırdı: «Ölkəni zibillə doldurublar». Rusiya analitiklərinin hökumətin bu addımının dolları nə qədər «zəiflədəjəyini» müzakirə etdikləri bir məqamda isə Rusiyanın «birca təşəbbüsü»nün bununla yanaşı, həm də dolları «taxtdan salmaq» barədə çoxdankı arzunun gerçəkləşdirilməsinə yönəldiyi barədə təxminlər heç də əsassız deyil. 

Həqiqətən, hələ dünyanın «qloballaşma» sözünə o qədər də bələd olmadığı illərdə qlobal bazarlar artıq mövjud idi. Burada neft klassik bir örnəkdir. İstehsalçıların, emal edənlərin və əsas istehlakçıların bir ölkədə jəmləşdiyi «Standartoil» dövrü  zəmanəsi artıq keçmişdədir.  İndi neft bir yerdə hasil, tamam başqa bir yerdə isə istehlak edilir. Lakin burada elə bir qarşılıqlı asılılıq var ki, Nigeriyadakı siyasi sabitsizlik ildırım sürəti ilə Avstriyada benzinin qiymətinə və Küveyt dinarının kursuna təsir göstərir. Belə bir durumda «unifiksiya edilmiş» mexanizmə ehtiyaj yarandı və bu mexanizm də məhz dollar oldu. Ənənəvi olaraq, neft alveri ABŞ valyutası ilə aparılır, aparıjı «tijarət meydançaları» isə London və Nyu-York bircalarıdır. Dolların kursunun aşağı düşdüyü bu dövrdə neft satışının xeyli hissəsinin dollarla alğı-satqıdan yayındırılması, bir çoxlarının əmin olduğu kimi, valyuta bazarına iri həjmdə yeni «yaşıl valyuta» çıxarılmasına səbəb olajaq ki, bu da Amerika valyutası üçün müəyyən çətinliklər doğurajaq.

Üstəlik, Rusiya dollara heç də təkbaşına «hüjum etmək» fikrində deyil. İlin əvvəlindən başlayaraq, KİV-də İranda neft bircasının açılmasının gözlənildiyi barədə xəbərlər yayılmaqdadır. Əvvəljə hər şey gözəl planlaşdırılmışdı: yeni bircanı İranda qəbul olunmuş «müsəlman günəş təqvimi» ilə yeni ilin ilk günü açmaq istəyirdilər. Analitiklərin əksəriyyəti bundan sonra təkjə dünya neft bazarında deyil, bütün qlobal iqtisadiyyatda inqilab baş verəjəyinə əmin idi. Neft və neft məhsullarının satılajağı güman edilən birca Kiş adasındakı iqtisadi zonada - yerli «vergi jənnəti»ndə açılajağı nəzərdə tutulmuşdu. Burada təkjə neft yox, ondan emal edilən məhsullar, o jümlədən «neft-kimya» məhsulları da satılajaqdı. İran marketinq mütəxəssisləri yeni bircaya marağın mümkün və qeyri-mümkün bütün rekordları üstələyəjəyinə, İranı dünya iqtisadiyyatında tamamilə yeni mövqeyə çıxarajağına tam əminlik nümayiş etdirirdilər. Ən əsası, alğı-satqını artıq oturuşmuş dünya təjrübəsinin tələb etdiyi kimi, dollarla deyil, yeni beynəlxalq valyuta - avro ilə aparmaq nəzərdə tutulurdu. O da əlamətdardır ki, Tehranda yeni bircanın əsas vəzifəsinin ölkədəki iqtisadi durumu yaxşılaşdırmaq yox, ilk növbədə, ABŞ-a qarşı sarsıdıjı «iqtisadi silah»  kimi düşünüldüyünü gizlətmirdilər.

Ədalət naminə qeyd edək: İran bircasının açılışından sonra Amerika valyutasının iflasa uğrayajağını təkjə İranda iddia etmirdilər. Martın əvvəllərindən başlayaraq, «İran dolları basdırır» mövzusunda diskussiyalar hər yerdə dəb idi. Məsələn, Fransadakı  «Laboratoire eropeen d'Antijipition Politique Europe-2000» dərhal proqnoz verdi: İran neft bircasının startı «qlobal neft bazarında dolların monopoliyasının sonu olajaq. Nətijədə, güman ki, beynəlxalq valyuta bazarında çevriliş baş verəjək», çünki digər neft hasilatçıları da məhsullarını avroya satmağa başlayajaqlar. Başqa sözlə, bir çox ölkə  üçün dollar artıq lazımsız olduğundan, həmin ölkələr onu bazara çıxarajaq ki, bu da mütləq Amerika valyutasını qiymətdən salajaq. Bu proqnozlar bir çox ölkələrin, ilk növbədə, Rusiya KİV-lərində fəal yayılır, paralel olaraq, ABŞ iqtisadiyyatının, az qala, gələjək «defoltundan» da xəbər verilirdi. 

Üstəlik, İranın «neft-iqtisadi hüjumu» KİV-də «ümumi diskussiyaların» yeni mövzusu - qlobal «xammal savaşının başlanması» xəbərinn meydana çıxması ilə üst-üstə düşdü. O zaman həmin əhval-ruhiyyənin jövhərini «Şriegel» curnalı ifadə etdi. Nüfuzlu həftəlik qəzetin fikrinjə, «Dünya iqtisadiyyatı yüksəliş dövrünü yaşasa da, ekspertlərin fikrinjə, möhkəm təmələ malik deyil. Xammal ehtiyatları uğrunda gərgin mübarizə dövlətlər arasında qüvvələr nisbətini kökündən dəyişir. Enerci münaqişələrinin yeni erası başlanıb. Tarixçilərin gələjək nəsillərinin başlanğıj nöqtə kimi nəyi götürəjəkləri hələ müəyyənləşməyib. Bəlkə Azərbayjandan Gürjüstandan keçməklə Türkiyənin Jeyhan limanına gedən, ilk növbədə, Vaşinqton tərəfindən dəstəklənən, siyasi baxımdan son dərəjə müəmmalı, joğrafi  baxımdan isə qəribə olan, iranlıları və rusları neytrallaşdırmaq üçün nəzərdə tutulan dünyada ən bahalı neft kəmərinin 2005-ji ilin mayında Bakıda açılış günü. Yaxud çinlilərin Tehranla $70 mlrd dəyərində saziş bağlayaraq özlərini təmin etdikləri günü».  Alman analitikləri müharibənin artıq başlandığına şübhə etmirlər: «İran neft silahı ilə təhdid edir. Rusiya qazdan qonşularına qarşı siyasi məqsədlərlə istifadə edir, üstəlik, Qərbi Avropa üçün də kranı qapada bilər. Venesuela Birləşmiş Ştatları öz ehtiyatlarından tamamilə təjrid etmək barədə düşünür. «Əl-Qaidə» terror təşkilatı isə ilk dəfə olaraq Səudiyyə Ərəbistanındakı neft obyektlərini partlatmağa jəhd edib. «Goldman Sajhs» investisiya bankının ekspertləri və Vaşinqton, London və Sinqapurdakı siyasi ekspertlər yenijə işıq üzü görən araşdırmalarında dünya iqtisadiyyatı üçün təhlükələr sırasında ikinji yerdə beynəlxalq terrorizmi göstərirlər. Ən böyük təhlükə isə xammal ehtiyatlarının çatışmazlığı və bununla əlaqədar onların qiymətinin çox yüksək olmasıdır». 

«Şpiegel»in fikrinjə, «Bütün problemlərlə çoxsaylı bağlılığı olan, lakin onların hamısının fövqündə duran bir möhtəşəm problemin həllində irəliyə doğru  addım atılıb. Bütün önəmli ölkələr - ABŞ, Avropa, Rusiya və güjlənməkdə olan Çin və Hindistan əsas siyasi üstünlüyü xammal ehtiyatları sahəsində təhlükəsizliyə verir. Bu ölkələr səhralardan, çöllərdən və dənizin dibindən keçən boru kəmərləri şəbəkəsinin inşası üçün böyük səy göstərir. 

Xammal ehtiyatlarının sahiblərinin rəğbətini qazanmaq uğrunda mübarizə gedir. Fırıldaqçılıq, rüşvət, spekulyasiyalara əl atılır. Lakin yaxın gələjəkdə bu mübarizə hərbi əməliyyatlara gətirib çıxarmayajaq. Sovet İttifaqının dağılması ilə meydana çıxan «vəhşi sülh» formasında pauzadan sonra, yeni dövr - yeni «soyuq müharibə» dövrü bərqərar olub.

  Bir sözlə, «neft defisiti», ABŞ-da mütəmadi «maliyyə uğursuzluqları», nəhayət, avroya münasibətdə dolların kursunun ardıjıl olaraq enməsi fonunda Tehranın «böyük iblis»ə - ABŞ-a qarşı başladığı «neft jihadı»nda uğur qazanmaq üçün sanki hər jür şansı var idi. Avrasiyanın jənubunda Novruzu qarşılamağa hazırlaşdıqları vaxt, «iqtisadi» KİV özündə Davudla Qoliafın döyüşünü, qədim fars çarlarının əfsanəvi atlılarının həmləsini və «qara reyderlər»in jazibədar mülkiyyətə hüjumunu birləşdirməli olan  möhtəşəm şou gözləntisi ilə donub qaldı.

Lakin onların nijaranlığı boşa çıxdı - martın 20-də İranın Neft Nazirliyi bircanın açılışının təxirə salındığını bildirdi. 

KİV-də dərhal İranın niyə ən son məqamda «ən irikalibrli neft silahı» ilə ABŞ-a zərbə vurmaqdan imtina etdiyi bu və ya digər dərəjədə inandırıjı şəkildə izah edən külli miqdarda versiya yer aldı. Rusiya şərqşünası A.Vartanyan «İran.ru» saytında tam jiddiliklə mühakimə yürüdürdü: «Öz zəhmli silahını ehtiyatda saxlayan İran BMT Təhlükəsizlik Şurasında nüvə dosyesinə dair müzakirələrin başa çatmasını gözləyir. Bundan əlavə, hazırda İraqa dair birbaşa Amerika-İran əməkdaşlığı gerçəkləşir və bu da hələlik, Tehranı kəskin antiamerika aksiyalarından çəkindirir». 

RF XİN Diplomatik Akademiyasının professoru İqor Panarin öz dəyərləndirmələrində bir qədər də irəli gedir: «17-18 mart tarixlərində ABŞ və İran hökumətləri arasında Böyük Britaniyanın iştirakı ilə (bu ölkənin iştirakı hazırda neftin dollarla iki - London və Nyu-York bircalarında satılması ilə şərtlənir) məxfi danışıqlar aparılıb. Danışıqların gedişində həm ABŞ, həm də Böyük Britaniya həmin bircaların əvvəlki recimdə işinin davam etdirilməsində, onların sövdələri avro ilə bağlanajağı nəzərdə tutulan rəqibinin - İran bircasının isə işə başlamamasında son dərəjə maraqlı olduqlarını ortaya qoymuşlar. Hesab edirəm ki, bu, danışıqların gedişində irəli sürülən əsas şərt olmuşdur. Məsələ belə qoyulmuşdu: ya siz martın 20-də bircada işə başlamırsınız, ya da martın 19-da biz onu bombalayajağıq! Bu bəyanatların təsdiqi olaraq, İranın sərhədləriboyu bu ölkəyə zərbə endirməyə hazır olan ABŞ hərbi qruplaşması yerləşdirilmişdi».  

Həqiqətən də, ABŞ ilə İran arasında İraq problematikasına dair martda başlanan məxfi danışıqlar bütün Yaxın və Orta Şərq bölgəsi üçün, az qala, əsas «siyasi intriqaya» çevrilmişdi. ABŞ İraqda, əsasən, ölkənin jənubunda baş verən hadisələrə görə İranın kifayət qədər böyük məsuliyyət daşıdığını              lap əvvəldən bəyan edirdi. Öz növbəsində, Britaniya komandanlığı İrandan İraqa sənaye üsulu ilə hazırlanmış partladıjı qurğular göndərildiyini bildirirdi. İranın İraq şiələri üzərindəki böyük nüfuza, onların ən radikal liderinin - Müqtəda əs-Sədrin isə «mollakratiya» ilə sıx bağlılığı  hamıya məlumdur. 

ABŞ bir jəhəti də dərhal vurğuladı - biz İranla İraqa dair danışıqlar aparmağa hazırıq, lakin bu dialoq müstəsna olaraq İraq tematikası ilə məhdudlaşajaq.

Bu dəqiqləşdirmənin arxasında nə durduğunu anlamaq üçün, nejə deyərlər, «görüntünün miqyasını dəyişdirmək», eyni zamanda, həm İraqdakı durumun, həm də nüvə böhranının çərçivələrindən kənara çıxmaq zəruridir. ABŞ ilə İran arasnda diplomatik münasibətlər 1979-ju ilin noyabrında Tehranda ABŞ səfirliyi ələ keçiriləndən sonra kəsilmişdi. Bütün bu müddət ərzində Vaşinqton İranla dialoqa Tehran terrorizmi dəstəkləməkdən imtina etdikdən, kütləvi qırğın silahları  və onların çatdırılma vasitələri üzərində işləri dayandırdıqdan  və Yaxın Şərqdə sülh prosesinə müdaxiləsinə son qoyduqdan sonra hazır olduğunu dəfələrlə bəyan edib. İranın bu danışıqlarda ABŞ-dan qat-qat daha çox maraqlı olduğu da heç kim üçün sirr deyil. Məhz bu səbəbdən ilkin şərtləri Tehran yox, Vaşinqton irəli sürür. Üstəlik, ABŞ bunu məxfi deyil, açıq şəkildə edir və İrandan da eyni dərəjədə aydın və «açıq» siqnal gözləyir. Hələlik, heç bir nətijə hasil olmur. 

Aydındır ki, Tehrandakı, həm də təkjə oradakı deyil, siyasətçilər «İraq danışıqları»na problemlərin bütün kompleksi - nüvə proqramından, dondurulmuş İran avuarlarına qədər - üzrə danışıqlara başlamaq üçün əlverişli bəhanə kimi yanaşa bilərdilər. Onların başlanması ərəfəsində İranın «neft bircası» (sonradan guya ABŞ-ın güj tətbiqi ilə əməliyyat keçirilməsindən imtinası müqabilində açılışı dayandırılan) şəklində «supersilah» hazırlaması da tamamilə məntiqidir. Təəssüflər olsun ki, bu versiya da «gerçəkliyin sınağına» duruş gətirmir. Həm də ona görə yox ki, çoxlu «proqnoz» və «sızmalar» olmasına baxmayaraq, marın 20-də müharibənin tezliklə başlanajağı heç müşahidə də olunmurdu. «Lazım gələrsə», ABŞ qoşunlarının İraqdakı kifayət qədər proqnozlaşdırıla bilən yerdəyişmələri əsasında çox şey «görmək» olar. Lakin İran sərhədində ABŞ-ın İraqdakı qoşunlarından yaradılan qruplaşma öz parametrlərinə görə «müdaxilə ordusu»na qətiyyən uyğun gəlmir. Bunun üçün Fars körfəzində təyyarədaşıyan gəmilər peyda olmalı, qoşunların irimiqyaslı yerdəyişmələri olmalı, ilkin danışıqlar aparılmalıdır…

Ən nəhayət, İraq müharibəsinin nümunəsi hələ yaddaşlardan silinməyib. Daha önəmli olanı tamamilə başqa şeydir: təsadüfənmi, bilərəkdənmi, bir çox analitiklər İran «neft bircası»nın ABŞ üçün yarada biləjəyi təhlükəni həddən artıq şişirdirlər - bəzən gördüyünlə görmək istədiyini fərqləndirmək çox çətin olur. Hər hansı bir halda, İran bircasının gözlənilən açılışını şərh edərkən, ABŞ-ın iqtisadi məğlubiyyətə, özü də kimdən olsa yaxşıdır - Əhmədinecatdan,  uğrayajağını gözləyənlərin bir çoxu bu  «tələyə» düşdü.  

Əslində, hələ İran bircanı açmaqdan imtina etməzdən əvvəl də bir çox iqtisadçılar sarsıdıjı «neft zərbəsi»ni gözləməyin mənasız olduğunu bildirirdilər. Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti G.Şmal: «İran nefti dünyadakı hasilatın 5%-dən çox deyil. Avro ilə satış barədə Səudiyyə Ərəbistanı, yaxud Rusiya qərar verərsə, zərbə daha təsirli olar. Dolların kursuna isə ABŞ-ın ümumi iqtisadi durumunun təsir göstərdiyi daha ağlabatandır». Öz növbəsində, Rusiya Sənayeçiləri və İş Adamları İttifaqının vitse-prezidenti İqor Yurgens bunun dünya bazarında heç bir təlatüm doğurmayajağını bildirib: «İran dünya neftinin yalnız 4%-ni istehsal edir. Üstəlik, o bütün kontraktlarını dərhal avroya keçirə bilməyəjək. Təlatüm yalnız İranın ardınja gedən ölkələr tapıldığı halda (məsələn, Rusiya, Liviya) yarana bilər». İ.Yurgens dünya neftinin 30%-ni istehsal edən Səudiyyə Ərəbistanının bu məsələdə İranı dəstəkləməyəjəyini də vurğulayır. 

Əlbəttə, İran bircasının göstərilən vaxtda açılmamasından dərhal sonra bunun səbəbləri barədə KİV-də xeyli versiya yer aldı - ABŞ-ın İrana birca açılan günün səhəri bomba zərbəsi endirmək vədindən başlamış, guya Tehranın bircanın açılışı günü ABŞ hakerlərinin onun işinə müdaxilə edərək, kompüter sisteminin işini pozmağa hazırlaşmaları barədə informasiya almasına qədər… 

Lakin reallıqda hər şey daha sadə və daha primitivdir: İran bircası elə iranlıların özlərinin «ekstra-promouşen»lərinin, başqa sözlə, hər şeyi həddən artıq şişirtmələrinin qurbanı oldular: dünya neftinin jəmi 4%-i dünya bazarında inqilab etmək üçün həddən artıq azdır. Gözlənilən iqtisadi sanksiyalar fonunda, Kiş adasında İranla uzunmüddətli neft sövdələşmələri bağlamaq istəyənlərin sayı bir o qədər də çox olmayajaqdı. Bir sözlə, Tehrandakı «neft işbazlarını» bütün istiqamətlərdə gurultulu məğlubiyyət gözləyirdi. Əlbəttə, proqnozlara inanmaq da, inanmamaq da olar, lakin İran Neft Nazirliyinin sərənjamında daha dəqiq «konfidensial informasiya» var idi - bircada keçiriləjək satışlarda iştirak etmək istəyənlərin mürajiətləri. İran bircası ətrafında isə elə bir səs-küy qaldırılmışdı ki, onun açılışının səhərisi günü dünya o qədər də gözəgəlimli olmayan müştərilərin iştirakı ilə süst alğı-satqı əməliyyatları yox, inqilabi dəyişikliklər gözləyirdi. 

Onda İran özünü lap fransız idmançısı Mari-Joze Perek kimi apardı: 21 sentyabr 2000-ji ildə - Sidney Olimpiadasında özü üçün ən həllediji məqamda qəflətən Sinqapura gələn bu qadın orada curnalistlərə bunu anonim hədələrdən qorxduğu üçün etdiyini bildirmişdi. Lakin Sidneydə onun açıqlamasını dərhal təkzib etmişdilər. Məsələ isə onda idi ki, Perek olimpiadanın ulduzlarından biri olan avstraliyalı Keti Frimenin əsas rəqibi idi və onların qarşıdurması böyük maraqla gözlənilirdi. Lakin o qədər də yaxşı formada olmayan və qızıl medal uğrunda mübarizədə Keti ilə rəqabət aparmaqdan çəkinən Perek biabırçı məğlubiyyətdənsə, sadəjə, baş götürüb qaçdı, curnalistlərə isə «təhdidediji zənglər» uydurmasını danışdı. 

Bircanı açmaqdan imtina edən İran da bunabənzər yolla getdi: KİV-ə, ilk növbədə, Rusiya KİV-lərinə ABŞ-ın «neft jihadı»ndan nejə dəhşətli qorxuya düşməsi, hansı jəza tədbirlərinə əl atmağa hazırlaşması və i. a. səpkili onlarja versiya ötürüldü. Lakin bütün bunlar bir o qədər də inandırıjı görünmürdü. 

Daha sonra Tehranda özlərini elə göstərməyə başladılar ki, guya birca lap yaxın günlərdə açılajaq. Gah 21 aprel, gah iyul kimi tarixlər də göstərilirdi. Lakin məsələ elə söhbət səviyyəsində də qalmaqdadır: müharibə və sanksiyalar fonunda İranla neft alveri etmək istəyənlərin sayı o qədər də çox deyil.

Əlbəttə, tamamilə başqa məsələdir. Onun nə sanksiyalardan, nə də müharibədən qorxusu var, dünya neft bazarındakı payı İranınkından daha sanballıdır və Körfəz bölgəsində antiamerika əhval-ruhiyyəsinin aşkar artması, Moskvanın isə bundan aşkar istifadə etməsi fonunda «birca alternativi», ilk baxışda, uğur qazana bilər.

Lakin hətta Rusiya neftinin əsas istehlakçılarının olduğu Avropa ölkələrində də artıq Mosk-vanın enerci asılılığından xilas olmaq vaxtının gəlib-çatdığını daha israrla vurğulayırlar. Odur ki rublla neft almaq istəyənlərin də sayı bir o qədər çox olmaya bilər.

Beləliklə, ən yaxşı halda, Rusiya dünya bazarında almazların «De Birsə aidiyyəti olmayan» tədarükçülərinin vəziyyətinə düşər: «bazarın uzaq künjü», müəmmalı alıjılar, naməlum satıjılar, hər dəqiqə satıjının Afrikanın hansısa «üsyançılar hərəkatının», alıjının isə terrorçu olması təhlükəsi… Onu da xatırladaq ki, 70-ji illərin «neft böhranı»nın ən ağır illərində də ərəb liderləri «körpüləri yandırmamağa» və öz neft bircalarını təsis etməməyə üstünlük verdilər.


MƏSLƏHƏT GÖR:

448