
DÖVLƏT TABELİYİNDƏN ÇIXARILMANIN AĞIR YÜKÜ
Könüllü sahibkar
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Özəlləşdirmə payları, başqa sözlə, vauçerlər, azərbayjanlıların həyatına postsovet iqtisadi depressiysı dalğası ilə daxil oldu və həmvətənlərimiz hələ də hər hansı bir müəssisədə mülkiyyət payı əldə etmək xəyalı ilə yaşayırlar. Bu payların (1 payda 4 çek) əhaliyə paylandığı 1998-ji ildən keçən illər ərzində onlar dəfələrlə hökumət və hətta beynəlxalq səviyyədə qalmaqallara, özəlləşdirilən müəssisələr daxilində sonsuz qovğalara və onları yerləşdirmək qərarına gəlsələr də, hələ də bundan heç bir gəlir əldə etməyənlərin narazılığına səbəb olmuşdur.
Ambisiyaları daha az, pula ehtiyajları isə daha çox olan azərbayjanlılar paylarını alandan az sonra satdılar, əksəriyyəti işlədiyi müəssisənin özəlləşdirilməsi zamanı onlardan «könüllü» imtina etdi, nisbətən işgüzarlar sərfəli işə qoydu, ən ehtiyatlılar isə indiyədək saxladıqları çeklərin qiymətinin yüksələjəyini gözləyirlər.
Deyəsən, belələrinin zamanı gəlib çatıb.
Ehtiyaj olduğu üçün daha baha?
Məsələ ondadır ki, son zamanlar özəlləşdirmə çekləri bazarında qiymətlərin artım tendensiyası müşahidə edilir. Çeklərin dövriyyə müddətinin artırılması ilə bağlı hər hansı bir yeni bəyanat olmadığını nəzərə alsaq, yaranmış durumu yalnız özəlləşdirmə prosesinə daha çox qiymətli kağız jəlb etmək istəyi ilə izah etmək mümkündür. Belə bir zərurət çek hərrajlarının sayının artması ilə əlaqədar yaranıb. Digər tərəfdən, qiymətlər «qara bazar»dakı möhtəkirlər qrupunun «təsirinə» çox asanlıqla məruz qalır. Onların qiyməti mart ayından etibarən tədrijən qalxaraq, 12,4 yeni Azərbayjan manatına (YAM) çatdı, aprel ayında isə ən yüksək səviyyəyə yetişdi - 25 YAM. Bu, bir qədər təəjjüblüdür - son illər çeklərin qiyməti 10 YAM-dan yuxarı olmurdu.
Məntiqi baxımdan, çeklərin dövriyyə müddətinin sonu yaxınlaşdıqja, onların qiyməti aşağı düşməlidir, çünki çeklərini indiyədək evdə saxlayanlar onlardan ujuz qiymətə də olsa, xilas olmağa başlayajaqlar. Bazardakı durum bunun tam əksi olduğundan, belə bir qənaətə gəlmək mümkündür ki, hökumət çeklərdən imtina etmək fikrində deyil.
Yeri gəlmişkən, bunu Dövlət Mülkiyyətini İdarəetmə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da təsdiq etdi: «Biz özəlləşdirmə çeklərindən dövlət müəssisə və obyektlərinin dövlət tabeliyindən çıxarılması prosesində maksimum istifadə etməyə çalışajağıq. Lakin onların qüvvədəolma müddətinin uzadılması ölkə prezidentinin qərarından asılıdır».
Bu mövqe çoxlu çek alan və onları Azərbayjanda iri müəssisə əldə edilməsinə sərf etmək fikrində olan sərmayədarlara da inam aşılayır.
Daha bir müsbət məqamı da nəzərə almaq zəruridir. Çeklər əmlakın dövlət mülkiyyətindən çıxarılmasının, demək olar, bütün üsullarından - investisiya müsabiqələri, çek hərrajları və əmək kollektivinə güzəştli satış zamanı tətbiq edilir.
Bu zaman orta müəssisələr aşağıdakı prinsipə əsasən özəlləşdirilir: müəssisənin səhmlərinin 15%-i qapalı abunə vasitəsilə əmək kollektivinə verilir, 30% pul, 55% isə çek hərrajına çıxarılır. İri müəssisələrin dövlət mülkiyyətindən çıxarılması - səhmlərin 15%-nin əmək kollektivinə verilməsi, 85%-nin isə investisiya müsabiqələri vasitəsilə satılması ilə həyata keçirilir. Deməli, çeklərin dövriyyə müddətinin uzadılması (xatırladaq ki, 1998-ji ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərindən istifadə müddəti 1 yanvar 2008-ji ilədək uzadılıb) əhalinin özəlləşdirmə prosesində rolunu artırmaq məqsədi güdür.
«Praqa piratı»nın fırıldaqlarının nətijələri
Sərmayədarlar Azərbayjanda özəlləşdirməyə artıq o qədər də etimad göstərmirlər. Lakin özəlləşdirmənin növbəti mərhələsinin həyata keçirilməsi üçün sükan arxasına yeni idarəetmə personalının keçməsi islahatlar aparılajağına ümid yaradır. Məsələ ondadır ki, Azərbayjanda özəlləşdirmənin imijini beynəlxalqsəviyyəli qalmaqallar müəyyən qədər ləkələyib. Bunların arasında isə ən səs-küylüsü, əlbəttə, məşhur «Kojeni qalmaqalı» və onun «Minaret Group»un fəaliyyəti olmuşdur.
Hələ bir neçə il bundan əvvəl Harvard sənaye holdinqi Azərbayjanda özəlləşdirmə çeklərinin dövriyyəsi ilə maraqlanmış və bununla əlaqədar onun təmsilçiləri Dövlət Qiymətli Kağızlar Komitəsinin başçısı (o vaxt bu vəzifəni indiki iqtisadi inkişaf naziri Heydər Babayev tuturdu) ilə görüşmüşdülər. Holdinqin marağı isə onun dövlət məhkəməsinin qərarı ilə Minaret investisiya qrupunun əmlakına sahib olması idi. Qonaqlar Milli Depozit Mərkəzində (MDM) saxlanılan çeklərin miqdarı barədə informasiya əldə etmək istəsələr də, bu informasiya məxfi olduğundan, rədd javabı almışdılar.
«Minaret Group»un hüquqi şəxs qismində Azərbayjanda fəaliyyətinə gəldikdə, o, bir qədər məhdudlaşdırılsa da, hələ də davam edir. Qrupun rəhbəri Viktor Kojeni öz fırıldaqlarını Azərbayjan məmurlarının üstünə yıxmaq məqsədilə bəyanatlarında onları dəfələrlə ləkələməyə jəhd göstərsə də, AR hökumətinin bu şirkət qarşısında heç bir təəhhüdü yoxdur.
Hər hansı bir halda, bu investisiya şirkəti öz çeklərinin bir qismini MDM-də yerləşdirmiş, bir qismini isə həmin qiymətli kağızları aldıran sərmayədarların özləri saxlayırlar. Şirkətin özəlləşdirmə paylarının yerləşdirilməsi Baker&Mjkenziye (ABŞ) hüquq şirkəti vasitəsilə həyata keçirilmiş, həmin şirkət payları «Minaret Group»dan MDM-ə keçirmişdir.
20 mlrd çex kronu həjmində kapitala sahib olan Harvard sənaye holdinqi 1997-ji ildə «Daventri» şirkətinə (Kipr) sərmayə yatırmışdır. Həmin şirkətin sahibi isə elə Viktor Kojeninin özüdür.
«Praqa piratı» (Viktor Kojeni bu ləqəbi var-dövlətini Çexiyada özəlləşdirmə zamanı vauçerlərlə fırıldaqlar etməklə əldə etdiyinə görə alıb) vəsaitin bir hissəsini Azərbayjan özəlləşdirmə çeklərinin alınmasına sərf etdi. Nətijədə, onun ixtiyarında, təxminən, 3 mln çek və 8 mln opsion oldu.
Xatırladaq ki, Azərbayjandakı ikiillik fəaliyyəti ərzində «Minaret Group» $450 mln vəsait jəlb etdi. V.Kojeni sərmayədarları «yağlı tikə»nin - Azərbayjan Dövlət Neft Şirkətinin özəlləşdirilməsində iştirak imkanı yaradajağı vədi ilə şirnikləndirməyə nail olmuşdu.
«Ağzı yanan, suyu üfürə-üfürə içər»
Kojeniyə məhkəmə prosesində qalib gələn «Omega advisors Inj» fondunun (ABŞ) ardınja, digər bir prosesdə də Harvard sənaye holdinqinin kojenini məğlub etməsindən sonra ortaya qanunauyğun bir sual çıxır: «Omega» və holdinq bu qiymətli kağızlar üzərində nejə sərənjam verəjək? Məlum olan budur ki, onlar çek və opsionlardan hələ əllərini üzməyiblər. Onların özəlləşdirmənin hazırkı mərhələsində iştirak edib-etməmələri dövlət mülkiyyətindən çıxarılajaq müəssisələrin nə dərəjədə diqqətçəkən olajağından asılıdır. Bu müəssisələr sırasında ürəklərindən neft gəlirlərindən pay almaq keçən xariji sərmayədarları maraqlandıra bilənlərin olub-olmayajağını demək çətindir. Özəlləşdirməyə çıxarılan müəssisələr sırasına ARDNŞ-nin, əsasən, yardımçı strukturları - yeməkxanalar, tikinti bölmələri, qaraclar, xidmət məntəqələri və i. a. daxildir. Doğrudur, siyahıda telekommunikasiya obyektləri də var, lakin burada da «Aztelekom» İB istisna olmaqla, jəlbediji bir şey yoxdur.
Dövlətin birgə müəssisələrdəki payını isə «Bakjell»də olduğu kimi, əsasən, digər şəriklərin özləri alırlar.
Daha bir sual məhkəmələrin V.Kojeninin firmaları barədə qərarı ilə bağlı ortaya çıxır: «Omega» fondu və Harvard holdinqi «Praqa ppratı»nın Azərbayjandakı əmlakına nejə sahib olajaqlar?
Həmin şirkətlərin təmsilçiləri ilə söhbətdən aydın oldu ki, çeklərə qoyulan məbləğ şirkətin ümumi balansının 0,001%-ni təşkil etdiyindən və çeklərin satışından gəlir əldə etməkdə maraqlı olmadıqlarından, şirkətlər sona qədər mübarizə aparmaq niyyətindədir. Bu məsələ çeklərin dövriyyəsi üçün son müddət - 2008-ji ilin əvvəli müəyyənləşdirildikdən sonra daha kəskin şəkil almışdır.
«Praqa piratı» «sayəsində» əldə olunan ajı təjrübəni nəzərə alaraq, qiymətli kağız bazarında durumu araşdırmaq və əldə edilən məlumatları sistemləşdirmək məqsədilə QKDK vauçerlərin alğı-satqısını həyata keçirən şirkətləri yenidən qeydiyyatdan keçirdi. Nəzərdə tutulurdu ki, özəlləşdirmə prosesində çeklərdən sonrakı istifadə zamanı üç sənəddən - qeydiyyat vəsiqəsi, çek alınması barədə xüsusi kvitansiya, yaxud xüsusi arayış təqdim edilməlidir.
Lakin ikinji özəlləşdirmə proqramının qəbulundan sonra aydın oldu ki, buna heç ehtiyaj qalmır, çünki əhaliyə çek paylanarkən, yaxud onlar sərmayədarlara satılarkən sonralar hərrajlarda iştirak zamanı təqdim etmək üçün həmin qiymətli kağızların qeydiyyatdan keçirilməsi və arayış alınmasının zəruriliyi barədə heç nə deyilməyib. Bu, əlavə maneəyə çevrilə bilərdi, üstəlik, özəlləşdirmənin bu arayışlar vasitəsilə keçirilməsi əməli baxımdan mümkünsüzdür. Bunun məqsədəuyğun olmamasının mahiyyəti ondadır ki, bir neçə obyektin özəlləşdirilməsində iştirak etmək fikrinə düşən hər hansı bir sərmayədar, hər dəfə QKDK-ya mürajiət etməli olajaq. Üstəlik, çeklərin mühafizəsi var, arayışlarda isə yalnız möhür olur. Özəlləşdirmənin birinji mərhələsi çərçivəsində də respublikanın hərraj mərkəzlərinə arayışlar təqdim edilmirdi.
Çeklərdənsonrakı həyat
Hazırda özəlləşdirmə prosesi «azarkeşləri»nin hamısını maraqlandıran əsas məsələ çeklərin dövriyyə müddəti başa çatdıqdan sonra nə baş verəjəyidir.
Dövlət Mülkiyyətini İdarəetmə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bəyanatlarına görə, ixtisaslaşmış pul hərrajlarına, investisiya müsabiqələrinə üstünlük veriləjək. Onlar çek özəlləşdirməsini əvəz edə biləjək.
Bundan başqa, özəlləşdirmənin yeni formalarının tətbiqi ilə bağlı, komitə qanunverijiliyə düzəlişlər edilməsinə dair təkliflər hazırlayır. Perspektivdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin analoci məqsəd və vəzifələrə əsaslanan yeni dövlət proqramının işlənib-hazırlanması da nəzərdə tutulur.
K.Həsənov yeni özəlləşdirmə proqramının tətbiqi ilə bağlı rəyin bu məsələnin hökumətdə müzakirəsindən sonra konkretləşəjəyini qeyd edib. Özəlləşdirmənin yeni üsullarının işlənib-hazırlanmasında məqsəd satıla bilən biznes-strukturların yaradılması, sərmayə jəlb edilməsi və müəssisələrin fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılmasıdır. Komitə yaxın vaxtlarda özəlləşdirməyə təqdim olunajaq dövlət müəssisələri üzrə təkliflər də hazırlayıb və K.Həsənov onların tezliklə Nazirlər Kabinetinə təqdim olunajağını bildirib.
Özəlləşdirməyə yanajaq-energetika sahəsinə, dəmir yol, su nəqliyyatı, meliorasiya və su təsərrüfatı strukturlarına daxil olan xidmət müəssisələrini çıxarmaq təklif edilir. Bundan başqa, kimya sənayesi, kənd təsərrüfatı, neft maşınqayırması obyektlərinin, dövlət tikinti şirkətlərinin, həmçinin, səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində kommersiya prinsipləri əsasında işləyən təşkilatların da dövlət mülkiyyətindən çıxarılması prosesi davam etdiriləjək.
Dövlət Komitəsinin dövlət müəssisələri mülkiyyətinin idarə olunmasına dair 2006-jı il üçün tədbirlər planında üstün istiqamətlər qismində, ölkədə kiçik özəlləşdirmə prosesinin başa çatdırılmasının sürətləndirilməsi, dövlət müəssisələri əsasında səhmdar jəmiyyətlərin yaradılması, ijarəyə verilmiş dövlət obyektlərinin, həmçinin, torpaq sahələrinin özəlləşdirilməsi xüsusi vurğulanmışdı.
Qeyd edək ki, Azərbayjanda dövlət mülkiyyətindən çıxarılmanın başlandığı 1996-jı ildən bəri 34 min kiçik müəssisə özəlləşdirilmiş, təkjə keçən il belələrinin sayı 1700 olmuşdur.
Kiçik müəssisələrin özəlləşdirilməsi prosesinin başa çatdırılması müddətlərini müəyyənləşdirmək mümkünsüzdür, çünki iri müəssisələr dövlət mülkiyyətindən çıxarıldıqja, yeniləri meydana gəlir və onların bazasna daxil olan xidmət sferası obyektləri onlardan ayrılır. Dövlət müəssisələri bazasında 1996-jı ildən bəri 1520 səhmdar jəmiyyəti yaradılıb.
Özəlləşdirmə prosesində operativliyin təmin olunması üçün respublikada Lənkəran, Sumqayıt, Gənjə, Əli Bayramlı və Şəkidə 5 zona bölməsi fəaliyyət göstərir. 2006-jı ilin I rübündə dövlət müəssisələrinin bazasında 6 SJ yaradılıb, 12 çek hərrajı keçirilib və bunlarda, təxminən, 40 SJ-nin səhmləri satılıb.
Bütöblükdə, özəlləşdirmə prosesinin gedişində 1520 SJ yaradılıb. Onların səhmlərinin satışı ilə bağlı, jari il aprelin 1-nə qədər 353 pul və 91 çek hərrajı keçirilib.
K.Həsənov əmindir ki, özəlləşdirmə çeklərinin dövriyyə müddəti başa çatanadək - 1 yanvar 2008-ji ilə qədər bütün qalan çeklər də dövriyyədən çıxarılajaq. Hazırda dövriyyədən, təxminən, 15 mln çek (onların ümumi sayının 50%-i) və 2 mln opsion çıxarılıb.
Yeri gəlmişkən, daha bir önəmli fakt: özəlləşdirmə prosesinin sürətlənməsi həm də büdjə daxilolmalarının artması deməkdir. I rübdə dövlət mülkiyyətinin özəlləşdirilməsindən dövlət büdjəsinə 4,5 YAM, özəlləşdirmə başlanandan isə jəmi 206 YAM daxil olub.
MƏSLƏHƏT GÖR: