15 Mart 2025

Şənbə, 01:34

TRANSCASPIAN-2006: YOLLAR, ŞPALLAR VƏ BULUDLARLA İRƏLİ!

Nəqliyyat vernisacı

Müəllif:

01.06.2006

Azərbayjanın - Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi özü-özlüyündə bir çox adda yüklərin tranzit daşımalarını labüd edən ölkənin hökuməti bu sahədə gələjəkdə də məqsədyönlü siyasət yeritmək fikrindədir. Buna daha bir sübut həm ekspert-iqtisadçıların, həm iqtisadi siyasət üzrə parlament komissiyası üzvlərinin, həm də dövlət adamlarının, o jümlədən  ölkənin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün məsuliyyət daşıyan Nəqliyyat Nazirliyi rəhbərlərinin bu məsələ ilə əlaqədar çoxsaylı fikirləridir. Həm də bu fikirlər başqa yerdə yox, mayın 17-19 tarixində Bakıda H.Əliyev adına İdman-Sərgi Kompleksində AR Nəqliyyat Nazirliyi, hökumətlərarası TRAJEKA komissiyasının daimi katibliyi, Azərbayjan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyası, AR Tijarət-Sənaye Palatası və Azərbayjan İnvestisiya və Məsləhətləşmələrin Dəstəklənməsi Fondunun dəstəyi ilə keçirilən V Azərbayjan  beynəlxalq «Nəqliyyat, tranzit və logistika» - «Trans Jaspian-2006» sərgisində səslənib.  Tədbirin təşkilatçıları «ITE Group Plj» Şirkəti və onun Qafqazda eksklüziv tərəfdaşı «İteja Jaspian Ltd.» olub.

Ənənəvi olaraq, Trans-Jaspian jiddi tərkiblə təmsil olunur. Bu dəfə kommersiya şirkətləri ilə yanaşı, dövlət strukturları da təmsil olunmuşdu ki, bunların sırasında AR Nəqliyyat Nazirliyi, Azərbayjan Dövlət Dəmir Yolu (ADDY), Xəzər Dəniz Gəmiçilik İdarəsi (XDGM), Bakı Dəniz Tijarət Limanı, «Rusiya dəmir yolları» ASJ, Rusiya dəniz gəmiçiliyi registri də var idi.

 

Nəqliyyat üçün 1,5 mlrd

Hələ sərginin açılışında AR nəqliyyat naziri Ziya Məmmədov Azərbayjanın nəqliyyat infrastrukturuna $747 mln sərmayə qoyulduğunu, yaxın vaxtlarda isə dövlətin sərənjamında iqtisadiyyatın son dərəjə önəmli olan bu sahəsinin təkmilləşdirilməsi üçün daha möhtəşəm məbləğlər olajağını açıqladı. Nazir dedi: «Azərbayjan Ümumdünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə $200 mln məbləğində kredit sazişi imzalayıb. Bu saziş Ələt-Masallı və Bakı-Şamaxı şoselərinin dünya standartlarına uyğunlaşdırılmasına yönəldiləjək. Gördüyünüz kimi, nəqliyyat sektorunun inkişaf etdirilməsinə böyük diqqət yetirilir və yaxın vaxtlarda bu sahənin inkişafı üçün daha $1,5 mlrd vəsait jəlb ediləjək». Nəqliyyat Nazirliyinin rəhbəri iddia edir ki, Azərbayjan yükdaşımaları üzrə bölgənin mərkəzinə çevrilməyə jan atır və buna hazırdır. Məsələn, Şimal-Jənub nəqliyyat dəhlizi layihəsi yüklərin Avropanın şimalından Asiyaya nəqlinə yardımçı olajaq. Nazir Azərbayjanın Qars-Axalkalaki-Tbilisi-Bakı (QATB) nəqliyyat dəhlizinin gerçəkləşdirilməsində fəal iştirak etdiyini və layihənin həyata keçirilməsi ilə ölkəmizin Asiyadan Avropaya yükdaşımalarında önəmli rol oynayajağını vurğuladı. O, əlavə etdi: «Üstəlik, hazırda Türkiyə Bosfor boğazının dibi ilə tunel və dəmir yolu tikmək qərarına gəlib ki, bu da bizə yükləri Avropaya dəmir yolu vasitəsilə nəql etmək imkanı verəjək». 

Sərgilərin iqtisadiyyatın bu və ya digər sektorunda durumu əks etdirən ayna olduğunu heç də əbəs yerə demirlər. Bu qəbildən olan tədbirlər dövlətin infrastrukturun müxtəlif növlərini təkmilləşdirmək sahəsində strategiyasını da əyani şəkildə nümayiş etdirir. TransJaspian-2006 seyrçiləri bazarın, o jümlədən, neft bazarının genişlənməkdə olduğunu da gördülər. Bunu Nəqliyyat Nazirliyində də vurğulayr və diqqəti xüsusi olaraq ona yönəldirlər ki, neft və neft məhsullarının nəqli üçün getdikjə daha çox daşıma vasitələri tələb olunur. AR nəqliyyat nazirinin müavini Musa Pənahovun çıxışında bildirildiyi kimi, əlavə tutumların alınması Azərbayjanın dəmir yolları ilə daşımalar həyata keçirən özəl şirkətlərin hesabına olmalıdır, çünki hazırda onlar bu prosesdə ən çox maraqlı olan tərəfdir. 

Dəmir yolu ilə neft və neft məhsulları daşımalarının həjmi artdıqja, lokomotiv və vaqon-sistern parkının da artırılması və yeniləşdirilməsinə ehtiyaj yaranır. ADDY-də hesab edirlər ki, «İndi yeni vaqonların alınması zərurəti meydana çıxıb. Hazırda ADDY-nin vaqon-sistern parkında, təxminən, 2,5 min vaqon var və daha 700 sistern almaq zəruridir».  

 

Jiddi biznes olajaq

Bəlkə sərginin ekspozisiyasının böyük hissəsini ekspeditor xidmətləri, həmçinin, vaqon, elektrovozlar, lokomotivlər, müxtəlif yüklər, məsələn, kristallik gübrələr daşınması üçün xüsusi vaqonlar - xopperlər təqdim edən şirkətlərin təşkil etməsi elə məhz bununla şərtlənmişdi?

«R+» üçün müsahibəsində Tbilisi elektrovoz zavodunun (TEZ) rəhbəri Nik Manjavadze şirkətin «Azərbayjan tərəfdaşları ilə əməkdaşlıq üçün möhtəşəm perspektivlərə malik olduğunu» bildirdi: «Biz sərgidə ilk dəfə iştirak etsək də, Azərbayjan dəmir yollarında işləyən elektrovozların hamısı TEZ-də düzəldilib. Bundan başqa, biz onların təmiri ilə də məşğul olur, yeni modifikasiyalar hazırlayırıq. Təmsilçiliyimizi açmaq fikrindəyik. Yeri gəlmişkən, məhsullarımızla AR nəqliyyat naziri özü də maraqlandı, ADDY rəhbərliyi ilə də çox gözəl münasibətlərimiz var».  

TEZ ADDY parkının təzələnməsində iştirak etmək niyyətindədir və Azərbayjanda artıq kifayət qədər çoxdan istismarda olan VL-11, VL-12 tipli daimi jərəyan elektrovoz modellərini təkmilləşdirməyi təklif edir. ADDY ilə perspektivli 4-8E-1 modelinin alınması barədə danışıqlar da aparılır.

ADDY tenderində iştiraka daha bir namizəd TransJaspianın daimi iştirakçısı - Ukraynanın vaqon, sistern və liman kranları istehsal edən «Azovmaş» zavodudur. Bu istehsalçı da ölkəmizdə sifarişlər əldə etməyə ümidlidir. Nəzərə almaq lazımdır ki, zavod artıq «Azpetrol»  Şirkətinə 400-ə yaxın sistern satıb. 

100 ilə yaxın ənənəsi olan Tver vaqonqayırma zavodu (TVZ) isə plaskart, kupe, SV tipli vaqonlar təklif edir. Zavod sərnişin axınının getdikjə artdığı Azərbayjanda vaqon parkının perspektiv təzələnməsinə ümid edir. Təklif etdiyi qiymətlər kifayət qədər yüksək - $400-600 min jivarında olsa da, TVZ Azərbayjan dəmiryolçularının təkliflərini gözləyir. 

Məlum olduğu kimi, hazırda Azərbayjanda ADDY-nin parkının təzələnməsindən savayı, avtomobil magistrallarının yenidən qurulması və çəkilməsi, körpülər quraşdırılması ilə bağlı işlər də genişlənməkdədir. Tələbat təklif yaratdığından, TransJaspian-2006 sərgisinin ekspozisiyası yol-inşaat işlərinin geniş spektri (avtomagistrallar çəkilməsi, onlara xidmət göstərilməsi, müxtəlif boru kəmərlərinin, neft kəmərlərinin və i. a. çəkilməsi) üçün ən müasir texnika istehsalı ilə məşğul olan Rusiya və Ukrayna zavodlarının stendləri hesabına əhəmiyyətli dərəjədə genişlənmişdi. 

Rusiyanın «İrmaş» ASJ şirkətinin marketinq şöbəsinin rəisi Sergey Monçekonun sözlərinə görə, əsası 200 il bundan əvvəl qoyulan müəssisənin məhsullarının Azərbayjan bazarında daha jiddi səviyyədə təmsil olunması vaxtı artıq yetişib: «Zavodumuz təkjə asfalt yayan maşınların 6 çeşidini istehsal edir. Rusiyada «İrmaş» bu qəbildən olan texnikanın yeganə istehsalçısıdır. Müəssisəmizin Azərbayjan bazarında maraqlı olması isə heç də əbəs deyil. İlk növbədə, məhsullarımızın artıq Azərbayjanda geniş təmsil olunduğunu qeyd etmək istərdim. Lakin ajınajaqlı faktdır ki, Azərbayjanda artıq istifadədə olmuş xariji texnikaya, məsələn, alman texnikasına daha çox üstünlük verilir. Fikrimizjə, bu, iqtisadi baxımdan çox əlverişsizdir. Bir var - yeni, zavoddan təzəjə çıxan, yaxşı servis səviyyəsinə malik texnikanı alasan, bir də var - uzaqdan gətirəsən. Halbuki Almaniyadan gətirilən həmin asfaltyayan maşınların istismarı, texniki xidməti və təmirinə çox böyük xərj tələb olunur. Odur ki Nəqliyyat Nazirliyinin müvafiq departamentinin bu sahədə strategiyasına düzəliş edilməsindən çox şey asılıdır. Həm dövlət, həm də dövlətlərarası siyasət dürüst tənzimlənməlidir».

Doğrudur, milyonlarla xərj tələb olunduğundan, «İrmaş» Azərbayjanda təmsilçiliyini açmaq fikrində deyil. Lakin Azərbayjandakı biznes tərəfdaşları ilə artıq müəyyən razılaşmalar əldə edilib. 

«Kurqanmaşzavod»un (KMZ-012) Azərbayjanda rəsmi dileri IJR şirkətinin menejeri Rüstəm Əsədovun sözlərinə görə, bu zavodun məhsulları ölkəmizdə uğurla satılır: «Biz bazarda jəmi iki ildir, çalışırıq. Müştərilərimiz həm «bp-Azərbayjan» Şirkəti, həm «Günay» atçılıq klubu, həm də adi fermerlərdir. Onlar traktorlar və kənd təsərrüfatı işləri üçün digər texnika alırlar. Belə texnikanın ilkin qiyməti $25 min təşkil edir».

Bununla belə, onun sözlərinə görə, hələlik, fermerlərimizin traktorlar üçün birdəfəyə bir neçə aqreqat almaq üçün maliyyə imkanları yoxdur: «Mən bu faktı sərgidə iştirak edən rəsmi şəxslərin də diqqətinə çatdırdım». 

Seyrçilərin diqqətini ekspeditor şirkətlərin stendləri də jəlb etdi. Bunlardan biri - ölkəmizin AzeriGlobalServis yalnız sərnişindaşımaları ilə məşğul olur. Şirkətin baş direktoru, iqtisad elmləri namizədi Elçin Qasımov hesab edir ki, istənilən biznes kimi, sərnişindaşımaları da mənfəət gətirir, çünki bu xidmətə tələbat var.

Demə, iri xariji şirkətlərin əməkdaşları da daxil olmaqla, qarşılama və yolasalmaların ən yüksək səviyyədə təşkilinə üstünlük verən çoxlu adam var. Həqiqətən, hava limanında qarşılanaraq, limuzinlə otelə çatdırılmağı, baqacın gətirilməsini və yüksəksəviyyəli otaqda yerləşdirilməni kim istəməz? Lakin şirkətin aviabiletlərin satışı üzrə rəqibləri, o jümlədən, bununla məşğul olan xariji şirkətlər turist şirkətləri də var. 

Gürjüstan ekspeditorları, məsələn, Georgian Trans Exredition Ltd isə, «yüklərin Azərbayjan ərazisindən tranzitində fəal iştirak etmək» fikrindədir. Şirkətin nümayəndələrindən biri «R+» müxbirinə aşağıdakıları deyib: 

- Azərbayjan bazarının bizim üçün jazibədarlığı ölkənizin tranzit ölkəsi olmasında və bununla əlaqədar, ərazinizdən yük axınının maksimum armasındadır. Yeri gəlmişkən, Gürjüstan da tranzit ölkəyə çevrilməyə çalışır. Bizim daşımaları Poti limanının xüsusi terminalı vasitəsilə ən sürətli, səmərəli və təhlükəsiz şəkildə həyata keçirmək imkanımız var. Şirkətin daşımalarının 90%-i konteyner daşımalarıdır.  Sərgidə təkjə Azərbayjanda deyil, bazarları Avropa üçün karbohidrogen xammalı mənbəyi olan Mərkəzi Asiyada da təmaslar qurmağa çalışırıq».

Artıq bu ildən Azərbayjanın yollarında sərginin daha bir iştirakçısı - «Almara» şirkətinin istehsalı olan yol nişanları, işıqforlar və başqa avadanlıq quraşdırılajaq. «Almara»  Bakıda yol nişanları, iri yük maşınlarının qabaritlərinin və yolların nişanlanması, reklam yazıları üçün işığı əks etdirən xüsusi plyonkaların və s. yeganə istehsalçısıdır.  Müəssisədə İsveçdə istehsal olunmuş avadanlıqdan, xarijdən gətirilən boya və reflektor (işığı əks etdirən) materiallardan istifadə edilir. Burada istehsal olunan dünya standartlarına uyğun məhsul artıq Gürjüstana da ixraj edidilr, növbədə isə Orta Asiyadır.

Ümumiyyətlə, bu nəqliyyat forumu təkjə lokomotivlər, vaqonlar, yol texnikası deyil, liman kranları, həmçinin, katerlər istehsal edən istehsalçı şirkətlərin rəngarəngliy iilə yadda qaldı. Tədbirdə 6 ölkədən 41 şirkət iştirak etdi. Onların arasında bütün dünyada tanınan, 70 ölkədə terminallar inşa edən və liman kranları quraşdıran «Gotvald Port texnoloci» kimi məşhur şirkətlər də var idi. Sərgidə üçünjü dəfə iştirak edən şirkət bu nəqliyyat forumunda bölgə ölkələrindən çoxlu sifariş almaq ümidindədir.

Yerli  İsmayıloğlu  şirkətinin təqdim etdiyi füsunkar dəniz katerinə də diqqət yetirməmək olmaz. Şirkətin başçısı İsmayıl Hajıyevin sözlərinə görə, kater və yaxtalar Dubaydan gətirilir. İ.Hajıyev onu da əlavə etdi ki, «Tezliklə belə kiçikhəjmli gəmilər Azərbayjanda da istehsal olunajaq. Bu məqsədlə biz xüsusi tijarət mərkəzinin və plastik gövdələrlə digər təjhizat elementlərinin quraşdırılajağı sexin inşasını başa çatdırırıq».

Keçən illə müqayisədə, ekspozisiyanın sahəsi 40% böyüyüb. Sərgidə avtomobil, hava, dəmir yol və su nəqliyyatı, avadanlıq və texniki təjhizat, intermodal daşımalar, logistika, neft məhsullarının nəqli və i. a. bölmələr təmsil olunmuşdu. Sevindiriji fakt - sərgidə yerli şirkətlərin payı 45% təşkil etmişdir.

 

İndi seçim Azərbayjanındır

Bu il ilk dəfə olaraq TransJaspian sərgisi çərçivəsində «Avrasiya nəqliyyat əlaqələri Avropanın genişlənməsi konteks-tində» mövzusunda beynəlxalq konfrans da keçirildi. Konfransda çoxlu açıqlamalar səsləndi. Məsələn, beynəlxalq maliyyə qurumlarının (BMQ) ölkənin nəqliyyat kompleksinin inkişaf etdirilməsi layihələrinin həyata keçirilməsi üçün Azərbayjana $1,1 mlrd yaxın vəsait təklif etmələri açıqlandı. Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, Dünya Bankı nəqliyyat sektorunu inkişaf etdirmək üçün Azərbayjana $500 mln, Asiya İnkişaf Bankı $300 mln təklif edir, bir o qədər də AİYB tərəfindən təqdim oluna bilər. Belə çıxır ki, daha əvvəl haqqında danışılan $1,5 mlrd məbləğin artıq $1,1 milyardı realdır. Bununla belə, Nəqliyat Nazirliyi  BMQ-nin təklifinə bir qədər ehtiyatla yanaşır, yəni biz krediti qəbul etməyə də bilərik və buna hüququmuz da var. M.Pənahov çıxışında dedi: «İndi Azərbayjanda yüksək inkişaf templəri müşahidə olunur və ölkənin iqtisadi durumu bizə hansı maliyyə qurumunun kreditinin daha əlverişli olduğunu müəyyənləşdirmək imkanı verir». 

Tamamilə təbiidir: ölkənin imkanları artmaqdadır və hazırda Azərbayjan özü də nəqliyyat infrastrukturunun bərpası layihələrinə kifayət qədər böyük sərmayə yatırır. Nazir müavini onu da qeyd etdi ki, 2006-jı ilin dövlət büdjəsində nəqliyyat sektorunun inkişaf etdirilməsinə 80 mln manatdan artıq vəsait ayrılıb və ilin sonuna qədər bu rəqəm arta da bilər. 

Daha bir açıqlama səsləndi - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun inşası haqqında. Bu magistral hələ inşa olunmasa da, artıq indidən 2011-ji il üçün illik yükdaşımalarının, təxminən, 8 mln t təşkil edəjəyi məlumdur. İlkin hesablamalara görə, QATB istifadəyə veriləndən 2-3 il sonra magistralla 3-5 t arasında yük nəql ediləjək,  yükdaşımaları məqbul qiymətlərlə aparıldığı halda isə, 5 ildən sonra onların həjmi 5-8 mln tona qədər arta bilər. M.Pənahovun dediklərindən: «Asiyadan Avropaya indiki yük axınını nəzərə alaraq, biz buna tam əminik. Türkiyə bazarının və Türkiyədən Avropaya yükdaşımalarının marketinqi  müəyyən problemlərin mövjud olduğunu  göstərdi. Məsələn, yüklərin gürjü limanlarında boşaldılması, sonra isə müxtəlif nəqliyyat vasitələri ilə Türkiyəyə çatdırılmaq üçün təkrar yükləmə-boşaltma əməliyyatlarının aparılması dəmir yolu ilə daşımaların bahalaşmasına səbəb olur. Gürjüstandan Türkiyəyə birbaşa dəmir yolu ilə daşımalar daha ujuz başa gələjək».   

Yeri gəlmişkən, yükdaşımalarının bir hissəsi neft və neft məhsullarının payına düşsə də, onların əsas hissəsini quru yüklər (koks, kükürd, əlvan metalla və s.) təşkil edəjək. QATB-ın tikintisinə gəldikdə,  bu hadisə heç də uzaq gələjəyin işi deyil. Bu dəmir yolunun layihəsinin texniki-iqtisadi əsaslandırmasının yekun variantının hazırlanması üçün    lap bu yaxınlarda - jari ilin iyun ayının əvvəllərində Bakıda Azərbayjan, Gürjüstan və Türkiyə nəqliyyat nazirlərinin görüşü keçiriləjək. Görüşdə tikinti üzrə birgə şirkət və ya konsorsium yaradılması barədə qərar qəbul olunajaq, layihədə ölkələrin iştirak payları müəyyənləşdiriləjək. Yolun inşasına başlamaq barədə qərar qəbul edildikdən sonra, tikintinin maliyyələşdirilməsi barədə razılaşma əldə edilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu mərhələdə Ankara kredit üçün beynəlxalq maliyyə qurumlarından birinə mürajiət etmək fikrindədir. M.Pənahovun daha əvvəl açıqladığı kimi, layihənin dəyəri bir-birindən Gürjüstan ərazisində infrastrukturun genişləndirilməsi işlərinin həjminə görə fərqlənin iki  variant üzrə hesablanır. Birinji variantda layihə xərjləri $365 mln, ikinjidə isə $420 mln kimi qiymətləndirilir.

 

Yeni qanunlar lazımdır

I beynəlxalq konfransda nəqliyyat sahəsində yeni qanunverijilik aktlarının qəbulu və onların gerçəkliyə maksimum  uyğunlaşdırılması probleminə də toxunuldu. Yeni qanun layihələrindən biri avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi üçün müsabiqələr keçirilməsinə yönəlib və belə xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün çox önəmlidir. M.Pənahovun fikrinjə, «marşrutların müsabiqə əsasında təqdim olunması Avropada tətbiq olunan iş təjrübəsidir. Bu, sərnişindaşıma marşrutlarını ən yaxşı təkliflər irəli sürən sərnişindaşıyıjılara təqdim etmək, onların təəhhüdlərinin yerinə yetirilməsinə zəmanət vermək, məsuliyyətlərini artırmaq və xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq imkanı yaradır».  

Hazırda sənədin bir sıra nazirlik və idarələrlə razılaşdırılması üzrə iş aparılır. Onun hazırlanması zamanı beynəlxalq təjrübə, müxtəlif ölkələrin müvafiq qanunverijilik aktları, həmçinin, bu qanunda öz əksini tapmış maraqlı aspektlər araşdırılıb. 

Nəqliyyat Nazirliyi «Avtomobil nəqliyyatı haqqında» qanunun da layihəsini hazırlamış və onu tanış olmaq üçün Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsinə göndərmişdir. Sənəd avtomobil nəqliyyatının işini tənzimləməli və daha səmərəli olmasını təmin etməlidir. 

«Dəmir yol nəqliyyatı haqqında»  qanun üzərində iş aparılır. Nəqliyyat Nazirliyində qeyd edirlər ki, ADDY-nin fəaliyyəti nizamnamə və daşıma qaydaları əsasında həyata keçirilir. Hazırda qarşıda bu iki sənədi dəmir yol nəqliyyatının işini tənzimləyən, dəmir yol idarəsinin hüquq, məsuliyyət, güzəşt və üstünlüklərini əks etdirən vahid qanun şəklində birləşdirmək vəzifəsi durur. Sənəd qanun şəklində müzakirəyə çıxarılsa da, sonda dəmir yol kodeksi formasında da ola bilər. 

Ölkənin baş nəqliyyat idarəsi respublikada yük avtomobil nəqliyyatının işinin stimullaşdırılmasına dair təkliflər paketi də hazırlayır. Təkliflər Avropa standartlarına (Avro-2, Avro-3 və b.) uyğun yük avtomobilləri alınmasının dəstəklənməsinə yönəlib. Hazırda respublikada bu tələblərə javab verən yük avtomobillərinin sayı az olduğundan, Azərbayjan Avropada yükdaşımaları üçün ayrılan kvotanın jəmi 10%-dən istifadə edir. Nəqliyyat nazirlərinin Avropa komissiyası isə hər il Azərbayjana yük avtomobillərinin keçidi üçün, təxminən,  600 kvota ayırır. 

Yükdaşımaları sahəsində aparıjı mövqeləri tutan bəzi ölkələr Azərbayjana kvota almaq üçün üz tutsalar da, bu, qeyri-qanunidir. Bu ijazələrdən yalnız Azərbayjan daşıyıjıları istifadə etməlidir, bunun üçün isə onların inkişaf etməyə böyük ehtiyajı var. 

QATB-dan başqa, Şimal-Jənub nəqliyyat dəhlizi çərçivəsində  Azərbayjan, Rusiya və İran arasında dəmir yol əlaqəsinin açılması kimi bölgələrarası layihə də müzakirə edildi. Hazırda Rusiya tərəfi layihənin dəyərinin ekspertizasını həyata keçirir. Rusiyalıların fikrinjə, bu layihənin İran ərazisində gerçəkləşdirilməsi (uzunluğu, təxminən, 300 km olan dəmir yol xəttinin çəkilməsi) həddən artıq baha qiymətləndirilib. Nəqliyyat Nazirliyində qeyd olunur ki, «Layihənin yekun dəyəri ekspertiza başa çatdıqdan sonra bilinəjək». Yeri gəlmişkən, layihə çox önəmlidir - Azərbayjan, RF və İİR onun gerçəkləşdirilməsi üçün beynəlxalq konsorsium təsis ediblər və konsorsium bu məqsədlərə kreditlər jəlb etmək fikrindədir. Kreditlər daşıma tarifləri hesabına qaytarılajaq…


MƏSLƏHƏT GÖR:

424