
«BALKAN HƏMLƏSİ»
Çernoqoriyanın qələbəsi, əslində, kimə sərfəlidir?
Müəllif: T.YEMŞAN Bakı
Balkan yarımadasının siyasi xəritəsi yenə də dəyişir. Vaxtilə vahid Yuqoslaviyanın parçalanması başa çatdı: mayın 21-də keçirilən referendumda Çernoqoriyanın müstəqilliyinin tərəfdarları qalib gəldilər. Doğrudur, onların üstünlüyü minimal oldu - Çernoqoriyanın müstəqillik qazanması üçün zəruri olan 55%-lik sədd jüzi üstünlüklə dəf edildi - bəzi məlumatlara görə, lehinə 55,3%, digər mənbələrə görə isə 55,5% səs verilib. Vətəndaşların 43,7%-i birliyin saxlanılmasına tərəfdar olub. Bu isə o deməkdir ki, artıq iyul ayında dünyanın siyasi xəritəsində yeni dövlət meydana çıxa bilər: Çernoqoriyanın Yuqoslaviyanın tərkibindən çıxmasının tərəfdarı olan Baş naziri Milo Jukanoviç aşağıdakı bəyanatla çıxış edib: «Sakinlərin əksəriyyətinin qərarı ilə Çernoqoriyanın müstəqilliyi bərpa olunub».
Müstəqillik tərəfdarları qələbəni rəsmi nətijələrin açıqlanmasını gözləmədən atəşfəşanlıqla, yeni dövlətin üzərində qırmızı fonda qızılı qartal təsvir olunmuş bayraqları ilə küçələrə çıxmaqla bayram etməyə başladılar.
Referendumun nətijələrinin açıqlandğı ilk saatlarda hamının diqqəti serb yunionçularına yönəlmişdi. Onların lideri - Çernoqoriya Sosialist Xalq Partiyasının sədri Predraq Bulatoviç məğlubiyyətlə barışmaqdan imtina edir, Jukanoviçin referendumun nətijələri barədə məlumatının hələ rəsmi informasiya olmadığını bildirir, səslərin yenidən sayılmasını tələb edirdi və i. a.
Jəmi 650 min əhalisi olan kiçik Çernoqoriyanın Yuqoslaviyadan ayrılması Serbiya üçün əsl fəlakətdir. Məsələ heç də keçmiş Yuqoslaviya xalqları arasında çernoqoriyalıların serblərə ən yaxın xalq olmasında deyil; daha önəmli olanı Çernoqoriya ilə birlikdə, Belqradın dənizə yeganə çıxışını da itirməsindədir.
Əslində, Çernoqoriyanın «müstəqilliyə doğru sıçrayış»ı gözlənilən idi. Sözün düzü, Serbiya kifayət qədər təhlükəli tərəfdaşdır və Podqoritsenin buna əmin olmaq üçün istənilən qədər faktı var idi.
Slobodan Miloşeviçin rəhbərlik etdiyi Belqrad millətçiləri Xorvatiya, Sloveniya, Bosniya və Herseqovinaya qarşı müharibəyə başlayırlar - sanksiyalar Çernoqoriyaya zərbə vurur. Kosovo savaşı zamanı bombardmançı təyyarələr və raketlər Çernoqoriya səmasında jövlan edir. «Məxməri inqilab» və «Balkan qəssabı» Slobodan Miloşeviçin reciminin süqutu durumun dəyişəjəyinə ümid etməyə imkan versə də, Serbiyada Radko Mladiçi, Bosniyadakı etnik «təmizləmələr»in fəal iştirakçılarından birini heç vəjhlə tutmaq istəməmələri, Avropa İttifaqına qəbulun isə serblərlə yanaşı, çernoqoriyalılar üçün də təxirə salınması Podqoritsenin səbir kasasını, görünür, tamamilə daşdırdı. Bura Belqradın öz tərəfdaşlarına hörmətlə yanaşa bilməməsini, bəlkə də bunu heç istəməməsini də əlavə etsək, hər şey aydın olar.
Tale elə gətirdi ki, Çernoqoriya ittifaqla müstəqillik arasında seçim etdiyi vaxt Afinada Avrovicn mahnı müsabiqəsi keçirilirdi. Buna qədər vahid namizədlə çıxış edən Serbiya və Çernoqoriyanı bu müsabiqədə heç kim təmsil etmirdi. Avrovicndə ölkəni Çernoqoriyanın milli müsabiqədə qalib gələn No Name qrupu təmsil etməli olsa da, musiqiçilər Belqradda çıxış edərkən qaliblərə boş şüşələr atılır, tribunalardan fit səsləri və narazı bağırtılar eşidilirdi. Bunun müqabilində musiqiçilər, sadəjə, səhnəni tərk etdilər, Serbiya və Çernoqoriyadan isə müsabiqəyə heç kim getmədi. Bu fitlərin «əks-sədası» isə sırf siyasi səjiyyəli oldu.
İndi artıq aydındır ki, Belqrad sələflərinin səhvlərini təkrarlayaraq, hər vəjhlə Çernoqoriyanın vahid Yuqoslaviyanın tərkibindən çıxmasının qarşısını almağa çalışmayajaq. Serbiya Prezidenti Boris Tadiç ölkəsinin Çernoqoriyada müstəqilliklə bağlı keçirilən referendumun nətijələrini tanıdığını bəyan edib. Keçirdiyi mətbuat konfransında o deyib: «Mən referendumun keçirilməsi üzrə komissiyanın açıqladığı ilkin nətijələri qəbul edirəm». Bu, bazar günü keçirilən referenduma Serbiyanın ilk reaksiyası oldu.
Çernoqoriyanın müstəqilliyə keçidinin nə dərəjədə rahat olajağı keçmiş ittifaqın sərənjamında olan ortaq əmlakın yenidən bölüşdürülməsindən birbaşa asılı olajaq. İkinjisi, Belqradın referendumun nətijələrini sakit qarşılaması Çernoqoriyadakı müstəqillik əleyhdarlarını da sakitləşdirə, onları etiraz əlaməti olaraq küçələrə çıxmaqdan çəkindirə bilər. Belqradla Podqoritse arasında razılaşmaya görə, Serbiya iki dövlətin ittifaqının hüquqi varisi olajaq, Çernoqoriya isə BMT və digər beynəlxalq təşkilatlara üzv olmaq üçün mürajiət edəjək. Bundan əlavə, Serbiya gələjək statusu bu ilin sonunadək müəyyənləşdirilməyəjək Kosovoya rəsmən iddialı olajaq. Hazırda həmin əyalət BMT-nin idarəsi altındadır.
Referendumun ilkin nətijələrindən xəbər tutan Serbiyanın Baş naziri Voislav Koştunitsa da «Serbiyanın referendumun nətijəsinə hörmətlə yanaşdığını» bildirdi.
Eyni zamanda, Serbiya və Çernoqoriyanın Belovejskaya Puşadan sonra Qorbaçovun düşdüyü duruma düşən prezidenti Svetozar Maroviç artıq mövjud olmayan birliyin prezidenti və Nazirlər Sovetinin sədri vəzifələrindən istefa vermək niyyətində olduğunu açıqladı. Bununla yanaşı, o, Nazirlər Sovetinin son ijlasını keçirərək, Serbiya və Çernoqoriya hökumətlərinin hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi haqqında son razılığa gəlməsinə qədər hər bir nazirliyin fəaliyyət göstərməsi qaydasını müəyyənləşdirməyi planlaşdırır. Svetozar Maroviç onu da vurğuladı ki, Çernoqoriyanın müstəqilliyi tərəfdarlarının qələbəsi ilə o özünün Serbiya və Çernoqoriya prezidenti missiyasını «başa çatmış» sayır. Prezident «referendumu dinj və konstruktiv şəraitdə keçirən Çernoqoriya sakinlərinin siyasi yetkinliyi və demokratiya ideyalarına sadiqliyi ilə fəxr etdiyini» də açıqladı.
Lakin ən maraqlısı bundan sonra başladı. Çernoqoriyanın müstəqillik qazanılması ilə nətijələnən referendumunu… Dnestryanı bayram kimi qeyd edir. Bunu tanınmamış Dnestryanı Respublika «XİN»in Moskvada «Azlıqların üsyanı: Kosovo, Moldova, Ukrayna, Gürjüstan, Kürdüstan» toplusunun işıq üzü görməsi ilə bağlı keçirilən «dəyirmi masa»da çıxış edən başçısı Valeri Liskay bəyan etmişdir: «Bu gün bizim üçün, müəyyən dərəjədə, bayramdır - çernoqoriyalılar müstəqilliyə səs veriblər». Onun sözlərinə görə, keçmiş SSRİ ərazisindəki bütün tanınmayan «respublikalar»ın «XİN başçıları» Çernoqoriyadakı referendumun nətijələrindən razı qaldıqlarını bildiriblər. Doğrudur, ardınja Liskay ürəyindəkiləri də açıqlayıb: «Bir tərəfdən, rusiyapərəst bölgənin təmsilçiləri olduğumuz üçün biz serblərə azarkeşlik edirdik. Lakin hüquqi aspektdən danışılarsa, bütün varlığımızla müstəqillik istəklərini ardıjıllıqla məntiqi sonluğa çatdıran çernoqoriyalıların tərəfindəyik».
Öz növbəsində, Dnestryanı ijtimai təşkilatların Antiblokada Şurasının başçısı, Moldovanlar İttifaqının sədri Valerian Tulqara da qondarma respublikanın Çernoqoriyadan nümunə götürməli olduğunu bildirmişdir: «Dnestryanı Rusiyanın himayəsi altında analoci referendum keçirmək niyyətində olduğunu dəqiq bildirməli, Rusiya isə onun nətijələrini tanıyajağını bəyan etməlidir. Rusiya ABŞ kimi hərəkət etməlidir: əgər mənafe varsa, o müdafiə edilir».
Qondarma «Abxaziya Respublikası»nın «prezidenti» Sergey Baqapş da Çernoqoriyanın Serbiya ilə ittifaqdan «sivil yolla» çıxmasını alqışlayaraq, indi növbənin Abxaziya və Jənubi Osetiyaya yetişdiyini bəyan etmişdir: «Referendum keçirildi və Çernoqoriya müstəqillik əldə etdi. Öz müqəddəratını təyinetmənin belə sivil yolunu yalnız alqışlamaq olar. Xalqların öz müqəddəratlarını təyin etmələri prosesinin davam etdiyi indiki dövrdə Abxaziya və Jənubi Osetiya da müstəqillik əldə etməlidir». «Abxaziyanın müstəqilliyə doğru irəliləməsini heç vəjhlə Balkanlardakı durumla əlaqələndirmək istəmədiyini» qeyd edən Baqapş onu da vurğuladı ki, «Abxaziya bu məsələni Çernoqoriya, yaxud Kosovodan çox əvvəl qaldırıb. Lakin artıq presedent var və beynəlxalq birlik bunu nəzərə almalıdır».
Əslində, məlum olduğu kimi, «presedent axtarışı sindromu» tanınmamış «dövlətlər»in siyasi elitası təmsilçiləri üçün son dərəjə səjiyyəvidir: beynəlxalq arenada tanınma əlçatmaz xülya olaraq qalır, mövjudluğun hüquqi zəmanətləri barədə düşünməyə dəyməz, üstəlik, bir yandan vətəndaşlar da qeyri-hüquqi məkanda hələ nə qədər qalmalı olajaqları barədə kifayət qədər yöndəmsiz suallar verməyə başlayırlar. Belə bir durumda siyasətçilər dünya xəbərlərində «optimizm bəxş edə bilən» istənilən, hətta kiçijik də olsa, bir informasiya axtarmaq məjburiyyəti ilə üzləşirlər.
Lakin duruma hətta ötəri bir baxış da Çernoqoriyanın Dnestryanı, Abxaziya və Jənubi Osetiya üçün örnək olmağa yaramadığını anlamaq üçün kifayətdir. Çernoqoriyadakı referendum SSRİ, Çexoslovakiya və Yuqoslaviyanın da aid olduğu «sosialist federasiyalar»ın parçalanması sırasında sonunju və heç də ən dramatik olmayan epizoddur. Həmin ölkələrdə respublikaların ittifaqı tərk etmək barədə de-yure hüquqları təsbit olunmuşdu. Bu başqa məsələdir ki, həmin hüquqdan real şəkildə istifadə etmək son dərəjə çətin, hətta mümkünsüz idi. Odur ki Çernoqoriyadakı referendum Belovecsk puşasının, Azərbayjanda o vaxt qadağa altında olan, indi isə rəsmi dövlət simvolumuz üçrəngli bayraq altındakı mitinqlərin və Baltikyanı respublikalarda «nəğməli inqilablar»ın davamıdır. Məhz bu səbəbdən Çernoqoriya heç bir əziyyət çəkmədən öz referendumuna ATƏT ekspertlərini çağırmağa nail oldu (tamamilə aydın səbəblərə görə, indiyədək buna heç bir qondarma «respublika» nail ola bilməyib), Belqrada isə onun ittifaqdan çıxmaq hüququnu heç bir müqavimət göstərmədən tanıdılar. Halbuki orada Kosovoya münasibətdə çox sərt mövqe var.
Üstəlik, artıq adı çəkilən Liskay, özü istəməsə də, «tanınmayanlar» üçün daha qorxulu bir amili - bölgədə rusiyapərəst qüvvələrin daha bir məğlubiyyətini açıqladı. Həqiqətən də, Çernoqo-riyadakı referendumun qüvvələr nisbətini kimin xeyrinə dəyişdirdiyini anlamaq üçün Rusiya, Yunanıstan və Serbiyanın daxil olduğu «pravoslav tağı» barədə doxsanınjı illərdə kifayət qədər dəbdə olan söhbətləri, Moskvanın öz Belqrad «bratuşkaları»nı nəyin bahasına olur-olsun xilas etməyə jəhd göstərməsini, həmçinin, Ermənistan vasitəsilə Serbiyaya silah qaçaqmalçılığı jəhdlərini xatırlamaq kifayətdir. Bu halda, Tiraspol və Suxumidən çernoqoriyalıların qələbəsinə ürəkdənmi sevindiklərini, yoxsa naəlaj qalıb belə bəyanatlar verdiklərini də soruşmaq pis olmazdı.
MƏSLƏHƏT GÖR: