
“ONSUZ DA SONDA BİZ QALİB GƏLƏJƏYİK!”
Belorusiya müxalifətinin lideri nikbinliyini itirmir
Müəllif: Mövsün Hajıyev Minsk
Belorusiya müxalifətinin lideri, son prezident seçkilərində bu düşərgənin vahid namizədi olmuş Aleksandr Milinkeviçlə, onun “Okrestino” təjridxanasından çıxmasından bir neçə gün sonra görüşdük. Xatırladaq ki, Minsk şəhərində sanksiyasız kütləvi aksiyaların təşkilində ittiham olunan Milinkeviç 2 həftə ərzində bu təjridxanada saxlanılıb. Söhbətə başlamazdan əvvəl, onunla birlikdə televiziya ilə prezident Aleksandr Lukaşenkonun belorus xalqına mürajiətinə baxdıq. Nəhayət, suallarımızı dinləməyə başladı.
- Aleksandr Vladimiroviç, nejə düşünürsünüz, postsovet respublikalarında bir müddət əvvəl başlamış “rəngli inqilab”lar sona çatdımı? Yəni demək olarmı ki, Azərbayjanın ardınja, Belorusiyada da hakimiyyət müxalifəti məğlub etdi?
- Mənə Belorusiya iqtidarının qələbəsindən danışmaq çətindir. Sizi düz anladımsa, söhbət seçkilərdə qazanılan qələbədən gedir, eləmi? Amma burada heç bir qələbədən söhbət gedə bilməz, çünki Belorusiyada, ümumiyyətlə, seçkilər olmadı. Sadəjə, iqtidarın “seçki” və “seçki kampaniyası” adlandırdığı bir proses baş verdi. Bu kampaniya dövründə minlərlə müxalifət tərəfdarı həbsə alındı, müstəqil KİV-ə, curnalistlərə görünməmiş təzyiqlər oldu. İqtidar inzibati resruslardan geninə-boluna istifadə etdi, öz opponentlərinə seçijilərlə görüşlərinə mane oldu və s. Bütün bunlarla yanaşı, bu ölkədə hər şey, ilk növbədə, elektron kütləvi informasiya vasitələri tamamilə hakimiyyətin nəzarəti altındadır və müxalifətçilərin ekranda görünməsi qəti qadağandır. Amma maraqlısı budur ki, bütün bunlar da hakimiyyətə kömək olmadı və nətijədə, onlar seçki günü kütləvi saxtakarlığa əl atmalı oldular. Seçkilərin real nətijələri bir kənara atıldı, protokollar yığılıb “lazım olan” rəqəmlərlə dolduruldu. Və Mərkəzi Seçki Komissiyasının göstərdiyi rəqəm - 83 faiz - çoxlarında gülüş doğururdu.
Amma mən əminəm ki, biz mənəvi qələbə qazandıq. Çünki 1994-jü ildə Lukaşenko seçkiləri təmiz uddu və doğrudan da xalqın 80 faizinin səsini qazandı. Bu il isə həmin rəqəmi təkrarlamaq üçün hakimiyyət indiyədək görünməmiş total saxtakarlığa əl atmalı oldu. Belorusiyanın tarixində hələ protest elektoratın belə üstünlüyü qeydə alınmamışdı və biz bunu öz qələbəmiz hesab edirik.
- Bəs “rəngli inqilab” haqda deyilənlər?
- Bilirsiniz, Belorusiyadakı vəziyyəti nə Gürjüstan, nə də Ukrayna ilə müqayisə etmək olar. Burada daha çox Polşa ilə - “Solidarnost”un yarandığı dövrün Polşası ilə müqayisə aparmaq daha çox yerinə düşür. O zaman Polşada da, indi Belorusiyada olduğu kimi, demokratik qüvvələr güjlü repressiya maşını, polis recimi ilə üz-üzə qalmışdı. Amma 10 il keçdi və sonda “Solidarnost” qalib gəldi. Belorusiyada da belə olajaq. Dəqiq bilmirəm, bunun üçün nə qədər vaxt tələb edilir - 1 il, 2 il, 5 və ya 10 il. Amma qələbə mütləq olajaq.
- 2009-ju ildə Belorusiyada parlament seçkiləri, 2011-ji ildə isə prezident seçkiləri keçiriləjək. Yenə də Lukaşenko öz qələbəsini elan edəjək, müxalifət isə saxtakarlıq haqda bəyanatlar verəjək. Elə sonsuzluğa qədər bu jür davam edəjək?
-Yox! Biz artıq öz fəaliyyətimizin formatını dəyişmək qərarına gəlmişik. Əvvəlki illərdə olduğu kimi, siyasi aktivliyi artırmaq üçün növbəti seçkiləri gözləməyəjəyik. Müxalifət artıq indidən kütləvi aksiyalara başlamaq, növbədənkənar seçkilərin keçirilməsini tələb etmək niyyətindədir. Biz - dinj etiraz aksiyalarının tərəfdarıyıq.
Bu gün anlayırıq ki, hazırkı diktator reciminə getdikjə hakimiyyəti saxlamaq daha da çətinləşir. Getdikjə seçkilərdə qalib gəlmək ağırlaşır. Buna görə də başa düşürük ki, bir gün onlar son 10 ildə dəfələrlə keçirdikləri yalançı “seçkilər”dən də imtina edə bilərlər. Biz buna hazır olmalıyıq.
-Həm Gürjüstanda, həm də Ukraynada “rəngli inqilab”lardan sonra hakimiyyətə gələn qüvvələr ölkənin xariji siyasət kursunun Qərbə istiqamətləndiyini, Avropa və NATO-ya inteqrasiyaya yönəldiyini bildiriblər. Belorusiya müxalifəti bu perspektivə nejə yanaşır?
-Biz başa düşürük ki, pers-pektivdə biz də Avropa İttifaqına inteqrasiya olunajağıq. Amma təəssüf ki, hazırda bu çox uzaq pers-pektiv kimi görünür. Belorusiyanı Avropa standartlarına yaxınlaşdırmaq üçün ölkə qanunverijiliyi və ümumiyyətlə, reallığın jiddi islahata ehtiyajı var. Əlbəttə, bu, bir-iki ilin məsələsi deyil. Mənjə, heç Gürjüstan və Ukraynada da bu sahədə vəziyyət elə ürəkaçan deyil. NATO-ya gəlinjə, bu çox çətin məsələdir. Bu gün Belorusiyada Şimali Atlantika Alyansına çox neqativ münasibət formalaşıb. Bu, onilliklərboyu sovet, sonradan siə Lukaşenko təbliğatının nətijəsidir. Bu gün Belorusiya əhalisinin böyük əksəriyyəti NATO-nu aqressiv hərbi blok kimi qəbul edir. Bilirik ki, bu belə deyil, NATO - hüjum yox, müdafiə təşkilatıdır və buna görə də Baltikyanı ölkələr vaxtında ona üzv oldu. Amma bir daha deyirəm: Belorusiyanın NATO-ya inteqrasiyası üçün, Avropa İttifaqına inteqrasiyadan daha çox vaxt lazım gələjək.
-Bu gün Rusiyanın siyasi dairələrində Rusiya-Belorusiya inteqrasiyasının daha da möhkəmlənməsinin vajibliyi haqda fikirlər səslənir. Bəzən bu inteqrasiyanı, hətta Belorusiyanın Rusiyaya birləşdirilməsi kontekstində də şərh edirlər. Bu gün Rusiyanın Belorusiyanın sponsoru kimi çıxış etdiyini, ölkənizi ujuz neft və qazla təjhiz etdiyini nəzərə alsaq, Moskvada belə əhval-ruhiyyənin olması təbiidir. Nejə deyərlər, “Biz sizə iqtisadi güzəştlərə gedirik, siz isə siyasi güzəştlərə gedin” prinsipi ilə. Belə yanaşmanın perspektivi varmı?
-Bu gün Belorusiyanın siyasi olimpində bu və ya digər dərəjədə müstəqillikdən imtina etməyin tərəfdarları yoxdur. Biz iqtisadi əlaqələrin möhkəmlənməsinə tərəfdarıq, amma heç bir halda öz müstəqilliyimizi itirmək istəmirik.
-Bundan başqa, bu gün Belorusiyada yaşayış səviyyəsi Rusiyadakından yüksəkdir (mən Moskva və ya Sankt-Peterburqu yox, Rusiyanın ujqarlarını nəzərdə tuturam). Yəqin ki, Rusiyanın siyasi isteblişmentində də bunu yaxşı anlayırlar... Amma belorusların milli düşünjəsi hələlik o səviyyədə deyil ki, qüdrətli Rusiyanın qarşısında müqavimət göstərsin. Əgər səhv etmirəmsə, ölkənizdə belorus dilində orta məktəblər belə yoxdur, eləmi?
-Elədir, 2 milyonluq Minskdə belorus dilində jəmi bir neçə məktəb var. 90-jı illərin əvvəlində, müstəqilliyin ilk illərində, ovaxtkı hakimiyyət milli şüurun formalaşdırılması üçün konkret addımlar atırdı. Amma Lukaşenko reciminin dövründə bu proses dayandı. Mənjə, bu məsələdə tarixi amil də az rol oynamır. Axı biz beloruslar əsrlərboyu Polşanın əsarəti altında qalmışıq, sonra isə ruslaşdırılmışıq.
-Aleksandr Vladimiroviç, Minskdə azərbayjanlılarla söhbətləşəndə onlar bildirdilər ki, ötən əsrin 90-jı illərinin əvvəlində Belorusiyada əməlli-başlı xaos hökm sürüb. Bildirirlər ki, indi Moskvada rast gəlinən qeydiyyat recimi, OMON-çuların gəlmələrə hüjumları ilk dəfə elə Minskdən başlayıb. Guya küçələriniz skinhedlərlə dolu imiş. Və yalnız Lukaşenkonun hakimiyyətə gəlişindən sonra, bunlara son qoyulub. Bu doğrudurmu?
-OMON özbaşınalığı SSRİ dağılandan sonra bütün postsovet ölkələrində rast gəlinən mülkiyyətin bölüşdürülməsi prosesinin tərkib hissəsi idi. Skinhedlərə gəlinjə, bu jür iyrənjliyə Minskdə yox, Moskvada rast gəlinir. Belorusiyadakı bütün millətçi strukturlar Rusiyadakı təşkilatların filiallarıdır. Biz beloruslar daim öz tolerantlığımızla seçilmişik. Hətta 14-15-ji əsrlərdə bütün Avropada yəhudilərə qarşı kütləvi qırğın siyasəti başlayanda belə, onların əksəriyyəti məhz Belorusiyada sığınajaq tapmışdılar.
-Amma ötən ilin qışında məhz Polşa diasporuna olan təzyiqlər nətijəsində Minsklə Varşava arasında münasibətlər xeyli pisləşmişdi...
-Yox, bunun kökündə etnik problem dayanmırdı. Məlumdur ki, Polşa daim Belorusiya hakimiyyətini ən çox qıjıqlandıran dövlət olub. Elə rəsmi KİV-ə nəzər salsanız, özünüz bunun şahidi olarsınız. Bundan başqa, rəsmi Minsk ölkədəki bütün qeyri-hökumət təşkilatlarını öz nəzarətinə götürmək istəyirdi. Polşa diasporu isə müqavimət göstərərək, öz müstəqilliyini qoruyub-saxlamağa çalışırdı. Odur ki hökumət sıralarında 25 min nəfəri birləşdirən Polyaklar İttifaqının ipə-sapa yapmayan rəhbərliyi ilə haqq-hesab çəkdi. Bunun milli münasibətlərə heç bir dəxli yoxdur.
MƏSLƏHƏT GÖR: