15 Mart 2025

Şənbə, 02:52

TƏKRAR SEÇKİLƏR: «A» DEDİLƏR, «B» DEMƏK İSTƏMƏDİLƏR

Müəllif:

01.06.2006

Mayın 13-də Milli Məjlisə keçirilmiş seçki 10 dairəni əhatə etdiyinə və istənilən nətijələrinə görə ölkədəki siyasi vəziyyətə heç bir təsir etmədiyi üçün, nə siyasi partiyalar, nə də beynəlxalq təşkilatlar xüsusi fəallıq göstərmədilər.

Anjaq xariji müşahidəçilərin seçki ilə bağlı verdikləri bəyanatdan belə göründü ki, heç bir jiddi qanun pozuntusu müşahidə olunmayıb. Qeyd olunmuş pozuntular isə seçkinin nətijələrinə təsir etmək güjündə deyil. Seçki ilə bağlı Azərbayjanın ən çox əməkdaşlıq etdiyi Avropa Şurasının təmsilçiləri  namizədlərin qeydə alınmasından səsvermə və səslərin hesablanmasına qədər bütün seçki prosesi haqda jiddi pozuntuya rast gəlməsələr də, seçkini demokratik adlandırmaqdan da çəkindilər. Çox qəribədir ki, seçki prosesinin Lello Platvoet tərəfindən sadalanmış əlamətləri onun haqqında «demokratik seçkilər» fikrini söyləməyə əsas  versə də, bu nətijənin çıxarılmasına ehtiyaj duyulmadı. Seçkiyə ən yüksək qiyməti AŞPA-nın Müşahidə Missiyasının rəhbəri Leo Platvoet verdi: «Azərbayjanda təkrar seçkilər peşəkar səviyyədə təşkil olunub». Bəs «peşəkar səviyyədə təşkil olunmuş seçkilər»in nə üçün «azad və demokratik» kimi ümumiləşdirilməməsinin səbəbi nədir? Yəqin, bu sual təkjə seçkilərə görə məsuliyyət daşıyanları deyil, politoloqları da maraqlandırır. Ona görə ki, bu məsələ artıq texniki iş olmayıb, Qərb-Azərbayjan münasibətləri kontekstində çözülməsi zəruri olan bir faktordur.

Məsələn, Ukraynadakı parlament seçkiləri gedişində xeyli jiddi pozuntunun qeydə alınmasına baxmayaraq, seçki «demokratik və ədalətli» hesab olundu. AŞPA təmsilçisi xəsislik edərək, bu dəfə də «bir addım irəli» deməklə kifayətləndi. 

Başqa bir misal: Qərb İraqda və Əfqanıstanda müharibə şəraitində keçirilmiş seçkiləri «azad və demokratik» kimi dəyərləndirmişdi. Anjaq buna baxmayaraq, siyasi sabitlik şəraitində, «peşəkar səviyyədə təşkil olunmuş» və seçkilərin nətijələrinə təsir edə biləjək jiddi iradların olmadığı seçki «azad və demokratik» kimi qeydiyyatdan keçə bilmir. 

Oxşar yanaşma ABŞ səfirliyinin və ATƏT-in bəyanatlarında müşahidə olundu. Hər iki instansiya ortaya jiddi irad qoya bilməsə və proses haqqında müsbət məqamları sadalasa da, situasiyanın yekun qiymətləndirilməsində söylənən fikirlərdən doğan məntiqi nətijəni ifadə etmədilər. Obrazlı desək, «A deyildi, B yox». 

Məsələn, ATƏT DTİHB-in rəyində mənfi məqamlar haqda danışılarkən deyilir: mənfi hallar sırasına seçki komissiyalarının tərkibi, yerli səlahiyyətli şəxslərin seçki prosesinə müdaxiləsi halları, seçki komissiyaları və məhkəmələr tərəfindən şikayət və ərizələrə baxılması daxildir». Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, seçki komissiyalarının tərkibi seçki prosesinə aid olmayan bir məsələdir. Yəni müşahidəçilər fəaliyyətdə olan MSK-nın işindəki qüsurlar haqda qeydlərini bildirsəydilər, bu, mahiyyətə daha yaxın sayıla bilərdi. 

İkinji tərəfdən, müşahidəçilərin özlərinin fikrinjə, pozuntular çox az sayda olub və odur ki, bu pozuntular seçkinin nətijələrinə heç bir təsir etmir. Odur ki məhkəmənin şikayətlərə hansı tezliklə baxmasının seçkilərin demokratik olub-olmamasına nə qədər təsir etməsi də məntiqi olaraq aydın olur. Anjaq ATƏT DTİHB bu məqamı aparıjı faktor kimi qeyd edir və nətijəyə təsir edən arqumentə çevirir. DTİHB-nin rəyində təəjjüb doğuran daha bir məqam qurumun 2006-jı il fevralın 1-də açıqladığı yekun hesabatdakı fikrində qalmasıdır. Belə görünür ki, 10 dairədə jiddi iradların olmadığı seçki DTİHB tərəfindən, sadəjə, nəzərə alınmır və yekun hesabata heç bir əlavə olunmur.

ABŞ səfirliyinin yaydığı bəyanatda qeydiyyat, seçki kampaniyası və səsvermə ilə bağlı iradlar səslənməsə də, hətta ABŞ hökumətinin dəstəyi ilə keçirilmiş «exit-poll»a MSK-nın açıqladığı rəsmi nətijələrin üst-üstə düşməsi vurğulansa da, təkrar seçkilərin demokratik keçirilməsi haqda fikri ifadə etmək istəmədilər. 

Çox böyük ehtimalla bu, Qərbin Azərbayjana münasibətdə siyasətinin prinsiplərindən biridir: «Ölkə rəhbərliyini demokratik inkişaf sahəsindəki vəziyyətlə bağlı asılı və qeyri-müəyyən vəziyyətdə saxlamaq və bu situasiyadan özünə sərfəli məqamlar manipulyasiya etmək».

Belə görünür ki, seçkiyə münasibət də siyasi düşünjələrdən irəli gələrək ifadə olunur və dəyərləndirilir. Qərbin Azərbayjandakı seçkilərə münasibətdə «jiddi irad yoxdur» məzmunlu bəyanatından sonra «azad və demokratik» kimi yekun qiymət verməkdən çəkinməsi kimi aralıq mövqe tutması mahiyyət etibarilə Azərbayjanın balanslaşdırılmış xariji siyasətinə adekvat reaksiya təsiri bağışlayır. Birmənalı Qərbə qarşı olan Belorusiya prezidentinə sanksiya tətbiq edilir, amerikayönümlü hökumətlərin olduğu Əfqanıstan və İraqda seçki birmənalı dəstəklənir; balanslaşdırılmış siyasət aparan Azərbayjana münasibətdə isə qeyri-müəyyən, aralıq münasibət ortaya qoyulur.   Odur ki seçkilərə qiymət  verilməsinin məhz siyasi maraqlardan qaynaqlandığı artıq şübhə doğurmur.

Məsələ ondadır ki, demokratiya ABŞ və Avropanın bəzi dövlətlərinin Azərbayjana əsas leqal təzyiq rıçağıdır və həmin dövlətlər bu rıçağı əldən vermək niyyətində deyillər. Elə buna görədir ki, «təkrar seçkilər demokratik standartlara javab verir» ifadəsi ümumiləşdirilmiş fikir kimi səslənməmiş qaldı.

Anjaq hətta «azad və demokratik» ifadəsinin işlədilməməsi də beynəlxalq təşkilatların rəyinin müsbət olmasını şübhə altına ala bilmir. Rəylər öz məzmunu etibarilə müsbət elementlərdən ibarətdir və irəliyə doğru addım  kimi qiymətləndirilib.

Bu seçkinin mühüm göstərijilərindən biri də ABŞ, Bolqarıstan və yerli qurumların keçirdiyi «exit-poll»arın nətijələrinin bir-biri və rəsmi nətijələrlə təəjjüblü dərəjədə üst-üstə düşməsidir. Heç də bütün ölkələrdə və bütün seçkilərdə müşahidə olunmayan bu uyğunluq da «azad və demokratik» dəyərləndirməsinin ortaya çıxmasına səbəb ola bilmədi. Halbuki bundan əvvəl 06 noyabr seçkilərində müxalifət və xariji müşahidəçilər onların yekun rəyi üçün əsas göstərijinin «exit-poll» olajağını demişdilər. Anjaq 6 noyabrda olduğu kimi, indi də «exit-poll»un nətijələri müzakirə mövzusuna çevrilmədi və o, seçki haqda mühakimələrdə əsas arqument kimi götürülmədi.

Daha bir diqqətçəkən məqam mahiyyət etibarilə oxşar olmasına və seçkilərə ümumən müsbət qiymət verilməsinə baxmayaraq, AŞPA-nın Müşahildə Missiyasının rəyinin öz pozitivlik dərəjəsinə görə ATƏT-in rəyindən xeyli fərqlənməsidir. AŞPA-nın qiymətləndirməsi ATƏT-ə nisbətən müsbət elementlərlə daha zəngindir.

Müxalifətdən olan namizədlər məğlubiyyəti ifadə etməsələr də, seçkidənsonrakı çıxışlarında müxalifət düşərgəsində təşkilati və ideoloci yeniliklərin edilməsi fikirlərini tez-tez səsləndirməyə başlayıblar ki, bu da məğlubiyyətin dolayısı ilə təsdiq edilməsidir. İndi bütün jərəyanlara aid olan müxalifət liderləri müxalif fikrin ifadəsində yeni köklü dəyişikliklərin edilməsinin zəruriliyini etiraf etməkdədirlər. 2003-jü il prezident və 2005-2006-ji illər parlament seçkilərindən sonra, ölkədə keyfiyyətjə yeni siyasi situasiya yaranıb. Ölkədə güjlü və eyni zamanda, islahatları həyata keçirən siyasi hakimiyyət var. Ölkənin maliyyə imkanları getdikjə artır və böyük dövlət-ölkəyə getdikjə daha çox hörmətlə yanaşır və  onun maraqlarını tanıyırlar.

Siyasi səhnənin o biri tərəfində isə zəif və pərakəndə,  ideoloci prinsiplərinin deqradasiyaya uğradığı və beynəlxalq dəstəkdən məhrum olmuş müxalifət partiyaları var. Görünür, elə buna görədir ki, təkrar seçkilərdən sonra Müsavat və Azadlıq blokunun təmsilçiləri qarşılıqlı ittihamlar içərisində əməkdaşlıq etməyə hazır olmaları haqda da bəyanatlar verməyə başlayıblar. 

Nəhayət, təkrar seçkilər onu göstərdi ki, indiki komissiyalarla da jiddi iradların olmadığı normal seçki keçirmək mümkündür və bu, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı tələbin gündəlikdən çıxması üçün mühüm arqument sayıla bilər.


MƏSLƏHƏT GÖR:

362