15 Mart 2025

Şənbə, 02:36

RUSİYA VƏ AZƏRBAYJANDAN YAN KEÇƏN YENİ «BORU»

Müstəqillik oyunu

Müəllif:

01.06.2006

Enerci təhlükəsizliyi sistemi ehtiyatların sabit tədarükünə istiqamətlənən vahid Avropa üçün onun bayrağında ulduzların (üzv dövlətlərin sayının), demək olar, hər il artması  artıq bu gün sabitlik və ehtiyatlarının həjminə görə Rusiya ilə müqayisə oluna bilən yeni qaz tədarükçülərinin axtarışının zəruriliyi deməkdir. 

Avropa İttifaqı (Aİ) və Beynəlxalq Energetika Agentliyinin (BEA) təmsilçiləri tərəfindən verilən bir sıra bəyanatlara əsasən, bu yeni tədarükçü, güman ki, son zamanlara qədər özünün qaz sənayesini demək olar, inkişaf etdirməyən İran olajaq. Aİ ilə İran arasında enerci əlaqələrinin möhkəmləndirilməsi mütləq Rusiyanın xariji iqtisadi mənafelərinə toxunajaq - Tehranın simasında Moskva Avropa qaz bazarında qüdrətli rəqiblə üzləşəjək. Lakin maraqlı bir məqam da var. Aİ ilə yanaşı, İran qazının Avropaya nəqlində Ermənistan da çox maraqlıdır.

 

Virtual qaz kəməri

«İran-Ermənistan qaz kəməri tezliklə reallığa çevriləjək!». 2004-jü ilin dekabrında KİV səhifələrində bu qəbildən olan çoxlu başlıq var idi. Maliyyə mənbələri və layihənin podratçıları da müəyyənləşmişdi. Belə ki, Mehridən Qajarana qədər uzunluğu 42 km olan birinji sahənin tikintisi İranın «Sanir» şirkətinə həvalə edilmişdi. Maliyyələşdirmə də ($30 mln) iranlıların öhdəsinə buraxılmışdı - bu barədə razılaşma İran Prezidenti Məhəmməd Hatəminin Yerevana səfəri zamanı əldə edilmişdi.  

Lakin bir paradoks da var - kəmərin tikinti xərjləri $90 mln həjmində dəyərləndirilən ikinji mərhələsinin inşası məsələsi, hələlik, həll olunmamış olaraq qalmaqdadır. Kəmərin İran ərazisində çəkilməsinə gəldikdə isə, iş nəzərdə tutulan müddət çərçivəsində aparılırdı. Qeyd edək ki, İran sahəsinin dəyəri $10 mln-ə bərabərdir.  

O zaman Rusiyanın «Qazprom» Şirkəti layihədə iştirakla bağlı mövqeyi barədə sualı javabsız qoydu. «Səviyyə o səviyyə deyil» - Rusiya qazçılarının qərarı belə oldu. Bu zaman ekspertlər Rusiya şirkətinin İran-Ermənistan qaz kəmərinə marağının göz önündə olduğunu vurğulayırdılar. Lakin iş mümkün investisiyaların texniki-iqtisadi əsaslandırmasının işlənib-hazırlanmasından o yana keçmədi. Yeri gəlmişkən, «Qazprom»un sədr müavini Aleksandr Ryazanov layihənin özünü ödəməsi müddətinin Rusiya qaz monopoliyasının qəbul etdiyi müddətlərdən bir qədər kənara çıxır. Aydın məsələdir: «Qazprom» qısamüddətli sərmayə qoyuluşlarına üstünlük verir. Lakin belə hallarda, adətən, siyasi qərarlar qəbul edilir. Kommersiya maraqları ilə siyasi maraqlar arasında münaqişə isə həmişə  sonunjuların xeyrinə həll edilir.

Qeyd etmək lazımdır ki, bu qəbildən olan münaqişələr kifayət qədər tez-tez baş verir. 2004-jü ilin yazında da belə oldu. Onda «Qazprom»un vitse-prezidenti Moskvanın Rusiya qazını Ermənistandan tranzitlə üçünjü ölkələrin bazarlarına nəql etmək qərarını açıqlayan Baş nazir Mixail Fradkovun əleyhinə getdi. Göründüyü kimi, Moskva javabı siyasi mülahizələrdən çıxış edərək yubadırdı. Müəyyən təşvişlər də var idi: İran qazı Rusiya qazından, demək olar,  iki dəfə baha olsa da, layihə baş tutduğu halda, Ermənistan enerci təhlükəsizliyi şansı qazanırdı. Üstəlik, İran qazı sonra yenidən tam həjmdə əks istiqamətdə tədarük olunajaq elektrik enercisinə emal edilməyəjəkdi. Layihənin təşəbbüskarları «erməni qaz kəmərinin tranzit olmayajağını» iddia edirdilər. Bu mövzuda söhbətlərə borunun diametrinin 700 mm-dən çox ola bilməyəjəyi, bunun isə tranzit üçün az olması aydınlaşdıqdan sonra son qoyuldu. Lakin tezliklə iranlıların sərhəd istiqamətində diametri 1,5 m olan boru çəkdikləri aydınlaşdı. Bununla da Tehranın gələjəkdə qaz kəmərinin Ermənistana aid hissəsində borunun diametrinin böyüdülməsini istisna etməməsi barədə şübhələr yarandı.

Rusiya həyəjan təbili çalmağa başladı. Üstəlik, hazırda Qara dənizin dibi ilə Ukrayna istiqamətində qaz kəmərinin çəkilməsi layihəsi də son dərəjə aktuallaşıb. 

İran-Avropa qaz kəmərinin $5 mlrd başa gələjəyi hesablanıb. Belə ki, keçən ilin yayında Ukrayna İrana İran-Avropa qaz kəmərinin çəkilişinə hazırlığa ikitərəfli qaydada başlamağı təklif etdi. O zaman Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko bildirmişdi: «Layihə ölkə üçün çox önəmlidir və ən yaxın zamanda gerçəkləşdirilməlidir. Biz enerci tədarükünün həqiqi diversifikasiyasına yalnız belə nail ola bilərik».  Öz növbəsində, Ukrayna Ali Radasının Sənaye Siyasəti Üzrə Komitəsi sədrinin keçmiş müavini Vladimir Demexin də təsdiq etmişdi ki, «Bu gün həmin layihə Ukraynada bir nömrəli prioritetdir və ölkə rəhbərliyi onun gerçəkləşdirilməsi üçün əlindən gələni edəjək». Sonrakı günlərin təjrübəsi göstərdi ki, belə yüksəksəviyyəli məmurların bəyanatları heç də əsassız deyildi. O zaman Kiyevdə Rusiyadan yan keçən qaz kəmərinin layihəsi artıq işlənib-hazırlanmışdı. İyulun 24-də «Naftoqaz Ukrainı» Şirkətinin idarə heyətinin sədri Aleksey İvçenko İranın neft nazirinin müavini Səid Məhəmməd Hadi Nejat Hüseyniyana qaz kəmərinin iki marşrutunu nəzərdən keçirməyi təklif etmişdi: İran-Ermənistan-Gürjüstan-Rusiya-Ukrayna-Avropa və İran-Ermənistan-Gürjüstan-Qara dəniz-Ukrayna-Avropa. Bu marşrutların artıq bir neçə il ərzində müzakirə olunduğunu da qeyd etmək lazımdır. İyunun 25-də «Naftoqaz» «İrandan Qərbi Avropaya tranzit qaz kəmərinin inşasında iştirak etmək niyyətində olduğunu» rəsmən açıqladı.  Təbii ki, Rusiyadan yan keçməklə və əlbəttə, Ermənistanın ərazisi vasitəsilə. Elə həmin gün Tehranda «Ukrayna Yanajaq və Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında əməkdaşlıq məsələlərində qarşılıqlı anlaşmaya dair» memorandum imzalandığı məlum oldu. Bu sənəd İran qazının tranziti variantlarından biri ilə əlaqədar beştərəfli görüş keçirilməsini, ekspert qruplarının yaradılmasını, informasiya mübadiləsini və layihədə iştirak edəjək şirkətlərin səlahiyyətlərinin müəyyənləşdirilməsini nəzərdə tuturdu.  

Öz növbəsində,  artıq iyunun 26-da Ukraynanın yanajaq və energetika nazirinin müavini Sergey Titenko bir dəqiqləşdirmə də verdi: «Boru kəmərinin İran-Ermənistan-Gürjüstan-Ukrayna-Ermənistan marşrutu ilə Gürjüstanın Supsa limanından Feodosiyaya qədər Qara dənizin dibi ilə 550 km uzunluğunda boru çəkilməsi ilə gerçəkləşdiriləjəyi planlaşdırılır. Yeni boru kəmərinin ötürmə qabiliyyəti 60 mlrd kub.m təşkil edəjək ki, bunun ildə 5 mlrd kubmetrini Ukrayna İrandan almağa hazırdır. Nazirliyimiz layihənin dəyərini $5 mlrd kimi qiymətləndirir. Layihə 2000-ji (!) ildə Kiyevdəki «Transqaz» Layihə İnstitutu tərəfindən hazırlanıb».

Lap bu yaxınlarda - jari ilin may ayında İranın İran-Avropa qaz kəmərini artıq 2009-ju il üçün çəkəjəyi barədə bəyanat səsləndi. 

İran neft nazirinin beynəlxalq məsələlər üzrə müavini M.Nejat Hüseyniyan deyib: «Avropa İttifaqı müxtəlif mənbələrdən uzun müddət və sabit şəkildə enerci daşıyıjıları almaq imkanına malik olmalıdır. Hələlik, Avropa üçün yeganə iri təbii qaz mənbəyi Rusiyadır. Odur ki, Aİ siyasi və iqtisadi səbəbələr üzündən, İranla təbii qaz idxalı məsələsinin müzakirəsini fəallaşdırmışdır. Bu səbəbdən, hazırda qaz ixrajı üzrə İran Milli Şirkəti Aİ ilə Pars (Asaluyə) xüsusi iqtisadi enerci zonasında birgə maye qaz istehsalı və onun ixrajı məsələsini, həmçinin, İran-Avropa ixraj qaz kəmərinin inşasını fəal şəkildə müzakirə edir. İlkin məlumatlara görə, layihə səmərəlidir - onun güjü ildə 30 mlrd kub. m təşkil edəjək».

 

Ermənistan axtarışdadır

İranla Aİ-nin maraqları tamamilə anlaşılandır. İran qazının Avropaya nəqlinə dair həm Ukrayna, həm də Aİ tərəfindən irəli sürülən layihələrin gerçəkləşdirilməsini dəstəkləmək fikrində olan Gürjüstanın da mövqeyi aydındır. Məsələn, Gürjüstanın energetika naziri Nika Qilauri deyir: «2005-ji ilin avqustunda Böyük Britaniya, Fransa və Almaniyanın Aİ adından İrana təqdim etdikləri təkliflər paketinə Tehranın nüvə proqramından imtina etməsi müqabilində, İran qazının Avropaya nəqli üçün magistral qaz kəmərinin çəkilməsi daxil idi. Gürjüstan bu layihələrin hər hansı birində iştirak etməyə hazırdır». 

Bəs Ermənistan tranzitə görə maliyyə vəsaitindən başqa nə qazanır? Bu sualı javablandırmaq üçün təkjə qaz kəməri və elektrik xəttində Şimali Osetiya və Qaraçay-Çərkəzdə baş verən və kifayət qədər sərt qış dövründə Gürjüstanı uzunmüddətli enerci böhranına məhkum edən təxribatları xatırlamaq kifayətdir. Rusiya qazını almayan Ermənistan da qismən zərər çəkdi. O vaxt təkjə Tbilisidə deyil, İrəvan və Moskvada da güman edirdilər ki, qaz kəmərində partlayışların Robert Köçəryanla Vladimir Putin arasında qaz tarifləri məsələsi barədə danışıqlarla üst-üstə düşməsi heç də təsadüf deyil. «Qazprom»un mənafelərini qoruyan siyasi texnoloqlar dərhal belə bir versiya da irəli sürdülər: təxribatların məqsədi erməniləri qaz tədarükünün  Rusiya marşrutunun etibarsız olduğuna inandırmaq və Şimal marşrutuna alternativ tapmağın vaxtının yetişməsi barədə düşünməyə vadar etmək idi. Moskva isə ermənilərin öz ümidlərini İran qazına bağlamalarını istəmir, deməli, bu aksiyanın arxasında antierməni deyil, antirus qüvvələr dayanıb. Bu fərziyyənin müəlliflərinin məntiqi belədir. 

Hər hansı bir halda, Ermənistanın qaz tədarükü məsələsi ətrafında yaranan durumda Moskvanın tutduğu mövqedən narazı qalmağa əsası var. Həmin narazılığı Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan fevralda keçirdiyi mətbuat toplantısında aşkar ifadə etdi: «Rusiya qazının Ermənistana tədarükü ilə bağlı hadisə, həqiqətən, müəyyən təəssüf doğurur. Ermənistanla Rusiya arasında strateci tərəfdaşlıq nəzərə alınaraq, məsələ tez və uzunsürən danışıqlar olmadan həll edilməlidir». İfadələr diplomatik olsa da, müttəfiqlər arasında kifayət qədər jiddi qarşıdurma yaranmasından xəbər verir. R.Köçəryan Ermənistanın siyasi rəhbərliyinin energetika sahəsindəki prioritetlərə yenidən baxmaq fikrini öz mətbuat katibinin dili ilə səsləndirdi. Bu zaman o, əlbəttə, bunun Ermənistanın siyasi prioritetlərə də yenidən baxmağa hazır olması demək olmadığını da vurğuladı. Bununla yanaşı, R.Köçəryan Ermənistanda Rusiyaya münasibətin Moskvada təşviş doğurmalı olan bir sürətlə dəyişdiyini də anlatdı.

Elə həmin mətbuat toplantısında daha da gözlənilməz bir bəyanat da səsləndi. Prezidentin mətbuat katibi Ermənistanın artıq 2007-ji ilin əvvəlində diametri 1,5 m olan və İran-Avropa magistral qaz kəmərinin bir hissəsinə çevrilə bilən yeni qaz kəməri çəkilməsi barədə qərar qəbul etməyə hazır ola biləjəyini heç də istisna etmədi. Erməni tərəfinin İran-Avropa qaz kəmərinin diametrinin böyüdül-məsi üçün nəsə etmək fikrində olub-olmaması barədə suala javab verən V.Soqomonyan deyib: «Bu qaz kəməri 2006-jı ilin sonunda istismara veriləjək və biz bu sualı yalnız bundan bir ay sonra javablandıra bilərik».

Fikrimizjə, bu məsuliyyətli bəyanat heç də təsadüfi deyildi və tamamilə konkret məqsədlər güdürdü. Onun Moskvada bir çoxları tərəfindən demarş kimi qəbul ediləjəyini anlamaq heç də çətin deyil. Həqiqətən, görünməmiş bəyanatdır. Halbuki son vaxtlara qədər erməni rəsmi şəxsləri tikilməkdə olan qaz kəmərindən yerli istehlakçıların mənafeyi üçün istifadə edilməsinin mümkünlüyünü heç dillərinə belə gətirmirdilər. Qazın yalnız elektrik stansiyalarına çatdırılaraq, burada elektrik enercisinə çevrilməsi və yenidən İrana göndərilməsi variantına Moskvanın da etiraz etmədiyi məlumdur. Yalnız son zamanlar Ermənistanın rəsmi şəxsləri İran qazının Rusiya qazına alternativ ola biləjəyini dilə gətirməyə jürət edirlər. Moskva hələ bu yeniliyi tam həzm etməmiş, Yerevan bir az da irəli getdi. 

Ermənistan siyasi rəhbərliyinin V.Soqomonyanın səsləndirdiyi yeni yanaşmaları Yerevanın energetika sahəsində Moskvanın təklif etdiyi oyun qaydalarına razı olmadığını təsdiqləyir. Prezidentin mətbuat katibi «Kommersant» qəzetinin «Ermənistan prezidenti ultimatumu qəbul edib və İran-Ermənistan kəmərinin səhmlərinin 45%-ni Rusiyaya verməyə hazırdır» məlumatını birmənalı şəkildə təkzib etsə də, belə bir ultimatumun olması faktını təkzib etmədi. Göründüyü kimi, V.Soqomonyanın seçdiyi ifadə tərzi Ermənistanın bu məsələdə kompromisə getmək fikrində olmadığına dəlalət edir. İndi artıq Ermənistanın qazın qiymətləri ilə bağlı Rusiyanın diqtə etdiyi qiymətlərlə razılaşsa da, tikilməkdə olan qaz kəməri üzərində qismən nəzarət hüququnu güzəştə getmək məsələsində geri çəkilməyəjəyi o qədər də şübhə doğurmur. 

Hadisələr yüksələn xətlə inkişaf edir və hazırda «Qazprom» Şirkətinin də Ermənistanda daha fəal olmağa hazırlaşdığı göz önündədir. Rusiya şirkətinin rəhbərliyini məsələnin heç də İran-Ermənistan qaz kəmərinin, sadəjə, rus qazı ilə rəqabəti güjləndirməsi ilə bitmədiyi daha çox narahat edir. Bu fikri Federasiya Şurasının toplantısında «Qazprom»uni idarə heyətinin sədri A.Ryazanov səsləndirdi: «İran-Ermənistan qaz kəmərinin tikintisində «Qazprom» da iştirak etmədiyi təqdirdə, bu qazın hara gedəjəyi məlum deyil. O, Türkiyədə «Mavi axın»la rəqabətə girə bilər». Moskvanı təkjə tranzit təhlükəsinin təşvişə salmadığını da qeyd etmək yerinə düşərdi - İran-Ermənistan qaz kəməri Ermənistanın özündə də «Qazprom»un birbaşa rəqibinə çevrilə bilər. 

«Nezavisimaya qazeta»da da gurultulu başlıq altında məqalə çap olunmuşdu: «Yerevan antirusiya qaz layihəsini gerçəkləşdirir».

Ermənistan rəhbərliyi Türkmənistan qazı üçün Rusiyadan yan keçməklə Avropaya çıxış yaratmaqda və bununla da Rusiyaya milyardlarla zərər vurmaqda ittiham edilirdi. Əlamətdar haldır ki, elə həmin nömrədə Ermənistan müxalifətinin lideri Artaşes Geqamyanla müsahibə də işıq üzü görmüşdü və başlığa onun Ermənistanda hakimiyyət dəyişikliyinin qaçılmaz olması fikri çıxarılmışdı. 

Moskvanın bu qəbildən olan hərəkətləri Rusiyanın özünün Ermənistandakı iri iqtisadi layihələrini müstəsna olaraq siyasi baxımdan gerçəkləşdirdiyini və qarşısına müttəfiqini iqtisadi baxımdan güjləndirməklə bağlı jiddi məqsədlər qoymadığına dəlalət edir. Bu baxımdan, deyəsən, İran-Ermənistan qaz kəməri də istisna deyil. 

ABŞ-ın İran-Ermənistan qaz kəmərinin gerçəkləşdirilməsi əleyhinə birjə kəlmə də deməməsi çox şeydən xəbər verir. 

 

Əsaslandırılmamış manevr

Göründüyü kimi, Ermənistan İran-Ermənistan qaz kəmərinin çəkilməsini təkjə iqtisadi deyil, həm də siyasi düşünjələr baxımından dəstəkləyir. 

İndi isə İran-Ermənistan qaz kəməri layihəsinin nə dərəjədə əsaslandırılmış olduğunu aydınlaşdırmağa çalışaq; onun Azərbayjana nejə təsir göstərə biləjəyini müəyyənləşdirək. 

Hökumət dairələrindəki mənbələrdən biri «R+» müxbirinə aşağıdakıları deyib: «İran-Avropa kəmərinin Rusiyadan yan keçən, yəni Qara dənizin dibi ilə çəkilməklə bağlı ikinji variantının gerçəkləşdirilməsi çox böyük problemlər doğura bilər. Birinjisi, İran, çox güman, okeanın o tayına ünvanlanan gediş edir. Bu zaman ilk baxışdan elə görünə bilər ki, İİR üçün kəmərin Rusiyadan yan keçib-keçməməsinin elə bir önəmi yoxdur, çünki bunu Avropa ilə yaxınlaşmaq istəyi üstələyir. Bununla yanaşı, Ukraynanın Rusiyadan asılı olmadan enerci ehtiyatları əldə etmək imkanı var. Doğrudur, bir injə məqamı da nəzərə almaq lazımdır: iki qardaş - Rusiya və İran istənilən layihədə həmişə birləşmiş qablar prinsipi ilə işləyir. Odur ki İranın bütün məsələlərdə ona güjlü  dəstək verən Rusiyanın əleyhinə gedəjəyi ağlabatan deyil. Üstəlik, kəmərin Rusiya ərazisindən çəkilməsi variantı daha rentabellidir, çünki «boru» qurudan keçəjək. Bu, birinjisi, daha ujuz başa gələjək, ikinjisi, ekolocidən başlamış, Qara dəniz hövzəsi ölkələrinin əsaslı və ya əsassız bütün iddiaları nöqteyi-nəzərindən daha təhlükəsizdir. Qaz kəməri Qara dənizin dibi ilə çəkildiyi halda, bütün hövzə ölkələrinin «Kəmər suyun altında partlasa, nə baş verəjək?» deyə hiddətlənəjəkləri də tamamilə təbiidir. Götürək elə Türkiyəni: o, Qara dəniz çirkləndiyi üçün tankerlərin keçməsinə ijazə vermir. Halbuki tankerləri gözlə görmək, hərəkətlərini, təhlükəsizlik texnikası tələblərinə riayət etmələrini izləmək, ən nəhayət və ən önəmlisi isə onları mühafizə etmək mümkündür. Qaz kəməri isə dənizin dibi ilə bir neçə yüz kilometr uzanıb gedir və onun mühafizəsini kim öz öhdəsinə götürəjək?».      

Ekspertin sözlərinə görə, Azərbayjan yeni  kəmərin onun ərazisindən keçməsində, şübhəsiz, maraqlı olardı. Lakin «boru» bizdən yan keçməklə tikiləndə də respublika heç nə itirmir: «Əlbəttə, İranın qazı üçünjü ölkələrə Azərbayjan və Gürjüstandan tranzitlə keçməklə çatdırması yaxşı olardı. Bu halda, biz qazın tranzitindən vəsait əldə edərdik. Lakin son 15 ilin təjrübəsi Ermənistanın, əsasən, İranın sayəsində mövjud olduğunu göstərir və İran heç vaxt qaz kəmərini Azərbayjan ərazisindən keçirərək, Ermənistanı kənarda qoymaz. Biz belə olan halda da, əslində, heç nə itirmirik. Hətta geosiyasi baxımdan da - onsuz da İran indinin özündə də Ermənistanla əməkdaşlıq edərək, ona aşağı qiymətlərlə ərzaq, elektrik enercisi, qaz və s. verir. Azərbayjanın istənilən halda heç nə itirməməsinin digər bir səbəbi isə tezliklə «Şahdəniz» layihəsinin işə düşməsidir. Bu layihə həm ölkənin qazla təminatında, həm də qaz ixrajının nizamlanmasında həllediji rol oynayajaq».

 

Qeyri-real layihə

Müsahibimiz İran-Ermənistan qaz kəmərinin inşasının mümkünlüyünə dair şübhələri kifayət qədər kateqorik şəkildə açıqladı:

«…Sadəjə, İranla Ukrayna öz aralarında danışıqlar aparıb, mümkün variantları nəzərdən keçirib və dünya birliyinə ümumi maraqlarının olduğunu nümayiş etdiriblər.  

Əslində «boru»nun çəkilməsi çətin gerçəkləşdirilə bilən bir işdir. Hər halda, Qara dəniz iqtisadi birliyi hələ də nə elektrik, nə qaz, nə də neftə dair həyata keçirilməsi real olan hər hansı bir variant tapa bilməyib. Özü də EKO-nun artıq 15 ildən çox fəaliyyət göstərdiyi bir halda. Layihələr çox olsa da, real olanı yoxdur. Bakı-Tbilisi-Jeyhan və Bakı-Ərzurumdan başqa. Bunlardan biri artıq gerjəkləşdirilib, ikinjisi isə yekunlaşmaq üzrədir. Odur ki İran-Avropa tipli həyata keçirilməsi çox çətin olan layihələrə belə böyük diqqə yetirməyinə dəyməz».  

Ölkə ekspertlərinin əksəriyyətinin fikrinjə,  «Belə layihələrdən nə qədər istəsən, fikirləşmək olar» (məsələn, «Şahdəniz» yatağından Süveyş kanalından keçməklə İspaniya və ya Portuqaliyaya qaz tədarükü). Lakin bir problem var: İran-Avropa layihəsinin müəllifləri onun ilkin dəyərinin $10 mlrd çata biləjəyini desələr də, hazırda söhbət $5 mlrd vəsaitdən gedir. «R+»un keçirdiyi sorğu göstərdi ki, 4 ölkə - Rusiya, Gürjüstan, Ermənistan və Ukrayna iştirak etdiyi halda,  layihə, azı, $20 mlrd vəsait qoyuluşu tələb edəjək. Qara dənizin dibi ilə çəkildiyi halda da kəmər Rusiyanın tranzitə görə ödəniş verəjəyindən 20 dəfə baha başa gələjək.

Azərbayjanın Neft Araşdırmaları Mərkəzinin (ANAM) direktoru İlham Şabanovun rəyi: 

«Qaz kəmərinin marşrutu Ermənistan və Gürjüstanın dağlıq ərazilərindən keçəjək. Yəni həddən artıq güjlü qaz-kompressor nasos stansiyalarına ehtiyaj yaranajaq. Bu isə artıq layihənin 100% bahalaşması deməkdir». Onun sözlərinə görə, bəzilərində bu qaz kəmərini həyətlər arasındakı su xətti ilə eyniləşdirən yanlış bir təsəvvür var. «Bu, Ermənistanla İran arasında qaz kəmərinin inşasının artıq başlanmasından irəli gəlir. Bir çoxları sadəlövhjəsinə güman edirlər ki, bu «boru»nun «uzadılması» İran qazının Avropaya nəqli üçün kifayətdir. Həmin qaz kəmərinin isə jəmi 1 mlrd kub.m güjündə olduğunu qeyd etmək istərdim. Həmin bəyanatları Rusiya tərəfinin «Bakı-Novorossiysk olduğu yerdə, Bakı-Tbilisi-Jeyhana nə ehtiyaj var?» tipli bəyanatları ilə müqayisə etmək olar. Bu, sırf siyasi bəyanatlardır. Təjrübəli mütəxəssislər isə Bakı-Novorossiyskin ötürmə qabiliyyətinin ildə jəmi 5 mln t olduğunu, tələbatın isə 10 mln t təşkil etdiyini vurğulayırlar. Deməli, yeni «boru» çəkmək lazımdır. İndiki qiymətlərlə hər kilometr $2 mln başa gəldiyi halda, buna nə ehtiyaj var?». 

İran-Avropa məsələsində layihəni böyük şübhə altına alan daha bir önəmli amilə diqqət yetirək. İ.Şabanovun sözlərinə görə, Şərqi Avropada firavan və demokratik ölkə kimi nüfuz qazanmış Ukrayna son iki ildə son dərəjə çıxılmaz durumdadır. ANAM rəhbəri deyir: «Odessa-Brodı-Qdansk kəmərinin çəkilişini davam etdirmək üçün heç kim Ukraynaya kredit vermir. Bu, işin sırf texniki jəhətinə aid nümunədir və onların sayı istənilən qədərdir. Kimsə haradasa guya «2006-jı ilin I rübündə Xəzərin türkmən sektorunda «Şahdəniz»ə bərabər qaz yatağının işlənməsinə başlanılajağını» oxuyub. Guya ekspertlər Avropaya Türkmənistan, İran və Türkiyədən keçməklə qaz ixrajını planlaşdırırlar. Gördüyünüz kimi, layihələr çoxdur, lakin onların heç də hamısı gerçəkləşdirilməyəjək. İndi nə sosializm, nə də «soyuq müharibə» dövrü deyil ki, kimsə sırf siyasi motivlərə görə hansısa layihəni maliyyələşdirsin». 

İran-Avropa Jənubi Avropaya «Şahdəniz»dən qaz nəqli layihəsi ilə rəqabətə girə biləjəkmi? Ekspertlərin fikrinjə, alternativ həmişə var, lakin… Məsələn, «Mavi axın» layihəsini götürək. Türkiyəyə çatmaq üçün Rusiya qazı 4 000 km, Azərbayjan qazı isə jəmi 1000 km məsafə qət edir. Odur ki, Azərbayjanla İranı müqayisə etsək, İranın qaz yataqlarının ölkənin mərkəzi və şimal bölgələrində deyil, İran körfəzində yerləşdiyini görərik. Bu isə «Şahdəniz»lə müqayisədə daha 1000 km fərq deməkdir. Artıq şərhə ehtiyaj varmı?

 

Zərərveriji nazirlər

Ermənistanın özündə isə İran-Avropa qaz kəmərinin çəkilməsinə münasibət aşağıdakı kimidir. Forum.openarmenia.jom-dan sitat: «Belə bir təsəvvür yaranır ki, Rusiya İran-Avropa qaz kəməri layihəsində iştirak etmək qərarına gəlib. Yaxud əksinə - onun qarşısını almaq istəyir. Birinji halda, Rusiya «Qarşısını ala bilmirsənsə, iştirak et…» prinsipi ilə hərəkət edəjək… Fikrimjə, Ermənistana artıq böyük təzyiq göstərilib  (o jümlədən də Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdirilməsi vasitəsilə) və Rusiya Razdan AES-in 5-ji blokunu, güman ki, elə «borunu» da əlinə keçirib. Gürjüstan isə hələ də öz qazpaylayıjı şəbəkələrini satmamaqda israrlıdır».

Forum. armkb.jom.: «Bunun meydana çıxmasına «Qazprom» rəhbərinin Ermənistana səfəri səbəb oldu. «Qazprom» İran-Ermənistan qaz kəmərinin çəkilməsindən çox təşvişə düşüb və alınan məlumatlara görə, Ermənistan rəhbərliyinə qaz kəmərinin inşası şərtlərini diqtə edir. Həm də «Qazprom» nə təşvişini, nə də Ermənistan rəhbərliyinə İran qazından nejə istifadə etməyi diqtə etmək istədiyini gizlətmir».

 

Yenə həmin forumdan

«İlk əvvəl Ermənistandan Avropaya qaz kəməri ideyası hakimiyyət orqanlarımızın xalqa nejə bajarıqlı olduqlarını nümayiş etdirmək üçün ortalığa atdığı xülyadan başqa bir şey deyildi: «Qaz kəməri ilə neft kəmərinə zərbə endirək». Bu dəlil ən sadə tənqidə də duruş gətirmir və yalnız quşbeyin curnalistlər üçündür. Xəzərin altında Bakı-Ərzurum qaz kəməri ilə nəql olunajaq nəhəng qaz ehtiyatları var. Türkiyənin İranla sərhədi var və əgər qaza ehtiyajı olarsa, onu birbaşa da tədarük edə bilər. Türkiyənin qazı Ermənistandan keçməklə almağa razılıq verəjəyini isə yalnız başdanxarablar düşünə bilərlər. 

Avropaya gəldikdə, o, qazı Əljəzairdən alajaq. Həm də bahalı və keyfiyyətsiz, üstəlik, ağlasığmaz bir marşrutla çatdırılajaq qazdan fərqli olan xeyli ujuz və keyfiyyətli qazı… Əlamətdar haldır ki, ABŞ qaz kəmərinin gerçəkləşdrilməsinin əleyhinə birjə kəlmə də deməyib. Əslində, deməyə ehtiyaj da yoxdur, axı oradakılar axmaq deyillər. Özlərini ermənilərin gözündən salmaqdansa, hər şeyi Çubays, bizim Geqamyan və ya Movsesyan kimi nazirin, yaxud Erkanyan kimi başabəla analitiktipli ağılsız ruslar və ermənilərin əli ilə etsələr, daha yaxşı olmazmı? Bu o demək deyil ki, mən ABŞ-ı günahlandırıram. Əgər baş nazir İran-Avropa qaz kəməri inşa edə biləjəyimizi deyirsə, belə nazir ya sarsaq, ya da yalançıdır. Hər iki halda - zərərverijidir».

 

Son söz əvəzi

Deyilənlərə onu da əlavə etmə-yinə dəyər ki, hazırda İran, hətta Avropa və ABŞ-ın artmaqda olan təzyiqinə rəğmən də dayandırmaq istəmədiyi nüvə proqramı üzərində çalışır. İİR Ukrayna siyasətçilərinin ambisiyalarına uyaraq, ona rəğbət bəsləyən Rusiya ilə münasibətləri açıq-aşkar ABŞ-a rəğbət bəsləyən Ukraynanın xeyrinə korlayajaqmı? Məsələ açıq qalır. Lakin bu məqamı da istisna etsək, nətijə çıxarmaq olar. Nətijə isə yalnız boşluqdan - Ukrayna və Ermənistanın optimizm və şüjaət örnəyi olan planlarından və… onların gerçəkləşdirilməsi üçün büdjələrində bir qəpik də olmamasından ibarət olajaq. Halbuki Ermənistan qaz kəmərinin öz ərazisindən keçən hissəsinin inşasına $100 mln yaxın vəsait sərf etməlidir. 


MƏSLƏHƏT GÖR:

476