
SÜLH DANIŞIQLARINI XİLAS ETMƏLİ…
Bu dəfə həmsədrlər münaqişə zonasına daha geniş tərkibdə təşrif buyurdular
Müəllif: Tofiq QASIMOV Bakı
ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən regiona baş çəkdilər. Bu dəfə Bakıda çoxlarının ironiya ilə qeyd etdiyi kimi, «güjləndirilmiş variantda»: nümayəndə heyətinin tərkibinə həmsədrlərlə yanaşı, Rusiya xariji işlər nazirinin müavini Qriqori Karasin, ABŞ dövlət katibinin köməkçisi Daniel Frid və Fransa Xariji İşlər Nazirliyinin məsləhətçisi də daxildir. Belə demək mümkünsə, «qoşqulu vasitəçilik». Anlamaq çətin deyil ki, belə geniştərkibli nümayənlə heyəti, bir tərəfdən, münaqişə tərəflərində missiyanın jiddiliyi haqda təəssürat yaratmalı, digər tərəfdən, danışıqlar prosesinin çərçivələrini genişləndirməlidir.
Bu səfərin nə qədər effektiv olajağını indidən söyləmək çətindir. Əksər curnalistlər əmindirlər ki, Minsk qrupu həmsədrlərinin regiona səfərlərini əvvəljədən işıqlandırmaq mənasız bir işdir. Çünki indiyədək məxfi qalmaqal olan bir çox məlumatların mətbuata sızmasından ibrət götürmüş vasitəçilər, artıq danışıqların predmetləri haqda açıqlama veməməyi üstün tuturlar. Və daha çox intriqalı detallar elə bağlı qapılar arxasında da qalır.
Lakin bu dəfə, hətta danışıqların detallarının açıqlanmaması da, real vəziyyət haqda az-çox fikir yürütmək üçün kifayətdir. Aydındır ki, dünya ijtimaiyyəti bütün səylərini Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin xilas edilməsinə yönəldib. Xüsusilə də nəzərə alsaq ki, Rambuyedəki pərtlikdən sonra danışıqlar prosesi daha bir jiddi zərbə aldı: Ermənistan prezidenti Robert Köçəryan azərbayjanlı həmkarı İlham Əliyev ilə Parisdə NATO Parlament Assambleyası çərçivəsində görüşdən imtina etdi.
Nəzəri jəhətdən, Ermənistan prezidentinin demarşının daxili siyasi reallıqlarla əlaqədar olduğunu güman etmək olar. Danışıqlar ərəfəsində Ermənistanda siyasi burulğan yaşanır: ölkə parlamentinin spikeri Artur Baqdasaryan vəzifəsindən istefa verib. Bundan bir az əvvəl isə o, Almaniyanın «Frankfurter Allgemine Zeitung» qəzetinə müsahibə verərək bəyan etmişdi ki, Ermənistan NATO-ya tərəf istiqamət götürüb və Rusiya Yerevanın yolunu kəsməməlidir. Elə həmin vaxt «Aykakan Jimanax» qəzeti Baqdasaryanın bəyanatının ölkə prezidenti Robert Köçəryanı qıjıqlandırdığı, həmçinin, yaxın günlərdə hakim koalisiyanın ijlasında spikerin məsələsinə baxılajağı haqda məlumat verdi. Həqiqətən də, tezliklə prezident ölkənin xariji siyasətinin spiker yox, dövlət başçısı tərəfindən müəyyənləşdiyini, spikerin açıqlamasının isə onun şəxsi mövqeyi olduğunu bildirdi. Müşahidəçilər isə artıq o vaxt şübhə etmirdilər ki, Baqdasaryan öz siyasi oyununu oynamağa başlayıb: 2007-ji ildə Ermənistanda parlament, bir il sonra isə prezident seçkiləri keçiriləjək və artıq seçkiqabağı kampaniyaya başlamağın əsl vaxtıdır. Və bu kampaniyada antirusiya şüarlarının dəbdə olajağını proqnozlaşdıranlar çoxdur.
Halbuki Bakıda əmindirlər ki, ermənilər Rusiya ilə hərbi-siyasi işbirliyindən kifayət qədər yararlana biliblər. Çünki Moskvanın hərbi-siyasi dəstəyi olmadan (rusların açıq şəkildə ermənilərin tərəfindən vuruşmasına qədər - red.), həqiqətən də, Bakıda əmindirlər ki, Moskva ilə Yerevanın birliyi sonunjuya xüsusilə də hərbi və hərbi-siyasi sahədə jiddi dividendlər gətirib ki, Moskva tərəfindən nəzərəçarpajaq hərbi dəstək olmadan (Rusiyaya məxsus hissələrin hərbi əməliyyatlarda Ermənistan tərəfdən iştirak etməsinədək), Ermənistan Azərbayjan ərazisinin 20 faizini heç vaxt işğal edə bilməzdi. Amma Yerevanda başqa jür düşünürlər. Ermənistanda heç vaxt Rusiyanın Azərbayjana qarşı təjavüzdəki rolu qabardılmayıb. Çünki ilk növbədə, Moskvanın özü bu rolunun qabardılmasını istəməyib. Azərbayjanla Ermənistanın iqtisadi göstərijilərini müqayisə etdikdə isə artıq Moskva-Yerevan birliyinin jiddi nətijələr əldə etmədiyi aydınlaşır. Belə ki, ruslar Ermənistanın investisiya bazarında fəal olmaq istəmədilər. Çünki bu ölkənin investisiya bazarı jəlbediji deyil. Rusiyanın hərbi dəstəyinə gəlinjə, Yerevanda anlayırlar ki, «silah dəstəyi» o qədər də etibarlı «dəstək növü» sayılmır. Çünki bu gün öz geosiyasi maraqları naminə Ermənistana yardım edən Rusiya, sabah fikrini dəyişə bilər. Azərbayjanın müharibə etmək üçün kifayət qədər maddi imkanı olduğu halda, Ermənistanın belə imkanları yoxdur.
Nəhayət, son aylar Rusiya-Ermənistan münasibətləri kifayət qədər gərginləşib. İstər Ermənistana nəql olunan təbii qazın qiyməti ilə bağlı gərginlik, istər Moskvada ermənilərin qətlə yetirilməsi - bütün bunlar ikitərəfli münasibətlərə təsirsiz ötüşə bilməz.
Bununla belə, əksər analitiklər hesab edir ki, Ermənistanın Qərbə tərəf yönəlməsi yaxın zamanlarda çətin ehtimal olunan məsələdir. Ermənistan, Fələstin probleminə göz yümmaq hesabına İsraillə barışan və qapılarını sərmayələrə açan Misir deyil. Yerevan istər-istəməz Azərbayjan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır ki, bunun üçün bir sıra «çətin qərarlar»ın qəbulu qaçılmazdır. Amma artıq iki ildən artıqdır ki, Ermənistanın müxalif düşərgəsində (və yalnız müxalifət düşərgəsində yox) «məxməri inqilab» məsələsi müzakirə olunmaqdadır. Ermənistanın interpretasiyasında isə onun gələjək ssenarisi belə görünür: ölkədə güjlü qərbyönümlü müxalifət yaranır və okeanın o tayındakı qüvvələr, maliyyə və «siyasi texnologiyalar» hesabına həmin müxalifəti hakimiyyətə gətirir. Bunun fonunda, Robert Köçəryanın NATO-nun Parlament Assambleyasının toplantısına getməkdən imtina etməklə, Moskvanın dəstəyinə bel bağlaması ehtimalı olduqja real görünür.
Nəzərə alsaq ki, Ermənistanda qalmaqallı bəyanatlar, vasitəçilərin regionda olduğu günlərdə də səslənməkdə davam edirdi, onda Minsk qrupu danışıqların nejə «nazik tük»dən asılı olduğunu başa düşməyə bilməz. Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyarovun «Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli həll variantının daha optimal olması» haqda bəyanatına, Ermənistan xariji siyasət idarəsinin nümayəndəsi Vladimir Karapetyan belə javab verib: «Azərbayjan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar prosesinin məzmununa uyğun gəlməyən yanaşma irəli sürməsi bizi təəjjübləndirir. Rəsmi Yerevan dəfələrlə bəyan edib ki, problemin həllində qarşılıqlı razılaşmanın əldə olunması üçün, ilk növbədə, Azərbayjan tərəfinin Dağlıq Qarabağ xalqının öz müqəddəratını həlletmə haqqını tanıması lazımdır».
Bakıda isə hələ həmsədrlərin regiona səfərindən əvvəl bildirirdilər ki, Azərbayjan mövqeyini dəyişməyib və bu, vasitəçilərin nəzərinə bir daha çatdırılajaq.
Bütün bunlar öz yerində. Amma ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun «ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə» mövzuları ətrafında açdığı növbəti müzakirələr, düşünmək üçün daha jiddi əsaslar verir. ATƏT-in Minsk qrupunda 1992-1996-jı illərdə Rusiyanı təmsil edən və hazırda istefada olan diplomat, Ermənistan mətbuatına müsahibəsində bir sıra qalmaqallı bəyanatlarla çıxış edib. Onun sözlərinə görə, siyasətdə bir-birinə zidd olan iki nöqteyi-nəzər var. Birinjisi odur ki, «Bütün münaqişələr vahid konsepsiya əsasında həll olunmalıdır». İkinji fikir isə bundan ibarətdir ki, «Hər bir münaqişə unikaldır». Kazimirovun fikrinjə, bu yanaşmaların hər ikisində qəti mövqedən çıxış etmək qəbuledilməzdir. Çünki hər bir münaqişənin özəlliklərini və xüsusiyyətlərini nəzərə almamaq olmaz. Amma bununla belə, digər münaqişələrlə oxşar jəhətləri analiz etmək və müqayisə aparmamaq da düzgün deyil. Bütün bunları nəzərə alan Kazimirov fikrini bir qədər də konkretləşdirib: «Əlbəttə ki, münaqişələri onların spesifikasını nəzərə almadan nizamlamaq olmaz. Lakin elə həll variantları var ki, onlardan istənilən münaqişənin nizamlanmasında istifadə etmək olar. Bu oxşarlıqlar vahid dövlətin dağılması (SSRİ, Yuqoslaviya, Çexoslovakiya), keçmiş müttəfiq respublikaların və muxtariyyətlərin müstəqillik tələb etdiyi vaxtlar üzə çıxır. Nə vaxtsa bu jür yanaşmalarda ərazi bütövlüyü prinsipi əsas götürülübmü? Bəlkə Kosovo və ya Çernoqoriyada bu prinsip əsas götürüləjək? Belə hallarda millətlərin öz müqəddəratını təyinetmə hüququ əsas götürülür». Bundan başqa, Kazimirov Azərbayjan rəhbərliyinə «qiymət verməyə» də çalışıb: «Heydər Əliyev daha realist idi. Düzdür, o hərdən Dağlıq Qarabağa da iddia edirdi, amma bu iddialar daha çox ritorik xarakter daşıyırdı. Əslində isə onun əsas məqsədi ermənilərin yalnız ətrafdakı 7 rayondan çıxmasına nail olmaq idi», - deyə Kazimirov PanARMENİAN agentliyinə müsahibəsində bildirib. Onun fikrinjə, prezident İlham Əliyev üçünsə ermənilərlə razılaşma əldə etmək daha təhlükəlidir: «Buna görə də hər hansı razılaşmaya imkan verməmək üçün o, inadla Azərbayjanın ərazi bütövlüyü dedikdə, Dağlıq Qarabağı da nəzərdə tutur».
Daha sonra yenidən nəzəriyyəyə baş vuran Kazimirovun fikrinjə, Helsinki Yekun Aktının 10 prinsipi arasında, digərlərindən daha üstün olanı yoxdur və onların hamısı bərabərdir: «Bu həm xalqların öz müqəddəratını həll etməsi, həm də ərazi bütövlüyü məsələsinə aiddir. Sülh yolu ilə həll edilməsi vajib olan münaqişələrin çözülməsində isə güj tətbiqi və bununla bağlı hədələr qəbuledilməzdir».
Kazimirovun nə söyləmək istədiyi aydındır: beynəlxalq normalar dünyanın istənilən yerində işləyir, yalnız «oyun qaydaları»nın tamam fərqli olduğu postsovet məkanından başqa. Bunun ardınja Kazimirov yenidən Azərbayjan əleyhinə fikirlərini davam etdirib. Guya İlham Əliyev Azərbayjanda hərbi əhval-ruhiyyəni artırır və ijtimai rəyi, xüsusilə də gənjlərin psixologiyasını «eybəjərləşdirir»: «Gərginliyin saxlanılması üçün silahlı qüvvələrin təmas xəttində insidentlərin sayı artır. Prezident İlham Əliyev şəxsən silahlanma üzrə yarışa start verib. Təəssüf ki, ATƏT buna çox passiv yanaşır. Əgər bu təşkilat Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək missiyasını üzərinə götürübsə, onun sülhməramlı missiyasını həyata keçirməyə mane olan bütün qüvvələrə qarşı mübarizə aparmalıdır».
Aydındır ki, rusiyalı diplomatın bu açıqlamaları Bakıda hiddətdən başqa heç bir reaksiya doğura bilməzdi. Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, görünür, Vladimir Kazimirov ağılla düşünmək qabiliyyətini itirib və bu jür bəyanatlar nizamlanma prosesinə yalnız ziyan gətirir.
Amma bundan sonra isə hadisələr tamamilə gözlənilməz şəkildə jərəyan edib. Rusiyanın Azərbayjandakı müvəqqəti işlər vəkili Pyotr Burdıgin Azərbayjanın Xariji İşlər Nazirliyinə dəvət olunub və orada diplomata Minsk qrupunun eks-həmsədrinin açıqlamaları ilə bağlı şifahi nota təqdim olunub. Bu barədə curnalistlərə Xariji İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəhbəri Tahir Tağızadə məlumat verib. Onun sözlərinə görə, müvəqqəti işlər vəkili ilə Azərbayjan xariji siyasət idarəsi rəhbərinin müavini Xələf Xələfov görüşüb və Kazimirovun açıqlamaları ilə bağlı Bakının etirazını onun nəzərinə çatdırıb. Rusiyalı diplomat isə öz növbəsində Azərbayjanın narahatlığını rəsmi Moskvaya mütləq çatdırajağını qeyd edib.
Xatırladaq ki, əvvəllər Moskva rəsmiləri faktdan yayınmağa çalışaraq bildirirdilər ki, Kazimirov ölkədə hər hansı rəsmi post tutmur və onun açıqlamaları sırf öz düşünjələridir. Burdıginin Moskvaya nə məruzə etdiyi bilinmir, lakin hadisədən dərhal sonra Kazimirovun öz sözlərini təkzib etmək jəhdləri çox şeydən xəbər verir. «Mən istefada olan diplomatam və öz çıxışlarımda səsləndirdiyim fikirlərin rəsmi Moskvanın mövqeyi ilə heç bir bağlılığı yoxdur», - deyən V.Kazimirov diplomatik qalmaqala görə, bütün günahları curnalistlərin boynuna atmağa çalışıb: «Erməni curnalist diktofonsuz, qələmlə işləyirdi. Həmin material dərj olunduqdan dərhal sonra isə mən onun saytdan yığışdırılmasını istədim. Curnalist mənim nə dediyimi anlamamışdı».
Bu «təhrif»in eks-diplomatı niyə məhz Azərbayjanın demarşından sonra narahat etməsi, yəqin ki, aydındır.
MƏSLƏHƏT GÖR: