15 Mart 2025

Şənbə, 02:41

«AMORF İTTİFAQ»DAN İŞLƏK QURUMA DOĞRU

GUAM-ın Kiyev sammiti postsovet tarixində dönüş nöqtəsi ola bilər

Müəllif:

01.06.2006

GUAM-ın Kiyev sammitinin nətijələri hələ uzun müddət müzakirə və təhlil ediləjək. Buna səbəb isə yalnız o deyil ki, yeni təşkilatların yaranması az-az rast gəlinən hadisədir. Sadəjə, uzun illərdir, barəsində danışılan «MDB-yə alternativ nüfuz mərkəzi», nəhayət, rəsmiləşdirildi. Kiyev sammitinin yekununda «Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM»ın yaradılması haqqında bəyannamə imzalandı və yeni yaradılan bu qurumun fəaliyyətinin hüquqi əsasını təşkil edəjək bir sıra sənədlər qəbul olundu. 

Təşkilatın yaradılması haqda Kiyev bəyannaməsində qeyd olunur ki, birliyin əsas fəaliyyət istiqamətləri demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyinə, insan haqları və azadlıqlarına riayət olunmasına yönəlib. GUAM üzvləri ərazilərində mövjud olan münaqişələrin həlli sahəsində də əməkdaşlıq etmək niyyətindədirlər. Həmçinin, bu dövlətlər arasında iqtisadi, tijari və nəqliyyat sahəsində əlaqələrin dərinləşdirilməsi, azad iqtisadi-tijarət zonasının yaradılması nəzərdə tutulur. Qurum üzvləri bəyan ediblər ki, enerci bazarında monopoliyanın yaradılması, iqtisadi təzyiqlərin göstərilməsi yolverilməzdir. Bundan başqa, Mərkəzi Asiya və Xəzər hövzəsindən enerci daşıyıjılarının nəqli marşrutlarının diversifikasiyasının zəruriliyi vurğulanıb, toplantı iştirakçıları Avropaya inteqrasiya, Avropa İttifaqı və NATO ilə münasibətlərin möhkəmləndirilməsi və ABŞ-la tərəfdaşlıq əlaqələrinin güjləndirilməsini vajib sayıblar.   

 Sammitdə qəbul olunan ikinji sənəd birgə kommünikedir. Orada bildirilir ki, GUAM üzvü olan ölkələrin ərazisindəki həll olunmamış münaqişələr, xariji ölkə ordusu və silahlı qrupların buradakı qanunsuz mövjudluğu regionda tam miqyasda demokratiyanın və iqtisadiyyatın inkişafına maneədir. Görüş iştirakçıları Dnestryanı respublika probleminin mərhələli şəkildə «Demokratik yolla həll» planına əsasən çözülməsini dəstəkləyirlər. Qeyd edək ki, bu plan hələ Kişinyov sammitində təqdim olunub və orada münaqişənin çözülməsi üçün aparılan danışıqlar prosesinə ABŞ və Avropa Birliyinin qatılması da nəzərdə tutulub. Dövlət başçıları, həmçinin, Sxinvali regionundakı (Jənubi Osetiya) problemin sülh yolu ilə həllinə dair Gürjüstan tərəfindən təklif olunan və 2005-ji ilin 5 dekabrında Lüblyanada ATƏT-in Nazirlər Şurası tərəfindən dəstəklənən planı alqışladıqlarını və onun reallaşmasının vajibliyini qeyd ediblər. Gürjüstan ilə Rusiya Federasiyası arasında Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı əldə olunmuş razılaşmadan məmnunluq ifadə olunub. 

GUAM üzvü olan ölkələrin başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təşlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl olunmasının və bu problemə dair ATƏT-in Lissabon sammitində qəbul edilmiş prinsiplərin reallaşmasının vajibliyini də bə-yan ediblər. Onlar GUAM çərçivəsində layihələrin və proqramların həyata keçirilməsi üçün verdiyi dəstəyə görə ABŞ-a təşəkkürlərini bildiriblər. Dövlət başçıları sammit çərçivəsində qəbul olunmuş GUAM-ABŞ birgə bəyanatlarını alqışlayaraq, həmin layihələrin reallaşdırılmasının vajibliyini qeyd ediblər.

Üçünjü sənəd münaqişələrin həllinə dair GUAM-ın birgə bə-yannaməsidir. Sənədə əsasən, dörd ölkə başçısı bildirib ki, ölkə əraziləri işğal obyekti ola bilməz və ərazilərdə elan olunmuş qurumların heç bir şərtlə qanuni sayılması mümkün deyil. 

Yeri gəlmişkən, indiyədək MDB çərçivəsində qəbul olunmuş bir sənəddə belə, GUAM-ın toplantısında olduğu kimi, Ukrayna, Azərbayjan, Gürjüstan və Moldovanın ərazi bütövlüyünü bu dərəjədə birmənalı şəkildə müdafiə edən bənd olmayıb. Nəhayət, sənəddə açıq şəkildə qeyd olunur ki, enerci sahəsində hər hansı şantac qətiyyən  yolverilməzdir. Təbii ki, bu, Moskvaya ünvanlanmış ittiham hesab olunur.

Sammit bəyannamələrlə məhdudlaşmır: toplantının gedişində Ukrayna və Azərbayjan prezidentləri arasında ikitərəfli görüş keçirilib. Danışıqların yekununda Viktor Yuşşenko bəyan edib ki, Kiyev Bakıya energetika və nəqliyyat sahələrində əməkdaşlıq təklifi ilə çıxış etməyə hazırdır. Bu, «Odessa-Brodı» neft kəmərinin istifadəsinə, həmçinin, Qazaxıstan neftinin emalına aiddir. Söhbət, həmçinin, «Brodı-Qdansk» neft kəməri layihəsinin reallaşdırılması perspektivindən gedir. Müşahidəçilər Azərbayjan prezidentinin sammitdə energetika sahəsində müzakirələrin üstünlük təşkil edəjəyi haqda bəyanatını xatırladırlar. Onun ukraynalı həmkarı Viktor Yuşşenko isə buna belə javab verib: «Azərbayjanın unikal neft hasilatı, Ukraynanın isə unikal tranzit imkanları var. Bu imkanlar nədən birləşdirilməsin?».

Heç şübhəsiz, yeni birlikdə aparıjı rol Azərbayjanın üzərinə düşür. Əvvəla, GUAM üzvləri arasında Azərbayjan özünün enerci resursları olan və qurumun digər üzvlərinin Rusiya neftindən asılılığını azaltmaq imkanına malik yeganə dövlətdir. İkinjisi, Azərbayjanın geosiyasi vəziyyəti elədir ki, Qazaxıstan neftinə çatmaq üçün GUAM ölkələri yalnız Azərbayjan ərazisindən istifadə edə bilərlər (unutmayaq ki, Qazaxıstan neftinin «enerci şantacı»ndan azad olunmağın əsas şərtlərindəndir». Üçünjüsü, Azərbayjan GUAM üzvləri arasında Rusiya ilə «diplomatik müharibə» şəraitində olmayan yeganə ölkədir ki, bu da ən azı, Bakının yürütdüyü diplomatiyanın gözlənilməz gedişidir. Hətta İlham Əliyev GUAM-dakı həmkarlarına, onlarla Rusiya arasındakı münasibətlərin normallaşmasında vasitəçilik edə biləjəyini də bildirib. 

Bundan başqa, xatırladaq ki, hələ GUAM-ın yeni yarandığı dövrlərdə - 1999-ju ildə analitiklər bildirirdilər ki, birliyin təsis edilməsində əsas məqsəd Azərbayjan neftinin tranziti məsələsidir.

Moskvanın Kiyev sammitindən narahatlığı açıq sezildi. Bir tərəfdən, Vilnüsdən fərqli olaraq, GUAM görüşünün iştirakçıları Rusiyanın ünvanına jiddi ittihamlarla çıxış etmədilər və bununla da javab ittihamları və «söz savaşı» üçün zəmin yaranmadı. Digər tərəfdən, «ərazi bütövlüyü» və «enerci şantacı» ifadələri Moskvanı narahat etməyə bilməz.

Rusiya hakimiyyəti rəsmi səviyyədə, təbii ki, təmkin nümayiş etdirməli oldu. Rusiya Xariji İşlər Nazirliyi (XİN) bəyan etdi ki, onlar GUAM-ın Kiyev sammitində hər hansı «antirusiya amilləri» görmür. Lakin xariji işlər nazirinin müavini Andrey Denisov sonadək dözə bilmədi və bildirdi ki, Moskvada GUAM-ın özü yox, bu qurumun Qara dəniz istiqamətində həddən artıq qol-budaq açması sual yaradır: «Bu istiqamətdə artıq öz ənənəsi və bünövrəsi olan təşkilatlar var. Bizə elə gəlir ki, bu sahədə elə həmin təşkilatlar çərçivəsində də əməkdaşlıq etmək olardı». 

Qeyri-rəsmi səviyyədə isə neft tranziti haqda razılaşma dərhal Rusiyaya qarşı «enerci demarşı» adlandırıldı. Bu fikrin müəllifləri iddia edirlər ki, yeni qurumun üzvlərinin, faktik olaraq, Rusiyanın regiondakı enerci imkanlarını məhdudlaşdırmaq haqda düşünürlər. Yeni təşkilata tezliklə «Rusiyadan injiyənlərin birliyi» adı da verildi. Hadisələr Qərb əleyhinə ritorikalarsız da ötüşmədi: mətbuatda ABŞ-ın «Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM»ın yaradılmasını rəsmən dəstəkləməsi, üstəlik, Kiyev sammitində ABŞ Dövlət Departamentinin nümayəndələrinin iştirakı, az qala, «kompromat» səviyyəsində təqdim olundu.

Amma Rusiya yeni təşkilatın yaranmasında xariji «barmaq» axtarmağa çalışsa da, aydındır ki, MDB məkanında yeni alternativ nüfuz mərkəzinin yaradılmasının başlıja səbəbi, elə Moskvanın özünün indiyədək yürütdüyü siyasətdir. Düzünə qalsa, GUAM-ın tarixi Gürjüstan, Azərbayjan, Ukrayna və Moldova prezidentlərinin 1999-ju ildə keçirdikləri ilk görüşdən yox, çox əvvəldən - 12 MDB üzvünün 1995-ji il fevralın 10-da «MDB-də sabitlik və sülhün dəstəklənməsi haqqında» memorandum imzalanmasından başlanıb. Regional münaqişələrin həddindən artıq çox olduğu postsovet məkanında belə sənədi səbirsizliklə gözləyirdilər. Qurumun növbəti ijlaslarının birində təqdim olunan bu sənədin layihəsi, görünür, həmin «regional münaqişələr»in həllinə «böyük ümidlər» açdı: MDB üzvü olan ölkələr bir-birinə qarşı hərbi, siyasi, iqtisadi və sair təzyiqlərdən çəkinmək haqda» öhdəlik götürdülər. Tərəflər, həmçinin, öz ərazilərində MDB-nin digər üzvlərinin müstəqilliyi, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən təşkilatlar və ya ayrı-ayrı şəxslərin sığınajaq tapmasına yol verməmək haqda da öhdəlik götürmüşdülər; bir-birinin ərazi toxunulmazlığını tanımışdılar, sərhədlər və ərazilərlə bağlı yaranan bütün mübahisələrin yalnız sülh yolu ilə həllinə dair vəd vermişdilər və s.  Həmçinin, memoranduma əsasən, MDB üzvü olan ölkələr milli qanunverijiliklərə və beynəlxalq normalara uyğun olaraq, «separatizm, millətçilik, şovinizm və faşizmin yaranmasının qarşısının alınması», «birliyə üzv olan başqa bir ölkənin ərazisində separatçı hərəkat və recimlər mövjud olarsa, onları dəstəkləməmək, həmin qüvvələrlə siyasi, iqtisadi və başqa əlaqələr qurmamaq, belə recimlərin MDB üzvü olan ölkənin ərazisi və kommunikasiyasından istifadəsinə ijazə verməmək, həmçinin, iqtisadi, maddi, hərbi və sair yardımlar göstərməmək» haqqında öhdəlik götürmüşdülər.

Lakin təəssüf ki, elə imzalanma mərhələsindəjə məlum oldu ki, çoxdan gözlənilən sənəd, üzərində çap olunduğu kağız parçasına da dəymir: Ermənistan sənəddə millətçilik, separatizm və şovinizmlə mübarizə, separatçı recimlərə dəstək verilməməsi ilə bağlı bəndlərə qoşulmayaraq, memorandumu imzalamaqdan imtina etdi və bununla da öz «xüsusi fikrini» rəsmi şəkildə ortaya qoymuş oldu. Bu, açıq çağırış idi. Amma qurumun digər 11 üzvünün heç nəyin baş vermədiyi kimi görüntü yaratmaqdan başqa çarəsi qalmadı. Hər halda, bu gün mətbuatda həmin memorandumda separatizmə qarşı «kəskin ifadələr»in yer aldığı tez-tez xatırladılır, amma nədənsə, heç kəs Ermənistanın «xüsusi fikri»ni yada salmır. Az sonra isə Gürjüstan Rusiyanı sözügedən sənədin bəndlərini pozmaqda, Jənubi Osetiya və Abxaziya separatçılarına dəstək verməkdə ittiham etdi,  Azərbayjan ərazisində «müstəliq Ləzgistan» yaradılması tələbi ilə çıxış edən separatçı «Sadval» Rusiyada leqal status qazandı…. İmzalanmış sənədin Dağlıq Qarabağa heç bir təsiri olmadığından danışmaq isə yəqin ki, artıqdır.

Bütün bunların fonunda Moskvanın öz nüfuzunu itirə biləjəyindən ehtiyatlanması üçün əsas elə o zaman kifayət qədər idi. Bakıda artıq «Əsrin müqaviləsi» imzalanmış, Gürjüstan öz ərazisindən keçəjək neftdən əldə edəjəyi gəlirləri hesablamağa başlamışdı. Kişinyov Buxarestdə və qərbyönümlü tendensiyaların baş verdiyi üç MDB ölkəsinə tərəf boylanırdı. Bu üç ölkənin ərazisində isə memorandumda qeyd olunmuş «xarijdən dəstək alan separatçılar» at oynadırdılar. Moskvalı diplomatlar isə təbii olaraq hamını inandırmağa çalışırdılar ki, bu ölkələrdəki münaqişələri Rusiyadan başqa heç bir dövlət nizamlamaq iqtidarında deyil. Lakin bu fikirlərin təsdiqə ehtiyajı var idi və Moskvada yaxşı anlayırdılar ki, MDB məkanında təhlükəsizlik problemlərinin həllinə hazır olduğunu nümayiş etdirmədən, beynəlxalq haqların fundamental normalarına əməl edilməsini təmin etmədən jiddi geosiyasi mövqeyə ümid etmək mümkün deyil. 

Amma bütün bunları billə-bilə, Moskva sözdən əmələ keçmədi. Axı Rusiya üçün «itaət etməyən» respublikaları jəzalandırmağın ən asan yolu elə bu münaqişələrdir…

Başqa bir məqamı da nəzərdən qaçırmayaq. SSRİ-nin dağılmasından sonrakı ilk aylarda açıq şəkildə aydınlaşdı ki, Moskvada iki qruplaşma arasında jiddi «gizli mübarizə» gedir. Bu qruplardan biri (onların iqtisadi maraqlarını daha çox yanajaq-enerci kompleksi təşkil edirdi - red.)  hesab edirdi ki, totalitar recimin aradan qalxmasından sonra, nəhayət, Rusiya beynəlxalq ijtimaiyyət və qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaxşı şans əldə edib. Bunun üçün Moskva qonşu dövlətlərin müstəqilliyini tanımalı, səfirliklərlə, sərhədlərlə normal dövlətlərarası münasibətlər yaratmalı, iqtisadi əlaqələr qurmalıdır... 

Amma digər qrup (əsasən, Hərbi Sənaye Kompleksinin təmsilçiləri - red.) özlərini «nə qədər pis olsa, o qədər yaxşıdır» prinsipinə uyğun aparır, regional münaqişə ojaqlarına gizli yolla silah ötürür və bununla hərbi üstünlüyün qanuni hakimiyyətlərin tərəfində olmasına maneə yaratmağa çalışırdı. Bu qrupun rəhbərliyi mütəmadi olaraq, qonşu ölkələrdə daxili siyasi sabitliyin pozulması üçün təxribatlara əl atır və ümid edirdilər ki, «Bu ölkələr  müstəqillik üçün hələ yetişmədiklərini anlayaraq geri qayıdajaqlar». Nətijədə, məsələn, Rusiyanın yanajaq və energetika naziri Şafranik «Əsrin müqaviləsi»nin imzalanma mərasimində iştirak edir; bu ölkənin xariji işlər naziri Andrey Kozırev isə Neft Daşlarının Rusiyanın mülkiyyəti elan edilməsini, Xəzər dənizinə hərbi güj tətbiqini təklif edirdi, Azərbayjana qarşı nəqliyyat blokadası tətbiq olunurdu... 

Artıq SSRİ-nin dağılmasından 15 il keçir, amma Rusiyanın siyasətindəki bu «ikiüzlülük» hələ də yox olmayıb. Rusiya Prezidenti Vladimir Putin Bakıya səfəri zamanı rəsmən bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbayjan ilə Rusiya arasında tijarət dövriyyəsi bir milyard yox, beş milyard dollar olardı: «Bu səbəbdən də biz münaqişənin uzanmasında maraqlı ola bilmərik». Heç kəs Rusiya prezidentinin səmimiliyinə şübhə etmir. Anjaq bununla yanaşı, hamı Rusiyanın «LUKoyl» Şirkətinin Bakı-Tbilisi-Jeyhan layihəsində iştirakdan nejə imtina etdiyini də yaxşı xatırlayır. Rusiyanın aparıjı şirkətinin könüllü şəkildə, minimum milyard, bəlkə də iki milyard dollardan imtina etməsi inandırıjı görünmür. 

Və bu gün təəjjüblənmək lazım deyil ki, Rusiyanın timsalında etibarlı iqtisadi tərəfdaş və təhlükəsizliyin qarantını tapa bilməyən ölkələr, alternativ variantlar haqda düşünməyə başlayıblar.

İndi isə Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov Kiyev sammitini «İnterfaks»a belə şərh edir: «Mən həmişə bu fikirdə olmuşam və bu gün də belə düşünürəm ki, bu ölkələrin NATO-ya üzv olmaları onlara müsbət heç nə gətirməyəjək. Amma bununla yanaşı, etiraf etməli-yəm ki, məhz Rusiyanın beynəlxalq aləmdəki siyasəti, bu ölkələrdə NATO-ya üzvlüyün tərəfdarı olan siyasətçilərin mövqelərini möhkəmlətməkdə davam edir».

«GUAM çərçivəsində biz MDB-də həllinə nail olmadığımız məsələləri çözməyə çalışırıq», - deyən Gürjüstan Prezidenti Mixail Saakaşvili də Kiyevdə bildirib ki,  «Gürjüstan, Ukrayna və Moldovaya qarşı iqtisadi sanksiyaların tətbiq edildiyi bir vaxtda, bizim azad tijarət zonasının yaradılması məsələsini həll etməyimiz çox vajibdir və bu, bütün ölkələrə real iqtisadi gəlir qazandırajaq». 

Moldova Prezidenti Vladimir Voronin isə deyib: «Biz heç jür sovet imperiyası sindromundan yaxa qurtara bilmirik. Biz moldovanlar sülhsevər insanlarıq, lakin biz də «böyük qardaş-kiçik qardaş», istəyirsiniz, lap «bajı» formatı ilə barışa bilmirik». 

Təbii ki, Kiyev sammitinə Rusiyaya idxalı qadağan olunmuş gürjü və moldovan çaxırları mövzusuna da toxunulub. Özü də bu iki şərabçılıq ölkəsinin başçısı Rusiyanın bu addımına olduqja emosional reaksiya verib: «Heç kimə Moldova çaxırı ilə dolu şüşələrin buldozer vasitəsilə əzmək səlahiyyəti verilməyib», - deyə Voronin qeyd edib. Ukrayna lideri Viktor Yuşşenko öz növbəsində vurğulayıb ki, MDB-də faydalı iş əmsalında jiddi defisit var: «Məsələn, biz sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflər irəli sürsək də, bu qəbul edilmədi. Belə hallar onlarja, yüzlərlədir. Bu jür məsələlər tənzimlənmədiyi halda, ümumilikdə, MDB daxilində münasibətlər nejə inkişaf edə bilər?». 

Bir sözlə, əgər MDB-nin Kişinyov sammitində respublikalar Rusiyaya dövlətlərarası münasibətlərin ikitərəfli avtomobil yoluna bənzədiyini və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu xatırladırdılarsa, GUAM-ın Kiyev sammitində, onlar artıq başqa yolla getməyi qərara aldıqlarını birmənalı şəkildə ortaya qoydular. İndi yaranmış vəziyyət ətrafında artıq respublikalar yox, Moskva baş sındırmalı olajaq. Və söhbət yalnız Moskvadan injiklikdən getmir. Sadəjə, Rusiyanın enerci daşıyıjılarından siyasi silah kimi istifadəetmə jəhdləri, Moskvanın nəzarətindən çıxaraq alternativ yol axtaran respublikalardakı «mərkəzdənqaçma» meyllərini daha da artırdı.

Amma bütün bunlara rəğmən, Moskvada hələ də düşünürlər ki, GUAM «gurultulu siyasi cest»dən başqa bir şey deyil. Rusiyanın kifayət qədər yüksəkranqlı siyasətçiləri kütləvi informasiya vasitələrində bu birliyin heç nəyə nail ola bilməyəjəyini iddia edirlər və öz mövqelərini əsaslandırmağa çalışırlar.

Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Mixail Margelovun məsələyə yanaşması, XİN-dəki diplomatların yanaşmasından daha konkretdir. Onun sözlərinə görə, postsovet məkanında Rusiyanın iştirakı olmadan heç bir təşkilatın fəaliyyəti effektli ola bilməz: «Rusiyaya qarşı istənilən dostluq, istənilən əməkdaşlıq effektsiz olajaq; GUAM üzvü olan hər bir ölkə Rusiya, həmçinin, MDB-nin digər üzvlərinin iqtisadiyyatı ilə sıx bağlıdır». Margelovun fikrinjə, bütün bunlarla əlaqədar, keçmiş SSRİ ərazisində hansısa təşkilatın Rusiyanın iştirakı olmadan, ilk növbədə, iqtisadi jəhətdən effektiv olajağını söyləmək mümkün deyil. Rusiyada, həmçinin, əmindirlər ki, GUAM çərçivəsində bütün enerci layihələri «iflasa uğrayajaq».

Amma Markelovun bu açıqlamaları respubikalarda, ələlxüsus da Azərbayjanda, Moskvanın 90-jı illərin əvvəllərindəki «antineft ritorikası»nı xatırladır. O zaman da Moskva Bakıda Qərb investorları ilə neft müqavilələrinin imzalanajağına və bunun effektli olajağına inanmırdı.  

Əvvəljə Rusiya analitikləri hamını inandırmağa çalışırdılar ki, investorların diqqətini jəlb edə biləjək neft, Xəzər dənizində… ümumiyyətlə yoxdur. Daha sonra belə fikirlər yayılmağa başlandı ki, guya Xəzərin statusu müəyyənləşmədiyindən və postsovet məkanında siyasi sabitlik olmadığından, jiddi Qərb şirkətləri regiona gəlməkdən ehtiyat edəjək. Buna görə də Azərbayjan tələm-tələsik Rusiya ilə dil tapmalıdır. Artıq müqavilələrin imzalanmasından, ABŞ-ın isə Xəzərin statusu məsələsində Moskvaya açıq təzyiq göstərməyə başlamasından sonra, Rusiya analitikləri sübut etməyə çalışdılar ki, Xəzər neftinin tranziti yalnız Novorossiyskdən keçməklə baş tuta bilər, Bakı-Tbilisi-Jeyhan layihəsi real deyil və s.

…Bu gün həmin bəyanatlar yalnız təbəssüm doğurur.


MƏSLƏHƏT GÖR:

359