
TEHRANDA QANLI HƏFTƏ
Tehran «möhkəmlik sınağı»ndan çıxajaqmı?
Müəllif: «R+» analitik qrupu
Təbrizdə durum mürəkkəb və müəmmalı olaraq qalmaqdadır. «R+» curnalının bu nömrəsi çapa hazırlanan anda məlum oldu ki, mayın 28-nə - Azərbayjan Respublikasının əsas dövlət bayramı olan Respublika Günü qeyd olunan ərəfəyə Tehranda parlamentin binası qarşısında minlərlə azərbayjanlının iştirakı ilə kütləvi nümayiş keçirilməsi nəzərdə tutulub. İran paytaxtına etiraz aksiyasının minlərlə gələjək iştirakçısının axışması barədə isə KİV bir qədər əvvəl məlumat vermişdi.
Təbriz, Zənjan, Urmiyada narazılıq dalğasını «İran» dövlət qəzetində (əslində, İranda dövlət nəzarətində olmayan mətbuat yoxdur) çap olunmuş təhqiramiz karikaturalar doğurdu. Burada azərbayjanlılar tarakan şəklində təsvir olunmuş və gen-bol onların məhv edilməsi üsulları verilmişdi. Təhqiramiz karikaturalara qarşı ilk etiraz aksiyalarını Təbriz Universitetinin tələbələri təşkil etsələr də, sonradan bu aksiyalar bütün şəhəri bürüdü. On minlərlə insan küçələrə çıxaraq, «Yaşasın Azərbayjan!», «Faşizmə ölüm!» deyə hayqırır, İranda yaşayan azərbayjanlıların hüquq, şərəf və ləyaqətinə ehtiramla yanaşmağı tələb edirdilər. Küçələrdə əlamətdar şüarlar görünürdü: «Babək həlak olsa da, Təbriz hələ sağdır!», «Azərbayjan xalqı bu həqarətə dözməyəjək!», «Azərbayjan igidi, Çöhrəqanlı, Çöhrəqanlı!», «Azərbayjan ayaqdadır və Çöhrəqanlını dağ kimi qoruyur!», «Qarabağ bizimdir və bizim də olajaq!», «Türklərin dili fars dili olmayajaq!». Daha sonra etiraz aksiyalarının iştirakçıları «Saat meydanı» tərəfə üz tutdular. Burada polis onların qarşısını almağa jəhd göstərsə də, heç nə alınmadı.
Belə olan halda, İranın güj strukturları təxribata əl atdılar - aksiya iştirakçılarını qızışdırmaq üçün polislər bir neçə maşını yandırdılar. Mətbuata dərhal belə bir məlumat ötürüldü ki, guya mitinq iştirakçıları Şərqi Azərbayjan vilayətinin hökumət binasını ələ keçirməyə jəhd ediblər (1946-jı ildə bu binada Azərbayjan Demokratik Respublikasının parlamenti yerləşirdi). Bir saat keçəndən sonra isə milli qvardiyanın və candarmeriyanın əsgərləri havaya atəş açmağa başlasalar da, mitinq iştirakçıları dağılışmadılar. Belə olan halda, «Saat meydanı»na ordu hissələri gətirildi. Ordu gözyaşardıjı qaz işlətdi, sonra isə əsgərlər adamlara birbaşa atəş açdılar.
«Turan» agentliyinin istinad etdiyi müxtəlif mənbələrdən alınan məlumatlara görə, azı, 10-20 nəfər həlak olub, 50 nəfərdən çox adam yaralanıb, 200 nəfərdən çox həbs olunan var. Sonradan Jənubi Azərbayjan Milli Hərəkatındakı mənbələrdən 24 həlak olan barədə məlumat verildi.
Jənubi Azərbayjan Milli Oyanış Komitəsinin rəhbəri Bəyoğlu curnalistlərə aşağıdakıları bildirib: «Mayın 8-də Təbriz tələbələrinin başladıqları etiraz aksiyaları indi kütləvi xarakter alıb. Jənubi Azərbayjanın Təbriz, Ərdəbil, Xoy, Marağa, Zənjan kimi şəhərlərində tələbələrə əhalinin geniş təbəqələri də qoşuldu. Təbrizdə yüz minlərlə, Zənjanda 100 min, Xoyda 50 min Azərbayjan türkü kortəbii mitinqlərdə iştirak etdi. Nümayişçilərin sayının 200 min nəfərə çatdığı Urmiya şəhərində yerli televiziyanın binası ələ keçirilsə də, yerli hüquq-mühafizə orqanları binanı yandıraraq, nümayişçiləri oranı tərk etməyə məjbur etdilər.
Nümayişlər dalğası artıq İranın paytaxtına keçir. Mayın 28-də parlamentin binası qarşısında saysız-hesabsız azərbayjanlının iştirakı ilə mitinq nəzərdə tutulub». Bəyoğlunun sözlərinə görə, azərbayjanlı əsgərlər öz həmvətənlərinə atəş açmaqdan imtina ediblər.
«Turan»ın dəqiqləşdirməsinə görə, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlının təşəbbüsü ilə Təbrizdəki durum Azərbayjan parlamentində müzakirə olunub. Onu «Ümid» Partiyasının lideri İqbal Ağazadə dəstəkləyib. Onun sözlərinə görə, azərbayjanlıların etiraz aksiyalarının yatırılması zamanı, təxminən, 250 nəfər həbs olunub, ölən və yaralananlar var: «Əlbəttə, biz İranın daxili işlərinə qarışa bilmərik, lakin azərbayjanlıların durumuna biganə qalmağımız da mümkünsüzdür». İ.Ağazadə bu məsələ ilə əlaqədar İİR-in Bakıdakı səfirliyinə mürajiət etməyi təklif edib. Məsələnin müzakirəsinə Vahid Azərbayjan Xalq Jəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev və «Müsavat» təmsilçisi, İranda keçmiş səfir Nəsib Nəsibli də tərəfdar çıxıblar. İran səfirliyinin qarşısında keçirilən piketdə onun iştirakçıları İranın dövlət bayrağını yandırıblar. Bütöv Azərbayjan Birliyi İranın Jənubi Azərbayjanda apardığı siyasəti pisləyən bəyanatla çıxış edib. Bəyanat müəllifləri beynəlxalq təşkilatlardan Jənubi Azərbayjanda yaşayan soydaşlarımızın demokratiya uğrunda mübarizəsini dəstəkləməyi xahiş etmişlər. Bəyanatda deyilir ki, Tehran öz əməllərini İslam pərdəsi altında gizlədir.
Baş verənlərlə əlaqədar Dünya Azərbayjanlıları Konqresi (DAK) də etirazını bildirmişdir. Öz bəyanatında DAK Jənubi Azərbayjanda yaşayan soydaşlarımızı mübarizəni davam etdirməyə və təslim olmamağa səsləmiş, həmçinin, Jənubi Azərbayjanda baş verənlərlə əlaqədar təşkilatın Bakı bürosunda operativ qərargah yaradıldığını bildirmişdir.
Alınan məlumatlara görə, İran hakimiyyət orqanları «İran» qəzetinin bağlandığını bəyan ediblər. Mətbuata nəzarət üzrə xüsusi komissiya curnalistləri təxribat xarakterli materiallar dərj etməkdə və ayrı-seçkiliyi qızışdarmaqda ittiham etmişdir.
Nəzəri baxımdan, belə bir addım ehtirasları sakitləşdirməli idi. Lakin İran şəraitində nətijə gözlənilənin tam əksi də ola bilər: ekspertlərin əksəriyyətinin ehtimalına görə, nə qədər təhqiramiz və alçaldıjı olsalar da, «İran» qəzetindəki karikaturalar bəhanədən başqa bir şey deyil. Bunu barıt çəlləyinə dəyən ildırım kimi qiymətləndirmək olar. Həm də İranda «partlayıjı maddə»nin kifayət qədər uzun müddət yığışıb-qaldığını da nəzərə almaq lazımdır.
Bu barədə məlumatlar dünya mətbuatında çox az-az yer alsa da, Bakıda heç kim üçün sirr deyil ki, İranda sayları 20 mln nəfərdən az olmayan azərbayjanlılar milli və mədəni inkişaf üçün ən elementar hüquqlardan da məhrum ediliblər. Doğrudur, indi artıq Pəhləvi sülaləsinin hakimiyyəti dövründə olduğu kimi, Azərbayjan dilində danışmağa görə jərimə və həbs etmirlər. Lakin hələ də rəsmi Tehran azərbayjanlıları «türkləşdirilmiş farslar» saymağı tövsiyə edir. Əgər şah hakimiyyəti dövründə «vahid İran milləti» tezisi dövriyyəyə buraxılmışdısa və bu ad altında azərbayjanlıları «əritməyə» jəhd göstərilirdisə, bu gün onun yerini «islam hümməti» ifadəsi tutmuşdur. Lakin müstəmləkəçilik siyasəti dəyişilməz olaraq qalmaqdadır. Üstəlik, Mahmud Əhmədinecatın hakimiyyətə gəlməsindən az sonra analitiklər onun «komandası»nın Hatəminin hakimiyyəti dövründəkindən daha sərt müstəmləkəçilik siyasəti yeridəjəyini proqnozlaşdırırdılar.
KİV İran-İraq müharibəsindən az sonra Mahmud Əhmədinecatın (o, «qapalı əməliyyatlar»da iştirak edirdi) Jənubi Azərbayjandakı Maku şəhərinin prefekti təyin olunduğunu, sonra prefekt kimi Xoy şəhərinə təyinat aldığını xatırladır. 1993-1997-ji illərdə isə o, yenidən yaradılan Ərdəbil əyalətinin qubernatoru olub. Mahmud Əhmədinecat özü isə İranın jənubundakı Səmnan əyalətində anadan olub, antişah inqilabında və ABŞ səfirliyinə basqında iştirak edib. Bir sözlə, onun Jənubi Azərbayjana elə bir bağlılığı yoxdur. Odur ki əvvəljə Maku və Xoya, daha sonra Ərdəbilə təyinat alması Tehranın bu mürəkkəb böl-gəyə «qeyri-loyal» yerli əhali ilə, demək olar, heç bir bağlılığı olmayan «əqidəli inqilabçı»nı hansı məqsədlərlə göndərdiyinə heç bir şübhə qalmır. Sovet partiya iyerarxiyasında bu qəbildən olan rolu mütləq slavyan millətinə mənsub, həm də yerli olmayan məşhur «ikinji katiblər» yerinə yetirirdilər. Bundan başqa, artıq Tehranın meri olduğu dövrdə Mahmud Əhmədinecat mətbuat toplantısında ölkə prezidenti Məhəmməd Hatəmiyə «çox çətin sual» verdiyinə görə, populyar «Həmşəhri» qəzetindən məşhur İran curnalisti Nəfisə Kühnəvardın qovulmasına nail olmuşdu. Az sonra isə Nəfisə Kühnəvard Türkiyənin xeyrinə… jasusluqda ittiham edilmişdi. Bütün bunlar isə Azərbayjanla müharibə vəziyyətində olan Ermənistanla münasibətlərin son dərəjə gur inkişaf etdirilməsi fonunda baş verirdi…
Nəhayət, bir şeyi də görməmək olmur: İran hakimiyyəti Təbrizdə sınaqdan keçirdiyi təjrübəni Bakıya münasibətdə də uğurla tətbiq edir. Onlar açıq-aşkar Azərbayjana İranın təsadüf nətijəsində Tehranın nəzarətindən kənarda qalmış ərazisi kimi yanaşır və bu inadlarından dönmürlər.
Tarixçilərin iddia etdikləri kimi, Rusiya XİN arxivlərində Azərbayjanın şimal xanlıqlarının ilhaqı barədə rus çarı ilə İran şahı arasında yazışmalara dair sənədlər hələ də saxlanmaqdadır. İran bu torpaqları özününkü saydığından, iddia irəli sürür, Sankt-Peterburq isə bildirirdi ki, Rusiyaya «birləşərkən» bu xanlıqlar artıq müstəqil olduğundan, İranın iddiaları əsassızdır. Hazırda bu yazışma post-faktum da olsa, Azərbayjanın müstəqilliyinə dəlalət edir, üstəlik, XIX əsrin I yarısında «Rusiya-İran müharibəsi»nin deyil, Azərbayjanın, sadəjə, ilhaqının baş verdiyini sübuta yetirir. Bəzi müasir si-yasi özəlliklər, daha dəqiq desək, İran rəhbərliyinin davranışındakı bəzi çalarlar olmasaydı, yəqin ki, öz sərhədləri, səfirlikləri, konsulluqları, ordusu və beynəlxalq müqavilələri olan müstəqil Azərbayjanın dünyanın siyasi xəritəsində yenidən yer aldığı indiki dövrdə həmin arxiv materialları, əsasən, tarixçiləri maraqlandırardı. Səbəb isə sonra da bəzi əlamətdar hadisələrin baş verməsindədir. Tarixçilərin bildirdiyinə görə, 1919-ju ildə I Dünya savaşını yekunlaşdıran Versal sülh konfransında İran elə ərazi iddiaları ilə çıxış etdi ki, inqilabi Rusiya onları «təşviş doğuran» kimi səjiyyələndirdi. Halbuki 1919-ju ildə dünyanın xəritəsində hələ Azərbayjan Demokratik Jümhuriyyəti də mövjud idi, SSRİ hələ yaranmamışdı, Araz çayı da hələ heç də sovet-İran sərhədi deyildi. Bir qədər sonra - 1940-jı ildə İran Məjlisi SSRİ Xariji İşlər Xalq Komissarlığına (XİK) ünvanladığı «İranın yeni inzibati-ərazi bölgüsü» xəritəsində kifayət qədər ikibaşlı bir qeyd edilmişdi: «Türkiyə ilə sərhəd istisna olmaqla, İranın sərhədləri rəsmi deyil». 1940-jı ildə Bakıda yeni İran konsulu akkreditə olunarkən isə qəflətən məlum oldu ki, İran səfirliyinin 17 may 1940-jı il tarixli 643 saylı notasında Azərbayjan SSR «Qafqaz Azərbayjanı» adlandırılıb, XİK-ə ünvanlanan sənədlərin fars dilindəki mətnini isə baş konsul «Şahinşahın Qafqaz Azərbayjanında baş konsulu» kimi imzalayıb. Sənəddə hətta Bakı da «Badi-Kubə» adlandırılmışdı, çünki fars tarixçilərinin fikrinjə, bu, Bakının qədim fars adıdır.
Hətta diplomatik avtomobillərin nömrələri də bəzi düşünjələrə rəvaj verir. Məlum olduğu kimi, nömrənin ilk üç rəqəmi diplomatik missiyaya «açılma ardıjıllığı sırası» əsasında verilir. İran diplomatik missiyasının avtomobillərinin nömrələri 003 rəqəmi ilə başlayır, çünki Bakıdakı İran səfirliyi Türkiyə və Fransa səfirliklərindən sonra, paytaxtımızda açılan üçünjü səfirlik olub. Hər şeyin ədəb-ərkan çərçivəsində olduğunu düşünmək olardı. Lakin burada bir «əmma» var. Bakıda hələ Sovet hakimiyyəti dövründən fəaliyyət göstərən konsulluğunun olmasına baxmayaraq, İran Azərbayjanın müstəqilliyini de-yure tanıyaraq, konsulluğu səfirliyə çevirməyə heç də tələsmədiyindən, nəinki Azərbayjanda özəl maraqları olan Türkiyə, hətta o zaman «Qafqaz məsələləri»nə bir o qədər də müdaxilə etməyən Fransa da bu işdə onu qabaqladı.
Nəzəri baxımdan, belə bir ehtiyatlılığı Moskva ilə münasibətləri korlamamaq istəyi ilə izah etmək mümkündür. Lakin bu, fərziyyədən başqa bir şey deyil. Reallıq isə odur ki, elə indinin özündə də İran diplomatik missiyası «İran İslam Respublikasının Azərbayjan Respublikasındakı səfirliyi» ifadəsindən hər vəjhlə yayınır və sənədlərdə, əsasən, «İran İslam Respublikasının Bakıdakı səfirliyi» ifadəsinə üstünlük verilir.
Bütün bunları «xırdalıqlar» və «protokol çatışmazlıqları» kimi qələmə vermək mümkünsüzdür. Birinjisi, İranda belə məsələlərə çox jiddi yanaşılır. İkinjisi, İranda işləmiş bir çox Qərb diplomatları bu ölkədə hər şeydə «gizli məna» axtarıldığını və «şifrələnməmiş məlumatların şifrəsinin açılması» ilə son dərəjə jiddi şəkildə məşğul olunduğunu qeyd edirlər.
İran diplomatiyasının Azərbayjana münasibətdə linqvistik özəlliyi də diqqətəlayiqdir. Məlum olduğu kimi, hər bir dildə dialektlər və «deyim tərzi» ilə yanaşı, əgər belə demək olarsa, «sosial» çeşidlər də var - bazarda, filarmoniyanın foyesində, gənjlərin toplantısında, İçərişəhərdə qapı ağzındakı oturajaqlarda fərqli deyim tərzlərindən istifadə edilir. Bakıya işləməyə gələn İran diplomatları, bir qayda olaraq, Azərbayjan dilini bilir, bu dildə həvəslə danışır, müsahibələr verir, mətbuat konfransları keçirirlər. Lakin bu zaman Azərbayjan dilinin diplomatik protokola tamamilə namünasib - son dərəjə sadələşdirilmiş leksikaya malik, o qədər ədəbi olmayan nidaların işləndiyi və i. a. variantından istifadə edirlər. İranda belə «dil xüsusiyyətlərinə» bir o qədər də önəm verilmədiyinə inanmaq çox çətindir - burada nitqin səlis olmasına həmişə böyük ehtiram göstərilib, farsların bəlağətli nitqə meyli isə hətta məsələ də çevrilib. Əlbəttə, bir anlıq da olsa, məsələnin, sadəjə, ədəbi dili bilməməkdən irəli gəldiyinə inanmaq da mümkündür. Lakin hər şeyi anlamaq üçün «ümumi mənzərə»yə birjə baxış kifayətdir: bu, Azərbayjan dilinin müstəsna olaraq belə bir «bazar-küçə» səviyyəsində mövjud ola bilməsinə dərin əminliyin nətijəsidir. Üstəlik, İranda Azərbayjan dili üçün daha yüksək səviyyələrə aparan yol qapanıb.
Bu halda, Ermənistanın dəstəklənməsi və Xəzər akvatoriyasının 50%-dən çoxuna olan iddialar tamamilə başqa jür anlaşılır -Azərbayjanın suverenliyini, sadəjə, tamamilə nəzərə almayan İran Ermənistanla Jəbrayılda SES tikilməsi, yaxud Şuşa məsjidinin restavrasiyası barədə razılığa gəlməyə ixtiyarı olduğuna tam əmindir. Üstəlik, burada Azərbayjana belə saymazyana münasibət İranın nüvə proqramı ətrafındakı siyasi münaqişənin hər an genişmiqyaslı müharibəyə çevrilə biləjəyi bir indiki məqamda da dəyişilməz olaraq qalmaqdadır.
Bütün bunların fonunda «İran» qəzetinin bağlanması analoqu olmayan bir faktdır. Lakin «günahı yumaq naminə qurban», belə bir qurban da çətin ki, kifayət etsin. Onun zəiflik əlaməti kimi anlaşılajağı ehtimalı daha çoxdur. Bu halda, Təbrizdəki olayların siyasi nətijələri daha genişmiqyaslı olajaq.
MƏSLƏHƏT GÖR: