Müəllif: Jəfər İman Bakı
Yaxşı hava, yaxınlaşmaqda olan yay tətilləri paytaxtın attraksionlarının işində müəyyən dəyişikliklərə səbəb olur. İndi onlar əlvan rəngləri ilə dərhal diqqəti jəlb edir, sanki valideynləri öz balalarına kiçijik bir sevinj bəxş etməyə səsləyirlər. İstifadə intensivliyindən asılı olaraq, istənilən attraksionun istismar müddəti 8-12 ildir. Heç kimə sirr deyil ki, şəhərimizdəki yellənjək və karusellərin əksəriyyətinin yaşı bundan xeyli çoxdur…
Beləliklə…
80-ji illərdə Nazirlər Kabinetinin sərənjamı ilə attraksionların texniki təhlükəsizliyi üzrə inspeksiya yaradılması planlaşdırılırdı. Lakin bu, güman ki, vəsait çatışmazlığı üzündən, elə plan olaraq da qaldı. 1983-jü ildən etibarən Mədəniyyət Nazirliyi nəzdində attraksionlara javabdeh olan şöbə fəaliyyət göstərsə də, sonradan o ləğv edildi.
7 yanvar 2003-jü ildə Bakı sirkində fajiə baş verdi. Tamaşa zamanı səbət-yellənjəyin polad trosunun qırılması nətijəsində 2 uşaq həlak oldu, dördü jiddi zədələr aldı. Baş vermiş fajiə ilə əlaqədar artıq 29 yanvar 2003-jü ildə keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun sərənjamı ilə böyük və kiçik attraksionların vəziyyətinə, texniki qaydalara riayət olunmasına, həmçinin, texniki təhlükəsizliyə nəzarət edən xüsusi komissiya fəaliyyətə başladı.
O vaxtdan 3 ildən bir qədər çox keçib, lakin şəhərdəki yellənjəklərin metal konstruksiyalarındakı xırda çatlar və korroziya çox vaxt hətta adi gözlə də görünür. Mənəvi jəhətdən köhnəlmiş yellənjəklərin və digər attraksionların tam saz vəziyyətdə olmalarına hansısa bir zəmanət varmı?
Bu suala javab tapmaq üçün «R+»un müxbiri AR Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə üz tutdu. Mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın dediyi kimi, Xasıyev, Şəhriyar, Nizami adına parklarda, N.Nərimanov adına və Gənjlik bağlarında, Milli Parkda yerləşən attraksionlar Mədəniyyət Nazirliyinn tabeliyindədir. 50 ildən artıq işləyən təhlükəli attraksionlar da elə məhz həmin ünvanlarda yerləşir. Hər il «yellənjək» mövsümünün əvvəli üçün xüsusi komissiya ijra hakimiyyətinin nümayəndələri, təhlükəsizlik texnikası üzrə mütəxəssislər və parkların işçiləri ilə birlikdə attraksionların tam sınaqdan çıxarılmasını da ehtiva edən texniki baxış keçirirlər. Bu yoxlama metal konstruksiyaların, qaynaq birləşmələrinin möhkəmliyinin, attraksionlarda texniki tələblərin tam həjmdə yoxlanılması məqsədilə aparılır.
- Paytaxtdakı attraksionlaın vəziyyəti barədə nə demək olar?
- Hər bir parkda yellənjəklərin vəziyyətini hər gün yoxlayan «komanda» var. Bizim ekspert komissiyamızın rəyinə gəldikdə, mütəxəssislərin baxış keçirdiyi yellənjəklərin əksəriyyəti qənaətbəxş vəziyyətdədir. Lakin belə bir amili də nəzərə almaq lazımdır ki, bütün bu attraksionlar mütəmadi təmir və ölkəmizə Rusiyadan gətirilən detallarının təzələnməsi sayəsində «salamatdır». Ən önəmli problemlərdən biri isə onların karkaslarının olduğu kimi qalması və zaman keçdikjə, tamamilə köhnəlməsidir.
- Sözün mənfi mənasında «fərqlənən» parklar varmı?
- Demək olar, yox. Əminliklə deyə bilərik ki, hazırda paytaxtdakı parklar arasında ən yaxşı vəziyyətdə olan yellənjəklər Milli Parkdakılardır. Orada hər bir attraksionun qarşısında yellənjəklərin tələb olunan standartlara uyğunluğu barədə sertifikat görmək mümkündür.
- Yellənjəklərin istismara yararlılıq müddəti nə qədərdir?
- Parklarımızdakı attraksionların əksəriyyəti 1986-1996-jı illər arasında istismara verilib və orta hesabla, 10-15 il istismara yararlıdır. Lakin bu hələ heç də o demək deyil ki, bütün attraksionları dəmir qırıntısı məntəqələrinə təhvil vermək lazımdır. Axı əsaslı təmir deyilən bir anlayış da var. Keçmiş SSRİ-nin br çox şəhərlərində bu qəbildən olan qurğuların yaşı istismar müddətindən xeyli artıq olsa da, onlar indi də tamamilə saz vəziyyətdədir. Ən əsas məsələ, onların texniki vəziyyətinə profilaktik metodlarla nəzarət edilməsidir.
- Kadr hazırlığı həyata keçirilirmi?
- Artıq bir neçə ildir, Mədəniyyət Nazirliyinin tapşırığı ilə attraksionlar işçiləri kursları keçirilir. Bu il məşğələlər 13-22 fevral tarixində baş tutub. Məqsəd park işçilərinin hazırlanması və onların ixtisasının artırılmasıdır. Məşğələləri Azərbayjan Texniki Universitetinin yüksəkixtisaslı müəllimləri keçirirlər. Kurslarda təhlükəsizlik texnikasına və yellənjəklərin istismarı qaydalarına xüsusi diqqət yetirilir.
- Son il ərzində hansısa nasazlıqlar aşkarlanıbmı?
- Heç bir qəza və ya attraksionların istismarı üçün təhlükə yaradan hal aşkar edilməyib.
- Komissiya jiddi pozuntular aşkar etdiyi halda, attraksionların taleyi nejə olur?
- Laboratoriya əməkdaşları mexanizmlərdə mikroçatlar, lüftlər və s. defektlər aşkar etdikləri halda, bu o deməkdir ki, yellənjəklər təhlükəsizlik texnikası qaydalarına müvafiq deyil. Yellənjəyin taleyi isə 2 jür həll edilə bilər - ya əsaslı təmir, ya da istismardançıxarılma.
Milli Park
Attraksionlardan söz düşəndə hər bir Bakı sakini, ilk növbədə, bulvarı, yəni Milli Parkı göz önünə gətirir; çünki yellənjək və digər attraksionların əksəriyyəti məhz bu istirahət zonasında təmərküzləşib. Elə bu səbəbdən də Milli Parkın müdiriyyətinə yollanmaq və bir neçə sual vermək qərarına gəldik. Müdiriyyətin işçilərindən birinin sözlərinə görə, istisnasız olaraq bütün attraksionların hər birinə ayrıja mexanik və təhlükəsizlik üzrə texnik xidmət göstərir. Milli Parkdakı karusellər isə Krasnodar raket zavodunda istehsal olunub.
İş reciminə gəldikdə, mexanik hər gün səhər bütün tərkib hissələri yoxlayır, detalları yağlayır, onlarda çatların olub-olmamasına nəzarət edir, sınaq buraxılışını həyata keçirir, kənar səs-küy olduğuna diqqət yetirir, curnalda qeyd edir və yalnız bütün bunlardan sonra qurğunu operatora təhvil verir. Hər bir karusel sahibinin belə bir curnalı var. Hansısa nasazlıq aşkar edilib aradan qaldırıldığı halda, bu barədə də curnala qeyd edilir. Hər istirahət günündən sonra həftəlik baxış da keçirilir. Bundan başqa, profilaktik qrafikə uyğun olaraq, hər bir attraksion vaxtaşırı olaraq bağlanır və təmir işləri aparılır.
Nətijə
Mütəxəssislərin araşdırmalarına görə, ən təhlükəli karusellər öz oxu ətrafında böyük sürətlə fırlanmaq prinsipi əsasında işləyənlərdir - «romaşka» və s. onların ən zəif yeri mərkəzi qayka və mərkəzi oxdur.
Lakin onu da unutmaq olmaz ki, əylənənlər üçün potensial təhlükə təkjə belə mürəkkəb mexanizmdə olmur. Hətta ən sadə yellənjəklər də sağlamlıq üçün təhlükəli ola bilər. Bir çox hallarda, fajiəni istifadəçilərin özlərinin ehtiyatsız hərəkətləri törədir. Odur ki ən sadə təhlükəsizlik qaydalarına da etinasız yanaşmaq olmaz.
Adrenalin partlayışı
Bəs insanları qıjıqdoğuran hisslərə jəlb edən nədir? Müasir yellənjəklər ekstremallığı ilə seçilir və zaman keçdikjə, bu daha da güjlənməkdədir. Psixoloq Dəyanət Rzayev bu barədə danışarkən göstərir ki, bir çox insanlar kəskin həyəjanlara, adrenalin bolluğuna ehtiyaj duyurlar. Əksəryyət üçün bütün bunlar risqsiz həyat tərzinin əvəzləyijisi, məişət yeknəsəqliyini üstələmək jəhdindən başqa bir şey deyil. Biri bu problemin həlli məqsədilə ekstremal idman növləri ilə məşğul olur, digərləri dənizin ənginliklərinə baş vurur, dağ zirvələrinə dırmaşır, ya da paraşütlə tullanır. Lakin belə imkanlara heç də hamı malik deyil. Belə olan halda, «təhlükəli» attraksionlar ən optimal çıxış yoludur. İnsanlar bir neçə an içində yüksəklikdən aşağı uçmaq, buludlara ujalmaq, baş-ayaq çevrilməkdən həzz alırlar. Bu zaman alınan təəssüratlar özünəməxsus narkotik kimi təsir göstərdiyindən, insan onları yenə və yenə yaşamaq istəyir. Onda risqə, həm də təkjə təhlükəli attraksionlara deyil, hər şeydə risqə meyl güjlənir.
Belə ehtiraslar «adrenalin asılılığı» adlandırılan halın nətijələrindən başqa bir şey deyil. Adrenalin asılılığı ekstremal idman növləri və təhlükəli peşələr mühitində kifayət qədər səjiyyəvi amildir. İnsanlar təhlükədən həzz alır və ona jan atırlar; bu, həyat tərzinə çevrilir. Təhlükəli sərgüzəştlər olmadığı halda, həyat onlar üçün mənasız və maraqsız olur.
Yeri gəlmişkən, müharibə iştirakçısı olanların hamısında adrenalin asılılığı var. Müharibə zamanı insan kəskin stres durumunda olur, həyatı daim təhlükəyə məruz qalır və o, müvafiq olaraq, yalnız sağ qalmaq barədə düşünür. Dinj dövrdə isə durum kardinal şəkildə dəyişir - kəskin stresləri əldə çıraq axtarmaq lazımdır; həyat üçün isə ayrı-ayrı təsadüflərdən başqa, elə bir təhlükə də yoxdur. Psixoloq qeyd edir ki, narkoasılılığa oxşar olduğundan, Rusiyada bu asılılığı artıq klinik şəraitdə müalijə etməyə başlayıblar. Yeri gəlmişkən, bu yaxınlarda amerikalı mütəxəssislər beyindəki hüjeyrələrdə adrenalin asılılığını tənzimləyən geni müəyyənləşdirmiş və əldə etmişlər. Alimlər onu D4 DR adlandırıblar. İnsanı risqə sövq edən, kəskin hisslər axtarışına çıxaran da elə bu gendir. D4 DR geni kvadrat yox, bir qədər uzunsov formada olan adamlara hazırda Qərbdə, elə bizim özümüzdə də sürətlə yayılmaqda olan ekstremal idman növlərində mütləq rast gələjəksiniz.
Bəs onlarda?
Avropa və Amerikada attraksionlar təkjə daha maraqlı yox, həm də daha etibarlıdır. Buna baxmayaraq, bədbəxt hadisə və fajiələr heç də az olmur. Xariji mətbuatda attraksionlar və uşaq meydançalarında bir sıra qəza və fajiələr kifayət qədər ətraflı təsvir olunub. Məsələn, Kaliforniyadakı «Disneylend»in fəaliyyət göstərdiyi bütün müddət ərzində orada 55 nəfər həlak olub. 2002-ji ildə ABŞ-da həkimlərə attraksionlarda zədə alan 9200 nəfər mürajiət edib.
2000-ji ilin may ayında Londondakı əylənjə parkında «Amerika təpələri»ndən çox böyük sürətlə enən vaqon relsdən çıxaraq, 20 m uçmuşdu. Nətijədə, 28 yaşlı qadın həlak olmuşdu. Elə həmin gün karuseldəki nasazlıq 13 yaşlı qızın həyatına da son qoyub. 2001-ji ilin yazında Almaniyada «Amerika təpələri»ndəki kiçik vaqonların birində qısaqapanma nətijəsində yanğın başlamış, 54 nəfər xəsarət almışdır. 2002-ji ilin iyul ayında Misirdə «Tornado» attraksionunun kabinəsindən yıxılan gənj qadın həlak oldu. Brest şəhərinin luna-parkında vaqonun relsdən çıxması bir javan qadının ölümü ilə nətijələndi. 2003-jü ildə Bakıda luna-parkdakı «Vikinq» yellənjəyindən yıxılan javan oğlan həlak oldu.
MƏSLƏHƏT GÖR: