Müəllif: Jəfər İman Bakı
Bakının ejazkar baharı başa çatmaqdadır. Doğrudur, çimərlik mövsümünün açılışından danışmaq bir qədər tez olsa da, rəsmən bu mövsüm mayın 15-dən başlayır. Bu, şübhəsiz, sevindiriji hal olsa da, bəzi jəhətləri təəssüf doğurur. İnsanları Bakı "kurortlarında" gözləyən həddən artıq çoxsaylı problemlər və təhlükələrdən yazmamaq mümkünsüzdür. Abşeron çimərliklərinin əksəriyyəti texniki baxımdan təjhiz olunmayıb və antisanitariya vəziyyətindədir. Lakin gəlin, ardıjıl olaq.
Yazıq xilasedijilər
Sadə bir sual verək: "rəsmi çimərlik" nədir? Dünya standartlarına görə, bu anlayış bir neçə mütləq şərt nəzərdə tutur. Birinjisi, çimərlik dinjələnənlərə müəyyən xidmət səviyyəsinə uyğun olmalıdır – çimənləri suyun və havanın temperaturu, küləyin istiqaməti və sürəti və s. barədə məlumatlandıran lövhə mütləq vajibdir. İkinjisi, su hövzələri ətrafındakı istirahət yerlərində xilasetmə xidmətinin olması məjburidir. Dinjələnənlərin onu uzaqdan görə bilmələri üçün xilasedijilərin köşkü qırmızı rəngdə rənglənməli, sərənjamlarında adi fıştırıqdan, ən müasir texnikaya qədər hər şey, hətta vertolyotlar da olmalıdır. Bundan başqa, çimərliklərdə suda davranış qaydalarını təbliğ edən stendlər quraşdırılmalı, hara qədər üzməyə ijazə verildiyini göstərən üzən nişanlar qurulmalı, üzməyi bajarmayan balaja uşaqların çimməsi üçün xüsusi dayaz yer düzəldilməlidir. Rəsmi çimərliyin yanında avtomobil dayanajağı, çimərlikdə tualetlər, günəşdən qorunmaq üçün "göbələklər", qidalanma məntəqələri, soyunub-geyinmə kabinələri, tibb məntəqəsi olmalıdır.
İndi isə göylərdən yerə enək və sualı bir qədər başqa jür verək: Abşerondakı çimərliklərdə vəziyyət nejədir? Dövlət Suda Xilasetmə Xidmətinin (DSXX) bu sualı javablandıran işçiləri çatışmazlıqları dəfələrlə sadalasalar da, vəziyyət olduğu kimi qalmaqdadır. DSXX təbliğat şöbəsinin müdiri Rafiq Ağayevin sözlərinə görə, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Azərbayjanda xilasedijilər "dəridən-qabıqdan çıxmalı" olurlar. Bu isə onunla bağlıdır ki, hazırda xilasedijilərin qərargahları, həmçinin, müşahidə qüllələri ajınajaqlı vəziyyətdədir. Xəzərdə suyun səviyyəsinin xeyli qalxması çimərlikdə müşahidəçilər üçün nəzərdə tutulan tikililərin dağılmasına səbəb oldu. Nəhayət, xilasedijiləri narahat edən ən əsas məsələ onlarla birlikdə tibb işçilərinin işləməməsidir. Sovet hakimiyyəti dönəmində hər bir çimərlikdə xilasedijilərin qərargahında tibb otağı olurdu ki, bu da insanların xilası üçün çox zəruri idi. Bundan başqa, zərərçəkəni və ya xəstəni dərhal xəstəxanaya çatdırmaq üçün hər bir çimərlikdə mütləq "təjili tibbi yardım" avtomobili olurdu. İndi isə insanların bir çoxunu məhz zəruri məqamda yaxınlıqda tibb işçisi olmadığı üçün xilas etmək mümkün olmur.
Təhlükəli qrunt
Hər il xilasedijilər dənizin dibindən külli miqdarda zir-zibil – inşaat materiallarının tullantılarını, jürbəjür metal qırıntıları, şüşə, mismar, paslı konserv bankaları və armatur çıxarırlar. Lakin dənizin dibində xilasedijilərə "tabe olmayan" şeylər də tapılır. Dalğıjlar çox vaxt iri əşyaları, məsələn, metal platformaları xüsusi texnikaları olmadığından, qaldıra blmirlər və suyun altında qalan çoxlu borular, beton plitələr və i.a. insanların həyatı üçün təhlükə yaradır. Dənizin səviyyəsinin qalxması sovet dönəmində qurulan "göbələklər"in, günlüklərin suyun altında qalmasına səbəb oldu ki, indi suya baş vuranların onlara toxunaraq, müxtəlifdərəjəli xəsarətlər almaq təhlükəsi var. Ən qorxulusu isə kəllə zədəsidir. Bütün bu əşyalar üzmək həvəsində olanlar üçün böyük təhlükə torətsə də, R.Ağayevin sözlərinə görə, ijra hakimiyyətinə çoxsaylı mürajiətləri heç bir səmərə vermir, çimərliklərdə suyun dibinin təmizlənməsi ilə bağlı iş aparılmır:
- hər çimərlikdə elementar sahman və xilasedijilər üçün zəruri avadanlıq olduğu halda, bir çox fajiələrdən qurtulmaq mümkün idi. Dənizin dibi diqqətlə yoxlanılmalı olsa da, artıq 8 ildir, bu iş müvafiq idarələrin heç yadına da düşmür. Çimərliklərin əksəriyyətində təhlükəli zonalarda çimməyi qadağan edən işarələr yoxdur.
Xilasedijilər dəhşətli şəraitdə işləyir, bəzən sutkalarla açıq havada, günün altında olurlar. Hazırda Abşeron çimərlikləri və xilasediji stansiyalar fəlakətli durumdadır. Bu özünü pulsuz çimərliklərdə xüsusilə aydın büruzə verir. Başqa sözlə, əhalinin böyük əksəriyyətinin istirahət yeri olan bu çimərliklər onların sağlamlıqları üçün böyük təhlükədir. Heç bir pulsuz istirahət zonası elementar təhlükəsizlik tələblərinə javab vermir – bunlarda xilasediji qüllələr, zəruri avadanlıq yoxdur. Bundan əlavə, xilasedijilərə həddən artıq az maaş verildiyindən, böyük kadr axını var ki, bu da işin keyfiyyətini daha da aşağı salır.
Özəl çimərliklərin əksəriyyətində xilasetmə xidməti təşkil olunmayıb. R.Ağayev qeyd edir ki, vəziyyətdən çıxmaq üçün, adətən, bu vəzifəyə uyğun ixtisası olmayan adamlar işə götürülür. Əslində, bu yolverilməzdir, çünki Nazirlər Kabinetinin sərənjamına görə, özəl çimərliklərdə xilasedijilərin işinə məhz DSXX nəzarət etməlidir.
Çimərlik zonasının bilavasitə yaxınlığında ujaldılan çoxmərtəbəli şəxsi binalar da müşahidəyə mane olaraq, xilasedijilərin işini çətinləşdirir, dinjələnənləri nəzərdən qaçırmamaq üçün onlar bu səbəbdən hər 15 dəqiqədən bir çimərlik zonasını katerlə dolaşmalı olurlar.
Rafiq Ağajevin sözlərinə görə, gələjəkdə durumun tezliklə dəyişəjəyinə yeganə ümid Azərbayjanda Fövqəladə Hallar Nazirliyinin yaradılması və DSXX-nin bu qurumun tabeliyinə verilməsindədir:
- ola bilər ki, FHN DSXX-nin yenidən qurulmasına elə bu ildən başlasın. Hə halda, biz buna çox ümid edirik.
Zibilliklər
Yay mösümündə sahilboyu ərazilərin və çimərliklərin son dərəjə çirkləndirilərək, zibilxanaları xatırlamaları heç kim üçün sirr deyil. Çimərliklərimizdə zibilqutusu, yaxud çalası tapmaq mümkünsüzdür. Dinjələnənlər isə şüur və tərbiyə səviyyələrinə uyğun hərəkət edirlər – bəziləri zibili yerə tökür, bəziləri isə milçək və başqa həşərat yığılmaması üçün zibilin üstünə qumlayırlar.
İsti gündə dənizdə çimmək qərarına gələnlər çimərlikdə qarpız qabıqları, boş şüşələr, qəzet parçaları, şüşə qırıntıları ilə rastlaşırlar. Çimərliklərin çirklənmə dərəjəsi günbəgün artır, onun bir hissəsini dalğalar yuyub-aparır və bu, suyun keyfiyyətinə təsir göstərir. Bir azdan dənizdə çimmək, hətta sağlamlıq üçün təhlükəli olajaq. Bakı Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal şöbəsinin müdiri Eldar Abdullayevin müxbirimizə bildirdiyi kimi, çimərliklərimizin xoşagəlməz durumu dəniz suyunun keyfiyyət və təhlükəsizliyinin bakterioloci göstərijilərinə önəmli təsir göstərə bilər. Mütəxəssislər ayda iki dəfə Bakı çimərliklərinin suyunu analiz edirlər. Həmin çimərliklər sırasına Pirşağı, Nardaran, Buzovna, Bilgəh, Novxanı, Zuğulba, Mərdəkan, Şıx, Hövsan, Sahil çimərlikləri aiddir. Eldar Abdullayev deyir: "Biz suyun kimyəvi və mikrobioloci analizini, mədə infeksiyalarının mövjudluğunu yoxlayırıq. Son 2-3 həftə ərzində belə infeksiyalar aşkar edilməyib. Bakterial çirklənməyə gəldikdə, o, Şıx və Hövsan çimərliklərində gigiyenik normadan yuxarı olsa da, bu səviyyə sağlamlıq üçün təhlükəli deyil. Suyun kimyəvi tərkibi normadadır. Amma çimərkən çoxlu dəniz suyu udduqda, yaxud meyvələri dəniz suyu ilə yuduqda mədə-bağırsaq xəstəliklərinə, toksikoinfeksiyalara yoluxa, mədə-bağırsağın işinin pozulmasına düçar ola bilərsiniz".
Lakin E.Abdullayevin sözlərinə görə, suyun çirklənməsində əsas problem dənizə təmizləmə prosesindən keçməyən çirkab sularının axıdılmasıdır. Hazırda Qaradağ, Suraxanı, Səbail, Xətai rayonlarının kanalizasiya şəbəkələri Hövsan təmizləyiji qurğularından yan keçərək, birbaşa dənizə axıdılır. Bundan əlavə, mütəxəssisləri kanalizasiya şəbəkələri birbaşa dənizə axıdılmaqla qurulan yeni yaşayış massivləri də narahat edir, çünki bu, təhlükəli infeksiyaların yaranmasına gətirib çıxara bilər. E.Abdullayev qeyd edir ki, "Bu problem həmişə olsa da, şəhər əhalisinin sayının artması ilə əlaqədar, bu problemin həlli istiqamətində müəyyən addımlar atılmaldır. Əks halda, biz infeksion epidemiyalara düçar ola bilərik".
Dənizdə "quş qripi" varmı?
Çimərliklərin hər il təkrarlanan problemləri ilə yanaşı, insanları hazırda gündəmdə olan daha bir aktual məsələ maraqlandırır – lap bu yaxınlara qədər "quş qripi"nin qurbanı olan quşların "son mənzilinə" çevrilən dənizə baş vurmaq təhlükəli deyil ki?
"Quş qripi"nin su vasitəsilə keçib-keçməməsi və virusun suda hansı müddət ərzində "ömür sürə bilməsi" barədə rəylər ziddiyyətlidir. Məsələn, Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov "R+" müxbirinə bildirib ki, "quş qripi"nin su vasitəsilə yayılması ehtimalı var: "Jeyranbatan su anbarına gəldikdə, orada su xlorla dezinfeksiya edilir və nətijədə bu virus məhv olur. Xəzər dənizi barədə isə bunu demək olmaz".
"Quş qripi" virusunun yüksək temperatura duruş gətirmədiyini, artıq +22°J temperaturda jəmi 4 gün yaşaya bildiyini deyən mütəxəssis müəyyən qədər təskinlik də verdi, daha aşağı temperaturlarda onun suda 30 günədək qaldığını vurğuladı.
Kənd Təsərrüfatı Nazirliyi yanında Veterinar Xidmətinin rəhbəri İsmayıl Həsənovun sözlərinə görə isə, bizim çimərliklərdə bu virusa yoluxma təhlükəsi yoxdur:
- sanitar-epidemioloci xidmət vəziyyəti nəzarətdə saxlayır və çimərliklərdə zəruri olan bütün tədbirlər görülür. Bu yaxınlarda Xəzər dənizi sahilləriboyu bütün ərazilərin dezinfeksiyası başa çatdırılıb. Bu işlər mart ayının birinji yarısında FHN-in mülki müdafiə nümayəndələri ilə (təxminən, 100 nəfər və 6 avtomaşn) birlikdə həyata keçirilib. "Quş qripi" aşkarlanan bölgələrdə bu işə xüsusi diqqət yetirilib. Bundan əlavə, indiyədək dünyada yemək (?) vasitəsilə yoluxmaya aid birjə dənə də olsun hala rast gəlinmir.
Dövlət xidmətində (?) virusun "sağ qalmaq" imkanları barədə sualı daha ətraflı javablandırdılar. Beləliklə, "quş qripi" virusu suyun altında 4 gün, adi şəraitdə 30 gün, aşağı temperaturda – 6-12 ay, quş peyinində – 3 aya qədər qala bilir. Bu zaman o, 65-70°J temperaturda 5 dəqiqə ərzində, 100°J və daha yüksək temperaturlarda isə bundan da qısa müddətdə məhv olur. Virus müxtəlif dezinfeksiyaediji maddələrlə də məhv edilə bilər.
Hər bir virus özəl ötürmə mexanizmlərinə malikdir və indi artıq inamla, demək olar ki, "quş qripi" su vasitəsilə yoluxmur. Çoxsaylı tədqiqatlar nətijəsində aydın olub ki, bu virus nəfəs və ifrazatlar vasitəsilə yoluxduğundan, ona yalnız birbaşa təmas zamanı, məsələn, quşlara qulluq edərkən tutulmaq mümkündür. Odur ki, oxujularımız sakit ola bilərlər – XXI əsrin bəlasına dəniz suyu vasitəsilə yoluxma istisna edilir. Şübhəli qalanlar üçün isə bir tibbi faktı nümunə gətirək: insanın bu qəbildən olan viruslardan mühafizəsini ana təbiət özü nəzərdə tutub – peroral (ağız boşluğu vasitəsilə) yoluxmanın qarşısını mədəmizdə olan və virusların zülal strukturunu dağıdan duz turşusu alır.
MƏSLƏHƏT GÖR: